● Ayə 23:
﴿لَا يُسْأَلُ عَمَّا يَفْعَلُ وَهُمْ يُسْأَلُونَ﴾
“O (Allah), gördüyü işə görə sorğuya çəkilməz. Amma onlar (insanlar) sorğuya çəkiləsidirlər.”
Nöqtələr
Quranda dəfələrlə bəyan olunmuşdur ki, insan gördüyü işlərə görə cavabdehlik daşıyır. “Hicr” surəsinin 92-ci ayəsində oxuyuruq: “And olsun Rəbbinə ki, bütün xalq sorğuya çəkiləcək.” Digər bir ayədə buyurulur: “Onları dayandırın, sorğuya çəkilməlidirlər.3 İstənilən bir halda Qiyamət günü insandan onun düşüncəsi, niyyətləri, gəncliyi, ömrü, qazancı, xərci, rəhbər seçimi, böyüklərə itaəti haqqında sorğu-sual aparılacaq.
Sual: Necə olur ki, “Ər-rəhman” surəsinin 39-cu ayəsində “Heç bin cin və ins sorğuya çəkilməz” buyurulur?
Cavab: Qiyamətin müxtəlif səhnələri var. Hər səhnənin öz xüsusi şəraiti var. Məsələn, bir dayanacaqda insanlar onlara ünvanlanan suallara cavab verə bilirlər. Amma digər bir dayanacaqda onların ağzı möhürlənir, bədən üzvləri şəhadət verir.
Dostları ilə paylaş: |