Odlar yurdu kolleci İstehsalat Təcrübəsi Hesabatı İxtisas: Mühasibat uçotu Qrup: 21 mu



Yüklə 223,91 Kb.
səhifə3/13
tarix21.06.2023
ölçüsü223,91 Kb.
#133407
1   2   3   4   5   6   7   8   9   ...   13
Abbasova Padilla - hesabat

1.2. Növbəti xərclər

Əsas vəsaitlərin parametrlərinin və keyfiyyətinin yaxşılaşdırılması, xidmət müddətinin uzadılması üzrə növbəti xərclər əsas vəsaitin balans dəyərini artırır.


6
Balans dəyərini artıran növbəti xərclərə modernləşdirmə, əsaslı təmir və tamamlama işləri üzrə xərclər aid edilir. Əsas vəsaitlərin yeni faydalı xidmət müddətini xüsusi olaraq yaradılan komissiya müəyyənləşdirir.
Modernləşdirmə - aktivin gücünü artıran və ya onun digər parametrlərini yaxşılaşdıran əsas vəsaitlərin işlək hissələrinin digəri ilə əvəz edilməsi nəzərdə tutulur.
Əsaslı təmir - aktivin keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıran, onun səmərəliyini və faydalı xidmət müddətini artıran təmirdir. Əsaslı təmir zəruri hallarda aparılır.
Tamamlama işləri - dedikdə, əsas vəsaitə yeni hissələr və detallar əlavə edilməsi, onun əlavə tikililərlə təmin edilməsidir. Bu tamamlama əsas vəsaitin ayrılmaz hissəsidirsə və aktivin faydalı xidmət müddətini artırırsa, xərclər aktivin balans dəyərinə aid edilir. Əgər bu əlavə onun tərkib hissəsi deyilsə və müstəqil şəkildə fəaliyyət göstərirsə və onun xidmət müddəti varsa, ayrıca inventar vahidi kimi nəzərə alınır.
Bütün digər sonrakı xərclər, məsələn cari xidmət və təmir xərcləri (rəngləmə, təmizləmə, sazlama, yağlama və bu aktivlərin işlək vəziyyətdə saxlanması üçün nəzərdə tutulan müntəzəm xarakterli digər xərclər) əsas vəsaitlərin balans dəyərinə aid Bankın xərclərinə aid edilmir və maliyyə hesabatlarında xərclər kimi tanınır.


1.3. Amortizasiya

Maliyyə hesabatlarında əsas vəsaitlərin amortizasiyasının hesablanması aktivin istifadə olunduğu gündən başlanmalıdır.


Əsas vəsaitin quraşdırılması tələb edilirsə və kompleks əsas vəsaitin ayrılmaz tərkib hissəsidirsə, (yəni müxtəlif hissələrdən ibarətdirsə) və qanunvericilikdə digər hallar nəzərdə tutulmayıbsa, əsas vəsaitin amortizasiyası onun işə salındığı vaxtdan hesablanır.
Əsas vəsaitin minimum faydalı xidmət müddəti müvafiq qanunvericiliklə müəyyənləşdirilir.
Maliyyə icarəsinə götürülən əsas vəsaitlərin amortizasiyası analoji əsas vəsaitlərin amortizasiyasının hesablanması metodikasına uyğun olaraq hesablanır.
7
Əsas vəsaitlərin amortizasiyası mühasibat balansında (uçotda) müvafiq balans hesablarında əks etdirilir və köməkçi mühasibat kitabında hər bir əsas vəsait (vahidi, dəsti) üzrə qeydiyyatdan keçirilir. Amortizasiyanın illik məbləği aylar üzrə bölüşdürülür.
Maliyyə icarəsinə verilmiş, və tam amortizasiya olunmuş, lakin hələ də istismarda olan əsas vəsaitlərə amortizasiya hesablanmır.
Bankların icarəyə verdikləri əsas vəsaitlər, onların balansında anoloji əsas vəsaitlər kimi nəzərə alınır və onlara amortizasiya hesablanır.
Maliyyə icarəsinə verilmiş əsas vəsaitlər bankın balansından silinir və onlara icarəçi tərəfindən amortizasiya hesablanır.
Qanunvericiliklə köhnəlməyə məruz qalınmadığı müəyyən olunmuş əsas vəsaitlərə amortizasiya hesablanmır.



Yüklə 223,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin