Nüvə partlayışı zamanı təhlükəsizik qaydaları
Parlayış uzaq məsafədə baş versə belə, dalğası və
radioaktiv toz buludları sizə 30
saniyə və ya daha gec
gəlib çata bilər;
Partlayışın gözqamaşdırıcı alovlu kürəsinə baxmayın
(şüanın təsirindən görmə qabiliyyətinizi itirə bilərsiniz);
Radiasiyadan qorunmaq üçün mümkün qədər tez,
qapalı məkanda və ya yeraltı sığınacaqda daldalanmağa
çalışın;
Qapalı yer
tapa bilmirsinizsə, müdafiə oluna biləcəyiniz
hər hansı predmetin arxasına sığının, nəfəs yollarını və
gözlərinizi hər hansı qoruyucu vasitə (parça, əleyhqaz,
qoruyucu maska, gözlük və s.) ilə qoruyun, bədəninizin
açıq
hissələrini örtün;
Nüvə partlayışı zamanı təhlükəsizik qaydaları
Daldalandığınız məkanın qapı və pəncərələrini,
havalandırma sistemlərini möhkəm bağlayın,
məsamələri izolə edin;
Döşəməyə (və ya yerə) uzanın, başınızı sinənizə
sıxaraq onu qollarınızla
qoruyun
Daldalandığınız məkanı aidiyyəti qurumların göstərişi
olmadan tərk etməyin, onların təlimatlarına (təxliyyə və
s.) əməl edin;
Səhhətinizdə hər hansı dəyişiklik baş verərsə,
təcili tibbi
yardım çağırın;
Radioaktiv maddələrlə çirklənmiş əşyalara toxunmayın
(bu, ərazidə gördüyünüz hər hansı əşya ola bilər);
“Radiasiya təhlükəsi” və ya “Təhlükəli materiallar”
nişanları qoyulan ərazilərə yaxınlaşmayın;
Radioaktiv maddələrlə çirklənmiş ərazilərdən cəld və
mümkün qədər uzaqlaşın;
Çirklənmiş ərazidə istehsal olunan kənd təsərrüfatı
məhsulları, balıq və ov ətinin istifadəsinə qoyulan
qadağalara riayət edin;
Radioaktiv təhlükə zamanı ev heyvanlarını
bir neçə
günlük qida və su ilə təmin edərək qapalı yerdə
saxlayın, onlarla təması məhdudlaşdırın.