● Ayə 19:
﴿وَلَهُ مَن فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَنْ عِندَهُ لَا يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِهِ وَلَا يَسْتَحْسِرُونَ﴾
“Göylərdə və yerdə nə varsa Ona məxsusdur. Onun yanında olanlar (mələklər) Ona ibadətdə təkəbbür göstərməz, yorulub dayanmazlar.”
● Ayə 20:
﴿يُسَبِّحُونَ اللَّيْلَ وَالنَّهَارَ لَا يَفْتُرُونَ﴾
“Onlar gecə-gündüz süstlük göstərmədən Onu paklığına görə öyərlər.”
● Ayə 21:
﴿أَمِ اتَّخَذُوا آلِهَةً مِّنَ الْأَرْضِ هُمْ يُنشِرُونَ﴾
“(Kafirlərin) yerdən seçdikləri tanrılar ölüləri dirildərmi?”
Nöqtələr
Məcazi malikiyyətdə (adi həyatda) insan ağasına yaxınlaşdıqca onu daha az saya salır, bəzən bu yaxınlıqdan arxayınlaşıb xətaya da yol verir. Həqiqi malikiyyətdə isə (Allah-bəndə münasibətlərində) insan öz məbuduna yaxınlaşdıqca daha çox ibadət edir.1
“Nəhcül-bəlağə”nin birinci xütbəsində mələklər haqqında deyilir: “Mələklərdə yuxu, unutqanlıq, yorğunluq və qəflət yoxdur.”
Dostları ilə paylaş: |