Umakanta Sarker and Shinya Oba (2018)
Catalase, superoxide dismutase and ascorbate-
glutathione cycle
enzymes confer drought
tolerance of
Amaranthus tricolor. Sci. Rep., 8:
16496.
Zhou M., Lin Y., Fang Sh., Liu Y., Shang X.
(2019) Phytochemical content and antioxidant
activity
in aqueous extracts of Cyclocarya
paliurus leaves
collected
from
different
populations.
Peer J., 7: 1-18.
Quraqlıq vә yenidәn suvarılma zamanı yumşaq buğda genotiplәrindә (Triticum aestivum L.) Н
2
О
2
-nin
tәmizlәnmәsindә mühüm rol oynayan askorbat-qlutation tsiklinin tәdqiqi
L.M. Aydınlı
AMEA Molekulyar Biologiya vә Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyası
Qlobal iqlim dәyişikliklәri vә quraqlıq sәbәbindәn kәnd tәsәrrüfatı hәr il ciddi itkilәrlә üzlәşir. Quraqlıqla
mübarizәnin әn yaxşı üsulu davamlı vә yüksәk mәhsuldar sortların yaradılmasıdır.
Sahәdә tәbii şәraitdә
becәrilmiş yumşaq buğda (
Triticum aestivum L.) genotiplәri (davamlı Qobustan, hәssas Tale 38) müm
yetişmә fazasının sonunda quraqlığa mәruz qalmış vә tәkrar suvarmadan 7 gün sonra
yarpaqlarda askorbat-
qlutation tsiklinin әsas komponentlәri olan askorbat turşusu (AsT) vә qlutationun (GSH) miqdarı, askorbat
peroksidaza (APO) vә qlutation reduktaza (QR) fermentlәrinin aktivliyinin dәyişmәsi tәdqiq edilmişdir.
Müәyyәn edilmişdir ki, quraqlığın tәsirindәn hәr iki genotipdә askorbat turşusunun miqdarı suvarılan
variantla müqayisәdә artmış, rehidratasiyadan sonra AsT-nin miqdarı azalmış
vә bu azalma Qobustan
genotipindә Tale 38 ilә müqayisәdә daha nәzәrәçarpan olmuşdur. Eyni zamanda qlutation molekullarının
de
novo sintezi vә onun oksidlәşmiş formasının regenerasiyası hesabına qlutationun miqdarı hәr iki genotipdә
quraqlıq variantında nәzarәtә nisbәtәn artmış, rehidratasiyadan sonra isә Qobustan sortunda nisbәtәn bәrpa
olunsa da, Tale-38 sortunda dәyişilmәmişdir. Askorbat -qlutation tsiklinin әsas fermentlәri olan APO vә QR
aktivliklәri kәskin azalmış (tәqribәn 2 dәfә), tәkrar suvarmadan sonra artsa da QR-nın aktivliyi kontrola
yaxınlaşdığı halda, APO-nun aktivliyi yenә dә suvarılan variantla müqayisәdә aşağı olmuşdur.
Nәticәlәr quraqlığa davamlı vә hәssas buğda genotiplәrinin AsT-GSH tsiklindә quraqlığa vә onun bәrpasına
fәrqli cavab verdiyini göstәrdi.
Açar sözlәr: Quraqlıq, rehidratasiya, askorbat peroksidaza, askorbat turşusu, qlutation reduktaza, reduksiya
olunmuş qlutation, H
2
O
2