Odlar Yurdu Universitetinin «Mülki hüquq» kafedrasının baş müəllimi T. Feyzullayeva Sabir Salman oğlu Allahverdiyev. Azərbaycan Respublikasının m ülki hüququ. ILL cild. IV kitab dərs


§  1.  Patent  hüququnun  anlayışı,  predmeti



Yüklə 19,08 Mb.
Pdf görüntüsü
səhifə25/54
tarix30.04.2020
ölçüsü19,08 Mb.
#31027
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   54
§  1.  Patent  hüququnun  anlayışı,  predmeti, 

mənbələri və funksiyaları

Mülki  hüququn,  daha  dəqiq  söyləsək,  onun  yarımsahələrin- 

Patent 

dən  bjrj  0|an  Əq|i  mülkiyyət  hüququnun  əsas  institutlarından 



hüququnun 

birj  paten(  bQqUqU  hesab  edilir1.  Əgər əqli  mülkiyyət  hüququ- 

anlayışı və 

nun  vacjb  jnstjtutlarından  biri  sayılan  müəlliflik  hüququ  ədəbi 

predme  ı 

və  bədjj  mü||

naye  mülkiyyəti  hüquqlarını  mühafizə  edir.  Sənaye  mülkiyyəti  hüquqları  əqli 

mülkiyyət  hüququnun  növlərindən  biri olub,  həm  geniş  mənada,  həm  də  məh­

dud  mənada işlədilir.

Geniş  mənada  sənaye  m ülkiyyəti  hüquqları  dedikdə,  beynəlxalq  sənəd­

lərdə  göstərildiyi  kimi1

 2,  ixtira,  faydalı  model,  sənaye  nümunəsi,  əmtəə  nişanı, 

xidmət  nişanı,  firma  adı, coğrafi  göstərici və  bəzi  digər obyektlər barəsində  ya­

ranan  hüquqlar başa düşülür.

Məhdud  mənada  sənaye  m ülkiyyəti  hüquqları  dedikdə  isə  yalnız  ixtira, 

faydalı  model  və  sənaye  nümunəsi  kimi obyektlər barəsində yaranan  hüquqlar 

başa  düşülür.  Həmin  obyektlərə  məhdud  mənada  sənaye  m ülkiyyə ti  ob­

yektləri  deyilir.  Məhz bu  obyektlər barəsində yaranan  hüquqlar  (məhdud  mə­

nada  sənaye  mülkiyyəti  hüquqları)  patent  hüququ  institutu  ilə  qorunur  və  mü­

hafizə edilir.

Məhdud  mənada  sənaye  m ülkiyyəti  obyektlərinin  (ixtira, faydalı  model 

və  sənaye  nüm unələrinin)  yaradılması,  hüquqi  m ühafizəsi  və  istifadəsi 

ilə  bağlı  olaraq  müəyyən  növ ictim ai  m ünasibətlər əmələ  gəlir.  Əqli  mülkiy­

yət  hüququnun  bu  münasibətləri  tənzimləyən  institutu  patent  hüququ  (və  ya 

məhdud  mənada  sənaye  mülkiyyəti  hüququ)  adlanır.  Məhz  həmin  münasibət­

lər patent hüququnun  nizamasalma  (tənzimetmə)  predm etini təşkil  edir. 

Patent hüququ iki  mənada  işlədilir:  obyektiv mənada:  subyektiv mənada. 

Obyektiv  mənada  patent  hüququ  dedikdə,  məhdud  mənada  sənaye  mül­

kiyyəti  obyektlərinin  yaradılması,  hüquq  mühafizəsi  və  istifadəsi  ilə  bağlı  əmə­

lə  gələn ictimai  münasibətləri  tənzimləyən  hüquq  normalarının  məcmusu  başa 

düşülür.  Bu  mənada  patent  hüququ  mülki  hüququn  (əqli  mülkiyyət  hüququ­

nun) əsas institutlarından  biri kimi çıxış edir.

Subyektiv  mənada  patent  hüququ  dedikdə,  məhdud  mənada  sənaye 

mülkiyyəti  obyektini  (ixtiranı,  faydalı  modeli  və  sənaye  nümunəsini)  yaradan

1  Lalınca «patcns», «patentis» -  şəhadətnamə,  forman.

2  Bax:  пунтк  2  ст.  I  Парижской  конвенции  по  охране  промышленной  собственности  // 



Боден- 

хаузен Г.

  Парижская конвенция  по охране промышленной  собственности.  Комментарий.  М .,  1977; 



Богусловский М.М.

  Международное частное право.  У чебник.  М ., 2002, с.  320.

288


Subyektiv patent 

hüququnun  (subyek­

tiv sənaye m ülkiyyəti 

hüququnun) 

xüsusiyyətləri

şəxsin  həmin  obyekt  barəsində  əldə  etdiyi  hüquqlar  başa  düşülür.  Söhbət 

həm  şəxsi  (qeyri-əmlak),  həm  də  əmlak  xarakterli  hüquqlardan  gedir.  Onlar 

subyektiv  mülki  hüququn  (subyektiv  əqli  mülkiyyət  hüququnun)  növü  sayılır. 

Həmin hüquqlara  subyektiv  patent hüquqları  və ya məhdud  mənada səna­

ye  m ülkiyyəti  hüquqları  deyilir.

Patent  hüququ  institutu  Azərbaycan  Respublikasının  mülki  hüququ  üçün 

yeni haldır.  Belə ki,  sovet dövrünün mülki  hüququna  patent hüququ  məlum de­

yildi.  ixtira  və  sənaye  nümunəsi  kimi  obyektlər  əsasən  müəlliflik  şəhadətna­

məsi  (şəhadətnamə)  ilə  qorunurdu.  1997-ci  ildə Azərbaycan  Respublikasında 

patent  haqqında  qanun  qəbul  edildi.  Bu  qanun  özündə  sənaye  mülkiyyəti ob­

yektlərinin  (ixtira,  faydalı  model və  sənaye  nümunələrinin) yaradılması,  qorun­

ması və  istifadəsi  ilə  bağlı  yaranan  münasibətləri tənzimləyən  hüquq  normala­

rını  birləşdirir.  Həmin  normaların  digər  normalarla  məcmusu  patent  hüququ 

institutunu yaratdı.  Bununla Azərbaycan  Respublikasında  patent  hüququ əsas 

institutlarından  biri  kimi tanınmağa  başladı.

Subyektiv  patent  hüquqları  bir  sıra  xüsusiyyətlərə 

malikdir.  Birinci  xüsusiyyət  ondan  ibarətdir  ki, 

onlar sənaye mülkiyyəti obyektlərinin  (ixtira, fayda­

lı  model  və  sənaye  nümunələrinin)  yaradılması 

faktının  özü  nəticəsində  yox,  həmin  obyektlərin 

rəsm i  prosedurası  (qeydiyyatı)  və  səlahiyyətli 

dövlət  orqanından  qoruyucu  (mühafizəedici)  sənəd  (patent)  alınması  sa­

yəsində  əmələ  gəlir1.  Başqa  sözlə  desək,  sənaye  mülkiyyəti  obyektləri  səla­

hiyyətli  dövlət  orqanı  tərəfindən  rəsmi  surətdə  (rəsmən) tanınmalıdır.  Məhz bu 

andan  həmin  obyektlər  barəsində  subyektiv  patent  hüquqları  (sənaye  mülkiy­

yəti  hüquqları) əmələ  gəlir.

İkinci  xü su siyyə tə   görə,  subyektiv  patent  hüquqları  m üddətli  hüquqlar­

dır.  Başqa  sözlə  desək,  subyektiv  patent  hüquqları  yalnız  qanunda  göstərilən 

müddət ərzində  qüvvədə  olur.  Bu  isə o deməkdir ki,  subyektiv patent hüquqla­

rının  qanunla  (patent  hüquq  normaları  ilə)  qorunması  (mühafizə  edilməsi) 

müddətsiz  yox,  müddətlidir.  Həmin  müddət  ötdükdə  (keçdikdə)  onlar qanunla 

(patent hüquq  normaları  ilə) qorunmur.

Üçüncü  xüsusiyyətə  görə,  subyektiv  patent  hüquqları  eksterritorial  yox, 

ərazi  xarakterli  hüquqlardır.  Bu,  o  deməkdir  ki,  müəyyən  bir  dövlətin  ərazi­

sində  tanınan  patent  hüquqları  başqa  dövlətin  ərazisində  hüquqi  əhəmiyyət 

kəsb  etmir.  Başqa  sözlə  desək,  müəyyən  dövlətin  ərazisində  qanunda  nəzər­

də  tutulan  qaydada  hüquqi  mühafizə  ilə  təmin  edilən  patent  hüquqları  başqa 

dövlətin  ərazisində  qorunmur.  Başqa  dövlətin  ərazisində  hüquqi  mühafizədən 

istifadə etməsi  üçün vacibdir ki,  dövlətlər arasında beynəlxalq saziş bağlansın.

D ördüncü  xüsusiyyətə  görə,  subyektiv  patent  hüquqları  mütləq  hüquq­

lardır.  Ona  görə  ki,  onlar  mütləq  xarakterli  patent  hüquq  münasibətlərinin 

məzmununu  təşkil  edən  elementdir.  Həmin  hüquq  münasibətləri  sənaye  mül-

S əlah iyyə tli  d övlə t  orqanı  dedikdə,  Azərbaycan  Respublikası  Standartlaşdırma,  Metrologiya  və 



Patent üzrə  D övlət A g e n tliyin in   patent  idarəsi  başa düşülür.

289


kiyyəti  obyektlərinin  rəsmi  prosedurasından  (qeydiyyatından)  sonra  yaranır. 

Onların  bir tərəfində  səlahiyyətli  şəxs  çıxış  edir  ki,  ona  patent  sahibi  deyilir. 

Subyektiv patent hüquqları məhz ona  məxsusdur.  Patent sahibinin  malik oldu­

ğu belə hüquqlar isə  mütləq  hüquqlardır.

Patent hüquq  münasibətinin  digər tərəfində  isə sayı  m əlum   olm ayan  qey- 

ri-müəyyən  borclu  şəxslər iştirak edirlər.  Onlar patent sahibinin  malik olduğu 

hüquqları  (subyektiv  patent  hüquqlarını)  pozmaqdan  çəkinmək  kimi  passiv 

vəzifə  daşıyırlar.  Dediklərimizdən  belə  nəticəyə  gələ  bilərik  ki,  mütləq  xarak­

terli subyektiv patent hüququ  yalnız patent  hüquq  münasibəti  çərçivəsində ya­

rana  bilər.  Mütləq  hüquq  münasibəti  kimi  yaranan  patent  hüquq  münasibəti 

isə iki  halda  nisbi (öhdəlik) xarakterli  patent  hüquq  münasibətinin  əmələ  gəlmə­

sinə səbəb ola  bilər: subyektiv patent hüququ  pozulduğu  halda;  sənaye  mülkiy­

yəti obyektlərindən  istifadə  hüququ  müqavilə  (bu  müqavilə  patent  sahibi  ilə  isti­

fadəçi arasında bağlanılır) əsasında başqa şəxsə (istifadəçiyə) verildiyi halda.

Dördüncüsü,  subyektiv  patent  hüququ  m üstəsna  h ü q uq la r  növünə  aid­

dir.  Buna  görə  də sənaye  mülkiyyəti  obyektlərindən  istifadə  hüququ  müstəsna 

olaraq,  yəni  yalnız və  yalnız  patent sahibinə  məxsusdur.  Başqa  şəxslər həmin 

obyektlərdən ancaq  patent sahibinin  razılığı (icazəsi)  ilə  istifadə edə  bilərlər.

Mülki  hüququn  əsas  institutlarından  biri  kimi  patent

Patent huququnun 

hüququnun  mahiyyəti  onun  funksiyalarında  təzahür 

funksiyaları 

ec|jr.  O, əsasən  dörd fu n ksiya  yerinə yetirir.

Sənaye  m ülkiyyətini  qorum aq  (mühafizə  etmək)  patent  hüququnun 

əsas  funksiyalarından  birincisidir.  Qanun  müəyyən  edir  ki,  sənaye  mülkiyyəti 

obyektləri hüquqi  mühafizə  ilə təmin  edilir,  dövlət tərəfindən  qorunur'.

Patent  hüququ  sənaye  mülkiyyəti  obyektlərini  yarandığı  andan  yox,  onlar 

rəsmi  proseduradan  (qeydiyyatdan)  keçdiyi  -   rəsmi  surətdə  tanındığı  və  səla­

hiyyətli dövlət orqanından  patent alındığı andan  hüquqi mühafizə  ilə təmin edir.

Patent  dedikdə,  sənaye  m ülkiyyəti  obyektinə  m ü ə llifliy i  və ilk in liy i  təs­

diq  edən,  həmin  obyektlərdən  istifadə  etmək  üçün  öz  sahibinə  (patent 

sahibinə)  müstəsna  hüquq  verən  və  onları  hüquqi  m ühafizə  ilə  təmin 

edən  qoruyucu  sənəd  başa  düşülür.

Nə  üçün  patent  hüququ  sənaye  mülkiyyəti  obyektlərini  onlar  rəsmi  prose­

duradan  (qeydiyyatdan)  keçdiyi  və  patent  alındığı andan  qoruyur?  Bunu  nə  ilə 

izah  etmək olar?

Qeyd  etmək  lazımdır  ki,  müəlliflik  hüququnun  obyekti  olan  əsərlər  özlərinin 

təkrarolunmazlığı  ilə  xarakterizə  edilir.  Hər bir əsər öz yaradıcısının  fərdi  xüsu­

siyyətlərini  əks  etdirir.  Bu  baxımdan yaradıcılıq  əsərləri  təkrarolunmazdır.  Dahi 

Üzeyir  bəy  Hacıbəyov  olmasaydı,  şübhəsiz,  ölməz  «Koroğlu»  operası  da  ya­

ranmazdı.  Əksinə,  sənaye  mülkiyyəti  obyektləri  (ixtira,  faydalı  model  və  səna­

ye  nümunələri)  prinsip  etibarı  ilə  təkrar  olunan  obyektlərdir.  Belə  ki,  onla­

rın  sosial  qiyməti  özlərinin  məzmunundadır.  Sənaye  mülkiyyəti  obyektlərinin 

məzmunu  isə  praktiki  problemin  həll  edilməsindən  -   praktiki  qayda,  metod, 

üsul və  s.  işlənilməsindən  ibarətdir ki,  onlar hər  hansı fərdi yaradıcılıq  xüsusiy­

«Patent haqqında» qanunun  3-cü maddəsi.

290


yətindən  məhrumdur.  Buna  görə  də  məsələn,  demək  olmaz  ki,  əgər  məşhur 

ıxtiraçı  A.S.Popov  radionu  ixtira  etməsəydi,  bəşəriyyət  radiosuz  qalacaqdı. 

Gec-tez  radio  hər  hansı  başqa  şəxs tərəfindən  yaranacaqdı.  Məhz bu  səbəb­

dən  sənaye  mülkiyyəti  obyektləri  bir-birindən  asılı  olmadan  ayrı-ayrı,  müxtəlif 

şəxslər tərəfindən  yaradıla  bilər.  Buna  görə  də qorumaq  üçün onların  səlahiy­

yətli  dövlət  orqanında  hüquqi  cəhətdən  rəsmiləşdirilməsi  (rəsmi  prosedura, 

yəni  qeydiyyat və  patent alınması) tələb edilir.  Bu,  sənaye mülkiyyəti obyektlə­

rinin  patent  hüququ  ilə  qorunmağın  labüd  (məcburi) şərtidir.  Deməli,  obyektiv 

cəhətdən tə kra r olunm aq xüsusiyyəti  sənaye mülkiyyəti obyektlərinin hüqu­

qi  cəhətdən  rəsmiləşdirilməsinə  (dövlət tərəfindən  rəsmi  surətdə tanınmasına) 

əsas olan  b irin c i  səbəbdir.

İkinci  səbəb  isə ondan  ibarətdir ki,  patent  hüququ yalnız yenilik əlamətinə 

malik  olan  sənaye  m ülkiyyəti  obyektini  qoruyur.  Yenilik  əlamətindən  məh­

rum  olan  sənaye  mülkiyyəti  obyekti  hüquqi  mühafizə  ilə təmin  edilmir.  Həmin 

əlamətin  mövcudluğu  isə  rəsmiləşdirmə -  rəsmi prosedura  (qeydiyyat) vasitə­

si  ilə  müəyyən  edilir və yoxlanılır.

Üçüncü  səbəb  ondan  ibarətdir ki,  sənaye  m ülkiyyəti  obyektlərinin  sosi­

al  qiym əti  (m ahiyyəti)  onların  məzmunundadır.  Onların  məzmunu  (mahiy­

yəti)  isə  rəsmiləşdirmə  (rəsmi  prosedura) vasitəsilə  açıqlana  və  müəyyən edi­

lə  bilər.

D ördüncü  səbəb  sənaye  mülkiyyəti  obyektlərinin  ilkinliyi  məsələsidir.  Bu 

məsələnin  patent  hüququnda  vacib  əhəmiyyəti  vardır.  İlkinlik  məsələsinin 

mahiyyəti  ondan  ibarətdir ki,  patent almaq  üçün birinci olaraq  səlahiyyətli  döv­

lət orqanına  düzgün  tərtib  olunmuş  iddia  sənədi  verən  iddiaçı  şəxsin  yaratdığı 

sənaye  mülkiyyəti  obyekti  müvafiq  dövlət  reyestrində  qeydə  alınır,  qorunur və 

həmin  şəxsə  patent  verilir.  Həmin  məsələ  isə  patent  almaq  üçün  verilən  iddia 

sənədinin  səlahiyyətli  dövlət orqanına  daxil olduğu tarixdən  müəyyənləşdirilir1.

Elə  subyektiv  patent  hüquqları  (məsələn,  ixtiraçının  ixtiraya  müəlliflik hüqu­

qu,  yəni  ixtiranın  müəllifi  kimi  tanınmaq  hüququ) vardır ki,  patent hüququ onları 

rəsmi  proseduraya  (qeydiyyata)  kimi  qoruyur.  Başqa  sözlə  desək,  sənaye 

mülkiyyəti  obyektləri  qeydiyyata  alınana  (hüquqi  rəsmiləşdirməyə)  kimi  onlar 

hüquqi  mühafizədən  istifadə  edir.  Amma  prinsip  etibarı  ilə  sənaye  mülkiyyəti 

obyektləri  təkrar  olunduğuna  görə  həmin  obyektlərə  müəlliflik  hüququ  lazımi 

qaydada  rəsmiləşdirilməlidir.

Patent  hüququnun  ikin ci  funksiyası  sənaye  mülkiyyəti  obyektlərindən  (ix­

tiralardan,  faydalı  modellərdən  və  sənaye  nümunələrindən)  istifadə  rejimini 

müəyyən  etməkdən  ibarətdir.  Patent  hüququ  sənaye mülkiyyəti obyektindən 

istifadə  məsələsində  m üstəsna  hüquq  kim i  rejimdən  çıxış  edir.  Həmin  reji­

min  mahiyyəti  ondan  ibarətdir ki,  sənaye  mülkiyyəti  obyekti  üçün patent almış 

şəxs  (ona  patent  sahibi  deyilir)  həmin  obyektdən  istifadə  etməkdə  müstəsna 

hüquqa  malikdir.

Üçüncüsü,  patent  hüququ  patent  sahibini  subyektiv  sənaye  mülkiyyəti

1 «Patent haqqında» qanunun  28-ci  maddəsinin  1-ci  bəndi.

Bəzi  m ü ə lliflə r dəqiq olmayan  belə b ir fik ir sö yləyirlə r k i,  həmin hüquqlar guya m ü ə lliflik  hüququ 



ilə  qonm ur 

{Антимонов Б.С..  Флейишц E.А.

  Изобретательское право.  M .,  I960, с.  157).

291


Patent hüququnun 

prinsipləri

hüquqları  (patent  hüquqları)  ilə təmin  etmək  funksiyasını  yerinə  yetirir.  On­

lar həm  şəxsi qeyri-əmlak xarakterli  hüquq  (məsələn,  sənaye  mülkiyyəti  obyek­

tinin müəllifi kimi  tanınmaq  hüququ  və s.),  həm də əmlak (iqtisadi) xarakterli  hü­

quq (sənaye mülkiyyəti obyektindən  istifadə hüququ) növündə ola  bilər.

Subyektiv  sənaye  m ülkiyyəti  hüquqlarını  (subyektiv  patent  hüquqları­

nı)  müdafiə  etmək  patent  hüququnun  yerinə  yetirdiyi  dördüncü  funksiyadır. 

Yalnız subyektiv  patent hüquqları  pozulduğu  hallarda  onlar  mülki-hüquqi  üsul­

ların  (mülki-hüquqi  sanksiyaların)  vasitəsi  ilə  müdafiə  olunur  və  patent  hüqu­

qunun  göstərilən funksiyası,  necə deyərlər,  «işə düşür».  Həmin  pozuntu  halla­

rı isə patent haqqında qanunda göstərilmişdir (qanunun  5-ci fəsli).

Patent  hüququnun  sosial  mahiyyəti  patent  hüququ­

nun  funksiyalarından  başqa,  həm  də  onun  prinsiplə­

rində  təzahür  edir.  Hətta  patent  hüququnun  əsas 

funksiyaları,  habelə təyinatı onun prinsiplərinin vasitəsi  ilə  müəyyənləşdirilir.

Patent  hüququnun  prinsiplərini  bilmək  vacib  məsələdir.  Belə  ki,  onlar  pa­

tent  hüququnun  məna,  mahiyyət  və  məzmununu  daha  dərindən  başa  düşmə­

yə kömək edir.  Digər tərəfdən,  patent  hüququnun  prinsipləri  mübahisəli  hüqu­

qi  məsələnin hüququn  analogiyası əsasında  həll edilməsinə  imkan  verir,  habe­

lə  patent  hüquq  normalarının  praktikada  düzgün  tətbiq  olunmasına  yardım 

göstərir.

Patent  hüququnun  prinsipləri  dedikdə,  onun  m ahiyyətini  və  m əzm u­

nunu  müəyyən  edən  əsas  başlanğıclar başa  düşülür.

Patent  hüququnun  bir  neçə  prinsipini  fərqləndirmək  olar.  Onların  bəziləri 

patent haqqında  qanunun  konkret normalarında  formula  edilir,  digərləri  isə  pa­

tent hüququnun öz mahiyyətindən  irəli  gəlir.

Patentləşdirmə  (patentlə  qoruma)  prinsipi  patent  hüququnun  demək 

olar  ki,  əsas  və  fundamental  prinsipidir.  Bu  prinsipə  görə,  yalnız  səlahiyyətli 

dövlət  orqanı  iddiaçı  şəxsə  patent  adlı  qoruyucu  sənəd  verdiyi  halda  müvafiq 

nailiyyət  (maddə,  qurğu,  üsul,  ideya  və  s.)  sənaye  mülkiyyəti  obyekti  (ixtira, 

faydalı  model  və  sənaye  nümunəsi)  kimi  tanınır,  hüquqi  mühafizə  ilə  təmin 

edilir və  patent  hüquq  normalarının  qoruma  predmeti  olur.  Ancaq  patent veril­

diyi halda  iddiaçı  şəxsin  subyektiv  patent  hüquqları  (subyektiv  sənaye  mülkiy­

yəti hüquqları)  yaranır.  Sənaye  mülkiyyəti  obyektləri  yalnız  patentin  köməyi  ilə 

qoruna,  hüquqi  mühafizədən  istifadə  edə  bilər.  Azərbaycan  Respublikasının 

qanunvericiliyində  sənaye  mülkiyyəti  obyektinin  ancaq  patent  formasında  qo­

runması  nəzərdə  tutulur.  Patentin  köməyi  ilə  qorum aq  (hüquqi  m ühafizə­

dən  istifadə  etmək) onu  ifadə edir ki,  sənaye  mülkiyyəti  obyektlərindən  istifa­

də  etmək  istəyən  hər  hansı  şəxs  patent  alan  şəxsdən  (patent  sahibindən)  bu­

na  icazə  almalıdır.  Sənaye  mülkiyyəti  obyektinə  patent  almaq  üçün  isə  şəxs 

səlahiyyətli  dövlət  orqanına  iddia  sənədi  verməlidir.  İddia  sənədinin  verilməsi, 

qeydə  alınması,  yoxlanılması  və  ekspertizası  qaydaları,  habelə  patentin  veril­

məsi  və  digər məsələlər patent  haqqında qanunla  müəyyən  edilir.  Özü  də  pa­

tent  yalnız  verildiyi  dövlətin  ərazisində  qüvvədə  olur.  Başqa  dövlətin  əra­

zisində onun  hüquqi  əhəmiyyəti  yoxdur.  Bu  isə  onu  göstərir ki,  patent  ekster- 

ritorial  qüvvəsi  olmayan,  ərazi  xarakterli  və  məkanla  məhdudlaşan  sə­

292


nəddir.

Patentə  layiq  olm ağın  (patent  qabiliyyətinin)  rəsmi  tanınmasını  patent 

hüququnun  ikinci  prinsipi  hesab  etmək  olar1.  Bu  prinsipə  görə,  hər hansı nai­

liyyət (təklif edilən  yenilik) yalnız o halda sənaye  mülkiyyəti  obyekti (ixtira, fay­

dalı 

model  və  ya  sənaye  nümunəsi)  sayılır  ki,  onun  patentə  layiq  olması  (pa­



tent  qabiliyyəti)  rəsmi  surətdə tanınsın.  Rəsmi  tanınma  aktını  səlahiyyətli  döv­

lət orqanı  həyata  keçirir.  Bu  orqan  ancaq  patentə  layiq  olmaq  (patent  qabiliy­

yəti)  şərtlərinə  cavab  verdikdə  müvafiq  nailiyyəti  (təklif  olunan  yeniliyi)  ixtira, 

fa y d a lı 

model  və ya sənaye nümunəsi  kimi tanıyır.

Patentə  layiq  olm aq  (patent  qabiliyyəti)  şərtləri  dedikdə,  qanunda nəzər­

də  tutulan  elə  tələblər  başa  düşülür  ki,  həmin  tələblər əsasında  müvafiq  nailiy­

yət  (təklif olunan  yenilik)  sənaye  mülkiyyəti  obyekti  (ixtira,  faydalı  model  və  ya 

sənaye  nümunəsi)  kimi  tanınır.  Məsələn,  yeni  olmaq  kimi  tələb  (yenilik  əla­

məti) ixtiranın  patentə layiq olmaq (patent qabiliyyəti) şərtlərindən biridir və s.

Əgər  səlahiyyətli  dövlət  orqanı  müəyyən  etsə  ki,  müvafiq  nailiyyət  (təklif 

olunan  yenilik)  patentə  layiq  olmaq şərtlərinə cavab vermir,  rəsmi tanınma ak­

tını  həyata  keçirmir,  yəni onu  ixtira, faydalı  model və ya sənaye nümunəsi kimi 

tanımır.


M üstəsna  hüquq  (müstəsnalıq)  prinsipi  patent  hüququnun  prinsipləri sı­

rasına  aid  olan  üçüncü  prinsipdir.  Özü  də  bu  prinsip  qanun  normasında  birba­

şa  formula edilmişdir1

 2.


Patent  hüququ  sənaye  mülkiyyəti  obyektlərindən  istifadə  rejimini  müəyyən 

edərkən  müstəsna  hüquq  prinsipindən  çıxış edir.  Həmin  prinsipə  görə  sənaye 

mülkiyyəti  obyektindən  istifadə  üçün  müstəsna  hüquq  patent  sahibinə  məx­

susdur.  Patent  sahibinin  razılığı  olmadan  heç  kəs patentlə  qorunan  və  hüquqi 

mühafizə  ilə  təmin  olunan  sənaye  mülkiyyəti  obyektindən  istifadə  edə  bilməz. 

Sənaye  mülkiyyəti  obyektindən  ayrı-ayrı şəxslər yalnız patent  sahibinin  razılığı 

(icazəsi)  ilə  istifadə edə  bilərlər.  Sənaye  mülkiyyəti obyektindən  patent sahibi­

nin  razılığı  (icazəsi)  olmadan  istifadə  edilməsi  qanunsuz  istifadə  və  bu  səbəb­

dən  hüquq  pozuntusu sayılır.

Sənaye  m ülkiyyə ti  obyektinin  ilk in liyi  prinsipi  patent  hüququnun  dör­

düncü  prinsipidir.  Bu  prinsipə  görə,  səlahiyyətli  dövlət  orqanına  patent almaq 

üçün  birinci  olaraq  düzgün  tərtib  olunmuş  iddia  sənədi  verən  şəxs  sənaye 

mülkiyyəti  obyektini  (ixtiranı,  faydalı  modeli  və  sənaye  nümunəsini)  qeydə  al­

dırmaqda  və  patent  almaqda  üstünlük  hüququna  malikdir.  Patent  hüququ  həm 

də  konvensiya  ilk in liy i  prinsipindən  çıxış  edir3.  Konvensiya  ilkinliyi  haqqında 

qayda  sənaye  mülkiyyətinin  mühafizəsinə  dair  Paris  konvensiyasının  ən  vacib 

müddəalarından  biridir4.  Həmin  qaydanın  əsas  məzmunu  ondan  ibarətdir  ki, 

Paris  konvensiyasının  iştirakçısı olan  istənilən  hər hansı dövlətdə sənaye mül­

kiyyətinin  qeydiyyatı  barədə  ərizə vermiş şəxs  konvensiya  iştirakçısı  olan  istə­

1  X arici  ö lkə lə rin   bəzisində  bu  prinsip  qeydiyyat  prinsipi  kim i  tanınır 



(Лунц Л.А.

  Курс  межлуна- 

родного частного права.  В трех томах.  М ., 2003, с. 676).

2 «Patent haqqında» qanunun  14-cü  maddəsi.

1 "Patent  haqqında» qanunun  28-ci maddəsinin 2-ci  bəndi.

4  Bax:  от.  4.  Парижском  конвенции  по охране промышленной собственности.

293


nilən  digər  dövlətdə  müəyyən  müddət  ərzində  həmin  obyektin  qeydə  alınma­

sında  üstünlük hüququna malikdir’ .

İctimai  (ümumi)  mənafeyi  nəzərə  almaq  prinsipi  patent  hüququnun  be­

şinci  prinsipidir.  Bu  prinsipə  görə  patent  sahibinin  xüsusi  (şəxsi)  mənafeyi  ilə 

cəmiyyətin ümumi mənafeyi uyğunlaşdırılır.

Qeyd etmək  lazımdır ki,  patent  hüququ  ilk  növbədə,  patent sahibinin xüsusi 

(şəxsi)  mənafeyi  prinsipindən  çıxış  edir.  Belə  ki,  sənaye  mülkiyyətini  patentlə 

qorumaq  (patentləşdirmə)  onun  yerinə  yetirdiyi  əsas  funksiya,  başlıca  prinsip 

sayılır.  Qeyd  etdiyimiz  kimi,  sənaye  mülkiyyətini  patentlə  qorumaq  isə  o  de­

məkdir  ki,  sənaye  mülkiyyəti  obyektindən  istifadə  etmək  niyyətində  olan  şəxs 

patent sahibindən  icazə  (razılıq) almalıdır.  Bununla  patent hüququ  patent sahi­

binin xüsusi (şəxsi) mənafeyini təmin edir.

Digər tərəfdən,  patent sisteminin  əsas  məqsədi  ictimai  mənafe  (cəmiyyətin 

mənafeyi)  üçün  sənaye  texnologiyası  sahəsində  proqresi  təmin  etməkdən1

 2, 

cəmiyyətin  iqtisadi-mədəni  inkişafına  təsir göstərməkdən  ibarətdir,  İctimai  mə­



nafe  ilə  patent  sahibinin  xüsusi  (şəxsi)  mənafeyini  uyğunlaşdırmaq  üçün  pa­

tent hüququ cəmiyyətin  mənafeyini  nəzərə  almaq  prinsipindən  çıxış edir.

Göstərilən  prinsipin  üç  əsas  təzahür  form ası  vardır3.  Birinci  təzahür  fo r­

ması  ondan  ibarətdir ki,  patent  m üddətli  sənəddir.  Bu  isə o  deməkdir ki,  pa­

tentlə  subyektiv  sənaye  mülkiyyəti  hüquqlarının  (patent  hüquqlarının)  qorun­

ması  və  hüquqi  mühafizə  ilə  təmin  olunması  müddətli  xarakterə  malikdir,  yəni 

sənaye  mülkiyyəti  obyektləri  patentlə  müəyyən  müddət  ərzində4  qorunur.  Hə­

min  müddət  ötdükdə  (keçdikdə)  sənaye  mülkiyyəti  obyekti  qorunmur,  patent 

qüvvədən düşür və həmin obyekt cəmiyyətin  ümumi  istifadəsinə verilir.

Göstərilən  prinsipin  ikinci  təzahür  form ası  ondan  ibarətdir  ki,  qanun  milli 

təhlükəsizlik maraqlarını təmin  etmək  məqsədilə  patent sahibinin  razılığı  olma­

dan  sənaye  mülkiyyəti  obyektindən  istifadəyə  yol  verir.  Bundan  əlavə,  qanun 

tərkibində  patentləşdirilmiş  sənaye  mülkiyyəti  obyekti  olan  vasitələrdən  sər­

bəst istifadə  halları  nəzərdə tutur5.

Barəsində  danışdığımız  prinsipin  üçüncü  təzahür form ası  ondan  ibarətdir 

ki,  sənaye mülkiyyəti obyektləri  sənayedə tətbiq  edilm ək x ü su siyyə tin ə  ma­

lik olmalıdır.  Bu,  sənaye  mülkiyyəti  obyektinin  patentə  layiq olmaq  şərtlərindən 

biridir.  Bunun  isə  əlbəttə,  ictimai  (ümumi)  mənafe  baxımından  sənaye texnolo­

giyası sahəsində inkişaf üçün böyük əhəmiyyəti vardır.

Subyektiv  sənaye  m ülkiyyəti  hüquqlarının  (patent  hüquqlarının)  özgə- 

ninkiləşdirilm əsi  prinsipi  patent hüququnun  altıncı  prinsipidir.  Əlbəttə,  patent 

sahibinin  yalnız  əmlak  hüquqları  (sənaye  mülkiyyəti  obyektindən  istifadə  hü-

1  Международное  частное право.  У чсбник/П о д рсд. 

Г.К.Дмшпревой. 

М .,  2004, с.  332; 



Фомичев 

В.И. 

Международная  торговля.  Учебник.  М .,  2001,  с.  370; 



Вельяминов  Г М . 

Международное 

экономическое право и  процесс.  Учебник.  М .,  2004, с.  340; 

Андрей Минков. 

Международная  охра­

на интеллектуальной собственности.  М .,  2001, с.  67.

2

 Андрей Минков. 



Международная охрана интеллектуальной собственности.  М ., 2001, с.  18.

1

  Сергеев А.П. 



Право  интеллектуальной  собственности  в  Российской  Федерации.  М .,  1999,  с. 

25-26.


*

 «Patent haqqında» qanunun  10-cu  maddəsi.

5 «Patent haqqında» qanunun  23-cü maddəsi.

294


quqları)  özgəninkiləşdirə  bilər.  Şəxsi  hüquqlar  (məsələn,  sənaye  mülkiyyəti 

obyektinin  müəllifi  kimi  tanınmaq  hüququ,  yəni  müəlliflik hüququ) isə özgənin- 

kiləşdirilmir1.  Amma  sənaye  mülkiyyətinə  patent  almaq  hüququ  kimi  şəxsi 

(qeyri-əmlak)  hüquq vərəsəlik üzrə keçir1

 2.

Göstərilən  prinsipin  mahiyyəti  ondan  ibarətdir  ki,  subyektiv  patent  (sənaye 



mülkiyyəti)  hüquqları  müxtəlif hüquqi  vasitələr əsasında  başqa  şəxslərə  verilə 

bilər.  Alqı-satqı,  bağışlama,  dəyişmə  və  s.  patent  hüquqlarını  özgəninkiləşdir- 

məyin hüquqi vasitələridir.

M üəllifin  hüquq  və  m ənafeyini  qorumaq  prinsipi  patent  hüququnun 

yeddinci  prinsipidir.  Bu prinsipə görə,  sənaye mülkiyyəti obyektini (ixtiranı, fay­

dalı  modeli  və  sənaye  nümunəsini)  yaradıcı  əməyi  ilə  yaradan  şəxsin  (müəlli­

fin)  hüquqları  hüquqi  mühafizə  ilə  təmin  edilir,  qorunur.  Göstərilən  prinsip onda 

ifadə olunur ki,  patent ilk növbədə, hər şeydən əvvəl,  sənaye mülkiyyəti obyekti­

nin  müəllifinə verilir3.  Digər tərəfdən,  müəlliflik  hüququ (yəni şəxsin sənaye mül­

kiyyəti obyektinin  müəllifi kimi tanınmaq hüququ) müddətsiz qorunur4.

Patent  tə m izliyi  p rinsipini  patent  hüququnun  prinsipi  hesab  etmək  olar. 

Bu  prinsipə  görə,  ölkədən  xaricə  aparılan  məmulat  üçüncü  şəxslərin  patentini 

pozmamalı,  patent  təmizliyinə  malik  olmalıdır,  yəni  üçüncü  şəxslərə  məxsus 

patentlə  mühafizə  edilməməlidir.

Patent hüququnun 

Norm ativ  hüquqi  aktlar  patent  hüququnun  daha ge- 

mənbələri 

niş УЭУ1^ 1?  növüdür.  Normativ-hüquqi  aktlar arasında

«Patent  haqqında»  qanunun  xüsusilə  rolu  və  əhə­

miyyəti  böyükdür.  25  iyul  1997-ci  ildə  qəbul  olunan  həmin  qanun  kompleks 

xarakterli  norm ativ  aktdır.  Ona  görə  ki,  bu  qanunla  tənzimlənən  patent mü­

nasibətləri  həm  mülki,  həm  inzibati,  həm  də  prosessual  münasibətlərdir.  Daha 

doğrusu,  patent  münasibətləri  üç  növə  bölünür:  mülki  münasibətlərə;  inzibati 

münasibətlərə;  prosessual  münasibətlərə.

«Patent  haqqında»  qanuna  daxil  olan  normaların  bir  hissəsi  mülki  münasi­

bətlərin,  digər hissəsi  inzibati  münasibətlərin,  başqa  bir hissəsi  isə  prosessual 

münasibətlərin tənzimlənməsinə  həsr edilmişdir.  Amma  qanunda  ifadə  olunan 

normaların  çoxu  mülki-hüquqi  xarakterə  malikdir.  Şübhə  yoxdur  ki,  mülki  hü­

quq  norm aları  patent  haqqında qanunda  üstünlük təşkil edir.  Həmin  normalar 

Azərbaycan  Respublikası  ərazisində  ixtiraların,  faydalı  modellərin  və  sənaye 

nümunələrinin  yaradılması,  hüquqi  mühafizəsi  və  istifadəsi  ilə  əlaqədar  yara­

nan  əm lak  m ünasibətlərini  və  onlarla  bağlı  şəxsi  qeyri-əmlak  münasibət­

lərini  tənzim ləyir.  Buna  görə  də  hesab  edə  bilərik  ki,  özündə  həm də  inzibati 

və  prosessual  hüquq  normaları  ifadə  etməyinə  baxmayaraq,  patent  haqqında 

qanun  m ülki  yönüm lü  qanundur.  Bu  isə  belə  bir  fikir  söyləməyə  əsas  verir 

ki,  patent hüququnun əsas mənbəyi həmin qanundur.

Patent  haqqında  qanun  7 fəsil,  43 maddədən  ibarətdir.  «Ümumi  müddə­

1 «Patent haqqında» qanunun  1 l- c i  maddəsinin  3-cü bəndi.

2  «Patent  haqqında»  qanunun  17-ci  maddəsinin  2-ci  bəndi; 

Allahverdiyev S.S.

  Azərbaycan  Respub­

likasının və rə səlik hüququ.  Bakı.  2004.

3 «Patent haqqında» qanunun  12-ci maddəsi.

4  «Patent haqqında» qanunun  1 l- c i  maddəsinin 3-cü bəndi.

295


alar»  adlanan  1-ci  fəsil  (1-6-cı  maddələr)  ümumi  xarakterli  məsələlərin

(əsas  anlayışların,  patent  qanunvericiliyinin  və  digər  məsələlərin)  tənzimlən­

məsinə həsr edilmişdir.

Qanunun  2-ci  fəsli  (7-10-cu  maddələr)  sənaye  mülkiyyəti  obyektlərinin

(ixtira,  faydalı  model  və  sənaye  nümunələrinin)  patentə  layiq  olmaq  (patent 

qabiliyyəti)  şərtlərini  müəyyənləşdirir.  Burada  ixtira,  sənaye  nümunəsi  və  fay­

dalı  model sayılmayan obyektlərin  dairəsi göstərilir.

Qanunun  3-cü  fəsli  (11-13-cü  maddələr)  patent  hüququnun  subyektləri­

nin  hüquqi  statusuna  həsr  edilmişdir.  Bu  fəsil  özündə  müəllifin  (sənaye  mül­

kiyyəti obyektlərini yaradan  şəxsin),  patent  sahibinin  və  digər subyektlərin  hü­

quq və vəzifələrini  müəyyənləşdirən hüquq  normalarını  birləşdirir.

Qanunun  4-cü  fəsli  (14-21-ci  maddələr)  sənaye  mülkiyyəti  obyektlərin­

dən  istifadə  hüququna  həsr edilmişdir.  Bu  fəslə  daxil  normalar  patent  sahibini 

sənaye  mülkiyyəti  obyektindən  istifadə  üçün  müstəsna  hüquqla  təmin  edir, 

patent  sahibinin  razılığı  ilə  həmin  obyektdən  başqa  şəxslərin  istifadə  etməsi 

barədə göstəriş  ifadə  edir,  bir sözlə  sənaye,  mülkiyyəti  obyektlərindən  istifadə 

rejimini  müəyyənləşdirir.

Qanunun  5-ci  fəsli  (22-24-cü  maddəsi)  patent  hüquqlarının  (sənaye  mül­

kiyyəti  hüquqlarının)  pozulması  hallarını  sadalayır,  həmin  halları  patent  sahibi­

nin  müstəsna  hüququnun  pozulması  kimi tanıyır.  Digər tərəfdən,  göstərilən  fə­

sil  patent  sahibinin  müstəsna  hüquqlarının  pozulması  sayılmayan  halları,  yəni 

sənaye  mülkiyyəti  obyektlərindən  patent  sahibinin  razılığı  olmadan  sərbəst  is­

tifadə  hallarını  müəyyən edir.

Qanunun  6-cı  fəsli  (25-38-ci  maddələr)  iddia  sənədinin  verilməsi  və  pa­

tent alınması  prosedurasını  müəyyən  edir.  Bu  fəslə  daxil  olan  normalar  patent 

almaq  üçün  iddia  sənədinin  verilməsi,  sənaye  mülkiyyəti  obyektinin  ilkinliyi,  id­

dia  sənədinin  ekspertizası,  iddia  sənədi  barəsində  məlumatın  dərci,  iddia  sə­

nədinə  etiraz,  sənaye  mülkiyyəti  obyektinin  qeydiyyatı  və  patentin  verilməsi, 

patent  barəsində  məlumatın  dərci,  verilmiş  patentə  etiraz,  patentin  qüvvəsinə 

vaxtından əvvəl  xitam  verilməsi,  habelə  patentin  etibarsız  sayılması  kimi  vacib 

məsələləri tənzimləyir.

Qanunun  7-ci  fəsli  (39-43-cü  maddələr)  patent  rüsumları  və  ödənişləri, 

mübahisələrə  baxılması  qaydası,  sənaye  mülkiyyəti  obyektinin xarici  dövlətlər­

də  patentləşdirilməsi,  xarici  şəxslərin  patentlə  bağlı  hüquqları  və  beynəlxalq 

müqavilələrin  daxili  patent hüququna  münasibətdə  qüvvəsi  kimi  məsələlər ba­

rədə  normalar nəzərdə tutur.

Patent  haqqında  qanun  mütərəqqi  xarakterə  malik  olmaqla  Azərbaycan 

Respublikasında  patent  münasibətlərini  sivil  qaydada  tənzimləyir.  Onun  mü­

əyyən  etdiyi  normalar  beynəlxalq  patent  hüququnun  hamılıqla  qəbul, olunmuş 

(hamı  tərəfindən  tanınmış)  müddəalarına,  habelə  inkişaf etmiş  xarici  ölkələrin 

qanunvericilik  təcrübəsinə  uyğun  gəlir.  Buna  görə  də  qanun  necə  deyərlər, 

«beynəlxalq standartlara»  cavab verir.

Qanun  Azərbaycan  Respublikasında  patent  sistem inin  yaranması  üçün 

hüquqi  baza  rolunu  oynayır.  Patent sistemi  isə  elə  bir vasitədir ki,  onun  kö­

məyi  ilə  bazar  iqtisadiyyatı  şəraitində  elmi-texniki  inkişafa,  sənaye  texnologi­

296


y a sı 

sahəsində  proqressə nail olunur.

Patent  münasibətlərinin  tənzimlənməsində  Azərbaycan  Respublikasının 

Mülki  Məcəlləsi  mühüm  rol  oynayır.  Belə  ki,  ixtira,  sənaye  nümunəsi  və fay­

d alı 

modellərin  yaranması  və  istifadəsi  ilə  bağlı  yaranan  əmlak  münasibətləri­



nə  və  bu  münasibətlərlə  bağlı  olan  şəxsi  qeyri-əmlak  münasibətlərinə  Mülki 

Məcəllənin  xüsusən  də  ümumi  normaları  tətbiq  edilə  bilər və  tətbiq edilməlidir 

də  Çünki  həmin  münasibətlər öz təbiətinə  görə  m ülki  xarakterli  münasibət­

lər olub,  mülki  hüququn  nizamasalma  (tənzimetmə) predmetinə daxildir.  Buna 

görə  də  Mülki  Məcəllə  normaları  patent münasibətlərinin tənzimlənməsində is­

tifa d ə  

oluna  bilər.  Amma  buna  baxmayaraq,  hüquq  ədəbiyyatı  səhifələrində 

h a q lı 

olaraq  göstərildiyi  kimi  Mülki  Məcəlləni  patent  hüququnun  bilavasitə 

mənbəyi  hesab  etmək  olm az1.  Ona  görə  ki,  Mülki  Məcəllədə  patent münasi­

bətlərini  tənzimləyən  və  sənaye  mülkiyyəti  obyektlərini  qoruyan  normalara 

ra s t 


gəlmirik.

Yeni  Mülki  Məcəllədən  fərqli  olaraq,  köhnə  1964-cü  il  Mülki  Məcəlləsi  ixtira 

(patent)  hüququnun  bilavasitə  mənbəyi  sayılırdı.  Köhnə  məcəllədə  ixtira hüqu­

quna  həsr edilmiş  kifayət qədər hüquq  normaları nəzərdə tutulmuşdu.

Qanun  qüvvəli  aktla r  patent  hüququnun  mənbəyinə  aiddir.  Onlar  patent 

münasibətləri  sahəsində  müxtəlif  məsələləri  tənzimləyir.  Qanun  qüvvəli  aktlar 

içərisində  xüsusilə  Nazirlər  Kabinetinin  norm ativ  aktları  sənaye  mülkiyyəti 

obyektlərinin  yaranması və  qorunması ilə  bağlı  münasibətlərin  nizamlanmasın­

d a  

böyük  rol  oynayır.  Patent  rüsumlarının  və  ödənişlərinin  məbləği  və ödənil­



məsi  qaydası  Nazirlər Kabineti tərəfindən  müəyyən edilir.

Patent  İdarəsinin  norm ativ  aktları  qanun  qüvvəli  akt kimi  patent hüququ­

nun  mənbəyi  sayılır.  Həmin aktlar əsasən  patentə dair qaydalar müəyyən edir, 

patent  barədə  qanunun tətbiqi  məsələsi haqqında izahatlar verir.

Patent  İdarəsi  sənaye  mülkiyyəti sahəsində  mərkəzi  icra  hakimiyyəti orqanı 

olub,  sənaye  mülkiyyəti  obyektlərinin  mühafizəsi  sferasında  dövlət  siyasətini 

həyata  keçirir.  O,  sənaye  mülkiyyəti  obyektləri  barəsində  şəxslərdən  iddia  sə­

nədlərini  qəbul  edir,  həmin  sənədləri  ekspertizadan  keçirir,  sənaye  mülkiyyəti 

obyektlərini dövlət reyestrində qeydə alır,  patent verir və digər funksiyalan həya­

ta  keçirir1

 2.  Əlbəttə,  göstərilən  məsələləri həll etmək üçün  Patent İdarəsi müxtəlif 

məzmunlu  aktlar  (təlimatlar,  qaydalar,  əsasnamələr,  göstərişlər  və  s.)  qəbul 

edir.  Həmin aktlardan patent münasibətlərinin tənzimlənməsində istifadə olunur.

Qanun  qüvvəli  aktlar  patent  haqqında  qanunda  ifadə  olunan  göstərişləri 

konkretləşdirir,  həmin  qanunun  icrasını  təmin  edir və  onu  inkişaf etdirir.  Onlar 

digər  tərəfdən,  patent  haqqında  qanunla  tənzimlənməyən  münasibətləri  ni­

zamlamaq və qaydaya  salmaq  üçün müvafiq  normalar da  nəzərdə tutur.



Сергеев А.П.

  Право  интеллектуальной  собственности  в  Российской  Федерации.  Учебник. М.. 

1999,  с.  88.  Bəzi  m ü ə lliflə r  M ü lk i  M ə cəlləni  patent  hüququnun  mənbəyi  hesab  edirlər  (Гражданское 

ıpaeo.  У чебник. Том  1/Под ред. 

Е.А.Суханова.

  М .  1998).

2 «Patent  haqqında» qanunun 4-cü maddəsi.

297


Nə  mülki  hüquq  elmi  (doktrinası),  nə  məhkəmə  praktikası1,  nə  də 

məhkəmə  plenumu  qərarları  patent  hüququnun  m ənbəyi  kim i  tanınır.

Amma  buna  baxmayaraq  onların,  xüsusən  də  məhkəmə  plenumu  qərarlarının 

patent  qanunvericiliyinin  düzgün  təfsir  və  tətbiq  olunmasında  əhəmiyyəti  şək­

sizdir.  Lakin təəssüf hissi ilə qeyd  etmək  lazımdır ki,  Azərbaycan  Respublikası 

Ali  Məhkəməsi  Plenumu  indiyə  kimi  patent qanunvericiliyinin  tətbiqinə  dair hər 

hansı bir qərar qəbul etməmişdir.

Sovet  dövründə  XX  əsrin  80-ci  illərinin  ortalarında  SSRİ  Ali  Məhkəməsi 

Plenumu  ixtiralar,  faydalı  modellər  və  digər  obyektlərlə  bağlı  olaraq  yaranan 

münasibətləri tənzimləyən  qanunvericiliyin  tətbiqi barədə  qərar qəbul  etmişdi* 2. 

Müasir  dövr  və  indiki  qanunvericilik  baxımından  həmin  qərarda  ifadə  olunan 

göstərişlərin  çoxu  öz  əhəmiyyətini  və  rolunu  itirmişdir.  Lakin  buna  baxmaya­

raq onun müəyyən etdiyi  bəzi qaydalar öz aktuallığını  saxlayır.  Məhkəmələr öz 

praktik fəaliyyətlərində  həmin qaydalardan  istifadə  edə  bilərlər.

„  

Qeyd etdik ki,  potent hüququnun  ən  geniş ya-



Beynəlxalq  müqavilə və 

yllm|ş  növQ  normativ  hüquqi  aktlar  (qanunlar 

sazişlər patent 

və  qgnun  qüwg|i  akt|ar)  hesab  edilir_  Bu  akt.

uququnun mən  əyi  ımı 

|ara  məhdud  mənada  patent  qanunvericiliyi

deyilir.

Məhdud  mənada  patent  qanunvericiliyi  dedikdə,  patent  münasibətlərini 

tənzimləyən  qanunvericilik  aktlarının  (qanun  və  qanun  qüvvəli  aktların)  məc­

musu  başa  düşülür.  Patent  qanunvericiliyi  həm  də  geniş  mənada  işlədilir.  Bu 

mənada  patent  qanunvericiliyi  özündə  həm  də  Azərbaycan  Respublikasının 

iştirak  etdiyi  beynəlxalq  müqavilələri  də  birləşdirir.  Patent  haqqında  qanun  pa­

tent qanunvericiliyini  məhz geniş  mənada  işlədir3.

Geniş  mənada  patent  qanunvericiliyi  dedikdə,  qanunvericilik  aktları  və 

Azərbaycan  Respublikasının  iştirak  etdiyi  beynəlxalq  müqavilələr  başa  düşü­

lür.  Söhbət  sənaye  mülkiyyəti  obyektlərini  qoruyan  və  patent  münasibətlərini 

tənzimləyən  beynəlxalq  müqavilələrdən  gedir.  Bu  müqavilələr  patent  hüqu­

qunun  mənbələri  arasında  vacib  yer  tutur.  Patent  hüquqlarının  (sənaye  mül­

kiyyəti  hüquqlarının)  qorunmasına  həsr edilən  əsas  beynəlxalq  müqavilə  «Sə­

naye  m ülkiyyətinin  m ühafizəsinə  dair  Paris  konvensiyası»  hesab  edilir4. 

Konvensiyanın  birinci  redaksiyası  20  mart  1883-cü  il tarixində  Paris  şəhərində 

11  dövlət tərəfindən  imzalanmışdır.  1967-ci  ildə SSRİ  konvensiyanı  imzalamış, 

1968-ci  ildə  isə  onu  ratifikasiya  etmişdi.  15  iyul  2002-ci  il tarixinə  kimi  olan  və-

’  Prof.  A.P.Sergeycvin  məhkəmə  praktikasını  patent  hüququnun  m ənbəyi  hesab  etməsi  bizdə 

təəccüb  doğurur 

(Сергеев А.П.

  Право  интеллектуальной  собственности  в  Российской  Федерации. 

М .,  1999, с. 92).

2  Вах:  постановление  Пленума  Верховного  Суда  СССР  от  15  ноября  1984  г.  «О  применение 

судами  законодательства  регулирующего  отношения  возникающие в  связи  с  открытиями,  изобре­

тениями,  рационализаторскими  предложениями  и  промышленными  образцами»  //  Бюллетень 

Верховного Суда СССР.  1985. №1, с.  13-18.

3 «Patent haqqında» qanunun 2-ci maddəsi.

4  Konvensiyanın  m ətni  dərc  edilm işdir:  Вестник  Высшего  А рб итраж ного  Суда  Российской  Ф е­

дерации,  1996, №2;  Ведомости  Верховного Совета СССР,  1968, № 40;  Права  на  результаты  интел­

лектуальной деятельности. Сборник нормативных актов/Сост. 

В.А.Дозерцев.

  М .,  1994, с. 449-471.

298


zıyyətə  görə  konvensiyaya  qoşulan  dövlətlərin  sayı  160-a  çatmışdır.  Azərbay­

can  Respublikası da  konvensiyanın iştirakçısıdır.  Konvensiya iştirakçılar səna­

ye  mülkiyyətinin  qorunmasına  dair beynəlxalq  ittifaq  yaratmışlar ki,  ona  Paris 

İttifaqı  deyilir.  Paris  İttifaqının hüquqi bazası Paris konvensiyası sayılır.

İmzalandıqdan  sonra  konvensiyaya  dəfələrlə  yenidən  baxılmış və ona  əla­

vələr  edilmişdir.  Hansı  konvensiya  redaksiyasını  ratifikasiya  etməsindən  asılı 

olaraq  müxtəlif iştirakçı dövlətlər üçün ayrı-ayrı  redaksiyalar qüvvədədir.

Paris  konvensiyasının  imzalanmasını  nə  ilə izah  etmək olar?  Bunun  bir ne­

çə səbəbi  var  idi’ .  Birinci  səbəb ondan  ibarətdir ki,  konvensiya  imzalanana ki­

mi  sənaye  m ülkiyyə ti  obyektlərini  dünyanın  ayrı-ayrı  ölkələrində  hüquqi 

m ühafizə  ilə  təm in  etmək  çox  çətin  məsələ  hesab  olunurdu.  Belə ki,  ayrı- 

ayrı  ölkələrin  sənaye  mülkiyyəti  qanunvericiliyi  bir-birindən  mühüm  dərəcədə 

fərqlənirdi.  Əlbəttə,  bu  kimi vəziyyətdə sənaye mülkiyyəti obyektlərinin beynəl­

xalq  səviyyədə  effektiv  şəkildə  patentlə  qorunmasını  həyata  keçirmək  müm­

kün ola  bilməzdi.

İkincisi,  XIX əsrdə əmtəə dövriyyəsinə elmi-texniki  nailiyyət kimi xüsusi xa­

rakterli  əmtəə cəlb  olunmağa  başladı  ki,  bu,  beynəlxalq ticarət üçün xarakterik 

idi.  Bunun  nəticəsində  beynəlxalq  texnoloji  mübadilə  prosesi  inkişaf  etməyə 

və texnologiya  axını  beynəlmiləlləşməyə  başladı.  Şübhəsiz ki,  belə vəziyyətdə 

ayrı-ayrı  ö lkələrin  qanunvericiliyini  bir-birinə  yaxınlaşdırmaq  və  sənaye 

mülkiyyəti  obyektlərinin  beynəlxalq  (hətta  ümumdünya)  səviyyədə  qorumaq 

üçün çoxtərəfli  beynəlxalq  müqavilənin bağlanması zərurətə çevrildi.

Üçüncüsü,  XIX  əsrin  70-80-ci  illərində  xarici  dövlətin  ərazisində  beynəl­

xalq  rəsmi  sərgi* 2  təşkil  olunurdu  ki,  burada  sənaye  mülkiyyəti  obyektləri  nü­

mayiş  etdirilirdi.  Lazımi  və  səmərəli  hüquqi  mühafizə  ilə  təmin  olunmadığına 

görə xarici  şəxslər sənaye  mülkiyyəti obyektlərini  beynəlxalq  sərgilərə göndər­

mirdilər.  Beynəlxalq  sərgi  eksponatlarını  lazımınca  qorumaq  üçün  dövlət­

lər arasında  çoxtərəfli  müqavilə  bağlanması tələb olunurdu.

D ördüncüsü,  sənaye  mülkiyyəti  obyekti  üçün  patent  almaq  istəyən  şəxs 

eyni  zamanda  (vaxtda)  bütün  ölkələrdə  iddia  sənədi  verməli  idi.  Bu  zaman sə­

naye  mülkiyyəti obyektinin  (ixtiranın) yeniliyi  başqa  dövlətdə  bəyənilmirdi.  Belə 

tendensiyadan  xilas  olmaq  üçün  sənaye  mülkiyyətinin  qorunmasını  təmin 

edən çoxtərəfli  beynəlxalq  müqavilənin  imzalanması tələb olunurdu.

Paris  konvensiyası  sənaye  m ülkiyyəti  sahəsində  beynəlxalq  mühafizə 

sistem i  yaradan  əsas  beynəlxalq  m üqavilədir3.  Onu  ümumiyyətlə,  sənaye 

mülkiyyətinin  beynəlxalq  mühafizə  sisteminin fundamenti kimi tanıyırlar.

'  Bu  səbəblər barədə  bax: 

Андрей Мчнков.

  Международная охрана интеллектуальной  собствен­

ности.  М .,  2001, с.  64-65.

2  Belə  rəsm i  sərgilərdən  b iri  Avstriya-Macarıstan  imperiyasının  tə k lifi  ilə   1873-cii  ildə  Vyanada 

ke çirilm işd i.  Sərgidə xa rici dövlətlərdə yaradılan  ixtiraların nümayiş etdirilm əsi nəzərdə tutulmuşdu.

3  Konvensiyanın  kommentariyası  verilm işdir: 



Г.Баденхаузен.

  Парижская  Конвенция  по  охране 

промышленной собственности.  Комментарий.  М .,  1977.

299


Paris konvensiyasının ədəbiyyatda  göstərildiyi  üç əsas  müddəası  vardır'.  Bi­

rincisi,  konvensiya m illi rejim  prinsipindən çıxış edir1

 2.  Bu  prinsipə görə,  hər bir 

iştirakçı dövlət xarici  şəxslərin  (konvensiyada  iştirak  edən  başqa  dövlətin  şəxs­

lərinin) yaratdığı sənaye mülkiyyəti obyekti üçün öz vətəndaşlarının sənaye mül­

kiyyəti obyektlərini patentləşdirməsi ilə eyni əsaslarla patent verməlidir.

İkincisi,  konvensiya  ilk in lik   haqqında  qayda  müəyyənləşdirir3.  Bu  qayda­

ya görə  birinci olaraq iddia  sənədi verən  şəxs patent alır.  İddia  sənədinin  birin­

ci  olaraq  verilməsi  ixtiranın  və  s.  yeniliyini  təmin  edir.  Biz,  bu  barədə  əvvəlki 

yarımbaşlıqda danışmışıq.

Üçüncüsü,  konvensiya  sənaye  m ülkiyyəti  obyektlərinin  qeydiyyata alın­

ması  və  patentin  (qoruyucu  sənədin)  asılı  olm am ası  prinsipind ə n   çıxış 

edir.  Bu  prinsipə  görə,  sənaye  mülkiyyəti  hüquqları  ayrıca  və  müxtəlif  dövlət­

lərdə  bir-birindən  asılı  olmayaraq  mövcud  olur.  Müəyyən  dövlətdə  obyektin 

qeydiyyatı,  qeydiyyatın  ləğv  edilməsi  və  onun  etibarsız  hesab  edilməsi  digər 

dövlətdə  həmin  obyektə  olan  hüquqlara  heç  cür  təsir  göstərmir.  Sənaye  mül­

kiyyəti  hüququnun  başqa  dövlətdə  yaranması  üçün  həmin  obyekt  göstərilən 

dövlətdə  onun  qanunvericiliyinə  uyğun  olaraq  yenidən  (təzədən)  qeydiyyata 

alınmalıdır.

Konvensiyanın  məqsədi  ayrı-ayrı  iştirakçı  dövlətlərin  şəxslərinin  yaratdıq­

ları  sənaye  mülkiyyəti  obyektlərinə  qalan  digər  iştirakçı  dövlətlərin  ərazisində 

daha  güzəştli  şərtlərlə  patent  verilməsini  təmin  etməkdən  ibarətdir.  Sənaye 

mülkiyyəti  obyektləri  isə  konvensiyanın  m ühafizə  (qorum a)  predm etini  təş­

kil edir.

Lakin  Paris  konvensiyası  sənaye  mülkiyyəti  obyektlərinin  qorunmasının  və 

patent sahibinin  hüquqlarının ərazi xarakterini  aradan  qaldırmır,  dəyişdirmir,  ha­

belə  həmin obyektlərin  beynəlxalq  qeydiyyatının vahid sistemini  müəyyənləşdir­

mir,  beynəlxalq  patentin  yaradılmasını  nəzərdə  tutmur.  Beynəlxalq  patent  de­

dikdə,  konvensiya  iştirakçısı  olan  dövlətlərin  birində  verilən,  amma  başqa  işti­

rakçı  dövlətdə  tanınan  və  hüquqi  qüvvəsi  olan  qoruyucu  sənəd  başa  düşülür. 

Konvensiya  iştirakçı  dövlətlərin  üzərinə  belə  bir vəzifə  qoymur  ki,  onlardan  biri­

nin ərazisində verilən patenti başqa iştirakçı dövlətlər öz ərazisində tanısın4.

Patent  kooperasiyası  barədə  Vaşinqton  m üqaviləsi  sənaye  mülkiyyəti­

nə  həsr  edilmiş  beynəlxalq  sənədlərdən  biridir5.  Onun  qısaca  adı  belədir: 

PCT,  yəni  ingiliscə  «Patent Cooperation Treaty».  Müqavilə  19  iyun  1970-ci  il­

də Vaşinqton  şəhərində qəbul  olunmuş,  24 yanvar  1978-ci  il tarixindən qüvvə­

yə  minmiş,  1  iyun  1978-ci  il  tarixindən  isə  fəaliyyət  göstərməyə  başlamışdır. 

15 iyul  2002-ci il tarixinə kimi olan vəziyyətə  görə Vaşinqton  müqaviləsinə  116



Фомичев  В.И.

  Международная  торговля.  Учебник.  М .,  2001,  с.  371; 



Вельяминов  ГМ . 

Международное  экономическое  право  и  процесс.  Учебник.  М .,  2004,  с.  340;  Международное 

частное  право.  Учебник.  М .,  2004,  с.  331-334; 

Богусловскчй  М М ..  Червяков И.В.

  Международное 

сотрудничество  в области  охраны промышленной собственности.  М .,  1972.

*  Вах;  ст. 2 Парижской  конвенции  по охране промышленной собственности.

5 Вах:  ст.4 Парижской  конвенции  по охране промышленной собственности.



Пуиц Л. А.

  Курс международного частного права.  В трех томах.  М ., 2002, с.  675.

s  Müqavilənin  mətni  dərc  olunmuşdur.  Сборник  действующ их  договоров,  соглашений  и 

конвенций заключенных с иностранными государствами.  М .,  1980,  вып.  34.  с.  55.

300


dövlət qoşulmuşdur.  Azərbaycan  Respublikası da  müqavilənin iştirakçısıdır.

Paris  konvensiyası  sənaye  mülkiyyəti  obyekti  üçün  bir  neçə  dövlətdə  pa­

tent  almağın  mürəkkəb  prosedurasını  müəyyən  edir.  Bu  zaman  iddia  sənədi­

nin  tərcüməsinə,  patent  müvəkkilinə  və  patent idarəsinə  rüsum  ödənilməsinə 

xeyli  miqdarda  xərclər çəkilir1.  Vaşinqton  müqaviləsi  də  məhz  bir neçə dövlət­

də  paralel  olaraq  patent almaq  prosedurasını sadələşdirmək,  bu  məsələdə ya­

ranan  çətinliyi  və  mürəkkəbliyi  aradan  qaldırmaq,  habelə  xərcləri  azaltmaq 

məqsədi  ilə  qəbul  olunmuşdur.  O,  xarici  ölkələrdə  patent  almağın  xeyli  dərə­

cədə  sadə  prosedurasını  müəyyən  edir.  Buna  görə  də  Vaşinqton  müqaviləsi 

bir neçə  dövlətdə  sənaye m ülkiyyətinin qorunm asını  sadələşdirən  müqa­

vilə sayılır.  Digər tərəfdən,  o, xaricdə  patent almağın operativliyini təmin edir.

Vaşinqton  müqaviləsi  bir  neçə  dövlətdə  patent  almaq  üçün  m illi  patent 

idarəsinə  beynəlxalq  iddia  sənədi  verilm əsinin  m üm künlüyü  haqqında 

qayda  nəzərdə  tutur.  Lakin  burada  vahid  beynəlxalq  patentin  verilməsi  müəy­

yən edilmir.  Lakin Vaşinqton müqaviləsində gələcəkdə  belə patentin yaranma­

sına  gətirib  çıxara  bilən  elementlər vardır.

Vaşinqton  müqaviləsi  yalnız  ixtira  və  faydalı  modellərin  qorunmasına  şamil 

edilir.  O,  sənaye  nümunəsinin  qorunması  ilə  bağlı  münasibətlərə  tətbiq  olun­

mur.  Vaşinqton  müqaviləsi faktiki surətdə  Paris konvensiyasını tamamlayır.

TRİPS  sazişi,  yəni  əqli  m ülkiyyət  hüquqlarının  ticarət  aspektlərinə  adi 

olan  saziş əqli  mülkiyyət obyektlərinin,  o cümlədən  sənaye mülkiyyəti obyekt­

lərinin  qorunmasında  vacib  rol  oynayır.  Bu  sazişin  mühafizə  predmetinə  həm 

də  sənaye  nümunələri  və  ixtiralar  daxildir.  Faydalı  modellər  TRİPS-lə  qorun­

mur.  TRİPS-də  ixtiranın  patentə  layiq  olmaq  (patent  qabiliyyəti)  şərtləri,  onun 

və  sənaye  nümunəsinin  qorunma  müddəti  və  digər  məsələlər  barədə  vacib 

əhəmiyyətə  malik  olan  normalar  nəzərdə  tutulur.  Azərbaycan  Respublikası 

hələlik TRİPS-in  iştirakçısı  sayılmır.

Yuxarıda  qeyd  etdiyimiz  universal  yönümlü  beynəlxalq  çoxtərəfli  müqavilə­

lərdən  başqa,  sənaye  mülkiyyəti  obyektlərini  qoruyan  regional  sazişlər də qə­

bul  edilmişdir.  Avropa  patent  konvensiyası  (Avropa  patenti  verilməsi  ba­

rədə  konvensiya)  həmin  sazişlərdən  biridir.  Konvensiya  1973-cü  ildə  Mün­

hen  şəhərində  (Almaniya)  qəbul  olunmuşdur.  Onun  əsasında  Avropa  Patent 

T əşkilatı  (European  Patent  Organization)  yaradılmışdır.  Təşkilat  Münhendə 

fəaliyyət göstərir.

Konvensiyada  A vropa  patenti  verilməsi  nəzərdə  tutulur.  Onu  Avropa  Pa­

tent  Təşkilatı  verir.  Avropa  patenti  mahiyyətcə  elə  bil  ki,  milli  patentlərin  «bu- 

ketidir»  .  O,  konvensiya  iştirakçısı  olan dövlətlərin  ərazisində  milli  patentin isti­

fadə etdiyi eyni  hüquqlarla  təmin olunur1

 * 3.

1  Vaşinqton  m üqaviləsinin  qəbul  edilməsini  zərurətə  çevirən  hallar  barədə  bax: 



Андрей  Минков. 

Международная охрана  интеллектуальной собственности.  М .,  2001, с.  85-86.



Вельяминов Г.М. 

Международное экономическое право  и  процесс.  М ., 2004, с. 344.

M ü ə lliflə rd ə n   Fomiçcv  V .l.  göstərir  ki,  Avropa  B irliy i  ö lkələri  istisna  olmaqla,  konvensiya 



iştirakçısı  olan  hər  b ir dövlətdə  Avropa  patenti  m illi  patent  kim i.  Avropa  B irliy i  ərazisində  isə  (1975-ci 

il  Lüksemburq  konvensiyasına  uyğun  olaraq)  b irliyin   patenti  kim i  qüvvədə  o lur 



(Фомичев  В.II. 

Международная торговля.  Учебник.  М .,  2001, с.  372).

301


1975-ci  ildə  qəbul  olunan  xüsusi  konvensiya  (Avropa  patenti  barədə  Lük­

semburq  konvensiyası)  Avropa  İttifaqı  və  ya  Avropa  Birliyi  ölkələri  (Ümumba- 

zar  ölkələri)  üçün  vahid  Avropa  B irliyi  (İttifaqı)  patenti  yaradılmasını  (veril­

məsini)  nəzərdə  tutur.  Həmin  konvensiya  çərçivəsində  Avropa  Birliyində  (İtti­

faqında)  hal-hazırda  müəyyən  işlər  görülür.  Birlik  patenti  bütün  Ümumi  bazar 

ölkələrinin ərazisində qüvvədə olub,  milli  patent kimi əhəmiyyətə malikdir.

Avrasiya  patent  konvensiyası  mühüm  əhəmiyyətə  malik  olan  regional 

sazişlərdən  biri  sayılır.  Bu  konvensiya  MDB  məkanında  sənaye  mülkiyyəti  ob­

yektlərinin  qorunmasında  böyük  rol  oynayır.  MDB  ölkələri  arasında  sənaye 

mülkiyyətini  hüquq  mühafiz  sistemi  yaratmaq  üzrə  təxirəsalınmaz  tədbirlər 

görmək  məqsədilə  12  mart  1993-cü  il  tarixində  sənaye  m ülkiyyə tinin   q o ru n ­

masına  yönələn  tədbirlər  barəsində  və  sənaye  m ülkiyyə tinin   qorunm ası 

məsələsi  üzrə dövlətlərarası  şura yaradılması  haqqında  saziş  bağlandı.

Dövlətlərarası  şuranın  (o,  1993-cü  ildə  10  MDB  ölkəsi  tərəfindən  yaradıl­

mışdı)  9  sentyabr  1994-cü  il  tarixli  iclasında  Avrasiya  patent  konvensiyası  qə­

bul  olundu.  Konvensiyada  MDB-nin  10  ölkəsi  (Ermənistan,  Belorusiya,  Gür­

cüstan,  Qazaxıstan,  Qırğızıstan,  Moldova,  RF,  Tacikistan,  Ukrayna)  iştirak 

edir1.  Azərbaycan  Respublikası  da  konvensiyanın  iştirakçısıdır.  Paris  konven­

siyasını  və  Vaşinqton  müqaviləsini  imzalayan  BMT  üzvü  olan  istənilən  dövlət 

konvensiyaya  qoşula  bilər.

Konvensiya əsasında Avrasiya  Patent Təşkilatı və Avrasiya  Patent  İdarə­

si yaradılmışdır.  Patent İdarəsi konvensiyaya uyğun olaraq  ixtiraya görə A vrasi­

ya  patenti verir ki, o, iştirakçı dövlətlərin hamısının ərazisində qüvvədə olur.

Konvensiya  həm  də  patent  almaq  üçün  Avrasiya  iddia  sənədinin  təqdim 

olunması  və  Avrasiya  patentinin  verilməsi  qaydalarını  müəyyən  edir.  İddiaçı 

şəxslər  iddia  sənədini  iki  yolla  verə  bilərlər:  öz ölkəsinin  milli  patent  idarəsinin 

vasitəsi  ilə  (bu yoldan o halda  istifadə oluna  bilər ki,  daxili  qanunvericilikdə  hə­

min yol  nəzərdə tutulsun);  bilavasitə Avrasiya  Patent  İdarəsinə verməklə.

Konvensiyaya  uyğun  olaraq  Avrasiya  patent  sistem i  yaradılır.  Bu  zaman 

milli sistemlərin  müstəqilliyi  saxlanılır.




Yüklə 19,08 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin