Odlar Yurdu Universitetinin «Mülki hüquq» kafedrasının baş müəllimi T. Feyzullayeva Sabir Salman oğlu Allahverdiyev. Azərbaycan Respublikasının m ülki hüququ. ILL cild. IV kitab dərs


§ 3.  Patent hüququnun  obyektləri



Yüklə 19,08 Mb.
Pdf görüntüsü
səhifə27/54
tarix30.04.2020
ölçüsü19,08 Mb.
#31027
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   54
§ 3.  Patent hüququnun  obyektləri

Əqli  mülkiyyət  obyektlərinin  bir  hissəsi  müəlliflik  hüququ 

ilə,  digər  hissəsi  başqa  institutla  qorunur  və  s.  Həmin 

obyektlərin  müəyyən  qismi  mülki  hüququn  əsas  insti­

tutlarından  biri  olan  patent hüququ  ilə mühafizə edilir.

Əqli  m ülkiyyət  obyektlərinin  patent  hüququ  institutu  (hüquq  normala­

rı)  ilə  qorunan  hissəsinə  patent  hüququnun  obyektləri  deyilir.  Qorumaq 

patent  hüququnun  yerinə  yetirdiyi  əsas  funksiyalardan  biridir ki,  o, özünün  bu 

funksiyasının  vasitəsilə  məhz həmin obyektləri qoruyur.  Məhz həmin obyektlər 

patent hüququ  in stitu tun u n   hüquqi  mühafizə  predmetini təşkil edir.

Patent  hüququnun  obyektləri  barəsində  patent  hüquq  münasibəti,  bu  mü­

nasibət çərçivəsində  isə subyektiv patent  hüquqları yaranır.  Səlahiyyətli dövlət 

orqanı  məhz  həmin  obyektləri qeydiyyata  alır və  onlara  görə  iddiaçı  şəxsə  pa­

tent verir.

Qanun  patent hüququnun obyektini «sənaye mülkiyyəti obyekti»  anlayışı ilə

Patent hüququ 

obyektinin 

anlayışı


«Patent haqqınci,,■*  ianunun  !3-cü maddəsinin 8-ci  bondi.

311


əhatə  edir'.  Burada  sənaye  mülkiyyəti  obyekti  əvvəldə  qeyd  etdiyimiz  kimi, 

məhdud  mənada  işlədilir.

Sənaye  m ülkiyyəti  obyekti  (məhdud  mənada)  dedikdə,  insanın  əqli  fə­

aliyyətinin  nəticəsi  olan  ixtira,  faydalı  model  və  sənaye  nüm unəsi  başa

düşülür.

Beynəlxalq  müqavilələrin  bəzisində  sənaye  mülkiyyəti  obyekti  geniş  məna­

da  işlədilir.  Söhbət  sənaye  mülkiyyətinin  qorunması  barədə  Paris  konvensiya­

sından  gedir2.  Burada  ixtira,  faydalı  model  və  sənaye  nümunəsindən  başqa, 

firma  adı,  əmtəə  nişanı,  xidmət  nişanı,  coğrafi  göstərici  və  digərləri  də  sənaye 

mülkiyyəti  obyektləri  sırasına  daxil  edir3.  «Sənaye  mülkiyyəti»  beynəlxalq  mü­

nasibətlərdə geniş yayılmış termindir4.

Beləliklə,  patent hüququnun obyektləri  sırasına  daxildir:

•   ixtira;

•   faydalı model;

•   sənaye nümunəsi.

Hüquq institutu  kimi  patent  hüququnun  da  əsas  «işi»  ixtiranı,  faydalı  modeli 

və  sənaye nümunəsini  qorumaqdan  ibarətdir.  Onlar əqli fəaliyyət  nəticəsi  olan 

yaradıcılıq  məhsullarıdır.  Buna  görə  də  ixtiralar,  faydalı  modellər  və  sənaye 

nümunələri  maddi  yox,  qeyri-maddi  (ideal)  nem ətlər sayılır.  Bu  cəhəti  ilə  pa­

tent hüququnun  obyektləri  müəlliflik  hüququnun  obyektləri  olan  elm,  ədəbiyyat 

və  incəsənət  əsərlərinə  oxşayır.  Yalnız  tətbiq  olunduqda  ixtira,  faydalı  model 

və  sənaye nümunələri  konkret qurğu,  mexanizm,  proses,  maddə və  s.  kimi  re­

al şəkil alır.

Patent  hüququnun  obyektləri  konkret  problem in  (məsələnin)  yeni, 

konstruktiv  və  ya  bədii-konstruktiv  həlli  deməkdir.  İnsan  beyninin  və  əqli 

fəaliyyətinin  məhsulu  olduğuna  görə  belə  həll  qeyri-maddi  (ideal)  xarakterli 

nemət  sayılır.  Patent  hüququnun  obyektlərinin  əsas  qiyməti  də  məhz  həmin 

qeyri-maddi  (ideal)  həllin  məzmununun  özündədir.  Məhz qeyri-maddi  (ideal) 

həllin məzmununun özü  patent hüququ  institutunun  mühafizə  predmetini təşkil 

edərək,  onun  qoruma  sferasına  daxil olur.  Bu  cəhəti  ilə  patent hüququnun  ob­

yektləri  müəlliflik  hüququnun  obyekti  olan  əsərlərdən  fərqlənir.  Belə  ki,  əsərin 

əsas qiyməti onun  bədii forması və dilindədir.  Məhz əsərin  bədii forması və  dili 

(məzmunu yox) müəlliflik hüququ institutunun  hüquqi  mühafizə predmetini təş­

kil edir.

Amma  təklif  olunan  bütün  həllərin  (nailiyyətlərin)  hamısı  istisnasız  olaraq 

patent hüququnun  obyekti -  ixtira,  faydalı  model  və  sənaye  nümunəsi  ola  bil­

məz.  Patent  hüququnun  obyekti  kimi  tanınmaq  və  hüquqi  mühafizə  ilə  təmin 

olunmaq  üçün vacibdir ki,  təklif olunan  həllər (nailiyyətlər)  patentə  layiq  olmaq 

(patent qabiliyyəti) şərtlərinə cavab versin. 1

1 «Palcnt haqqında» qanunun  l- c i maddəsi.

"  Bax: 

c t


I  Парижской  концепции  по охране промышленной  собственности.



Велялшиов

  Г.М .  Международное  экономическое  право  и  процесс.  М .,  2004,  с.  339; 

Международное частное  право.  Учсбиик/П од рсл. 

Г.К.Дмитриевой.

  М ., 2004., с.  328-329. 



Богуславский М.М.

  Международное частное право.  Учебник.  М ., 2002, е.  310.

312


I  t ra 

'Xt'ra 

patent  hüququnun  obyektlərindən  (sənaye  mülkiyyəti ob- 

hüauau 

yektlerindən)  biridir.  Müasir  cəmiyyətdə  onun  rolu  böyükdür.



4  4 

Dünyada  ixtiranın  əhəmiyyəti günü-gündən  daha  da  artır.  Həm 

daxili,  həm  də  beynəlxalq  əmtəə  dövriyyəsində  onun  xüsusi  çəkisi  necə  de­

yərlər,  dayanmaq  bilmədən,  durmadan  çoxalır.  Xüsusilə  elm  və texnika  sahə­

sində  beynəlxalq  əməkdaşlığın  inkişafı və  dünyada  baş  verən  elmi-texniki  də­

yişikliklər  (inqilab)  ixtiraların  sayının  kəskin  surətdə  artmasına  səbəb  olmuş­

dur.  Demək  olar  ki.  bütün  dövlətlərdə  ixtiranı  qorumaq  üçün  patent  almaq 

məqsədilə  səlahiyyətli  dövlət  orqanlarına  hər  il  800  min  iddia  ərizəsi  verilir. 

Mübaliğəsiz  olaraq  söyləmək  olar ki,  sənaye  texnologiyası  sahəsində tərəqqi­

nin  təmin  olunmasında  ixtiraların  rolu  və  təsiri  böyükdür.  Dünya  elmi-texniki 

irəliləyişi  onlarsız  təsəvvür etmək olmaz.  İstehsal  prosesini  idarə edən  mürək­

kəb  konstruksiyalı  elektron  maşınları  hazırlananda  da,  tərbiyə  və  əyləncəli 

məqsədlər üçün  istifadə olunan  uşaq  oyuncaqları  düzəldiləndə də ixtira  fəaliy­

yəti həyata  keçirilir'.

İxtiranın  yaradılması  və  istifadəsi  ilə  bağlı  olaraq  müəyyən  növ  ictimai  mü­

nasibətlər  (ixtira  münasibətləri)  əmələ  gəlir.  Həmin  münasibətlər  həm  əmlak, 

həm də şəxsi  qeyri-əmlak xarakterlidir.  Onları tənzimləyən  hüquq  normalarının 

məcmusu  ixtira  hüququ  adlanır.  İxtira  hüququ  patent  hüququnun  subinstitutla- 

rından biridir.

İxtira  hüququ  dedikdə,  patent  hüququnun  elə  bir  subinstitutu  başa 

d ü şü lü r  ki,  o,  özündə  ixtiranın  yaradılması  və  istifadəsi  ilə  bağlı  əmələ 

gələn  əm lak  və  şəxsi  qeyri-əm lak  m ünasibətlərini  tənzimləyən  hüquq 

norm alarını  b irlə şdirir.

İxtira  hüququnun  mərkəzi anlayışı  ixtira  hesab edilir.  Bəs,  ixtira  dedikdə nə 

başa  düşülür?

Texnika,  kənd  təsərrüfatı,  nəqliyyat,  mədəniyyət,  təhsil,  səhiyyə



İxtiranın 

və  djgər  sahə|ərc|ə  hƏyata  keçirilən  praktiki  fəaliyyətdə  (prakti-

anlayışı 

|

Praktiki  fəaliyyətdə  (praktikada)  yarandığına  görə  onlara  praktiki  problemlər 

(məsələlər)  deyilir.  Məhz  belə  praktiki  problemlərin  (məsələlərin)  həlli  (həll 

edilməsi)  ixtira  adlanır.  Deməli,  ixtira  praktiki  problem in  (məsələnin)  həlli 

dem əkdir.  Məsələn,  müəyyən xəstəliyi  müalicə etmək  problemini  (məsələsini) 

praktiki  olaraq  həll  etmək  üçün  həkim  yeni  üsul  yaradır.  Bu  üsul  ixtira  sayılır. 

Əgər hər hansı təklif (ideya) konkret problemin (məsələnin) praktiki həllini gös­

tərmirsə,  ixtira  hesab edilmir.

Lakin  problemin  (məsələnin) praktiki  həllinin  hamısını,  istisnasız olaraq,  ixti­

ra  saymaq  olmaz.  Təklif (ideya,  nailiyyət) yalnız o halda ixtira  kimi tanına  bilər 

ki,  o,  problem in  (məsələnin)  texniki  vasitə  ilə  həllini  göstərsin.  Problem 

(məsələ)  yalnız  texniki  vasitə  ilə  həll  olunmalıdır.  Söhbət  problemin  (məsələ­

nin)  texniki  vasitə  ilə  həllinin  tapılmasından  və  müəyyən  edilməsindən  gedir. 

Əgər  təklif  (ideya)  problemin  (məsələnin)  texniki  yox,  məsələn,  iqtisadi,  təşki- 

lati,  hüquqi  və  digər vasitə  ilə  həllini  göstərərsə,  ixtira  sayılmır.  Məsələn,  qüv-



Рясенцев B.A.

  Советское изобретательское право.  M .,  1961, с.  34.

313


vədə  olan  qanunvericiliyə  hər hansı  dəyişiklik  edilməsi  barədə  təklifi  ixtira  he­

sab  etmək  olmaz.  Çünki  həmin  təklif  problemin  (məsələnin)  texniki  vasitə  ilə 

həllini göstərmir.  Deməli,  problemin  (məsələnin) həlli texniki  olm alıdır,  yəni 

problem  (məsələ)  texniki  cəhətdən  (texniki  baxımdan)  həll  olunmalıdır.  Başqa 

sözlə  desək,  problemin  (məsələnin)  həlli  onun  texniki  tərəfinə  (sahəsinə)  aid 

olmalıdır'.  Deməli,  ixtira  problemin  (məsələnin)  texniki  (texniki  vasitə  ilə) 

həlli  deməkdir.  Lakin,  bu o demək deyildir ki,  problem  (məsələ) yalnız texnika 

sahəsinə  aid  olmalıdır.  Əksinə,  məcburi  deyildir  ki,  problem  (məsələ)  texnika 

sahəsinə  aid  edilsin.  Patent  haqqında  qanun  müəyyən  edir  ki,  praktik  həlli  tə­

ləb  olunan  problem  (məsələ)  sənayenin  və  təsərrüfat  fə a liyyə tin in   digər 

sahələrində  yarana  bilər.  İxtiranın  köməyi  ilə  həm  maddi  istehsal  sahələrin­

də  (sənaye,  kənd  təsərrüfatı,  nəqliyyat),  həm  də  qeyri-maddi  istehsal  sahələ­

rində (müalicə, elmi-tədqiqat və digər müəssisələrdə) yaranan  istənilən  praktik 

problem (məsələ) həll oluna bilər.

Amma  sovet  dövrünün  qanunvericiliyindən  fərqli  olaraq,  Azərbaycan  Res­

publikasının patent haqqında qanunu  ixtiraya  texniki  həll  kimi  yox,  sadəcə ola­

raq  həll  kimi  baxır1

 2:  ixtira konkret problemin  praktik  həllinə  imkan  verən  həldir. 

Göründüyü  kimi,  qanun  «texniki  həll»  termini  işlətmir.  Lakin  həmin  termindən 

istifadə olunmaması  belə  fikir söyləməyə  əsas  vermir  ki,  patent  haqqında  qa­

nun problemin (məsələnin) qeyri-texniki vasitələrlə həllini də ixtira  sayır.

Məsələnin  mahiyyətini  aydınlaşdırmaq  üçün  hər  şeydən  əvvəl,  «texnika» 

və  «texniki  həll»  kimi anlayışların  məzmununu  izah  etmək  lazımdır.  Ensiklope­

diyada verilən anlayışa  görə,  istehsal  proseslərini  həyata  keçirmək və qeyri-is­

tehsala,  cəmiyyətin  ehtiyaclarına  xidmət  göstermək  üçün  insan  fəaliyyəti  nəti­

cəsində yaradılan  vasitələrin  məcmusuna  texnika  (yunanca  «techne»  - məha­

rət,  ustalıq, bacarıq)  deyilir3. Texnika  istehsal texnikası  (maşınlar,  mexanizm- 

lər,  alətlər,  idarəetmə  maşınları avtomobillər,  teplovozlar,  elektrovozlar,  samol- 

yotlar,  teploxodlar  və  s.)  və  qeyri-istehsal  texnikası  (kommunal  və  məişət 

texnikası,  məsələn,  kommunal  maşınlar,  paltaryuyan  və  mətbəx  maşınları, 

tozsoranlar,  televizorlar,  maqnitofonlar,  soyuducular və  s.;  hərəkətetmə  texni­

kası,  məsələn, minik avtomobilləri,  motosikllər, velosipedlər və s.) kimi  iki əsas 

yerə  bölünür.  İstehsalın sahəvi  quruluşuna  görə texnikanın  üç əsas növü  fərq­

ləndirilir:  sənaye texnikası;  nəqliyyat texnikası;  kənd təsərrüfatı  texnikası. 

Texnikanın  (texniki  vasitələrin)  xüsusi  qrupunu  hərbi  texnika  (tanklar,  raket 

qurğuları,  artileriya və s.) təşkil edir.  Lakin  indiyə kimi texnikanın  universal təs- 

nifi  verilməmişdir.  Texniki  vasitələr əsasən  göstərdiyimiz  sahələrdə  tətbiq  edi­

lir.  Texnika  ibtidai  icma  quruluşu  dövründə  yaşayan  insanın  yaratdığı  primitiv 

alətlərdən  başlayaraq ta müasir sənayenin  mürəkkəb xarakterli  avtomatik qur­

ğularına kimi uzun tarixi inkişaf yolu  keçmişdir4.

Texnikanın  (texniki vasitələrin)  köməyi  və vasitəsi  ilə sənaye,  kənd  təsərrü­

fatı,  rabitə,  nəqliyyat,  mədəniyyət,  səhiyyə  və  digər  sahələrdə,  bir  sözlə,  cə­



Иоффе О.C.

  Советское гражданское право.  Курс лекций.  Часть 3. Л .,  1965, с.  89.

‘   «Patent haqqında» qanunun  1-ci maddəsi.

3  Большая советская -энциклопедия.  M.,  1976, третье  издание, с.  523.



Зворыкин Л.А.. Осьмова Н.И.,  Чернышев В.И.. Шухардип С.В.

  История техники.  М .,  1962.

314


miyyətdə  yaranan  praktiki  problemlər  (məsələlər)  təmin  olunur,  praktiki  ehti­

yaclar ödənilir.  Belə təmin olunma və ödənilməyə texniki həll deyilir.

Texniki  həll  dedikdə,  həm  maddi  istehsal,  həm  də qeyri-maddi  istehsal sa­

həsində  müəyyən  praktiki  ehtiyacların  texniki  vasitələrlə təmin  olunması  başa 

düşülür.  Məhz belə təmin olunma  ixtira adlanır.

Digər  tərəfdən,  patent  haqqında  qanunun  ixtira  üçün  müəyyənləşdirdiyi 

əlamətləri  (meyarları)  təhlil  etdikdə  belə  nəticə  çıxarmaq  mümkün  olur  ki,  ixti­

ra  p ra ktiki  problem in  (məsələnin)  yalnız  texniki  həllidir.  Professor 

A.P.Sergeyev  haqlı  və  əsaslı  olaraq  göstərir  ki,  «problemin  texniki  həlli»  kimi 

termin  işlətməsə  də  RF-in  patent  haqqında  qanunu  (Azərbaycan  Respublika­

sının  patent  haqqında  qanunu  həmin  qanunun  demək  olar  ki,  eyni  olub,  onu 

olduğu  kimi  təkrarlayır)  ixtira  üçün  «problemin  texniki  həlli»  kimi  tələb  müəy­

yən  edir’ .  Praktik  problem in  (məsələnin)  qeyri-texniki  həlli  yox,  ancaq 

texniki  həlli  ixtira  kim i tanına  bilər.

Lakin  praktik problemin  (məsələnin) texniki həllini həmişə və bütün hallarda 

ixtira  saymaq  olmaz.  Problemin  texniki  həlli  (təklif)  yalnız  bu  şərtlə  ixtira  kimi 

tanına  bilər ki,  o,  yaradıcılıq  xarakterinə  malik olsun.  Belə əlamətdən  (yara­

dıcılıq  elementindən)  məhrum  olan  hər  hansı təklif ixtira  hesab  edilmir.  Məsə­

lən,  müəyyən  şəxs  müasir  şəraitdə  belə  bir təkliflə  çıxış  edir ki,  gecə qaranlıq 

olan  kənd  küçələrinə  işıq  çəkilsin.  Məlum  məsələdir  ki,  praktik  problemin  tex­

niki  həlli  olsa  da,  həmin  təklif yaradıcılıq  elementindən  (əlamətindən)  məhrum 

olduğuna  görə  ixtira  sayılmır.

Yaradıcılıq  dedikdə,  yeni  hər  hansı  bir  şey  yaratmaqda  ifadə  olunan  əqli 

fəaliyyət  başa  düşülür.  Hüquq  elmində  (doktrinasında)  üstün  konsepsiyaya 

görə,  yenilik  yaradıcılığın  əsas  və  başlıca  əlamətidir.  Deməli,  ixtira  praktik 

problem in  (məsələnin) yeni  həllidir.  Patent haqqında qanun yeniliyi  ixtiranın 

əlaməti  sayır1

 2 3


.  İxtiranın  mahiyyəti  hələlik  həll olunmamış  praktik  problemi (mə­

sələni)  həll  etməkdən  və  yeni  iş  qaydası  (vasitəsi,  üsulu,  metodu)  yaratmaq­

dan  ibarətdir.

Fikrimizi  yekunlaşdıraraq  belə  nəticə  çıxara  bilərik  ki,  patent  haqqında  qa­

nun  ixtiranın  üç əsas əlamətini (meyarı)  müəyyən edir.  Həmin əlamətlərə (me­

yarlara) aiddir:

•   birincisi,  ixtira  praktik  problemin  (məsələnin) həlli  olmalıdır:

•   ikincisi,  ixtira  praktik  problemin (məsələnin) texniki  həlli olmalıdır;

•   üçüncüsü,  ixtira  yaradıcılıq  xarakterinə  malik  olmalıdır,  yəni yeni  həll  ol­

malıdır.


Yalnız  göstərilən  əlamətlərə  (meyarlara)  cavab  verən  təklif  ixtira  kimi  tanı­

nır.  Bu əlamətlərə (meyarlara) əsasən  ixtiraya anlayış verək.

İxtira  dedikdə,  təsərrüfat  fəaliyyətinin  istənilən  sahəsində  (sənayedə, 

kənd  təsərrüfatında,  nəqliyyatda  və  digər  sahələrdə)  konkret  problemin



Сергеев  А.П.

  Право  интеллектуальной  союствснности  в  Российской  Федерации.  Учебник.

М ..  1999, с. 409-410.

Sovcl dövrünün bəzi a lim lə rin in   fikrincə , ixtiranın anlayışına belə b ir göstəriş daxil  etmək  lazımdır 



ki,  ixtira   yaradıcılıq  fəa liyyə tin in   nəticəsidir  (məsələn,  bax: 

Райгородский  H.A.

  Изобретательское 

право в СССР.  M .,  1949, с.  75).  Söhbət ixtiranın ye n ilik k im i  əlamətindən gedir.

315


praktik həllinə imkan  verən yeni texniki  həll  başa  d ü ş ü lü r1.

Qeyd etdiyimiz  kimi,  ixtira  patent  hüququnun  (sənaye  mülkiy- 

Ixtiranın 

yƏti  hüququnun)  obyektlərindən  biridir.  İxtiranın  da  özünün

obyektləri 

0byekti  vardır,  ixtiranın  obyekti  belə  bir  suala  cavab  verir:  nə­

lər ixtira kimi tanırıa  bilər?

İxtira  sayıla  bilən  texniki  həllərə ixtiranın  obyektləri  deyilir.

Azərbaycan  Respublikasının  patent  haqqında  qanunu  ixtira  sayıla  bilən  ob­

yektlərin  siyahısını  verir* 2.  Qəti  və  dəqiq  olduğuna  görə  həmin  siyahını  geniş­

ləndirmək olmaz.  Göstərilən siyahıya daxildir:

•  qurğu;

•   üsul;

•   maddə;

»  mikroorqanizm  ştammı;

•   bitki və  heyvan hüceyrələrinin  kulturaları;

•  əvvəllər  məlum  olan  qurğunun,  üsulun,  maddənin,  mikroorqanizmin

ştammının yeni təyinatla tətbiqi.

Təklif olunan  nailiyyət,  yəni  ixtira təklifi yalnız adlarını  çəkdiyimiz və  sadala­

dığımız  obyektlərdən  biri  olduğu  halda  ixtira  sayılır.  Əgər  təklif  (nailiyyət)  nə 

qurğu,  nə  üsul,  nə  maddə  və  s.  olarsa,  ixtira  kimi  tanınmır.  Özü  də  siyahıya 

daxil  olan obyektləri  belə  bir ümumi əlamət  birləşdirir ki,  onların  hamısı  qeyri- 

texniki xarakterə  malikdir.

Qurğu  nisbətən  daha geniş yayılmış ixtira obyektidir.  Ona  görə  ki,  ixtira ob­

yektlərinin  digər  növləri  ilə  müqayisədə  qurğu  onun  faktiki  istifadəsi  üzərində 

daha  effektiv  nəzarət olunmasını  təmin  edir.  İxtira  obyekti  kimi  qurğuya  aiddir: 

aqreqatlar;  maşınlar;  cihazlar;  nəqliyyat  vasitələri;  avadanlıqlar;  mexanizmlər; 

alətlər;  məmulatlar və s.  Onlar konstruktiv ixtira  qrupuna  aid edilir.

Üsul  ixtira  obyektlərindən  biridir.  Üsula  aid  olan  ixtiralar  digər  qrupa  şamil 

olunur.  Müəyyən  ardıcıllıqla və ya  müəyyən  qaydaları  gözləməklə  heyata  keçi­

rilən vasitələrin  məcmusuna  üsul deyilir.  Üsula  aid  olan  ixtiralardan  istifadə et­

məklə  məhsullar  (məmulatlar,  maddələr  və  s.)  hazırlanır,  predmetlərin  vəziy­

yəti  dəyişdirilir  (tənzimetmə,  emaletmə  və  s.),  habelə  predmetlərin  vəziyyəti 

öyrənilir (nəzarət-yoxlama, ölçmə,  diaqnostika və s.)

İxtira  obyektlərindən  biri  maddə  hesab edilir.  Belə  obyektlərə  maddəyə  aid 

olan ixtiralar deyilir ki,  onlar ixtiraların  başqa qrupunu təşkil edir.

İxtira 

Əc''i  fəalivyətin  elə  nəticələri  vardır ki,  onlar iki  cür əsasa  gö-



rə  ixtira  kimi  tanınmır,  ixtira  kimi  qorunmur.  Həmin  əsaslara

obyektlər 

aiddi; : 

... 

w

•  texniki xarakterə malik olmamaq;



•   qanunda  ifadə edilən  birbaşa  göstəriş.

'  Bozi  m ü ə lliflə r «proqressiv  olmaq»  və  «həyala keçirə  bilm ək»  kim i  m eyarları  ixtiranın  əlam ətləri 

hesab  edərək,  onların  ixtiranın  anlayışına  d axil  etməyi  tə k lif  e dirlə r 

(Ионас  В.Я.,  Малшофа  И.Э., 

Зчгпаев M.H.. Дмитриев И.Г.

  В помощь изобрстатслыо и  расционализатору. Л .,  1961, с. 10; 



Яичков 

К.К.

  Изобретение  и  его  правовая  охрана.  М .,  1961,  с.  76,  80).  Belə  əlam ətlə rin   ixtiranın  anlayışına 

daxil elmək yersiz və lazımsızdır.

2

 «Patent haqqında» qanunun 7-ci maddəsinin  1-ci  bəndi.

316


Texniki  xarakterə  malik olmamaq  kimi əsasa görə bəzi obyektlər ixtira sa­

yılmır. Yaradıcılıq xarakterinə malik olmasına və müəyyən problemin (məsələnin) 

həlli  yolunu  göstərməsinə  baxmayaraq,  bu obyektlər ixtira  kimi tanınmır.  Məsələ 

burasındadır ki,  onlar müəyyən  problemin  (məsələnin) texniki  yox,  qeyri-texni­

ki  vasitələrlə  həll  olunmasını  müəyyən edir. Texniki xarakterə  malik olmamaq 

həmin obyektlərin hamısını birləşdirən ümumi əlamətdir. Buna görə də göstərilən 

obyektlər  müəyyən  problem i  (məsələni)  həll  etməyə  imkan  verən  qeyri-tex­

niki  həldir,  yəni  texniki  həll  deyildir.  Məhz bu  səbəbdən  patent haqqında  qanun 

onları  ixtira sayılmayan obyektlər hesab edir1.  Onlara aiddir:

•   elmi  nəzəriyyələr;

•   riyazi  metodlar;

•   bədii  konstruktorluq  işinin nəticəsi  (dizayn);

•   təsərrüfatın və əqli fəaliyyətin təşkili,  idarə edilməsi metodları;

•   oyunların  qaydaları və metodları;

•   kompüter proqramları və alqoritmləri;

•   informasiyanın təqdimi üsulları;

•   şərti  işarələr,  cədvəllər və qaydalar;

•  tikili,  bina  və ərazi  layihələri və planlaşdırma sxemləri;

•   bitki  sortları  və  heyvan  cinsləri  (mikrobioloji  üsullar və  üsulla  alınan  məh­

sullar istisna  olmaq  şərti  ilə);

•   inteqral  mikrosxemlərin topologiyası;

•   insan  və  heyvan  orqanizmlərinin  müalicəsinin  cərrahi  və terapevtik  üsul­

ları,  xəstəliyin diaqnostika  metodları.

Qeyd etmək lazımdır ki,  göstərilən obyektlər ixtira sayılmadıqlarına görə pa­

tent  hüququ  institutu  ilə  qorunmur.  Lakin  bu,  o  demək  deyildir  ki,  həmin  ob­

yektlər,  ümumiyyətlə,  hüquqi  mühafizədən  istifadə etmir.  Əksinə,  patent hüqu­

qu  institutunun  hüquqi  mühafizə  predmetinə daxil  olmasalar da  onlar əqli  mül­

kiyyət  hüququnun  digər institutları  ilə qorunur.  Söhbət  hər şeydən əvvəl,  müəl­

liflik  hüququ  institutundan  (o,  kompüter  proqramlarını,  tikili,  bina  və  ərazi  layi­

hələrini  və  planlaşdırma  sxemlərini  və  s.  qoruyur),  qeyri-ənənəvi  (qeyri-stan­

dart)  hüquq  institutundan  (o,  seleksiya  nailiyyətlərini,  yəni  bitki  sortlarını  və 

heyvan cinslərini və s.  qoruyur) gedir.

Qanunda  ifadə  edilən  birbaşa  göstərişə  görə  ictimai  mənafeyə,  huma­

nizm  və  əxlaq  prinsiplərinə  zidd  olan  ixtira  qorunmur,  hüquqi  mühafizə  ilə  tə­

min  olunmur1

 2.  Belə  ixtiralar yaradıcılıq xarakterli texniki  həll olsalar belə  patent 

hüququnun  hüquqi  mühafizə  predmetinə daxil olmur.

İxtiranın  patentə 

Qanuna  uyğun  olaraq  fiziki  şəxs  sənaye  mülkiyyəti

layiq olmaq (patent  obyektləri,  o cümlədən ixtira yaratmaq və onun müəl-

qabiliyyəti) şərtləri 

lifi olmaq  hüququna  malikdir.  Onun öz yaratdığı  ixtira­

dan  istifadə  etməyə  müstəsna  hüququ  vardır.  Bəs, 

belə  hüququn  müəllifə  məxsus  olmasını  nə  ilə  təsdiqləmək  olar?  Digər tərəf­

dən,  ixtira  qorunmalıdır,  yəni  hüquqi  cəhətdən  mühafizə  ilə  təmin  olunmalıdır.

1 «Patent haqqında» qanunun  7-ci maddəsinin 8-ci  bəndi.

2 «Patent haqqında» qanunun  3-cü maddəsi.

317


İxtiranın  qorunması  onu  ifadə  edir  ki,  müəllifin  razılığı  olmadan  heç  kəs  ixtira­

dan  istifadə edə  bilməsin.  Bəs  bunun  üçün  nə etmək  tələb  olunur?  Bunlardan 

əlavə,  ixtiranın  müəllifinin  kim  olması,  habelə  təklif  olunan  texniki  həllin  ixtira 

kimi  dövlət  tərəfindən  tanınması  təsdiqlənməlidir.  Bunları  hansı  vasitə  ilə  təs­

diq etmək olar?

Qeyd etmək  lazımdır  ki,  göstərilən  məsələləri  həll  etmək  üçün  müəllif ixtira 

üçün səlahiyyətli dövlət orqanından  patent adlı  sənəd  alm alıdır.  Məhz bu sə­

nəd öz yaradıcı əməyi  ilə  ixtira  yaradan  şəxsin  müəllifliyini  (ixtiranın  müəllifi ol­

masını)  təsdiq  edir və  onu  ixtiradan  istifadə  etməyə  m üstəsna  hüquqla  tə­

min  edir.  Məhz  patentin  köməyi  ilə  ixtira  qorunur,  hüquqi  mühafizə  ilə  təmin 

olunur.  Təklif olunan texniki  həllin  dövlət tərəfindən  ixtira   kim i  tanınması  da 

məhz patentlə təsdiqlənir.

Lakin təklif olunan  bütün  texniki  həllərin  hamısına  ixtira  kimi  patent verilmir. 

Bunun üçün texniki  həllər qanununda  nəzərdə tutulan  tələblərə cavab verməli­

dir ki,  onlara  ixtiranın  patentə  layiq  olmaq  (patent  q a biliyyəti)  şərtləri  deyi­

lir.  Məhz  bu  şərtlər  əsasında  təklif olunan  texniki  həll  ixtira  kimi  qiymətləndirilir 

və tanınır.

İxtiranın  patentə  layiq  olmaq  şərtləri  (patent  qabiliyyəti  şərtləri)  elə tə ­

ləblərdir  ki,  bu  tələblər əsasında tə k lif olunan  te xn iki  həll  hüquqi  m ühafi­

zənin  obyekti  olur,  ona  hüquqi  mühafizə  v e rilir.  Qanun  üç  cür  belə  şərt

müəyyən edir'.

•   birincisi,  ixtira  yeni olmalıdır (yenilik şərti  və ya əlaməti);

•   ikincisi,  ixtira,  ixtira  səviyyəli  olmalıdır;

•   üçüncüsü,  ixtira  sənayedə tətbiq edilə bilən olmalıdır.

Hər üç şərtə cavab verən,  yəni yeni olan,  ixtira  səviyyəli və  sənayedə tətbiq 

edilə  bilən  texniki  həll  ixtira  sayılır  və  hüquqi  mühafizə  ilə  təmin  edilir.  Özü  də 

həmin  şərtlərdən  hər  biri  yalnız  müəyyən  tarixə  münasibətdə  əhəmiyyət  kəsb 

edir.  Məsələn,  televizor yalnız  1890-cı  ilə  münasibətdə  patentə  layiq  ixtira  sa­

yıla  bilərdi.  O,  1990-cı  ilə  münasibətdə  isə  ixtira  kimi  tanına  bilməz.

Göstərilən  şərtlər  bir  sıra  çoxtərəfli  beynəlxalq  sazişlərdə  də  nəzərdə  tutu­

lur.  Məsələn,  TRİPS-də  gösterilir  ki,  texnikanın  bütün  sahələrində  qurğu  və 

üsullara  patent verilir,  bu  şərtlə  ki,  onlar yenilik,  ixtira  səviyyəli  olmaq  və  səna­

yedə  tətbiq edilə  bilmək  kimi  əlamətlərə  malik  olsun2.  Analoji  əlamətlərə  (şərt­

lərə) olduğu  kimi Vaşinqton  konvensiyasında  da  (RST-də)  rast  gəlirik3.  Göstə­

rilən  əlamətləri  (şərtləri)  bəzi  regional  sazişlər,  məsələn,  Münhen  konvensiya­

sı  da  nəzərdə tutur4.  Onlar  bir sıra  Avropa  ölkələrinin  patent  hüququna  da  mə­

lumdur.

Bəzi ölkələrdə (məsələn,  Fransa  İtaliya və s.  ölkələrdə) ixtira  yalnız bu şərt­



«Patent haqqında» qanunun  7-ci maddəsinin 2-ci  bəndi.

Bax:  раздел  5 

Соглашения  о  торговых  аспектах  прав  на 

интеллектуальную 

собственность 

(ТРИПС)


Вах:  ст.  33 Договора о патентной  кооперации  (РСТ).

Вах.  ст.  52-53  Мюнхенской  европейской  патентной  конвенции  (конвенции  о  выдаче  евро­

пейских  патентов).

3 18


lə  qorunur  ki,  o,  qabaqcadan  praktikada  istifadə  olunsun'.  Bir  sıra  ölkələrdə 

(məsələn,  ABŞ-da  və  s.) isə  ixtira  üçün  həm  də faydalı olmaq  kimi tələb (şərt) 

irəli sürülür1

 2.


Yenilik 

^ ' r a  

klm'  ,anlnmasl'  eləcə  də  patentlə  hüquqi  mühafizə  edil-

sərti 


məsi  üçün  təklif  olunan  texniki  həll  yeni  olmalıdır,  yəni  yenilik

əlamətinə  malik olmalıdır. Yenilik isə  hüquq ədəbiyyatında haq­

lı  olaraq  göstərildiyi  kimi,  ixtiranın  patentə  layiq olmağın  birinci  və  labüd  şər­

ti,  onun  xarakterik əlam ətidir3.

Qeyd  etmək  lazımdır  ki,  ixtiranın  yeniliyi  (yeni  olması)  iki  meyar  (əlamət) 

əsasında  müəyyən  edilir  və  qiymətləndirilir4.  Həmin  meyarlara  (əlamətlərə) 

aiddir:

•   maddi  meyar (əlaməti);



•   formal  meyar (əlamət)

İxtira  üçün  m üəyyən  edilən  maddi  meyar (əlamət)  Azərbaycan  Respub­

likasının  patent  haqqında  qanununda  nəzərdə  tutulmuşdur5:  ixtira  yeni  həli­

dir.  Maddi  meyar  (əlamət)  tələb  edir  ki,  ixtiranın  mahiyyəti  yeni  olmalıdır,  yəni 

ixtira  mahiyyətcə  yeni  olmalıdır6.  İxtiranın  m ahiyyətinin  yeni  olması  dedik­

də,  ixtiranın  əvvəllər  dünya  texnikasında  ümumiyyətlə,  hələlik  həll  olunmamış 

problemi  (məsələni)  həll  etməsi  və  ya  artıq  tanınmış  (məlum  olan)  həllin  ma­

hiyyətini  dəyişdirməsi  başa  düşülür.

Form al  m eyar  (əlamət)  isə  tələb  edir  ki,  ixtira  dünya  texnikasının  müasir 

səviyyəsi  baxımından  və  onunla  müqayisədə  yeni  olmalıdır.  Deməli,  dünya 

texnikasının  müasir  səviyyəsi  ixtiranın  yeniliyinin  formal  meyarıdır.  Bildiyimiz 

kimi,  müasir  dünya  texnikası  mövcud  texniki  vasitələrin  məcmusundan  ibarət­

dir.  Əgər  təklif  olunan  texniki  həll  (ixtira)  bu  vasitələrdən  birini  təkrarlamırsa, 

başqa  sözlə  desək,  dünya  texnikasına  məlum  deyilsə,  yeni  sayılır.  Bu  isə  onu 

ifadə  edir  ki,  ixtiranın  yeniliyini  qiymətləndirərkən  Azərbaycan  Respublikasının 

patent  hüququ  ixtiranın  nisbi  və  ya  lokal  yeniliyi  prinsipindən  yox,  müt­

ləq  (dünya)  y e n iliyi  prinsipindən  çıxış  edir.  Bu  prinsipə  görə  ixtiranın  yeniliyi 

mütləq  dünya  xarakterinə  malik  olmalıdır,  yəni  təkcə  Azərbaycan  Respublika­

sında  texnikanın  səviyyəsi  baxımından yox,  həm  də xarici  ölkələrdə  (dünyada) 

texnikanın  səviyyəsi  baxımından  müəyyən  edilməlidir.  Buna  görə  də təklif olu­

nan  texniki  həll  dünya  (xarici  ölkələrin) texnikasına  məlum  olarsa,  Azərbaycan 

Respublikasında  tətbiq  edilməsindən  asılı  olmayaraq,  o,  ixtira  üçün  tələb olu­

nan  əlamətdən  (meyardan)  məhrumdur.  İxtira  nisbi  və  ya  yerli  (lokal)  yenilik 

yox,  mütləq  (dünya)  yenilik  əlamətinə  malik  olmalıdır.  Nisbi  yenilik  və ya  lokal

Гражданское  и  торговое  право  капиталистических  стран.  Учебное  пособие/Отв.рсд. 



В. П.Мозолин.  М.И.Кулагин.

  М ..  1980, с.  324.

:  Гражданское  и  торговое  право  капиталистических  государств.  Учебное  лособнс/Отв.ред. 

К.КЯичков.

  М .,  1966. с. 472.

1  Гражданское  право.  У чебник.  Том  1/Под  рсд. 

Е.А.Суханова.

  М .,  1998,  с.  685; 



Сергеев  А.П. 

Право интеллектуальной собственности  в  Российской  Федерации  М .,  1999, с. 416.



Иоффе О С.

  Советское гражданское право.  Курс лекций. Л .,  1965, часть 3, с. 94.

5 «Patent  haqqında» qanunun  l-c i  maddəsi.



Ионас  В.Я.

  Изобретательское  правоотношение  в  советском  гражданском  праве.  Авторсф. 

канл.дисс. Л .,  1955, с.  8.

319


(yerli) yenilik dedikdə,  ixtiranın  əvvəllər dünyada  yox,  müəyyən  bir ölkədə  mə­

lum  olmaması,  yəni  təzə  olması  başa  düşülür.  Yeri  gəlmişkən,  qeyd  edək  ki, 

yeniliyin  üç  növü  fərqləndirilir’ :  yerli yenilik:  nisbi  dünya  yeniliyi:  mütləq  dünya 

yeniliyi.  Yerli yenilik elə bir dövlətin ərazisini göstərir ki,  həmin ərazi həddində 

texnika  səviyyəsinə  daxil  olan  məlumatlar  bəlli  olur.  Nisbi  dünya  ye n iliyi  bü­

tün  dövlətlərin  ərazisini  göstərir  ki,  həmin  ərazi  həddində  texnikanın  konkret 

sahəsinə aid olan və onun  səviyyəsinə  daxil  edilən  məlumatlar  bəili  olur.  Müt­

ləq  dünya  yeniliyi  bütün  dövlətlərin  ərazisini  göstərir  ki,  həmin  ərazi  həddin­

də texnika  səviyyəsinə daxil  edilən  istənilən məlumat  bəlli  olur.

Mütləq  (dünya) yenilik obyektiv yenilik də  adlanır.  İxtira  məhz obyektiv ye­

nilik  əlamətinə  malik  olmalıdır.  Subyektiv  yenilik  isə  ixtira  üçün  xarakterik  de­

yildir.  Əgər artıq  dünya  texnikasına  məlum olan  ixtira  onu  müstəqil  surətdə  ya­

radan  şəxsin  özünə  təzə  görünərsə,  subyektiv  yenilik  əlamətinə  malikdir. 

Məsələn,  müstəqil  surətdə  loqarifm  cədvəli  hazırlayan  və  onun  artıq  yaradıl­

masından  xəbəri  olmayan  şəxs  güman  edir  ki,  ixtira  yaratmışdır.  Onun  nailiy­

yəti  subyektiv  yenilik  əlamətinə  malik  olduğu  üçün  və  obyektiv  yenilikdən 

məhrum  edildiyinə,  yəni  dünya texnikasının  müasir səviyyəsi  baxımından  yeni 

olmadığına görə  ixtira sayılmır.

Beləliklə,  dünya  texnikasının  müasir  səviyyəsi  ixtiranın  yeniliyini  qiymətlən­

dirməyin  və  müəyyənləşdirməyin  əsas  (çıxış) bazasıdır.  Belə  ki,  ixtiranın  yenili­

yi  məhz dünya texnikasının  müasir səviyyəsinə münasibətdə  müəyyən  olunur.

Dünya  texnikasının  səviyyəsi  dedikdə,  nə  başa  düşülür?  Qanunda  bu 

suala  cavab  verilir.  Belə  ki,  dünya  texnikasının  səviyyəsi  onun  ibarət  olduğu 

texniki  vasitələr  barədə  məlumatlarla  (biliklərlə)  müəyyən  edilir.  Məhz  hə­

min  məlumatlar  (biliklər)  baxımından  və  onlarla  müqayisədə  ixtiranın  yeniliyi 

(yeni  olması)  qiymətləndirilir.  Özü  də onlar  kütləvi  məlumatlar  (biliklər)  olmalı­

dır.  İxtiranın yeniliyi (yeni olması) müəyyənləşdirilərkən yalnız kütləvi  məlumat­

lar (biliklər) əsas götürülür,  nəzərə alınır və onlardan  istifadə olunur.

Kütləvi  məlumatlar  (biliklər)  dedikdə,  hamının və  hər  kəsin  əldə  edə  bilə­

cəyi  informasiyalar  başa  düşülür.  Onlar  əldə  edilməsi  bütün  şəxslər  üçün 

mümkün  olan,  necə  deyərlər,  «əlçatan»  informasiyalardır.  Buna  görə  də  qul­

luq  (xidməti),  qapalı,  məxfi  və  bu  qəbildən  olan  digər  informasiyalar  kütləvi 

məlumatlara  aid  edilmir  və  ixtiranın  yeniliyi  müəyyən  olunan  zaman  nəzərə 

alınmır.  Kütləvi  məlumatların  yayılması  xüsusi  olaraq,  məsələn,  «Məxfidir», 

«Xidməti  istifadə üçün» və digər qriflərlə məhdudlaşmamalıdır2.

Kütləvi  məlumatlara  (biliklərə)  istənilən  formada  (şifahi  və  ya  yazılı  forma­

da),  istənilən  növdə  (rəsmi  və  ya  qeyri-rəsmi  informasiyalar)  və  s,  informasi­

yalar  daxil  ola  bilər,  bu  şərtlə  ki,  onlar  ixtiranın  m ahiyyətini  açsın.  Başqa 

sözlə  desək,  informasiyaların forma  və  növünün  və  digər  məsələlərin  mətləbə 

dəxli yoxdur.

İxtiranın  yenilik  kimi əlaməti  yenilik  üçün  xüsusi  ekspertiza  keçirm ək yo­

lu  ilə  müəyyənləşdirilir.  Belə  ekspertiza  hər  şeydən  əvvəl,  patent  və  elmi-tex-



Городов 

О.А.  Патентное право.  Учебное пособие.  М ., 2005, с.  145.

■ 

Белов В.В., Виташев Г.В., Денисов Г М

  Интеллектуальная собственность.  М ., 2006, с.72.

320


niki  ədəbiyyat üzrə  keçirilir.

İxtira  üçün  məcburi  olan yeniliyi qiymətləndirməyin  həm maddi,  həm də for­

mal  meyarının  (əlamətinin)  mövcudluğu  tələb  edilir.  Bu  meyarlar  (əlamətlər) 

birlikdə  ixtiranın yeni  olmasını  (yeniliyini) şərtləndirir.  Onlardan  biri olmazsa,  ix­

tiranın  yeniliyindən  söhbət  gedə  bilməz.  Məsələn, təklif olunan texniki  həll for­

mal  meyar  baxımından  (dünya  texnikasının  müasir  səviyyəsi  baxımından) ye­

nidir.  Lakin  onun  mahiyyəti  yeni  deyildir, yəni o,  maddi  meyardan  (əlamətdən) 

məhrumdur.  Buna görə həmin texniki həll ixtira kimi tanına bilməz.

Əgər ixtiranın yeniliyi  dünya texnikasının  müasir səviyyəsinə  aid olan kütlə­

vi  məlumatlar  (biliklər)  baxımından  və  onlarla  müqayisədə  (onlara  münasibət­

də)  qiymətləndirilirsə,  kütləvi  məlumatların  özü  isə  patent  almaq  üçün  iddia 

sənədinin  v e rild iy i  günlə  müəyyənləşdirilir.  Belə  ki,  ixtiranın  yeniliyi  müəy­

yən  edilərkən  yalnız  həmin  günə  kimi  mövcud  olan  kütləvi  məlumatlardan  isti­

fadə  edilir1.  İddia  sənədinin  verildiyi  gün,  yəni  səlahiyyətli  dövlət  orqanına  da­

xil  olduğu  gün  isə  ixtira  üzrə  ilkinlik  hüququnun  (ixtiranın  ilkinliyinin)  yarandığı 

tarixdir1

 2 3

.  Deməli,  ixtiranın  yeniliyi  müəyyən  edilərkən  ixtiranın  ilkinliyi  tarixi 



əsas  götürülür.  Belə  ki,  ixtiranın  ilk in liy i  tarixinədək  mövcud  olan  kütləvi 

məlumatlardan  istifadə etməklə onun yeniliyi məsələsi  həll  olunur. Yalnız səla­

hiyyətli  dövlət  orqanına  ilkin  (birinci)  olaraq  verilən  iddia  sənədinə  patent veri­

lir.  Başqa  sözlə  desək,  kim  birinci  (ilkin)  ixtira  barəsində  iddia  sənədi  vermiş­

dirsə,  patenti də o,  alacaqdır.  İddia  sənədi  verməkdə  ilkinlik (birincilik) ixtiranın 

yeniliyini  təmin  edir.  Buna  görə  də ixtiranın  yeniliyinin  qiymətləndirilməsi  ixtira­

nın  ilkinliyi (birinciliyi)  məsələsi ilə əlaqələndirilir.

İxtiranın  ilkinliyini  müəyyən  etməyin  ümumi  qaydası  yuxarıda  göstərilənlər­

dən  ibarətdir.  Bununla  belə,  qanun  həmin  məsələ  barəsində  xüsusi  qayda  da 

nəzərdə  tutur  ki,  həmin  qayda  iddiaçı  üçün  müvafiq  güzəşt  müəyyən  edir. 

Söhbət  hər  şeydən  əvvəl,  konvensiya  ilkinliyindən  gedir.  Konvensiya  ilkin li­

yi  barədə  qaydaya  görə,  ixtiranın  ilkinliyi  ilk  iddia  sənədinin  sənaye mülkiyyə­

tinin  mühafizəsinə dair Paris  konvensiyasının  iştirakçısı olan  dövlətdə (Paris İt­

tifaqının  üzvü  olan  dövlətdə)  verilməsi  tarixindən  müəyyənləşdirilə  bilər,  bu 

şərtlə  ki,  ixtira  barəsində  iddia  sənədi  həmin  tarixdən  etibarən  12  ay  ərzində 

səlahiyyətli  dövlət orqanına verilmiş olsun.

İxtiranın  patentə  layiq  olmağın  digər  şərti  (əlaməti,



İxtira 

meyarı) ixtira səviyyəli olmaq  adlanır.  Qanun  müəyyən

edir  ki,  ixtira  səviyyəsinə  malik  olarsa,  ixtira  obyekti 

hüquqi  mühafizə  ilə  təmin  edilir4.  Bəs,  ixtira səviyyəsi­

nə  malik olmaq  (ixtira səviyyəli olmaq), dedikdə  nə başa  düşülür?

Qeyd  etmək  lazımdır  ki,  bir  sıra  Avropa  ölkələrinin  patent  haqqında  qanu­

nunda  göstərilən  şərt  (əlamət,  meyar)  müxtəlif adlar altında  nəzərdə  tutulur5.

səviyyəsinə  malik 

olmaq şərti

1 «Patent haqqında» qanunun 7-ci maddəsinin 3-cü bəndi.

2  «Patent haqqında» qanunun  28-ci  maddəsinin  1-ci bəndi.

3 «Patent haqqında» qanunun 28-ci  maddəsinin 2-ci  bəndi.

4 «Patent haqqında» qanunun 7-ci maddəsinin 2-ci  bəndi.



Еременко  В.И.

  Критерии  патентоспособности  по  европейскому  патентному  праву//Вопросы 

изобретательства.  1989, №   12, с.  13-14.



Bəzi  beynəlxalq  sənədlərdə  həmin  şərt  həm  də  «bəlli  olmamaq»  («aşkar  ol­

mamaq») termini ilə əhatə olunur1.  Beynəlxalq  patent hüququnda  əsasən  gös­

tərdiyimiz  termindən  istifadə  olunur* 2.  Almaniya  və  İtaliyada  göstərdiyimiz  əla­

mət  «ixtira  yaradıcılığı  səviyyəsi»,  Böyük  Britaniyada  «ixtira  addımı»,  Fransa­

da  «ixtira  fəaliyyəti  nəticəsi»,  Skandinaviya  ölkələrində  «yenilikdə  mühüm 

fərq»,  ABŞ-da  «bəlli  olmamaq»  anlayışları  ilə  ifadə  olunur3.  TRIPS  sazişində 

«ixtira  addımı»  (bilik səviyyəsində ciddi  irəliləmə)  kimi  anlayış  müəyyən  edilir4, 

«ixtira  addımı»  və  «bəlli  olmamaq»  sinonim  anlayışlardır.  Sovet  dövrünün  ixti­

ra  hüququna  «mühüm  fərq»  kimi  şərt  (əlamət)  məlum  idi5.  İxtira  səviyyəsinə 

malik olmaq  əlaməti  (şərti) məhz onu əvəz edir.

Qanunda  ixtira  səviyyəsinə  malik  olmaq  (ixtira  səviyyəli  olmaq)  əlamətinə 

belə  anlayış  verilir:  ixtira,  həmin  sahədə  çalışan  mütəxəssis  üçün  mövcud  bil­

gilərdən açıq-aşkar irəli  gəlmirsə,  ixtira səviyyəsinə malik  hesab edilir6.  Mürək­

kəb xarakterə  malik  olduğuna  və aydın şəkildə  ifadə  edilmədiyinə  görə  həmin 

əlamətə  (şərtə)  daha  sadə  və  başa  düşülən  dildə  elmi  (doktrinal)  anlayış  ver­

məyi  zəruri  və  məqsədəmüvafiq  hesab  edirik:  ixtira,  həm in  sahədə  çalışan 

mütəxəssisə  dünya  texnikasının  m üasir  (mövcud)  səviyyəsi  və  onunla 

müqayisə  edilməsi  baxımından  açıq-aşkar  bəlli  deyilsə,  ixtira  səviyyəli 

sayılır.  Buna  görə  beynəlxalq  patent  hüququnda  ixtira  səviyyəli  olmaq  əlaməti 

adətən,  «bəlli  olmamaq»  əlaməti  adlanır7.  ABŞ  patent  hüququna  da  həmin 

əlamət məlumdur.  Bu  əlamətə görə,  barəsində  iddia  sənədi  verilmiş  ixtira  dün­

ya  texnikasının  müasir  (mövcud)  səviyyəsinə  bəlli  olmamalıdır,  yəni  ixtira  sə­

viyyəsinə uyğun  olmalıdır.

Dediklərimizdən  belə  nəticəyə  gələ  bilərik  ki,  ixtira  səviyyəli  olmaq  (bəlli  ol­

mamaq) əlaməti  dünya texnikasının  m üasir (m övcud)  səviyyəsinə münasi­

bətdə  və  onunla  müqayisədə  müəyyən  olunur.  Dünya  texnikasının  müasir 

(mövcud)  səviyyəsi  həm  də  həmin  əlamətin  müəyyənləşdirilməsi  məqsədinə 

xidmət edir.  Özü  də  həmin  əlamət müəyyən edilən  zaman yalnız  kütləvi  məlu­

matlar  nəzərə  alınır.  Bütün  kütləvi  məlumatlar  yox,  ancaq  ixtira  barəsində  id­

dia  sənədinin verildiyi  günə  kimi,  yəni iddia  sənədi  səlahiyyətli  dövlət orqanına 

daxil olduğu günə  kimi  mövcud olan kütləvi  məlumatlardan  istifadə  olunur.  Hə­

min  gündən ixtiranın  ilkinliyi yaranır.  Bu  isə onu  bildirir ki,  ixtira  səviyyəli olmaq 

əlaməti  yenilik  əlaməti  kimi  ixtiranın  ilk in liy i  tarixinə  (gününə)  kim i  müəy­

yənləşdirilir.

Patent haqqında  qanunun verdiyi  leqal anlayışından görünür ki,  ixtira  səviy­

yəli olmaq (bəlli olmamaq) əlaməti  iki əsas anlayışın vasitəsi  ilə  müəyyənləşdi-

'  Bax:  er.  33. Договора о  патентной  кооперации  (PCT).

Андрей Минное. 

Международная охрана  интеллектуальной собственности.  М ., 2 0 0 1, с.  I9.

3  Гражданское  и  торговое  право  капиталистических  стран.  Учебное  пособис/Отв.рсд.



В.П.Мозолин. М.И.Кулагин. 

M .,  1980, с. 326.

4  Гражданское  и  торговое  право  зарубежных  госудаоств.  У чебник.  Том  2/Отв.рсд. 

Е.А.Васильев. А С.Комаров. 

М ., 2005, с. 486.

5  Положения об открытиях, изобретателях  и  рационализаторских  предложениях.  I973.

’ «Patent haqqında» qanunun 7-ci maddosinin 6-cı  bəndi.



Вельяминов Г.M. 

Международное экономическое право и  процесс.  У чеб ник.  М .,  2004, с.  3 4 1; 



Андрей Минное. 

Международная  охрана интеллектуальной собственности.  М ., 2001, с.  19.

322


rılir.  Həmin anlayışlara  aiddir:

•   bəlli  olmamaq;

•   mütəxəssis.

Bəlli  olm am aq  dedikdə,  dünya  texnikasının  müasir  (mövcud)  səviyyəsin­

dən  təklif olunan  ixtira  obyektinə  tam  oxşar  (onunla  eyni)  olan  və  ondan  heç 

nə  ilə  fərqlənməyən  hər hansı  texniki  vasitənin  aşkara  çıxarılmaması  (üzə çı- 

xarılmaması) başa düşülür.

M ütəxəssis  dedikdə,  ixtiranın  aid  olduğu  sahədə  işləyən və  həmin sahədə 

orta  biliyə  malik  olan  şəxs  başa  düşülür.  Dünya  texnikasının  müasir (mövcud) 

səviyyəsindən  oxşar (eyni) texniki vasitə məhz ona  bəlli olmamalıdır.  Buna gö­

rə  də  ixtiranın  bu  əlamətinə  subyektivlik  elementi  xasdır.  Belə ki,  ixtira kimi 

təklif olunan  nailiyyət (həll) texnikanın  müvafiq sahəsində  məşğul olan adi mü­

təxəssisə  bəlli  olmamalıdır.  Bu  səbəbdən  həmin  əlamət  adi  mütəxəssisin  bilik 

və  təcrübəsindən  asılı  olmaqla  müəyyən  edilir.  Söhbət  subyektiv  asılılıqdan 

gedir.  Orta  m ütəxəssis dedikdə,  patent idarələrinin  ekspertləri  başa düşülür1. 

Onların  müvafiq  təhsili,  peşəkar  hazırlığı,  ixtisası,  iş  təcrübəsi,  biliyi,  xüsusi 

tədqiqatlar  aparmaq  bacarığı  və  s.  vardır.  Buna  görə  ekspertlər  təklif  olunan 

nailiyyətin  ixtira  olmasını  müəyyən edə  bilirlər.

İxtira  səviyyəli  olmaq  əlaməti  yenilik əlaməti  ilə  sıx surətdə bağlıdır.  Belə  ki, 

bu  əlamət  əslində,  faktiki  olaraq,  yenilik  əlamətinin  maddi  meyarını  ifadə edir. 

Məsələ burasındadır ki,  ixtira  səviyyəli  olmaq  əlaməti əsasında  ixtiranın  mahiy­

yətcə yeni  olması,  ona yaradıcılıq elementinin xas olması  müəyyən edilir1

 2.

Sənayedə  tətbiq  oluna  bilmək  əlamətini  patent  haq-



*h-SƏ?aye

l



 

qında  qanun  ixtiranın  patentə  layiq  olmağın  üçüncü

ətbıq oluna  bilmək 

şƏqj  hesat>  edir.  Elə  buradaca  dərhal  qeyd  etmək la-

ə ama  ı  (şə  ı) 

zımdır  ki,  qanun  ixtiranın  bu  əlamətini onun  digər əla­

mətlərindən  (yəni  yenilik  və  ixtira  səviyyəli  olmaq  əlamətlərindən) fərqli olaraq 

dünya  texnikasının  müasir  (mövcud)  səviyyəsi  ilə,  habelə  ilkinlik  tarixi  ilə  əla­

qələndirmir.

İxtiranın  sənayedə  tətbiq  oluna  bilmək əlamətinə  (şərtinə)  qanun  leqal anla­

yış  verir3:  ixtiranın  obyekti  sənayenin  və  təsərrüfatın  hər  hansı  sahəsində 

hazırlana  və  istifadə  edilə  bilərsə,  o  halda  ixtira  sənayedə tətbiq  oluna  bi­

lən  sayılır.  Anlayışdan  görünür ki,  göstərilən  əlamətin  (şərtin) adı  şərti xarakter 

daşıyır və  özünün  malik  olduğu  əsl  məzmunu  heç  də  əhatə  etmir.  Yəni  həmin 

əlamət (şərt) onu  ifadə etmir ki,  ixtira obyekti istehsalın yalnız sənaye sahəsində 

tətbiq  olunmalıdır.  Məsələ  burasındadır  ki,  «sənayedə  tətbiq  oluna  bilmək»  ter­

mininin  hərfi mənada yox,  geniş mənada təfsir etmək və başa  düşmək lazımdır. 

İxtira  obyekti  həm  maddi  istehsal  (sənaye,  kənd  təsərrüfatı,  nəqliyyat  və  s.), 

həm  də  qeyri-maddi  istehsal  sahələrində  (məsələn,  səhiyyə,  elm-təhsil,  mədə­

niyyət və s.), bir sözlə, təsərrüfatın  istənilən sahəsində tətbiq edilməlidir.

İxtiranın  patentə  layiq  olmağın  sənayedə  tətbiq  edilə  bilmək  şərti  (əlaməti) 

onu  ifadə edir ki,  o, təsərrüfatın  hər hansı  sahəsində (sənaye,  kənd təsərrüfatı,

1  Гражданское и торговое право капиталистических стран.  М .,  1980, с.  326.



Городов О.А.

  Патентное право.  Учебное пособие.  М ., 2005, с.  153.

3  «Patent haqqında» qanunun  7-ci  bəndi.

323


nəqliyyat,  səhiyyə,  təhsil,  mədəniyyət,  texnika  və  digər  sahələrdə)  istifadə 

olunmalıdır.  Sənayedə tətbiq oluna  bilmək təsərrüfatın  istənilən  sahəsində  is­

tifadə edilə bilmək deməkdir.

Birincisi,  göstərilən  şərt (əlamət) tələb etmir ki,  barəsində  iddia  sənədi  ve­

rilmiş  ixtira  texniki  cəhətdən  mütərəqqi  (qabaqcıl)  olm alıdır.  Qanun  səna­

yedə tətbiq edilə bilmək şərti  (əlaməti) üçün belə  tələb  müəyyən  etmir.  Belə  ki, 

təsərrüfatın  hər hansı  sahəsində  istifadə olunan  ixtira  obyekti texniki  cəhətdən 

mütərəqqi ola  da  bilər,  olmaya  da  bilər.  O,  praktik fəaliyyətdə  texniki  mütərəq- 

qilik  məsələsindən  asılı  olmayaraq  tətbiq  edilir.  Deməli,  sənayedə  tətbiq  edilə 

bilmək  anlayışına  texniki  cəhətdən  mütərəqqi  olmaq  tələbi  daxil  edilmir  və 

onun  məcburi (labüd) elementi  sayılmır.

ikincisi,  sənayedə tətbiq  edilə bilmək şərti (əlaməti) tələb etmir ki,  barəsində 

iddia  sənədi verilmiş ixtira faydalı  olmalıdır.  Düzdür,  bir sıra xarici ölkələrin qa­

nunvericiliyi  (patent  hüququ)  belə  tələb  irəli  sürür’ .  İngilis-amerika  hüququnda 

faydalı  olmaq  ixtiranın  əlamətlərindən  biri  sayılır.  Amma  Azərbaycan  Respubli­

kasının  patent  hüququ  faydalı  olmaq  kimi  tələb  nəzərdə  tutmur.  Buna  görə  də 

ixtira  obyektinin  təsərrüfat sahəsində  istifadə edilməsinin  faydalı  olmasının  mət­

ləbə  dəxli  yoxdur.  O,  təsərrüfat  sahəsində  faydalı  olmasından  asılı  olmayaraq 

tətbiq  edilir.  Bu  isə  onu  göstərir  ki,  faydalı  olmaq  əlaməti  sənayedə  tətbiq  edilə 

bilmək anlayışına  daxil deyil və onun məcburi (labüd) elementi sayılmır.

Üçüncüsü,  sənayedə  tətbiq  edilə  bilmək  şərti  (əlaməti) tələb  etmir ki,  barə­

sində  iddia  sənədi  verilmiş  ixtira  müsbət  effekt  (nəticə)  verm əlidir.  Müsbət 

effekt dedikdə,  ixtiranın tətbiqi  sayəsində  əldə  olunan  konkret fayda  (məsələn, 

vaxta  qənaət  etmək,  məhsulun  keyfiyyətini  yaxşılaşdırmaq,  istehsalı  sadələş­

dirmək,  əmək  və  texniki  təhlükəsizliyin  şəraitini  yaxşılaşdırmaq  və  s.).  Sovet 

ixtira  hüququ  məhz  müsbət  effekti  (nəticəni)  ixtiranın  məcburi  (labüd)  əlamət 

hesab edirdi1

 2.  Patent haqqında qanun  belə əlamətdən  imtina  edərək  onu  «sə­

nayedə  tətbiq  edilə  bilmək»  əlaməti  ilə  əvəz  etmişdir3.  Bu,  ixtiranı  qorumağın 

patent formasına  keçilməsi  ilə  bağlıdır4.  Buna  görə  də  ixtira  müsbət  effektdən 

(nəticədən)  asılı  olmayaraq  tətbiq  edilir.  Bu  zaman  müsbət  effekt  (nəticə)  əldə 

oluna  da  bilər,  olunmaya  da.  Deməli,  müsbət  effekt  (nəticə)  əlaməti  sənayedə 

tətbiq  edilə  bilmək  anlayışına  daxil  edilmir  və  onun  məcburi  (labüd)  elementi 

sayılmır.

Sənayedə tətbiq  edilə  bilmək  şərtinin  (əlamətinin)  iki  əsas  və  başlıca,  necə 

deyərlər,  labüd  (məcburi)  elementi  vardır.  Onlardan  biri  bundan  ibarətdir  ki, 

barəsində  iddia  sənədi  verilən  ixtira  obyektinin  konkret te xn iki  (maddi)  v a si­

tə  şəklində  realizə  olunması  (həyata  keçirilm əsi)  m üm kün  olm alıdır,  yəni 

ixtira obyekti istifadəyə yaramalıdır5.



Вельяминов Г М .

  Международное экономическое  право  и  процесс.  У чебник.  М .,  2004, с.  341; 

Богусловский  И М .

  Международное  частное  право.  У чебник.  М .,  2002,  с.  309;  Гражданское  и 

торговое право зарубежных государств. Том 2, с.  487.



Иоффе ОС.

  Советское гражданское право.  Курс лекций. Л .,  1965, часть  3, с. 96.



Сергеев А.П.

  Право интеллектуальной собственности  в  Российской  Федерации,  1999, с.  4 1 1.

Дементьев В.Н.

  Требования к  изобретению// Вопросы  изобретательства.  1990, № 8, с.  19.

5  Патснтоведение/Под рсд. 

В.А.Рясенцева.

  М .,  1984, с.  32-33.

324


İkinci  labüd  (məcburi)  element  isə  ondan  ibarətdir  ki,  iddiaçının  (patent  al­

maq  üçün  iddia  sənədi  vermiş  şəxsin)  nəzərdə  tutduğu  və  qarşısına  məqsəd 

kimi  qoyduğu  nəticəyə  ixtiranın  köməyi  ilə  doğrudan  və  həqiqətən  nail 

olunmalıdır.

Bunlardan  əlavə,  sənayedə  tətbiq  edilə  bilmək  şərti  (əlaməti)  tələb  edir  ki, 

ixtira  obyekti  sənaye  üsulu  ilə  realizə  olunmalıdır.  Bu,  o  deməkdir ki,  ixtira  sə­

naye  üsulu  (yolu)  ilə  hazırlanmalı  və  ya  ondan  sənaye  üsulu  (yolu)  ilə  istifadə 

olunmalıdır.

Faydalı m odelin 

Faydalı  model  patent  hüququnun -  sənaye mülkiyyə- 

anlayışı  və  patentə 

tinin  obyektlərindən  biridir.  Hüquq  institutu  kimi  pa- 

layiq olmaq (patent 

tent  hüququnun  yerinə  yetirdiyi  əsas  funksiyalardan 

qabiliyyəti)  şərtləri 

biri  ixtira  və  sənaye  nümunəsi  ilə  bərabər,  faydalı 

modeli  də  hüquqi  mühafizə  ilə  təmin  etməkdən,  onu

qorumaqdan  ibarətdir.

Faydalı  modelin  yaranması,  qorunması  və  istifadəsi  ilə  bağlı  müəyyən  növ 

münasibətlər  əmələ  gəlir  ki,  həmin  münasibətləri  tənzimləyən  mülki  hüquq 

normalarının  məcmusu faydalı  model  hüququ  adlanır.  Faydalı  model hüququ 

isə  patent hüququnun  subinstitutlarından  biridir.  Bu subinstituta  daxil olan mül­

ki  hüquq  normaları  əsasən  və  başlıca  olaraq  patent  haqqında  qanunda  ifadə 

olunmuşdur.

Qanunda  faydalı  modelin  leqal  anlayışı  verilir1:  faydalı  model  dedikdə,  is­

tehsal  va sitə lə rin in   və  istehlak  əşyalarının  yaxud  onların  tərkib  hissələri­

nin  k o n s tru k tiv   həlli  başa  düşülür.

Faydalı  model  Azərbaycan  Respublikasının  mülki  hüququ  üçün  yeni  su- 

binstitutdur.  Köhnə  sovet  dövrünün  mülki  hüququ  belə  anlayış  tanımırdı.  Am­

ma  xeyli  müddətdir ki,  faydalı  model  hüququ  beynəlxalq  patent  hüququna,  ha­

belə  bir  sıra  xarici  dövlətlərin  (Almaniyanın,  İtaliyanın,  İspaniyanın,  Britaniya­

nın,  Finlandiyanın,  Çinin,  Avstraliyanın,  Yaponiyanın  və  s.)  qanunvericiliyinə 

məlumdur.  Məsələn,  Paris  konvensiyası  faydalı  modeli  sənaye  mülkiyyətinin 

mühafizə  obyektlərindən  biri  kimi  tanıyır1

 2.  1911-ci  ildə  faydalı  model  müstəqil 

müdafiə  obyekti  kimi  həmin  konvensiyaya  daxil  edilmişdir  (§  2.  1-ci  maddə). 

Bu  vaxtdan  o,  beynəlxalq  hüquq  səviyyəsində  qorunmağa  başlanmışdır.  Fay­

dalı  model  ilk  dəfə  1891-ci  ildə  Almaniyada  yaranmışdır.  Məhz  həmin  ildən 

başlayaraq onlar hüquqi  mühafizə  ilə təmin olunmuşdur.

Xarici  ölkələrin  qanunvericiliyi  (məsələn,  Almaniyada  faydalı  model haqqın­

da  28  avqust  1986-cı  il  qanunu:  Yaponiyada  faydalı  model  haqqında  1959-cu 

ıl  qanunu  və  s.)  faydalı  modeli  patent  hüququnun  mühafizə  predmetinə  daxil 

edərək onu  xüsusi olaraq  qoruyur.  Faydalı modelin  qorunması  üçün  mühafizə- 

edici  sənəd  verilir  ki,  bəzən  həmin  sənəd  «kiçik  patent»  adlanır.  «Faydalı  mo­

del»  terminindən  ixtiranın  müəyyən  növünü  adlandırmaq  üçün  istifadə olunur. 

Xarici  ölkələrin  qanunvericiliyi  faydalı  model  anlayışına  mexanika  sahəsində 

yaradılan  ixtiraları  aid  edir.  Faydalı  modelin obyekti  rolunda  qurğular, faydalı

1 «Patent haqqında» qanunun  l-c i  maddəsi.

2  Bax: 

c t


1  Парижской  конвенции  по охране промышленной собственности.

325


predmetlər  və  mexanizmlər  (ona  rus  dilində  «prisposoblenie»  deyilir)  çıxış 

edir.  Faydalı  modelə  patent  verilməsi  ixtiranı  qorumağın  ikinci  forması  hesab 

edilir.

Beynəlxalq  (dünya)  praktikanı  və  xarici  ölkələrin  qanunvericilik  ənənəsini 



nəzərə alaraq  Azərbaycan  Respublikasının  mülki  hüququ  ilk  dəfə  olaraq  ölkə­

mizdə faydalı  model  kimi əqli  (sənaye) mülkiyyət obyektini  hüquqi  mühafizə ilə 

təmin edir. O,  yeni  mühafizə obyektidir.

Xarici  ölkələrdə  çox vaxt  faydalı  modeli  kiçik  ixtira  (kiçik  patent)  adlandırır­

lar.  Doğrudan  faydalı  model  öz  xarici  əlamətlərinə  görə  ixtiranın  analoqudur. 

İxtira  kimi  o  da  texniki  yenilikdir.  İxtira  kimi faydalı  model  də  problemin  texniki 

həlli  deməkdir.  Təsadüfi  deyildir  ki,  Yaponiyada  faydalı  model  anlayışı  ixtira 

anlayışı  ilə  eyniləşdirilir.  Amma  bunlara  baxmayaraq,  onlar  arasında  fərqli  cə­

hətlər də vardır.

Birincisi,  ixtira  və  faydalı  model  bir-birindən  obyektlərinə  görə  fərqlənir­

lər.  Belə  ki,  faydalı  modelin  obyektinə  nisbətən  ixtiranın  obyekt  dairəsi  daha 

genişdir,  yəni  ixtiranın  obyektlərinə  nisbətən  faydalı  modelin  obyekt  dairəsi 

məhduddur.  Məsələ  burasındadır  ki,  faydalı  m odelin  obyekti  yalnız  qurğu 

ola  bilər.  Qurğu,  bildiyimiz  kimi,  ixtiranın  obyektlərindən  biridir.  Bu  baxımdan 

faydalı  model  qurğu  növündə  ixtira  deməkdir.  Faydalı  model  qismində yal­

nız  qurğu  qoruna  və  hüquq  mühafizə  ilə  təmin  edilə  bilər.  Bu  səbəbdən  xarici 

ölkələrin  hüquq  doktrinasına  görə,  faydalı  model  dedikdə,  qurğuya  (konstruk­

siyaya) aid olan yeni texniki  həll  başa düşülür1.

İxtiranın  qurğu  növü  olmayan  digər  obyektlərinə  (üsul,  maddə,  mikroorqa- 

nizmin  ştammı,  bitki və  heyvan  hüceyrələrinin  kulturaları,  həmçinin  onların  ye­

ni  təyinatla  həllinə)1

 2  gəldikdə  isə  qeyd  etməliyik  ki,  qanuna  görə  onlar  faydalı 

modelin obyekti sayılmır3.  Bu  obyektlər faydalı  model  qismində yox,  yalnız  ixti­

ra  kimi  qorunurlar.

Dediklərimizdən  belə  nəticəyə gələ bilərik  ki,  faydalı  model  həmişə  ixtiradır. 

İxtira  isə  bütün  hallarda  faydalı  model  deyildir.  Buna  görə  də  faydalı  modeli 

haqlı  olaraq  çox vaxt  «kiçik  ixtira»  adlandırırlar.  Digər  tərəfdən,  ixtira  sayıl­

mayan obyektlər həm  də faydalı  model  kimi tanınmır4.

Beynəlxalq  patent hüququnda faydalı  model  dedikdə,  böyük  olmayan  mexa­

niki tətbiqi (təcrübi) ixtiralar (mexanizmlər, alət, ev cihazı və s.) başa düşülür5.

İkincisi,  faydalı  model  üçün  ixtira  səviyyəli  olmaq  kimi  şərt  müəyyən  edil­

mir.  Belə ki,  ixtiradan fərqli  olaraq faydalı  model  ixtira  səviyyəsinə  m alik o l­

mamalıdır.

Üçüncüsü,  dünya  texnikasının  müasir  (mövcud)  səviyyəsini  inkişaf  etdir­

mək  baxımından  faydalı  model  ixtiraya  nisbətən  az  rol  oynayır.  Şübhəsiz,  bu 

məsələdə ixtiranın əhəmiyyəti daha böyükdür.

Dördüncüsü,  ixtiranın  faydalı  modelə  nisbətən  qorunma  müddəti  daha

1 Гражданское и торговое право капиталистических стран.  М .,  1980, с. 335.

2 «Patcnl haqqında» qanunun 7-ci maddəsinin  1 -ci bəndi.

3 «Patent haqqında» qanunun 8-ci maddəsinin 6-cı  bəndi.

4 «Patent haqqında» qanunun 7-ci maddəsinin 8-ci  bəndi vo 8-ci  maddəsinin 6-cı  bəndi.



Вельяминов Г.М.

  Международное экономическое право и  процесс.  У чебник.  М ., 2004, с.  339.

326


çoxdur.  Belə  ki,  ixtira  üçün verilən patent daha artıq müddətə qüvvədə olur.

B eşincisi,  ixtiradan  fərqli  olaraq faydalı  model  faydalı  olmaq  kimi  əlamə­

tə  malikdir.  Qanun  faydalı  model  üçün  bela  əlamət  müəyyənləşdirir1.  Bəzən 

faydalı  modeli  «faydalı  innovasiya»  da adlandırırlar1

 2 3

.

Faydalı  olmaq  əlaməti  ifadə oluna  bilər:  istehsal  vasitələri,  istehlak əşyaları 



və  onların  hissələrinin,  konstruktiv  həllinin  və funksional  xüsusiyyətlərinin  fay­

dalı  olmasında;  üstünlük  verməsində;  vaxta  qənaət  etməsində;  əl  əməyini 

yüngülləşdirmədə;  əmək şəraitini yaxşılaşdırmada və s.

Faydalı  model  ixtira  kimi  patentin  vasitəsi  ilə  qorunur.  Buna  görə də  o,  pa­

tentə  layiq  olmalıdır.  Bundan  ötrü  qanun  iki  şərt  müəyyən  edir  ki,  onlara  fay­

dalı  m odelin  patentə  layiq  olm ağın  (patent  qabiliyyəti)  şərtləri  deyilir.  Hə­

min şərtlərə aiddir:

•   yenilik;

•   sənayedə tətbiq  edilə  bilmək.

Yalnız  bu  iki  şərtə  cavab  verən,  yəni  yeni  olan  və  sənayedə tətbiq edilə  bi­

lən  obyekt  faydalı  model  kimi  tanınır  və  patentin  köməyi  ilə  hüquqi  mühafizə 

ilə  təmin edilir.  Həmin  şərtlər qanunda  birbaşa  nəzərdə tutulmuşdur.

Əlbəttə,  faydalı  modelin  yaradıcılıq  səviyyəsi  ixtira  ilə  müqayisədə  yüksək 

deyildir4.  İxtira  ilə  müqayisədə  onun  tətbiq  sferası  xeyli  dərəcədə  məhduddur. 

Lakin  o,  daha  sadə  konstruktiv  həll  olub,  heç  də  az  olmayan  mənfəət  (gəlir) 

əldə olunmasını təmin  edir.  Koreyada alışqan (papirosyandıran) və butılka  (şü­

şə) açan, Almaniyada ayağı  pedalı  basmaqla açılan zibil qabı və s.  faydalı  mo­

del  kimi  geniş  surətdə  tətbiq  olunur.  Bəzi  ölkələrdə,  məsələn,  ABŞ-da  faydalı 

model  qorunmur.  Bu,  onunla  izah  edilir  ki,  faydalı  model  üçün  patent  alınan 

zaman  iddia  sənədinin  dərc  olunması  kommersiya  sirrinin  açıqlanmasına  gəti­

rib çıxara  bilər.

Yenilik faydalı 

modelin  patentə layiq 

olmağın  şərti  kimi

O  faydalı  model  patent  hüququnun  mühafizə  pred- 

metini təşkil  edə və qoruna  bilər ki,  yeni  olsun,  yəni 

yenilik  əlamətinə  malik  olsun.  Yenilik  əlamətindən 

məhrum  olan  faydalı  modelə  patent  verilmir  və  əl­

bəttə o,  hüquqi  mühafizədən  istifadə etmir.

Qanun  faydalı  modelin  malik  olduğu  yenilik  əlamətinin  leqal  anlayışını  belə 

verir:  faydalı  m odel  o  halda  yeni  sayılır  ki,  onun  malik  olduğu  mühüm 

əlam ətlərin  m əcm usu  dünya  texnikasının  m üasir  (mövcud)  səviyyəsinə 

bəlli  (məlum)  olmasın.  Anlayış  hüquqi  əhəmiyyətə  malik  olan  bir sıra  nəticə­

lər çıxarmağa  imkan verir.

B irin cisi,  faydalı  modelin  yeniliyi  dünya  texnikasının  m üasir  (mövcud) 

səviyyəsinə  m ünasibətdə  və  onun  vasitəsilə  müəyyən  edilir.  O,  faydalı  mo­

delin  yeniliyini  müəyyən  etmək  üçün əsas (çıxış) baza  rolunu oynayır və yenili­

yin  meyarı  sayılır.  Bu  isə  onu  ifadə  edir ki,  Azərbaycan  Respublikasının  patent 

hüququ  faydalı  modelin  yeniliyini  müəyyənləşdirmək  məsələsində  dünya  ye­

1  «Patent haqqında» qanunun  8-ci maddəsinin  l- c i bəndi.



Вельяминов Г.М.

  Международное экономическое право и  процесс.  Учебник М ., 2004, с.  339.

3 «Patent haqqında» qanunun  8-ci maddəsinin 2-ci  bəndi.

A Беюв B.B..  Виталиев Г.В.. Денисов Г.М.

  Интеллектуальная собственность  М ., 2006, с. 14.

327


niliyi  prinsipindən  çıxış edir.

İkincisi,  dünya  texnikasının  müasir (mövcud)  səviyyəsi faydalı  m odelin  il­

kinliyi tarixi  ilə,  yəni faydalı  model  barədə  iddia  sənədi verildiyi  (iddia  sənədi­

nin  səlahiyyətli  dövlət  orqanına  daxil  olduğu)  tarixlə  müəyyən  edilir1.  Belə  ki, 

dünya  texnikasının  müasir  (mövcud)  səviyyəsinə  birincisi,  faydalı  modelin  il­

kinliyi  tarixinə qədər barəsində iddia  sənədi verilmiş (yəni  təklif olunan) fayda­

lı  modellə  eyni  təyinatlı  obyektlər  barəsində  kütləvi  m əlum atlar  daxildir. 

Məxfi,  qapalı  (gizli)  və  xidməti  məlumatlar  nəzərə  alınmır.  Çünki  istənilən  ma­

raqlı şəxsin belə  məlumatlarla tanış olması qeyri-mümkündür.

İkincisi,  dünya  texnikasının  müasir  (mövcud)  səviyyəsinə  barəsində  iddia 

sənədi  verilmiş  (təklif olunan)  faydalı  modelin  ilkinliyi  tarixinə  qədər  eyni  tə yi­

natlı  obyektlərin  (texniki  vasitələrin) Azərbaycan  Respublikasında  tətbiqi 

haqqında  kütləvi  məlumatlar daxildir. Bundan  belə nəticəyə gələ  bilərik ki,  hə­

min obyektlərin  (texniki vasitələrin) Azərbaycan  Respublikasından  kənarda  (xa­

ricdə) tətbiqi barədə kütləvi  məlumatlar dünya texnikasının  müasir (mövcud) sə­

viyyəsinə  daxil  olunmur.  Bu  isə  o  deməkdir  ki,  faydalı  modelin  yeniliyi  mütləq 

dünya  xarakterinə  malik  deyil.  Azərbaycan  Respublikasının  patent  hüququ  bu 

məsələdə faydalı  modelin  nisbi  dünya yeniliyi  prinsipindən  çıxış edir.

Yenilik əlamətinə verilən  leqal  anlayışdan  görürük  ki,  təklif olunan  (barəsin­

də  iddia  sənədi  verilən)  faydalı  modelin  mühüm  əlam ətlərinin  m əcm usu 

dünya  texnikasının  müasir  səviyyəsinə  bəlli  (məlum)  olm am alıdır.  Mü­

hüm  əlamətlər  dedikdə,  təklif  olunan  faydalı  modelin  elə  xüsusiyyətləri  başa 

düşülür  ki,  bu  xüsusiyyətlər faydalı  modeli  eyni  təyinatlı  obyektlərdən  (texniki 

vasitələrdən) fərqləndirməyə  imkan  verir və texniki  nəticə  əldə  olunmasına  tə­

sir göstərir.  Onlar  təklif olunan  faydalı  modeli  ona  daha  yaxın  olan  analoqlar­

dan ayırmağa imkan verən cəhətlərdir.

Faydalı  model  yeni  olmaqdan  başqa,  həm  də  sənaye-

Sənayedə tətbiq 

də tətbiq edilə bilən olmalıdır.  Hər iki əlamət  (şərt) birlə-

®  ' Ə ,.',т ®  •, 

şərək təklif olunan  həlli  patentə  layiq  olan  faydalı  model

əlaməti (şərti) 

* т |  tan|td|nr.

Sənayedə  tətbiq  edilə  bilmək  əlamətini  (şərtini)  hərfi  mənada  yox,  geniş 

mənada  təfsir  etmək  lazımdır.  Məsələ  burasındadır  ki,  faydalı  modelin  tətbiq 

sahəsini  yalnız  sənaye  ilə  məhdudlaşdırmaq  olmaz.  Onun  tətbiqi  təsərrüfatın 

demək olar ki, bütün sahələrini (təsərrüfatın istənilən sahəsini) əhatə edir.

Sənayedə  tətbiq  edilə  bilmək  əlaməti  (şərti)  dedikdə,  sənayenin  və  tə­

sərrüfatın  hər  hansı  sahəsində  hazırlanması  və  istifadə  edilm əsinin 

mümkünlüyü  başa  düşülür.

Faydalı model həm maddi təsərrüfat sahələrində (məsələn,  sənaye,  kənd tə­

sərrüfatı,  nəqliyyat və  digər sahələrdə),  həm  də  qeyri-maddi  təsərrüfat  sahələ­

rində (məsələn, səhiyyə, təhsil və digər sahələrdə) tətbiq oluna  bilər.  Bu isə onu 

göstərir ki, faydalı modelin tətbiq sahəsi barəsində iddia sənədi verilmiş və təklif 

olunmuş həllin patentə layiq olmasına və qorunmasına təsir göstərmir.

Sənayedə tətbiq olunmaq əlamətinin  (şərtinin)  belə  bir labüd  (məcburi) ele-

«Patent haqqında» qanunun 8-ci maddosinin 3-cü bəndi və 28-ci  maddəsinin  1-ci  bəndi.

328


menti  vardır  ki,  o,  faydalı  olmalı,  müsbət  effekt (nəticə) verməlidir.  Faydalı 

olmaq  və  müsbət effekt (nəticə) vermək vaxta qənaət etmədə,  əl əməyini yün- 

gülləşdirmədə,  gigiyena  və  s.  baxımından  əmək  şəraitini  yaxşılaşdırmaqda və 

s. 


ifadə oluna  bilər1.

Sənayedə  tətbiq  olunmaq  əlaməti  barəsində  iddia  sənədi  verilmiş  həllin 

(təklif olunmuş  həllin)  praktik fəaliyyətdə  realizə olunmağın  mümkünlüyünü ifa­

də edir.  Həmin  həll  həyata  keçirilə  bilən olmalıdır.




Yüklə 19,08 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin