Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 1,22 Mb.
səhifə567/621
tarix02.01.2022
ölçüsü1,22 Mb.
#2048
1   ...   563   564   565   566   567   568   569   570   ...   621

● Ayə 55:


﴿قَالُوا أَجِئْتَنَا بِالْحَقِّ أَمْ أَنتَ مِنَ اللَّاعِبِينَ﴾

(Müşriklər İbrahimə) dedilər: «Sən bizə həqiqəti deyirsən, yoxsa zarafat edirsən?!»”



● Ayə 56:


﴿قَالَ بَل رَّبُّكُمْ رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ الَّذِي فَطَرَهُنَّ وَأَنَا عَلَى ذَلِكُم مِّنَ الشَّاهِدِينَ﴾

(İbrahim) dedi: «Əlbəttə (həqiqəti deyirəm,) Rəbbiniz göylərin və yerin Rəbbidir, onları vücuda gətirmişdir. Mən (də) bu həqiqətə şahidəm.»”



Nöqtələr


“Həqq” sözü “laib” sözünün antonimi olaraq ciddilik mənasını bildirir. Yəni ciddi deyirsən, yoxsa zarafat edirsən?

Bildirişlər


1. Nəsilbənəsil kor-koranə təqlid nəticəsində yolunu azmış kəslərin haqqı birdəfəyə qəbul etmələri asan iş deyil.

2. Allahın rübubiyyət və tərbiyəsi təkcə bəşəriyyətə yox, bütün varlıq aləminə aiddir.

3. Bütün varlıq aləminin bir Rəbbi var. (Bəziləri yanılaraq göylərin, yerin və bəşəriyyətin ayrı-ayrılıqda Rəbbi olduğunu düşünürlər.)

4. İlahi insanlar öz haqq əqidələri ilə tənha qalmamışlar. Onlar özlərini tarixin təkallahçıları ilə və ilahi mələklərlə bir yerdə görürlər.




Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   563   564   565   566   567   568   569   570   ...   621




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin