Odlar yurdu kolleci İstehsalat Təcrübəsi Hesabatı İxtisas: Mühasibat uçotu Qrup: 21 mu


I FƏSİL. . ƏSAS VƏSAITLƏRIN IQTISADI MƏZMUNU TƏYINATI



Yüklə 223,91 Kb.
səhifə2/13
tarix21.06.2023
ölçüsü223,91 Kb.
#133407
1   2   3   4   5   6   7   8   9   ...   13
Abbasova Padilla - hesabat

I FƏSİL. . ƏSAS VƏSAITLƏRIN IQTISADI MƏZMUNU TƏYINATI, QIYMƏTLƏNDIRILMƏSI VƏ UÇOTUNUN QARŞISINDA DURAN VƏZIFƏLƏR
1.1. Əsas vəsaitlərin daxil olması və uçotu

Maliyyə hesabatlarında əsas vəsaitlər aşağıdakı qaydada qruplaşdırılır:


□ torpaq;
binalar və qurğular;
□ mebel və avadanlıqlar;
□ kompyüterlər və rabitə avadanlıqları;
□ nəqliyyat vasitələri;
□ digər əsas vəsaitlər.
Əsas vəsaitlər Banka onların:
- alınması;
- müxtəlif kənar təşkilatlardan əvəzsiz verilməsi;
- mübadilə edilməsi;
- maliyyə (kapital) icarəsi lizinqi;
- tikilməsi, quraşdırılması nəticəsində daxil olur.
1. Əsas vəsaitlər aşağıdakı hallarda aktiv kimi tanınır:
- gələcəkdə aktivlə bağlı iqtisadi səmərənin daxil olması ehtimal edilir;
- aktivin dəyərini etibarlı şəkildə qiymətləndirmək mümkündür.
Əsas vəsaitlər (Əvəzsiz olaraq alınanlar əsas vəsaitlər istisna olmaqla) əsas vəsaitlər mühasibat balansında (uçotda) müvafiq balans hesablarında ilkin dəyəri ilə əks etdirilir. Əsas vəsaitlərin uçotu mühasibat jurnalında onun növləri üzrə ayrı-ayrılıqda aparılır.
Satın alınan əsas vəsaitlərin ilkin dəyərinə idxal rüsumları və, yığımları, habelə onların əsas vəsaitin istismara verilməsi üçün müəyyən funksiyaları yerinə yetirmək üçün işlək vəziyyətə gətirilməsinə sərf olunan birbaşa müşayiətedici xərclər daxildir.
Birbaşa müşayiətedici xərclərə aşağıdakılar aiddir:
- iş yerinin hazırlanması xərcləri;
- ilkin tədarük və emal xərcləri;
4
- quraşdırma xərcləri;
- qonorarlar, xidmətlərin ödənişi xərcləri (məsələn, layihə-smeta sənədlərinin hazırlanması, layihələrin ekspertizası və s. üçün mütəxəssislərə arxitektorlara və mühəndislərə ödənişlər). Əsas vəsait istismar olunanadək dəyən ilkin ziyan xərclər kimi tanınır.
Kənar təşkilatlardan əvəzsiz alınan əsas vəsaitlər bazar dəyərinə görə nəzərə alınaraq, “təxirə salınmış gəlirlər” adlı maddə üzrə şərh edilir və faydalı xidmət müddəti ərzində hissə-hissə gəlirlər kimi tanınır. Əvəzsiz olaraq alınmış əsas vəsaitlər üzrə müşayətedici xərclər birbaşa müvafiq xərc maddələrinə aid edilir.
Nizamnamə kapitalına əvəzsiz olaraq verilmiş əsas vəsaitlər birbaşa bankın kapitalına aid edilir.
Əsas vəsait dəyəri qismən ödənilməklə digər növ əsas vəsaitlə, yaxud digər aktivlə mübadilə nəticəsində əldə edilə bilər. Mübadilə nəticəsində əldə edilən əsas vəsaitin ilkin dəyəri onun bazar dəyəri qiyməti əsasında qiymətləndirilir, bu da öz növbəsində verilən aktivin bazar dəyəri ilə mübadilə zamanı ödənilən pul vəsaitinin cəminin (fərqinin) məbləğinə bərabərdir. Mübadilə zamanı meydana çıxan hər hansı gəlir, yaxud xərc dərhal tanınır.
Eyni bazar dəyərinə malik olan analoji əsas vəsaitlə mübadilə nəticəsində əldə edilmiş əsas vəsait, verilən aktivin balans dəyəri üzrə nəzərə alınır. Mübadilə nəticəsində alınmış əsas vəsaitin bazar dəyəri verilən aktivin balans dəyərindən aşağı olarsa, Bank verilmiş aktivin balans dəyərinin silinmiş aktivin balans dəyərinə çatdırılması üçün xərclər hesabından silinmə əməliyyatı aparır və yeni alınmış əsas vəsait bu azaldılmış dəyərlə əks etdirilir. Alınmış əsas vəsaitin bazar dəyəri, verilmiş aktivin balans dəyərindən yüksək olduqda, əsas vəsait verilmiş aktivin balans dəyəri ilə qəbul olunur və bu mübadilə əməliyyatı üzrə gəlir hesaba alınmır.
Müxtəlif bazar dəyərlərinə malik analoji əsas vəsaitlərin mübadiləsi zamanı verilmiş aktivin bazar dəyəri:
- öz balans dəyərindən və alınmış aktivin bazar dəyərindən aşağıdırsa, alınmış əsas

5
vəsait mübadilə zamanı verilmiş aktivin bazar dəyəri ilə köçürülmüş pul vəsaitinin


cəminə bərabər məbləğdə hesaba alınır. Verilmiş əsas vəsaitin balans və bazar dəyərləri arasındakı fərq tamamilə xərc kimi tanınır;
- öz balans dəyərindən yüksək və alınmış əsas vəsaitin bazar dəyərindən aşağıdırsa, alınmış əsas vəsait mübadilə zamanı verilmiş əsas vəsaitin balans dəyəri ilə köçürülmüş pul vəsaitinin çəminə bərabər məbləğində dəyərdə hesaba alınır. Bu əməliyyatda gəlir tanınmır;
- alınmış aktivin bazar dəyərindən yüksək və onun balans dəyərindən aşağıdırsa, alınan əsas vəsait özünün bazar dəyəri üzrə hesaba alınır. nəzərə alınır. Verilmiş aktivin balans və bazar dəyərləri arasındakı fərq tamamilə xərc kimi tanınır;
- alınmış aktivin balans və bazar dəyərlərindən yüksəkdirsə, alınmış aktiv əldə edilmiş pul vəsaitini çıxmaqla və realizə edilmiş gəlir əlavə olunmaqla, verilmiş aktivin balans dəyərinin məbləğinə bərabər olan dəyər üzrə hesaba alınır.
Əsas vəsaitlərin vahidinin (dəstinin) minimum ilkin dəyəri müvafiq qanunvericiliklə limitləşdirilir.
Əsas vəsaitlər uçotda ilkin dəyər əsasında qiymətləndirilir. Əsas vəsaitlərin ilkin dəyəri onun yenidən qiymətləndirilməsi, yenidən qurulması və əlavə tikinti işləri zamanı dəyişdirilir. Əsas vəsaitlərin uçotu mühasibat jurnalında onun növləri üzrə ayrı-ayrılıqda aparılır.
Əsas vəsaitlərin üzrə bütün mühasibat (uçot) əməliyyatları imzalanmış sənədlər əsasında milli valyuta ilə manatla aparılır.
Əsas vəsaitlər Nizamnamə fondunda Təsisçilərin müvafiq qərarına uyğun olaraq əks etdirilir.



Yüklə 223,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin