- 67 -
Sorğuda iştirak edən iştirakçılardan cins: “kişi və qadın”, yaş aralığı;"25 il və
daha aşağı, 26-30 il, 31-35 yaş, 36-40 il, 41-45 yaş, 46-50 il, 51 və yuxarı", hazırkı
vəzifədə olan iş stajı;"3 ildən az, 3 ildən 6 ilədək, 7 ildən 10 ilədək, 11 ildən 14
ilədək, 15 ildən 18 ilədək və 19 ildən çox",təhsil səviyyəsi; "orta məktəb, orta ixtisas
bakalavr, magisr və doktorluq", işlədiyi müəssisədə nə qədər staja malik olma: "3
ildən az, 3-5 il, 6-8 il, 9-11 il, 12-14 il, 15-17 il, 18-20 il və 21 ildən çox” şəkildə
demoqrafik suallar soruşulmuşdur. Bundan əlavə, hər bir müəssisədə mövcud olan
vəzifələr üzrə qiymətləndirilmə nəticəsi müəyyən edilmişdir. Vəzifələr: “Direktor,
Direktor köməkçisi, Baş menecer, Menecer, Şöbə müdiri, Şöbə müdirinin köməkçisi,
İdarəetmə üzrə rəis, Növbə üzrə rəis, Baş mühəndis, Baş texnik, İdarə heyəti, Digər
olaraq müəyyənləşdirilmişdir. Anketlərin nəticələri “SPSS” proqramı ilə təhlil
edilmiş və nəticələr qiymətləndirilmişdir.
Anket, Bakı şəhəri ərazisində fəaliyyət göstərən 12 xidmət istehsal müəssisəsi
anket sorğusu ilə araşdırıldı. Sektor əsaslı olaraq 6 müəssisə toxuculuq istehsal
müəssisəsidir və bu nisbət cəmi 50,0% təşkil edir, 2 metal istehsalçısı və ümumi
olaraq 16,66% olaraq görülür. Tikinti sektorunda 3 müəssisə fəaliyyət göstərir və bu
nisbət cəmi 25,0% olaraq görülür. 1 müəssisə plastik istehsal müəssisəsidir və ümumi
olaraq 8,33% təşkil edir. Aparılan danışıqlar əsnasında araşdırılan bu müəssisələrdə
240 işçi tapıldı. Ancaq tədqiqat kontekstində 240 nəfərin hamısı iştirak etməmişdir.
Soğu nəticəsində 168 anket əldə edilmişdir. Əldə olunan nəticənin dərəcəsi 70%
səviyyəsində müəyyən edilmişdir. Bundan əlavə, tədqiqat üçün uyğun olmayan 9
anket qiymətləndirilməmişdir. Nəticədə analiz üçün 159 anket istifadə edilmişdir.
Tədqiqatda istifadə edilən sorğu forması Dissertasiya işin sonunda yerləşdirilmişdir.
Dostları ilə paylaş: