Odlar Yurdu Universitetinin «Mülki hüquq» kafedrasının baş müəllimi T. Feyzullayeva Sabir Salman oğlu Allahverdiyev. Azərbaycan Respublikasının m ülki hüququ. ILL cild. IV kitab dərs


§  7.  S ə n a ye   m ü lkiyyəti  o b y e k tlə rin in



Yüklə 19,08 Mb.
Pdf görüntüsü
səhifə30/54
tarix30.04.2020
ölçüsü19,08 Mb.
#31027
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   54
§  7.  S ə n a ye   m ü lkiyyəti  o b y e k tlə rin in  

q o ru n m a s ın ın   p ate n t  fo rm a s ı

Patent sənaye 

SSRİ  dövründə  iki  mühafizə  forması  mövcud  idi.

mülkiyyəti  obyektlərini 

Belə ki'  SSR'  qanunvericiliyi  ixtiraların  mühafizəsi 

qoruyan  sənəd  kimi 

(qorunması)  üçün  iki forma  nəzərdə  tuturdu1;  mü­

əlliflik  şəhadətnaməsi;  patent.  Sovet  vətəndaşla­

rı,  bir qayda  olaraq,  m ü ə lliflik şəhadətnam əsi  almaq  üçün  iddia  sənədi  verir­

dilər.  İxtira  üçün  patent  alan  vətəndaşların  sayı  isə  müqayisəedilməz  dərəcə­

də,  son  dərəcədə  az  idi.  Fakt  bundan  ibarət  idi  ki,  sovet  vətəndaşları  patent 

almaq  üçün nadir hallarda  iddia sənədi verirdilər.  Bunu  nə  ilə  izah etmək olar?

Qeyd  etmək  lazımdır ki,  müəlliflik şəhadətnaməsi  ixtiraçının  ixtiraya  müəllif­

liyini  təsdiqləyir,  habelə  onun  əmlak  və  digər  hüquqlarını  təmin  edirdi,  ixtira 

üçün  müstəsna  hüquq  dövlətə  m əxsus  idi.  Belə ki,  müəlliflik şəhadətnamə­

si  alan  müəllif  ixtiraya  müstəsna  hüququ  dövlətə  verirdi.  Müəlliflik  şəhadətna­

məsi  ilə  qorunan  ixtiradan  istifadə  olunması  məsələsini  sovet  dövlət  orqanları 

və digər təşkilatlar həll edirdilər.  Dövlət  ixtiranın  tətbiqinin  məqsədəuyğunluğu- 

nu  nəzərə almaqla,  onun  həyata  keçirilməsinin  qayğısını  öz  üzərinə  götürürdü. 

Bununla  ixtiraçıların  yaratdığı  obyektdən  fayda  götürmək  imkanı  təmin  olunur­

du.  İxtiradan  istifadə  olunduğu  hallarda  bunun  nəticəsindən  asılı  olaraq,  ixtira- 

çı  haqq  (mükafat)  almaq  hüququna  malik  idi.  Müəlliflik  şəhadətnaməsinin  sa­

hibi qanunvericiliyə  müvafiq olaraq,  güzəştlərdən  istifadə  edə  bilərdi.

İxtira müəllifi öz mülahizəsinə görə  müəlliflik şəhadətnaməsi  yox,  patent ala 

bilərdi.  Belə  halda  ixtira  üçün  müstəsna  hüquq  dövlətə  yox,  ixtira  müəllifinin 

özünə  (patent  alana)  məxsus  olurdu.  Patent  alan  şəxsin  (patentin  məxsus  ol­

duğu  şəxsin)  razılığı  olmadan  heç  kəs  ixtiradan  istifadə  edə  bilməzdi.  O,  pa­

tentdən  istifadə  olunmasına  icazə  (lisenziya)  verə  bilər  və  ya  patentini  tama­

milə  başqasına  verə  bilərdi.  Patent  alan  şəxs  müəlliflik  şəhadətnaməsinin  sa­

hibindən fərqli  olaraq  bir sıra  hüquq  və  güzəştlərdən  istifadə  edə  bilməzdi.  O, 

faktiki olaraq  öz yaratdığı obyektdən  real fayda  götürmək imkanından  məhrum 

idi.  Patent  mühafizə  forması  formal  xarakter  daşıyırdı.  Bunlara  görə  sovet  və­

təndaşları  ixtira  üçün  patent  yox,  m üə lliflik  şəhadətnam əsi  alınmasına 

üstünlük verirdilər.

'  Положения  об  открытиях,  изобретениях  и  рационализаторских  предложениях;  Azərbaycan 

Respublikasının M ü lk i  M əcəlləsinin  (1964-cü i!) 519-cu maddəsi.

354


Sovet  dövrünün  qanunvericiliyindən fərqli olaraq Azərbaycan Respublikası­

nın 


müasir qanunvericiliyində  ixtiranın və sənaye  mülkiyyətinin digər obyektlə­

rinin  yalnız  patent formasında qorunması  nəzərdə tutulur.  Başqa  sözlə desək, 

Azərbaycan  Respublikasında  sənaye  mülkiyyəti  obyektləri ancaq  patentin  kö­

məyi  ilə  qorunur.  Patent  sənaye  mülkiyyəti  obyektlərinin  qorunmasının 

yeganə form asıdır.  Bunu  nə ilə izah etmək olar?

Bildiyimiz  kimi,  XX  əsrin  axırlarında  Azərbaycan  Respublikası  komanda 

(sovet)  iqtisadiyyatından  imtina  edərək bazar iqtisadiyyatına keçdi.  Ölkəmizdə 

iqtisadiyyat  bazar prinsipləri  əsasında təşkil  olunmağa  başladı.  Bazar münasi­

bətləri  şəraitində  cəmiyyət  üçün yaradılan  yeni texniki vasitələr və elmi-texniki 

nailiyyətlər əmlak  dəyəri  olan  nemət -  xüsusi  xarakterli  əmtəə  kimi tanındı. 

Öz  əməyi  ilə  belə  əmtəə  yaradan  şəxsin  əmlak  mənafelərinin,  ondan  fayda 

götürmək imkanının təmin olunması vacib məsələyə çevrildi. Azərbaycan Res­

publikasında  sənaye  mülkiyyəti  obyektlərinin  qorunmasının  mövcud  sistemini 

mahiyyətcə  dəyişdirərək  bazar  iqtisadiyyatının  qaydalarına  uyğunlaşdırmaq, 

patent  sistem inin  islahatını  həyata  keçirmək  tələb  olunurdu.  Məhz  patent 

sisteminin  islahatı  şəxslərə  öz  yaratdıqları  elmi-texniki  nailiyyətlərə real  surət­

də  sərəncam vermək imkanı verə bilərdi.

1997-ci  ildə  Azərbaycan  Respublikasında  patent  haqqında  qanun  qəbul 

edildi.  Bu  qanun ölkədə sənaye mülkiyyəti obyektlərinin qorunması sistemində 

köklü  dəyişikliklərin  başlanğıcını  qoydu,  patent  islahatının  həyata  keçirilməsin­

də  mühüm  rol  oynadı.  Qanun  patenti  sənaye  mülkiyyəti  obyektlərinin  qorun­

masının  yeganə forması  kimi  müəyyən  etdi.  Onun  qəbul edilməsi  ilə Azərbay­

can  Respublikasında  elmi-texniki  nailiyyətlərin qorunma  sisteminin hüquqi fun- 

damenti  qoyuldu.

Digər tərəfdən,  sənaye  mülkiyyəti obyektlərinin qorunmasının  patent forma­

sı  demək  olar  ki,  dünyanın  bütün  ölkələrinin  qanunvericiliyinə  məlumdur.  Sə­

naye  mülkiyyətinin  qorunmasının  beynəlxalq  sistemi  patent mühafizə forması­

na  əsaslanır.  Başqa  sözlə  desək,  patent  beynəlxalq  patent  hüququnun  hamı- 

lıqla  tanınmış  normasına  görə  əsas  və  başlıca  mühafizə  sənədidir.  Azərbay­

can  Respublikasının  patent  qanunvericiliyini  bu  normaya  uyğunlaşdırmaq,  sə­

naye  mülkiyyətini  beynəlxalq standartlarla  şərtlənən sivil formada qorumaq tə­

ləb edilirdi.  Bunun üçün  sənaye mülkiyyətini qorumağın tam şəkildə patent for­

ması qəbul olundu.

Qeyd  etdik  ki,  mülki  hüququn,  daha  dəqiq  söyləsək,  onun

Patentin 

gqij  mülkiyyət  hüququ  yarımsahəsinin  yerinə  yetirdiyi  əsas 

funksiya arı 

funksiyalardan  biri sənaye  mülkiyyəti  obyektlərini hüquqi cə­

hətdən  qorumaqdan,  yəni  hüquqi  mühafizə  ilə  təmin  etməkdən  ibarətdir.  Sə­

naye  mülkiyyəti obyektlərini qorumaq (mühafizə etmək) nə üçün lazımdır?

Qeyd  etmək  lazımdır  ki,  yaradılan  hər bir sənaye  mülkiyyəti obyekti  cəmiy­

yət  üçün  nəzərdə  tutulan  yeni texniki  vasitə və  nailiyyət deməkdir.  Sözsüz  ki, 

şəxsin  öz  yaradıcı  əməyi  ilə  yaratdığı  həmin  vasitəyə  (nailiyyətə)  real  surətdə 

sərəncam vermək və ondan  faydalanmaq imkanı təmin edilməlidir.  Bundan öt­

rü  xüsusi  olaraa  yerinə  yetirilən  rəsmi  prosedura çərçivəsində  yeni  texniki  va­

sitə  (nailiyyət)  Ьа-ədə  məlumatlar  ictimaiyyətə  çatdırılır (iddia  sənədinin  tərtib

355


olunaraq  səlahiyyətli  dövlət  orqanına  verilməsi,  iddia  sənədi  barəsində  məlu­

matın  həmin orqanın  rəsmi bülletenində  dərc olunması və s.).  səlahiyyətli  döv­

lət  orqanı  iddia  sənədində  göstərilən  (təklif olunan)  texniki  vasitənin  (nailiyyə­

tin)  dünya  texnikasının  müasir səviyyəsi  baxımından  yeni  (təzə)  olmasını  yox­

layır (iddia  sənədinin  ekspertizası).  Nəhayət,  əgər yoxlama  müsbət  nəticə  ve­

rərsə,  dövlət  (daha  doğrusu,  dövlət  adından  səlahiyyətli  dövlət  orqanı,  yəni 

patent  idarəsi)  iddiaçıya  xüsusi  m ühafizəedici  (qoruyucu)  sənəd  verilm əsi 

barədə  qərar  (fərdi  akt)  qəbul  edir.  Həmin  sənəd  patent  adlanır.  Patent  elə 

bir  sənəddir  ki,  şəxsin  yaratdığı  sənaye  mülkiyyəti  obyektini  hüquqi  mühafizə 

ilə təmin edir.

Patent  dedikdə,  sənaye  m ülkiyyəti  obyektini  (ixtiranı,  faydalı  modeli  və 

ya  sənaye  nümunəsini)  qorumaq  üçün  həmin  obyekti  yaradıcı  əməyi  ilə 

yaradan  şəxsə  (müəllifə)  və  onun  göstərdiyi  digər  şəxslərə  səlahiyyətli 

dövlət orqanı tərəfindən  verilən  rəsmi  mühafizə sənədi  başa  düşülür.

Sənaye  mülkiyyəti  obyektləri  məhz  patentin  vasitəsi  ilə  qorunur.  Patentlə 

qorunma  onu  ifadə  edir  ki,  sənaye  mülkiyyəti  obyektindən  istifadə  etmək  niy­

yətində  olan  istənilən  hər  hansı  bir  şəxs  patent  sahibindən  (patent  alan  şəxs­

dən) sənaye  m ülkiyyəti  obyektindən  istifadə etməyə  icazə  (razılıq) alm alı­

dır.  Sənaye  mülkiyyəti  obyektini  patentlə  qorumaq  həmin  obyektdən  ayrı-ayrı 

şəxslərin  qanunsuz  (icazəsiz)  surətdə  istifadə  etmələrinin  qarşısını  almaq  de­

məkdir.  Buna  görə  də  sənaye  mülkiyyəti  obyektini  başqa  şəxslərin  qanunsuz 

istifadəsindən  qorumaq  patentin  əsas funksiyası  sayılır.

Patent əsas funksiyadan  başqa,  bir sıra  əlavə fu n k s iy a la r da yerinə yetirir. 

Təsdiq  etmək  patentin  əlavə  funksiyalarından  biridir.  Patentin  bu  funksiyası­

nın üç təzahür forması vardır.

Birinci  forma  ondan  ibarətdir  ki,  patent  sənaye  m ülkiyyə tinə   m üə llifliyi 

təsdiq  edir.  Belə  ki,  patentdə sənaye  mülkiyyəti obyektini  yaradan  şəxsin,  yə­

ni  müəllifin  adı  göstərilir.  Başqa  sözlə  desək,  patent  əsasında  sənaye  mülkiy­

yəti obyektinin  müəllifini  müəyyənləşdirmək mümkündür.

Patentin  təsdiq  etmək  funksiyasının  ikinci  təzahür  forması  ondan  ibarətdir 

ki,  o,  iddia sənədində göstərilən  (təklif edilən)  müvafiq  həllin  (nailiyyətin,  texni­

ki  vasitənin)  dövlət  tərəfindən  sənaye  m ülkiyyəti  ob ye kti  (ixtira,  faydalı 

model  və  ya  sənaye  nümunəsi)  kim i  tanınm asını  tə sd iq   e d ir'.  Patent  sü­

but edir ki,  şəxsin  yaratdığı  və  təklif etdiyi  nailiyyət  (həll)  barəsində  dövlət  rəs- 

mən tanıma  aktını  həyata  keçirmişdir.  Yalnız rəsmi  tanıma  aktından  sonra  mü­

vafiq nailiyyət  (həll) sənaye  mülkiyyəti obyekti sayılır,  patent hüquq  institutu  ilə 

(qanunla)  qorunur  və  onun  barəsində  subyektiv  hüquqlar  (istifadə  hüququ  və 

s.)  əmələ gəlir.  Dövlət tərəfindən  tanınmayan  hər  hansı  b ir  nailiyyət  (həll) 

qorunmur.  Müvafiq  nailiyyətin  (həllin) dövlət tərəfindən  sənaye  mülkiyyəti  ob­

yekti kimi tanınıb-tanınmaması  məsələsi  isə patent əsasında  müəyyənləşdirilir.

Üçüncüsü,  patent  sənaye  m ülkiyyəti  obyektinin  ilk in liy in i  (birin ciliyini) 

təsdiq edir.  Sənaye  mülkiyyəti obyektinin  ilkinliyi  isə  hüquqi  əhəmiyyətə  malik

’ 

Фомичев  В И.

  Международная торговля.  Учебник.  М .  2001,  с.  355; 



Богусловский М.М.

  М е ж ­

дународное  частное право.  Учебник.  М .  2002, с.  311.

356


olan  məsələdir.  Belə  ki,  qeyd  etdiyimiz  kimi,  sənaye  mülkiyyəti  obyekti  üçün 

patent  almaq  istəyən  şəxs səlahiyyətli  dövlət orqanına  (patent idarəsinə) iddia 

sənədi  verməlidir.  İlkinlik  iddia  sənədinin verildiyi tarixlə,  yəni  səlahiyyətli  döv­

lət  orqanına  (patent  idarəsinə)  daxil  olduğu tarixlə  müəyyən  edilir.  İlkinlik  ki­

mə  m əxsusdursa,  ona  da  patent veriləcəkdir.  Başqa sözlə  desək,  eyni  sə­

naye  mülkiyyəti  obyektinə  müxtəlif  şəxslər  iddia  sənədi  verərlərsə,  həmin 

şəxslərdən  o şəxsin yaratdığı obyekt dövlət tərəfindən tanınacaq və patent ve­

riləcəkdir  ki,  ilkinlik  ona  məxsus  olsun.  İlkinlik  patent  almaq  üçün  iddia  sə­

nədi  verilm əsində  b irin c ilik   deməkdir.  Buna  görə  də  kim  birinci olaraq iddia 

sənədi verərsə,  ona da  patent veriləcəkdir.  İddia  sənədi verilməsində birincilik, 

yəni  iddia  sənədinin  birinci  olaraq  verilməsi  sənaye  mülkiyyəti obyektinin yeni 

(təzə)  olmasını  təmin  edir.  Belə  ki,  iddia  sənədində  göstərilən  (təklif  edilən) 

nailiyyətin  (həllin)  yeni  olması  qiymətləndirilərkən  yalnız  ilkinlik  müəyyənləşdi­

rilən  ana  kimi  mövcud olan materiallar tutuşdurula və müqayisə edilə bilər.

Patent  sahibini  m üstəsna  hüquqla  təmin  etmək  patentin yerinə yetirdiyi 

əlavə  funksiyalardan  biridir.  Belə  ki,  patent  sənaye  mülkiyyəti  obyektlərindən 

istifadə  etmək  üçün  patent  sahibinə  müstəsna  hüquq verir.  İddiaçı  patent ala­

raq  sənaye  mülkiyyəti  obyektindən  istifadə  üçün  müstəsna  hüquq  əldə  edir. 

Müstəsna hüquq  patent sahibinin  sənaye mülkiyyəti obyektinə qanuni  inhisar 

hüququnu  ifadə edir1.

Patent  sahibi  sənaye  mülkiyyəti  obyektindən özü istifadə edə və ya  sənaye 

mülkiyyəti  obyektindən  başqa  şəxsin  istifadə  etməsinə  icazə  verə  bilər və ya 

ümumiyyətlə,  ondan  istifadə olunmasına  heç kəsə icazə verməz. Onun razılığı 

olmadan  heç  kəs sənaye  mülkiyyəti obyektindən istifadə edə bilməz.  Əgər hər 

hansı  şəxs  patent  sahibinin  icazəsi  (razılığı)  olmadan  istifadə edərsə,  belə  hal 

qanunsuz  istifadə olub,  patent hüququnun  (müstəsna  hüququn) pozulması sa­

yılır.  Patent  sahibi  zərərin  əvəzinin  ödənilməsi və  patent hüququnun pozulma­

sına  yönələn  hərəkətlərin  qadağan  olunması barədə iddia ilə  məhkəməyə mü­

raciət  edə  bilər.  Məhkəmə  qərarı  əsasında  patent  hüququnu  pozan  şəxsdən 

onun  vurduğu  zərərin  əvəzi  alına,  habelə  həmin şəxsin  ixtiradan  və s.  istifadə 

nəticəsində  yaratdığı  məmulata  həbs  qoyula  bilər  və  s.  Deməli,  sənaye  mül­

kiyyəti  obyektindən  patent sahibinin  icazəsi  (razılığı) olmadan  istifadə olunma­

sı  qanunsuz  (hüquqazidd)  istifadə  sayılır  və  məsuliyyətə  səbəb  olur.  Patent 

sahibinin  müstəsna  hüququnu  pozan  şəxs  pozuntunu  dayandırmalı və vurdu­

ğu zərərin  əvəzini ödəməlidir.

Patentin  yerinə  yetirdiyi  əlavə funksiyalardan  biri ondan  ibarətdir ki,  o,  yeni 

elm i-texniki  nailiyyətlər  barədə  fasiləsiz  informasiya  mənbəyidir.  Belə  ki, 

patent fondlarının  köməyi  ilə  sənaye  mülkiyyəti obyektindən  istifadə olunması­

na verilən  icazə  (lisenziya)  barədə  leqal yolla  konkret materiallar toplanıla, ya­

radılan  yeni  sənaye  mülkiyyəti  obyektləri  haqqında  müntəzəm  surətdə  infor­

masiya  əldə oluna və elmi-texniki tədqiqatlar təhlil edilə bilər.

Гражданское  и  торговое  право  зарубежных  государств.  Учебник.  Том 



1/Отв.рсд. 

Е. А.Васильев, А.С.Комаров.

  М.,  2005, с.  483.

357


Dövlət  adından  patent  verilməsi  patent  sahibi  üçün  sub- 

Subyektiv 

yektiv  hüquqlar  yaradır.  Həmin  hüquqlar  patentlə  bağlı

patent hüququ 

olduğuna  və  patentdən  irəli  gəldiyinə  görə  subyektiv  pa­

tent  hüquqları  adlanır.  Subyektiv  patent  hüquqları  patent  sahibinin  malik  oldu­

ğu  hüquqlardır ki,  rəsmi  surətdə  patentlə  təsdiq  edilir.  Yalnız iddiaçı  şəxsə  pa­

tent verilməsi  barədə  dövlət tərəfindən  fərdi  akt  qəbul  edildikdə,  subyektiv  pa­

tent  hüquqları  yaranır.  Məhz  patent  iddiaçını  subyektiv  hüquqlarla  təmin  edir. 

Bu  cəhəti  ilə  onlar  subyektiv  müəlliflik  hüquqlarından  fərqlənir.  Müəllifin  əsər 

barəsində  subyektiv  hüquqlarının  əmələ  gəlməsi  üçün  Avropa  ölkələrində  qə­

bul  edilən  konsepsiyaya  görə,  yalnız  bircə  əsərin  yaradılması  faktı  kifayət 

edər.  Azərbaycan  Respublikasının  müəlliflik  hüququ  analoji  mövqedən  çıxış 

edərək məsələyə  bu cür yanaşır.

Subyektiv  patent  hüquqları  dedikdə,  patent  sahibinin  d ö vlə t  tə rəfin­

dən  ona  verilm iş  patentlə  bağlı  olaraq  m alik olduğu  hüquqi  im kanlar (sə­

lahiyyətlər)  başa  düşülür.

Subyektiv  patent  hüquqları  bir  sıra  xüsusiyyətlərə  malikdir.  Onlar  hər  şey­

dən  əvvəl,  qeyd  etmək  lazımdır ki,  m ütləq  hüquq  növünə aid olan  hüquqdur. 

Belə ki,  sənaye  mülkiyyəti  obyekti  üçün  iddiaçı şəxsə  patent verildiyi  halda  hə­

min  şəxs  patent  sahibi  olur  və  onunla  sayı  bilinməyən  qeyri-müəyyən  dairə 

şəxslər  («hamı  və  hər  kəs»)  arasında  patent  barəsində  (rəsmi  surətdə  tanı­

nan  sənaye  mülkiyyəti  obyekti  barəsində)  m ütləq  xa ra kte rli  patent  hüquq 

m ünasibəti  əmələ  gəlir.  Bu  münasibətin  səlahiyyətli  şəxsi  sayılan  patent sahi­

bi  borclu  tərəfdən  -   sayı  bilinməyən  qeyri-müəyyən  dairə  şəxslərdən  («hamı­

dan  və  hər  kəsdən»)  patenti  (patentlə  bağlı  hüquqlarını)  pozmamalarını  tələb 

etmək  hüququna  malikdir.  Borclu  tərəf («hamı  və  hər kəs»)  isə  patenti  pozma­

ğa yönələn  hərəkətlərdən  çəkinmək  kimi  passiv vəzifə  daşıyır.

İkincisi,  subyektiv  patent  hüququ  m üddətli  hüquqdur.  Bu  o  deməkdir  ki, 

patent  sahibinin  sənaye  mülkiyyəti  obyektindən  istifadə  üçün  patentlə  verilən 

müstəsna  hüququ  (inhisar  hüququ)  müddətsiz yox,  müəyyən  müddətə  qüvvə­

də  olur,  yəni  sənaye  mülkiyyəti  obyekti  patentlə  müəyyən  müddətə  qorunur, 

hüquqi  mühaflzə  ilə təmin  edilir.  Deməli,  patent müddətli sənəddir.

Patentin  m üddətli  sənəd  olması  dedikdə,  patentin  m üəyyən  müddətə 

qüvvədə  olaraq  sənaye  m ülkiyyəti  obyektini  qorum ası,  hüquqi  m ühafizə 

ilə təmin  etməsi  başa  düşülür.

Patent müəyyən  müddətə  qüvvədə olan  sənəddir.  Məhz patentin  qüvvə­

də olduğu  müddət  ərzində  patent sahibi  sənaye  mülkiyyəti  obyektindən  istifa­

də  üçün  müstəsna  hüquqa  malik  olur.  Patentin  qüvvədə  olm a  m üddəti  sə­

naye  mülkiyyəti obyektinin qorunma  müddətidir.

Patentin  qüvvədə  olma  müddəti  qanunla  müəyyən  edilir'.  Özü  də  sənaye 

mülkiyyəti  obyektinin  növündən  asılı olaraq  patentin  qüvvədə  olma  müddətləri 

eyni olmayıb, fərqlənir:

•   ixtira üçün -  20 il;

•   faydalı  model  üçün -  10 il; 1

1 «Patent haqqında» qanunun  10-cu maddəsi.

358


»  sənaye  nümunəsi  üçün -   10 il.

Göstərilən  müddətlər beynəlxalq sazişlərdə nəzərdə tutulan müddətlərə əsa­

sən  uyğun gəlir.  Məsələn,  TRİPS sazişinə görə ixtiranın qorunma müddəti 20 ii, 

sənaye  nümunəsinin  qorunma  müddəti  isə  10  ildən  ibarətdir'.  Bəzi  ölkələrdə 

sənaye nümunəsi  üçün 5 və ya  15 illik qorunma müddəti müəyyən edilir1

 2.


Patentin  qüvvədə  olma  müddətinin  hesablanması  (başlaması)  barədə  qa­

nun  göstəriş  ifadə  edir.  Belə  ki,  patentin  qüvvədə  olma  müddəti  iddia  sənədi­

nin  səlahiyyətli  dövlət orqanına  (patent  idarəsinə)  verildiyi gündən  hesablanır. 

Məsələn,  tutalım  ki.  ixtiraya  patent  almaq  məqsədi  ilə  iddiaçı  1  mart 2000-ci  il 

tarixində  patent  idarəsinə  iddia  sənədi  verir.  Patent  1  mart 2020-ci ilə  kimi  (1 

mart 2000-ci  il  + 20 il) qüvvədə olacaqdır.

Qeyd  etmək  lazımdır ki,  patentin  qüvvədə olma müddəti  başa çatdıqda  (yə­

ni  qurtardıqda)  sənaye mülkiyyəti obyekti qorunmur,  hüquqi mühafizə ilə təmin 

edilmir  və  patent  sahibinin  həmin  obyektindən  müstəsna  (inhisar)  istifadə  hü­

ququ  öz  qüvvəsini  itirir.  Sənaye  mülkiyyəti  obyekti  cəmiyyətin  ümumi  istifadə­

sinə verilir.

Üçüncüsü,  subyektiv  patent  hüququ  ərazi  xarakterli  hüquqdur.  Bu,  o  de­

məkdir  ki,  patent  yalnız  onun  verildiyi  dövlətin  ərazisində  qüvvədə  olan  sub­

yektiv hüquq  yaradır.  O,  başqa dövlətin ərazisində  patent sahibi üçün subyek­

tiv hüquq  əmələ gətirmir.  Deməli,  patent yalnız onun verildiyi dövlətin ərazisin­

də  qüvvədə  olan  sənəddir.  Buna  görə  də  patentin  eksterritorial  qüvvəsi 

yo xd u r3.  Hətta  sənaye  mülkiyyəti obyektinin qorunmasına yönələn  beynəlxalq 

konvensiyalar da patenti eksterritorial qüvvə ilə təmin edə, onun ərazi xarakte­

rini  dəyişdirə  bilmir.  Belə  konvensiyalar beynəlxalq  patent verilməsini  nəzərdə 

tutmur.  Beynəlxalq  patent  dedikdə,  konvensiya  iştirakçısı  olan  dövlətlərin 

ərazisində  qüvvədə  olan  patent  başa  düşülür.  Konvensiyalar iştirakçı dövlətlə­

rin  üzərinə  belə  bir  vəzifə  də  qoymur  ki,  onların  verdiyi  patent  başqa  iştirakçı 

dövlətlərin  ərazisində  qarşılıqlı  surətdə  tanınsın.  Hər bir dövlət  sənaye mülkiy­

yəti  obyekti  üçün  özünün daxili  (milli) qanunu əsasında patent verir.  Konvensi­

yaların  isə  əsas  məqsədi  ayrı-ayrı  dövlətlərin  şəxslərinin  bütün  qalan  iştirakçı 

dövlətlərin  ərazisində  subyektiv  patent  hüquqları  əldə etmələri  və  onları  qoru­

maları  məsələsində  asan  şərtlər  müəyyən  etməkdən  ibarətdir.  Bəs,  vəziyyət­

dən  necə çıxmalı?

Sənaye  mülkiyyəti  obyekti  barəsində  xarici  dövlət ərazisində  subyektiv pa­

tent  hüququ  əldə  etmək  üçün  iddiaçı  şəxsin  patent  almaq  məqsədilə  həmin 

dövlətin  səlahiyyətli  orqanına  iddia  ərizəsi  verməsi  və  müstəqil  surətdə 

patentə sahib olması tələb edilir.  Məhz bu  patent əsasında xarici dövlət əra­

zisində  sənaye  mülkiyyəti  obyekti  qorunur,  həmin obyekt  barəsində  subyektiv 

patent  hüququ  yaranır.  Belə  halda  söhbet  sənaye  mülkiyyəti  obyekti  barədə 

əvvəllər  başqa  dövlətdə  yaranan  subyektiv  patent  hüququnun  xarici  dövlətdə 

tanınmasından  yox,  həmin  xarici  dövlətdə  yeni  subyektiv  patent  hüququnun

1  Bax:  раздел  4  и  5.  Соглашения  о  торговых  аспектах  прав  на  интеллектуальную 

собственность (ТРИПС).

:  

Андрей Мчнко

-  Международная охрана интеллектуальной собственности.  М.  2001. с  26.



3Лупц Л.А.

  Курс  ^еждународного частного права.  М.  2002. с. 675.

359


Dövlət  adından  patent  verilməsi  patent  sahibi  üçün  sub- 

Subyektiv 

yektiv  hüquqlar  yaradır.  Həmin  hüquqlar  patentlə  bağlı

patent huququ 

olduğuna  və  patentdən  irəli  gəldiyinə  görə  subyektiv  pa­

tent  hüquqları  adlanır.  Subyektiv  patent  hüquqları  patent  sahibinin  malik  oldu­

ğu  hüquqlardır ki,  rəsmi  surətdə  patentlə təsdiq  edilir.  Yalnız  iddiaçı  şəxsə  pa­

tent verilməsi  barədə dövlət tərəfindən fərdi  akt  qəbul  edildikdə,  subyektiv pa­

tent  hüquqları  yaranır.  Məhz  patent  iddiaçını  subyektiv  hüquqlarla  təmin  edir. 

Bu  cəhəti  ilə  onlar  subyektiv  müəlliflik  hüquqlarından  fərqlənir.  Müəllifin  əsər 

barəsində  subyektiv  hüquqlarının  əmələ  gəlməsi  üçün  Avropa  ölkələrində  qə­

bul  edilən  konsepsiyaya  görə,  yalnız  bircə  əsərin  yaradılması  faktı  kifayət 

edər.  Azərbaycan  Respublikasının  müəlliflik  hüququ  analoji  mövqedən  çıxış 

edərək  məsələyə bu  cür yanaşır.

Subyektiv  patent  hüquqları  dedikdə,  patent  sahibinin  dövlət  tə rə fin ­

dən  ona  verilm iş  patentlə  bağlı  olaraq  malik olduğu  hüquqi  im kanlar (sə­

lahiyyətlər)  başa  düşülür.

Subyektiv  patent  hüquqları  bir  sıra  xüsusiyyətlərə  malikdir.  Onlar  hər  şey­

dən əvvəl,  qeyd etmək  lazımdır ki,  mütləq  hüquq  növünə  aid  olan  hüquqdur. 

Belə  ki,  sənaye  mülkiyyəti obyekti  üçün  iddiaçı şəxsə  patent verildiyi  halda  hə­

min  şəxs  patent  sahibi  olur  və  onunla  sayı  bilinməyən  qeyri-müəyyən  dairə 

şəxslər  («hamı  və  hər  kəs»)  arasında  patent  barəsində  (rəsmi  surətdə  tanı­

nan  sənaye  mülkiyyəti  obyekti  barəsində)  m ütləq  xarakterli  patent  hüquq 

münasibəti  əmələ gəlir.  Bu  münasibətin  səlahiyyətli  şəxsi  sayılan  patent sahi­

bi  borclu  tərəfdən  -   sayı  bilinməyən  qeyri-müəyyən  dairə  şəxslərdən  («hamı­

dan  və  hər  kəsdən»)  patenti  (patentlə  bağlı  hüquqlarını)  pozmamalarını  tələb 

etmək hüququna  malikdir.  Borclu  tərəf («hamı və  hər kəs») isə  patenti  pozma­

ğa yönələn hərəkətlərdən çəkinmək kimi passiv vəzifə daşıyır.

ikincisi,  subyektiv  patent  hüququ  m üddətli  hüquqdur.  Bu  o  deməkdir  ki, 

patent  sahibinin  sənaye  mülkiyyəti  obyektindən  istifadə  üçün  patentlə  verilən 

müstəsna  hüququ  (inhisar  hüququ)  müddətsiz yox,  müəyyən  müddətə  qüvvə­

də  olur,  yəni  sənaye  mülkiyyəti  obyekti  patentlə  müəyyən  müddətə  qorunur, 

hüquqi  mühafizə ilə təmin edilir.  Deməli,  patent müddətli  sənəddir.

Patentin  müddətli  sənəd  olması  dedikdə,  patentin  müəyyən  müddətə 

qüvvədə  olaraq  sənaye  m ülkiyyəti  obyektini  qorum ası,  hüquqi  mühafizə 

ilə təmin  etməsi  başa  düşülür.

Patent müəyyən  müddətə  qüvvədə olan  sənəddir.  Məhz patentin  qüvvə­

də  olduğu  müddət  ərzində  patent  sahibi  sənaye  mülkiyyəti  obyektindən  istifa­

də  üçün  müstəsna  hüquqa  malik  olur.  Patentin  qüvvədə  olma  m üddəti  sə­

naye  mülkiyyəti obyektinin  qorunma  müddətidir.

Patentin  qüvvədə  olma  müddəti  qanunla  müəyyən  edilir1.  Özü  də  sənaye 

mülkiyyəti  obyektinin  növündən  asılı  olaraq  patentin  qüvvədə  olma  müddətləri 

eyni olmayıb,  fərqlənir:

•   ixtira üçün -  20 il;

•  faydalı model üçün -  10  il;

«Patent haqqında» qanunun  10-cu maddəsi.

358


•  sənaye  nümunəsi  üçün -   10 il.

Göstərilən müddətlər beynəlxalq sazişlərdə nəzərdə tutulan müddətlərə əsa­

sən uyğun  gəlir.  Məsələn,  TRİPS sazişinə görə ixtiranın qorunma müddəti 20 il, 

sənaye  nümunəsinin  qorunma  müddəti  isə  10  ildən  ibarətdir'.  Bəzi  ölkələrdə 

sənaye  nümunəsi  üçün 5 və ya  15 illik qorunma müddəti müəyyən edilir1

 2.


Patentin  qüwədə  olma  müddətinin  hesablanması  (başlaması)  barədə  qa­

nun  göstəriş  ifadə  edir.  Belə  ki,  patentin  qüwədə  olma  müddəti  iddia sənədi­

nin  səlahiyyətli  dövlət  orqanına  (patent  idarəsinə)  verildiyi  gündən  hesablanır. 

Məsələn,  tutalım  ki,  ixtiraya  patent  almaq  məqsədi  ilə  iddiaçı  1  mart 2000-ci  il 

tarixində  patent  idarəsinə  iddia  sənədi  verir.  Patent  1  mart  2020-ci  ilə  kimi (1 

mart 2000-ci  il  +  20 il) qüvvədə olacaqdır.

Qeyd etmək  lazımdır ki,  patentin qüvvədə olma müddəti başa çatdıqda (yə­

ni qurtardıqda)  sənaye  mülkiyyəti  obyekti qorunmur,  hüquqi mühafizə ilə təmin 

edilmir  və  patent  sahibinin  həmin  obyektindən  müstəsna  (inhisar)  istifadə  hü­

ququ  öz  qüvvəsini  itirir.  Sənaye  mülkiyyəti  obyekti  cəmiyyətin  ümumi  istifadə­

sinə  verilir.

Üçüncüsü,  subyektiv  patent  hüququ  ərazi  xarakterli  hüquqdur.  Bu,  o  de­

məkdir  ki,  patent  yalnız  onun  verildiyi  dövlətin  ərazisində  qüvvədə  olan  sub­

yektiv  hüquq  yaradır.  O,  başqa  dövlətin  ərazisində  patent sahibi  üçün subyek­

tiv hüquq  əmələ  gətirmir.  Deməli,  patent yalnız onun verildiyi  dövlətin ərazisin­

də  qüvvədə  olan  sənəddir  Buna  görə  də  patentin  eksterritorial  qüwəsi 

yo xd u r3.  Hətta  sənaye  mülkiyyəti  obyektinin qorunmasına yönələn  beynəlxalq 

konvensiyalar da  patenti  eksterritorial qüvvə ilə təmin edə, onun ərazi  xarakte­

rini  dəyişdirə  bilmir.  Belə  konvensiyalar beynəlxalq  patent verilməsini  nəzərdə 

tutmur.  Beynəlxalq  patent  dedikdə,  konvensiya  iştirakçısı  olan  dövlətlərin 

ərazisində  qüwədə  olan  patent  başa  düşülür.  Konvensiyalar iştirakçı dövlətlə­

rin  üzərinə  belə  bir  vəzifə  də  qoymur  ki,  onların  verdiyi  patent  başqa  iştirakçı 

dövlətlərin  ərazisində  qarşılıqlı  surətdə  tanınsın.  Hər  bir  dövlət  sənaye  mülkiy­

yəti  obyekti  üçün  özünün  daxili  (milli)  qanunu əsasında  patent verir.  Konvensi­

yaların  isə  əsas  məqsədi  ayrı-ayrı  dövlətlərin  şəxslərinin  bütün  qalan  iştirakçı 

dövlətlərin  ərazisində  subyektiv  patent  hüquqları  əldə etmələri  və  onları  qoru­

maları  məsələsində  asan  şərtlər  müəyyən  etməkdən  ibarətdir.  Bəs,  vəziyyət­

dən  necə çıxmalı?

Sənaye  mülkiyyəti  obyekti  barəsində  xarici  dövlət  ərazisində  subyektiv  pa­

tent  hüququ  əldə  etmək  üçün  iddiaçı  şəxsin  patent  almaq  məqsədilə  həmin 

dövlətin  səlahiyyətli  orqanına  iddia  ərizəsi  verməsi  və  müstəqil  surətdə 

patentə  sahib olması  tələb edilir.  Məhz bu patent əsasında xarici dövlət əra­

zisində  sənaye  mülkiyyəti  obyekti  qorunur,  həmin  obyekt  barəsində  subyektiv 

patent  hüququ  yaranır.  Belə  halda  söhbət  sənaye  mülkiyyəti  obyekti  barədə 

əvvəllər  başqa  dövlətdə  yaranan  subyektiv  patent  hüququnun  xarici  dövlətdə 

tanınmasından  yox,  həmin  xarici  dövlətdə  yeni  subyektiv  patent  hüququnun

1  Bax:  раздел  4  и  5.  Соглашения  о  торговых  аспектах  прав  на  интеллектуальную 

собственность (ТРИПС).



Андрей Минко'

  Международная охрана интеллектуальной собственности.  М.  2001  с  26.



ЛунцЛ.А.

  Курс  международного частного права.  М  2002, с. 675.

359


əmələ  gəlməsindən  gedir1.  Deməli,  eyni  bir  sənaye  m ülkiyyəti  obyekti  üçün 

m üxtəlif dövlətlərdə  ayrıca  olaraq  patent  alınmalıdır.  Paris  konvensiyası  da 

belə  halı  nəzərdə  tutur-1

 2.  Konvensiyaya  uyğun  olaraq  patentlər,  necə  deyərlər, 

«milli  müstəqillik»  əldə edi'.  Bu  onu  ifadə  edir  ki,  müəyyən  bir  dövlətdə  verilən 

patent eyni obyektə başqa dövlətlərdə alınan  patentin taleyindən asılı deyildir.

Dördüncüsü,  subyektiv  patent  hüququ  m üstəsna  hüquq  növünə  aid  olan 

hüquqdur.  Bu, o deməkdir ki,  heç kəs,  heç vaxt və  heç bir halda  patent sahibi­

nin  razılığı  olmadan  sənaye  mülkiyyəti  obyektindən  istifadə  edə  bilməz;  başqa 

şəxslər sənaye  mülkiyyəti  obyektindən  yalnız  patent  sahibinin  razılığı  ilə  istifa­

də edə  bilərlər.

Digər tərəfdən,  subyektiv  patent  hüququnun  müstəsna  hüquq  olması  onda 

ifadə  edilir  ki,  müəyyən  bir  dövlətin  ərazisində  subyektiv  patent  hüququ  yalnız 

bir  patent  sahibinə  məxsus  ola  bilər;  eyni  bir  sənaye  mülkiyyəti  obyekti  uçün 

müəyyən  bir  dövlətdə  iki  patent  verilməsinə,  yəni  ikiqat  patentləşdirməyə  yol 

verilmir.

Subyektiv  patent  hüququnun  məxsus  olduğu  şəxs 

u  ye  ıv  pa  en 

(patent  sahibi)  üçün  patentlə  təm in  olunan  hüquqi 

m ühafizənin  həcmi  boyuk  rol  oynayır.  Qanun  səna­

ye  mülkiyyəti obyektinə  patentlə verilən  hüquqi  mühafizənin  həcmini  müəyyən 

edir3.


İxtira  və  faydalı  modelə  patentlə  verilən  hüquqi  mühafizənin  həcmi  onların 

düsturu  ilə  müəyyən  edilir.  Sənaye  nümunəsinə  patentlə  verilən  hüquqi  mü­

hafizənin  həcminə  gəldikdə  isə  qeyd  etmək  lazımdır  ki,  o,  məmulatın  (make­

tin,  rəsmin) fotoşəklində  göstərilən  mühüm  əlam ətlərin  m əcm usu  ilə  mü­

əyyən olunur.

Sənaye mülkiyyəti 

obyektinin müvəqqəti 

hüquqi  mühafizə 

edilməsi

Qeyd  etdik  ki,  Azərbaycan  Respublikasının  yeni 

mülki  qanunvericiliyində  sənaye  mülkiyyəti  obyek­

tinin  yalnız  patent  formasında  qorunması  nəzərdə 

tutulur.  Başqa  sözlə  desək,  iddia  sənədində  təklif 

olunmuş  (göstərilmiş)  sənaye  mülkiyyəti  obyekti 

patent  əsasında  qorunur,  hüquqi  mühafizə  ilə  təmin  edilir.  Sual  olunur;  təklif 

olunmuş  nailiyyətin  (həllin)  patentsiz qorunması  mümkündürmü?

Qeyd  etmək  lazımdır  ki,  patent  almaq  üçün  verilən  iddia  sənədində  təklif 

edilən  (göstərilən)  obyektin  qanunun  tələblərinə  uyğunluğu  ekspertiza  tərəfin­

dən  müəyyənləşdirildikdə  iddia  sənədi  barəsində  məlumatlar  (materiallar)  pa­

tent  idarəsinin  rəsmi  bülletenində  dərc  edilir.  İddia  sənədinə  dair  melumat 

(materiallar)  dərc  olunduqdan  sonra  marağı  olan  hər  bir  şəxs  iddia  sənədinin 

materialları  ilə tanış ola  bilər.  Məlum  məsələdir  ki,  patent  alınmasına  kimi  iddi­

açının  təklif  olunmuş  nailiyyətindən  (həlidən)  istifadə  üçün  müstəsna  hüququ 

əmələ  gəlmir.  Belə  halda başqa  şəxslərin  həmin  nailiyyətdən  (həlidən)  istifadə 

etmələri  üçün  imkan  yaranır.  Bu  cür  istifadə  isə  iddiaçının  əmlak  mənafeyinə 

zərər vurulması  deməkdir.  Təklif olunmuş  nailiyyətdən  (həlidən)  başqa  şəxslə­



Богусловский M.M.

  Международное частное право.  Учебник.  M .  2002, с.  309.

2  Вах:  ст.4 (бус)  Парижской  Конвенции  по охране промышленной  собственности.

3 «Patent haqqında» qanunun  10-cu maddosi.

360


rin  istifadə  etmələrinin  qarşısı  yalnız  patentin  köməyi  ilə  alına  bilər.  Patent isə 

hələlik  verilməmişdir.  Vəziyyətdən  çıxış  yolu  təklif  olunmuş  nailiyyəti  (həlli) 

müvəqqəti  hüquqi  mühafizə  ilə  təmin  etməkdən  ibarətdir.  Azərbaycan  Res­

publikasının  patent hüququ  məsələni  məhz bu cür həll edir’ .

M üvəqqəti  hüquqi  mühafizə  dedikdə,  iddia  sənədi  barədə  məlumatın 

(materialların)  rəsmi  bülletendə  dərc  olunduğu tarixdən  patentin verildiyi 

tarixə  kim i  tə k lif olunm uş  nailiyyətin  (həllin) qorunması  başa  düşülür

Təklif olunmuş  nailiyyətə  (həllə)  patent verildiyi  halda o, iddia  sənədi veril­

diyi  tarixdən  geriyə  qüvvəyə  malik  olur.  Buna  görə  də  müvafiq  nailiyyətin 

(həllin)  qorunması  müvəqqəti  hüquqi  mühafizə adlanır.

Təklif  olunmuş  nailiyyətə  (həllə)  patent verilməyə  də  bilər,  yəni  patent ida- 

iə s

İ 

patent  verilməsindən  imtina  edilməsi  barədə  qərar  qəbul  edə  bilər.  Belə 

hal  təklif  olunmuş  nailiyyətin  (həllin)  müvəqqəti  hüquqi  mühafizə  ilə  təmin 

olunmasını  istisna  edir.  Bu  cür  vəziyyət  yarandıqda  müvəqqəti  hüquqi  mü­

hafizə  başlanm am ış sayılır.

Müvəqqəti  hüquqi  mühafizə  zamanı  iddiaçının  təklif edilmiş  nailiyyət  (həll) 

uçün  müstəsna  hüququ  yaranmır.  Buna  görə  də  başqa  şəxslər ondan  istifadə 

edə  bilərlər.  Belə  halda  hüquq  pozuntusuna  yol  verilməsindən  danışmaq  ol­

maz, yəni  həmin  istifadə  qanunsuz istifadə  sayılmır.

İddiaçıya  patent  verilərsə,  onda  başqa  şəxslərin  nailiyyətindən  (həlidən)  is­

tifadə  etmələri  (daha  doğrusu,  istifadə etməkdə  davam etmələri) artıq subyek­

tiv  patent  hüququnun  (nailiyyətdən  istifadə  üçün  müstəsna  hüququn)  pozul­

ması  (patentin  pozulması)  hesab  olunacaqdır.  Belə  halda  patent  sahibi  istifa­

dəçilərdən  sənaye  m ülkiyyəti  obyektindən  istifadə  etmələrini  dayandır­

mağı  tələb edə  bilər.  Digər tərəfdən,  patent sahibi müvəqqəti hüquqi  mühafizə 

dövründə  təklif olunmuş  nailiyyətdən  (sənaye  mülkiyyəti obyektindən) istifadə­

yə  görə  onlardan  pul  kompensasiyası  tələb  edə  bilər2.  İstifadəçilər  belə 

kompensasiyanı  ödəməyə  borcludurlar.  Pul  kompensasiyasının  məbləği  tərəf­

lərin  razılığı  ilə  müəyyən  edilir.  Patent  sahibi  ilə  istifadəçi  arasında  mübahisə 

yaranarsa,  məsələ  məhkəmə qaydasında  həll olunur.

Sənaye  mülkiyyəti  obyektinin  hüquqi  mühafizəsi  dövründə  ondan  istifadə 

etmiş  şəxslər  iddiaçı  şəxs  tərəfindən  patent alındıqdan  sonra  ondan  istifadəni 

davam  etdirə  bilərlər.  Bu zaman  istifadəçilər patent sahibi  ilə lisenziya  mü­

qaviləsi  bağlamalıdırlar.

Təklif  edilmiş  nailiyyət  (həll)  üçün  patent  verilmədiyi  hallarda,  istifadəçilər 

hər hansı  pul kompensasiyası ödəməyə borclu deyillər.

Qeyd  etmək  lazımdır  ki,  bir sıra  hallarda  patent sahibi- 1

Oolayı yolla 

hüquqi  mühafizə

nin  sənaye  mülkiyyəti  obyektindən  istifadə  üçün  müs­

təsna hüququ  (patent hüquqları) pozulur.  Patent sahibi­

nin  patent  hüquqlarının  pozulması  halına  kifayət  qədər  misallar  çəkmək  olar. 

Məsələn,  müəyyən  hər hansı  məhsulun  (məmulatın)  hazırlanma  üsulu (texno­

logiyası),  məsələn,  ixtira  obyekti  olan  üsul  patentlə  mühafizə  edilir,  yəni  üsul

1 «Palcnl haqqında» qanunun 30-cu 

maddəsinin S-ci 

bəndi.




Сергеев ATI.

  Право интеллектуальной собственности, с.  514.

361


(texnologiya)  patentləşdirilir.  Hər  haıısı  müəssisə  bilavasitə  patentləşdirilmiş 

həmin  üsuldan  istifadə  etməklə,  necə  deyərlər,  onun  köməyi  ilə  yeni  məhsul 

(məmulat)  hazırlayır.  Əgər  müəssisə  hazırlanmış  məhsulu  təsərrüfat  dövriyyə­

sinə  daxil  edərsə  (məsələn,  satarsa  və  s.),  yaxud  bu  məqsədlə  saxlayarsa, 

belə  hal  patent  sahibinin  müstəsna  hüququnun  pozulması  hesab  edilir.  Ona 

görə ki,  bilavasitə patentlə mühafizə olunan  üsulla (patentləşdirilmiş  üsulla)  bila­

vasitə  hazırlanan  məhsulun  təsərrüfat  dövriyyəsinə  daxil  edilməsi,  yaxud  bu 

məqsədlə saxlanması patent sahibinin müstəsna hüququnun  pozulması sayılır'.

Göstərilən  halda  məhsulun  (məmulatın)  hazırlanma  (alınma)  üsuluna  (tex­

nologiyasına)  patent  alan  şəxsin  (patent  sahibinin)  əmlak  mənafeyi  necə  tə­

min  olunur və  onun  müstəsna  hüququ  hansı  qaydada  qorunur?  Məsələ  bura­

sındadır ki,  patentləşdirilmiş  üsuldan  (texnologiyadan) istifadə  etməklə  hazırla­

nan  məhsulu  (məmulatı)  yalnız aşkar  etmək  yolu  ilə  patent  sahibi  öz  müstəs­

na  hüququnun  pozulmasını  müəyyənləşdirə  bilər.  Bu  isə  kifayət qədər çətinlik­

lə  bağlı olub,  heç  də asan  məsələ  deyil.  Belə  ki,  patent  sahibinin  müəssisəyə 

sərbəst  giriş  hüququ  yoxdur.  Buna  görə  də  məlum  məsələdir ki,  patent  sahibi 

onun yaratdığı  üsuldan  (texnologiyadan)  müəssisənin  istifadə  etməsini  yoxla­

yıb müəyyənləşdirə bilməz.

Məhz bu  səbəbdən  qanun  məhsula  (məmulata) dolayı  yolla  hüquqi  mühafi­

zə  kimi  xüsusi  qoruma  qaydası  müəyyən  edir2.  Dünya  patent  praktikasının  ta­

nıdığı  həmin  qayda Azərbaycan  Respublikasının  qanunvericiliyi  üçün  yeni  hal­

dır.  Məsələn, TRIPS  sazişinə görə məhsulun  hazırlanma  üsulu  üçün  patent al­

mış  şəxs  belə  müstəsna  hüquqa  malikdir  ki,  bu  hüquqa  görə  üçüncü  şəxslər 

onun icazəsi olmadan  həmin  üsuldan  istifadə  edə bilməzlər (28-ci  maddə).

Dolayı  yolla  hüquqi  mühafizə  dedikdə,  m əhsulun  (m əm ulatın)  alınma 

üsuluna  verilm iş  patentin  bilavasitə  həmin  üsulla  alınan  digər  məhsul 

(məmulat)  barəsində  qüvvədə olması,  yəni  onu  qorum ası  başa  düşülür.

Dolayı  yolla  hüquqi  mühafizənin  əsas  mahiyyəti  ondan  ibarətdir  ki,  məhsu­

lun  (məmulatın)  hazırlanma  (alınma)  üsulu  (texnologiyası)  üçün  patent  alan 

şəxs (patent sahibi)  bilavasitə  həmin  üsulla  alman  digər  m əhsula  (məm ula­

ta)  da  müstəsna  hüquqa  m alikdir.  Başqa  sözlə  desək,  məhsulun  (məmula­

tın) alınma üsulu  üçün patent əldə edən  şəxsin  (patent  sahibinin)  patentlə  ona 

verilən  hüququ  bilavasitə  həmin  üsulla  hazırlanan  digər  (yeni)  məhsula  (mə­

mulata)  da  şamil  edilir.  Əgər  patent  sahibi  yeni  məhsula  (məmulata)  patent 

ala  bilsəydi,  məhsulun  (məmulatın)  alınma  üsuluna  olan  analoji  (eyni)  hüquq 

əldə  edəcəkdi.  Məsələn,  südü  pendirə  çevirmək  üsulunu  ixtira  edən  şəxs  hə­

min  üsula  patent  alır.  Başqa  şəxs  həmin  üsuldan  istifadə  edərək  yeni  məhsul 

(məsələn,  soyuducusuz saxlana  bilən  pendir)  hazırlayır.  Patent  həmin  məhsu­

la da  aiddir.

Azərbaycan  Respublikasının  patent  qanunvericiliyi  yeni  m əhsulun  patent­

ləşdirilm iş  üsulla  alınması  prezum psiyasından  çıxış edir.  Bu  prezumpsiya- 

ya  görə,  əksi  sübut  edilənə  kimi,  yəni  əksini  sübut  edən  hal  olmadıqda  yeni

«Patent haqqında» qanunun  22-ci  maddəsi.

‘  «Patent haqqında» qanunun  10-cu maddəsinin 3-cü bəndi.

362


məhsul  patentləşdirilmiş  üsulla  alınmış hesab  edilir.  Əgər əksi sübut olunarsa, 

onda  belə  hesab  edilir  ki.  məhsul  (məmulat)  patentləşdirilmiş  üsulun  köməyi 

ilə  hazırlanmamışdır,  yəni  məhsul  hazırlanarkən  patent sahibinə  məxsus olan 

patentləşdirilmiş  üsuldan  istifadə  edilməmişdir.  Sübut  etmə  yükünü  sözsüz, 

məhsul  hazırlayan  şəxs  çəkir.  Əgər  o,  həmin  halı  sübut  edə  bilməsə,  patent 

sahibinin  müstəsna  hüququnun  pozulması  göz  qabağındadır.  Buna  görə  də 

başqasının  patentləşdirilmiş  üsulundan  istifadə  etməklə  yeni  məhsul  hazırla­

yan  şəxslər  hökmən  patent  sahibindən  icazə almalıdırlar.  Çünki  patent  sahi­

binin  m əhsulunun  alınma  üsuluna  müstəsna hüququ vardır.


Yüklə 19,08 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin