Əsas vəsaitlərin yenidən qiymətləndirilməsi bazar şəraitindəki dəyişikliklərdən asılı olaraq aparılır.
1. İlkin tanınmadan sonra əsas vəsaitlər, yenidən qiymətləndirilən dəyərlə nəzərə alınır. Bu dəyər yenidən qiymətləndirmə dövrünə yığılan amortizasiya və növbəti qiymətdən düşmədən zərər çıxılmaqla onun ədalətli dəyəridir.
2. Hər hansı bir əsas vəsait yenidən qiymətləndirildikdə, bu aktivin daxil olduğu əsas vəsaitlər qrupu bütövlükdə yenidən qiymətləndirilməlidir.
İlkin yenidən qiymətləndirmə zamanı əsas vəsaitin dəyəri artarsa, bu artım bilavasitə əsas vəsaitlərin yenidən qiymətləndirilməsi üzrə fondlara aid edilir. İlkin qiymətləndirmə zamanı əsas vəsaitin dəyəri azalarsa, bu azalma məbləği birbaşa xərclər kimi tanınır.
Əsas vəsaitlərin ilkin dəyəri növbəti yenidən qiymətləndirmə nəticəsində azalarsa, bu azalma məbləği əsas vəsaitlərin yenidən qiymətləndirilməsi fondu hesabına həyata
10
keçirilir. Azalma məbləği üçün fondun qalığı kifayət etmədikdə, yaranmış fərq xərc kimi tanınır.
Əsas vəsaitlərin təkrar yenidən qiymətləndirilməsi zamanı dəyər artarsa, artım məbləğinin əvvəlki yenidən qiymətləndirmə zamanı xərcə aid edilmiş məbləği qədər hissəsi bankın gəlirləri kimi tanınır və yerdə qalan hissə isə əsas vəsaitlərin yenidən qiymətləndirilməsi fonduna aid edilir.
Əsas vəsaitlər yenidən qiymətləndirildikdən sonra yenidən qiymətləndirmə tarixinə yığılmış amortizasiyanın məbləği əsas vəsaitin yenidən qiymətləndirilmiş dəyərindən çıxılır və qalan xalis məbləğə isə müəyyən olunmuş normalar əsasında yenidən amortizasiya hesablanır.
Əsas vəsaitlərin yenidən qiymətləndirilməsi üzrə fondları bu aktivin gələcək faydalı xidmət müddəti ərzində hər ay bərabər hissələrlə bölüşdürülməmiş mənfəət hesabına aid edilir. Əsas vəsaitlərin silinməsi zamanı isə “əsas vəsaitlərin yenidən qiymətləndirilməsi fondları”nın qalığı bütövlüklə bölüşdürülməmiş mənfəət hesabına aid edilir.