1.4. Silinmə
Əsas vəsaitlər aşağıdakı hallarda silinir:
- çıxdaş edilməsi;
- investisiya şəklində verilməsi;
- maliyyə icarəsinə verilməsi;
- realizasiya nəticəsində;
- kənar təşkilatlara əvəzsiz verilməsi.
Əsas vəsait fiziki aşınma nəticəsində həmişəlik istismardan çıxarılırsa, silinmə üzrə yaradılan xüsusi komissiya ayrı-ayrı qovşaqlar və ehtiyat hissələrindən sonrakı istifadə imkanlarını müəyyənləşdirir. Belə qovşaq və hissələrin uçotu müvafiq qruplar daxilində, onların qorunub saxlanması üçün cavabdeh olan müvafiq bölmədə komplektləşdirmə aktında göstərilən dəyər üzrə aparılır.
Silinmiş əsas vəsaitlərdən çıxarılan hissələr və qovşaqların satışından daxil olan vəsaitlər gəlirlər kimi tanınır. Bu qovşaq və hissələr satılana və istifadə olunanadək balansdankənar uçotda əks etdirilir.
8
Əsas vəsaitlərin realizasiyası zamanı yaranan mənfəət və ya zərər, realizasiyadan gözlənilən xalis daxilolmalarla bu aktivin balans dəyəri arasındakı fərq kimi nəzərə alınaraq gəlir və ya xərc kimi tanınır.
Əsas vəsaitlər silindikdə, onların yenidən qiymətləndirilməsi üzrə ehtiyat qalığı bölüşdürülməmiş mənfəət hesablarına köçürülür. Əsas vəsaitlərin satışından daxil olan vəsaitin məbləği ilə balans dəyəri arasındakı fərq müvafiq surətdə, gəlir və ya xərc kimi tanınır.
Yararsız hala düşmüş əsas vəsaitlərin istifadəyə yararsızlığının, təmirinin mümkünsüzlüyünün və səmərəsizliyinin müəyyənləşdirilməsi, həmçinin onların silinməsi məqsədilə lazımi sənədlərin tərtib edilməsi üçün bank rəhbərinin əmri ilə müvafiq ləğvetmə komissiyası yaradılır. Komissiyanın sədri bankın rəhbəri və ya onun müavinlərindən biri, sədr müavini isə baş mühasib olmalıdır. Komissiyanın üzvləri müvafiq struktur bölmələrin rəhbərləri və ya yüksək ixtisaslı mütəxəssislərdən ibarət olmalıdır. Banklarda bu komissiyaya yuxarı idarənin nümayəndəsini də daxil etmək tövsiyyə olunur. Komissiyanın vəzifələrinə aşağıdakılar daxildir:
- silinməli olan əsas vəsaitlərin bilavasitə baxışını keçirmək, onların bərpa və ya sonrakı istifadə üçün yararlılığını müəyyən etmək;
- əsas vəsaitlərin silinməsi zərurətini yaradan səbəbləri (köhnəlmə, normal istismar şərtlərinin pozulması nəticəsində vaxtından əvvəl sıradan çıxma, təbii fəlakət, qəza və s), zəruri hallarda isə bu barədə qanunvericiliklə müəyyən olunmuş qaydada günahkar şəxsləri müəyyən etmək;
- silinən əsas vəsaitlərin ayrı-ayrı hissələrinin, detallarının və digər materiallarının gələcəkdə istifadəyə yararlılığını müəyyən ötmək və mümkün istifadə qiyməti ilə qiymətləndirmək. Bu zaman ləğvetmə komissiyası hesabdan silinən əsas vəsaitlərin əlvan və qiymətli metallardan düzəldilmiş hissələrinin mövcudluğunu müəyyən etməklə onların istifadəyə yararlılığını və ya təkrar emalının və digər müvafiq məntəqələrə verilməsinin təhvil-təslim qaydalarını müəyyənləşdirmək;
- əsas vəsaitlərin silinməsi üçün akt tərtib etmək və digər sənədləşmələri hazırlamaq.
9
Yararsız hala düşmüş əsas vəsaitlərin silinməsi qanunvericiliklə müəyyən edilmiş müvafiq sənədləşmə əsasında həyata keçirilir.
Yararsız hala düşmüş əsas vəsaitlər silinən zaman ləğv etmə komissiyası tərəfindən tərtib edilmiş müvafiq sənədlər bankın rəhbəri tərəfindən təsdiq edilir.
Dövlət mülkiyyətində olan əsas vəsaitlərin balansdan balansa verilməsi və silinməsi müvafiq qanunvericiliklə tənzimlənir.
Yararsız hala düşmüş əsas vəsaitlərin silinməsi ilə əlaqədar ləğvetmə komissiyasının müvafiq sənədləri bankın rəhbəri tərəfindən təsdiq edildikdən sonra həmin obyekt sökülə, hissələrə ayrıla və silinə bilər. Müvafiq sənədləşmə təsdiq edilməyənədək obyektin sökülməsi, ləğv edilməsi və hesabdan silinməsi qadağandır.
Sökülmə ilə bağlı bütün müvafiq sənədlər müvafiq ləğvetmə sənədlərinə əlavə olunur.
Nəqliyyat vasitələrinin silinməsi müvafiq qanunvericiliklə müəyyən edilmiş sənədlər üzrə aparılır.
Dostları ilə paylaş: |