Odlar yurdu kolleci İstehsalat Təcrübəsi Hesabatı İxtisas: Mühasibat uçotu Qrup: 21 mu


Faydalı xidmət müddətinə yenidən baxılması



Yüklə 223,91 Kb.
səhifə6/13
tarix21.06.2023
ölçüsü223,91 Kb.
#133407
1   2   3   4   5   6   7   8   9   ...   13
Abbasova Padilla - hesabat

1.6. Faydalı xidmət müddətinə yenidən baxılması

Əsas vəsaitlərin faydalı xidmət müddəti vaxtaşırı dəyişdirilə bilər. Nəzərdə tutulan müddət ilkin olaraq müəyyənləşdirilmiş müddətdən əhəmiyyətli dərəcədə fərqləndikdə, cari və gələcək dövrlərin amortizasiya ayırmalarının məbləği təshih edilməlidir.




1.7. Maliyyə hesabatlarında açıqlamalar

Hər bir əsas vəsait qrupu üzrə illik maliyyə hesabatlarına əlavə edilən izahat məktubunda (qeyddə) aşağıdakı məlumatlar olmalıdır:


balans dəyərinin ölçülməsi əsasları (ilkin, yenidən qiymətləndirilmiş və s). Birdən çox əsasdan istifadə edildikdə hər bir əsas üzrə balans dəyəri açıqlanmalıdır;
□ amortizasiyanın hesablanması metodu və amortizasiya normaları;
□ faydalı xidmət müddətləri;
11
□ balans dəyəri və müvafiq dövrün əvvəlinə və sonuna hesablanmış amortizasiya;
□ müvafiq dövrün əvvəlinə və sonuna aşağıda göstərilənlər üzrə balans dəyərinin üzləşdirilməsi:
- əsas vəsaitlərin artımı;
- satış və hesabdan silinmə;
- yenidən qiymətləndirmə nəticəsində artım və azalma;
- balans dəyərinin azalması;
- silinmiş məbləğlər;
- amortizasiya.
hesabat dövründə əsas vəsaitlər yenidən qiymətləndirilmişdirsə, bu zaman aşağıdakılar da açıqlanmalıdır:
□ əsas vəsaitlərin yenidən qiymətləndirilməsi üsulu;
□ əsas vəsaitlərin yenidən qiymətləndirilməsinin keçirildiyi tarix;
□ müstəqil qiymət qoyma ekspertinin cəlb edilməsi;
□ bərpa dəyərini müəyyənləşdirmək üçün istifadə edilmiş indekslər.
Maliyyə hesabatlarına izahat məktubunda aşağıdakı əlavə məlumatlar da öz əksini tapmalıdır:
□ müvəqqəti olaraq istifadə edilməyən əsas vəsaitlərin balans dəyəri;
□ tam amortizasiya edilmiş, lakin hələ də istifadədə olan əsas vəsaitlərin balans dəyəri;
□ istifadə edilməsi dayandırılmış və silinməsi nəzərdə tutulmuş əsas vəsaitlərin balans dəyəri.
“Maliyyə hesabatlarında həmçinin aşağıdakılar açıqlanmalıdır:
- öhdəliklərin təminatı kimi girov qoyulmuş əsas vəsaitlərin dəyəri və onların mülkiyyət hüquqlarının məhdudlaşdırılması haqqında məlumatlar;
- başa çatdırılmamış tikinti hesabındakı əsas vəsaitlər üzrə xərclər haqqında məlumatlar;
- əsas vəsaitlərin alınması üzrə öhdəliklər haqqında məlumatlar.

12



Yüklə 223,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin