(hidrogen) bombaları var. Zədələyici amillərin xarakteri eyni olduğu üçün hər ikisinə nüvə silahı deyilir. Neytron döyüş sursatı, habelə hidrogen-uran döyüş sursatları nüvə silahının xüsusi növləridir. Nüvə silahı ən güclü kütləvi qırğın vasitəsidir; inzibati mərkəzləri, sənaye və hərbi obyektləri dağıtmaq, canlı qüvvəni məhv etmək, yanğınlar törətmək, mühiti radioaktiv zəhərləmək və s. məqsədi güdür. Nüvə silahı insanlara güclü mənəvi və psixoloji təsir göstərir. Hazırda rəsmi olaraq ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Çinin silahlı qüvvələri nüvə silahına malikdirlər. Raket-nüvə silahının meydana çıxması hərb elminin inkişafına güclü təkan verdi, döyüş əməliyyatlarının aparılması üsullarının xeyli dəyişməsinə səbəb oldu.
Atom Nüvə Silahnın Ərazi Təsiri
Atom bombası çox təsirli bir nüvə silahıdır. Bir şəhərin ortasına düşən 1 meqatonluq atom bombası bütün şəhəri məhv etmək gücünə malikdir. Partlayış nəticəsində böyük miqdarda enerji ayrılır. Bu enerji istilik və işıq şəklində özünü göstərir və temperatur həddindən artıq yüksəlir. Bu temperatur milyonlarla dərəcəyə çatır. Bombanın düşdüyü yerə 3 kilometr məsafədə olan bütün canlılar küləyin təsiri ilə karbona çevrilir və ölür. Partlayış yerindən 5 kilometrə qədər olan yerlərdə küləyin sürəti daha da artır. Küləklə insanların paltarları alovlanmağa başlayır və dəridə ciddi yanıqlar əmələ gəlir. Mərkəzdən 12 kilometrə yaxınlaşdıqca küləyin sürəti artır. Bu artımla radiasiya səviyyəsi xeyli yüksəlir. İnsanlar radioaktiv dağıntılar səbəbindən yanıqlar alır və kor olurlar. İşığın yaydığı istilik