§ 10. Patent hüquqlarının pozulmasına
görə cinayət məsuliyyəti
Patent hüquqları qanunla mümkün pozuntulardan müdafiə olunur. Belə po
zuntular iki əsas növə bölünür: mülki hüquq pozuntuları, cinayət. Patent hü
quqları sahəsində mülki hüquq pozuntuları törədildikdə mülki-hüquqi müdafiə
üsulları tətbiq edilir. Biz. bu barədə bir az öncə danışdıq.
Patent hüquqları sahəsində digər tərəfdən cinayət əməlləri də törədilə bilər.
Belə halda isə cinayət-hüquqi üsullardan istifadə olunur. Buna görə də patent
hüquqlarının müdafiə üsullarını iki yerə bölmək olar:
• mülki-hüquqi müdafiə üsulları
• cinayət-hüquqi müdafiə üsulları.
C inayət-hüquqi m üdafiə üsullarından o halda istifadə oluna bilər ki, pa
tent hüququ sahəsində cinayət törədilsin. Azərbaycan Respublikasının CM-nin
166-cı maddəsi ixtiraçılıq və patent hüquqlarını pozmağa görə cinayət məsu
liyyəti nəzərdə tutur3. Həmin maddə aşağıdakı hərəkətləri cinayət hesab edir:
• ixtiradan və ya səmərələşdirici təklifdən qanunsuz istifadə etmə:
• ixtira, yaxud səmərələşdirici təkliflərin mahiyyəti barədə məlumatlan mü
əllifin razılığı olmadan və rəsmi dərc edilənədək yayma;
• müəllifliyi mənimsəmə;
• şərikli müəllifliyə məcbur etmə.
1 «Patent haqqında» qanunun 11-ci maddəsinin 3-cü bəndi.
:
Мэггс П.Б.. Сергеев А.П.
Интеллектуальная собственность. М. 2000, с. 163; Гражданское
право. У чебник. Том I /П ол рсд.
Е.А.Суханова.
М . 1998, с. 705.
3 Bu barədə bax: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Kommcntariyası. IV nəşr Bakı
2006. s. 394.
395
§ 11. Sənaye mülkiyyəti obyektinin xarici
dövlətlərdə patentləşdirilməsi
Sənaye mülkiyyəti
obyektinin xarici
dövlətlərdə
patentləşdirilməsinin
məqsədləri
Qeyd etdik ki, patent ərazi xarakterli sənəddir və
buna görə də onun eksterritorial qüvvəsi yoxdur.
Bu, o deməkdir ki, müəyyən bir dövlətdə verilən
patent yalnız həmin dövlətin ərazisində qüvvəyə
malik olur (sənaye mülkiyyəti obyektini qoruyur),
xarici dövlətlərin ərazisində isə öz qüvvəsini itirir
(sənaye mülkiyyəti obyektini qorumur). Məhz bu səbəbdən xarici dövlətlərdə
patentləşdirilməyən sənaye m ülkiyyəti obyekti həmin dövlətlərdə haqq
ödənilmədən sərbəst şəkildə istifadə oluna b ilə r'. Sənaye mülkiyyəti ob
yektlərinin qorunmasına həsr edilmiş beynəlxalq konvensiyalar isə beynəlxalq
patent, yəni konvensiya iştirakçısı olan müəyyən bir dövlətdə verilən və digər
iştirakçı dövlətlərin ərazisində qüvvəyə malik olan patent nəzərdə tutmur.
Sözsüz ki, patent sahibi xaricdə öz iqtisadi (əmlak) mənafeyinin, kommersi
ya məqsədinin təmin olunmasında maraqlıdır. O, hər an cəhd edir ki, nisbətən
perspektivi olan və mühüm əhəmiyyət kəsb edən sənaye mülkiyyəti obyektləri
xarici ölkə ərazisində də qorunsun, hüquqi mühafizə ilə təmin olunsun. Bundan
ötrü sənaye mülkiyyəti obyekti xaricdə (xarici ölkələrdə) patentləşdirilməlidir.
Xarici patentləşdirmə dedikdə, qorumaq üçün sənaye m ülkiyyəti ob
yektinə başqa dövlətdə (dövlətlərdə) m üstəqil surətdə patent alınması ba
şa düşülür. Belə patent sənaye mülkiyyəti obyektini xaricdə hüquqi mühafizə
ilə təmin edir. Xaricdə patentləşdirmə sənaye mülkiyyəti obyektini xarici dövlətin
ərazisində qorumaq, həmin obyekt üçün xarici patent almaq deməkdir.
Patent sahibi müvafiq sənaye mülkiyyəti obyektinə patent almaq üçün qo
runmasını arzuladığı (istədiyi) bütün dövlətlərdə iddia sənədi verməlidir. Hər
bir iddia sənədi onun verildiyi dövlətin milli (daxili) patent qanunvericiliyinin
müəyyənləşdirdiyi tələblərə uyğun tərtib edilməlidir.
Xaricdə patentləşdirmə nəticəsində eyni bir sənaye mülkiyyəti obyektinə
ayrı-ayrı iki və daha çox dövlətdə patent verilir. Bu, ikiqat patentləşdirm ə de
məkdir. Müəyyən bir dövlət ərazisində isə ikiqat patentləşdirməyə, yəni eyni
bir sənaye mülkiyyəti obyektinə iki patent alınmasına yol verilmir.
Qeyd etmək lazımdır ki, müəyyən dövlətdə patent alınmadıqda sənaye mül
kiyyəti obyekti barəsində patent sahibinin subyektiv patent hüququ əmələ gə
lmir. Həmin obyektə əgər xaricdə patent verilərsə, bu, göstərilən hüququn ta
nınması demək deyildir. Məsələ burasındadır ki, xa rici patentləşdirm ə yeni
subyektiv patent hüququnun yaranmasına səbəb olur.
Sənaye mülkiyyəti obyektinin xaricdə patentləşdirilməsi dörd əsas məqsəd
396
Международное мастное право. УчебникЮ тв.рсд.
О.Н.Садиков',
M . I984, с. 234.
güdür1.
Xaricdə patentləşdirmənin birinci məqsədi xaricə (xarici firmalara) lisenzi
ya satışını - lisenziya ticarətini təmin etməkdən ibarətdir. Lisenziya ticarə
ti sənaye mülkiyyəti obyektindən istifadə hüququnun satışı deməkdir. Başqa
sözlə desək, patent sahibi xarici firmaya sənaye mülkiyyəti obyektindən istifa
dəyə haqqı ilə lisenziya verir. Bildiyimiz kimi, XX əsrin ikinci yarısından başla
yaraq elmi-texniki tərəqqinin yüksək tempi şəraitində beynəlxalq ticarət üçün
belə bir hal xarakterik olmuşdur ki, əmtəə dövriyyəsində elmi-texniki nailiyyət
kimi xüsusi əmtəə çıxış edir, yəni aktiv beynəlxalq texnoloji mübadilə baş ve
rir Texnoloji mübadilənin (texnologiyanın verilməsinin) ən geniş yayılmış üsul
larından biri lisenziya ticarəti hesab olunur. Lisenziya ticarəti (ixtira və digər
obyektlərin ixracı barəsində lisenziya müqaviləsi) müasir elmi-texniki inqilab
şəraitində sənaye məhsullarının ixracından daha böyük rol oynayır. Dünya li
senziya bazarı günü-gündən daha da genişlənir, özü də lisenziya satışı səna
ye mallarının ticarətinə nisbətən daha tez inkişaf edir. Çox vaxt lisenziya tica
rəti patentləşdirilmiş sənaye mülkiyyəti obyektinin tətbiqi ilə hazırlanan məhsu
lun satışından sərfəli o lu r. Xaricə lisenziya satmaq bir çox ölkələrdə valyuta
gəlirləri əldə etməyin mühüm mənbəyi hesab edilir. Sözsüz ki, xaricdə müva
fiq obyektə patent alınmadan lisenziya ticarəti həyata keçirilə bilməz.
Xaricdə patentləşdirmənin ikinci məqsədi sənaye m ülkiyyətinə alınmış
patenti satmaqdan ibarətdir. Beynəlxalq patent ticarətinin rolu böyükdür. Bir
sıra hallarda patent ticarəti, hazır məhsulun satışından daha sərfəli olur. Xari
cə patent satıldıqda, müvafiq obyekt orada patentləşdirilməlidir.
Yüksək texniki-iqtisadi və digər göstəricilərə (ekoloji, sosial və s.) malik
olan qabaqcıl texnikanın xaricə ixracı mühüm əhəmiyyət kəsb edir. Bəzi ölkə
lər üçün (məsələn, Yaponiya üçün) belə ixracat milli sənayenin yeni sahələri
nin yaradılmasına böyük təsir göstərir.
Xaricdə patentləşdirmənin güddüyü üçüncü məqsəd sənaye ixracını tə
m in etməkdən ibarətdir. Belə ki, patentləşdirilmiş sənaye mülkiyyəti obyekti
nin tətbiqi ilə hazırlanan məhsula (məmulata) xaricdə tələbat yarana bilər. Be
lə məhsul (məmulat) xaricə göndərilərkən onu hüquqi mühafizə ilə təmin et
mək, qorumaq lazımdır. Bundan ötrü həmin məhsul (məmulat) xaricdə patent
ləşdirilməlidir. Xaricə göndərilən məhsullar (məmulatlar) patent təmizliyinə
malik olmalıdır. Məhsulu (məmulatı) xaricə göndərməmişdən əvvəl məhsulun
(məmulatın) patent təmizliyinə malik olmasını yoxlamaq lazımdır. Patent tə
m izliyi dedikdə, məhsulun (məmulatın) hər hansı şəxsə (üçüncü şəxsə) məx
sus olan patentlə qorunmaması başa düşülür. Xaricdə patentləşdirmə də
məhz patent tə m izliyin i təmin etmək məqsədi güdür3.
Xaricdə patentləşdirmənin dördüncü məqsədi beynəlxalq sərgi və yar-
1
Лунц Л.А.
К ур с международного частного права. В 3-х томах. М . 2002. с. 6S3; Международ
ное частное право. Учсбник/Отв.рсл.
О.Н.Садиков.
М 1984, с. 234;
Богуславский ММ.
Патентные
вопросы в международных отношениях. М . 1962, с. 176;
Богусловский М М .
Международное
ч а с т
ное право. Учебник. М . 2002. с. 322-323.
* Bu barədo bax:
Фомичев В.И
Международная торговля. Учебник М. 2001.
' Гражданское право. Учебник. Том 1/Под рсд.
Е.А.Суханова.
М. 1998. с. 699.
397
markaların keçirilməsi ilə bağlıdır. Belə ki, nümayiş etdirilmək üçün beynəl
xalq sərgi və yarmarkalara sənaye mülkiyyəti obyektindən istifadə olunmaqla
hazırlanan məhsullar (məmulatlar) göndərilə bilər. Belə halda xaricdə həmin
obyektin qorunması (hüquqi mühafizə ilə təmin olunması) tələb edilir. Bunun
üçün xaricdə göstərilən obyekt üçün patent alınır, yəni patentləşdirmə həyata
keçirilir.
Azərbaycan Respublikasında yaradılan sənaye mülkiyyəti obyektinin xarici
dövlətlərdə patentləşdirilməsi məsələsi patent haqqında qanunla tənzimlənir.
Qanunun 41-ci maddəsi məhz bu məsələnin nizama salınmasına həsr edil
mişdir. Xarici dövlətlərdə patentləşdimTənin tənzimlənməsi patent idarəsinin
normativ aktında daha da konkretləşir. Söhbət sənaye mülkiyyəti obyektinin
xarici dövlətlərdə patentləşdirilməsi qaydalarından gedir. Qaydalar göstərilən
məsələləri daha müfəssəl şəkildə tənzimləyir.
Xarici ölkələrdə sənaye mülkiyyəti obyektinin patentləşdirilməsi məsələsi
həmin obyektə hüququ olan şəxsin (patent sahibinin, iddiaçının) müstəsna sə
lahiyyətinə aiddir. Əgər Azərbaycan Respublikasının milli təhlükəsizliyinə xələl
gətirə bilərsə, xarici patentləşdirməyə yol verilmir. Dövlət təhlükəsizliyi və öl
kənin müdafiəsinə aid sənaye mülkiyyəti obyektlərinin gizli saxlanması zəruri
olduqda, habelə sənaye mülkiyyəti obyekti barəsində iddia sənədində göstəri
lən məlumat dövlət sirri hesab edildikdə də xarici patent alınmasına icazə ve
rilməyə bilər.
Azərbaycan Respublikasında yaradılan sənaye mülkiyyəti obyektinə xarici
patent almaq üçün xaricə iddia sənədi yalnız o halda verilə bilər ki, həmin ob
yekt barəsində Azərbaycan Respublikasında patent idarəsinə iddia sənədi ve
rilsin. Bizim ölkəmizin patent idarəsinə iddia sənədi verildiyi tarixdən etibarən
12 ay müddətində xarici dövlətdə patentləşdirmə həyata keçirilir. Belə ki, gös
tərilən orqan xarici patent alınması üçün iddia sənədinin xarici dövlətə verilmə
si barədə qərar qəbul edir. Bunun üçün 3 aylıq müddət müəyyən edilir. Bu
müddət iddia sənədinin patent idarəsinə daxil olduğu tarixdən hesablanır. Pa
tent idarəsi qəbul etdiyi qərar barəsində iddiaçıya məlumat verir.
Sənaye mülkiyyəti obyekti xaricdə patent alınması xahiş edilən dövlətin
daxili qanunlarına uyğun olaraq patentləşdirilir. Başqa sözlə desək, xarici
dövlətdə sənaye mülkiyyəti obyektinə xarici patent alınan zaman həmin dövlə
tin milli patent qanunvericiliyinə əməl edilməlidir. Sözsüz ki, dövlətlərin milli
patent qanunvericiliyi bir-birindən fərqlənir. Məsələn, Azərbaycan Respublika
sının patent qanunvericiliyinə görə patentə layiq olmayan (patent qabiliyyəti ol
mayan) bəzi nailiyyətlər (həllər) ayrı-ayrı xarici dövlətlərdə patentləşdirilə bilər.
Dünya ölkələrinin patent hüququnda (qanunvericiliyində) belə hallarla rast
laşmaq mümkündür ki, müəyyən bir dövlətdə patentə layiq olan nailiyyət (həll)
başqa dövlətdə patentə layiq (patent qabiliyyətli) olmasın. Ayrı-ayrı dövlətlərdə
iddia sənədinin ilkinliyi barədə müxtəlif qaydalar müəyyən edilir. Belə qaydalar
eyni olmayıb, bir-birindən fərqlənir.
Bunlardan əlavə, müəyyən bir dövlətin patent idarəsinin sənaye mülkiyyəti
obyekti üçün patent verməkdən imtina etməsi həmin obyektin xaricdə patent-
ləşdirilməsinə mane ola bilməz.
398
Xaricdə patentləşdirmə üçün iddia sənədi bir çox dövlətlərdə patent mü
vəkkilinin vasitəsilə verilir. Patent müvəkkili rolunda, adətən, xüsusi firma və
kontorlar çıxış edir.
Xarici patent həm müəssisənin (təşkilatın), həm də sənaye mülkiyyəti ob
yektini yaradan müəllifin adına verilə bilər. Bunlardan başqa, xarici patentin
hüquqi varisin də adına (müəllifin müvafiq hüququnun verildiyi və keçdiyi şəx
sin, məsələn, vərəsənin adına) verilməsi mümkündür.
Həm iddia sənədində, həm də patentdə sənaye mülkiyyəti obyektinin müəl
lifinin adı göstərilir. Bununla xarici dövlətlərdə patentləşdirmə zamanı da müəl-
Sənaye mülkiyyətinin, daha doğrusu, sənaye
mülkiyyəti obyektləri (ixtira, faydalı model və
sənaye nümunəsi) barəsində yaranan hüquq
ların (sənaye mülkiyyəti hüquqlarının, yəni pa
tent hüquqlarının) qorunması beynəlxalq-hü-
quqi tənzimetmə predmetinin əsas kompo
nentlərindən (tərkib hissələrindən) biridir. İqtisadi əlaqələrin genişlənməsi
və elmi-texniki əməkdaşlığın inkişafı ayrı-ayrı dövlətlərin şəxslərinə xarici döv
lətlərin ərazisində belə hüquqlar əldə etmələrini və həmin hüquqların qorun
masını sadələşdirmək (asanlaşdırmaq) üçün əlverişli şərtlər müəyyən olunma
sı vəzifəsini irəli sürür. Söhbət xarici dövlətlərdə sənaye mülkiyyəti obyektini
patentləşdirmək (xarici patent almaq) üçün əlverişli şərait yaratmaq vəzifəsin
dən gedir. Bunun üçün sənaye mülkiyyətinin qorunması barədə beynəlxalq
sazişlər qəbul edilir və ayrı-ayrı dövlətlər fəal surətdə həmin sazişlərdə iştirak
edirlər. Belə sazişlərdə ayrı-ayrı dövlətlərə məxsus vətəndaşların başqa döv
lətlərdə xarici patent almalarını, sənaye mülkiyyəti hüquqları (patent hüquqları)
əldə etmələrini və həmin hüquqların qorunmasını sadələşdirən (asanlaşdıran)
hüquqi şərtlər nəzərdə tutulur. Sənaye mülkiyyətinin qorunması barədə bey
nəlxalq sazişlərin də əsas məqsədi və mənası məhz bunlardan ibarətdir'.
Sənaye mülkiyyətinin qorunması barədə beynəlxalq sazişlər üç qrupa bölü
nür2. Bunların birinci qrupunu beynəlxalq mühafizə sistemi müəyyən edən
m üqavilələr təşkil edir. Bu qrupa daxil olan müqavilələr beynəlxalq səviyyədə
sənaye mülkiyyətini hüquqi cəhətdən qoruma mənbəyi olub, dövlətlərarası
(beynəlxalq) mühafizə sistemi yaradır. Sənaye m ülkiyyətinin qorunması ba
rədə Paris konvensiyası onlar arasında mühüm rol oynayır. Paris Konvensi
yası sənaye mülkiyyəti hüquqlarının qorunması məsələsini beynəlxalq səviy
yədə tənzimləyən əsas çoxtərəfli dövlətlərarası (beynəlxalq) sazişdir. O, aparı
cı sənaye dövlətləri tərəfindən qəbul edilmişdir.
Konvensiya iki məsələni (problemi) həll etmək məqsədi güdür. Həmin mə
sələlər (problemlər) patentləşdirmə sistemində qüsurların olmasını ifadə edir
di. B irin ci məsələ müəyyən bir dövlətə məxsus şəxslərin (müəssisə və fiziki
şəxslərin) başqa dövlətlərdə xarici patent almalarında (xarici dövlətlərdə pa-
lifin şəxsi hüquqları qorunur
Azərbaycan
Respublikasının sənaye
m ülkiyyətinin qorunması
barədə beynəlxalq
sazişlərdə iştirakı
1
Л у н ц Л .А .
К ур с международного частного права. В трех томах. М .
2002.
с. 675.
:
А н д р е й М и н н о е .
Международная охрана интеллектуальной собственности. М . 2001. с. 6*4.
399
tentləşdirmədə) diskriminasiya (ayrı-seçkilik, hüquqları tapdalama) halına
yol verilməsindən ibarət idi. Bir sıra dövlətlərdə xarici şəxslərin patent almaları
son dərəcə ağır və çətin bir işə çevrilirdi və yaxud hətta belə mümkün olmurdu.
Göstərilən məsələni (problemi) həll etmək üçün konvensiya m illi rejimi
prinsipi müəyyənləşdirdi. Bu, diskriminasiya halını aradan qaldırmağa imkan
verən prinsipdir. Milli rejim prinsipinə görə, hər bir iştirakçı dövlət patent almaq
üçün öz şəxslərinə verdiyi eyni (analoji) hüququ digər iştirakçı dövlətlərin
şəxslərinə də verir. Başqa sözlə desək, iştirakçı dövlətlərin şəxslərin (xarici
şəxslər) digər iştirakçı dövlətdə patent almaq hüququndan (sənaye mülkiyyəti
obyektinin qorunması hüququndan) həmin dövlətin şəxsləri ilə bərabər surət
də istifadə edirlər. Deməli, konvensiya iştirakçısı olan bütün dövlətlərdə
iddiaçılar üçün vahid (eyni) mühafizə (qoruma) rejim i m üəyyənləşdirilir.
ikinci problem ilkinlik məsələsinə aiddir, ilkinlik məsələsi onunla bağlıdır
ki, bütün dövlətlərdə ixtiranın və s. yenilik (əvvəllər dünyada məlum olmamaq)
əlamətinə malik olması tələb edilir. Patent o şəxsə verilir ki, patent almaq
üçün həmin şəxs birinci olaraq iddia sənədi vermiş olsun. Əgər başqa dövlət
də xarici patent alınarsa, yəni patentləşdirmə xarici dövlətdə həyata keçirilər
sə, yenilik məsələsi belə bir hala görə mürəkkəbləşir ki, artıq müəyyən bir
dövlətdə patentləşdirilmiş ixtira və s. başqa dövlətdə «yeni», buna görə də pa
tent qabiliyyətli sayılmır. İxtiranı və s. eyni vaxtda bir neçə xarici dövlətdə pa-
tentləşdirmək isə çox çətin məsələdir. Eyni zamanda, bir neçə dövlətdə iddia
ərizəsi vermək ağır və əziyyətverici iş olub, böyük xərc çəkilməsini tələb edir,
yəni baha başa gəlir. Digər tərəfdən, iddiaçı iddia sənədi verməkdə ləngiyərsə
(gecikərsə), başqa dövlətdə digər şəxs iddia sənədi ilə müraciət etməklə və
ya əvvəlcədən öz işinin nəticəsini dərc etməklə onu qabaqlaya, dalda qoya bi
lər. Bir çox dövlətlərdə iddia sənədi patent idarəsinə verilən kimi, onun barə
sində qərar qəbul edilən kimi dərc olunurdu.
Göstərilən məsələni həll etmək üçün konvensiya ilk in lik haqqında qayda
müəyyən etdi. Bu qayda konvensiya iştirakçısı olan dövlətlərdən olan xarici
patent iddiaçılarının vəziyyətini yüngülləşdirir və asanlaşdırır.
Konvensiya 12 aylıq (sənaye nümunəsi üçün 6 aylıq) ilk in lik müddəti
müəyyən edir. İştirakçı dövlətlərin birində verilən iddia sənədi həmin müddət
ərzində bütün digər iştirakçı dövlətlərdə ilkinliyə malikdir. 12 aylıq müddət bi
rinci dövlətdə iddia sənədi verildiyi andan hesablanır. Başqa sözlə desək, işti
rakçı dövlətlərdən birində iddia sənədi verən şəxs 12 aylıq (6 aylıq) müddət ər
zində başqa iştirakçı dövlətlərdə iddia sənədi vermək üçün ilkinlik hüququn
dan istifadə edir (konvensiyanın 4-cü maddəsi).
Göründüyü kimi, iddiaçıya 12 ay (6 ay) müddəti ərzində bütün digər iştirak
çı dövlətlərdə obyektin qorunmasını (patent alınmasını) xahiş etmək hüququ
verilir. Özü də ilkinlik iştirakçı dövlətlərin birində düzgün tə rtib olunm uş
iddia sənədinin verilm ə tarixi ilə müəyyən edilir. Başqa iştirakçı dövlətlərdə
iddia sənədi məhz bu tarixdən verilmiş hesab olunur. Həmin şəxsə patent ve
rilməsi 12 ay (6 ay) ərzində üçüncü şəxslər tərəfindən iddia sənədi verilməsi
nə mane olmur. Belə ki, ilkinlik və yenilik birinci iddia sənədinin verilməsi anı
ilə müəyyən olunur.
400
Bunlara görə, iddia sənədi üçün sonradan eyni sənaye mülkiyyəti obyekti
nə başqa şəxslər tərəfindən iddia sənədi verilməsi, materiallar dərc edilməsi
və ya praktiki nümunə buraxılması təhlükə törətmir. Bundan əlavə, ilkinlik
müddətinin müəyyən edilməsi müxtəlif dövlətlərdə bahalı patentləşdirmə pro
sedurasının həyata keçirilməsinə kimi iddiaçıya ixtiranın və s. iqtisadi potensi
alını qiymətləndirmək imkanı verir.
Konvensiyaya uyğun olaraq patentlər necə deyərlər, «milli müstəqillik»
əldə e td ilə r (patentlərin asılı olmaması prinsipi). Bu onu ifadə edir ki, mü
əyyən bir dövlətdə alınan patent eyni bir ixtiraya və s. başqa dövlətlərdə veri
lən patentin taleyindən asılı deyildir; ixtiraya və s. müəyyən bir dövlətdə alın
mış patentin qüvvədən düşməsi (ləğv edilməsi) başqa dövlətdə həmin ixtiraya
və s. verilmiş patentin qüvvədə olmasına təsir göstərmir.
Əvvəldə qeyd etdiyimiz kimi, konvensiya beynəlxalq patentin (iştirakçı döv
lətlərdən birində verilən, bütün digər iştirakçı dövlətlərdə qüvvədə olan patentin)
yaradılmasını nəzərdə tutmur. Buna görə də iştirakçı dövlətlərin birində veri
lən patent başqa iştirakçı dövlətlərdə tanınmır Əgər iştirakçı dövlətlərdə sə
naye mülkiyyəti obyekti patentləşdirilməmişdirsə, həmin dövlətlərdə ondan pa
tent sahibinin razılığı olmadan, haqq verilmədən sərbəst şəkildə ediləcəkdir.
Sənaye mülkiyyətinin qorunması barədə beynəlxalq sazişlərin ikinci qrupu
na b ir neçə dövlətdə sənaye m ülkiyyətinin mühafizəsini sadələşdirən
(asanlaşdıran) m üqavilələr daxildir. Söhbət hər şeydən əvvəl, patent koo
perasiyası haqqında Vaşinqton müqaviləsindən gedir. PST onun qısaldıl
mış adıdır. O, çoxtərəfli beynəlxalq müqavilədir. Müqavilənin qəbul olunması
təsadüfi xarakter daşımırdı.
Paris konvensiyası bir sıra problemləri həll etmirdi. İddiaçı yenə də müxtəlif
dillərdə çoxsaylı kağızlar doldurur, yəni tamamlayır və cürbəcür rüsumlar ödə
yirdi. Özü də iddiaçı hələ bilmirdi ki, patent alacaqmı və onun təklif etdiyi həll
(nailiyyət) texnikanın inkişaf səviyyəsi ilə müqayisədə yeni hesab ediləcəkmi.
Hər bir patent idarəsi verilmiş hər bir iddia sənədinin formal ekspertizasını
keçirirdi. Əgər patent idarəsi iddia sənədinin mahiyyətcə ekspertizasını keçi
rərdisə, o, ixtiranın texniki səviyyəsini müəyyənləşdirmək üçün məlumat axta
rışı aparmalı, habelə obyektin patent qabiliyyətini təyin etmək məqsədilə eks
pertiza keçirməli idi.
Eyni bir obyekt barəsində iddia sənədi müxtəlif ölkələrdə verilirdi. Buna gö
rə ixtira barəsində bütün dünya ölkələrində verilən iddia sənədinin ümumi sa
yının yarısından çoxu bir-birini təkrarlayırdı. Çoxsaylı iddia sənədi verilirdi.
Müxtəlif dövlətlərdə iddia sənədinin verilməsi ilə bağlı rəsmiləşdirməni sa
dələşdirmək, bu məsələdə mürəkkəbliyi aradan qaldırmaq, habelə patent ida
rələrinin işindəki təkrarlanma hallarını azaltmaq üçün Vaşinqton müqaviləsi
(PST) imzalandı. M üqavilənin məqsədi ixtiranın və s. qorunması barədə hər
hansı yeni qayda müəyyənləşdirməkdən yox, patent idarələrinin işini asan
laşdırm aqdan, patent-texniki məlumatın daha operativ və geniş yayılma
sını təm in etməkdən ibarətdir.
Müqavilə beynəlxalq iddia sənədi tərtib olunmasını və verilməsini nəzərdə
tutur. Belə iddia sənədi o halda verilir ki, iddiaçı bir neçə dövlətdə ixtiranın və
401
s. qorunması niyyətində olsun. Beynəlxalq iddia sənədi beynəlxalq axtarış
orqanlarından (milli patent idarələrindən) birinə verilir.
Beynəlxalq iddia sənədinin verilməsi iddiaçını onun xarici patent almaq is
tədiyi hər bir dövlətdə iddia sənədi tərtib etmək və vermək işindən azad edir.
Belə sənədə baxılmasının nəticəsi müsbət olarsa, müvafiq dövlətin milli patent
idarəsi patent verilməsi barədə qərar qəbul edir.
Müqavilə bir sıra məsələləri həll etmir. O, təkrarlanma halını azaltsa da, mil
li səviyyədə patent axtarışında onu tamamilə aradan qaldırmır. Müqavilə iddia
sənədinin çoxsaylı xarici dillərə tərcümə edilməsinə çəkilən xərclərin (tərcümə
xərclərinin) azalmasına yönələn norma nəzərdə tutmur.
Sənaye mülkiyyəti sahəsində beynəlxalq sazişlərin üçüncü qrupunu bey
nəlxalq təsnifetm ə sistem i yaradan m üqavilələr təşkil edir. Beynəlxalq
Patent Təsnifatı (BPT) barədə Strasburq sazişi (qısaca BPT sazişi) həmin
müqavilələrdən biridir. Saziş 1971-ci ildə qəbul edilmişdir. Saziş əsasında
Beynəlxalq Patent Təsnifatı (BPT) yaradılmışdır.
BPT texnikanın mövcud səviyyəsini müəyyənləşdirmək məqsədi ilə patent
sənədlərinin axtarışı üçün lazımdır. Belə axtarış hər şeydən əvvəl, patent ve
rən orqanlar üçün əhəmiyyətlidir. Məsələ burasındadır ki, ixtira və faydalı mo
del barəsində iddia sənədinin formal ekspertizası aparılarkən ixtira və faydalı
modelin düzgün təsnif edilməsi məhz BPT əsasında müəyyənləşdirilir.
Strasburq sazişini 47 dövlət imzalamışdır. Azərbaycan Respublikası sazi
şin iştirakçısı deyildir. Amma BPT-dən faktiki olaraq dünyanın 100-dən çox
dövlətinin patent idarəsi istifadə edir.
Göstərilən müqavilə qrupuna Sənaye Nüm unələrinin Beynəlxalq Təsni
fatının (SNBT) yaradılması barədə Lokarn sazişi də aiddir. Saziş çoxtərəfli
beynəlxalq müqavilə olub, 8 oktyabr 1968-ci ildə imzalanmış, 27 aprel 1971-ci
il tarixində qüvvəyə minmişdir. SSRİ 1972-ci ildə sazişə qoşulmuşdu. 15 yan
var 2001-ci il tarixinə kimi olan vəziyyətə görə sazişdə 39 dövlət iştirak edir.
Azərbaycan Respublikası sazişin iştirakçısı deyildir.
Saziş əsasında Sənaye Nümunələrinin Beynəlxalq Təsnifatı (SNBT) yara
dılmışdır. İddia sənədinin formal ekspertizası aparılan zaman sənaye nümunə
sinin düzgün təsnif edilməsi məsələsi məhz SNBT əsasında müəyyənləşdirilir.
Sənaye mülkiyyətinin qorunması məsələsinin tənzimlənməsində regional
sazişlər də mühüm rol oynayır. Belə sazişlər xüsusi xarakterə malik olub, bir
sıra dövlətlər arasında əməkdaşlığın inkişafı məqsədinə xidmət edir.
Avropa patent konvensiyası (Avropa patenti verilm əsi barədə Münhen
konvensiyası, 1973) əsas regional sazişlərdən biridir. O, patent mühafizəsini
regional səviyyədə həyata keçirir. Biz, əvvəllər bu konvensiya barədə danış
mışıq. Bircə onu əlavə etmək yerinə düşərdi ki, konvensiyanın nəzərdə tutdu
ğu Avropa patenti nəinki konvensiya iştirakçısı olan dövlətlərdən olan iddiaçı
lara, həm də istənilən digər şəxslərə verilə bilər, istənilən A vropa dövləti
(Avropa İttifaqının üzvü olmasından asılı olm ayaraq) konvensiyaya qo
şula bilər. Avropa patenti Qərbi Avropada qüvvədədir. Konvensiyanın 18 üz
vü vardır. Patent almaq üçün müraciət edən iddiaçının 18 əvəzinə yalnız bir id
dia sənədi verməsi kifayətdir. Avropa patenti konvensiya iştirakçısı olan 18
402
dövlətin hər birində milli səviyyədə həyata keçirilən mühafizəyə bərabər tutu
lan (ekvivalent olan) qoruma ilə təmin edir. Amma o, real olaraq Ümumavropa
patentləşdirmə sistemini yaratmır.
Avropa patenti barədə Lüksemburq konvensiyası (1975) regional saziş
hesab edilir və patent mühafizəsini regional səviyyədə həyata keçirir. Konven
siyanın nəzərdə tutduğu Avropa patenti milli patent rolunu yerinə yetirərək Av
ropa İqtisadi Birliyinə üzv olan dövlətlərin (ümumi bazara daxil olan dövlətlə
rin) ərazisində qüvvədə olur. Bu səbəbdən ona AİB dövlətləri (Ümumi Bazar
ölkələri) üçün nəzərdə tutulan Avropa patenti deyilir (AİB patenti). İstənilən
iddiaçı AlB-yə daxil olan dövlətlərin ərazisində yaşamasından asılı olmayaraq
AİB patenti ala bilər. Konvensiya AlB-yə üzv olan ölkələr (Ümumi Bazar ölkə
ləri) tərəfindən imzalanmışdır. O, lazımi sayda ölkələr tərəfindən ratifikasiya
olunmadığına və bir sıra səbəblərə görə indiyə kimi qüvvəyə minməmişdir’ .
MDB məkanında sənaye mülkiyyətinin qorunmasında Avrasiya patent
konvensiyası (1994) mühüm rol oynayır. Bu konvensiya MDB-yə daxil olan
ölkələr arasında patent mühafizəsinin dövlətlərarası sistemini yaradır. Biz, bu
konvensiya barədə əvvəllər danışmışıq. Lakin müəyyən əlavələr edilməsini
zəruri hesab edirik.
Qeyd etdiyimiz kimi, konvensiyaya uyğun olaraq Avrasiya Patent Təşkila
tı (o, öz hüquqi statusuna görə hökumətlərarası təşkilatdır) yaradılmışdır ki, İn
zibati Şura və Avrasiya Patent İdarəsi həmin təşkilatın əsas orqanları sayılır.
İnzibati Şura iclas formasında fəaliyyət göstərir. Onun səlahiyyətinə aid edilən
bütün məsələlərə ildə bir dəfə çağırılan növbəti iclasda baxılır. İnzibati Şuranın
növbədənkənar iclası da keçirilə bilər.
İnzibati Şura Avrasiya Patent Təşkilatının büdcəsini, təlimatları təsdiq edir,
onun bağladığı beynəlxalq sazişləri bəyənir, habelə Avrasiya Patent İdarəsinin
prezidentini təyin edir.
A vrasiya Patent İdarəsi iddia sənədlərini qəbul edir və Avrasiya patenti
verir. Avrasiya patentinin qüvvədə olma müddəti 20 ildən (bu müddət Avrasi
yada iddia sənədi verildiyi tarixdən hesablanır) ibarət olub, konvensiya iştirak
çısı olan bütün dövlətlərin ərazisində dərc olunduğu tarixdən tanınır.
Avrasiya konvensiyasında patent hüququna adi müxtəlif maddi normalar
müəyyən edilir. Bu normalarda göstərilir ki, ixtira yeni, ixtira səviyyəli və səna
yedə tətbiq edilə bilən olduqda, Avrasiya patenti verilir (konvensiyanın 6-cı
maddəsi). İlkinlik hüququ Paris konvensiyasına uyğun olaraq tanınır (konven
siyanın 8-ci maddəsi). Avrasiya konvensiyası patent sahibinin müstəsna hü
quqlarını, hüquqi mühafizənin həcmi və qüvvədə olma müddətini və digər mə
sələləri müəyyən edən maddi normalar da nəzərdə tutur.
Avrasiya konvensiyası həm də prosedura normaları müəyyən edir. Bu
normalar hər şeydən əvvəl, Avrasiya iddia sənədinin verilməsi və Avrasiya pa
tentinin alınma qaydalarına həsr edilmişdir. Həmin normalar digər tərəfdən, id
dia sənədinin ekspertizası ilə bağlı münasibətləri tənzimləyir. Konvensiya bu 1
1
Гражданское и торговое право зарубежных государств. Учебник. Том 2/Отв.рсд.
Е.А.Васильев. А.С.Крмаров.
М ., 2005, с. 489.
403
məsələdə təxirəsalınmış ekspertiza barədə norma müəyyən edir. Bu nor
maya görə, iddiaçının vəsatətinə əsasən Avropa Patent İdarəsi iddia sənədi
nin mahiyyətlə ekspertizasını aparır. Vəsatət məlumat axtarışı barədə hesabat
dərc edildiyi tarixdən 6 ay ərzində Avropa Patent İdarəsinə verilir.
Avrasiya Patent Təşkilatının iqamətgahı Moskvada yerləşir. Təşkilatın rəs
mi dili rus dilidir.
Avrasiya patent konvensiyası patent mühafizəsini regional səviyyədə həya
ta keçirir. Konvensiya Paris və Vaşinqton konvensiyalarını imzalayan istənilən
dövlətin ona daxil olması üçün açıqdır.
Avrasiya konvensiyası Apellyasiya Patent M əhkəm əsinin yaradılmasını
nəzərdə tutmur. Məsələ burasındadır ki, Avrasiya patentinin pozulmasına görə
məsuliyyət məsələləri konvensiya iştirakçısı olan dövlətlərin milli qanunvericili
yi əsasında həll edilir (konvensiyanın 13-cü maddəsi). Bu isə müxtəlif dövlətlə
rin məhkəmələrində patent mübahisələrinə dair bir-birindən fərqli qərarların
qəbul edilməsinə gətirib çıxarır. Avropa patenti verilməsi barədə Münhen kon
vensiyası da patent mübahisələrinə milli qanunvericilik əsasında baxılmasını
nəzərdə tutur. Amma AİB patentinin pozulması ilə bağlı mübahisələrə Apellya
siya Məhkəməsində baxılır1.
Azərbaycan Respublikasının hər bir vətəndaşının, habe
lə hüquqi şəxsinin sənaye mülkiyyəti obyektini xarici
dövlətlərdə patentləşdirmək hüququ vardır. Sənaye
m ülkiyyəti obyektini xarici d övlətlərdə p a tentləşdir
mək hüququ dedikdə, Azərbaycan Respublikasına məxsus olan ayrı-ayrı
şəxslərin başqa ölkələrdə həmin obyekt üçün xarici patent almaq imkanı başa
düşülür.
Xarici dövlətlərdə patentləşdirməni hər şeydən əvvəl, müstəqil surətdə iddi
açının özü həyata keçirə bilər. Bununla belə, xarici patent almaq məsələsi pa
tent xidməti göstərən xüsusi firmaların və ya patent müvəkkilinin köməyi ilə
də həll oluna bilər.
Xarici patent almağın (xarici dövlətlərdə patentləşdirmənin) iki əsas qay
dası (yolu) vardır. Bunlardan biri ənənəvi qayda (yol) adlanır.
Xarici patent almağın ənənəvi qaydası (yolu) iddiaçının xarici patent al
maq istədiyi hər bir dövlətdə ayrıca iddia sənədi verməsini tələb edir. İddiaçı
hansı dövlətlərdə sənaye mülkiyyəti obyektinin qorunmasını və hüquqi mühafi
zə ilə təmin edilməsini arzulayırsa, o, dövlətlərin hər birində də xarici patent
almaq üçün ayrıca olaraq iddia sənədi verməli və onu tərcümə etdirməlidir.
Xarici dövlətin patentini almaq üçün iddia sənədi həmin dövlətin patent qanun
vericiliyinin tələblərinə uyğun olaraq tərtib olunmalıdır ki, bu, mürəkkəb pro
sesdir. Xarici dövlətlərin patent qanunvericiliyi isə iddia sənədinin tərtib edil
məsi, iddia sənədinin verilməsi və digər prosedura məsələləri barəsində bir-bi
rindən fərqli tələblər müəyyən edir.
Ənənəvi qayda ilə (yolla) iddia sənədi verildikdən sonra bu sənədi qəbul 1
Xarici ölkələrdə
patentləşdirmə
qaydaları
1 Протокол по разрешению спорол, касающихся вопросов патентной охраны и юридической
силы
патентов Сообществ.
4 0 4
edən patent idarəsi hər bir iddia sənədi üzrə formal ekspertiza aparır. Bun
dan əlavə, patent idarəsi hər bir iddia sənədi üzrə məlumat axtarışı və ma
hiyyətcə ekspertiza apara bilər.
Xarici patent almağın ikinci qaydası (yolu) patent kooperasiyası barədə
Vaşinqton müqaviləsində (RST-də) nəzərdə tutulan yoldur ki, buna RST siste
mi (prosedurası) deyilir. RST sistemi bir neçə xarici dövlətdə patent alınmasını
və
sənaye mülkiyyəti obyektinin hüquqi mühafizə ilə təmin olunmasını asan
laşdıran, necə deyərlər, sadələşdirən yoldur.
RST sistem inə (prosedurasına) görə, RST iştirakçısı olan dövlətin istəni
lən şəxsi xarici patent almaq üçün yalnız bir dildə bir milli patent idarəsinə
(beynəlxalq axtarış orqanına) bir iddia sənədi verə bilər ki, ona beynəlxalq id
dia sənədi deyilir. Beynəlxalq iddia sənədinin verildiyi başlıca dillərə aiddir: in
gilis dili; ispan dili; çin dili; alman dili; rus dili; fransız dili; yapon dili. İddiaçı
beynəlxalq iddia sənədində xarici patent almaq istədiyi RST iştirakçısı olan
dövlətlərin adını göstərir. Beynəlxalq iddia sənədi ya Beynəlxalq Patent Koo
perasiyası İttifaqında ya da milli patent idarəsində tərtib edilə bilər1. Qərbi Av
ropada iddia sənədinin tərtib edilib, Avropa Patent İdarəsinə verilməsi müm
kündür. RST iştirakçısı olan bütün dövlətlərin hamısı iddia sənədinin belə şə
kildə tərtib edilib verilməsinə razıdır.
Beynəlxalq iddia sənədi üm um iləşdirilm iş anlayışdır. Buna görə də o, bir
neçə sənəddən ibarətdir. Həmin sənədlərə aiddir2.
• xüsusi blankda ərizə;
• ixtiranın təsviri;
• əgər lazımdırsa, çertyoj;
• ixtiranın düsturu;
• referat.
Beynəlxalq iddia sənədi RST üzvü olan dövlətlərin hamısında milli iddia
sənədi kimi tanınır. O dövlətlərdə ki, iddia sənədində həmin dövlətlərdən xarici
patent verilməsi barədə xahiş ifadə olunur.
Beynəlxalq iddia sənədi müəyyən formada tərtib edilir. Beynəlxalq iddia sə
nədinin forması barədə hər hansı bir dövlət tələb müəyyənləşdirə bilməz.
Sonra beynəlxalq iddia sənədinin form al ekspertizası aparılır. Formal eks
pertizanı yalnız iddia sənədinin verildiyi patent idarəsi («sənədi alan idarə»)
apara bilər.
Formal ekspertizadan sonra iddia sənədinə əsasən beynəlxalq axtarış
prosedurası həyata keçirilir. Beynəlxalq axtarış texnikanın mövcud səviyyəsi
ni təyin etmək üçün aparılan sənədli axtarışdır. Belə axtarışın ixtiranın sonra
dan patentə layiq (patent qabiliyyətli) olmasını müəyyənləşdirmək və patent
almaq baxımından mühüm əhəmiyyəti vardır.
Beynəlxalq axtarışı «beynəlxalq axtarış orqanları»ndan biri apara bilər.
Beynəlxalq axtarış orqanı funksiyasını, bir qayda olaraq, ayrı-ayrı dövlətlərin
milli patent idarələri (patent xidməti orqanları) yerinə yetirir. Aşağıdakı idarələr
1
Мэггс П.Б.
Интеллектуальная собственность. M. 2000, с. 94.
: Bax: ст. 3 PCT.
405
qəbul edilir və seleksiya nailiyyətinin sınağı keçirilir. Bu andan mahiyyətcə
ekspertizanın ikinci forması aparılır. Ekspertizanın həmin formasına seleksi
ya nailiyyətinin sınağı deyilir. Sınaq zamanı seleksiya nailiyyətinin digər əla
mətlərə, yəni qorunma (patentə layiq olma) şərtlərinə (fərqlilik, oxşarlıq və sa
bitlik kimi üç şərtə) uyğun gəlməsi yoxlanılır.
Seleksiya n a iliyyətinin sınağı elə bir yoxlamadır ki, bunun nəticəsində
onun fərqlilik, oxşarlıq və sabitlik kimi qorunma (patentə layiq olmaq) şərtləri
nə cavab verməsi müəyyən edilir. Buna görə seleksiya nailiyyəti fərqlilik, ox
şarlıq və sabitlik kimi şərtlər baxımından sınaqdan keçirilir. Sınaq müvafiq nor
mativ sənədə (təlimata) uyğun aparılır.
Sınağı aparmaq üçün iddiaçı müəyyən edilmiş müddətdə sınaq üçün tələb
olunan miqdarda bitki materialları və damazlıq ehtiyatları təqdim etməlidir. Bit
ki materialı dedikdə, sortu yaymaq məqsədi daşıyan bitki toxumları, çubuqla
rı, soğanaqları və digər hissələri başa düşülür. Damazlıq ehtiyatı isə dövlət
sertifikatına malik, damazlıq məqsədi ilə yetişdirilən heyvanlara və onların to
xumlarına, yumurtalarına, rüşeymlərinə deyilir.
Seleksiya nailiyyətinin patent ekspertizası (mahiyyətcə ekspertiza) nəticə
sində nəzərdə tutulan qorunma şərtlərinə (patentə layiq olmaq şərtlərinə) uy
ğun gəlməsi müəyyənləşdirilərsə, səlahiyyətli orqan patent vermək haqqın
da qərar qəbul edir. Bununla dövlət qeydiyyatının ikinci mərhələsi başa çatır.
Dövlət qeydiyyatının üçüncü mərhələsində səlahiyyətli orqan seleksiya
nailiyyəti barədə dövlət reyestrində müvafiq qeydiyyat aparır, habelə rəsmi
bülletenində seleksiya nailiyyəti barədə məlumat dərc etdirir. Bundan sonra
iddiaçı şəxsə patent verilir. Müəllifə isə müəlliflik şəhadətnaməsi verilir. Selek
siya nailiyyətlərinin dövlət reyestri dedikdə, müəlliflik və patent hüququ mü
hafizə olunan bitki materialı və damazlıq ehtiyatlannın dövlət qeydiyyat reyest
ri başa düşülür.
İddiaçı şəxsə patent verilməsi ilə dövlət qeydiyyatının - seleksiya nailiyyəti
hüququnun rəsmiləşdirilməsi prosesinin üçüncü (yekun) mərhələsi başa çatır.
Bu andan iddiaçının patent hüququ - seleksiya nailiyyətindən istifadəyə müs
təsna (leqal inhisar) hüququ yaranır. Seleksiya nailiyyəti isə hüquqi mühafizə
nin müstəqil obyekti olur və qorunur.
Bəzən iddiaçı şəxs seleksiya nailiyyətinin xarici dövlətlərdə hüquqi mühafi
zə ilə təmin olunmasını və qorunmasını istəyir. Sözsüz, bunun üçün o, xarici
dövlətdə patent almalıdır. Buna seleksiya nailiyyətinin xarici dövlətlərdə pa-
tentləşməsi deyilir. Seleksiya nailiyyətinin xarici dövlətlərdə patentləşmə-
si dedikdə, Azərbaycan Respublikasının fiziki və hüquqi şəxslərinin xarici öl
kələrdə seleksiya nailiyyəti üçün patent alması başa düşülür. Qanun buna yol
verir’ . Bundan ötrü həmin şəxslər patent almaq üçün xarici dövlətin müvafiq
orqanına iddia sənədi verməlidirlər. Onlar Azərbaycan Respublikasının səla
hiyyətli orqanına bu barədə məlumat verməlidirlər.
494
«Seleksiya n a iliy y ə tlə ri haqqında» qanunun 30-cu maddəsi.
|