Odlar yurdu kolleci İstehsalat Təcrübəsi Hesabatı İxtisas: Mühasibat uçotu Qrup: 21 mu


II FƏSİL: ƏSAS VƏSAİTLƏRİN MÜXTƏLİF NÖVLƏRİNİN UÇOTDA VƏ HESABATDA ƏKS ETDİRİLMƏSİNİN METODOLOJİ ƏSASLARI



Yüklə 223,91 Kb.
səhifə7/13
tarix21.06.2023
ölçüsü223,91 Kb.
#133407
1   2   3   4   5   6   7   8   9   10   ...   13
Abbasova Padilla - hesabat

II FƏSİL: ƏSAS VƏSAİTLƏRİN MÜXTƏLİF NÖVLƏRİNİN UÇOTDA VƏ HESABATDA ƏKS ETDİRİLMƏSİNİN METODOLOJİ ƏSASLARI


2.1.Torpaq, tikili və avadanlıqların uçotunun təşkili metodikası
Müasir zamanda uçotun xüsusi prioritet daşıyan məsələlərindən biri tikili, torpaq və avadanlıqların uçotunun vergi və mühasibat uçotuna nəzərən iqtisadi cəhətdən ən çox inkişaf etmiş xarici dövlətlərdə mövcud, həmçinin dünya iqtisadiyyatında böyük xüsusi çəkiyə sahib transmilli korporasiyalarda istifadə olunan beynəlxalq maliyyə hesabatı standartlarına uyğunluğunu, həm də onların bir-birinə ən çox uyğunlaşdırılmasından təşkil olunub. Sadalananlar “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Vergi Məcəlləsi, Nazirlər Kabinetinin Qərarlarında, Prezidentin bir sıra fərmanlarında, Maliyyə Nazirliyinin hazırladığı proqramlarda tez-tez özünü göstərmişdir.
Azərbaycanda tikili, torpaq və avadanlıqların uçotunun beynəlxalq standartlara müvafiq təkmilləşdirilməsi və vergi qanunvericiliyinə uyğunlaşdırılması məsələləri bəzi mütəxəssislərin diqqətini çəkmişdir. Dövlət iqtisadiyyatına beynəlxalq aləmdə məşhur transmilli korporasiyalar tərəfindən böyük həcmli investisiya yatırımı və Azərbaycana böyük həcmli kreditlərin verilməsi Beynəlxalq Valyuta Fondu və Dünya Bankı qismində beynəlxalq iqtisadi şirkətlər tərəfindən dövlətimizdə vergi və mühasibat uçotunun təkmilləşdirilməsinə aid tövsiyələrin verilməsilə nəzərə çarpmışdır. Sadalanan məsələlər mühasibat uçotunun Azərbaycanda beynəlxalq standartlara müvafiq təkmilləşdirilməsi vacibliyini meydana çıxarmış və həmin konteksdə beynəlxalq maliyyə hesabatı standartlarının tələblərini ödəyən Milli Mühasibat Uçotu Standartları qurulmuşdur. Həmin standartların tətbiq edilməsi prosesində vergi və mühasibat uçotunun paralel olaraq yerinə yetirilməsi, eləcə də bu vaxt tikili, torpaq və avadanlıqların uçotununaparılması və onların əsas xarakterlərinin tədqiq olunması vacibliyi tədqiqat mövzusunun seçilməsini şərtləndirmişdir.
Tikili, torpaq və avadanlıqlar qrupu daha müxtəlifdir. Buna hər şeydən öncə istehsal
13
təyinatlı tikili, torpaq və avadanlıqlar aiddir, onlara daxildir: əmək vəsaitləri (mexanizmlər, maşınlar, avadanlıqlar və b.) əmək məhsullarının və əşyalarının qarışdırılması və saxlanılmasından ötrü istifadə edilən vəsaitlər (məsələn, nəqliyyat vasitələri), həm də normal istehsalat şəraitinin qurulması üçün vacib olan qurğular (anbarlar, istehsalat binaları və b.).
Həm də tikili, torpaq və avadanlıqlara çoxillik əkmələr, yaşlı işçi və məhsuldar heyvanlar (kiçik heyvanlardan savayı), eləcə də torpaqların yaxşılaşdırılmasına (qurudulma, meliorasiya, irriqasiya və b.) yatırılan kapital qoyuluşları aiddir.
Tikili, torpaq və avadanlıqların xüsusi qrupunu qeyri-istehsalat xüsusiyyətli tikili, torpaq və avadanlıqlar (qurğular, binalar) və çoxillik istifadə edilən əşyalar təşkil edir.
Onlar camaatın mədəni-məişət ehtiyacını ödəmək üçün nəzərə alınmış, eyni anda onlar uşaq və müalicə müəssisələri, məktəblər, klublar və b. kimi istifadə edilir.
Qeyri istehsalat təyinatı olan tikili, torpaq və avadanlıqlar mahiyyət cəhətdən əmək vəsaitləri sayılmır. Ancaq həm də onlar köhnəldikcə öz dəyərini qismən hissə-hissə itirir və özünün natural şəklini saxlayır. Həmdə torpaq yerləri kənd təsərrüfatı sənayelərində əmək vəsaitlərinə məxsusdur.
Beləliklə “əsas vəsaitlər” termini “əmək vəsaitləri” termini ilə uyğunlaşmır, belə ki, qeyri istehsal vəsaitləri tikili, torpaq və avadanlıqların tərkibinə aiddir.
Tikili, torpaq və avadanlıqlardan faydalı istifadə etmək vacibdir və onların tam saxlanılması təmin olunmalıdır. Bu yönümdən tikili, torpaq və avadanlıqların mühasibat uçotunun aparılması vacib rol ifadə edir.
Tikili, torpaq və avadanlıqların mühasibat uçotu aşağıdakıları təmin etməlidir:
-təsərrüfatın bütün tikili, torpaq və avadanlıqlarının saxlanılmasına nəzarəti;
-təsərrüfatda yerdəyişmə, daxil olma və onların təsərrüfatdan çıxmasının sənədlə doğru rəsmiyyətə alınmasını;
- Tikili, torpaq və avadanlıqlarından istifadəni və onların hərəkəti uçot registrlərində öz zamanında və doğru göstərilməsini;
- müəyyən edilmiş normalara uyğun amortizasiyanın (köhnəlmənin) doğru hesablanmasını və bu məbləğlərin hesablarda öz vaxtında göstərilməsini.
14
Tikili, torpaq və avadanlıqlar ləğv olunmasının və təsərrüfatdan çıxmasının nəticəsinin aşkarlanmasını və b.
Kənd təsərrüfatı sənayelərində əsas vəsaitlərin daxil olma kanalları ayrıdır. Yəni təsərrüfat sahəsində binalar inşa edilir, öz emalatxanasında inventarlar hazırlanır, çoxillik əkmələr becərilir, mal-qara saxlanılır, pulsuz alınır, satın alınır və b.
Təsərrüfata daxil olan tikili, torpaq və avadanlıqlar təcili sənədlə rəsmiyyətə salınmalı və mədaxil olunmalıdır. Tikili, torpaq və avadanlıqların mədaxilindən ötrü başlıca sənəd “Torpaq, tikili və avadanlıqların qəbul - təhvil aktı” dır.
Aktda qəbul edilən obyektin kiçik xarakteristikası, onun texniki şərtlərə uyğunluğu, yoxlamadan keçirilməsinin yekunu verilməlidir. Əgər çatışmazlıq varsa, onda onlar təyin edilmiş vaxtda aradan götürülür. Akt təsərrüfatın sahibi tərəfindən təsdiq olunur və mühasibata verilir. Yerli təchizat bazasından satın alınmış tikili, torpaq və avadanlıqları təsərrüfatın nümayəndəsi etibarnamə vasitəsilə alır. Həm də təsərrüfatın nümayəndəsi su yolu yaxud dəmir yolu vasitəsilə malsatanlardan daxil olan tikili, torpaq və avadanlıqları da etibarnamə vasitəsilə qəbul edir. Bu vaxt daxil olan vəsaitlərin varlığı onunla bahəm göndərilmiş nəqliyyat sənədi ilə qarşılıqlı yoxlanılır. Öncədən taralar, vaqonun sazlığı, plomb və b. yoxlanılır. Qoşulan sənədin informasiyaları ilə faktiki informasiyalar arasında fərq olan zaman, ya da korlanma aşkar olunduqda akt yazılır. Həmin akta istinadən nəqliyyat təşkilatlarından iddia irəli sürülür.
Satın alınmış avadanlıqlar, maşınlar və s. müəssisəyə gətirildikdə, onu rəsmiyyətə salmaq üçün təsərrüfatın sahibi tərəfindən təyin olunmuş komissiya qəbul edir. Komissiya daxil olan vəsaitləri mal göndərənlərin nəqliyyat sənədləri, hesab fakturası və b. ilə dəqiqliklə nəzarətdən keçirilir və müvafiq akt vasitəsilərəsmiyyətə salır.
Mal sahiblərindən mürəkkəb maşınlar (kombaynlar, traktorlar, avtomaşınlar) alındıqda paralel olaraq pasportu da qəbul olunmalıdır. Pasportda maşınların başlıca texniki xüsusiyyətləri verilir. Gələcəkdə bütün aparılmış cari və əsaslı təmiri təsərrüfatın mühəndis-mexaniki ilə bərabər mühasibat işçiləri orada göstərirlər.
Özünün emalatxanasında hazır edilmiş inventarlar və başqa avadanlıq növləri qaimə ya da naryad əsasında mədaxil olunur. İstismardakı bütün torpaq, tikili və avadanlıq
15
aşağıdakı inventarizasiya siyahısında birqadalara, fermalara və digər istehsalat bölmələrinə təhkim edilir: əsas istehsal vəsaitləri, iş heyvanları və məhsuldar mal-qara, quşlar və arı ailələri, çoxillik əkmələr.
Məlum olduğu kimi Maliyyə Nazirliyinin 2017-ci il 30 yanvar tarixli Q-01 nömrəli əmri ilə müəssisə tərəfindən aşağıdakı məqsədlər üçün istifadə olunur.
istehsalda və ya mal-materialların çatdırılması və ya xidmətlərin göstərilməsində istifadə edilməsi;
digər tərəflərə icarəyə verilməsi;
inzibati məqsədlər üçün saxlanılması.
Ənənəvi uçotda az qiymətli və tezköhnələn adlandırılan 12№li hesabda uçota aldığımız bəzi əşyalar, məsələn 90,0 manat dəyərində alınmış printer yeni uçotda “Torpaq, tikili və avadanlıqlar” kimi təsnifləşdirilməli və avadanlıqlar qrupuna aid edilməlidir. Torpaq, tikili və avadanlığın aktiv kimi təsnifləşdirilməsi üçün həmin aktiv bu anlayışa uyğun olmalıdır. Əks halda, hətta bütün digər baxımlardan onun bu aktiv sinfinə uyğun olduğu hesab olunsa belə, aktiv torpaq, tikili və avadanlıq kimi təsnifləşdirilə bilməz. Məsələn, müəssisə hər birinin dəyəri 60,000 manat olan 10 yük maşını əldə etmişdir. Müəssisə həmin maşınları daha sonra müştərilərə satmaq niyyətindədir. Bu yük maşınları aşağıdakı səbəblər üzündən torpaq, tikili və avadanlıq obyektləri kimi təsnifləşdirilə bilməz:
1. Onlar qısamüddətli aktivlərdir (ehtiyatlar);
2. Onlar nə istehsalda, nə də xidmətlərin göstərilməsində və ya malların təchiz olumasında istifadə olunmayacaq; icarəyə verilməyəcək və inzibati məqsədlərə yönəldilməyəcək.
Bu misalı aşağıdakı misal ilə müqayisə edək: Müəssisə hər birinin dəyəri 60,000 manat olan 10 yük maşını əldə etmişdir. Müəssisə həmin maşınları növbəti beş il ərzində öz fəaliyyətində xidməti məqsədlə istifadə etmək niyyətindədir. Bu minik maşınları aşağıdakı səbəblər üzündən torpaq, tikili və avadanlıq kimi təsnifləşdirilir:
1. Onlar uzunmüddətli aktivlərdir (beş il ərzində istifadə olunacaq)
2. Onlar xidməti məqsədlər üçün istifadə olunacaq.
16
Qüvvədə olan standartların tətbiq edilməsi müəssisənin aktiv və passivlərinin yeni qaydalarla təsnifləşdirilməsini şərtləndirir. Mühasibat uçotunun yeni hesablar planına daxil edilmiş aktiv və passiv mühasibat hesabları belə bir təsnifatı əks etdirir. Ənənəvi mühasibat uçotunda əsas vəsaitlər, quraşdırılası avadanlıqlar, kapital qoyuluşları və s. kimi təsnifat qruplarına bölünən aktivlər, yeni standartların tətbiqi şəraitində birinci təsnifat mərhələsində uzunmüddətli aktivlərə, ikinci təsnifat mərhələsində isə qeyri-maddi aktivlərə və digər təsnifat qruplarına bölünür.

Yüklə 223,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin