Odlar Yurdu Universitetinin «Mülki hüquq» kafedrasının baş müəllimi T. Feyzullayeva Sabir Salman oğlu Allahverdiyev. Azərbaycan Respublikasının m ülki hüququ. ILL cild. IV kitab dərs


§  13.  Müəlliflik  hüququnun  pozulmasına



Yüklə 19,08 Mb.
Pdf görüntüsü
səhifə23/54
tarix30.04.2020
ölçüsü19,08 Mb.
#31027
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   54
§  13.  Müəlliflik  hüququnun  pozulmasına 

görə  digər növ hüquqi  məsuliyyət

Müəlliflik  qanunvericiliyi  müəlliflik  hüququnun  pozulmasına  görə  üç  növ  hü­

quqi  məsuliyyət nəzərdə tutur* 2:

•   mülki  məsuliyyət;

•   inzibati  məsuliyyət;

•   cinayət  məsuliyyəti.

Əgər  müəlliflik  hüququnun  pozulması  nəticəsində  mülki  hüquq  pozuntusu 

törədilərsə,  m ülki-hüquqi  m əsuliyyət  tədbiri,  cinayət  baş  verərsə,  cinayət 

m əsuliyyəti  tədbiri,  inzibati  hüquq  pozuntusu  törədildikdə  isə  inzibati-hüqu- 

qi  m əsuliyyət  tə d biri  tətbiq  edilir.  Məsuliyyət  tədbirinin  seçilməsi  hüquq  po­

zuntusunun  xarakterindən,  yəni  müəlliflik  hüququnun  pozulmasının  cinayət, 

mülki və  inzibati  xarakterli olmasından asılıdır.

Bəzən  hüquqi  məsuliyyət  tədbirləri  bir-biri  ilə  uyğunlaşdırılmaqla  birlikdə 

tətbiq  edilir.  Məsələ  burasındadır ki, cinayət və ya inzibati xarakterli məsuliyyət 

tədbirləri çox vaxt müəllifin  hüquqlarını  müdafiə etmək  üçün yetərli olmur,  kifa-



Иоффе О.C.

  Советское гражданское право.  Курс лекций.  Часть 3. Л..  I965, с. 83

2 « M ü ə lliflik   hüququ  və əlaqəli  hüquqlar haqqında» qanunun 47-ci maddəsi.

261


yət  etmir1.  Belə  halda  kompleks  məsuliyyət  tədbirləri  tətbiq  edilir,  yəni  müəllif­

lik  hüququnu  pozan  şəxsə  eyni  vaxtdan  həm  cinayət  məsuliyyət  tədbiri,  həm 

də  mülki  məsuliyyət  tədbiri  tətbiq olunur.  Məsələn,  əgər plagiatlığa  görə  cina­

yət işi  aparılarsa,  zərərçəkən  müəllif cinayət  prosesi  çərçivəsində  mənəvi  zə­

rərin kompensasiyası  barədə mülki  iddia verə bilər.

Cinayət  prosesi  çərçivəsində  mülki  iddia  cinayət  işi  başlanan  andan  və 

məhkəmə  istintaqı  başlanana  kimi  verilir.  Məhkəmə  hökmünün  nəticə  hissə­

sində  zərərçəkmiş  müəllifə  dəymiş ziyanın  əvəzinin  ödənilməsi  barədə  məsə­

ləyə də toxunulur. Əgər müəllif cinayət prosesində  mülki iddia verməzsə, onda 

iddia  mülki  icraat  qaydasında  qaldırılır.  Belə  halda  iddiaya  m ülki  proses 

çərçivəsində  baxılır.

Cinayət  qanunvericiliyi  müəlliflik  hüquqlarının  pozulmasına  görə  cinayət 

məsuliyyəti  müəyyən  edir  (CM-nin  165-ci  maddəsi).  Yalnız  m üə lliflik   hüqu­

qunun  obyektindən  qanunsuz  istifadə cinayət tərkibi  yaradır.  Buna  piratçılıq 

(yunanca  -   peirates  -   soyğunçu,  qarətçi,  quldur)  deyilir.  Qanunsuz  istifadə 

müəllifin  əmlak  (iqtisadi)  hüquqlarının  pozulması  deməkdir.  Buna  görə  də  mü­

əllifin şəxsi qeyri-əmlak hüquqlarının pozulması cinayət tərkibi yaratmır.

Göstərilən cinayətin  obyektiv tərəfini  əsərdən  qanunsuz  istifadə  ilə  bağlı  is­

tənilən  hərəkət təşkil edir.  Plagiat (latınca -  «plagio»  - oğurlayıram)  həmin  hə­

rəkətlərdən biridir.  O, müəlliflik hüquqlarının  pozulmasının  növüdür.

Plagiat dedikdə,  başqa  şəxs tərəfindən  yaradılan  əsərə  müəllifliyi  mənimsə­

mə  başa  düşülür.  Özgəsinin  yaratdığı əsəri özününkü  kimi  qələmə  vermək  pla- 

giatlığın  mahiyyətini təşkil edir.  Plagiat elmi, ədəbi və bədii oğurluq deməkdir.

Əsərdən  qanunsuz  istifadə  ilə  bağlı  hər  hansı  hərəkət  göstərilən  cina­

yətin  obyektiv tərəfini  təşkil  edən  digər  hərəkətdir.  Əsərdən  qanunsuz  istifadə 

dedikdə,  əsərin qanunsuz surətinin çıxarılması,  yayılması və s.  başa  düşülür.

Şərikli  m üəllifliyə  məcburetmə göstərilən  cinayətin  obyektiv tərəfini  təşkil 

edən  üçüncü hərəkətdir.

Göstərilən  hərəkətlər  (plagiat,  qanunsuz  istifadə  və  şərikli  müəllifliyə  məc­

bur etmə)  yalnız  o  halda  cinayət  tərkibi  yaradır  ki,  onların  həyata  keçirilməsi 

nəticəsində xeyli  miqdarda  zərər vurulsun.  Xeyli  m iqdar dedikdə,  şərti  maliy­

yə vahidinin  min mislindən  artıq olan məbləğ  başa düşülür.

Şəxs  göstərilən  cinayəti  törədərkən  nəinki  plagiatlığa  yol  verməsini  və  ya 

əsərdən qanunsuz istifadə  etməsini  şüurlu  surətdə dərk  edir,  habelə  onları  ar­

zulayır.  Buna  görə  də  həmin  cinayət  birbaşa  qəsdlə  xarakterizə  olunur.  Bir­

başa qəsd cinayətin subyektiv tərəfinin əsas elementlərindən  biridir.

Müəlliflik hüququnun  pozulmasına  görə həm  də inzibati  məsuliyyət nəzərdə 

tutulur (İXM-in  50-ci  maddəsi).  Şəxs o halda  inzibati  məsuliyyətə cəlb edilir ki, 

onun  hərəkəti  nəticəsində  müəllifə  az  miqdarda  zərər  (ziyan)  vurulsun.  Az 

miqdarda  dedikdə,  şərti  maliyyə  vahidinin  min  mislinədək  olan  məbləğ  başa 

düşülür.

Иоффе О.C.

  Основы авторского права.  M .,  1969, с.  56.

262


Tövsiyə olunan əlavə ədəbiyyat

Серебровский  В.И.  Вопросы советского авторского права. М.,  1956; 

Гордон  М.В.  Советское авторское право.  М.,  1955;

А нтим онов  Б.С.,  Флейщиц Е.А. Авторское право.  М.,  1957;

Иоффе  О.С.  Советское  гражданское  право.  Курс  лекций.  Часть  3.  Л., 

1965 (гл.1);

Гаврилов  Э.П. Советское авторское право.  М.,  1984;

М акагонова  И.В. Авторское  право. Учебное пособие М.,  2000;

Сергеев  А.П.  Право  интеллектуальной  собственности  в  Российской 

Федерации.  Учебник М.,  1999 (гл.  3,4,5,

6,8);

Сергеев  А.П.,  М эггс  П.Б.  Интеллектуальная  собственность.  М.,  2000 



(с.  188-301);

Гражданское  право.  Учебник  Часть  3  /Под  ред.  А.П.Сергеева., 

Ю .К.Толстого.  М.,  1998 (гл.  53);

Гражданское  право.  Учебник.  Том  /  Под  ред.  Е.А.Суханова  М.,  1998 

(гл.  23);

Гуев А.Н.  Гражданское  право Учебник.  Том 3. М.,  2003.(гл.  9); 

Гаврилов  Э.П.  Комментарий  к  закону  об  авторском  праве  и  смежних 

правах.  М.,  1996;

A llah ve rd iye v  Sabir.  Azərbaycan  Respublikasının  müəlliflik  və  patent 

hüququ.  Mühazirə kursu.  Bakı.  2000 (fəsil  2);

A llah ve rd iye v  S.S.  Əqli  mülkiyyət  hüququ.  Dərs  vəsaiti.  Bakı.  2006  (fəsil

2

) .

263


V  FƏSİL

ƏLAQƏLİ  HÜQUQLAR

§  1.  Əlaqəli  hüquqların anlayışı,  predmeti, 

funksiyaları,  obyekt və subyektləri

Əlaqəli hüquqların 

anlayışı və  predmeti

Qeyd etdik  ki,  müəlliflik  hüququ  və  əlaqəli  hüquqlar 

institutu  mülki  hüququn  ən  vacib  institutlarından  bi­

ridir.  Bu  institutun  özü  iki  subinstituta  bölünür  ki, 

əlaqəli hüquqlar onlardan  biridir1.  Digəri  isə müəlliflik  hüququ  adlanır ki,  biz bu 

subinstitut  barədə söhbət açmışıq.

Bildiyimiz  kimi,  Ümumdünya  Əqli  Mülkiyyət Təşkilatını  təsis  edən  Stokholm 

konvensiyası  (1967)  əqli  mülkiyyət  hüququnun  obyektləri  dairəsinə  artistlərin 

ifaçılıq fəaliyyətini  (ifaları),  fonoqram ları  (səsyazmanı) və  radio-televiziya 

verilişlərini  də aid edir* 2.  Göstərilən  obyektlərin  yaradılm ası  və  istifadəsi  ilə 

bağlı  olaraq  müəyyən  növ  ictim ai  m ünasibətlər  əmələ  gəlir.  Məhz  həmin 

münasibətlər  əlaqəli  hüquqlar  subinstitutunun  nizamasalma  (tənzimetmə) 

predmetini  təşkil  edir.  Bu  münasibətlər  mülki  hüquq  normaları  ilə  tənzimlənir 

ki,  həmin normaların  məcmusu  obyektiv mənada  əlaqəli  hüquqlar adlanır.

Obyektiv  mənada  əlaqəli  hüquqlar  dedikdə,  ifaların,  fonoqram ların, 

efir və  ya  kabel  yayımı  təşkilatlarının v e rilişlə rin in   (radio və televiziya ve­

rilişlərinin) yaradılması  və  istifadəsi  ilə əlaqədar yaranan  ictim a i  m ünasi­

bətləri tənzim  edən  m ülki  hüquq  normalarının  m əcm usu  başa  düşülür.

Əqli  hüquqlar obyektiv mənadan  başqa,  həm  də  su b ye ktiv  mənada  işlədi­

lir və  anlaşılır.  Belə  halda  onlara  subyektiv  mənada  əlaqəli  hüq uq la r  (sub­

yektiv  əlaqəli  hüquqlar)  deyilir.  Bu  baxımdan  həmin  hüquqlar  subyektiv  əqli 

mülkiyyət  hüququnun  bir  növü  kimi  çıxış  edir.  Məsələn,  ifaçıların  öz  ifaları,  fo- 

noqram  istehsalçılarının yazdıqları fonoqramlar,  efir yayımı təşkilatlarının  hazır­

ladıqları  radio  və  televiziya  proqramları  barəsində  malik  olduqları  hüquqlar 

subyektiv əlaqəli hüquqlardır.  Onlar həm əmlak xarakterli,  həm  də  şəxsi  qeyri- 

əmlak xarakterli ola bilər.

Subyektiv  əlaqəli  hüquqlar  (subyektiv  mənada  əlaqəli  hüquqlar)  dedik­

də, ifaçıların  ifalar,  istehsalçıların fonoqramlar, efir və ya  kabel  yayımı təş­

kilatlarının  öz  verilişləri  barəsində  malik  olduqları  həm  şəxsi  qeyri-əmlak, 

həm də əmlak xarakterli hüquqları  (hüquqi  im kanları) başa düşülür.

Nə  üçün  ifalar,  fonoqramlar,  habelə  efir  və  ya  kabel  yayımı  təşkilatlarının 

verilişləri  barəsində yaranan  hüquqlar (hüquqi  imkanlar) əlaqəli  hüquqlar adla­

nır? Bunu nə ilə  izah etmək olar?

Qeyd  etmək lazımdır ki,  əlaqəli  hüquqlar m ü ə lliflik  hüququ  ilə  qırılm az və

Bəzi  m ü ə lliflə r  əlaqəli  hüquqları  institut  hesab  edirlər.  M əsələn,  bax:  Гражданское  право. 

Учебник. Том  I/П о д  ред. 



Е.А.Суханова.

  М .,  1998, с. 672.

2 Вах:  həmin konvensiyanın 2-ci maddəsinə.

264


sıx  surətdə  bağlıdır.  Əlaqəli  hüquqlar da öz adını  məhz  bu  bağlılıqdan götür­

müşdür.  Məhz  müəlliflik  hüququ  ilə  bağlı  olmaq  ifalar,  fonoqramlar və s.  barə­

sində  yaranan  hüquqların  əlaqəli  hüquqlar  adlanması  üçün  əsas  olmuşdur. 

Bağlı  olm aq  dedikdə,  əlaqəli  hüquqların  müəlliflik  hüququndan  törəməsi  və 

ondan  asılı  olması  başa  düşülür.  Buna  görə  də onlar  m üəlliflik  hüququndan 

törəmə  və  asılı  olan  hüquqlardır.  Söhbət  yaradıcılıq  (müəlliflik)  əsərinin ya­

radıcısı  olan  müəllifin  hüquqlarından  törəyən  və  asılı  olan  hüquqlardan  gedir. 

Onlar  yaradıcılıq  əsərinin  müəllifinin  hüquqlarından  asılı  olaraq  yaranır  və  hə­

yata  keçirilir.  Bu,  əlaqəli  hüququn  əsas və başlıca  əlaməti  hesab olunur.

Əlaqəli  hüquqların  müəlliflik  hüququndan  törəməsinə  və  asılı  olmasına  aid 

misallar  çəkək.  Məsələn,  yayım  təşkilatı  müəllifin  əsərini  efirə  verməklə  veriliş 

hazırlayır.  Həmin təşkilatın veriliş barəsində əlaqəli hüququ yaranır ki, o. müəllifin 

yaratdığı əsərdən törəyir.  Yayım təşkilatı veriliş barəsində hüquqlarını əsərin  mü­

əllifi  ilə bağlanan müqavilə üzrə əldə etdiyi hüquqlar həddində həyata keçirir1.

Başqa  bir  misalda  bəstəkarın  bəslədiyi  mahnını  (mətnli  musiqi  əsərini)  fo- 

noqram  istehsalçısı  fonoqrama  yazır.  Bununla  onun  fonoqram  barəsində  əla­

qəli  hüququ yaranır ki, o,  bəstəkarın  bəslədiyi musiqi əsərindən törəyir.

Əlaqəli  hüquqların  müəlliflik hüququndan törəməsi və onların bir-birinə bağlı 

olması  müəlliflik  münasibətlərini  (əsərlərin  yaradılması  və  istifadəsi  ilə  bağlı 

olan  münasibətləri)  və  əlaqəli  hüquqlar  üzrə  münasibətləri  (ifa,  fonoqram  və 

verilişlərin  yaradılması  və  istifadəsi  ilə  əlaqədar  yaranan  münasibətləri)  tən­

zimləyən  mülki  hüquq  normalarının  eyni  bir  (vahid)  institutda  birləşdirilməsi 

üçün  əsas  olmuşdur.  Bu,  qeyd  etdiyimiz  kimi,  müəlliflik  hüququ  və  əlaqəli  hü­

quqlar institutu adlanır.

Azərbaycan  Respublikasının  mülki  qanunvericiliyi 

aqəlı  huquq arın 

təkcə  və  yalnız  müəlliflik  hüququnu  hüquqi  mühafizə 

qorunması 

etmir.  Mülki  qanunvericilik tərəfindən  həm  də əlaqə­

li  hüq uq la r  qorunur.  Başqa  sözlə  desək,  müəlliflik  hüququ  və  əlaqəli  hüquq­

lar institutunun  hüquqi  mühafizə sferasına  həm  də  ifa,  fonoqram və yayım təş­

kilatlarının verilişləri  ilə bağlı  olaraq yaranan  hüquqlar daxildir.

Qeyd  etmək  lazımdır  ki,  əlaqəli  hüquqları  sovet dövrünün  qanunvericiliyi ta­

nımırdı.  Buna  görə  də  sovet  qanunvericiliyi  əlaqəli  hüquqları  hüquqi  mühafizə 

ilə  təmin  etmirdi.  Yalnız  radio  və  televiziya  təşkilatlarının  hüquqları  sovet  qa­

nunvericiliyi  ilə  qorunurdu.  Belə  ki,  radio  və televiziya  təşkilatları  radio və tele­

viziya  verilişlərinə  müəlliflik  hüququna  malik idi  (Azərbaycan  SSR-in  1964-cü  il 

MM-in  484-cü  maddəsi).  Bu,  onu  göstərirdi  ki,  radio  və  televiziya  verilişləri 

(efir yayımı təşkilatının verilişləri) müəlliflik hüququ  ilə qorunurdu.

Lakin  real  həyat,  geniş  yayılmış  dünya  praktikası,  habelə  xarici  və  beynəl­

xalq  təcrübə  əlaqəli  hüquqların  ayrıca  hüquq  institutu  kimi tanınmasını  və sub­

yektiv  əlaqəli  hüquqların  bu  institutla  qorunmasını  tələb  edirdi.  Əlaqəli  hüquq­

lar  xeyli  müddətdir  ki,  beynəlxalq  hüquqi  mühafizədən  istifadə  edir,  yəni  bey­

nəlxalq  səviyyədə  qorunur.  Onların  qorunması  sahəsində  bir  sıra  beynəlxalq 

sazişlər  (konvensiyalar)  qəbul  olunmuşdur.  Digər tərəfdən,  bir çox xarici  ölkə-

1 « M ü ə lliflik  hüququ və ə laqəli hüquqlar haqqında» qanunun 32-ci maddəsinin  l- c i bəndi.

265


lərin  qanunvericiliyi  tərəfindən  əlaqəli  hüquqlar  tanınır  və  tənzimlənir.  Məsə­

lən, Almaniyada  əlaqəli hüquqlarla  bağlı  məsələlər müəlliflik hüququ və əlaqəli 

hüquqlar  barədə  qanunla  (1965),  İsveçrədə  müəlliflik  hüququ  və  əlaqəli  hü­

quqlar  barədə federal  qanunla  (1992),  Fransada  ifaçıların,  fonoqram  istehsal­

çılarının və s.  hüquqları  barədə  qanunla (1985) və s.  nizamlanır’ .

Əlaqəli  hüquqların  tənzimlənməsini  dünya  praktikasına,  habelə  xarici  və 

beynəlxalq  təcrübəyə  yaxınlaşdırmaq  və  uyğunlaşdırmaq  üçün  Azərbaycan 

Respublikasının  mülki  qanunvericiliyi  əlaqəli  hüquqları  tanıyır və  hüquqi  müha­

fizə  ilə  təmin  edir.  Bundan  ötrü  o,  ayrıca  və  xüsusi  olaraq  əlaqəli  hüquqlar 

konstruksiyası  nəzərdə  tutur.  Digər tərəfdən,  bəzi  fəaliyyət  növləri,  məsələn, 

artistlərin  (ifaçıların)  fəaliyyəti  yaradıcılıq  xarakterinə  malik  olsa  və  tanınsa  da 

yeni  əsərin  yaradılmasına  səbəb  olmur.  Buna  görə  də  belə  fəaliyyətin  nəticə­

ləri  səmərəli  şəkildə  müəlliflik  hüququ  ilə  yox,  yalnız  ayrıca  olaraq  əlaqəli  hü­

quqlar konstruksiyası  ilə qoruna  bilər.

Fonoqram  istehsalçılarının,  habelə  efir və  kabel  yayımı  təşkilatlarının  da  fə­

aliyyəti  nəticəsində  yeni  yaradıcılıq  (müəlliflik)  əsərləri  yaradılmır.  Yaradıcılıq 

elementindən  məhrum  olmamasına  baxmayaraq,  onların  həyata  keçirdikləri 

fəaliyyət  əsasən  və  başlıca  olaraq  yaradıcılıq  yox,  te xn iki  xarakterə  m alik­

dir.  Məhz  bu  səbəbdən  belə  fəaliyyətin  nəticəsi  müəlliflik  xarakterindən  son 

dərəcə  uzaq  olub,  müəlliflik  hüququ  çərçivəsində  tənzimlənə  bilməz.  Texniki 

fəaliyyətin  nəticəsi  yox,  yalnız  yaradıcılıq  fəaliyyətinin  nəticəsi  olan  əsərə  mü­

əlliflik  hüququ  ilə  qoruna  və  hüquqi  mühafizə  edilə  bilər.  O  ki  qaldı  ifaçıların, 

fonoqram  istehsalçılarının  və  yayım  təşkilatlarının  hüquqlarına,  belə  hüquqlar 

necə  deyərlər,  xüsusi  olaraq  yaradılmış  əlaqəli  hüquqlar  konstruksiyasının  va­

sitəsi  ilə tənzimlənə və  qoruna  bilər.  Məsələyə  bu  cür yanaşma  qeyd  etdiyimiz 

kimi,  dünya  praktikasına,  xarici və  beynəlxalq təcrübəyə  uyğundur.

«Müəlliflik  hüququ  və  əlaqəli  hüq uq la r  haqqında» 

Əlaqəli hüquqların 

Azərbaycan  Respublikasının  qanunu  əlaqəli  hü- 

mənbalərı 

quqlar  sahəsində  yaranan  münasibətləri  tənzimləyən

əsas normativ aktdır.  Bu  qanunun  3-cü bölməsində  ifadə  olunan  normalar (32- 

39-cu maddələr)  məhz  həmin  münasibətlərin  nizamlanmasına  və  qaydaya  sa­

lınmasına  həsr  edilmişdir.  Bu  normalar  ifaçının,  fonoqram  istehsalçısının  və 

yayım təşkilatının  hüquqlarını  müəyyən  edir,  əlaqəli  hüquqların  subyektləri,  ob­

yektləri və  qüvvədə olma  müddəti və digər məsələlər barəsində  göstərişlər ifa­

də edir.

Əlaqəli  hüquqların  bilavasitə  mənbəyi  sayılmasa  da  Azərbaycan  Respub­

likasının  Mülki  Məcəlləsi  əlaqəli  hüquqlarla  bağlı  yaranan  münasibətlərin 

tənzimlənməsində  heç də az rol  oynamır.  Məcəllənin  bir sıra  normaları və qay­

daları  həmin  münasibətlərə  tətbiq  edilə  bilər.  Məsələ  burasındadır  ki,  bu  mü­

nasibətlər öz xarakterinə  və təbiətinə  görə  m ülki  m ünasibətdir.  Mülki  Məcəl­

lənin  isə  əsas  vəzifələrindən  (funksiyalarından)  biri  həmin  münasibətlərin  ha­

mısını  tənzimləməkdən  ibarətdir.  Digər  tərəfdən,  əlaqəli  hüquqlar  subyektiv 

mülki  hüququn  növlərindən  biri sayılır.  Mülki  Məcəllə  də  məhz  bütün  növ mülki

266


Основные институты  гражданского права зарубежных стран, М .,  1999, с.  424-425.

hüquqların  hamısının  tənzimlənməsi  və  qorunması  üçün  hesablanmışdır.  Qa­

nunda  göstərilir  ki,  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsi  müəlliflik  hü­

ququ və  əlaqəli  hüquqlar barədə qanunvericiliyə daxildir’ .

Qanun  həm  də  müəyyən edir ki, əlaqəli  hüquqların tənzimlənməsində bey­

nəlxalq  m üqavilənin  qayda  və  normaları  tətbiq  edilir.  Söhbət  Azərbaycan 

Respublikasının  tərəfdar  və  iştirakçısı  olduğu  beynəlxalq  müqavilələr­

dən  gedir.

Hal-hazırda  əlaqəli  hüquqların  beynəlxalq-hüquqi  qorunması  beynəlxalq 

konvensiyaların  vasitəsi  ilə  həyata  keçirilir.  Əlaqəli  hüquqlar sahəsində  bir ne­

çə  beynəlxalq  konvensiya qüvvədədir.

ifaçıların,  fonoqram   istehsalçılarının  və  yayım  təşkilatlarının  hüquqla­

rının  m ühafizəsi  barədə  beynəlxalq  konvensiya1

 2  əlaqəli  hüquqların  qorun­

masına  həsr  edilən  əsas  beynəlxalq  müqavilədir3.  Konvensiya  26  oktyabr 

1961-ci  il  tarixində  Roma  şəhərində  diplomatik  konfransda  qəbul  edilmişdir. 

Buna  görə  də o,  Roma  konvensiyası  adlanır4.  15 aprel 2001-ci  il tarixinə olan 

vəziyyətə  görə  konvensiyaya  dünyanın 

68  dövləti  qoşulmuşdur.  Azərbaycan 

Respublikası  hələlik  konvensiyanın  iştirakçısı  deyildir.  Amma  qeyd  edə  bilərik 

ki,  əlaqəli  hüquqları  qorumaq  və  beynəlxalq-hüquqi  mühafizə  etmək  baxımın­

dan onun  müddəaları olduqca və son dərəcə vacibdir.

Roma  konvensiyasının  4-cü  maddəsi  ifaçıların,  5-ci  maddəsi  fonoqram  is­

tehsalçılarının, 

6-cı  maddəsi  isə yayım  təşkilatlarının  hüquqlarını  hüquqi müha­

fizə ilə təmin  edir.

Roma  konvensiyası  m illi  rejim  prinsipindən  çıxış  edir (konvensiyanın  2-ci 

maddəsi).  Bu,  əlaqəli  hüquqların  beynəlxalq  mühafizə  sferasında  əsas prinsip 

sayılır.  Milli  rejimlə  həm  ifaçılar,  həm  fonoqram  istehsalçıları,  həm  də  yayım 

təşkilatları təmin olunur.

Qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  Respublikasının  Roma  konvensiyası­

na  qoşulması  günümüzün  ən  vacib  və  aktual  məsələlərindən  biridir.  Bu  məsə­

lənin  həlli  ölkəmizdə  əlaqəli  hüquqların  lazımi  səviyyədə  qorunmasında  irəliyə 

doğru  atılmış  mühüm  addım  olardı.  Məsələ  burasındadır ki,  Roma  konvensiya­

sının  müddəaları  müəyyən  dəyişikliklərlə  tərkib  hissəsi  kimi  TRIPS  sazişinə 

daxil  edilmişdir.  Bu,  onu  ifadə  edir ki,  Azərbaycan  Respublikasının  Roma  kon­

vensiyasına  qoşulması  onun  Ümumdünya  Ticarət  Təşkilatına  daxil  olması 

üçün  zəruri addım  olacaqdır.

Fonoqram   istehsalçılarının  mənafelərinin  fonoqram ların  qanunsuz su­

rətinin  çıxarılm asından  qorunm ası  barədə  Cenevrə  konvensiyası  (29 okt­

yabr  1971-ci  il)  əlaqəli  hüquqların  mühafizə  edilməsində  az  rol  oynamır5.  Ona

1 « M ü ə lliflik   hiiququ  və ə laqəli  hüquqlar haqqında» qanunun 2-ci  maddəsi.

:  Konvensiyanın  m ətni v e rilm işd ir (Бюллетень по авторскому праву.  1992. T .X X V . №  I. с.  33).

'   М еждународное частное право.  У чсбник/Под рсд. 

Г.КДлштриевой.

  М ., 2004, с. 300.

4  Roma  konvensiyasının  əsas  cəhətləri  ilə   tanış  olmaq  üçün  bax: 

Матвеев  Ю Г.

  Международные 

конвенции  по  авторскому  праву.  М .,  1978,  с. 140-151; 

Андрей  Минков.

  Международная  охрана 

интеллектуальной  собственности.  М ., 2001, с.  137-140.

s  K onvensiyanın  m ətni  dərc  edilm işdir:  Сборник  действующий  договоров,  соглашений  и 

конвенций, заключенных с  иностранными  государствами.  М .,  1979, вып.  X X X III. с. 95;  Бюллетень 

международных договоров,  август,  1999, № 8.

267


qısaca  olaraq  fonoqramlar barəsində  konvensiya  da  deyilir.  Roma  konven­

siyası  kimi onun geriyə qüvvəsi yoxdur.  15 aprel 

2001-ci  ilə  kimi olan vəziyyə­

tə  görə  konvensiyaya  dünyanın  65  dövləti qoşulmuşdur.  Azərbaycan  Respub­

likası  konvensiyasının  hələlik  iştirakçısı  deyildir.  MDB  ölkələrindən  RF,  Ukray­

na və  Moldova konvensiyanın üzvüdür.

Konvensiya əlaqəli hüquqlar sahəsində  universal  xarakterli  beynəlxalq  mü­

qavilə kimi tanınmır.  Bu cəhəti ilə o,  Roma konvensiyasından fərqlənir.  Belə ki, 

fonoqramlar barəsində  konvensiya  əlaqəli  hüquqlar  subyektlərindən  yalnız  bi­

rinin -  fonoqram  istehsalçılarının mənafelərini qoruyur.

Konvensiya  fonoqram  istehsalçılarının  mənafelərini  həm  fonoqramın  qa­

nunsuz  olaraq  (istehsalçının  razılığı  olmadan)  dublikatının  hazırlanmasından, 

həm  belə  dublikatların  kütləvi  yayılmasından,  həm  də  yaymaq  məqsədi  ilə  id­

xal olunmasından qoruyur'.

Peyk vasitəsilə ötürülən  siqnal  proqramlarının  yayılması  barədə  Brüs­

sel  konvensiyası  (21  may  1974-cü  il)  efir yayımı  təşkilatlarının  mənafelərinin 

qorunmasına həsr edilmişdir2.  Ona peyklər barədə  konvensiya  da  deyilir.

Konvensiya iştirakçı dövlətlərdən  hər birinin  üzərinə öz ölkəsi  ərazisində və 

ya  öz  ölkəsinin  ərazisindən  peyk  vasitəsilə  ötürülən  istənilən  siqnal  proqram­

larının  qanunsuz  yayılmasının  qarşısını  almaq  məqsədilə  lazımi  tədbirlər  gör­

mək  vəzifəsi  qoyur.  Konvensiya  üzvü  olan  hər  bir  dövlət  qanunsuz  siqnalların 

yayılmasına mane olmağa  borcludur3.

15  aprel  2001-ci  il  tarixinə  kimi  olan  vəziyyətə  görə  dünyanın  24  dövləti 

konvensiyanın  üzvüdür.  Keçmiş  SSRİ  üçün  konvensiya  20  yanvar  1989-cu  il 

tarixindən  qüvvədə  olmuşdur.  MDB  ölkələrindən  yalnız  RF  və  Ermənistan 

konvensiyaya  qoşulmuşlar.  Azərbaycan  Respublikası  hələlik  konvensiyanın 

iştirakçısı deyildir.

Ümumdünya  Əqli  Mülkiyyət  Təşkilatının  (ÜƏMT-nin)  ifa la r  və  fo n o q ­

ramlar  barəsində  müqaviləsi  (dekabr  1996-cı  il)  əlaqəli  hüquqların  qorun­

masında  əhəmiyyəti  şəksizdir.  Müqavilə  20 avqust  2002-ci  il tarixindən  qüvvə­

yə  minmişdir.  25  iyul  2002-ci  il  tarixinə  kimi  olan  vəziyyətə  görə  onun  37  işti­

rakçısı  vardır.  MDB  dövlətlərindən  Belorusiya,  Moldova  və  Qazaxıstan  kon­

vensiyaya  qoşulmuşlar.  Azərbaycan  Respublikası  hələlik  konvensiyanı  imza­

lamamışdır.

Müqavilə  əlaqəli hüquqların  iki  kateqoriya  subyektinin  hüquq və  mənafeləri­

nin  qorunmasına  həsr  edilmişdir:  ifaçıların  (aktyor,  müğənni,  musiqiçi,  rəqqas 

və  digərlərinin);  fonoqram  istehsalçılarının.  Müqavilədə  onların  surətçıxarma, 

yaymaq,  kirayəyə vermək və digər hüquqları müəyyən edilir.

TRİPS  sazişini  əlaqəli  hüquqların  mənbəyi  hesab  etmək  olar4.  Saziş  geniş

Fonoqramlar barədə  konvensiyanın  əsas cəhətləri  barədə  bax: 



Андрей Мингов.

  Международная 

охрана интеллектуальной  собственности.  М .,  2001, с.  I48 -I4 9 .

'   Konvensiyanın  mətni  verilm işdir:  Международная  охрана  интеллектуальной  собственности. 

М-. 2001, с.  570-675 (Составитель 

Андрей Минное).

3  Konvensiyanın  əsas  cəhətləri  barədə  bax: 



Андрей  Мнков.

  Международная  охрана  интеллекту­

альной собственности.  М ., 2 001, с.  I50-151.

İngiliscə Agreement on Trade Related Aspects o f Intellectual  Property  Rights.

268


spektrli  əqli  mülkiyyət  hüquqlarını  tənzimləyir ki,  əlaqəli  hüquqlar onların bir nö­

vünü  təşkil  edir.  Sazişin  14-cü  maddəsi  ifaçılann,  fonoqram  istehsalçılarının  və 

yayım təşkilatlarının  malik olduqları hüquqların qorunmasına həsr edilmişdir’ .

Əla 

li 

hüaua 


Əlaqəli  hüquq  subinstitutunun  sosial  mahiyyəti və  hansı 

subinstitutunun 

ral ° y namasl  onun  yerinə yetirdiyi  funksiyalarda təzahür

funksiyaları 

edir'  ° nun  d°rd əsas funksiyasını fərqləndirmək olar.

Əlaqəli  hüququn  birinci  funksiyası  onun  ifaları,  fo- 

noqram ları  və yayım  təşkilatlarının  ve rilişlə rin i  hüquq  mühafizə  ilə təmin 

etməkdən  ibarətdir.  Mülki  hüququn  əsas  subinstitutlarından  biri  kimi  əlaqəli 

hüquq  onları  hüquqi cəhətdən  (fiziki cəhətdən yox) mühafizə etmək (qorumaq) 

funksiyası yerinə yetirir.

İfalar,  fonoqramlar və verilişlər məhz yarandığı andan  əlaqəli hüquq norma­

ları  ilə  qorunur  və  həmin  normaların  hüquqi  mühafizə  sferasına  daxil  edilir. 

Onlar (o cümlədən  subyektiv əlaqəli  hüquqlar)  isə  qeydə alınmadan  və digər 

hər  hansı  ü sullarla  rəsm iləşdirm əkdən  asılı  olmayaraq  yaranır.  Belə  ki, 

qüvvədə  olan  qanunvericiliyə  görə  subyektiv  əlaqəli  hüquqların  yaranması  və 

həyata  keçirilməsi  üçün  hər  hansı  rəsmiləşdirmə  (formal  qayda)  tələb  olun­

mur* 2.  Fonoqram  istehsalçılarının  və  ifaçıların  subyektiv  əlaqəli  hüquqları  mü­

vafiq fonoqramın  yaradılması  ilə əmələ gəlir.

Bununla  belə,  fonoqram  istehsalçısı və ya  ifaçı əlaqəli  hüquqları  qoruma ni­

şanından  istifadə  edə  bilər.  Bu,  onun  vəzifəsi  yox,  hüququdur.  Belə  ki,  əlaqəli 

hüquqları  qoruma  nişanından  fonoqram  istehsalçısı  və  ya  ifaçı  istifadə  edə  də 

bilər,  etməyə  də  bilər.

Əlaqəli  hüquqları  qorum a  nişanından  o  məqsədlə  istifadə  olunur  ki,  fo­

noqram  istehsalçısı  və  ya  ifaçı  öz  hüquqlarını  üçüncü  şəxslərə  bildirsin  və on­

ların  pozulmasının  qarşısını alsın.  O,  üç elementdən  ibarətdir3:

•   dairəyə alınmış  latın  hərfi  «P»;

•   əlaqəli  hüquqların  sahibinin adı;

•   fonoqramın  ilk dəfə  istehsal olunduğu  il.

Qoruma  nişanı  fonoqramın  hər  nüsxəsində  və  (və  ya)  onun  içində  qoyulan 

qutuda  göstərilir.  Bunun  əsasında  müəyyən etmək  mümkün olur ki,  əlaqəli  hü­

quqların  sahibi  kimdir;  kim  subyektiv  əlaqəli  hüquqa  malikdir.  Başqa sözlə  de­

sək,  qoruma  nişanı  subyektiv əlaqəli  hüquq  sahibinin  fonoqrama  öz hüquqları­

nı  bildirməyə  imkan  verən  vasitədir.  Subyektiv  əlaqəli  hüququn  kimə  məxsus 

olması  barədə  mübahisə yarandığı  hallarda o, sübutetmə  prosesini asanlaşdırır. 

Belə  ki,  başqa  sübutlar olmadıqda  həmin fonoqramda  və (və ya) onun qoyuldu­

ğu qutuda  adı adi  qaydada  göstərilən  şəxs  fonoqram  istehsalçısı  sayılır.  Amma 

qoruma  nişanının  olmaması  subyektiv  əlaqəli  hüquq  sahibinin  öz  hüquqlarını 

müdafiə etməkdən  məhrum  etmir.  Lakin onlar pozulduğu  hallarda qoruma  nişa­

nının olmaması sübutetmə  prosesini çətinləşdirir.  Bu,  məlum məsələdir.

'  TRİPS  sazişinin  m ətni  və  əsas  cəhətləri  barədə  bax: 



Андрей  Минное.

  Международная  охрана 

интеллектуальной  собственности.  М ., 2 001, с.  15 2-160; с.  676-719.

2 « M ü ə lliflik   hüququ  və əlaqəli  hüquqlar haqqında» qanunun 32-ci  maddəsinin 4-cü bəndi.

1 Ə la q əli  hüquqları qoruma  nişanı  həm  Roma  konvensiyasında,  həm  də  fonoqramlar barədə  I9 7 l-c i 

il  konvensiyasında  nəzərdə tutulmuşdur.

269


Subinstitut  kimi əlaqəli  hüququn  yerinə  yetirdiyi  ikinci  fu nksiya  ondan  iba­

rətdir  ki,  o,  ifadan,  fonoqramdan  və  yayım  təşkilatının  verilişlərindən  istifadə 

etməyin  hüquqi  rejimini  müəyyən  edir.  Bu  məsələdə  əlaqəli  hüquq  norma­

ları  müstəsna  hüquq  prinsipindən  çıxış  edir.  Həmin  prinsipə  görə  ifaçının 

ifadan,  istehsalçının  fonoqramdan,  yayım  təşkilatının  isə  verilişdən  istifadəyə 

müstəsna  hüququ  vardır'.  Subyektiv əlaqəli hüquq  sahibinin  razılığı və  icazə­

si olmadan  heç  kəs onlardan  istifadə  edə  bilməz.  İfadan,  fonoqramdan  və  ve­

rilişdən  istifadəyə  müstəsna  hüquq  yalnız  subyektiv  əlaqəli  hüquq  sahibinə 

(ifaçıya,  istehsalçıya  və  yayım  təşkilatına)  məxsusdur.  Başqa  hər  hansı  şəxs 

onlardan  istifadə  məsələsini  həll edə  bilməz.  Əlaqəli  hüquq  subin&titutuna  da­

xil  olan  normalar  müəyyən  edir  ki,  kim  və  hansı  şərtlərlə  ifalardan,  fonoqram- 

lardan və verilişlərdən  istifadə edə bilər.

Subinstitut  kimi  əlaqəli  hüququn  üçüncü  funksiyası  ondan  ibarətdir  ki,  o, 

ifaçıları,  fonoqram  istehsalçılarını  və  yayım  təşkilatlarını  hüquqlarla  təmin 

edir.  Onlar həm  şəxsi qeyri-əmlak,  həm də əmlak  (iqtisadi) xarakterli ola  bilər. 

Həmin  hüquqlar öz təbiətinə görə  subyektiv  mülki  hüquqlar olub,  m üstəsna 

hüquqlar  hesab  edilir.  Müəlliflik  hüququ  və  əlaqəli  hüquqlar  barədə  qanunun 

33-cü maddəsi  ifaçının,  34-cü  maddəsi fonoqram  istehsalçısının,  35-ci  maddə­

si isə yayım  təşkilatının hüquqlarını müəyyən edir.

Subinstitut  kimi  əlaqəli  hüququn  dördüncü  funksiyası  ifaçıların,  istehsalçı­

ların  və  yayım  təşkilatlarının  hüquqlarını  m üdafiə  etməkdən  ib a rə td ir  (mü­

dafiə funksiyası).  Onların  həm şəxsi qeyri-əmlak,  həm  də əmlak  hüquqları  mü­

dafiə  edilir.  Özü  də  bu  hüquqlar  pozulduğu  zaman  əlaqəli  hüquq  özünün  mü­

dafiə funksiyasını yerinə yetirir.




Yüklə 19,08 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin