Bildirişlər
1. Allah varlıq aləminin həqiqi və mütləq malikidir. Malik öz hökmlərinə görə qınanmır.
2. Allahdan kimsənin tələbi, alacağı yoxdur. Sorğu haqqı isə tələb və alacağı olan kəsə aiddir.
3. Allahı yalnız Ondan üstün kəs sorğuya çəkə bilər. Şübhəsiz ki, belə biri yoxdur.
4. İnsanlar gördükləri işlərə görə məsuliyyət daşıyırlar.
5. Sorğu və cəza məsuliyyətin ən üstün göstəricisi, azadlığın ən mühüm əlamətidir. (İmam Rzadan (ə) nəql olunmuş hədisdə deyilir: Allah Adəmə (ə) xitabən buyurdu: “Mən istəmişəm ki, sən öz arzunla azad olasan.”1 Bəli, insan məcburən sorğuya çəkilmir. Çünki məsuliyyət daşımayan və məcbur olmuş şəxsin sorğuya çəkilməsi əqlən qəbahətlidir.
Dostları ilə paylaş: |