Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 1,22 Mb.
səhifə532/621
tarix02.01.2022
ölçüsü1,22 Mb.
#2048
1   ...   528   529   530   531   532   533   534   535   ...   621

Bildirişlər


1. Varlıq aləminin həqiqi maliki yalnız Allahdır. (Əgər Onun hökmü altındayıqsa, bəndəlik vəzifələrimizə əməl edək.)

2. İbadət və bəndəlik təkcə insana aid deyil.

3. Mələklərdən uzaqlığın kökü təkəbbürdür.

4. Allahın bəzi məxluqları Ona yaxın məqama çatar.

5. İbadətdən uzaqlığın kökü təkəbbürdür.

6. İbadət insanı mələklərlə bir cərgəyə qatır.

7. Xoşhallıq ibadətin dəyərini göstərir.

8. Mələklər yatmır.

9. Davamlılıq ibadətə dəyər verir.

10. Batil əqidələri sual altına alaq.



● Ayə 22:


﴿لَوْ كَانَ فِيهِمَا آلِهَةٌ إِلَّا اللَّهُ لَفَسَدَتَا فَسُبْحَانَ اللَّهِ رَبِّ الْعَرْشِ عَمَّا يَصِفُونَ﴾

Əgər göylərdə və yerdə Allahdan başqa məbudlar olsaydı, hər ikisi (göy və yer) dağılardı. Ərşin Rəbbi olan Allah Ona aid edilən sifətlərdən pakdır.”



Nöqtələr


Bir neçə müəllif tərəfindən yazılmış kitaba diqqət və nəzər salsaq, onun müxtəlif cümlələri və hissələrinin üslubu arasında fərqlər görərik. Kitab böyüdükcə uyğun ziddiyyət də artır. Ola bilsin ki, eyni bir fikri müxtəlif şəxslər təsadüfi olaraq eyni bir tərzdə ifadə etsinlər. Amma varlıq aləmi kimi böyük bir kitabda mütləq uyğunluq və nizamı yalnız vahid Allah yarada bilər.

Sual: Əgər Allah varlıq aləmindəki prosesləri nizamlayırsa, nə üçün müəyyən ziddiyyətlər var?

Cavab: Əvvəla, nəzərdə tutulanları ziddiyyət adlandırmaq düzgün deyil. Bu növ təzadlar qayçının və tərəzinin bir-birinə zidd gedən iki tərəfi kimi eyni bir işə xidmət göstərir. Məsələn, yuyulmuş paltarın suyunu sıxmaq istəyən insanın əlləri bir-birinə zidd istiqamətdə hərəkət edir. Məqsəd isə birdir.

Hişam ibn Həkəm İmam Sadiqdən (ə) soruşdu: “Allahın birliyinin dəlili nədir?” Həzrət buyurdu: ”Varlıq aləmindəki tədbirlər arasındakı bağlılıq, yaranışın kamil olması Allahın birliyinin dəlilidir.”1

Bu ayə hər bir iş üçün xüsusi tanrı müəyyənləşdirənlərə cavabdır.


Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   528   529   530   531   532   533   534   535   ...   621




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin