Odlar Yurdu Universitetinin «Mülki hüquq» kafedrasının baş müəllimi T. Feyzullayeva Sabir Salman oğlu Allahverdiyev. Azərbaycan Respublikasının m ülki hüququ. ILL cild. IV kitab dərs



Yüklə 19,08 Mb.
Pdf görüntüsü
səhifə15/54
tarix30.04.2020
ölçüsü19,08 Mb.
#31027
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   54

ideyalardan  ibarətdir.

Əsəri  təşkil  edən  obraz,  fikir  və  ideyalar  insan  beyninin  (əqlinin)  məhsulu­

dur.  İnsan  beyni  (əqli)  yalnız  qeyri-maddi  məhsullar  hazırlayır.  Deməli,  əsər 

qeyri-maddi  nemətdir.  Buna  görə  də ona  əşya  kimi sahiblik və  yiyəlik etmək, 

onu  fiziki  cəhətdən  əldə  etmək  qeyri-mümkündür.  Məhz  bu  səbəbdən  əsər 

başqa şəxslər tərəfindən  başa düşülmür,  dərk edilmir və qavranılmır.  Belə  hal­

da  söz  yox  ki,  əsər  mövcud  olmur,  ictimai  əhəmiyyət  kəsb  etmir,  cəmiyyət 

üzvləri  tərəfindən  dərk  olunmur  və  praktiki  olaraq  onun  hüquqi  cəhətdən  qo­

runması lazım gəlmir.  Başqa  şəxslər tərəfindən  dərk olunması  üçün  əsər hök- 



mən  hər  hansı  obyektiv  formada  ifadə  olunmalıdır.  Söhbət  əsəri  ifadə 

edən formadan gedir.



Obyektiv forma  dedikdə,  əsərin  maddi  daşıyıcısı olan  əşya  (maddi) forma­

sı  başa düşülür.  Məsələn,  əsərin  əlyazması  onun  obyektiv  forması  hesab  edi­

lir.  Əsərin əlyazması  imkan verir ki,  başqa  şəxslər əsəri  başa  düşsün,  dərk  et­

sin  və  qavrasın.  Deməli,  əsərin  obyektiv  forması  əsərin  ifadə  olunduğu  maddi 

daşıyıcısı deməkdir.

Əsər dedikdə,  hər  hansı  obyektiv formada  ifadə olunan  elə  elmi-texni­

ki  ideyalar  və  ədəbi-bədii  obrazlar  başa  düşülür  ki,  həmin  forma  müəlli­

fin  yaradıcılıq  (əqli)  fəaliyyətinin  nəticələrinin  digər  şəxslərin  başa  düş­

məsinə,  qavramasına və dərk etməsinə  imkan  verir.  O,  müəllifin yaradıcılıq 

fəaliyyətinin obyektiv formada ifadə olunan nəticəsidir'1.

Əsər onu yaradan  müəllifin şəxsiyyətindən ayrılmazdır.  Çünki  o,  beyin  (əql) 

məhsulu olub,  ideya və obrazlardan  ibarətdir.  İdeya  və obrazları  müəllifin  şəx­

siyyətindən  ayırmaq  qeyri-mümkündür.  Məhz  bu  səbəbdən  əsərin  özünü  öz- 

gəninkiləşdirmək  olmaz.  Onun  hər hansı  bir  mülki-hüquqi  əqdin  (məsələn,  al-

'  Mosolon,  bax:  Гордой  М В.  Советское  авторское  право.  М.,  1955,  с.  59;  Гивршов  Э.П. 

Авторское право.  М.,  1988, с.  10.

Серебровскчй В. И   Вопросы советского авторского права. М..  1956, с. 32.

’  Mosolon.  Ьах:  Сергеев  А.П  Право  интеллектуальной  собственности  в  Российской  Федера­

ции.  Учебник.  М..  1999,  с.  108;  Гражданское  право.  Учебник.  Часть  З/Иол  рсд.  А.П.Сергеева. 

Ю  К. Толе того.  M..  I99S. с.  52; Allahverdiyev S.S.  M üəlliflik hüququ vo patent hüququ.  Bakı. 2000.



Гаврнюа  Э.П.  Комментарий  к  такому  Российской  Федерации.  «Об  авторском  праве  и 

смежных правах». М..  1996. с. 25.32.

146


Əsərin  hüquqi 

cəhətdən mühafizə 

(qorunma) edilmə 

şərtləri

qı-satqının,  bağışlamanın,  dəyişmənin,  vəsiyyətin  və  s.)  predmeti  olması  istis­

na  edilir.  İdeya  və  obrazlara  fiziki cəhətdən  yiyəlik etmək mümkün olmadığına 

görə əsərə mülkiyyət hüququnun sahiblik səlahiyyətini tətbiq etmək olmaz.



Yalnız  əsərdən  istifadə  hüququ  özgəninkiləşdirilə  bilər.  Belə  halda 

əsərdən  istifadə  hüququ müəllif müqaviləsi əsasında  başqa şəxslərə verilir.

Müəlliflik  hüquq  normaları  (müəlliflik  hüququ)  əsəri 

hüquqi  cəhətdən  yalnız  o  halda  mühafizə  edə  bilər 

ki.  həmin  əsər müəlliflik  qanunvericiliyində  müəyyən 

edilən  tələblərə  cavab  versin.  Həmin  tələblər  əsərin 

hüquqi  mühafizə (qorunma) şərtləri adlanır.  Məhz bu 

şərtlərə  uyğun  gələn  əsər müəlliflik  hüququnun obyekti  sayılır və qorunma  qa­

biliyyətli  olur.  Məhz  həmin  şərtlər  müəlliflik  hüququnun  obyekti  kimi  əsərin 

mövcud olmasını təmin edir.



Əsərin  hüquqi  mühafizə  (qorunma)  şərtləri  dedikdə,  müəlliflik  qanun­

vericiliyinin  nəzərdə  tutduğu  elə  tələblər  başa  düşülür  ki,  bu  tələblər 

əsərin  müəlliflik  hüquq  normaları  ilə qorunmasını  təmin edir.

Müəlliflik  qanunvericiliyi  əsərin  hüquqi  cəhətdən  mühafizə  edilməsi  (qorun­

ması) üçün  üç şərt  müəyyən edir'.  Həmin şərtlərə aiddir:

•   birinci  şərtə görə, əsər yaradıcılıq fəaliyyətinin nəticəsi olmalıdır;

•   ikinci  şərtə  görə,  əsər hər hansı bir obyektiv formada ifadə edilməlidir.

•   üçüncü  şərtə görə əsər insan fəaliyyətinin elm,  ədəbiyyat və incəsənət ki­

mi sahələrinə aid olmalıdır.

Hər  üç  şərtə  cavab  verən  və  uyğun  gələn  əsər  müəlliflik  hüquq  normaları­

nın  (müəlliflik  hüququnun)  hüquqi  mühafizə  obyekti  sayılır,  həmin  normaların 

qoruma  sferasına  daxil  edilir.  Həmin  şərtlər  mövcud  olduqda  əsər  müəlliflik 

hüququnun  obyekti  kimi tanınır.  Buna  görə göstərilən  şərtlər müəlliflik  hüququ­

nun  obyekti  kimi  əsərin  əlamətləri  sayılır.  Digər tərəfdən  onlar əsərin  qorun­



ma  qabiliyyətli  olmasının  meyarlarıdır.  Buna  görə  həmin  şərtlərin  (əlamət­

lərin.  meyarların)  hər hansı  birindən  məhrum  olan  fəaliyyət  nəticəsi  (məhsulu) 

müəlliflik  hüququnun  obyekti  kimi  əsər  sayılmır,  qorunma  (mühafizə  olunma) 

qabiliyyətini  itirir.



Əsərin  əlamətləri  dedikdə,  qanunda  nəzərdə tutulan elə  meyarlar (şərtlər) 

başa  düşülür ki,  bu  meyarlar (şərtlər)  onun  müəlliflik  hüquq  normaları (müəllif­

lik hüququ) ilə qorunmasını  təmin  edir.

Müəlliflik  qanunvericiliyi  birbaşa  göstərir  ki.  əsər 



yaradıcılıq  fəaliyyətinin  nəticəsi,  yəni  yaradıcı­

lıq  məhsulu  olmalıdır2.  Belə  ki,  müəllifin  yaratdığı 

nəticə (məhsul) yaradıcılıq əsəri olmalıdır.  Bu şərtə 

cavab  verən  nəticə  (məhsul)  müəlliflik  hüquq  normaları  (müəlliflik  hüququ)  ilə 

qorunur və müəlliflik hüququnun obyekti kimi əsər hesab edilir.  Yaradıcılıq, de­

məli.  əsərin  qorunma  qabiliyyətli  olması  şərtlərindən  (əlamətlərindən)  biridir. 

Başqa  sözlə  desək,  yaradıcılılıq  əlaməti  əsərin  müəlliflik  hüquq  normalan  ilə 1



Əsər yaradıcılıq 

fəaliyyətinin  nəticəsi 

(məhsulu) kimi

1  «M üəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» qanunun S-ci maddəsinin  1 -ci bandı 

: «M üəlliflik hüququ və olaqoll hüquqlar haqqında» qanunun 5-ci maddəsinin  l-ci bəndi.

147


qorunması  üçün əsas meyarlardan  biridir (bir sıra ölkələrin qanunvericiliyi oriji­

nallığı (qəribəliyi) əsərin  müəlliflik hüquq  normaları  ilə  qorunmasının  əsas  şərti 

hesab edir). Amma  müəlliflik  qanunvericiliyi  yaradıcılığa  nə  leqal  anlayış  verir, 

nə  də onun  əsas  göstəricisini  müəyyən  edir.  Buna  görə  də  mülki  hüquq  elmi 

(doktrinası) yaradıcılığa  elmi  anlayış  verilməsinə  xüsusi  diqqət  yetirir.  Bu  mə­

sələ xüsusən də sovet dövrünün alimlərinin diqqət mərkəzində olmuşdur.  Belə 

ki,  yaradıcılığa  V.I.Serebrovski',  O.S.loffe1

 2,  E.P.Qavrilov3,  I.V.Savelyeva4, 

V.R.  lonas5 6

  və  digər  sivilist  müəlliflər  tərəfindən  sovet  dövrünün  hüquq  ədə­

biyyatı  səhifələrində  müxtəlif təriflər  verilməsinə  rast  gəlirik.  Bu  təriflər yaradı­

cılıq  kimi  mürəkkəb  xarakterli  bir anlayışın  mahiyyətini  başa  düşmək  baxımın­

dan əhəmiyyətlidir.

Yaradıcılıq  dedikdə,  m üəllifin  elə  bir əqli  fəaliyyəti  başa  d ü ş ü lü r ki,  bu 

fəaliyyət  nəticəsində  keyfiyyətcə  yeni  -   əvvəllər  m övcud  olm ayan  m əh­

sul  yaranır.

Yaradıcılığın (yaradıcılıq fəaliyyətinin) əlaməti  (meyarı)  barədə alimlər yekdil 

fikir  söyləmirlər.  Onların  bu  məsələ  barədə  mövqeləri  müxtəlif  olub,  üst-üstə 

düşmür5.  Mülki  hüquq  elmində  indiyə  kimi  yaradıcılığın  (yaradıcılıq  fəaliyyəti­

nin) hamılıqla  qəbul edilən əlaməti  (meyarı) müəyyən  edilməmişdir.  Amma  bu­

na  baxmayaraq  sivilist  alimlər  arasında  belə  fikir geniş yayılaraq  üstünlük  təş­

kil edir ki, yenilik yaradıcılığın  əlamətidir,  g ö s tə ric is id ir'.  Beləliklə,  yaradıcı­

lıq  müəlliflik  hüquq  normaları  (müəlliflik  hüququ)  ilə  qorunan  əsərin,  yenilik  isə 

yaradıcılığın özünün əlaməti (meyarı) sayılır.

Yenilik  dedikdə,  məzmun  və  ideya  cəhətdən  və  ya  forma  baxımından  və 

yaxud da  həm  məzmun-ideya,  həm  də forma  cəhətdən  əsərin təzə olması  ba­

şa düşülür.

Bəzən  orijinallıq  (başqasına  oxşamamaq),  tə kra rolunm azlıq  və  n a d irlik 

kimi  əlamətlər  yaradıcılığın  göstəriciləri  (meyarları)  hesab  edilir.  Düzdür, 

müəllifin  yaradıcılıq  fəaliyyətinin  nəticəsi  -   yaradıcılıq  əsəri  həmin  əlamətlərlə 

xarakterizə  olunur.  Əsərlər  bir-birindən  məhz  göstərilən  əlamətlərə  görə  fərq­

lənir.  Lakin  onları  yaradıcılığın  (yaradıcılıq  fəaliyyətinin)  müstəqil  əlamətləri 

(göstəriciləri)  hesab  etmək  olmaz.  Məsələ  burasındadır  ki,  göstərilən  əlam ət­

lər «yenilik»  kim i  üm um iləşdirilm iş  anlayışın  ifadə fo rm a la rı  sayılır.  «Ori­

jinallıq»,  «nadirlik»  və  «təkrarolunmazlıq»  bir-birləri  ilə  həddən  ziyadə  yaxın

Серебровскин В.И.  Вопросы советского авторского права. М.,  1956, с. 34.

Иог/нре ОС. Советское гражданское право. Курс лекций. Часть 3. Л..  1965, с. 5.

Гаври.юв Э.А. Советское авторское право. М ..  1984, с. 83.

1  Савелсва  И  В.  Правовое  регулирование  отношений  в области  художественного творчества. 

М..  1986, с. 22.

Ионас В Я   Произведения творчества в гражданском праве.  М.,  1972, с.  11-25.

6  MdSdİM  bax:  Ионас  В Я.  Критерий  творчества  в авторском  праве  и  судебной  практике.  М., 

1967;  Сергеев  А П.  Авторское  право  России.  СПб,  1994,  с.  39-41;  Макагонова  Н.В.  Авторское 

право. М.. 2000. с. 42-43.



Иог/»фе  О С   Советское  гражданское  право.  Курс  лекций.  Часть  3.  Л .,  1965,  с.  8;  Гаврилов 

Э.П.  Советское  авторское  право.  Основные  положения.  Тенденции  развития.  М..  1984.  с.  60; 

Гражданское  право.  Учебник.  Часть  3/11ол  ред.  А П.Сергеева.  Ю.К. Толстого.  М ,   1998,  с.ЗЗ; 



Макагонова Н  В.  Авторское право. Учбсиос пособие. М.. 2000, с. 46.

148


olub,  qohum  anlayışlar  kimi  tanınır  və  yenilik  əlamətinin  mahiyyətinin  ifadə 

olunmasına xidmət edir.

Hər  bir  əqli  fəaliyyət  məhsulu  (nəticə)  müəllifin  fərdi  yaradıcılıq  üslubunu, 

tərzini  və  onun  xüsusiyyətlərini  əks  etdirir.  Bunun  nəticəsində  həmin  məhsul 

fərdi olub,  prinsip etibarı ilə təkrarolunmazdır.

Yaradıcılığın  (yaradıcılıq  fəaliyyətinin) yenilik  əlaməti  hər  hansı  təqlid etmə­

ni.  yamsılamağı,  köçürməni,  «piratlığı»,  «ədəbi  quldurluğu»,  plagiatlığı  (ədəbi 

oğurluğu) istisna edir və həmin hallarla  bir araya  sığmır.  Əgər həmin hallardan 

biri  müəyyən  edilərsə,  onda yenilik kimi əlamətdən danışmaq olmaz.  Buna gö­

rə  də  yenilik  əlaməti  əqli  fəaliyyət  nəticəsinin  müstəqil  surətdə  yaradılma 



faktının  müəyyənləşdirilməsini,  yaradıcılıq  baxımından  müstəqil  olması­

nı tələb edir'.

Müəllifin  yaratdığı  nəticənin  yaradıcılıq  məhsulu  (əsəri)  olması  yaradıcılıq 

prezumpsiyası  ilə  müəyyən  edilir.  Yaradıcılıq  prezumpsiyasına  görə  əksi sü­

but  olunana  kimi,  bütün  fəaliyyət  nəticələri  (məhsulları)  yaradıcılıq  əlamətinə 

və xarakterinə  malik olub,  müəlliflik hüquq  normalan  (müəlliflik hüququ) ilə qo­

runan  əsər  sayılır.  Əgər  sübut  olunsa  ki,  müvafiq  nəticə  yaradıcılıq  əlamətin­

dən və  xarakterindən  məhrumdur,  onda  o,  müəlliflik hüquq  normaları ilə qoru­

nan əsər hesab  edilmir.

Müəllifin  yaratdığı  nəticənin  (məhsulun)  müəlliflik  hüquq  normaları (müəllif­

lik  hüququ)  ilə  qorunması  və  əsər  sayılması  üçün  onun  təkcə  yaradıcılıq  əla­

mətinə  malik olması  kifayət  etmir.  Bunun  üçün  həm  də  ikinci  şərtin  (əlamətin, 

meyarın)  mövcud  olması  tələb  edilir.  Bu  şərt  mövcud  olmazsa,  onda  müvafiq 

nəticə  (məhsul)  müəlliflik  hüquq  normalarının  hüquqi  mühafizə  (qoruma)  ob­

yekti olmur.



Obyektiv forma 

əsərin  hüquqi 

mühafizə olunma 

şərtlərindən  biri  kimi 1

Qeyd etmək lazımdır ki,  bilikləri yaymaq və ya oxu­

culara  estetik zövq  vermək və  onların  mənəvi  tələ­

batını  ödəmək  əsərin  məqsədini  təşkil  edir.  Əsər 

ona görə yaradılır ki,  cəmiyyət ondan istifadə etsin, 

ictimai  əhəmiyyətə  malik  olsun.  Lakin  əsər  müəlli­

fin  beyin-təfəkkür fəaliyyətinin  məhsulu  olub,  qeyri-maddi  xarakterli  ideya, ob­

raz  və  fikirlərdən  ibarətdir.  İdeya,  fikir və  obrazları  əşya  kimi  əldə  edib, onlara 

fiziki  baxımdan  sahiblik etmək qeyri-mümkündür.  Onların  müəllifin şəxsiyyətin­

dən  ayrıca  mövcud  olması  istisna  edilir və  s.  Bəs  necə etmək lazımdır ki,  əsər 

cəmiyyətin  istifadəsinə verilsin,  ictimai rol və əhəmiyyət kəsb etsin?

Nə  qədər  ki,  müəllifin  ideya,  fikir  və  obrazları  onun  beynindən  kənarda  -  

xaricdə  necə  deyərlər,  «meydana  çıxmamışdır»,  hər hansı formada  «gözə  gö-

1  Bnzi  nuiolülhtr.  habelə  nıəhkomo  praktikası  «yaradıcılıq  müsıaqilliyini»  və  «oqlj  fəaliyyət 

nəticəsinin  пшм;ч]||  surətdə  yaradılma  faktının  ntüəyyənləşdirilməsini» yaradıcılığın  əlamoli  (meyarı) 

lıcsnb  edirlər  { C  Правовое  регулирование  отношении  в  области  художественного 

творчеств.  M..  1986. с.  28;  Гражданское право.  Учебник. Том  1/Под рсд. Е.А.Суханова.  М.,  1998, 

с.  641-692;  постановления    8  от  18  апреля  1986  г.  Пленума  Верховного  Суда  СССР  «О 

применении  судами  чахонодатсльства  при  рассмотрении  споров,  возникающих  из  авторских 

правоотиошсний»//Сборник  постановлений  пленумов  Верховных  Судов  СССР  и  РСФСР  по 

гражданским  делам.  М.,  1995,  с.  163).  Hesab  edirik  ki,  göstərilən  əlamət  yeniliyin  formalarından 

biridir.  Buna görə do «yenilik» daba əhatəli anlayışdır.

149


rünməmişdir»,  onlar yalnız  yaradıcılıq  planı  sayılır və  əlbəttə,  cəmiyyət  üzvləri 

tərəfindən  başa  düşülə,  dərk  oluna  və  qavranıla  bilməz.  Nə  qədər  ki,  ideya,  fi­

kir və obrazlar müəllifin  şəxsiyyətindən  ayrılmamışdır,  müəllifin  özündən  ayrıca 

real  olaraq  mövcud  deyildir,  onlar  ictimai  cəhətdən  əhəmiyyətsiz  olub,  hər 

hansı rol yerinə yetirmir.

Müəllifin  ideya,  fikir  və  obrazlarının  cəmiyyət  üçün  əhəmiyyətli  olması,  icti­

mai  cəhətdən  qiymətli  sayılması,  ictimai  rol  yerinə  yetirməsi,  oxucular tərəfin­

dən  dərk olunması  və  istifadə  edilməsi,  habelə  hüquqi  mühafizənin  obyekti  ol­

ması  üçün onlar bu  və  ya  digər maddi  (əşya)  formada  ifadə edilməlidir.  İdeya, 

fikir və  obrazların  ifadə  olunduğu  form a  əsərin  o b ye ktiv  form ası  adlanır. 

Müəlliflik qanunvericiliyinə  görə müəllifin yaratdığı  əsər bu  şərtlə  hüquqi  müha­

fizənin  obyekti  olur  və  hüquq  normaları  ilə  qorunur  ki,  o,  hər  hansı  obyektiv 

formada  ifadə olunsun’ .  Analoji  göstərişə  Bern  konvensiyasında da  (1-ci  mad­

də) rast gəlirik.

Müəllifin  ideya,  fikir  və  obrazları,  yəni  əsər  müəllifin  şəxsiyyətindən  ayrıla 

bilən  formada  mövcud olmalı və  həmin forma  müstəqil  əhəmiyyət  kəsb etməli­

dir.  Bu,  əsərin  obyektiv forması  adlanır.  Məhz obyektiv formada  ifadə və  möv­

cud olan əsər  müəlliflik  hüququnun  obyekti  kimi  tanınır və  hüquq  normaları  ilə 

qorunur.

Obyektiv  (maddi)  form a  dedikdə,  m üəllifin  şə xsiyyətindən  ayrıca  o la ­

raq  real  surətdə  m övcud  olan  və  m üstəqil  əhəm iyyət  kəsb  edən  əsər fo r­

ması  başa  düşülür.  Obyektiv  forma  maddi  forma  deməkdir1

 2.  Obyektiv  forma 

əsərin  xarici  formasıdır.  Əsərin  xarici  formasının  vasitəsilə  mənəvi  fəaliyyət 

məhsulları başqa şəxslər tərəfindən dərk edilir3.

Əsərin  obyektiv  formasının  əhəmiyyəti  həddən  ziyadə  böyükdür.  Məhz  ob­

yektiv forma  imkan  verir ki,  müəllifin  yaratdığı  əsər cəmiyyət  üzvləri  (oxucular) 

tərəfindən  dərk  olunsun,  başa  düşülsün  və  qavranılsın.  Məhz  obyektiv  forma 

imkan  verir ki,  əsər hüquqi cəhətdən  mühafizə  edilsin,  müəlliflik  hüquq  norma­

ları ilə qorunsun.

Əsərin  obyektiv  formasına  çoxlu  misallar  çekmək  olar.  Məsələn,  not  yazısı 

musiqi  əsərinin,  kompüter  yazısı  və  ya  əlyazma  ədəbiyyat  əsərinin  və  s.  ob­

yektiv formasıdır.

Əsrin  obyektiv  (maddi)  formasını  «əsərin  ifadə  edildiyi  maddi  obyekt»  anla­

yışından  fərqləndirmək  lazımdır.  Əsərin  ifadə  edildiyi  maddi  obyekt  dedikdə 

əsərin  maddi  daşıyıcıları  başa  düşülür.  Məsələn,  müəllifin  ideya,  fikir  və  ob­

razları  əsər,  əlyazma  əsərin  obyektiv  (maddi) forması,  kitablar isə  əsərin  mad­

di  obyektidir.  Not  yazısı  musiqi  əsərinin  obyektiv  (maddi)  forması4,  disket  isə 

onun maddi obyektidir.  Belə təsəvvür yaranır ki,  əsərin  obyektiv forması əsərin

1 « M ü ə lliflik   hüququ və əlaqəli hüquqlar haqqında» qanunun  5-ci  maddəsinin 2 -ci  bəndi.



Савельева  И.В.

  Правовое  регулирование  отношений  в  области  художественного  творчества. 

М.,  1986, с. 28; 

Манков А.

  Международная охрана интеллектуальной собственности.  М ., 2002, с.  38.



Шершеневич Г.Ф.

  Авторское право на литературные произведения.  Казань.  1891, с.  155.

Bəzi  m ü ə lliflə r  əlyazmanı  əsərin  maddi  daşıyıcısı  hesab  edərlər  (m əsələn,  bax:  Гражданское

право.  Учебник.  Том 

1/Под  рсд. 

Е.А.Суханова.

  М .,  1998,  с.  298; 



Сергеев  А.П.

  Право 


интеллектуальной собственности  в  Российской Федерации, У чеб ник.  М .,  1999, с.  109).

150


maddi obyektinin  (maddi daşıyıcısının) köməyi və vasitəsi  ilə ifadə olunur.

Əsərin  maddi  obyektini  (maddi  daşıyıcısını), yəni kitabları  əldə etməklə əldə 

edən  şəxs  heç də əsərin  (ideya, fikir və obrazların) mülkiyyətçisi olmur. Məsə­

lə  burasındadır ki,  əsərin  ifadə  edildiyi  maddi obyekti əldə edən  şəxs ona mül­

kiyyət  hüququ  (burada  söhbət  əqli  mülkiyyət hüququndan  yox,  maddi  mülkiy­

yət  hüququndan  gedir)  qazanır  (məsələn,  oxucu  kitabın  nüsxələrini  satın  alır 

və  s.).  Göründüyü  kimi,  əsərin  ifadə  edildiyi  maddi  obyektin  başqa  şəxslərə 

keçməsi  mümkün  olan  məsələdir.  Lakin  bu  hal əsərə (ideya, fikir və obrazla­

ra)  müəlliflik  hüququnun  verilməsinə  səbəb  olmur. Belə ki,  əsərə müəlliflik 

hüququ  onun  ifadə  edildiyi  maddi  obyektə  olan  mülkiyyət hüququ  ilə  bağlı  de­

yildir1.  Bu,  o  deməkdir  ki,  əsərin  ifadə  edildiyi  maddi  obyektə  mülkiyyət  hüqu­

qunun  başqa  şəxslərə  keçməsinə  baxmayaraq,  əsərdən  istifadə  etməyə  inhi­

sar hüququ,  habelə əsərin  müəllifi  kimi tanınmaq hüququ və s.  yenə də müəlli­

fə məxsus olur.  Əsərin  ifadə olunduğu  bütün  maddi obyektlərin (məsələn, kita­

bın  bütün  nüsxələrinin)  əldə  olunması  və  onlara  olan  mülkiyyət  hüququnun 

başqa  şəxslərə  keçməsi  müəllifə  mane olmur ki,  o, yenidən maddi obyektlərin 

surətini  çıxarsın,  yəni  əsərin  nüsxələrini  maddi  obyekt  formasında  hazırlatsın. 

Belə  ki,  əsər hər hansı obyektiv formada  mövcud olur.  Əsərin obyektiv forması 

isə  imkan  verir  ki,  onun  surəti  çıxarılsın  (nüsxələri  maddi  obyekt  formasında 

hazırlansın).  Digər tərəfdən  əsərin  ibarət olduğu  ideya, fikir və  obrazlar müəlli­

fin  beynində  (şüurunda) saxlanılır.

Əsər  istənilən  obyektiv  formada  mövcud  ola  bilər.  Müəlliflik  qanunvericiliyi 

onun  siyahısını  v e rir.  Həmin  siyahıya  görə  əsərlər  aşağıdakı  obyektiv  forma­

larda  mövcud  ola  bilər:



•   yazılı  (əlyazması,  makina yazısı,  not yazısı və s.);

•   şifahi  (kütləvi çıxış,  kütləvi  ifa və s.);

•   səs və ya videoya yazılma  (mexaniki,  maqnit,  rəqəmli,  optik və s.);

•  təsviri (rəsm, eskiz, şəkil, elan, cizgi, kino, televideo, yaxud fotokadr və s.);

•   həcmli-fəzavi (heykəl,  model,  maket, tikili  və s.);

•   digər formalar.

Göründüyü  kimi,  bu,  əsərlərin  obyektiv  formalarının  dəqiq  və  qəti  yox,  təx­

mini  siyahısıdır.  Buna  görə  də  əsərlər həmin  siyahıda  göstərilməyən  digər ob­

yektiv formalarda  da  mövcud ola  bilər.

Şifahi  əsərlər,  yəni  yazılı  şəkildə  qeydə  alınmayan  əsərlər  də  obyektiv  for­

mada  mövcud  olduğuna  görə,  müəlliflik  hüquq  normaları  ilə  qorunur.  Nitqlər, 

məruzələr  və  mühazirələr  şifahi  əsər  növünə  aid  edilir.  Bu  növ  əsərlər  hər 

hansı  maddi  daşıyıcı  ilə  bağlı  deyildir,  yəni  müəllif nitq,  məruzə  və  mühazirəni 

əvvəlcədən  yazılmış  mətndən  oxumur.  Lakin  şifahi  əsərlər də  obyektiv forma­

da  mövcud  olur.  Əks təqdirdə  onları  digər şəxslər başa  düşə,  qavraya  və dərk 

edə  bilməzlər.  Məsələn,  alim  çoxsaylı  tələbə  auditoriyası  qarşısında  mühazirə 

oxuyur.  Kütləvi  çıxış  müəllifin  (alimin)  oxuduğu  mühazirənin  (əsərin)  obyektiv 

forması  hesab  edilir. 1

 2

1 « M ü ə lliflik   hüququ və ə laqəli hüquqlar haqqında» qanunun 5-ci  maddəsinin 4-cü  bəndi.



2 « M ü ə lliflik   hüququ və  əlaqəli  hüquqlar haqqında» qanunun  5-ci maddəsinin 2-ci  bəndi.

151


Bəzi musiqi əsərləri  də,  məsələn,  improvizasiya  da  (yəni  heç vaxt notları və 

ya  elektron  musiqi alətlərinin  yaddaşına  yazılmayan  əsərlər də) şifahi  əsər sa­

yılır.  Belə əsərlər də obyektiv formada  mövcud olur.  Məsələn,  sənətçi  çoxsaylı 

tamaşaçı  qarşısında  musiqi  ifa  edir.  Kütləvi  ifa  müəllifin  (sənətçinin)  musiqi 

əsərinin  obyektiv formasıdır.  İdman  yarışlarından  canlı  reportaj  da  şifahi  əsərin 

növlərindən biridir.

Ekspromt  (latınca  exprom tus)  nəticəsində  yaradılan  əsərlər şifahi  əsər 

kateqoriyasına aid  edilir və  obyektiv formada  mövcud  olduğuna  görə  müəlliflik 

hüquq normaları ilə qorunur.

Çıxış  etmə  və  ifa  olunma  anında,  qabaqcadan  hazırlıq  olmadan,  gözlənil­

mədən,  qəflətən  və  birdən  yaradılan  şerə,  nitqə  və  ya  musiqi  əsərlərinə  eksp­

romt  nəticəsində  yaradılan  əsərlər  deyilir.  Müəllif  bu  növ  əsərləri  bilavasitə  çı­

xış  və  ifa  etmək  anında  yaradır.  Əsərin  ifa  edilməsinin  başlanmasına  kimi  o, 

mövcud olmur.

Əsərlərin  müəlliflik  hüquq  normaları  ilə  (müəlliflik 

hüququ  ilə)  qorunması  üçün  üçüncü  şərtin  də  ol­

ması tələb  edilir.  Bu  şərtə  görə  əsərlər  insan  fəa­

liyyətinin  üç  sahəsinə aid  olmalıdır:

•   b irincisi,  elm  sahəsinə;

•   ikincisi,  ədəbiyyat  sahəsinə;

•   üçüncüsü,  incəsənət sahəsinə.

Məhz  cəmiyyətdəki  mədəni  fəaliyyətin  göstərilən  sahələrinə  aid  olan  əsər­

lər  müəlliflik  hüququnun  obyektini  təşkil  edir1.  Müəlliflik  hüquq  normaları  ilə 

məhz elm,  ədəbiyyat və  incəsənət əsərlərinin yaradılması və  istifadəsi ilə  bağlı 

əmələ  gələn  münasibətlər  tənzimlənir.  Qanun  göstərir  ki,  m ü ə lliflik   hüququ 

elm,  ədəbiyyat və  incəsənət  əsərlərinə  şamil  e d ilir2,  yəni  müəlliflik  hüququ 

ilə  qorunan  əsər  elm,  ədəbiyyat  və  incəsənət  kimi  sahələrə  aid  olmalıdır.  Bu, 

müəlliflik  hüququnun  obyekti  kimi  əsərin  qanunda  gö stərilə n   üçüncü  əla­

m ətidir (meyarıdır).

Belə  bir  sual  ortaya  çıxır:  müəlliflik  hüquq  normaları  (müəlliflik  hüququ)  ilə 

yaradıcılıq  fəaliyyətinin  istənilən  nəticəsi,  yoxsa,  yalnız  bilavasitə  elm,  ədəbiy­

yat  və  incəsənət  sahələrinə  aid  olan  nəticələrimi  qorunur?  Elm,  ədəbiyyat  və 

incəsənət  sahəsinə  birbaşa  aid  olmayan  əsərlər,  məsələn,  texniki  yaradıcılıq 

əsərləri  (texniki  əsərlər)  müəlliflik  hüququnun  (hüquq  normalarının)  hüquqi 

mühafızəetmə sferasına  daxil edilirmi?

Qeyd  etmək  lazımdır  ki,  müəlliflik  hüququnun  obyekti  olan  əsərin  «texniki 

əsər»  kimi  növünün  fərqləndirilməsinin  heç  bir  əsası  yoxdur.  Məsələ  burasın­

dadır ki,  texniki  əsər (texniki  yaradıcılıq  əsəri)  əsasən  hər  hansı  texniki  həl­

lin  məzmununu  açır və  ya  yeni  texnika  yaradılmasına  aid  olan  məsələyə  həsr 

edilir.  Əsərdə  məzmunu  açıqlanan  texniki  həll  sənaye  mülkiyyətinin  obyektlə­

rindən,  yəni  patent hüququnun obyektlərindən  biri  kimi  (ixtira, faydalı  model və 

ya sənaye  nümunəsi kimi) tanına  bilər.  Belə  halda  həmin  obyektlər (ixtira,  fay-

Əsərlərin  insan 

fəaliyyətinin elm, 

ədəbiyyat və  incəsənət 

kimi  sahələrinə 

aid olması

Антимонов Б.С..  Флейщиц E.А.  Авторское право. M.,  1957.

* « M ü ə lliflik  hüququ və əlaqəli hüquqlar haqqında» qanunun  5-ci  maddəsinin  1-ci  bəndi.

152


dalı  model  və ya  sənaye  nümunəsi)  patent hüququ  ilə  qorunacaqdır. Texni­

ki  həll  ixtira,  faydalı  model  və  sənaye  nümunəsi  hesab  edilənə  qədər isə əsər 

(texniki  həllin  məzmununu  açan  əsər) elm əsəri  kimi müəlliflik hüquq normala­

rı  (müəlliflik  hüququ)  ilə  qorunmalıdır.  Həm  sovet  dövrünün1,  həm  də  müasir 

dövrün  bəzi  alimləri1

 2 yuxarıdakı  suala  məhz bu cür cavab verirlər.

Müəlliflik  hüququ  (hüquq  normaları)  ilə  qorunan  və  onun  obyekti  sayılan 

əsərlər  « m ü ə lliflik  əsərləri»  kimi  ümumi ad  altında  birləşir3.  Ona  görə ki, elm, 

ədəbiyyat və  incəsənət  əsərləri  mühüm  xarakterli  ümumi  əlamətlərə  (cəhətlə­

rə)  malikdir  (onların  hamısının  müəllifin  yaradıcılıq  fəaliyyətinin  nəticəsi  olması, 

əsərlərin  obyektiv  formada  ifadə  olunması  və  s.).  Məhz  bu  səbəbdən  onlarla 

bağlı  yaranan  münasibətlər  üçün  vahid  hüquqi  tənzimetmə  rejimi  müəyyən 

edilir.  Digər tərəfdən  «müəlliflik əsərləri»  kimi ümumi termindən istifadə edilməsi 

texniki  baxımdan əlverişli və münasib olub, rahatlıq mülahizələri ilə şərtlənir.

Elm,  ədəbiyyat və  incəsənət əsərlərinin  müəlliflik  hüquq  normaları  ilə  qorun­

ması və  müəlliflik  hüququnun obyekti olması onların (əsərlərin) açıqlanması mə­

sələsindən asılı deyildir.  Müəlliflik hüququ həmin məsələyə əhəmiyyət vermir.

Əsərin  açıqlanm ası  dedikdə  müəllifin  razılığı ilə əsərin  ilk dəfə kütləyə çat­

dırılması  məqsədi  ilə  dərc  edilməsi,  kütləvi  nümayiş  etdirilməsi,  kütləvi  ifa 

olunması,  efirə  verilməsi  və  başqa  üsullarla  edilən  hərəkət  başa  düşülür.  Bu 

baxımdan  əsərlər  iki  yerə  bölünür:  açıqlanmış  əsərlərə:  açıqlanmamış  əsərlə­

rə.  Məsələn,  müəllifin  yazdığı  roman  dərc  edilmişsə,  yəni  nəşr  olunmuşsa 

(çapdan  çıxmışsa),  ona  açıqlanmış  əsər  deyilir.  Müəllifin  dərc  edilməyən  əl­

yazması  isə  açıqlanmayan  əsər  hesab  edilir.  Qanun  göstərir  ki,  müəlliflik  hü­

ququ  həm  açıqlanmış,  həm  də  açıqlanmamış  elm,  ədəbiyyat  və  incəsənət 

əsərlərinə  şamil  edilir4.  Bu,  o  deməkdir  ki,  müəlliflik  hüquq  normaları  həm 

açıqlanmış  əsərləri,  həm  də  açıqlanmamış  əsərləri  eyni  dərəcədə  qoruyur. 

Məsələn,  yazıçının  dərc  edilmiş  (çapdan  çıxmış)  romanı  və  onun  əlyazması 

müəlliflik  hüquq  normaları  ilə  bir  bərabərdə  mühafizə  edilir.  Başqa  bir  misalda 

bəstəkar tərəfindən  öz  ailə  üzvləri qarşısında  ilk  dəfə  ifa olunan  üvertura  (açıq­

lanmamış  əsər)  və  çoxsaylı  tamaşaçılar  qarşısında  kütləvi  ifa  olunan  üvertura 

(açıqlanmış əsər)  müəlliflik hüquq  normaları ilə eyni  dərəcədə qorunur.

Elm,  ədəbiyyat  və  incəsənət  əsərlərinin  müəlliflik  hüquq  normaları  ilə  qo­

runması  onların  ifadə  form a  və  üsulu  məsələsindən  də  asılı  deyildir.  Qanun 

göstərir  ki,  müəlliflik  hüququ  ifadə  formasından  və  üsulundan  asılı  olmayaraq 

elm,  ədəbiyyat  və  incəsənət  əsərlərinə  şamil  edilir5.  Bu,  o deməkdir ki,  əsərlə­

rin ifadə forma  və  üsulunun  onların  müəlliflik hüquq  normaları  ilə qorunması  və 

müəlliflik  hüququnun  obyekti  sayılması  üçün əhəmiyyəti  yoxdur.  Əsər istənilən 

forma  və  üsulda  ifadə  edilə  bilər.  Məsələn,  şair  öz  şerlərini  ağ  kağız  parçala­



Гавргиов  Э.П.

  Советское  авторское  право.  Основные  положения.  Тенденции  развития.  М., 

1984, с.  79.



2 Сергеев А.П.

  Право интеллектуальной собственности  в  Российской  Федерации.  Учебник.  N4., 

1999, с.  126.

2 Иоффе О. С.

  Советское авторское право.  К ур с лекций.  Часть 3. Л .,  1965, с. 8.

4  « M ü ə lliflik   hüququ vo ə laqəli  hüquqlar haqqında» qanunun 5-ci  maddəsinin  1-ci bəndi.

s « M ü ə lliflik   hüququ  və ə laqəli  hüquqlar haqqında» qanunun 5-ci  maddəsinin  1-ci  bəndi.

153


rında  və ya  makinada  ifadə edir və ya yeşik qutusu  üzərində yazır və  s.

Əsərlərin  müəlliflik  hüquq  normaları  ilə  qorunması  həm  də  əsərin  nüsxələ­



rində  müəlliflik  hüququnu  qoruma  nişanının  olması  məsələsindən  asılı 

deyildir.  Müəlliflik  hüququnun  qoruma  nişanı  dedikdə,  müstəsna  müəlliflik  hü­

ququnun  sahibinin  (müəllifin)  əsərə  öz  hüquqlarını  bildirməsi  üçün  istifadə  et­

diyi  işarə  başa  düşülür.  Qoruma  nişanından  istifadə  etmək  onun  vəzifəsi  yox, 

hüququdur.

Müəlliflik  hüququnu  qoruma  nişanı  üç  elementdən  (xüsusi  rəmzlərdən) 

ibarətdir.  Qoruma  nişanını  tətbiq  etmək  məsələsi  onun  istəyindən  asılıdır.  Hə­

min elementlərə  aiddir:

•   dairəyə alınmış----- latın  hərfi C1,

•  müstəsna  müəlliflik  hüquqlarının  sahibinin  adı  (fiziki və  hüquqi  şəxslər);

•   əsərin  ilk  dəfə  dərc edildiyi  il.

Müəlliflik  hüququnu  qoruma  nişanı  ilk  dəfə  olaraq  müəlliflik  hüququ  barədə 

Ümumdünya  (Cenevrə)  konvensiyasında  (1952)  nəzərdə  tutulmuşdur1

 2.  1973- 

cü  ildə  bu  konvensiyaya  qoşulduqdan  sonra  SSRİ-də  dərc olunan  bütün  nəşr­

lərdə  (kitablarda,  jurnallarda  və  s.)  həmin  nişandan  geniş  surətdə  istifadə 

olunmağa  başladı.  Azərbaycan  Respublikasının  müəlliflik  qanunvericiliyi  də 

müəlliflik hüququnu  qoruma  nişanını tanıyır3.

Müəlliflik  hüquq  normaları  ilə  eyni  dərəcədə  həm  qoruma  nişanı  olan  əsər­

lər,  həm  də qoruma nişanı olmayan əsərlər qorunur.

Göstərdiyimiz  üç  şərt  (meyar)  mövcud  olduqda, 

əsər  hüquq  normaları  ilə  qorunur  və  müəlliflik  hü­

ququnun  obyekti  sayılır.  Belə  bir  sual  ortaya  çıxır: 

müəlliflik  hüququnun  obyekti  kimi  tanınması  üçün 

əsərin  göstərilən  üç  şərtə  (meyara)  cavab  verməsi  və  uyğun  gəlməsini  təsdiq 

etmək tələb olunurmu və  bu, lazımdırmı?

Qanun  göstərilən  şərtlərin  (meyarların)  mövcudluğunun  və  əsərin  onlara 

cavab  verməsinin  təsdiq  olunmasını  tələb  etmir.  Əsər  hər  hansı  təsdiqetmə 

prosedurası  olmadan  müəlliflik  hüquq  normaları  ilə  qorunur.  Əgər  hər 

hansı  əqli  əmək  məhsulunun  (nəticəsinin)  müəlliflik  hüququ  ilə  qorunan  əsər 

kimi  tanınması  barədə  mübahisə  yaranarsa,  onda  məsələ  məhkəmə  qayda­

sında  həll  edilir.  Məhkəmə  mübahisəyə  baxarkən  əsərin  qorunmasını  təmin 

edən şərtləri  (meyarları) müəyyənləşdirməlidir.  Zəruri  olduqda  o,  əsərin  xarak­

terini və digər məsələləri  müəyyən etmək üçün ekspertiza təyin  edir4.

Müəlliflik  hüquq  normaları  ilə əsərləri  qorumağın  göstərilən  üç  məcburi  şər­

tindən  (meyarından)  əlavə,  dördüncü  şərt  (meyar)  da  ayrılaraq  fərqləndiril­

məlidir.  Bu,  əsərin  hər  hansı  üsulla  rəsmiləşdirilməsinin  tələb  olunmasın-

Əsərin

rəsmiləşdirilməsinin 

tələb olunmaması

1  «C»  ingilisco «copyright»  ifadəsinin baş h ə rfid ir.  «Copyright»  ifadəsi  isə surəlçıxarm a hüququ  və 

ya «surətini  hazırlamaq  hüququ» mənasını  b ild irir.

2  Buna  o  hal  səbəb  olm uşdur  k i,  ABŞ-da  və  A m erika  q itəsin in   d ig ə r  ö lkə lə rin d ə   əsəri  qorumağın 

məcburi  şərti kim i  m ü x tə lif rəsm iləşdirm ənin yerinə ye tirilm əsi  tələb edilir.

3 « M ü ə lliflik   hüququ  və əlaqəli hüquqlar haqqında» qanunun  8-ci  maddəsinin  2-ci  bəndi.

4  Постановление  Пленума  Верховного  Суда  СССР  «О  применении  судами  законодательства 

при  рассмотрении споров, возникающ их из авторских правоотношений».

154


dan  ibarətdir.  Həmin  şərtə  görə  müəlliflik  hüququnun  obyekti  kimi  tanınması və 

hüquq  normaları ilə qorunması üçün əsərin qeydə alınması, yaxud hər hansı baş­

qa  üsullarla  rəsmiləşdirilməsi  tələb  edilmir.  Rəsmiləşdirmənin  (qeydə  alınmanın) 

əsərin  müəlliflik  hüququnun  mühafizə  sferasına  daxil  edilməsi  üçün  əhəmiyyəti 

yoxdur.  Belə ki, əsər rəsmiləşdirilmədən (qeydiyyata alınmadan) qorunur1.

Bundan  fərqli  olaraq,  bir sıra  xarici  ölkələrdə (məsələn,  ABŞ-da və digər ölkə­

lərdə) müxtəlif üsullarla  rəsmiləşdirmə (əsərin qeydiyyata alınması, əsərin depozi­

tə qoyulması) əsərin hüquqi cəhətdən qorunmağın məcburi şərti hesab edilir1

 2.

Bununla  belə,  əsərə  müstəsna  müəlliflik  hüquqlarının  sahibi  olan  şəxs  mü­



əlliflik  hüququnun  qüvvədə  olduğu  müddətdə  onu  qeydiyyatdan  keçirə  bilər3. 

Bu,  həmin  şəxsin  vəzifəsi  yox,  hüququdur.  O,  qanunla  verilmiş  bu  hüquqdan 

öz  istək  və  mülahizəsindən  asılı  olaraq  istifadə  edir.  Buna  görə  də  əsəri  qey­

diyyatdan  keçirmək  məcburi  prosedura  hesab olunmur.

Əsəri  qeydiyyatdan  Azərbaycan  Respublikasının  Müəllif Hüquqları Agentliyi 

(MHA)  keçirir.  Qeydiyyat  məsələsini  həll  etdikdən  sonra  MHA əsəri  qeydiyyat­

dan  keçirən  şəxsə  müəyyən  olunmuş  nümunədə  şəhadətnamə  (qeydiyyat 



haqqında  şəhadətnamə) verir.

Əsərin  qeydiyyata  alınması  vacib  əhəmiyyətə  malik  olan  məsələdir.  Düz­

dür,  həmin  məsələnin  həlli  əsərə  müstəsna  müəlliflik  hüquqlarının  kimə  məx­

sus  olmasını  mübahisəsiz  (hökmən)  sübut  etmir  və  təsdiqləmir.  Bu  barədə, 

yəni  əsərə  müstəsna  müəlliflik  hüquqlarının  əsl  sahibinin  kim  olması  (əsərin 

kim  tərəfindən yaradılması  və  ondan  istifadə hüququnun  kimə məxsus olması) 

haqqında  mübahisə  yarana  bilər.  Belə  hallarda,  digər  sübutlar  olmazsa,  qey­

diyyat  haqqında  şəhadətnamə  məhkəmə tərəfindən  müəlliflik  prezumsiyası ki­

mi  tanınır.  Müəlliflik  prezumpsiyasına  görə4,  əksi  sübut  olunana  kimi,  əsərə 

müstəsna  müəlliflik  hüquqları  onu  qeydiyyatdan  keçirən və  şəhadətnamə  alan 

şəxsə  məxsusdur.

Hüquq  ədəbiyyatı  səhifələrində  əsəri  qorumağın  digər  şərtləri  (meyarları) 

də  təklif olunur.  Inqilabaqədərki  rus  sivilisti  G.Q.Şerşeneviç  göstərirdi  ki,  əsər 

cəmiyyətə və ədəbi  dövriyyəyə  ünvanlanmalıdır və  bunu  o, əsərin  əlamətlərin­

dən  (meyarlarından)  biri  hesab edirdi5.

Hesab  edirik  ki,  əsərin  belə  bir əlamətinin  ayrılmasının  əsası  yoxdur.  Məsə­

lə  burasındadır  ki,  əsər məktub  şəklində  konkret müəyyən  bir şəxsə  də  ünvan­

lana  bilər.  Məsələn,  M.F.Axundovun  «Kəmalüdövlə  məktubları»  adlı əsəri (fəl­

səfi  traktatı) bu  qəbildən  olan əsərlərdəndir.

Sovet  dövrünün  mülki  hüquq  elmində  (doktrinasında)  yenilik  (təzəlik)  mü­

əlliflik  hüquq  normaları  ilə  qorunan  əsərin  müstəqil  əlaməti  (şərti,  meyarı)  kimi 

təklif olunur6.  Bu  təklif nə qanunverici,  nə mülki  hüquq  elmi  (doktrinası),  nə də

1  « M ü ə lliflik   hüququ və ə laqəli  hüquqlar haqqında» qanunun 5-ci  maddəsi.



Богуеловский М М .

  М еждународное частное право.  Учебник.  М ., 2002, с.  300.

J « M ü ə lliflik   hüququ  və ə laqəli hüquqlar haqqında» qanunun  8-ci  maddəsinin 4-cü  bəndi.



A

 « M ü ə lliflik   hüququ və  ə laqəli hüquqlar haqqında» qanunun  8-ci  maddəsinin  5-ci  bəndi.



Шершеневич Г.Ф.

  Авторское право на литературные произведения.  Казань,  1891, с.  161.

6  M əsələn,  bax: 

Ионас В.Я.

  Произведение  творчества  в  гражданском  праве.  М .,  1972,  с.  11-23; 



Чернышева С. А.

  Правоотношение в сфере художественного творчества.  М .,  1979, с.  73  və s.

155


məhkəmə  praktikası tərəfindən  dəstəklənmişdir.  Məsələ  burasındadır  ki,  yara­

dıcılıq  əsərin  müstəqil  əlamətidir.  Yenilik  (təzəlik)  isə  yaradıcılıq  əlamətinin 

özünün  meyarı  və  göstəricisidir.  O,  yaradıcılıq  əlaməti  ilə  tam  əhatə  olunur. 

Buna  görə  də  əsəri  qorumağın  müstəqil  meyarı  kimi  yenilik  lazımsız,  gərəksiz 

və  artıq  əlamətdir1.  Digər  tərəfdən,  həm  Rusiya  Federasiyasının,  həm  də 

Azərbaycan  Respublikasının,  həmçinin  digər  MDB ölkələrinin  müəlliflik  qanun­

vericiliyi  yeniliyi  (təzəliyi)  yox,  məhz  yaradıcılığı  əsərin  m üstə q il  əlaməti, 

onun  qorunmasının  m üstəqil  meyarı  (şərti)  hesab  edir.  Bunlardan  əlavə, 

Bern  konvensiyasında,  müəlliflik  hüququ  barədə  ÜƏMT-nin  müqaviləsində  ya­

radıcılıq  nəticəsi  meyarı  ifadə olunur.

Sovet dövrünün  bir sıra  alimləri  əsərin  ictim ai  cəhətdən  faydalı  olm asını 

onun  qorunma  meyarlarından  (şərtlərindən)  biri  kimi  təklif  edirdilər2.  Qeyd  et­

mək  lazımdır ki,  qanuna  görə,  müəlliflik  hüququ  təyinatından  və  dəyərindən 

asılı  olmayaraq  bütün  əsərlərə  şamil  edilir3.  Bu,  o  deməkdir  ki,  müəlliflik  hü­

quq  normaları  (müəlliflik  hüququ)  ilə  təyinat  və  dəyərindən  asılı  olmayaraq  is­

tənilən  əsər  qorunur.  Əsərin  sosial  keyfiyyətləri,  ictimai  cəhətdən  yararlı  və 

faydalı  olması  müəlliflik  hüququ  üçün  əhəmiyyət  kəsb  etmir.  İctimai  baxımdan 

həm  faydalı  olan  əsərlər,  həm  də  faydası  olmayan  əsərlər  müəlliflik  hüququ­

nun  mühafizəsindən  eyni  dərəcədə  istifadə  edir.  Müəlliflik  hüququ  əsərləri  qo­

ruyarkən onların elmi,  ədəbi,  bədii və ictimai  keyfiyyətlərinə fərq  qoymur.  Buna 

görə də sovet alimlərinin  təklif etdikləri  yuxarıdakı  meyar (şərt)  əsərləri  müəllif­

lik  hüququ  ilə  qorumaq  baxımından  lüzumsuzdur.  İctimai  cəhətdən  faydalı  ol­

mayan,  sosial  keyfiyyətlərdən  məhrum olan  əsərlər də müəlliflik  hüquq  norma­

ları  ilə qorunur.

Bəz alimlər surətçıxarmanı  əsərin  müstəqil  əlaməti  (meyarı)  hesab  edirlər4. 

Bizim  fikrimizcə,  əsərin  belə  bir  müstəqil  əlamətinin  fərqləndirilməsi  də  lazım­

sız və gərəksiz işdir.  Belə ki,  Rusiya  Federasiyasının və Azərbaycan  Respubli­

kasının  müəlliflik qanunvericiliyinə,  habelə  Bern  konvensiyasına  görə,  əsər ob­

yektiv (maddi,  xarici) formada  ifadə  olunmalıdır.  Müəlliflik  hüququ  obyektiv for­

mada  mövcud  olan  bütün  əsərləri  qoruyur.  Əsərin  obyektiv  formasının  olması 

isə  onun  çoxsaylı  nüsxələrinin  maddi  formada  hazırlanmasını  (surətçıxarmanı) 

təmin edir.

Əgər müəllifin  yaradıcılıq  nəticəsi  obyektiv  (maddi,  xarici)  formada  mövcud 

və  ifadə  olunmursa,  deməli,  o,  əsər  sayılmır.  Belə  halda  isə  həmin  nəticənin 

əsər  kimi  hüquqi  mühafizəsinə  ehtiyac  yaranmır.  S urətçıxarm a  yox,  yalnız 

obyektiv  (maddi,  xarici)  form a  əsərin  əlaməti,  onun  m ü ə lliflik   hüququ

1

  Сергеев Л.П. 



Право  интеллектуальной  собственности  в  Российской  Федерации.  У чеб ник.  М ., 

1999,с.  I I I .

'  Мартынов Б.С. 

Право  авторства  в  СССР//Учсн.зап.  Всесоюзных  институтуо »   ю ридических 

наук.  Вын.  IX .  1947, с.  136; 

Корецкий В.И. 

Авторские правоотношения  в СССР.  Сталинабад,  1959. 

с.  150; 

Понов  В.А. 

О  понятии  и  признаках  обьскта  авторского  права//Проблсмы  советского 

авторского права.  М ..  1979, с.  64.

J « M ü ə lliflik  hüququ  vo əlaqəli  hüquqlar haqqında» qanunun  5-ci  maddəsinin  1-ci  bəndi.

Məsələn,  bax: 

Серебровский  В.И. 

Вопросы  советского  авторского  права.  М .,  1956,  с.  41. 



Кирихюва  М.Я. 

Развитие  советского  авторского  права.  Свердловск,  1982,  с.  20; 



Гаврилов  Э.П. 

Советское авторское право. Основные положения.  М .,  1984, с.  122.

156


norm aları  ilə  qorunm asının  şərti  və  meyarı  sayılır.  Madam  ki,  müəllifin ya­

radıcılıq  nəticəsi  obyektiv  (maddi,  xarici) formada  ifadə  edilir və  mövcud olur, 

deməli,  həmin  nəticənin  əsər kimi surətini  çıxarmaq  mümkündür.

Yazılı  şəkildə  qeydə  alınmayan  və  hər hansı  maddi  daşıyıcı  (maddi  obyekt) 

ilə  bağlı  olmayan  şifahi  əsərlər  (məsələn,  nitqlər,  məruzələr  və  s.),  habelə 

ekspromt  nəticəsində yaradılan  əsərlər  (məsələn,  ifa olunma anında yaradılan 

musiqi  əsəri  və  s.)  də  obyektiv  (xarici)  formada  ifadə  və  mövcud  olur.  Həmin 

forma  onların  surətinin  çıxarılmasını təmin edir.

Əsərin  m üəlliflik 

Müəlliflik  hüquq  normaları  ilə  (müəlliflik  hüququ  ilə) 

hüququ  ilə qorunan 

bütövlükdə'  tam  hallnda  aaərin  özü  qorunur.  Əsər 

elementləri 

tərkibcə  onu  təşkil  edən  struktur  elementlərdən  iba­

rətdir.  Onlara əsərin  elementləri  deyilir.  Bununla əla­

qədar olaraq  belə  bir sual  meydana çıxır:  əsərin elementləri hüquqi mühafizə ilə 

təmin  olunurmu?  Bu  suala  düzgün  cavab verməyin  əsərin  hüquqi cəhətdən qo­

runmasının  mahiyyətini başa  düşmək baxımından böyük əhəmiyyəti vardır.

Ədəbiyyat  (bədii) və  elmi  əsərlərin  elementləri  müəyyən  xüsusiyyətlərə  malik­

dir.  Ona görə onları ayrı-ayrılıqda nəzərdən keçirmək daha məqsədəuyğundur.

Ədəbiyyat əsərlərinin  (bədii  ədəbiyyatın) elementləri  iki yerə  bölünür:

•   əsərin  məzmununu  təşkil  edən  elementlər  (onlar əsərin  məzmununu  xa­

rakterizə  edir);

•   əsərin  formasını  təşkil  edən  elementlər  (onlar  əsərin  formasını  xarakteri­

zə edir).

Mülki  hüquq  elmində  (doktrinasında)  əsərin  məzmununu  təşkil  edən  ele­

m entlərə a id d ir1:

•   əsərin  mövzusu;

•   əsərin  materialı;

•   əsərin  süjeti;

•   əsərin  ideyası;

•   əsərin adı  (başlığı).

Əsərin  məzmununu  təşkil  edən  elementlərin  müəlliflik  hüququ  baxımından 

hüquqi  əhəmiyyəti  və  mənası yoxdur2.  Belə  ki,  onlar müəlliflik hüquq  normaları 

ilə  qorunmur və  hüquqi  mühafizə  ilə  təmin  olunmur.  Buna  görə əsərin  göstəri­

lən  elementləri  h ü q uq i  cəhətdən  (baxımdan)  əhəm iyyətsiz  elementləri  və 

ya  qorunm ayan  elem entləri  adlanır.  Məhz  bu  səbəbdən  həmin  elementlər 

başqa  şəxslər  tərəfindən  istifadə  məqsədi  ilə  müəllifin  razılığı  olmadan  iqtibas 

(götürülə)  oluna,  yəni  istifadə  oluna  bilər.  Bu,  müəlliflik  hüququnun  pozulması 

sayılmır  və  buna  görə  də  hər  hansı  məsuliyyətin  yaranmasından  söhbət  gedə 

bilməz.

Əsərin  m övzusu  odur ki,  o,  ictimai  həyatın  müəyyən  hadisəsini əks etdirir. 



İstənilən  əsərin  mövzusu  məhz ictimai  həyat  hadisələrinin özü tərəfindən  veri­

lir.  Ona  görə də mövzu  başqa  əsər yaratmaq  üçün sərbəst şəkildə digər müəl­

1  Ç ox  qəribə  h ald ır  k i,  V .Y .İonas  və  O .S .İoffc  mövzu  və  materialı  əsərin  clcm enlinə d axil  etm irlər 

(Иопас  В.Я.

  Критерий  творчества  в  авторском  праве  и  судебной  практике.  М .,  1963.  с.  29-30; 



Иоффе О.С.

  Советское гражданское право.  Курс лекции.  Часть 3. Л ..  1965, с.  18).

:  

Иопас В.Я.

  Произведение творчества  в гражданском  праве.  М .,  1972, с. 46-47.

157


liflər tərəfindən götürülə (istifadə oluna)  bilər.  Məhz bu səbəbdən  eyni  bir möv­

zuda  bir  neçə  əsərin  yaradılması  mümkün  olan  məsələdir.  Bir  sözlə,  əsərin 

mövzusu hüquqi mühafizədən  istifadə etmir.

Əsərin  materialı  dedikdə,  elə  bir  mənbə  başa  düşülür  ki,  bu  mənbə  əsər 

yaratmaq  üçün  istifadə  olunan  faktlar  barədə  məlumat  əks  etdirir.  Məktub, 

məhkəmə işi,  gündəlik və s.  əsərin  yaradılmasında  mənbəə  kimi  istifadə  oluna 

bilər.  Mövzu  kimi  materialdan  da  bir  neçə əsərin  yaradılması  mümkündür.  Bu­

na görə də əsərin  materialı  hüquqi  mühafizə  ilə təmin olunmur.

Əsərin  süjeti  dedikdə,  təsvir  olunan  hadisə  və  hərəkətlərin  ümumi  sxemi 

başa düşülür.  Bu  hadisə və  hərəkətlərlə  bağlı  olaraq  bədii  əsər personajlarının 

(qəhrəmanlarının)  xarakteri  açılır,  onlar  arasında  konfliktlər  yaranır.  Müəyyən 

bir əsərin süjeti  əsasında  başqa  bir əsər yaradıla  bilər.  Məsələn,  hər hansı  ro­

manın  süjeti  əsasında  bəstəkar  opera  yazır.  Bir  də  görürsən  ki,  müəllif  əsər 

yaratdıqdan  sonra  onun  ardınca  həmin  süjetdən  istifadə  etmək  əsasında  baş­

qa  bir əsər meydana  gəlir. Əsərin  süjeti qorunmur.

Əsərin  ideyası  dedikdə,  obyektiv  gerçəklikdə  (reallıqda)  baş verən  hadisə­

lərin  ifadə  forması  başa  düşülür.  Hər  hansı  bir  əsərin  ideyasından  istifadə  et­

məklə  başqa  bir əsər yaratmaq  olar.  Buna  görə  də  əsərin  ideyası  hüquq  nor­

maları ilə qorunmur və müəlliflik hüququnun obyekti  sayılmır.



Əsərin  adı  (başlığı)  əsərin  məzmununa  daxil  olan  elementlərdən  biridir. 

Qeyd  etmək  lazımdır  ki,  bəzən  eyni  adlı  və  eyni janrdan  olan  əsərlər yaradılır. 

Məsələn,  «ORT»  və  «RTR»  kimi  iki  müxtəlif telekanalda  iki  eyni  adlı  və  eyni 

janrlı  «V mire jivotnıx»  («Heyvanlar aləmində»)  teleproqram  göstərilir.  Belə və 

digər  hallarda  əlbəttə,  əsərin  adının  (başlığının)  hüquqi  cəhətdən ^qorunması 

aktual  məsələ olub, xüsusi  əhəmiyyət kəsb edir.

Elə  buradaca  dərhal qeyd etməliyik ki,  əsərin  məzmununu  təşkil  edən  digər 

elementlərdən fərqli  olaraq  əsərin  adı  (başlığı)  müəyyən  halda  qorunur,  müəy­

yən  halda  isə  qorunmur.  Bu,  əsərin  adının  (başlığının)  quruluş  -   semantik 

(mənaca)  həcmindən  asılıdır.  Belə  ki,  əgər  adın  (başlığın)  quruluş-semantik 

(mənaca)  həcmi  yalnız  bircə  sözdən  ibarət  olarsa,  onda  əsərin  adı  (başlığı) 

hüquqi  mühafizə  ilə təmin  edilmir və  müəlliflik  hüququ  ilə  qorunmur.  Ona  görə 

ki,  həmin  söz yaradıcılıq  əlamətindən  məhrum  olub,  müstəqil  surətdə  mövcud 

və istifadə olunmur.

Əgər  əsərin  adı  (başlığı)  yaradıcılıq  əlamətinə  malik  olub,  orijinal  ad  olarsa 

və  başqasına  bənzəməzsə  (oxşamazsa),  onda  müəlliflik  hüquq  normaları  ilə 

qorunur.  RF-in qanunu əsərin adının qorunması  barədə göstəriş  ifadə  edir'.

Əsərin  formasını təşkil  edən  elementlərin  isə əsərin  məzmununun  ibarət 

olduğu  elementlərdən  fərqli  olaraq  müəlliflik  hüququ  baxımından  hüquqi  əhə­

miyyəti  və  mənası  vardır.  Buna  görə  də  onlara  əsərin  hüquqi  əhəmiyyəti 

olan və ya qorunan  elementləri  deyilir1

 2.


Əsərin  qorunan  elementləri  dedikdə,  əsərin  həm  xarici  forması,  həm  də 

daxili  forması  başa  düşülür.  Əsərin  formasının  əhəmiyyəti  o  qədər  böyükdür

1 Bax:  п.З ст.6 Законы  РФ «Об авторском праве и смежных правах».

Ионас В.Я.  Произведения творчества в гражданском праве.  М.,  1972, с. 46-47.

158


runduğu  göstərilir.  Bəzən  qeyd  edilir  ki.  müəlliflik  hüququnun  obyektini  əsərin 

forması təşkil edir.

Əsərin  xarici forması  dedikdə, əsərin dili başa düşülür  Əsərin dili dedikdə, 

müəllifə xas olan  elə vasitə və üsullar başa düşülür ki, onlardan  istifadə etmək­

lə o,  bədii obrazlar yaradır  Əsərin  dili  hüquq mühafizə ilə təmin  olunur

Əsərin  daxili  forması  dedikdə,  müəllifin  yaratdığı  bədii  obrazlar  başa  dü­

şülür.  Bədii  obrazlar  isə  əsərin  qorunan  elementlərindən  biri  olub,  hüquqi  mü­

hafizədən  istifadə edir.  Ona  görə ki,  onlar müəllifin yaradıcılıq  nəticəsidir.

Elmi  əsərlərə  gəldikdə  isə  qeyd  edə  bilərik  ki,  həmin  növ əsərlərin  məzmu­

nunu  xarakterizə edən elementlər (elmi faktlar,  hipoteza,  nəzəriyyə, elmi prob­

lemin  qoyulması  və s.)  müəllifin yaradıcılıq  nəticəsi  olmadığına,  müstəqil surət­

də  istifadə  edilmədiyinə  və  müəlliflik  hüququ  baxımından  əhəmiyyət  kəsb  et­

mədiyinə  görə  hüquqi  mühafizə  ilə  təmin  olunmur.  Bu  səbəbdən  həmin  ele­

mentlər  müəlliflik  hüququnun  obyekti  sayılmır.  O  ki  qaldı  elmi  əsərlərin  forma­

sını  təşkil  edən  elementlərə,  onlar  müstəqil  əhəmiyyət  kəsb  etdiyinə  görə  mü­

əlliflik  hüquq  normaları  ilə qorunur.  Müəlliflik  hüquq  normaları  ilə elmi əsərlərin 

həm  xarici  forması,  həm  də  daxili  forması  mühafizə  edilir.  Xarici  forma  dedik­

də,  elmi  əsərin  dili,  yəni  xüsusi  xarakterli  elmi  işarə  və  rəmzlər  başa  düşülür. 

Elmi  əsərin  daxili forması  isə elmi  anlayışlardan,  elmi-texniki  ideyalardan  və s. 

ibarətdir.

Müəlliflik

hüququnun  obyekti 

olmayan  əsərlər

Həyatda  elə  fəaliyyət  nəticələrinə  rast  gəlirik  ki,  on­

lar  kimsədən  razılıq  və  icazə  alınmadan,  hər  hansı 

haqq  (qonorar)  verilmədən  sərbəst  şəkildə  istifadə 

oluna  bilər.  Bu  cür  fəaliyyət  nəticələri  müəlliflik  hü­

ququ  (müəlliflik  hüquq  normaları)  ilə  qorunmayan  əsərlər sayılır.  Onlar müəllif­

lik  hüququnun  obyekti  olmayan  əsərlərdir.

Müəlliflik  hüququnun  obyekti  olmayan  əsərlər dedikdə,  müəlliflik  hüquq 

normaları  (müəlliflik  hüququ)  ilə qorunmayan fəaliyyət nəticələri  başa  düşülür.

Əsərlərin  müəlliflik  hüququ  ilə  qorunmaması  və  onun  obyekti  olmaması 

müxtəlif səbəblərlə  bağlıdır.  Belə  səbəblər üç cürdür:

•   qanunda  ifadə edilən  birbaşa  göstəriş;

•   müəlliflik  hüququ  ilə əsərin  yalnız formasının qorunması;

•   fəaliyyət  nəticəsinin  əsərin  qorunma  şərtlərindən  (əsərin  əlamətlərindən)

heç olmazsa,  birindən  məhrum olması.



Qanunda  ifadə  edilən  göstəriş  əsərlərin  müəlliflik  hüququ  ilə  qorunma- 

masına  səbəb olan  elə  bir əsasdır ki,  bunun  nəticəsində  onlar müəlliflik  hüqu­

qunun  obyekti  kimi  tanınmır.  Belə  ki,  müəlliflik  qanunvericiliyi  müəlliflik  hüqu­

qunun  obyekti olmayan əsərlərin siyahısını verir'.  Bu  siyahıya daxil olan fəaliy­

yət  nəticələri  müəlliflik  hüquq  normalarının  hüquqi  mühafizə  sferasından  çıxa­

rılmışdır ki,  buna  səbəb  müəlliflik  qanunvericiliyində  ifadə olunan  birbaşa  gös­

təriş səbəb olmuşdur.

Birincisi,  müəlliflik  hüquq  normaları  ilə  rəsmi  sənədlər və  onların  rəsmi

«M üəlliflik  hüququ və əlaqəli hüquqlar haqqında» qanunun 7-ci maddəsi.

159


tərcüm ələri  qorunmur.  Buna  görə  də  onlar  müəlliflik  hüququnun  obyekti  ol­

mayan  əsərlər sırasına  daxildir.

Rəsmi  sənədlər dedikdə isə başa düşülür:

•   qanunlar

•   prezidentin  aktları;

•   Nazirlər Kabinetinin aktları;

•   icra  hakimiyyəti  (mərkəzi  və  yerli) orqanlarının  aktları';

•   normativ xarakterli  aktlar;

•   məhkəmə qərarları;

•   istintaq-prokurorluq  orqanların  aktları  (məsələn,  müstəntiqin  tərtib  etdiyi

ittiham  aktı  və s.)

•   təşkilat  və  vəzifəli  şəxslərin  verdikləri  rəsmi  sənədlər  (məsələn,  hesabat,

xasiyyətnamə,  arayış və s.)1

 2.


Hal-hazırda  bir çox xarici  ölkələrin  də qanunvericiliyinə  görə  rəsmi  sənədlər 

müəlliflik  hüququ  ilə  qorunmur.  Bunu  nə  ilə  izah  etmək  olar?  Nə  üçün  rəsmi 

sənədlər müəlliflik  hüququ  ilə qorunmur?

Hüquq  doktrinasında  rəsmi  sənədlərin  hüquqi  mühafizə  ilə  təmin  olunma­

masını onunla  izah edirlər ki,  rəsmi  sənədlərin  məqsədi  dövlətin  qayda-qanun­

larına  əməl  olunması  ilə  şərtlənir və  ədəbi  dövriyyə  üçün  nəzərdə  tutulmamış­

dır3;  rəsmi sənədlər hakimiyyət-dövlət xarakterlidir4  və  bu səbəbə  görə  müəllif­

lik  hüququ  ilə  qorunan  obyektlər  sırasından  çıxarılmışdır;  konkret  şəxsin  rəsmi 

sənədlərin  (aktların)  müəllifi  kimi  tanınması  və  rəsmi  sənədlərin  müəlliflik  hü­

ququ  ilə  qorunması  onları  özlərinin  əsas  hüquqi  əlamətlərindən  (məcburi  ol­

maq,  səlahiyyətli  orqanların  qərarı  ilə  rəsmi  sənədlərin  dəyişdirilmək  imkanı  və 

digər əlamətlərdən)  məhrum  edərdi5;  rəsmi  sənədlərin  (mətnlərin)  hüquqi  mü­

hafizə  sferasından  çıxarılması  vətəndaşlara  onlardan  istifadə  etməyə  qeyri- 

məhdud  imkan  verir6;  rəsmi  sənədlərin  hüquqi  mühafizə  ilə  təmin  olunması 

onların  sərbəst  şəkildə  dərc  edilməsini,  surətinin  çıxarılmasını  və  yayılmasını 

çətinləşdirərdi7.

Göstərdiyimiz  dəlil  və  arqumentlərin  hamısı  rəsmi  sənədlərin  (aktların)  mü­

əlliflik  hüququ  ilə  qorunmamasına  və  onların  hüquqi  mühafizə  sferasından  çı­

xarılmasına  əsas  verən  səbəblərdir.  Məhz  bu  səbəblər  nəticəsində  rəsmi  sə­

nədlər (aktlar)  hüquqi  mühafizə  ilə təmin olunmur.

Bununla  belə,  müəyyən  bir  şəxs  rəsmi  sənədləri  (qanunları,  məhkəmə  qə­

rarlarını və s.) sistemləşdirə  bilər.  Bu,  əlbəttə,  həmin  şəxsin yaradıcı  əməyi  nə­

ticəsində  mümkün  ola  bilər.  Buna  görə  də  rəsmi  sənədlərin  sistemləşdirilməsi 

əsərin  və  ona  müəlliflik  hüququnun  yaranmasına  səbəb  olur.  Məhz  həmin

Гуев A M  

Гражданское право.  У чебник. Том  3.  М ., 2003, с.  175.



Сергеев А 

П.

 

Право интеллектуальной  собственности  в  Российской  Федерации.  У чебник.  М .. 



1999

,

с. 


120

.



Шершеневич Г.Ф. 

А вторское право на литературные произведения.  Казань,  18 9 1, с.  161.

4  Дюма  Р. 

Литературная  и  художественная  собственность.  А втор ское   право  Франции.  М ..

1989,с. 29.

Гордон М.В. 

Советское авторское  право.  М .,  1955, с. 64.

Мэггс П.Б..  Сергеев А.П. 

Интеллектуальная собственность.  М .,  2000, с.  209.

Макагонова Н.В. 

Авторское право.  Учебное пособие.  М ,  2000, с.  66.

160


əsər müəlliflik hüququ  ilə qorunur.

İkin cisi,  d ö vlə t rəm zləri və nişanları hüquqi mühafizə sferasına daxil edil­

mir və buna  görə də müəlliflik hüququnun obyekti sayılmır.  Dövlət rəmzləri və 

nişanları  dedikdə,  bayraqlar,  gerblər,  himnlər, ordenlər,  pul  nişanları və s.  ba­

şa  düşülür.  Onlar  barəsində  konkret  şəxsin  müəlliflik  hüququnun  yaranması 

qeyri-mümkündür.  Belə  ki,  göstərilən  rəmz və  nişanlar  dövlətə  aid  olduğu­

na  görə  rəsm i  xarakterə  m alikdir.  Rəsmi xarakter daşıyan  rəmz və  nişanlar 

üçün  belə  bir hüquqi  rejim  müəyyən  edilmişdir ki,  onlardan  cəmiyyətin  tələba­

tını  ödəmək  üçün  geniş  və  maneəsiz  istifadə  olunmalıdır.  Dövlət  rəmz  və  ni­

şanlarının  müəlliflik hüququ ilə qorunması  isə onlardan istifadəni  məhdudlaşdı­

rar və  qeyri-mümkün  edərdi.  Buna  görə də onlar müəlliflik hüququnun  mühafi­

zə  sferasından  çıxarılmışdır.

Rəsmi  sənədlərin,  dövlət  rəmz  və  nişanlarının  müəlliflik  hüququ  ilə  qorun- 

maması dövlət mənafeyi,  habelə ictimai  mənafe ilə şərtlənir.  Onlar əvəzsiz su­

rətdə  ictimai  istifadə  məqsədi  üçün  nəzərdə  tutulmuşdur.  Müəlliflik  hüququ  ilə 

qorunan  əsər  (müəlliflik  hüququnun  obyekti  olan  əsər)  isə  mübadilə  dəyərinə 

malik olmalıdır.  Tez-tez  hallarda  biz,  «qanunun  müəllifi»,  «dövlət himninin mü­

əllifi»,  «dövlət  gerbinin  müəllifi»  kimi  ifadələrə  rast  gəlirik.  Düzdür,  müəyyən 

bir şəxs  qanun  layihəsinin,  digər  rəsmi  sənədlərin,  dövlət  himninin  və s.  müəl­

lifi  ola  bilər  (məsələn,  İsveçrə  Mülki  Məcəlləsini  Quber  tərtib  etmişdir;  dövlət 

himnimizin  sözləri  Əhməd  Cavadın,  musiqisi  isə  Üzeyir  Hacıbəyovundur  və 

s.).  Bu  məsələlərdə  onların  yaradıcı  əməyini  inkar etmək olmaz.  Amma həmin 

ifadələr şərti  xarakter daşıyır və  müəlliflik  hüququ  baxımından  hüquqi  məna və 

əhəmiyyət kəsb etmir.

Ü çüncüsü,  müəlliflik  hüququ  ilə  qorunmayan  obyektlər sırasına  xalq yara­

dıcılığının  əsərləri  də  daxildir.  Xalq  yaradıcılığı  əsərləri  dedikdə  isə dastanlar, 

nağıllar,  atalar sözləri,  lətifələr və  s.  başa  düşülür.  Nə  üçün  onlar müəlliflik hü­

ququnun  hüquqi  mühafizə sferasından çıxarılaraq kənarda  qalmışdır?

Qeyd  etmək  lazımdır  ki,  müəlliflik  hüququ  ilə  qorunan  hər  bir  əsər  özündə 

müəllifin  fərdi  xüsusiyyətlərini,  onun  şəxsi  yaradıcılıq  üsul və tərzini  əks etdirir, 

Əsər  obyektiv  gerçəkliyin  fərdi  və  təkrarolunmaz  əksidir1.  Onda  müəllifin  fərdi 

yaradıcılıq  izi  və  nişanəsi  olmalıdır.  Yenilik  yaradıcılığın  əsas  göstəricisi  olub, 

müəllifin  fərdi  qabiliyyət və  bacarığı  ilə  yaradılır.  Xalq  yaradıcılığı  əsərlərini  isə 

hər hansı  konkret  müəllif yox,  xalq  yaradır.  Xalq  həmin əsərlərin  müəllifidir. Əl­

bəttə,  xalqın  yaratdığı  əsər  isə fərdi  əlamətlərlə  xarakterizə  olunmur.  Axı,  mü­

əlliflik  hüququ  ilə  qorunan  əsərlər  -  müəlliflik  əsərləri  son  dərəcə  fərdi  olub, 

prinsip etibarilə təkrarolunmazdır.  Buna  görə də xalq yaradıcılığı əsərləri hüqu­

qi  mühafizədən  məhrumdur.  Digər  tərəfdən,  xalq  yaradıcılığı  əsərləri  ümum- 

xalq  malıdır.  Onlardan  hamı  və  hər kəs geniş  surətdə  sərbəst şəkildə istifadə 

edə  bilər.  Əgər xalq  yaradıcılığı  əsərləri  müəlliflik hüququ  ilə qorunsaydı,  onda 

belə  istifadə  mümkün  olmazdı.

D ördüncüsü,  hadisələr və  faktlar  haqqında  inform asiya  xarakterli  mə­

lum atlar  müəlliflik  hüququnun  hüquqi  mühafizə  sferasına  daxil  edilmir  və

1  П а и к е в и ч  



Б.И. Объект авторского права//3аписки новороссийского университета.  1878.

161


məhz bu  səbəbdən  müəlliflik  hüququnun  obyekti  sayılmır.  Bunu  nə  ilə  izah  et­

mək olar?

Hər  şeydən  əvvəl,  qeyd  etmək  lazımdır  ki,  informasiya  xarakterli  məlumat­

lar  müxtəlif  hadisə  və  faktlara  aid  olub,  vətəndaşların  nəzərinə  çatdırılmaq 

məqsədi  güdür.  Rəsmi  xronika,  cinayət  hadisələri  barədə  xəbər,  teleqraf 

agentliyinin  məlumatları və s.  əhaliyə çatdırılmaq  üçündür.  Şübhəsiz  ki,  onların 

müəlliflik  hüququ  ilə  qorunması  bu  məqsədə  nail  olunmasını  çətinləşdirərdi. 

Digər tərəfdən,  inform asiya  xarakterli  m əlum atlar  yaradıcılıq  kim i  əlam ət­

dən  m əhrumdur ki,  həmin  əlamət əsərin  qorunma  şərtlərindən  biridir.  Belə  ki, 

onlar  müxtəlif  hadisə  və  faktları  dəqiq  olaraq  əks  etdirir.  Buna  görə  də  infor­

masiya xarakterli  məlumatlar yaradıcılıq xarakterinə  malik deyildir.

Üçüncü  tərəfdən,  informasiya  xarakterli  məlumatlar  müəllifin  fərdi  yaradıcı­

lıq  tərzi  və  üslubu  əsasında  yaranmır.  Məşqlə  burasındadır  ki,  onlar  çox  qısa 

və yığcam  şəkildə  verilir və  belə  halda  müəlljfin  fərdi  yaradıcılıq  üslubunun  ifa­

də olunması  lazım gəlmir.

Bununla  belə,  müəyyən  halda  informasiya  xarakterli  məlumat  müəlliflik  hü­

ququnun  obyekti  ola  bilər.  Belə  ki,  əgər  material  informasiya  xarakterli  məlu­

mat çərçivəsindən  kənara  çıxarsa  və  müəllifin  şərhi  və ya  təhlili  qismində çıxış 

edərsə  və  ya  müəllifin  digər yaradıcılıq  fəaliyyətinin  məhsulu  olarsa,  müəlliflik 

hüququnun  obyekti  kimi  tanınır1.  Məsələn,  ANS  telekanalında  «Cinayət  işi» 

verilişi  müəllifin  (Pərviz  Abubəkirovun)  şərh  və  təhlillərindən  ibarət  olduğuna 

görə  müəlliflik hüququnun obyekti  sayılır.

Televiziya  və  radio  v e rilişlə ri  proqramı  efirə  verilən  verilişlər  barədə  ta­

maşaçıları  informasiya  ilə  təmin  edir.  Bu  baxımdan  verilişlərin  proqramı  hadi­

sə  və faktlar  barədə  inform asiya  xarakterli  m əlum at  anlayışına  daxil  edi­

lir  və  buna  görə  də  müəlliflik  hüququnun  obyekti  sayılmır.  Buna  görə  də  on­

dan  istənilən  maraqlı  şəxs  istifadə  edə,  qəzetlər  isə  onu  sərbəst  şəkildə  dərc 

edə  bilərlər.  Bu  zaman  teleradioşirkətdən  icazə  alınması  tələb  edilmir  və  ona 

hər hansı  haqq ödənilmir.

Əsərin  müəlliflik  hüququnun  obyekti  olmamasını  şərtləndirən  ikinci  səbəb 

ondan  ibarətdir  ki,  m üə lliflik  hüququ  əsərin  m əzm ununu  yox,  yalnız  fo r­

masını  qoruyur,  mühafizə edir.  Müəlliflik hüququnun  mahiyyəti əsərin  məna­

sını yox,  onun  formasını  qorumaqdan  ibarətdir.  Belə  ki,  müəlliflik  hüququ  mü­

əllifi onun  razılığı və  icazəsi  olmadan  əsərinin  surətinin  çıxarılmasından,  əsərin 

nüsxələrinin  hazırlanmasından  qoruyur.  Əsərin forması  o qədər mühüm və va­

cib  rol  oynayır və  əhəmiyyət  kəsb  edir ki,  bəzən  müəlliflik  hüququnun  obyekti­

nin  əsərin formasından  ibarət olması fikrini  söyləyirlər.  Məhz bunlara  görə  mü­

əlliflik  hüququ  əsərin  ibarət  olduğu  ideyalara,  m etodlara,  proseslərə,  s is ­

temlərə,  üsullara,  konsepsiyalara,  kəşflərə  və  ya  faktlara  şam il  e d ilm ir3, 

yəni  müəlliflik  hüququ  onları  qorumur.  Məsələn,  müəllif jurnalda  məqalə  yazır 

və orada yeni təyinatlı  velosipedin yaradılması  barədə öz ideyalarını  ifadə edir.

'  Рекомендация  судебной  палаты  по  информационным  спорам  при  Президенте  Российской 

Федерации от  14 октября//Российская газета.  1994,22 октябрь.

*  Дозорцсп В Л  Новая зра в охране исключительных  прав// Право и экономика.  1995, № 75. 

'(M üəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» qanunun 5-ci maddəsinin 3-cü bəndi.

162


Hər  hansı  şəxsin  hüququ  vardır ki,  müəllifin  razılığı və  icazəsi  olmadan  həmin 

ideyalardan velosiped  düzəltmək üçün istifadə etsin.  Əgər düzəldərsə,  bu, hü­

quq  pozuntusu  (müəlliflik  hüquqlarının  pozulması)  hesab edilmir.  Məsələ bura­

sındadır  ki,  müəlliflik  hüququ  ilə  əsərin  məzmununu  təşkil  edən  ideyalar yox, 

bu  ideyaların  ifadə olunduğu forma  (əsərin forması) qorunur,  yəni  ideyanın ifa­

də  olunduğu  məqalənin  (əsərin)  özü  qorunur.  Digər  tərəfdən,  velosiped  ixtira 

sayılır.  İxtira  isə  əqli  mülkiyyət  hüququnun  başqa  institutu  -  patent  hüququ  ilə 

qorunur.  Nə qədər  ki,  ixtira  üçün  səlahiyyətli  dövlət orqanından  patent alınma­

mışdır,  o,  patent hüquq  institutu  ilə mühafizə edilmir.  Müəlliflik hüququ ideyala­

rı.  kəşfləri,  üsulları  və  konsepsiyaları  lazımınca  qorumaq  iqtidarında  deyil.  Mə­

sələ  burasındadır ki,  yaradıcılıq fəaliyyətinin  göstərilən  nəticələri  ekspertizadan 

keçməli  və  bundan  sonra  onlara  qoruyucu  sənəd  (patent) verilməlidir.  Bu  mə­

sələ  müəlliflik  hüququnun yox,  patent hüququnun funksiyasına daxildir.

Müəyyən  fə a liyyə t  nəticəsinin  əsərin  qorunma  şərtlərinin  (əsərin  əla­

m ətlərinin)  heç  olm azsa,  birindən  məhrum  olması  onun  müəlliflik  hüququ­

nun  obyekti  kimi tanınmamasına  əsas verən  üçüncü  səbəbdir.

Müəllifin  fəaliyyət  nəticəsi,  hər  şeydən  əvvəl,  ilk  növbədə  yaradıcılıq  kimi 

əlamətdən  (şərtdən)  məhrum  olduqda,  müəlliflik  hüququ  ilə  qorunmur.  Yaradı­

cılıq  əlamətinin  göstəricisi  isə  yenilikdir.  Əsərin  yenilik  ifadə  etməsi  barədə 

mübahisə  yarandıqda  ekspertiza  keçirilmir.  Telefon  məlumat  kitabları,  hərə­

kət  cədvəlləri,  ünvan  kitabları  və  s.  məhz  yaradıcılıq  (yenilik)  əlamətindən 

məhrum  olduğuna  görə  müəlliflik  hüququnun  obyekti  sayılmırlar.  Məsələ bura­

sındadır  ki,  onlar  şəxsin  (onları  tərtib  edən  şəxslərin)  yaradıcılıq  fəaliyyətinin 

nəticəsi  yox,  te xn iki  fə a liyyə tin in   nəticəsidir.  Texniki  nəticə  (iş)  isə yaradıcı­

lıq  nəticəsindən  (işindən) fərqli olaraq  müəlliflik  hüququ  ilə qorunmur.


Yüklə 19,08 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin