Odlar Yurdu Universitetinin «Mülki hüquq» kafedrasının baş müəllimi T. Feyzullayeva Sabir Salman oğlu Allahverdiyev. Azərbaycan Respublikasının m ülki hüququ. ILL cild. IV kitab dərs


§ 4.  Müəlliflik  hüququnun  obyekti  olan  əsərlərin  növləri



Yüklə 19,08 Mb.
Pdf görüntüsü
səhifə16/54
tarix30.04.2020
ölçüsü19,08 Mb.
#31027
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   54
§ 4.  Müəlliflik  hüququnun  obyekti  olan  əsərlərin  növləri

Yaradıcılıq əsərləri 

barədə ümumi 

müddəalar

Əsər anlayışı  son  dərəcə  geniş anlayışdır.  Onlardan 

bir qismi  müəlliflik  hüququ  ilə qorunmur və buna gö­

rə  də  m üə lliflik  hüququnun  obyekti  olmayan 

əsərlər adlanır ki,  biz,  bu  barədə danışmışıq.

Əsərlərin  digər  hissəsi  isə  hüquqi  mühafizədən  istifadə  edir.  Buna  görə  də 

onlara  müəlliflik  hüququnun  obyekti  olan  əsərlər  deyilir.  M üəlliflik  hüququ­

nun  o byekti  olan  əsərlər  dedikdə,  müəllifin  yaradıcılıq  fəaliyyətinin  elə  nəti­

cələri  başa  düşülür  ki,  həmin  nəticələr  müəlliflik  hüquq  normaları  ilə  qoruna­

raq,  hüquqi  mühafizə  sferasına  daxil  edilir.

Deməli,  «əsər»  və  «müəlliflik  hüququnun  obyekti»  kimi  iki  anlayış  üst-üstə 

düşmür.  Mənaca  «əsər»  anlayışı  daha  genişdir.  Ona  görə  ki,  «əsər»  anlayışı 

özündə  həm  müəlliflik  hüququnun  obyekti  olan,  həm  də olmayan  fəaliyyət  nə­

ticələrini  birləşdirir.  Müəlliflik  hüququ  institutu  baxımından  yalnız  müəlliflik  hü­

ququnun  obyekti  olan  əsərlər  əhəmiyyət  kəsb  edir.  Biz  də  burada  bu  növ 

əsərlərin,  yəni  müəlliflik  hüququ  ilə  qorunan  əsərlərin  hüquqi  təsnifi  barədə 

danışacağıq.  Bu cür əsərlərə yaradıcılıq əsərləri  deyilir.

Yaradıcılıq  əsərlərinin  dairəsi  kifayət  qədər  geniş  və  müxtəlifdir.  Müəlliflik

163


qanunvericiliyi  onun  daha  geniş  yayılmış  ayrı-ayrı  növlərinin  siyahısını  verir’ . 

Yaradıcılıq  əsərlərinin ədəbi əsərlər,  səhnə  əsərləri,  xoreoqrafiya  əsərləri,  mu­

siqi əsərləri,  heykəltəraşlıq  əsərləri,  arxitektura  əsərləri,  fotoqrafiya  əsərləri  ki­

mi  və  digər  növləri  siyahıya  daxil  edilir.  Lakin  bu,  onların  qəti  və  dəqiq  yox, 

təxmini siyahısıdır.  Belə  ki,  siyahı  açıq  olub,  özündə  yaradıcılıq  əsərinin  bütün 

növlərini birləşdirmir;  çünki siyahıya  digər əsərlərin  də  daxil  ola  bilməsi  barədə 

qanunda  birbaşa  göstəriş  vardır (elm,  mədəniyyət  və  texniki  inkişaf nəticəsin­

də  yaradıcılıq  əsərlərinin  yeni  növlərinin  yaradılması  mümkün  olan  məsələdir). 

Məsələ  burasındadır ki,  müəllifin  yaradıcılıq  fəaliyyətinin  bəzi  nəticələri  siyahı­

da göstərilən  bu və ya  digər əsər növünə aid  edilə  bilməz.  Lakin  buna  baxma­

yaraq həmin  nəticə  əsərin  qorunma  şərtlərinə  (əsərin  əlamətlərinə)  uyğun  gə­

lərsə,  siyahıda  göstərilən  əsərlər  kimi  eyni  dərəcədə  hüquq  mühafizə  sferası­

na daxil olaraq qorunur və  müəlliflik hüququnun  obyekti sayılır.

Yaradıcılıq  əsərləri  ayrı-ayrı  əsaslara  görə  müxtəlif  növlərə  bölünür.  Qeyd 

etdiyimiz  siyahı  məhz  əsərin  növlərini  sadalayır.  Bunun  həm  nəzəri,  həm  də 

praktiki əhəmiyyəti vardır.

Əsərlərin  növlərə  bölünməsi  onu  ifadə  edir  ki,  bu  növlərdən  hər  biri  üçün 

ayrıca  (xüsusi)  hüquqi  mühafizə  rejim i  müəyyən  edilmişdir.  Şübhə  yoxdur 

ki,  əsərin  növləri  arasında  müəyyən  edilmiş  fərqlər onların  hüquqi  rejiminə  tə­

sir  göstərir.  Məsələn,  dərc  edilmiş  və  ya  dərc  edilməmiş  əsər  və  yaxud  əsas 

və ya törəmə əsər kimi növlərin  hüquqi  rejimi eyni ola  bilməz.

Yaradıcılıq  əsərinin  növləri  arasında  fərqlər  əsərlərin  qorunması  məsələ­

sində  az olmayan  rol  oynayır.  Belə  ki,  həmin  fərqlər  əsərlərin  müəlliflik  hüquq 

normaları ilə qorunması zamanı  nəzərə alınır.

Yaradıcılıq  əsərinin  ayrı-ayrı  növlərə  bölünməsinin  həm  də  əhəmiyyəti  on­

dan  ibarətdir  ki,  həmin  növlər  arasında  qorunma  qabiliyyəti  olan  və  qorunma 

qabiliyyəti olmayan  əsərlərin dairəsi  müəyyənləşdirilir.  Məhz əsərin  növləri  im­

kan verir ki,  hansı əsərlər hüquqi  mühafizə  ilə təmin  edilir,  hansı  əsərlər isə tə­

min olunmur.

Elm  ə d ə b iw a tv ə  

Bütün  əsərlərin  məzmunu  elmi-texniki  ideyalardan  (fi- 

incəsənət əsərləri 

kirlərdən)  və  ya  ədəbi-bədii  obrazlardan  ibarətdir  ki, 

həmin  ideya  (fikir)  və  obrazlar  obyektiv  gerçəkliyi  əks 

etdirir.  Bu  baxımdan,  yəni  əsərin  məzmunu  kim i  əlam ət  baxımından  bütün 

əsərlər üç növə bölünür:

•   elm əsərlərinə;

•   ədəbiyyat əsərlərinə;

•   incəsənət əsərlərinə.

Müəlliflik  qanunvericiliyi  müəlliflik  hüququnun  elm,  ədəbiyyat  və  incəsənət 

əsərlərinə  aid  edilməsi  kimi  vacib  prinsipdən  çıxış  edir.  Bu  prinsipin  mənası 

ondan ibarətdir ki,  müəlliflik  hüququ  institutu  ilə yalnız elm,  ədəbiyyat və  incə­

sənət əsərləri  qorunur,  hüquqi  mühafizə  ilə təmin  edilir.  Həmin  prinsip  mahiy­

yətcə,  əsərin qorunma şərtlərindən (əlamətlərindən) biri  sayılır.

Elm  əsərləri  (elmi  əsərlər)  dedikdə,  müəllifin  yaradıcılıq  fəaliyyətinin  elə

164


«M üəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» qanunun 6-cı maddəsi.

nəticələri  başa  düşülür ki, həmin nəticələrin məzmunu elmi-texniki ideyalardan 

(fikirlərdən) və  elmi  anlayışlardan  ibarətdir.  Əsərin  məzmununu təşkil edən el­

mi-texniki  ideyalar  (fikirlər)  və  anlayışlarda  sistemləşdirilmiş  obyektiv  biliklər 

(elmi  biliklər)  ifadə olunur.  Elmi əsərlərə elmi ədebiyyat əsərləri də deyilir.

Ədəbiyyat  əsərlərinə  gəldikdə  isə qeyd edə  bilərik ki, onlar iki  mənada işlə­

dilir:  geniş  mənada;  məhdud  mənada.

Geniş  mənada  ədəbiyyat  əsərləri  dedikdə,  müəllifin  yaradıcılıq fəaliyyəti­

nin  nəticəsi  olan  və filoloji  (dil)  formada  ifadə  edilən  bütün  əsərlər başa düşü­

lür.  Bu  baxımdan  onlar özündə filoloji (dil) formada  ifadə olunan  istənilən əsəri 

əhatə  edir:  ədəbi-bədii  əsərləri  (ədəbi-bədii  ədəbiyyatı);  elmi  əsərləri  (elmi 

ədəbiyyatı);  tədris əsərlərini  (tədris ədəbiyyatını);  publisistik əsərləri (publisistik 

ədəbiyyatı);  fəlsəfi  əsərləri  (fəlsəfi  ədəbiyyatı);  informasiya  əsərlərini  (informa­

siya  ədəbiyyatını) və s1.

Məhdud  mənada  ədəbiyyat əsərləri  dedikdə isə filoloji  (dil) formada ifadə 

olunan  bədii  əsərlər  başa  düşülür1

 2.  Müəlliflik  hüququ  barədə  qanunun  5-ci 

maddəsinə  görə  müəlliflik  hüququnun  qoruduğu  və  şamil  olunduğu  ədəbiyyat 

əsərlərini  məhz  bu  mənada  başa  düşmək  lazımdır.  Ayrı  cürə  də  ola  bilməz. 

Məsələ  burasındadır  ki,  bədii  əsərlərin  adı  əsər  növlərini  müəyyən  edən  siya­

hıda çəkilmir.  Amma  bədii  əsərlər  müəlliflik  hüququ  ilə  qorunan  geniş yayılmış 

əsərlərdən  olub,  müəlliflik  hüququnun  obyekti  sayılır.  Bədii  yaradıcılıq  sahəsi 

müəlliflik  hüquq  institutunun  hüquqi  mühafizə  predmetində  başlıca  yerlərdən 

birini  tutur ki,  bədii  əsərlər həmin sahənin  əsasını təşkil edir.  Ola bilməz ki, qa­

nunverici  əsərin  növlərinin  siyahısını  verərkən  bədii  əsərləri  nəzərə  almasın, 

onu  hüquqi  mühafizə  sferasından  çıxartsın  və  müəlliflik  hüququnun  obyekti 

hesab  etməsin.  Haqlı  və  əsaslı  olaraq  güman  etmək olar ki,  müəlliflik hüququ­

nun  obyekti  olan  əsərlər  sırasına  ədəbiyyat  əsərlərini  daxil  etməklə,  qanunve­

rici  məhz  bədii  əsərləri  nəzərdə  tutmaq  niyyətində olmuşdur3 4

.  Dediklərimizdən 

belə  nəticəyə  gəlmək  olar  ki,  məhdud  mənada  ədəbiyyat  əsərləri  «bədii 

əsərlər»  anlayışı  ilə əhatə  o lunur1.

Bədii  əsərlər  dedikdə,  məzmunu  ədəbi-bədii  obrazlardan  ibarət olan əsər­

lər başa  düşülür.  Onlar da  həm  geniş,  həm də məhdud  mənada  başa düşülür. 

Geniş  mənada  bədii  əsərlər  dedikdə,  bədii  yaradıcılıq  sahəsinə  aid olan  bü­

tün  əsərlər  başa  düşülür.  Bu  mənada o, özündə incəsənət əsərlərini də (musi­

qi  əsərlərini,  heykəltəraşlıq  əsərlərini,  arxitektura  əsərlərini,  fotoqrafiya  əsərlə­

rini,  dram  əsərlərini,  kino və teleəsərləri və s.) birləşdirir.

Məhdud  menada  bədii  əsərlər dedikdə,  məzmunu ədəbi obrazlardan  iba­

rət  olan  bədii  yaradıcılıq  əsərləri  başa  düşülür.  Bu  mənada  o,  özündə  incəsə-

1  Geniş  mənada  ədəbiyyal  dedikdə,  ictimai  əhəmiyyətə  malik  olan  bütün  ədəbiyyat  əsərləri  başa 

düşülür (Краткая литературная энциклопедия. Том 4. M.,  1967, с. 219).

:  Məhdud  mənada ədəbiyyat  dedikdə,  ədəbiyyatın digər növlərindən (elmi,  fəlsəfi,  informasiya və 

s.  növlərindən) keyfiyyətcə  fərqlənən  bəzi  ədəbiyyat başa düşülür,  bu  mənada  ədəbiyyat söz sənətinin 

yazılı  formasıdır (Краткая литературная энциклопедия. Том 4. M.,  1967, с. 219).

Сергеев А.П.  Право интеллектуальной собственности  в Российской Федерации. Учебник. М., 

1999, с.  125.



4  Ioffe  O.S.  isə  əksinə,  ədəbiyyat  əsərlərini  bədii  əsərin  bir  növü  hesab  edir  (О С.Иоффе 

Советское гражданское право.  Курс лекций.  Часть 3. Л.,  1965, с. 23).

165


nət  əsərlərini  birləşdirmir.  Roman,  povest,  hekayə,  şer,  poema  və  digərləri 

məhdud  mənada  bədii  əsərlərə  misal  ola  bilər.  Məhdud  mənada  bədii  əsərlər 

ədəbi əsərlər adlanır.

Məzmunu  bədii  obrazlardan  ibarət  olan  və  ədəbi  əsərlər  istisna  olmaqla, 

bədii  yaradıcılıq  əsərlərinə  incəsənət  əsərləri  deyilir.  Onlara  aiddir:  musiqi 

əsərləri,  arxitektura  (memarlıq)  əsərləri:  qrafika  əsərləri;  heykəltəraşlıq  əsərlə­

ri;  rəngkarlıq  (rəssamlıq)  əsərləri;  kino  əsərləri  (kinofilmlər);  teleəsərlər  (televi­

ziya filmləri) və s.

Ədəbi  əsərlərə  (məhdud  mənada  bədii  əsərlərə)  və  incəsənət  əsərlərinə 

bədii  yaradıcılıq əsərləri  (geniş  mənada  bədii  əsərlər) deyilir.

Elm, ədəbiyyat və incəsənət əsərləri birlikdə  m ü ə lliflik  əsərləri  adlanır.  Bu, 

onların ümumi adıdır.  Müəlliflik əsərləri  isə yaradıcılıq əsərləri  sırasına  daxildir.

Musiqi  əsərləri  odur ki, onların  məzmunu  harmoniya  və  ritmlərin  vasitəsilə 

melodiyalarda  ifadə  olunur.  Balet,  opera,  simfoniya,  fantaziya,  operetta,  kan- 

tata  və  s.  musiqi əsərlərinə  misaldır.  Melodiya  musiqi  əsərlərinin  elementlərin­

dən  biridir.  Onun  surətini  müstəqil  surətdə  çıxarmaq  mümkündür.  Buna  görə 

də  melodiya  hüquqi  mühafizə  sferasına  daxildir1.  Lakin  o,  müstəqil  surətdə 

qoruna və  hər hansı  xüsusi  hüquqi  mühafizə  ilə  təmin  oluna  bilməz1

 2.  Müəlliflik 

hüququ  ilə  tam  və  bütöv  halında  musiqi  əsərinin  özü  qorunur;  əsərin  tərkibin­

də  isə  melodiya  da  daxil  olmaqla  onu  təşkil  edən  elementlər  mühafizə  edilir3. 

Deməli,  melodiya  musiqi  əsərinin  əsas elementi  olsa  da,  müəlliflik  hüququnun 

müstəqil  obyekti  sayılmır.

A rxitektura  (memarlıq)  əsərləri  dedikdə,  eskiz,  plan  və  çertyojlarla  ifadə 

olunan  və  tikinti  metodu  ilə  həyata  keçirilən  əsərlər  başa  düşülür.  Bu  növ 

əsərlərin  iki tərəfi vardır:  bədii tərəfi;  maddi tərəfi.  Arxitektura əsərlərinin  maddi 

tərəfi  adamların  maddi  ehtiyacını,  bədii  tərəfi  isə  bədii  tələbatını  təmin  etmək­

dən  ibarətdir.  Onların  məhz bədii tərəfi  müəlliflik hüququ  ilə  qorunur.

Qrafika  əsəri  incəsənət  əsərləri  sırasına  daxil  olub,  təsviri  sənət  əsərinin 

bir növü  sayılır. Xətlərin vasitəsilə  ifadə olunan əsərlərə qrafika  əsərləri  deyilir.

Heykəltəraşlıq  əsəri  də  incəsənət  əsərinin  bir  növü  hesab  edilir.  Fəzavi 

(həcmli) formada  ifadə edilən əsər heykəltəraşlıq  əsəri adlanır.

İncəsənət  əsərləri  sırasına  rəngkarlıq  (rəssam lıq)  əsərləri  də  aid  olunur. 

Rəngkarlıq  (rəssamlıq)  əsərləri  dedikdə,  rəng  və  boyaların,  necə  deyərlər,  dili 

ilə ifadə olunan  əsərlər başa düşülür.

Xoreoqrafiya  əsərləri və  pantom im alar incəsənət əsərinin  növü  kimi tanı­

nır.  Məzmunu  bədən  hərəkətinin  (rəqsin,  mimikanın)  köməyi  ilə  ifadə  olunan 

əsərlərə  xoreoqrafiya  və  pantomimalar  deyilir.  Bu  növ  əsərlər  müəlliflik  hüqu­

qunun  müstəqil  obyektidir.  Müəlliflik  hüququ  xoreoqrafiya  əsərlərini  o  halda 

hüquqi  mühafizə ilə təmin edir ki, bu əsəri yaradan  şəxslər kütləvi  ifa olunmuş,

1 Bəzi müəlliflərin  fikrincə, melodiya hüquqi cəhətdən qorunmur (Атпи-монов Б.С..  Флейщиц E.А.

Авторское право. M.,  1957, с. 86).

3  Müəlliflərdən  N.A.Zilberşteyn  göstərir ki,  melodiya  m üəlliflik  hüququnun  obyekti  olub,  müstəqil 

surətdə  qorunmalıdır.  Bu,  dəqiq  söylənilməyən  fikirdir  (Зильберштейн  H.A.  Авторское  право  на 

музыкальное произведения. М.,  1960, с.  19-20).

Иоффе О.С. Советское гражданское право. Курс лекций. Часть 3. Л,  1961, с.  139.

166


lakin  heç  bir yerdə  qeydə  alınmamış əsərə öz müəlliflik hüququnu sübuta yeti­

rə  bilsin.  Məsələ  burasındadır  ki,  xoreoqrafıya  əsərlərinin  çoxunun  hər  hansı 

maddi  obyektdə  qeydə alınmadan surətini çıxarmaq mümkündür.

Fotoqrafıya  əsəri təsviri  incəsənət əsəri sayılır.  Gerçəkliyin  statik vəziyyət­

də  şəklini  əks  etdirən  əsərlərə  fotoqrafıya  əsərləri  deyilir.  Əvvəllər  fotoqrafın 

əməyi  yaradıcılıq  (əqli)  fəaliyyət  yox,  texniki  fəaliyyət  hesab  edilirdi.  Məhz  bu 

səbəbdən  fotoqrafiya  təsviri  incəsənət əsəri  kimi tanınmır və  müəlliflik  hüququ 

ilə qorunmurdu.

Lakin  məsələyə  diqqətlə  yanaşıldıqda  məlum  oldu  ki,  fotoqrafın  əməyi  tex­

niki  fəaliyyət  yox,  yaradıcılıq  (əqli) fəaliyyəti,  bu fəaliyyətin  nəticəsi  isə əsərdir. 

Buna  görə  də  həm  1964-cü  il  MM-İ,  həm  də müəlliflik hüququ haqqında qanun 

fotoqrafıyam  müəlliflik hüququ ilə qorunan  əsərlər sırasına aid etmişdir.

Dram  ə sə rlərinin  əsas  təyinatı  səhnədə  tamaşaya  qoyulmaqdan  (kütləvi 

ifa  olunmaqdan)  ibarətdir.  Mətni  personajın  dialoqu  və  monoloqundan  ibarət 

olan  əsərlərə  dram  əsərləri  deyilir.  Onlar ədəbi  əsərlər  sırasına  daxildir.  Di­

gər tərəfdən,  dram əsərləri  səhnə əsəri  hesab edilir.

M usiqili-dram   əsərləri  də  səhnə  əsəri  sırasına  aid  olunur.  Belə  ki,  həmin 

əsərlərin  əsas  təyinatı  səhnədə  ifa olunmaqdan  ibarətdir.  Bu  növ səhnə  əsər­

ləri  özündə  bir  tərəfdən  musiqi  və  mətni  (opera,  operetta),  digər  tərəfdən, 

musiqi  və  rəqsi  (balet)  tam  vahid  halında  birləşdirir.  Musiqi  və  mətni  birləşdi­

rən  əsər  m ətnli  m usiqi  əsəri,  musiqi  və  rəqsi  birləşdirən  əsər  isə  mətnsiz 

m usiqi  əsəri  adlanır.  Deməli,  musiqili-dram  əsərləri  bir tərəfdən  səhnə  əsəri, 

digər tərəfdən  musiqi  əsəri  sırasına aiddir.

A u d io vizu a l  əsərlər  barəsində  xüsusi  olaraq  danışmaq  lazımdır.  Onlar  in­

cəsənət  əsərinin  bir növüdür.  Həmin əsərlərin  hüquqi  rejimi  qanunla  müəyyən 

edilir.  Belə  ki,  müəlliflik  hüququ  barədə  qanunun  12-ci  maddəsi  məhz  bu  mə­

sələyə  həsr edilmişdir.

Audiovizual  əsər  dedikdə,  bir-biri  ilə  əlaqəli  olub  hərəkət  təsəvvürü  doğuran 

və  müvafiq  texniki  qurğuların  köməyi  ilə  görmə  (eşitmə) əsasında auditoriya tə­

rəfindən  dərk  edilmək  (qavranılmaq,  başa  düşülmək)  üçün  nəzərdə  tutulan, 

təsvirlər silsiləsindən  ibarət olan əsər başa düşülür.  Bu  növ əsərlərə aiddir:

•   kinematoqrafiya  əsərləri  (kino əsərləri);

•   kinematoqrafiya vasitələrinə  bənzər vasitələrlə  ifadə edilmiş digər əsərlər 

(teleəsərlər,  videoəsərlər)

Kino  əsərlərinə,  teleəsərlərə  və  videoəsərlərə  isə  aiddir:  kinofilmlər  (bədii 

filmlər,  sənədli filmlər,  elmi-kütləvi filmlər,  cizgi filmləri və  s.), telefilmlər;  video- 

filmlər,  slayd filmləri,  diafilmlər,  digər kino və teleəsərlər.

A u diovizual  əsərlər  kom pleks-sintetik  əsərlər  sırasına  aiddir  Belə  ki, 

bu  növ əsərlərin  yaradılmasında  həm  ssenari  müəllifinin,  həm  rejissorun,  həm 

rəssamın,  həm  operatorun,  həm  də  bəstəkarın  əməyi  iştirak  edir.  Buna  görə 

də  audiovizual  əsərin  müəllifi  bir yox,  bir neçə şəxsdən  ibarətdir.  Əsərin  müəl­

lifi  hesab edilir:  quruluşçu  rejissor; ssenari  müəllifi;  quruluşçu  rəssam; quruluş­

çu operator;  bəstəkar (xüsusi  olaraq audiovizual  əsər üçün yaradılmış  musiqili 

əsərin  müəllifi).

Göründüyü  kimi,  audiovizual  əsərlər bir sıra  şəxslərin  (rejissorun,  rəssamın

167


və  s.)  birgə  yaradıcılıq  əməyi  və  səyləri  nəticəsində  yaranır.  Buna  görə  də 

həmin şəxslərin tam və bütöv halda audiovizual əsərə  müəlliflik  hüququ  əmələ 

gəlir.

Teleəsərlər  audiovizual  əsərlərin  ən  genişi  yayılmış  yarımnövlərindən  biri­



dir.  Televiziyada  göstərmək  və  nümayiş  etdirmək  üçün  xüsusi  olaraq  yaradı­

lan  əsərlərə  teleəsərlər  deyilir.  Aydın  məsələdir  ki,  teleəsərlər  audiovizual 

əsərlərin  hüquqi  rejiminə  malikdir.  Əvvəllər  dərc  olunan  və  televiziya  tərəfin­

dən yenidən işlənmədən  istifadə olunan əsər teleəsər hesab edilirmi?

Qeyd etmək lazımdır ki,  bu cür əsərlər,  məsələn,  televiziya  vasitəsilə göstəri­

lən teatr tamaşaları, audiovizual əsərin əlamətlərinə  uyğun  gəlmədiyinə görə te­

leəsər statusu əldə etmir. Televiziyada göstərilməsi kimi xüsusiyyət  həmin  əsər­

lərin teleəsər hesab edilməsinə əsa vermir və onların  istifadəsi  üsulu  sayılır.

Videoyazma  audiovizual  əsərlərin  xüsusi  xarakterli  növüdür.  Buna  görə  də 

onunla  bağlı olan  münasibətə audiovizual əsərin  hüquqi  rejimi tətbiq  edilir.

Əsərlərin  məzmununa  görə  bölünməsi  böyük  praktiki  əhəmiyyətə  malikdir. 

Bu  bölgü  bu  və ya  digər növ əsərlə  bağlı  olan  münasibətə  tətbiq  edilən  xüsusi 

xarakterli  müəlliflik  hüquq  normalarını  və  həmin  münasibətlərin  tabe  olduğu 

hüquq rejimi müəyyənləşdirməyə  imkan verir.

Əsərin  açıqlanması  kimi  əlamətə  görə  onun  iki  növü 

Açıqlanmış və 

fərq|əndirj|ir: 

açıqlanmamış 

.   açıq|anmlş əsərlər;

əsər ər 


.   açıqlanmamış əsərlər.

Əsərin  açıqlanması  dedikdə,  müəllifin  razılığı  ilə  həyata  keçirilən  elə  bir 

hərəkət  başa  düşülür  ki,  bu  hərəkət  nəticəsində  əsər  ilk  dəfə  olaraq  kütləyə 

(auditoriyaya)  çatdırılır,  kütlə  (auditoriya)  tərəfindən  dərk  edilir  və  başa  düşü­

lür.  Məsələn,  alimlik  dərəcəsi  almaq  üçün  dissertasiyanın  kitabxanaya  veril­

məsi və ya  rəssamın çəkdiyi şəklin  sərgidə  nümayiş  etdirilməsi və ya  yazıçının 

romanı nəşr etdirməsi və s.  əsərin  açıqlanmasına  misaldır.

Əsər ümumi  qaydaya  görə,  yalnız  bir dəfə  açıqlana  bilər.  Açıqlanma  zama­

nı  dairəsi  müəyyən  edilməyən  şəxslər  əsərlə  tanış  olmaq  imkanı  əldə  edirlər. 

Özü  də əsər həm əvəzli  (pullu),  həm  də əvəzsiz (pulsuz) açıqlana  bilər.

Əsərin açıqlanması  üsulları  (formaları) müxtəlifdir.  Müəlliflik  hüququ  haqqın­

da  qanun  (4-cü  maddə)  onların  qəti  və  dəqiq  yox,  tə xm in i  siyahısını  verir. 

Buraya  daha  geniş  yayılmış  üsullar (formalar)  daxil  edilmişdir.  Həmin  üsullara 

(formalara)  aiddir:  əsərin  dərc  edilməsi;  əsərin  kütləvi  nümayiş  etdirilməsi; 

əsərin  kütləvi  ifa olunması; əsərin  efirə verilməsi;  digər üsullar (formalar).

Əsərin  dərc  edilm əsi  dedikdə,  müəllifin  razılığı  ilə  əsərin  nüsxələrinin  küt­

lənin  (auditoriyanın)  tələbatını  ödəmək  üçün  dövriyyəyə  buraxılması  başa  dü­

şülür.  Bu  üsulla  (forma  ilə) əsasən ədəbiyyat və elm əsərləri açıqlanır.

Əsərin  kütləvi  nümayiş  etdirilm əsi  dedikdə,  əsərin  orijinalının  və  ya  nüs­

xəsinin bilavasitə və ya texniki  vasitələrin  (plyonkanın,  slaydın,  kadrın  və  digər 

qurğu və ya  proseslərin) köməyi  ilə ekranda  göstərilməsi  başa  düşülür.  Bu za­

man ailə  dairəsinə və  ya  ailənin  yaxın  tanışları  sırasına  daxil  olmayan  şəxslər 

əsərlə tanış olmaq  imkanı əldə  edir,  onu  dərk  edir və  başa  düşürlər.  Bu  üsulla 

əsasən  kinoəsərləri  (kinofilmlər)  və  rəssamlıq  əsərləri  (məsələn,  rəssamın

168


çəkdiyi şəkillər açıq  sərgidə nümayiş etdirilir) açıqlanır.

Əsərin  kütləvi  ifa  olunması  dedikdə,  əsərin həm canlı ifada,  həm  də müx­

təlif  qurğuların  (proseslərin)  köməyi  ilə  deklamasiya,  oyun,  oxu  və  başqa 

üsulla  auditoriyaya  (kütləyə)  təqdim  olunması  başa  düşülür.  Bu  zaman  ailə 

dairəsinə  və ya  ailənin  yaxın  tanışları  sırasına  daxil  olmayan  şəxslər əsərlə ta­

nış  olmaq  imkanı  əldə  edirlər,  onu  dərk  edir və  başa  düşürlər.  Bu  üsulla  əsa­

sən  musiqi  və  səhnə əsərləri  (opera,  operetta,  balet və s.) açıqlanır.

Efirə  verm ək  dedikdə,  əsərin  radio  və  televiziya  vasitəsi  ilə,  o  cümlədən 

peyklərin  köməyi  ilə  kütləyə  çatdırılması  başa  düşülür.  Əgər  əsər kabel  televi­

ziya  kanalı vasitəsi  ilə  göstərilərsə,  bu, əsərin açıqlanması  hesab edilmir.

Açıqlanm ış  əsərlər odur ki,  onlar müxtəlif açıqlanma  üsullarının  (formalan- 

nın)  vasitəsi  ilə  ilk  dəfə  olaraq  kütləyə  (auditoriyaya)  çatdırılır.  Məsələn,  nəşr 

edilmiş (çapdan  çıxmış)  roman açıqlanmış əsərə  misal ola  bilər.

A çıqlanm am ış  əsərlər  dedikdə  isə  müəllifin  razılığı  ilə  hər  hansı  açıqlama 

üsulu  vasitəsilə  kütləyə  (auditoriyaya)  çatdırılmayan,  lakin  istənilən  obyektiv 

formada  mövcud  olan  əsərlər  başa  düşülür.  Məsələn,  müəllifin  yazdığı  roma­

nın  əlyazması  açıqlanmamış  əsərə  misaldır.  Bəstəkar  tərəfindən  ailə  üzvləri 

qarşısında  ilk  dəfə  ifa  olunan  üvertura,  başa  çatdırılan  və  hələlik  heykəltəraş­

lıq  emalatxanasında  olan  heykəl  və  s.  bu  növ  əsərlər  sırasına  daxildir.  Açıq­

lanm am ış  əsərlər  dərc olunm ayan,  kütləvi  ifa edilməyən,  kütləvi  ifa olun­

mayan,  efirə verilm əyən  və  s.  əsərlərdir.

Əsərlərin  bu  cür  iki  yerə  bölünməsinin  praktiki  əhəmiyyəti  vardır.  Bu  bölgü 

onu  ifadə  edir  ki,  açıqlanmış  və  açıqlanmamış  əsərlərdən  hər  biri  üçün  ayrıca 

xüsusi  hüquqi  mühafizə  rejimi  müəyyən  edilmişdir.  Belə  ki,  açıqlanmamış 

əsərdən  müəllifin  razılığı  olmadan  hər  hansı  halda  istifadə  etmək  qeyri-müm­

kün  olub,  istisna  edilir.  Açıqlanmış  əsərlərə gəldikdə  isə qeyd  edə  bilərik ki,  bu 

növ  əsərlərdən  müəllifin  razılığı  olmadan  və  ona  müəlliflik  haqqı  (qonorarı) ve­

rilmədən  (ödənilmədən)  istifadə  etmək  mümkündür.  Buna  əsərdən  sərbəst 

istifadə  halları  deyilir  ki,  həmin  hallar  müəlliflik  hüququ  haqqında  qanunda 

nəzərdə tutulmuşdur1.

M üə lliflik   hüququ  ilə  həm  açıqlanmamış  əsərlər,  həm  də  açıqlanmış 

əsərlər qorunur.

Dərc  edilm əsi  və  ya  istifadəyə  buraxılması  kimi

Dərc olunmuş və 

əlamətə görə əsərlərin  iki  növü fərqləndirilir

dərc olunmamış 

.   dərc olunmuş əsərlər;

əsər ər 


•   dərc olunmamış əsərlər.

Əsərin  göstərilən  növlərinə  anlayış  verməmişdən  əvvəl,  aydınlaşdıraq  ki, 

əsərin  dərc edilməsi  dedikdə  nə başa  düşülür?  Qeyd  etmək  lazımdır ki,  əsərin 

dərc  edilməsi  əsərin  açıqlanmasına  yaxın  olan  anlayışdır.  Lakin  onlar mənaca 

üst-üstə düşmürlər.

Əsərin  dərc edilməsi əsərin açıqlanmasının xüsusi  halıdır1

 2.  Daha dəqiq söy­

ləsək.  əsərin  açıqlanmasının  müxtəlif  üsullan  (formaları)  vardır  ki,  əsərin  dərc

1 «M üəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» qanunun  17-24-cü maddələr.

Гаврилов Э.П   Комментарий к закону об авторском праве и смежных  правах. М..  1996. с.  30

169


edilməsi onlardan biridir.

Deməli,  əsərin  dərc edilməsi  bütün  hallarda  əsərin  açıqlanması  hesab  edi­

lir.  Amma  əsərin  açıqlanması  həmişə  əsərin  dərc  edilməsi  demək  deyil.  Belə 

ki,  əsərin  açıqlanmasının  əsərin  dərc  edilməsindən  başqa,  digər  üsulları  (for­

maları) da  vardır.  Bu  isə o deməkdir ki,  əsərin  açıqlanması əsərin  dərc edilmə­

sinə nisbətən  daha geniş anlayışdır.

Əsərin  dərc edilməsi  dedikdə,  müəllifin  razılığı  ilə əsərin  kütlənin  (auditori­

yanın)  tələbatını  ödəmək  üçün  dövriyəyə  buraxılması  başa  düşülür1.  Bununla 

əsər istifadəyə  buraxılır.  Buna  görə  də  əsərin  dərc  edilməsi  əsərin  istifadəyə 

buraxılması  deməkdir.

Əsərin  dərc  edilməsi  əsərin  surətinin  hər  hansı  maddi  formada  çıxarılması 

və onun nüsxələrinin  qeyri-müəyyən  şəxslər dairəsinə təqdim  olunmasıdır2.

Dərc  edilm iş  (istifadəyə  buraxılm ış)  əsərlər odur ki,  onlar  müəllifin  razı­

lığı  ilə  kütlənin  (auditoriyanın)  tələbatını  ödəmək  üçün  dövriyyəyə  buraxılır,  ha­

belə  onlardan  elektron  informasiya  sistemləri  vasitəsi  ilə  istifadəyə  imkan  ya­

radılır.  Məsələn,  alimin  yazdığı  elmi  əsər  nəşr  edilir  (çapdan  çıxır)  və  onun 

nüsxələri satılmaq  üçün oxucu  auditoriyasına təqdim olunur.

Əsərlər tirajlarla  nəşr edilir.  Tirajlar isə oxucu auditoriyasının  tələbatı  ilə mü­

əyyənləşdirilir.

Dərc  edilm əm iş  (istifadəyə  buraxılm amış)  əsərlər  dedikdə,  müəllifin  ra­

zılığı  ilə  kütlənin  (auditoriyanın)  tələbatını  ödəmək  üçün  dövriyyəyə  buraxılma­

yan,  habelə  elektron  informasiya  sistemləri  vasitəsi  ilə  istifadə  oluna  bilinmə­

yən  əsərlər başa  düşülür.  Məsələn,  dramaturqun  yazdığı  dram  əsərinin  əlyaz­

ması bu  növ əsərə misal  ola  bilər.

Əsərlərin  dərc  olunmuş  və  dərc  olunmamış  əsərlərə  bölünməsinin  vacib 

hüquqi  əhəmiyyəti  vardır.  Belə  ki,  hər  iki  növ  əsər  müəlliflik  hüquq  normaları 

ilə  qorunur.  Amma  dərc  olunmamış  əsərlərin  müəlliflik  hüququ  ilə  qorunması 

mütləq  xarakter daşıyır.  Bu,  o deməkdir  ki,  bu  növ əsərlərdən  müəllifin  razılığı 

olmadan  hər hansı  halda  istifadə  etmək  olmaz.  Dərc olunmuş  əsərlərə  gəldik­

də  isə  qeyd  etmək  lazımdır  ki,  onlardan  müəlliflik  hüququ  haqqında  qanunda 

nəzərdə  tutulan  hallarda  müəllifin  razılığı  olmadan  istifadə  oluna  bilər.  Məsə­

lən,  maraqlı  hər  hansı  şəxs  müəllifin  razılığı  olmadan  dərc edilmiş  əsərdən  in­

formasiya,  tədris,  elmi,  tədqiqat  və  digər  məqsədlər  üçün  istifadə  edir3.  Belə 

hal  hüquq  pozuntusu sayılmır.

Əsas və 

M üstəqil  olm aq  kim i  əlamətə  görə  əsərlərin  iki  növü

törəmə əsərlər 

fərqləndirilir:

•   əsas əsərlər;

•   törəmə əsərlər.

Əsas  əsərlər  dedikdə,  təkrarolunmazlığı,  nadirliyi  (unikallığı)  və  orijinallığı 

ilə  fərqlənən,  müəllifin fərdi  yaradıcılıq  qabiliyyətinin  məhsulu  olan  və  müstəqil 

surətdə yaradılan  əsərlər başa düşülür.  Bu növ əsərlərin  taleyi  və  müqəddəra­

tı  başqa  hər  hansı  əsərdən  asılı  deyil.  Buna  görə  də  onlara  m üstəqil  və  ya

1 « M ü ə lliflik  hüququ və əlaqəli hüquqlar haqqında» qanunun 4-cü maddəsi.

'   Bax: 

CT. 

V I  Всемирной  Конвенции об авторском праве.



} « M ü ə lliflik  hüququ və əlaqəli hüquqlar haqqında» qanunun  19-cu maddəsi.

170


asılı  olm ayan  əsərlər deyilir.  Əsas əsərlər başqa  əsərlərə  oxşamaması,  key­

fiyyətcə  yeni  olması  və təzəliyi  (orijinallığı) ilə  seçilir.  Ona  görə  müəlliflik hüqu­

qu  doktrinasında  əsas əsərlərə orijinal  əsərlər də deyilir.

Bildiyimiz  kimi,  əsərin  ibarət  olduğu  elementlər  iki  yerə  bölünür:  əsərin 

məzmununa  aid  olan  elementlər  (mövzu,  ideya,  süjet,  material  və  s.);  əsərin 

formasına  aid  olan  elementlər  (əsərin  dili  və  obrazlan).  Müəlliflik  hüququ  ilə 

yalnız  əsərin  formasına  aid  olan  elementlər  qorunur  ki,  onlara  qorunan  ele­

mentlər  deyilir.  Əsas  əsərlər  məhz  onlann  qorunan  elementlərinin  müəllifin 

özü  tərəfindən  yaradılması  ilə  xarakterizə olunur.  Belə ki,  əgər əsərin qorunan 

elementlərini  müəllifin  özü  yaradarsa,  o,  əsas  əsər  hesab  edilir.  Bundan  əla­

və,  başqa  əsərin  məzmununa  aid  olan  elementlərdən  (onlar müəlliflik  hüququ 

ilə  qorunmur  və  buna  görə  də  qorunmayan  elementlər adlanır)  yaranan,  lakin 

yeni  formaya  malik  olan  əsər  əsas  əsər  kimi  tanınır.  Məsələn,  A.S.Puşkinin 

«Yevgeni  Onegin»  poeması  əsasında  bəstəkar  Çaykovski  eyniadlı  opera  ya­

ratmışdır.  Bəstəkar  F.Əmirov C.Cabbarlının  «Sevil»  dram  əsəri  əsasında  eyni­

adlı opera yaratmışdır.

Əsas  əsərlə  üzvi  surətdə  bağlı olan,  əsasən onun qorunan elementlərindən 

istifadə edilməklə  yaradılan,  lakin yeni  xarici formaya  (dilə) malik olan əsərlərə 

törəm ə  əsərlər  deyilir.  Bu  növ  əsərlər  əsas  əsər  əsasında  yaradıldığına  və 

ondan  törədildiyinə  görə  asılı  əsərlər  də  adlanır.  Onlann  taleyi  əsas  əsərlər­

dən  asılıdır.  Törəmə  əsərə  misal  olaraq tərcümə  əsərini  misal  göstərmək olar. 

Belə  ki,  hər  hansı  əsər  başqa  dilə  tərcümə  edilir.  Burada  başqa  dilə tərcümə 

olunan əsər əsas (orijinal) əsər hesab edilir, o biri isə tərcümə əsəri sayılır.

Tərcümə  əsəri  də  müəlliflik  hüququnun  obyekti  olub,  hüquq  normaları  ilə 

(müəlliflik  hüquq  institutu  ilə) qorunur.  Törəmə əsərin  müəllifi  də yaratdığı əsə­

rə  müəlliflik  hüququndan  istifadə  edir.  Törəmə əsər yalnız  üç  şərtə  əməl olun­

duqda  qoruna  bilər.  Onlara  törəm ə  əsərin  qorunma  şərtləri  deyilir.

B irin c i  şərt  ondan  ibarətdir  ki,  törəmə  əsər əsas  əsərlə  müqayisədə  yara­

dıcılıq  baxım ından  m üstəqil  olm alıdır.  Bu  şərtə  o  halda  əməl  olunmuş  he­

sab edilir ki,  törəmə əsər yeni xarici formada  ifadə olunsun.

İkinci  şərtə  görə,  törəmə  əsərin  yaradılmasına  əsas  əsərin  m üəllifi  razı­

lıq  ve rm əlidir.  Bu  razılıq  törəmə  əsər  yaratmaq  üçün  müəllifə  əsas  əsərdən 

istifadə etmək  hüququ verir.  Tərəflərin  razılaşması  müəlliflik  müqaviləsi ilə rəs­

miləşdirilir.

Ü çüncü  şərtə  görə,  törəmə  əsərin  müəllifi  əsas  (orijinal) əsərin  müəllifinin 

hüquqlarını  gözləməli,  onlara toxunmamalı və zərər vurmamalıdır.  Əgər bu hü­

quqlar  pozularsa,  onda  törəmə  əsər  müəlliflik  hüququ  ilə  qorunmur  və  onun 

müəllifinin  hüquqlan  müdafiə  ilə təmin edilmir.

Göstərilən  şərtlərə cavab verdikdə törəmə əsərlər müəlliflik  hüququnun ob­

yekti olan  əsərlər sırasına  daxil edilir'.

Törəmə əsərlərə aiddir:

•   tərcümə  (əsərin  orijinal  dilindən  doğru-dürüst,  təhrif  olunmamış  şəkildə 

başqa  dilə çevrilməsi);

tM ü ə lliflik   hüququ və ə laqəli hüquqlar haqqında» qanunun 6-cı  maddəsi.

171


•   dəyişdirmə  (yaradıcılıq  vəzifəsinə  uyğun  olaraq  əsərin  orijinalı  əsasında 

onun  başqa  şəklə  salınması  yolu  ilə  törəmə  əsər  yaradılması,  məsələn, 

dram əsəri əsasında ssenari yazan  səhnədə oxunmaq  üçün törəmə əsər 

yaradır);

•   annotasiya  (əsərin  mövzusunun  qısaca  məzmununu,  məqsədini  və  təyi­

natını  ifadə edir);

•   referat (əsərin qısaca şərhi və faktiki  əsası);

•   xülasə (əsərin  yeniliyi  barədə  nəticə;  nəşrin  mətn  hissəsinin  axırında  yer­

ləşir);

•   icmal;



•   iqtibaslar;

•   aranjema  (musiqi  əsərinin  orkestrin  və  ya  musiqi  alətinin  tələblərinə  və 

ya  müğənninin səs diapazonuna  uyğun  hala salınması);

•   səhnələşdirmələr (bir qayda olaraq,  nəsr və ya  poeziya  əsərlərinin  səhnə 

üçün yenidən  işlənilməsi).

Əsərlərin  əsas  və  törəmə  əsərlərə  bölünməsinin  vacib  praktiki  əhəmiyyəti 

vardır.  Belə  ki,  onların  hər  biri  üçün  ayrıca  hüquqi  rejim  müəyyən  edilir.  Əsas 

əsərdən  istifadə  olunması  məsələsini  onun  müəllifinin  özü  təkbaşına  həll  edir. 

Bu  məsələ  onun  müstəsna  səlahiyyətinə  aiddir.  Həmin  məsələ  barəsində  mü­

əllifin  inhisar hüququ  vardır.

Törəmə  əsərin  hüquqi  rejiminə  gəldikdə  isə  qeyd etmək  lazımdır ki,  törəmə 

əsərdən  istifadə  etmək  üçün  əsas  əsər  m üə llifin in   (həmin  əsərə  müəlliflik 

hüququnun digər sahibinin) razılığını almaq tələb olunur.

Törəmə  əsərlər  (tərcümələr,  aranjemalar  və  s.)  orijinal  (əsas)  əsərlər  kimi 

orijinal əsərin müəllifinin hüquqlarına zərər vurulmadan,  bir bərabərdə qorunur1.

Xidməti (aullu  1 

Elə  əsərlər  vardır  ki,  bu  əsərlər  müəllif  tərəfindən  öz 

və xidməti  "  

xidməti  vəzifəsini,  yaxud  işəgötürənin  xidməti  tapşırı-

olmayan əsərlər 

9|nl  yerinə  yetirmək  qaydasında  yaradılır.  Bu  baxım­

dan  əsərlərin  iki növü fərqləndirilir:

•   xidməti əsərlər;

•   qeyri-xidməti əsərlər.

Əsərlərin xidməti və qeyri-xidməti  əsərlərə bölünməsinin  praktiki  əhəmiyyə­

ti  vardır.  Bu,  nəinki  nəzəri,  həm  də  praktiki  maraq  doğuran  məsələdir.  Belə  ki, 

müəlliflik hüququ xidməti əsərlər üçün ayrıca,  xüsusi  hüquqi  m ühafizə  rejim i 

müəyyən  edir.  Bu  növ  əsərlərin  hüquqi  rejiminin  əsas  xüsusiyyətləri  müəlliflik 

hüququ  barədə qanunun  13-cü maddəsində  nəzərdə tutulmuşdur.

O  ki  qaldı  qeyri-xidməti  əsərlərə,  bu  əsərlərə  üm um i  hüquqi  m ühafizə 

(qorunma)  rejim i  şamil  edilir.

Xidməti  əsərlər  dedikdə,  müəllifin  öz xidməti  (qulluq)  vəzifəsini  və  ya  işə­

götürənin  xidməti  (qulluq)  tapşırığını  yerinə  yetirmək  qaydasında  yaratdığı 

əsərlər  başa  düşülür.  Məsələn,  ali  məktəb  müəssisəsinin  (məsələn,  universi­

tetin)  ştat müəlliminin  (aliminin)  həmin  müəssisənin  aylıq  elmi  əsərlər  məcmu-

'  Бернская  конвенция  об  охране  литературных  и  художественных  произведений.  Женева,

1990, с.  17.

172


əsində  məqaləsi  (əsəri)  dərc  olunur.  Başqa  bir  misalda  qəzet  redaksiyasının 

ştatda  olan  əməkdaşı  (jurnalist) vaxtaşın çıxan qəzetdə  məqalə (əsər) dərc et­

dirir.  Daha  başqa  misalda  universitetin  ştat  müəllimi  (professor)  qulluq  (xid­

mət) tapşırığını yerinə yetirmək  qaydasında dərslik yazır.

Xidməti  əsərlər  əsasən  m üəllifin  (işçinin)  öz  qulluq  (xidməti)  vəzifəsini 

yerinə  ye tirm ə k  qaydasında  yaradılır.  İşçinin  (m üəllifin)  qulluq  (xidməti, 

əmək) vəzifəsi  isə  müəyyən  edilir:  təşkilat,  idarə və müəssisənin təsis sənəd­

ləri  ilə  (nizamnaməsi  və  ya  əsasnaməsi  ilə);  qurumun  struktur bölmələri  barə­

də əsasnamələrlə;  vəzifə (qulluq) təlimatlan ilə.

Xidməti  əsərlər  başlıca  olaraq  qəzet  və  jurnal  redaksiyasının,  kinostudiya­

nın,  radioverilişi  təşkilatlarının  və  digər  qurumların  işçiləri  (əməkdaşları)  tərə­

findən  yaradılır.  Əsəri  yaradan  şəxs həmin  qurumlardan  biri ilə  əmək  münasi­

bətində  olub,  onun  ştatında  olan  işçilə r  sırasına  daxil  e d ilir  Bir  sözlə, 

əsəri  ştatda  olan  işçi  (əməkdaş)  yaratmalıdır,  özü  də  əsərin  yaradılması  bila­

vasitə  onun  qulluq  (xidməti,  əmək)  vəzifəsi  ilə  bilavasitə  bağlı  olmalıdır.  Əgər 

bağlı olmazsa,  əsər xidməti əsər sayılmır.

Digər  tərəfdən,  xidməti  əsərlər  həm  də  işçinin  işəgötürənin  qulluq  (xid­

m əti) tapşırığını  yerinə  yetirm əsi  nəticəsində  yarana  bilər.  Qulluq  (xidməti) 

tapşırığı  dedikdə,  işəgötürənin onunla  əmək  münasibətində olan  işçiyə müəy­

yən  bir  əsərin  yaradılmasını  (ümumiyyətlə,  hər  hansı  işin  görülməsini)  həvalə 

etməsi  başa  düşülür.  Qulluq  tapşırığını  işəgötürən  adından  onun  hər hansı or­

qanı  verir.  O,  işəgötürənin  əmri  və  ya  sərəncamı  ilə  rəsmiləşdirilir.  Əsər yalnız 

o  halda  xidməti  əsər  statusu  əldə  edə  bilər  ki,  qulluq  (xidm əti)  tapşırığının 

m əzm unu  məhz əsər yaratm aqdan  ibarət olsun.

İşəgötürən  dedikdə,  işçilərlə  əmək  müqaviləsi  (kontraktı)  bağlamaq,  ona 

xitam  vermək,  yaxud  onun  şərtlərini  dəyişdirmək  hüququna  malik  mülkiyyətçi 

və  ya  onun təyin  (müvəkkil)  etdiyi  müəssisənin  rəhbəri,  səlahiyyətli orqanı, ha­

belə  hüquqi  şəxs  yaratmadan  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan  fiziki  şəxs 

başa  düşülür.  O,  əmək  qanunvericiliyinə  uyğun  olaraq  işçi  ilə  əmək  (xidməti, 

qulluq)  münasibətində  olan  şəxsdir.  Lakin  əmək  münasibətləri faktı özlüyündə 

onu  ifadə  etmir ki,  müəllif tərəfindən  bu  dövrdə  yaradılan  bütün  əsərlər xidməti 

(qulluq) əsər sayılır.

İşçi  dedikdə  isə  işəgötürənlə  fərdi  qaydada  yazılı  əmək  müqaviləsi  (kont­

rakt)  bağlayaraq  müvafiq  iş  yerində  haqqı  ödənilməklə  çalışan fiziki  şəxs  başa 

düşülür.  O,  öz  emək  funksiyasını,  yəni  əmək  müqaviləsində  nəzərdə  tutulan 

vəzifə (peşə)  üzrə  işləri  (xidmətlər) yerinə yetirən  şəxsdir.

Xidm əti  əsərə  m ü ə lliflik   hüququ  xidm əti  əsəri  yaradan  işçiyə -  müəlli­

fə  m əxsusdur.  Belə  ki,  xidməti  əsərin  müəllifi  onu  yaradan  işçi  hesab  edilir 

Amma  buna  baxmayaraq,  xidm əti  əsərdən  istifadəyə  müstəsna  hüquq  işə­

götürənə  m əxsusdur.  Bu  cəhəti  ilə  xidməti  əsərlər  qeyri-xidməti  əsərlərdən 

fərqlənir.  Məsələ  burasındadır  ki,  qeyri-xidməti  əsərdən  istifadəyə  müstəsna 

hüquq  onun  müəllifinə  məxsusdur.  Müəllif  həmin  növ  əsər  barəsində  bütün 

kompleks hüquqlara (həm şəxsi,  həm də əmlak hüquqlanna) malikdir.

Q eyri-xidm əti  əsərlər  odur  ki,  onlar xidməti  vəzifəsini,  yaxud  işəgötürənin 

xidməti tapşınğını yerinə yetirmək nəticəsində yaranmır.

173


Mürəkkəb  (qatışıq)  əsərlər  müəlliflik  hüququ  ilə  qorunan 

Əsərin 


əsərlərin  bir  növü  hesab  edilir.  Bu  növ  əsərlər  müəlliflik

digər növləri 

hüququnun obyekti  sayılır.

Mürəkkəb (qatışıq) əsərlərə müqabil olan  əsər növü  sadə əsərlər adlanır.

Sadə  əsərlər odur ki,  onlar yalnız  bircə  şəxs  tərəfindən  yaradılır.  Məsələn, 

M.F.Axundovun  «Aldanmış  kəvakib»  hekayəsi,  Ü.Hacıbəyovun  «Koroğlu» 

operası,  S.Vurğunun  «Vaqif»  dramı və s.  sadə əsərlər sırasına aiddir.

Mürəkkəb  quruluşa  malik  olan  əsər  isə  m ürəkkəb  (qatışıq)  əsər  adlanır. 

Onun  iki  növü fərqləndirilir:  düzəltmə əsər;  kollektiv əsər.

Düzəltmə  əsər  dedikdə,  materialların  seçilməsi  və  ya  düzümü  şəklində 

olan yaradıcılıq  əməyinin  nəticəsi başa düşülür.  Bu  növ əsərə aiddir:  məcmuə­

lər (ensiklopediyalar,  antologiyalar,  məlumat bazaları);  digər məcmuələr.

Düzəltmə  əsərlər  müəyyən  bir şəxs  (müəllif)  tərəfindən  tərtib  olunmaq  yolu 

ilə yaradılır.  Ona görə  də bu  növ əsər tə rtib  olunm uş  asar və ya  tərtibatçılıq 

əsəri  də adlanır.

Kollektiv  əsər  dedikdə,  fiziki  və  ya  hüquqi  şəxsin  təşəbbüsü  üzrə  və  rəh­

bərliyi  altında  onun  öz  adı  ilə  nəşr  edilmək  şərti  ilə  iki  və  ya  daha  çox  fiziki 

şəxsin  yaratdığı  əsər  başa  düşülür.  Bu  növ  əsərə  aiddir:  qəzetlər;  jurnallar; 

dövri və davamı olan elmi əsərlərin  məcmuələri;  ensiklopedik  lüğətlər;  ensiklo­

pediyalar və digər dövri  nəşrlər.

Əsərlərin  sadə  və  mürəkkəb  əsərlər adlı  iki  yerə  bölünməsinin  vacib  praktiki 

əhəmiyyəti vardır.  Belə ki,  sadə əsərlərlə bağlı olan münasibətlərə  ümumi  hüqu­

qi  mühafizə  (qoruma)  rejimi  tətbiq  edilir.  Mürəkkəb  (qatışıq)  əsərlərə  isə xüsusi 

hüquqi mühafizə rejimi  şamil olunur.  Müəlliflik hüququ  haqqında  qanunun  10-cu 

maddəsi düzəltmə və kollektiv əsərlərin  hüquqi  rejimini müəyyən edir.

Düzəltmə  əsərə  daxil  ola  bilər:  müəlliflik  hüququ  ilə  qorunan  əsərlər;  müəl­

liflik hüququnun  obyekti olmayan  və  qorunmayan  əsərlər (məsələn,  xalq  yara­

dıcılığı  əsərləri,  rəsmi  sənədlər  və  s.);  müəlliflik  hüququnun  qüvvədə  olma 

müddəti  keçmiş (ötmüş) əsərlər və buna  görə  də qorunmayan  əsərlər.

Düzəltmə əsərə  daxil  olan  materiallar  m üstəqil  surətdə  işlə n ilm ə li,  se ç il­

məli,  sistem ləşdirilm əli  və  ya  düzlənm əlidir.  Bu,  düzəltmə  əsərin  yaradıcı­

lıq fəaliyyətinin  nəticəsi  olmasını şərtləndirən  əsas əlam ətdir.

Düzəltmə  əsərə  daxil  edilən  əsərlər  müəlliflik  hüququ  ilə  qorunmayan  əsər­

lər sırasına  daxil  edilə  bilər.  Lakin  bu  hal  düzəltmə  əsərin  qorunmasına  mane 

ola  bilməz.  Məsələ  burasındadır  ki,  düzəltmə  əsərlərə  (toplulara,  külliyatlara, 

məcmuələrə)  müəlliflik  hüququ  onlara  daxil  edilən  əsərlərin  müəlliflik  hüququ 

ilə  mühafizə edilməsindən asılı olmayaraq qorunur'.

Şərikli əsər müəlliflik hüququ  ilə qorunan  əsər növlərindən  biridir.  İki  və  da­

ha çox şəxsin  birgə əməyi  ilə yaradılan əsərə  şə rikli  əsər deyilir.  Bu  növ əsər­

lə  bağlı  olan  münasibətlərə  xüsusi  hüquqi  mühafizə  rejimi  tətbiq  edilir  ki,  hə­

min rejim müəlliflik hüququ barədə qanunun  9-cu  maddəsi  ilə  müəyyən  edilir.

Şərikli  əsərin  özünün  iki  növü  fərqləndirilir:  bölünməz  şərikli  əsər;  bölünən 

şərikli  əsər.  Bu  növ şərikli  əsərlərdən  hər biri  üçün  aynca  istifa d ə   rejim i  m ü­

174


« M ü ə lliflik   hüququ və əlaqəli hüquqlar haqqında» qanunun 6-cı  m addəsinin  l- c i  bəndi

əyyən  edilmişdir.

Bölünm əz  şərikli  əsərlər  o  əsərlərdir  ki.  onlar  bütöv  və  ayrılmaz  olub, 

müstəqil  əhəmiyyətə  malik  olan  ayrı-ayrı  hissələrdən  ibarət  deyil.  Məsələn, 

Qasımov  və  H.Seyidbəylinin  «Uzaq  sahillərdə»  povesti  bu  növ  şərikli  əsərə

misaldır.

Müstəqil  əhəmiyyətli  ayrı-ayrı  hissələrdən  ibarət olan  əsərlərə  bölünən  şə­

rikli  əsərlər  deyilir.  Məsələn,  ali  məktəb  müəssisəsinin  hər  hansı  kafedrası­

nın  əməkdaşlarının  (professor-müəllim  heyətinin)  kollektiv  əməyinin  nəticəsi 

olan  dərslik  bu  növ  şərikli  əsərə  misal  ola  bilər  ki,  onun  fəsillərini  ayrı-ayn 

əməkdaşlar (müəlliflər) yazmışlar.

Bölünən  şərikli  əsərdən  istifadə  rejiminin  əsas  xüsusiyyəti  ondan  ibarətdir 

ki,  müstəqil  əhəmiyyətli  hissələr  (bölmələr,  fəsillər)  əsərdən  ayrıla  və  sərbəst 

şəkildə  istifadə  obyekti  ola  bilər.  Bölünməz  şərikli  əsəriər  isə  bu  cür  xüsusiy­

yətdən  məhrumdur.  Bu. aydın  məsələdir.




Yüklə 19,08 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin