Odlar yurdu kolleci İstehsalat Təcrübəsi Hesabatı İxtisas: Mühasibat uçotu Qrup: 21 mu



Yüklə 223,91 Kb.
səhifə9/13
tarix21.06.2023
ölçüsü223,91 Kb.
#133407
1   ...   5   6   7   8   9   10   11   12   13
Abbasova Padilla - hesabat

Dəzgahın ilk dəyərinin müəyyənləşdirilməsi smetası


Göstəricilər

Dəyəri, manat

1. Baza alış qiyməti

100 000

2. Diskont nəzərə alınmaqla ödəniş (3%·100000:100)

3000

3. Diskont nəzərə alınmaqla alış qiyməti (1-2)

97 000

4. Dəzgahın satın alınması vergisi (6%·97000:100)



5820

5. Dəmir yolu tarifi

10 000

6. Avtomobil nəqliyyatı ilə daşınma

2000

7. Quraşdırmanın dəyəri

5180

8. Satın alınan dəzgahın ilk dəyəri (3+4+5+6+7)

120 000

18
Satın alınan dəzgahın ilk dəyəri (120 000 man) “Günəş” firmasının mühasibat uçotunda aşağıdakı köçürmə vasitəsilə rəsmiyyətə salınmışdır:
D-t 111 №-li “Torpaq, tikili və avadanlıqların dəyəri” hesabı, 111-3 “Maşın və avadanlıqların dəyəri” subhesabı
K-t 223 №-li “Bank hesablaşma hesabları”
Satın alınma anında dəzgahın ilk dəyəri müəssisənin aktivlərinin tərkibinə daxil edilir və daha sonra maliyyə vəziyyəti haqqında hesabatda öz əksini tapır.
Bir məsələni qeyd etmək vacibdir ki, avadanlığın satın alınmasına firmanın çəkdiyi xərclər hesabat dövrünün maya dəyərinə daxil edilmir. Bu, hər şeydən əvvəl “xərclərin gəlirlərə uyğunluğu” kimi konseptual uçot prinsipinin gözlənilməsi ilə əlaqədardır. Belə fərz edək ki, “Günəş” firması dəzgahın alinmasına 120 000 manat ödəməklə, onu özünün dövriyyəsində istifadə etməyi və bundan 10 il ərzində gəlir götürməyi planlaşdırır.
Buradan aydın olur ki, dəzgahın satın alınmasına çəkilən xərclər 10 il ərzində maya dəyərinə silinməlidir. Dəzgahın onillik istismarı müddətində onun amortizasiyası və köhnəlməsi baş verdikcə hər il onun ilk dəyərinin 1/10 hissəsi satılmış məhsulların maya dəyərinə və maliyyə nəticələrinə aid edilməlidir. Bu məbləğ mənfəət və zərərlər haqqında hesabata amortizasiya ayırmaları şəklində daxil olunacaq və balansın yekununda dəzgahın qalıq dəyəri əks etdiriləcək.
Beynəlxalq uçot təcrübəsinə əsasən dövriyyədənkənar aktivlərin bir növü sayılan torpağa amortizasiya hesablanmır. Başlıca səbəb budur ki, torpağın istismar müddətini limitləşdirmək əslində qeyri-mümkündür. Buna görə də özünün xarakterinə görə oxşar avadanlıqların uçotu üçün vahid sintetik hesab (məsələn, “Poliqrafiya avadanlığı”) ayırmaq olar. əgər, torpağın üzərində müəyyən bir tikili varsa onun uçotu ayrıca hesabda aparılmalıdır.

19
Dövriyyədənkənar aktivlərin (məsələn, binalar) vahid qiymətlə satın alındığı hallarda bilavasitə binanın özünün dəyəri ilə yanaşı alqı-satqının ümumi dəyəri hər iki uçot obyekti arasında bölüşdürülür.


Misal. Daşınmaz əmlakın ticarət mərkəzi idman sarayını torpaq sahəsi ilə birlikdə ümumi müqavilə qiyməti 300 000 manata satın almışdır. Həmin dəyərin hansı hissəsini idman sarayı analitik hesabının debetinə və hansı hissəsini torpaq sahəsinin debetinə aid ediləcəyini bilmək üçün vahid alış qiymətini qiymətləndirmə dəyərinə mütənasib qaydada bölməkdən ötəri bölüşdürmə prosedurunu yerinə yetirmək vacibdir. Bu qayda aşağıdakı cədvəldə verilmişdir (cədvəl 2.2.):

Yüklə 223,91 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin