Odlar Yurdu Universitetinin «Mülki hüquq» kafedrasının baş müəllimi T. Feyzullayeva Sabir Salman oğlu Allahverdiyev. Azərbaycan Respublikasının m ülki hüququ. ILL cild. IV kitab dərs


§ 4.  Sənaye nümunəsinin anlayışı



Yüklə 19,08 Mb.
Pdf görüntüsü
səhifə28/54
tarix30.04.2020
ölçüsü19,08 Mb.
#31027
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   54
§ 4.  Sənaye nümunəsinin anlayışı 

və  patentə layiq  olmaq şərləri

Sənaye  nümunəsi  patent  hüququ  institutunun  mühafizə 

Sənaye 

predmetini təşkil  edən  sənaye  (əqli)  mülkiyyəti  obyektlərin-



numunəsının 

^ən  biridir.  Sənaye  mülkiyyətinin  göstərilən  obyekti  iki 

an aylşı 

əsas  məsələ  ilə  bağlıdır.  Bu  məsələlərdən  biri  məmulatın 

(məsələn,  mebelin,  televizorun,  soyuducunun,  minik  avtomobilinin,  dəzgahın 

və  s.)  xa rici  görünüşündən  (görkəmindən)  ibarətdir.  Söhbət  istehlakçıların 

tələbat  və  ehtiyacını  təmin  edən  müxtəlif  predmetlərin  xarici  görünüşündən 

(görkəmindən)  gedir.  Xarici  görünüşü  (görkəmi)  məmulatın  istehlak  keyfiyyəti­

ni  yüksəltməyin,  onun  bazarda  rəqabət  qabiliyyətini  artırmağın,  habelə  müvəf­

fəqiyyətlə  realizə  olunmasının  (istehlakçılara  satılmasının)  vacib  şərtlərindən 

bindir.  Yalnız  mühüm  keyfiyyət  göstəriciləri  (malın  qənaətçilliyi,  davamlılığı, 

möhkəmliliyi  və  s.)  baxımından  deyil,  həm  də  xarici  görünüş  (görkəm)  baxı­

mından  məmulatlar  istehlakçıların  tələbat  və  ehtiyaclarını  təmin  etməlidir.  Bu­

na  görə  də istehlakçılar həmişə çalışırlar ki,  xarici görünüşü (görkəmi) yaraşıqlı 

və gözəl olan  məmulatlar əldə etsinlər.  Məhz bu səbəbdən  istehsalçılar (firma­

lar,  müəssisələr)  öz  praktik  fəaliyyətlərində,  yəni  m əm ulatlar  hazırladıqları 

zaman  onların  xarici  görünüşünü  (görkəmini)  m üəyyənləşdirmək  kimi 

problem lə qarşılaşırlar.  Məhz bu problem  sənaye  nümunəsinin  köməyi və va­

sitəsilə  həll olunur.

Sənaye  nümunəsinin  bağlı olduğu  ikinci  əsas  məsələ dizayn  (dizayn  fəaliy­

yəti)  hesab  edilir.  Dizayn  (ingiliscə  «dezign»  -  xətt  çəkmək,  cızmaq,  layihə dü­

zəltmək  (çəkmək),  layihəsini  hazırlamaq,  plan  qurmaq,  habelə  layihə,  plan  və 

şəkil) geniş anlayışdır5.  O,  müxtəlif mənalarda  işlədilir.  Dizayn  dedikdə,  hər şey­

dən  əvvəl,  müəlliflik  hüququ  ilə  qorunan  əsər  başa  düşülür.  Ona  dizayn  əsəri 

deyilir.  Dizayn əsəri müəlliflik hüququnun obyekti olan əsərlərin bir növüdür.

Dizayn  digər  tərəfdən,  sənaye  mülkiyyəti  hüququnda  (patent  hüququnda) 

işlədilir.  Dizayn  dizaynerin əqli əməyinin  məhsulu (yaradıcılıq fəaliyyətinin nəti­

cəsi) olub,  estetika  (bədiilik) və  konstruksiya  (məmulatın  quruluşu)  baxımından 

məmulatın  layihəsini  düzəltmək  və  hazırlamaqdır.  Məmulatın  xarici  görünü­

şündə  (görkəmində)  həm  estetik  (bədii)  keyfiyyətlər  (elementlər),  məsələn, 1

 2

1  M ü ə lliflə rd ə n   A.P.Scrqeyev  göstərir  ki,  müsbət  effekt  (nəticə)  k im i  xüsusiyyət  faydalı  modelin 



qorunması  üçün  ə həm iyyət  kəsb  etm ir 

(Сергеев  А.П.

  Право  интеллектуальном  собственности  в 

Российской  Федерации.  У чеб ник М .  1999, с. 435).

2

  Большая  советская энциклопедия.  M .  1976.

329


məmulatın  rəngi,  həm  də  konstruktiv  keyfiyyətlər  (elementlər),  məsələn,  mə­

mulatın  ölçüsü  öz əksini  tapmalıdır ki,  bu  məsələ  dizaynın  köməyi  ilə  həll  olu­

nur.  Məhz  məmulatın  xarici  görünüşünü  (görkəmini)  müəyyən  etmək  kimi 

problemin  bədii  (estetik) -   konstruktiv  (dizayn)  həlli  sənaye  nümunəsinin  ma­

hiyyətini təşkil  edir.  Təsadüfi  deyildir  ki,  beynəlxalq  patent  hüququnda  «səna­

ye nümunəsi»  termini altında sənaye məmulatlarının faktiki dizaynı  başa  düşü­

lür'.  Digər  tərəfdən,  sənaye  nümunəsinə  ingiliscə  «industrial  design»2  deyilir 

ki,  o,  «sənaye dizaynı»  mənasını  ifadə edir.  Bu,  sənaye  nümunəsini  əhatə  et­

mək üçün  işlədilən əsas  beynəlxalq termindir.  Belə termindən  istifadə  olunma­

sı  barədə  qərar  1959-cu  ildə  Sənaye  Dizaynı  Təşkilatlarının  (ICSID)  Beynəl­

xalq  Şurasının3 1-ci  Baş Assambleyasında  qəbul  olunmuşdur.

Sənaye  nümunəsi  dedikdə,  məmulatın  elə  yeni  bədii  (estetik) -   konst­

ruktiv  həlli  başa  düşülür  ki,  belə  həll  onun  xarici  görünüşünü  (görkəm i­

ni) müəyyən  edir.

Sənaye  nümunəsi məmulatın ornament (forma) aspektidir.  Onun  köməyi  ilə 

məmulatın ornamentinə (formasına)  inhisar hüququ  müəyyən  edilir.

Əgər  ixtira  və  ya  faydalı  model  problemin  texniki  həllidirsə,  sənaye  nümu­

nəsi  məmulatın  bədii  (estetik) -  konstruktiv  həllidir.  Texniki  həll  sənaye  nümu­

nəsinin  məzmununu  təşkil  etmir.

Sənaye  nümunəsi  belə  bir meyara cavab verməlidir ki,  o,  sənaye  miqyasın­

da  (dairəsində)  tirajla  hazırlanmalıdır,  yəni  məhdud  sayda  yox,  çoxlu  sayda 

nüsxələrlə  hazırlanmalı,  sənaye  üsulu  ilə  surəti  çıxarılmalıdır.  «Sənaye  nümu­

nəsi»  adı  da  məhz  bununla  bağlıdır.  Əgər  həmin  meyar təmin  olunmazsa,  ob­

yekt dizayn  əsəri  (incəsənət əsəri)  sayıla  bilər.  Həmin  əsər isə  müəlliflik  hüqu­

qu  ilə qorunur.

Sənaye  nümunəsinin  qorunması  və  istifadəsi  ilə  bağlı  münasibətlər  mülki 

hüquq  normaları  ilə  tənzimlənir  ki,  həmin  normalar  əsasən  patent  haqqında 

qanunda  ifadə  olunmuşdur.  Göstərilən  normaların  məcmusuna  sənaye  nü­

munəsi  hüququ  deyilir.  Sənaye  nümunəsi  hüququ  patent  hüququnun  subins- 

titutlarından biridir.

Sənaye  nümunəsinin  xüsusiyyəti  ondan  ibarətdir  ki,  o,  həm  patent  hüququ 

ilə,  həm də müəlliflik hüququ  ilə qoruna  bilər.  Əgər məmulatın  dizaynının  məh­

dud  sayda nüsxələri  hazırlanarsa, onda  incəsənət əsəri  (dizayn əsəri və deko­

rativ -tə tb iq i  incəsənət əsəri) yaradılmış olur.  Əsərin  yaradılması  ilə  bağlı  ola­

raq  əmələ  gələn  münasibət  isə  patent  hüququ  ilə  yox,  müəlliflik  hüququ  ilə 

tənzimlənir.

Sənaye  istehsalının  inkişafı  ilə  əlaqədar olaraq  sənaye  müəssisələrinin  bu­

raxdıqları  məmulatın  xarici  görkəmi  daha  böyük  əhəmiyyət  kəsb  etdi.  Məlum 

məsələdir ki,  istehlakçıların zövqündə  olan  mallar yaxşı  alınır və  buna  görə  də 

istehsalçıya daha çox gəlir əldə etməyə imkan verir.

Bazarda  oxşar  mallar  arasında  kəskin  rəqabət  mübarizəsi  gedir.  Eyni  tipli 

məmulatlar  sırasından  almaq  üçün  məmulat  seçən  zaman  alıcı  o  məmulata * 5



Вельяминов Г.М.

  Международное экономическое право и  процесс.  У чебник.  М .  2004, с.339. 

:  Фомичев В.И. Международная торговля. Учебник.  М .  2001, с. 357.

5  ICSID  -   International Council o f Sosietis o f Industrial  Design.

330


Sənaye 

nümunəsinin 

patentə  layiq 

olmaq  şərtləri

üstünlük verir ki,  həmin  məmulatın  onun  üçün cəlbedici görkəmi olsun. Bazar­

da  kəskin  rəqabət  mübarizəsi  şəraitində  malların  satışı təkcə  onların  keyfiyyət 

göstəriciləri  ilə yox,  həm  də  alıcılar üçün cəlbedici xarici  görkəmi  ilə təmin olu­

nur.  Xarici  yaraşıqlı  olan  malların  bədii-estetik  tələblər  səviyyəsində  istehsal 

edilməsi  müstəqil  iqtisadi  qiymətə  malikdir.  Buna  görə  istehsalçı  özünün  bu­

raxdığı  malların  (məmulatın) xarici  görkəminin  qorunmasında  maraqlıdır.  Onun 

qorunması  isə  sənaye  mülkiyyəti  hüququnun  vasitəsi  və  köməyi  ilə  həyata  ke­

çirilir.  Sənaye  nümunəsi  kimi tibbi və texniki alətlər,  zərgərlik  məmulatları,  məi­

şət texnikası,  idman  alətləri,  zinət əşyaları və s.  qoruna  bilər. Sənaye nümunə­

si  istehsal  müəssisələrinin  hazırladıqları  məmulatın  xaricən  tərtib olunması sa­

həsinə  aid  olan  yaradıcılıq  nəticəsidir.

İxtira  və  faydalı  model  kimi  sənaye  nümunəsi  də  patentin  vasitəsilə  qorunur.

Bundan  ötrü  sənaye  nümunəsi  üçün  səlahiyyətli  dövlət 

orqanından  patent  almaq  lazımdır.  Patent  o  halda  verilə 

bilər  ki,  təklif olunan  bədii -   konstruktiv  həll  (sənaye  nü­

munəsi)  patentə  layiq  olmaq  (patent  qabiliyyəti)  şərtləri­

nə  (əlamətlərinə)  cavab  versin.  Patent  haqqında  qanun 

üç belə  şərt müəyyən  edir1.  Həmin şərtlərə aiddir:

•   birincisi,  sənaye nümunəsi yeni olmalıdır;

•   ikincisi,  sənaye  nümunəsi orijinal olmalıdır;

•   üçüncüsü,  sənaye  nümunəsi sənayedə tətbiq edilə  bilməlidir.

Yalnız  hər  üç  şərtə  cavab  verən,  yəni  yeni  və orijinal  olan,  sənayedə tətbiq 

edilə  bilən  sənaye  nümunəsi  üçün  patent verilir və  o,  hüquq  mühafizədən  isti­

fadə  edir.  Dizayn  əsəri  göstərilən  şərtlərə  cavab  verdikdə  sənaye  nümunəsi 

kimi  qoruna  və  ona  patent verilə  bilər.

Qeyd  etmək  lazımdır  ki,  sovet  dövrünün  qanunvericiliyi  bu  suala  mənfi  ca­

vab verirdi.  Belə  ki,  sovet qanunvericiliyinə  görə eyni  bir obyekt (yaradıcılıq fə­

aliyyətinin  nəticəsi)  ikiqat  hüquq  mühafizədən  istifadə  edə  bilməzdi,  yəni  eyni 

vaxtda  həm  dizayn  əsəri,  həm  də  sənaye  nümunəsi  qismində  qoruna  bilməz­

di.  Dizayn  əsəri  kimi  müəlliflik  hüquq  normaları  ilə  qorunan  obyekt  barəsində 

iddia  sənədi  qəbul olunmurdu.

Mövcud  qanunvericilik  bu  məsələdə  hər hansı  bir məhdudiyyət  nəzərdə tut­

mur.  Buna  görə  də  eyni  bir obyekt  həm  dizayn əsəri  kimi  müəlliflik hüququ  ilə, 

həm  də  sənaye  nümunəsi  kimi  patent  hüququ  ilə  qoruna  bilər  (ikiqat  hüquqi 

mühafizə).  Deməli,  eyni  bir  obyektin  ikiqat  mühafizəsinə  yol  verilir.  Amma 

müəlliflik  hüququ  ilə  qorunan  dizayn  əsərinin  patent  hüququ  ilə  mühafizə  edil­

məsi  üçün tələb  olunur ki,  o, patentə  layiq olmaq şərtlərinə cavab versin.

Qanun  müəyyən  edir  ki,  yalnız  yeni  (yeni  olan),  yenilik  əla-

Yenilik şərti 

mətinə  malik  olan  sənaye  nümunəsi  qorunur.  Qanun  həm 

(əlaməti) 

j g   y e n j i j k  

əlamətinə leqal anlayış verir.

Sənaye  nüm unəsi  əgər məmulatın  estetik  və  erqonom ik xüsusiyyətlə­

rini  müəyyən  edən  mühüm  əlamətlərin  məcmusu  onun  ilkinlik  tarixinə 

qədər  dünyadakı  m övcud  kütləvi  məlumatlardan  məlum  deyildirsə,  yeni

«Patent haqqında» qanunun  9-cu maddəsinin 2-ci  bəndi.

331


hesab edilir.

Sənaye  nümunəsinin  malik  olduğu  yenilik  əlamətinə  verilən  göstərilən  an­

layışdan  bir neçə hüquqi əhəmiyyətli nəticə çıxarmaq  olar.

Birincisi,  sənaye  nümunəsinin  yeniliyi  dünyadakı  m övcud  kütləvi  məlu­

matlar  baxımından  və  belə  məlumatlara  münasibətdə  müəyyən  edilir.  Sənaye 

nümunəsinin  yeniliyi  müəyyənləşdirilərkən  həmin  məlumatlar vacib  baza  sayılır, 

nəzərə alınır və əsas götürülür.  Belə  ki,  iddia  ərizəsində  sadalanan  mühüm  əla­

mətlərin məcmusu dünyadakı mövcud kütləvi  məlumatları təkrarlamamalıdır.

Göründüyü  kimi,  sənaye  nümunəsinin  yeniliyi  mütləq  dünya  xarakterinə 

malik  olmalıdır.  Deməli,  Azərbaycan  Respublikasının  patent  hüququ  sənaye 

nümunəsinin  yeniliyini  müəyyənləşdirmək  üçün  m ütləq  dünya  y e n iliyi  p rin ­

sipindən  çıxış  edir.  Bu  prinsipə  görə  sənaye  nümunəsi  mütləq  dünyada  yeni 

olmalıdır.

İkincisi,  sənaye nümunəsinin yeniliyi onun  ilkinlik tarixinə əsasən  müəyyən 

edilir.  Belə ki,  sənaye  nümunəsinin  yeniliyi müəyyən  olunan  zaman  ilkinlik tari­

xinə  kimi dünyada  mövcud olan  kütləvi  məlumatlar nəzərə  alınır,  əsas  götürü­

lür.  Sənaye  nümunəsinin  ilkinliyi isə  iddia sənədinin verildiyi  tarixdən  (iddia  sə­

nədinin  dövlət  orqanına  daxil  olduğu  tarixdən)  müəyyən  edilir* 1.  Bu  tarixdən 

sonrakı kütləvi  məlumatlar sənaye nümunəsinin yeniliyinin  müəyyənləşdirilmə­

si zamanı  nəzərə alınmır2.

Xarici  şəxslərə  münasibətdə  konvensiya  ilk in liy i  barədə  qayda  tətbiq 

edilir.  Bu  qaydaya  görə,  ilkinlik  ilk  iddia  sənədinin  Paris  konvensiyasının  işti­

rakçısı  olan  dövlətdə  verilməsi  tarixindən  müəyyənləşdirilə  bilər,  bu  şərtlə  ki, 

sənaye nümunəsi  barəsində  iddia  sənədi  həmin tarixdən  6 ay ərzində  səlahiy­

yətli dövlət orqanına verilmiş olsun3.

Üçüncüsü,  sənaye  nümunəsinin yeniliyi  müəyyən  olunan  zaman  tutuşdur­

maq  üçün  məmulatın  bütün  əlamətləri  yox,  yalnız  mühüm   əlam ətləri  nəzərə 

alınır.  O əlamətlər ki,  onlar məmulatın  estetik və  erqonom ik  x ü su siyyə tlə ri­

ni  müəyyən  etsin.  Estetik  xüsusiyyətlər  bədiilik  baxımından  məmulatın  key­

fiyyətləridir.  Erqonomik  xüsusiyyətlər  isə  məmulatın  erqonomika  (yəni  asan 

və  rahat  istifadə)  baxımından  keyfiyyətləridir.  Məmulatın  estetik  və  erqonomik 

xüsusiyyətlərini  müəyyən  edən  mühüm  əlamətlərinə  aiddir:  məmulatın  forma­

sı;  konfiqurasiya  (məmulatın  tərkib  hissələrinin  bir-birinə  nisbətən  vəziyyəti, 

düzülüşü);  ornament  rənglərin  quraşması.  Məhz  həmin  əlamətlər  sənaye  nü­

munəsinin yeni olmasını təmin edir.

Mühüm  əlamətlər  sənaye  nümunəsi  barədə  iddia  sənədində  göstərilir. 

Məhz onlar dünyadakı  mövcud  kütləvi  məlumatlarla  tutuşdurulur və  müqayisə 

edilir.  Məmulatın mühüm  əlamətləri  belə  məlumatlarda təkrarlanmamalıdır.

Azərbaycan  Respublikasının  patent  hüququ  müəyyən  edir  ki,  digər şəxslə­

rin Azərbaycan  Respublikasında  sənaye  nümunələri  barədə  verdikləri  və  döv­

lət  orqanının  rəsmi  bülletenində  dərc  olunmuş  iddia  sənədləri  mövcud  kütləvi

'  «Patent haqqında» qanunun  28-ci maddəsinin  1-ci  bəndi. 

’  «Patent haqqında» qanunun 9-cu maddəsi.

1 «Patent haqqında» qanunun  28-ci  maddəsinin 2-ci bəndi.

332


məlumatlara  aiddir1.  Buna  görə  sənaye  nümunəsinin  yeniliyi  yoxlanarkən  hə­

min 


sənədlər  də  tutuşdurulur  və  müqayisə  edilir.  Bu  zaman  təkrarlanma  halı 

müəyyən  edilərsə,  sənaye  nümunəsi  üçün  patent  verilmir.  Bununla  Azərbay- 

:an  Respublikasında  eyni  bir obyektə  görə iki  müxtəlif şəxsə  patent verilməsi- 

lin  qarşısı  alınır.  Deməli,  patent  hüququ  eyni  bir obyektə  iki  dəfə  patent ver­

mənin  yol ve rilm ə zliyi  prinsipindən çıxış edir

Sənaye  nümunəsinin  mahiyyətinə  aid  olan  məlumat  müəllif,  iddiaçı  və on­

lardan  həmin  məlumatı  birbaşa  və ya  dolayısı  ilə  almış  hər hansı  şəxs tərəfin­

dən  açıqlana  bilər.  Belə  hal  iddia  sənədində  göstərilən  obyektin  yeniliyinə  xə- 

ləl 

gətirmir.  Bu  şərtlə  ki,  məlumat açıqlandığı tarixdən  6  ay ərzində sənaye nü­



munəsi  barədə  iddia  sənədi  verilsin.  Bu,  iddiaçı  üçün  müəyyən  edilən yenilik 

im tiyazıdır

Orijinallıq  şərti 

(əlaməti)

Orijinallıq  sənaye  nümunəsinin  patentə  layiq  olmağın 

əsas  şərtlərindən  biridir.  Yalnız orijinal  olan  sənaye  nü­

munəsi  hüquqi  mühafizə  ilə  təmin  edilə  və  ona  patent 

verilə  bilər.  Bu  şərtə  cavab  verməyən  sənaye  nümunəsi  isə  hüquqi  mühafizə­

dən  istifadə  edə  bilməz.

Qeyd  etmək  lazımdır  ki,  orijinallıq  kimi  şərt  (əlamət)  dünya  praktikasında 

geniş  yayılmışdır.  Bir sıra  xarici  ölkələrin  qanunvericiliyinə  görə  sənaye  nümu­

nəsi  orijinal  olmalıdır1

 2.  Beynəlxalq  sazişlərdə  də  göstərilən  əlamət  (şərt)  nə­

zərdə tutulur3.

Patent  haqqında  qanunda  orijinallıq  şərtinin  (əlamətinin)  leqal  anlayışı  veri­

lir:  sənaye  nüm unəsi  o  halda  orijinal  hesab  edilə  b ilər  ki,  onun  mühüm 

əlamətləri  m əm ulatın  estetik  xüsusiyyətlərinə  yaradıcı  xarakter  versin4

Anlayış  iki əsas  məsələyə diqqət yetirməyə imkan verir.

Birincisi,  sənaye  nümunəsinin  mühüm  əlamətləri  məmulatın  yalnız  estetik 

xüsusiyyətlərinə  yaradıcı  xarakter  verməlidir.  Belə  əlamətlərin  məmulatın 

konstruksiya,  erqonomika  və  s.  baxımından  keyfiyyətlərinə  yaradıcı  xarakter 

verməsi  tələb  olunmur.  Məmulatın  estetika  baxımından  keyfiyyət və elementləri 

(məsələn,  rəngi,  naxışı,  bəzəyi,  yaraşığı,  gözəlliyi,  bədiiliyi  və  s.)  yaradıcılıq  xa­

rakterinə  malik olmalıdır.  Belə olarsa, sənaye nümunəsi orijinal hesab edilir.

İkin cisi,  orijinallıq  təklif  olunan  bədii-konstruktiv  həllin  yaradıcılıq  xarakteri­

nə  malik  olmasını  ifadə edir.  Bədii-konstruktiv həllin yaradıcılıq xarakterinə ma­

lik olmasının  göstəricisi  isə onun yeniliyi,  yəni  yeni olmasıdır.  Buna görə  də sə­

naye  nümunəsinin  orijinal  olması  dedikdə,  təklif olunan  bədii-konsturktiv  həllin 

yeniliyi  başa  düşülür.  Belə  halda  orijinallıq və  yenilik eynimənalı  (sinonim) an­

layışlar  kimi  işlədilir.  Burada  söhbət  sənaye  nümunəsinin  formal  baxımdan 

yox,  maddi  baxımdan yeniliyindən  gedir.

1 «Patent haqqında» qanunun 9-cu maddəsinin 3-cü bəndi.



Андрей  Минное.

  Международная  охрана  интеллектуальной  собственности.  М .  2001,  с.  26; 

Гражданское  и  торговое  право  капиталистических  стран.  Учебное  пособие/Отв.рсд. 

В П.Мозолин. 

М.И.Кулагин.

  M .,  1980, с.  337.

3  Вах:  раздел  4.  Соглашение  о  торговых  аспектах  прав  на  интеллектуальную  собственность 

(TRIPS).


Л

  «Patent haqqında qanunun 9-cu maddəsinin  5-ci  bəndi.

333


Sənaye  nümunəsinin 

f o r m a l

  baxımdan  yeniliyi  bədii-konstruktiv  həllin  dün­

yadakı  mövcud  kütləvi  məlumatlara  münasibətdə  və  onlarla  müqayisədə  təzə 

olması  deməkdir.  Biz,  bu  barədə,  yəni  sənaye  nümunəsinin  formal  yeniliyi 

haqqında  bundan əvvəlki yarımbaşlıqda danışmışıq.

Sənaye  nümunəsinin  maddi  baxımdan  yeniliyi  dedikdə,  bədii-konstruk­

tiv  həllin  mahiyyətcə,  təzə  olması  başa  düşülür.  Sənaye  nümunəsinin  mahiy­

yətcə  təzəliyi  isə  hələlik  həll  olunmamış  problemin  bədii-konstruktiv  həlli  de­

məkdir.  Qanun  müəyyən  edir  ki,  sənaye  nümunəsi  yeni  bədii-konstruktiv  həli­

dir'.  Burada  söhbət  sənaye  nümunəsinin  formal  cəhətdən  yox,  mahiyyət 

(maddi) baxımdan yeni olmasından  gedir.

Sənaye nümunəsinin  orijinal  olması  (yəni  mahiyyətcə  yeni  olması) yoxlama 

yolu  ilə  müəyyən  edilir.  Bunun  üçün  onun  prototipi  müəyyənləşdirilir.  Oxşar 

eyninövlü  sənaye  nümunəsi  analoq  adlanır.  Analoqlar  içərisində  təklif  olun­

muş  (barəsində  iddia  sənədi  verilmiş)  bədii-konstruktiv  həllə  daha  yaxın  olan 

həllə  isə  prototip deyilir.

Sonra  isə təklif olunmuş sənaye  nümunəsini  prototipindən  fərqləndirən  mü­

hüm əlamətlər üzə çıxarılır.  Məhz fərqləndirici  mühüm  əlamətlər əsasında  tək­

lif olunmuş  sənaye  nümunəsinin  orijinal  olması,  yəni  mahiyyətcə  yeni  olması 

məsələsi həll edilir.

Sənayedə tətbiq 

edilə bilmək şərti 

(əlaməti)

Sənayedə  tətbiq  olunmağın  mümkünlüyü  sənaye  nü­

munəsinin  patentə  layiq  olmağın  üçüncü  şərtidir.  Qa­

nun  müəyyən edir ki,  əgər sənayedə  tətbiq  edilə  bilər­

sə, sənaye nümunəsi  hüquqi  mühafizə  ilə təmin  edilir,

onun  üçün patent verilir.

Sənayedə  tətbiq  edilə  bilmək  dedikdə,  sənaye  nümunəsinin  dəfələrlə 

(seriyalarla,  partiyalarla  və s.) yenidən  istehsal olunmasının  mümkünlüyü  başa 

düşülür.

Söhbət  sənaye  nümunəsinin  surətinin  çıxarılmasının  mümkünlüyündən  ge­

dir.  Surətçıxarmanın  müm künlüyü  dedikdə,  belə  (bu  kimi)  xarici  görünüşlü 

məmulatın  kopiyasını  (surətini),  yəni  nüsxələrini  istehsal  etmək  (hazırlamaq) 

imkanı  başa  düşülür.  Buna  görə  də  sənaye  nümunəsinin  qorunması,  yəni  sa­

hibinin  razılığı  olmadan  üçüncü  şəxslərin  məmulatın  surətini  çıxarmalarından 

mühafizə  edilməsi  tələb  olunur.  Bu  məqsədlə  də  sənaye  nümunəsinin  sahibi 

patent alır ki,  onun vasitəsi  ilə sənaye  nümunəsini qorusun.

Əgər sənaye  nümunəsinin  surətinin  çıxarılması  praktikada  mümkün  olmaz­

sa,  onda onun qorunmasına və  buna görə də  patent alınmasına  zərurət yaran­

mır,  necə  deyərlər,  ehtiyac  yoxdur.  Bu,  məlum  məsələdir.  Sənaye  nümunəsi 

ona  görə  qorunur  ki,  üçüncü  şəxslər  sahibinin  razılığı  olmadan  onun  surətini 

çıxara bilməsinlər,  yəni  nüsxələrini  istehsal  edə (hazırlaya)  bilməsinlər.  Demə­

li,  məmulatın  xarici  görünüşünün  həlli,  əgər  onun  surətinin  çıxarılması  müm­

kün olmazsa, sənaye nümunəsi sayılmır və qorunmur.

Əsas  və  başlıca  məsələ  məmulatın  xarici  görünüşünün  dəfələrlə  surətinin 

çıxarılmasının  mümkünlüyündədir.  Məhz  bu  xüsusiyyət  sənaye  nümunəsinin

1 «Patent haqqında» qanunun  l*c i maddəsi.

334


sənayedə  tətbiq  edilə  bilməsi  baxımından  əhəmiyyət  kəsb  edir.  Məhz  həmin 

xüsusiyyət nəticəsində sənaye  nümunəsi sənayedə tətbiq edilə bilən sayılır.

O  ki  qaldı  surətçıxarmanın  üsuluna,  qeyd  etmək  lazımdır  ki,  o,  sənaye  nü­

munəsinin  sənayedə tətbiq edilə  bilməsi  baxımından rol oynamır və əhəmiyyət 

kəsb  etmir.  Buna  görə  də  məmulatın  xarici  görünüşünün  surəti  həm  sənaye 

usulu  ilə,  həm  də  qeyri-sənaye  üsulu  ilə  (əl  əməyi  üsulu  ilə),  bir  sözlə,  istəni­

lən  üsulla  çıxarıla  bilər1.

§ 5.  Sənaye mülkiyyəti  hüququnun 

(patent hüququnun) rəsmiləşdirilməsi

Texniki  həllin  ixtira,  konstruktiv  həllin  faydalı  model, 

habelə  bədii-konstruktiv  həllin  sənaye  nümunəsi  sa­

yılmasından  ötrü  onların  yalnız  patentə  layiq  olmaq 

(patent  qabiliyyəti)  şərtlərinə  cavab  verməsi  kifayət 

etmir.  Bunun  üçün onların  həm də rəsmi surətdə (rəsmən) ixtira, faydalı  model 

və  ya  sənaye  nümunəsi  kimi  tanınması  tələb  olunur.  Məsələ  burasındadır  ki, 

Azərbaycan  Respublikasının  patent  hüququ  rəsmi  surətdə  (rəsmən)  tanın­

ma  prinsipind ə n   çıxış  edir.  Bu  prinsipə  görə,  subyektiv  patent  hüquqları  yal­

nız o  halda  yarana  bilər ki,  həmin  hüquqların  əmələ  gəlməsinə  yönələn müva­

fiq  fə rd i  d ö vlə t  aktı  qəbul  olunsun.  Belə  akt  ixtiranın,  faydalı  modelin  və  ya 

sənaye  nümunəsinin  patentə  layiq olmaq  şərtlərinə  uyğun gəlməsi  (cavab ver­

məsi)  faktını  təsdiq  edir.  Bunun  nəticəsində təklif olunan  həllər sənaye  mülkiy­

yəti obyekti  (ixtira,  faydalı  model və ya sənaye nümunəsi) kimi tanınır. Ona gö­

rə  həmin  həllər  üçün  dövlət  tərəfindən  patent  verilir və  bu  vasitə  ilə  onlar pa­

tent  hüququ  institutunun  mühafizə  predmetinə  daxil olurlar.  Əgər həmin faktlar 

təsdiq  olunmazsa,  onda  təklif  edilən  həllər  sənaye  mülkiyyəti  obyekti  (ixtira, 

faydalı  model  və ya  sənaye  nümunəsi) kimi tanınmır və buna görə dövlət onlar 

üçün  patent vermir  (subyektiv  patent  hüquqları  yaranmır).  Məhz  bu  səbəbdən 

həmin  həllər  patent  hüququ  institutunun  mühafizə  predmetinə  daxil  olmurlar, 

yəni  qorunmurlar.

Göründüyü  kimi,  subyektiv patent hüquqları sənaye  mülkiyyəti obyektlərinin 

özünün  yaranma faktı  əsasında yox,  onların  rəsmi surətdə  (rəsmən) tanınması 

nəticəsində  əmələ  gəlir.  Rəsmi  surətdə tanınma  isə mürəkkəb xarakterə  malik 

olan  proses  deməkdir.  Bu  prosesin  mahiyyəti  patent  hüquqlarını  rəsmiləşdir­

məkdən  ibarətdir.  Buna  görə  də  ona  patent  hüquqlarının  rəsm iləşdirilməsi 

prosesi  deyilir.  Həmin  proses şərti olaraq  üç mərhələyə ayrılır:

•   sənaye  mülkiyyətinin  müvafiq  obyektinə  patent almaq  üçün iddia sənədi­

nin tərtib olunması  və verilməsi  mərhələsi;

•   patent  almaq  üçün  verilən  iddia  sənədinə  səlahiyyətli  dövlət  orqanında 

baxılması  mərhələsi;

•   sənaye  mülkiyyəti  obyektinin qeydiyyatı və  patentin verilməsi  mərhələsi.

Göstərilən  mərhələlər  bir-biri  ilə  bağlı  olub,  biri  digərini  tamamlayır və şərt-

Sənaye mülkiyyəti 

obyektlərinin 

mühafizə forması



Сергеев А.П.

  Право  интеллектуальной  собственности  в  Российской  Федерации.  Учебник.  М. 

1999, с.  442.

335


Sənaye mülkiyyəti 

obyektinə patent 

almaq üçün iddia 

sənədinin tərtib 

olunması və verilməsi

ləndirir.  Onlardan  hər biri  patent haqqında  qanunla,  habelə  patent almaq  üçün 

iddia  sənədinin tərtibi,  verilməsi  və ona  baxılması  qaydaları  ilə  müfəssəl  şəkil­

də  tənzimlənir.  Patent  haqqında  qanunun  6-cı  fəslində  ifadə  olunan  normalar 

(25-38-ci maddələr) məhz həmin mərhələlərin nizamlanmasına həsr edilmişdir.

Patent hüquqlarının  rəsmiləşdirmə  prosesinin əsas və başlıca  məqsədi  mü­

vafiq sənaye mülkiyyəti obyekti  üçün iddiaçı şəxsə patent verilməsini  təmin  et­

məkdən  ibarətdir.  Sənaye  mülkiyyəti  obyektlərinin  qorunması  məhz  patentin 

köməyi  ilə  həyata  keçirilir.  Patentin  əsas  funksiyası  sənaye  mülkiyyəti  ob­

yektlərini  qorumaqdan və  hüquqi  mühafizə  ilə təmin  etməkdən  ibarətdir.

SSRİ  dövründə  iki  əsas  mühafizə  forması  mövcud  idi1:  müəlliflik  şəhadət­

naməsi:  patent.  Sovet  vətəndaşları,  adətən,  müəlliflik  şəhadətnaməsi  almaq 

üçün  iddia  sənədi  verirdilər.  Müəlliflik  şəhadətnaməsinin  vasitəsi  ilə  müəlliflik 

tanınırdı,  habelə  əmlak  və  digər  hüquqlar  təmin  olunurdu.  Müstəsna  hüquq 

dövlətə məxsus idi.

Azərbaycan  Respublikasının  yeni  qanunvericiliyində  sənaye  m ülkiyyəti 

obyektlərinin  yalnız patent formasında  m ühafizəsi  nəzərdə tutulmuşdur.

İddia  sənədinin  tərtib  olunması  və  verilməsi  pa­

tent  hüququnun  rəsmiləşdirilməsi  prosesinin  bi­

rinci  mərhələsi  hesab  edilir.  Onun  əsas  mahiyyəti 

sənaye  mülkiyyəti  obyektinə  patent  almaq  üçün 

iddia  sənədi  hazırlamaq  və  onu  səlahiyyətli  döv­

lət  orqanına  verməkdən  ibarətdir.  Bu  mərhələnin 

özü  iki  hissəyə  bölünür:  birinci  hissə  iddia  sənədinin  tə rtib   olunm ası  adla­

nır.  Onun vacib  əhəmiyyəti  vardır.  Belə  ki,  patent verilməsi  kimi  əsas  məsələ­

nin  həlli  iddia  sənədinin  düzgün  tərtib  edilməsindən  asılıdır.  Buna  görə  də  id­

dia sənədinin  düzgün tərtib edilməsinə maksimum  səy göstərilməlidir.

Kimlər iddia sənədi  tərtib  edə  bilərlər?  Patent alm aq  üçün  iddia  sənədini 

tərtib edən  şəxsə iddiaçı  deyilir.  İddiaçı  rolunda  isə  çıxış edə  bilərlər:

•   sənaye  mülkiyyəti obyektinin  müəllifi;

•   işəgötürən  (xidməti  vəzifələrin  həyata  keçirilməsi  və  ya  işəgötürənin  qul­

luq  tapşırığı  ilə  əlaqədar  işçinin  yaratdığı  sənaye  mülkiyyəti  obyekti  üçün

patent alınmalı  olan hallarda);

•   onların hüquqi  varisləri  (vərəsələri).

Bununla  belə,  iddia  sənədi  patent  m üvəkkili  tərəfindən  də  tərtib  edilə  bi­

lər.  Bu zaman  patent verilməsi  barədə ərizəni  o, imzalayır.  Patent müvəkkili  ilə 

iddiaçı  (müştəri)  arasındakı  qarşılıqlı  münasibətlər  m ülki-hüquqi  m üqavilə 

əsasında  müəyyənləşdirilir.  Hesab edirik  ki,  belə  halda  tapşırıq  m üqaviləsin­

dən  istifadə olunması  daha  münasib  və  əlverişli  variantdır.  Çünki  bu  növ  mü­

qavilə  imkan  verir  ki,  patent  müvəkkili  həm  faktiki  hərəkətlər,  həm  də  hüquqi 

hərəkətlər edə  bilsin.  Bununla  belə,  iddiaçı  səlahiyyətli  dövlət  orqanı  qarşısın­

da  təmsil  olunmaq  üçün  patent  müvəkkilinə  etibarnamə  də  verə  bilər.  Etibar­

namə patent müvəkkilinin  hüquqlarını  (səlahiyyətlərini) təsdiq  edir.

Etibarnamənin formasına gəldikdə isə qeyd etmək lazımdır ki, onun  notariat



J

Положения об открытиях, изобретениях и рационализаторских  предложениях.  1973  года.

336


qaydasında  təsdiqlənməsi  tələb  olunmur.  Məsələ  burasındadır ki,  notariat for­

ma  tələb  edən  əqdlərin  bağlanması  üçün etibarnamə  notariat qaydasında təs­

diqlənməlidir  (MM-in  362-ci  maddəsinin  1-ci  bəndi).  Patent  müvəkkili  isə  pa­

tent alınması  üzrə  işləri  aparan  zaman,  bir qayda olaraq,  notariat formalı  əqd- 

lər bağlamır.

İddia  sənədi  dedikdə,  sənaye  mülkiyyəti  obyektinə  patent almaq  üçün tər­

tib  edilmiş  sənədlər toplusu  başa  düşülür.  O,  özündə  bir neçə  sənədi  birləşdi­

rir, yəni onun tərkibinə bir neçə sənəd daxil olur.

Sənaye  m ülkiyyə tinin   obyektinə görə iddia  sənədi  üç cür olur:

•   ixtira  barəsində  iddia  sənədi;

•   faydalı  model  barəsində iddia sənədi;

•   sənaye nümunəsi  barəsində iddia sənədi.

İddia  sənədinin  tə rkib in ə   hansı  sənədlərin  daxil  olması  məsələsi  iddia 

sənədinin  gö stərilə n   üç  növündən  asılı  olaraq  həll  edilir.  Belə  ki,  ixtira, 

faydalı  model  və  sənaye  nümunəsi  barədə  iddia  sənədləri  öz  tərkibinə  daxil 

olan  sənədlərə  görə  bir-birindən  müəyyən  dərəcədə fərqlənirlər.  Amma bütöv­

lükdə  onlar  arasında  elə  də  prinsipial  fərqlər  yoxdur.  Məsələ  burasındadır  ki, 

tərkibinə  daxil  olan  sənədlərin tərkibi  baxımından  ixtira, faydalı  model və səna­

ye  nümunəsi  barədə  iddia  sənədləri  əsasən  üst-üstə  düşürlər.

İxtira,  faydalı  model  və  sənaye  nümunəsi  barədə  iddia  sənədlərinin  tərkibi­

nə  daxil  olan  sənədlərin  siyahısı  qanunla  müəyyən  edilir1.  Bu  siyahını  nə  ge­

nişləndirmək,  nə  də  məhdudlaşdırmaq  olar.  Ona  görə  ki,  həmin  siyahı təxmini 

yox,  dəqiq  və  qəti  xarakterə  malikdir.

İxtira  və  ya  faydalı  m odel  barəsində  iddia  sənədinin  tərkibinə  qanun 

aşağıdakı  sənədləri  daxil  edir:

•   patent verilməsi  barədə ərizə;

•   ixtiranın  və  ya  faydalı  modelin  mahiyyətini  tam  açıqlayan  və  həyata  keçi­

rilməsi  üçün  kifayət  qədər aydınlıq yaradan təsviri;

•   ixtiranın  və  ya  faydalı  modelin  təsvirinə  əsaslanan  və  mahiyyətini  ifadə 

edən  düsturu;

•   çertyoj  və  başqa  materiallar,  əgər iddia  obyektinin  mahiyyətinin  başa  dü­

şülməsi  üçün  zəruri  olarsa  (başqa  materiallar  dedikdə,  maketlər,  eskiz­

lər,  fotoşəkillər  və  s.  başa  düşülür.  Belə  materiallar  o  halda  təqdim  olu­

nur ki, təsvirdə onlara  istinad olsun);

•   referat  (ixtira  və  ya  faydalı  modelin  əsas  əlamətlərinin,  mahiyyətinin,  xa­

rakteristikasının  qısaca təsviri).

Qanun  həm  də  sənaye  nümunəsi  barədə  iddia  sənədinin  tərkibini  mü­

əyyən  edir.  Elə  buradaca  dərhal  qeyd etməliyik  ki,  bu  tərkib  ixtira və ya faydalı 

model  barəsində  iddia  sənədinin  tərkibindən  fərqlənir.  Belə  ki,  sənaye  nümu­

nəsi  barədə  iddia  sənədinin  tərkibinə  referat  daxil  edilmir.  Digər  tərəfdən, 

sənaye  nümunəsi  barədə  iddia  sənədi  tərkibində  düstur  kimi  tərkib  hissəsinə 

rast gəlmirik.

Sənaye  nümunəsi barədə  iddia sənədinin tərkibinə daxil edilir:

«Patent haqqında» qanunun 27-ci maddəsinin  3-cü vo 4-cü  bəndləri.

337


•   patent verilməsi barədə ərizə;

•   məmulatın  xarici görünüşü  (görkəmi)  barədə  müfəssəl  təsəvvür yaradan 

fotoşəkil,  maket və ya rəsm;

®  sənaye  nümunəsinin  mahiyyətini  açıqlamaq  zəruri  olduqda  məmulatın 

ümumi görkəminin çertyojları, erqonomik sxemi,  konfeksiya xəritəsi;

•   sənaye nümunəsinin  mühüm əlamətlərini əks etdirən təsviri.

Dediklərimizdən  belə  nəticəyə  gələ  bilərik  ki,  üç  sənəd  ixtira,  faydalı  model

və  sənaye  nümunəsi  barədə  iddia  sənədlərinin  hamısı  üçün  eynidir.  Həmin 

sənədlərə aiddir:

•   patent verilməsi barədə ərizə;

•   obyektin (ixtiranın, faydalı modalin və sənaye nümunəsinin) təsviri;

•  çertyoj.

Göstərilən  sənədlərə sənaye mülkiyyətinin  istənilən  obyekti  barəsində iddia 

sənədinin tərkibində  rast gəlmək mümkündür.

Patent  verilməsi  barədə  ərizə  iddia  sənədinin  tərkibinə  daxil  olan  əsas 

sənədlərdən biridir.  Ərizə  səlahiyyətli dövlət orqanına  ünvanlanan  müraciətdir. 

Burada  müvafiq  sənaye  mülkiyyəti  obyektinin  (ixtiranın,  faydalı  modelin  və  ya 

sənaye  nümunəsinin)  hüquq  mühafizə  ilə  təmin  olunması  və  patent  verilməsi 

barədə xahiş ifadə olunur.  Ərizədə gösterilir:

•   sənaye mülkiyyəti obyektinin müəllifi  barədə məlumat;

•  müəllifin  və  ya  onun  hüquq  varislərinin  göstərdiyi  gələcək  patent  sahibi 

haqqında  məlumat;

•   iddiaçı haqqında  məlumat;

•   sənaye  mülkiyyəti  obyektinin  adı  barədə  məlumat  (ərizədə  obyekt  təsvir 

edilmir).

Bunlardan əlavə, ərizədə  müəllifin,  habelə  gələcək  patent sahibinin  yaşadı­

ğı yer də  (əgərə gələcək patent sahibi  hüquqi  şəxs olarsa,  onun yerləşdiyi yer, 

yəni  hüquqi  ünvanı da) göstərilməlidir.

Patent verilməsi  barədə ərizə  istənilən  dildə  yox,  yalnız Azərbaycan  dilində 

tərtib olunur.  İddia  sənədinə  daxil olan  digər sənədlər,  yəni  iddia  sənədinin  di­

gər materialları  isə ya Azərbaycan dilində,  ya da başqa  dildə tərtib oluna  bilər. 

Əgər  iddia  sənədinin  digər  materialları  başqa  dildə  tərtib  edilərsə,  onda  hök- 

mən onlar Azərbaycan dilinə tərcümə olunmalıdır.

Ərizə  iddiaçı  tərəfindən  imzalanır.  Əgər  patent  alınması  işinin  aparılması 

patent müvəkkilinə  həvalə  edilərsə,  onda  ərizəni  qeyd  etdiyimiz  kimi,  o,  imza­

layır.


Təsvir  iddia  sənədinin  tərkibinə  daxil  olan  əsas və  başlıca  sənəddir.  Söh­

bət  ixtiranın,  faydalı  modelin  və  ya  sənaye  nümunəsinin  təsvirindən  gedir. 

Təsvir  ona  görə  əsas  və  başlıca  sənəd  sayılır  ki,  o,  ixtiranın  və  ya  faydalı 

modelin  mahiyyətini  tam  açıqlayır və  həyata  keçirilməsi  üçün  kifayət  qədər 

aydınlıq  yaradır,  sənaye  nümunəsinin  isə  mühüm  əlamətlərini  əks  etdirir. 

Məhz  bu  səbəbdən  ədəbiyyatda  təsvir  iddia  sənədinin  mərkəzi  sənədi1  və  ya



Сергеев Л.П.

  Право  интеллектуальной собственности  в  Российской  Федерации.  Учебник.  М . 

1999,с. 476.

338


vacib  sənədi’  kimi qiymətləndirilir.

D üstur  iddia  sənədinin  tərkib  hissələrindən  biridir.  Elə  buradaca  dərhal 

qeyd  etməliyik ki, o, yalnız ixtira və ya faydalı  model  barəsində iddia sənədinin 

tərkib  hissəsi  sayılan  sənəddir.  Belə  sənəd,  əvvəldə  qeyd  etdiyimiz  kimi,  sə­

naye  nümunəsi  barədə  iddia  sənədinin tərkibinə daxil deyildir.

Düsturun  rolu  və  əhəmiyyəti  ondan  ibarətdir  ki,  bunda  təklif olunan  texniki 

h ə llə  

və  ya  konstruktiv  həllə  xarakteristika  verilir,  onların  mühüm  əlamətləri 

göstərilir,  bir  sözlə,  həmin  həllərin  mahiyyəti  ifadə  edilir.  Düstur  ixtira  və  ya 

faydalı  modelin təsvirinə əsaslanmalıdır.

Bununla  belə,  düstur ixtiraya  və  ya faydalı  modelə  patentlə  verilən  hüquqi 

m ühafizənin  həcm ini  müəyyən  edir.  Məsələ  burasındadır ki,  qanuna  görə ix­

tira  və  faydalı  modelə  patentlə  verilən  hüquqi  mühafizənin  həcmi  onların düs­

tu ru  


ilə təyin edilir1

 2.


Patent  hüququnun  rəsmiləşdirmə prosesinin  birinci mərhələsinin  ikinci  his­

səsi  iddia  sənədinin  səlahiyyətli  dövlət  orqanına  verilməsindən  ibarətdir. 

Belə  ki,  patent  almaq  üçün  iddia  sənədi  lazımi  qaydada  (tələb  olunan  qayda­

da)  tərtib  olunduqdan  sonra  səlahiyyətli  dövlət  orqanına  təqdim  olunur.  İddia 

sənədinə aid tələbləri  isə səlahiyyətli  dövlət orqanı  müəyyən edir.  Bu tələblərə 

əməl olunmalıdır.  Onlardan  kənara çıxmağa yol verilmir.

İddia  sənədi  verilən  zaman  ona  patent  rüsumunun  ödənilməsi  barəsində 

sənəd  də  qoşulur.  Bildiyimiz kimi,  iddia sənədinin  qəbul edilməsi və ona  baxıl­

ması,  habelə  patent verilməsi  heç  də  az  olmayan,  xeyli  maddi  xərclərin  çəkil­

məsini tələb edir.  Bu xərcləri  qismən də olsa örtmək və  iddiaçıları (gələcək pa­

tent  sahiblərini)  yalnız  məqsədəyönlü  hüquqi  hərəkətlər  etməyə  təşviq  etmək 

(meylləndirmək)  məqsədilə  dövlət  sənaye  mülkiyyəti  obyektləri  üçün  patent 

verilməsi  üçün  xüsusi  rüsum  müəyyən  edir.  İddiaçı  onu  ödəməlidir.  Ödəniş 

barədə  sənədi  isə o,  iddia  sənədinə əlavə etməlidir,  qoşmalıdır.

Bununla  yanaşı,  iddiaçı  rüsumu  az  məbləğdə  ödəmək  hüququna  malik  ola 

bilər.  Belə  halda  o,  iddia  sənədinə  rüsum  məbləğinin  azalmasına  əsas  verən 

sənədi  də qoşur.

Qeyd etdik ki,  ərizədən  başqa, iddiaçı iddia sənədinin digər materiallannı (sə­

nədlərini)  başqa  dildə  verə  bilər.  Həmin  materiallar Azərbaycan  dilinə tərcümə 

edilməlidir.  Materialların  Azərbaycan  dilinə  tərcüməsi  iddia  sənədinin  səlahiy­

yətli dövlət orqanına verildiyi gündən 2 ay müddətinə təqdim olunmalıdır.

İddia  sənədinin  səlahiyyətli  dövlət  orqanına  iddiaçının  (müəllif,  işəgötürən 

və ya  onların  hüquq  varislərinin)  bilavasitə  özü  verə  bilər.  Əgər sənaye mül­

kiyyəti  obyekti  xidməti  vəzifələrinin  həyata  keçirilməsi  və  ya  işəgötürənin  ver­

diyi  qulluq  (xidməti)  tapşırığı  ilə  əlaqədar yaradılmazsa,  iddia  sənədini  müəllif 

(işçi)  verir.  Yox,  əgər  işçi  (müəllif)  tərəfindən  xidməti  sənaye  mülkiyyəti  ob­

yekti  yaradılarsa,  onda  iddia  sənədini  işəgötürən  verir,  bu  şərtlə  ki,  işəgötü­

rənlə  işçi  arasında  müqavilədə  başqa  şərt  nəzərdə  tutulmasın.  Əgər  işəgötü­

rən  sənaye  mülkiyyəti  obyekti  barədə  iddia  sənədi  verməkdən  imtina  edərsə

1  Гражданское право.  Учебник. Том  1/Под ред. 



Е.А.Суханова.

 М .  1998, с. 695.

2 «Patent haqqında» qanunun  10-cu maddəsi.

339


İddia sənədinə 

baxılması.  İddia 

sənədinin  ilkin 

ekspertizası

və  ya  iddia  sənədi vermək  hüququndan  istifadə  etmək  niyyətini  işçiyə  (müəlli­

fə) bildirməzsə,  onda  iddia  sənədini  işçi (müəllif) verə  bilər.

İddia  sənədinin  həm də  patent müvəkkili  vasitəsilə  verilm əsi  mümkündür. 

Qanun  buna  yol  verir.  Amma  patent  müvəkkilinin  səlahiyyətli  dövlət  orqanında 

qeydiyyata  alınması  tələb  edilir.  Məhz  yalnız  qeydiyyata  alınmış  patent  müvək­

killəri vasitəsilə xarici hüquqi və ya fiziki şəxslər də iddia sənədi verə bilərlər.

İddia  sənədinin  səlahiyyətli  dövlət  orqanına  verilməsi  ilə  patent  hüququnun 

rəsmiləşdirilməsi  prosesinin  birinci  mərhələsi  başa  çatır və  onun  ikinci  mərhə­

ləsi  başlanır.  İkinci  mərhələ  qeyd  etdiyimiz  kimi,  iddia  sənədinə  səlahiyyətli 

dövlət orqanında baxılmasından  ibarətdir.

Patent  hüququnun  rəsmiləşdirilməsi  prosesinin  ikinci 

mərhələsinin  -   iddia  sənədinə  baxılması  m ərhələ­

sinin  mahiyyəti  iddia  sənədini  ekspertizadan  keçir­

məkdən  və  bunun  nəticəsində  təklif  olunan  sənaye 

mülkiyyəti  obyekti  üçün  patent  verilməsi  məsələsini 

həll  etməkdən  ibarətdir.  İddia  sənədinin  ekspertizası  bu  mərhələnin  əsasını 

təşkil  edir.  Patent  haqqında  qanunun  29-cu  maddəsi  də  məhz  həmin  məsələ­

nin  tənzimlənməsinə  həsr edilmişdir.  İddia  sənədinin  tərtib  edilməsi,  verilməsi 

və  ona  baxılması  qaydalarında  iddia  sənədinin  ekspertizasının  tənzimlənməsi 

daha da  konkretləşir və demək olar ki,  müfəssəl xarakter alır.

İddia  sənədinin  ekspertizası  dedikdə,  patent  idarəsi  ekspertlərinin  iddia 

sənədini  həm  onların  düzgün  tərtib  olunması  baxımdan  (formal  baxımdan), 

həm  də  təklif  olunan  həllərin  patentə  layiq  olmaq  (patent  qabiliyyətli  olmaq) 

baxımından  (mahiyyət  baxımından) yoxlaması  başa  düşülür.

Mülki hüquq  elmində (doktrinasında) və  patent  haqqında  qanunda  iddia  sə­

nədinin ekspertizasının  iki forması  (növü) fərqləndirilir  :

•   iddia  sənədinin  ilkin  ekspertizası;

•   iddia sənədinin patent ekspertizası.

Qeyd  etmək  lazımdır  ki,  iddia  sənədinin  ilkin  ekspertizası  məcburi  xarakter 

daşıyır,  yəni  məcburi  qaydada  keçirilir.  İddia  sənədinin  patent  ekspertizası  isə 

bundan  fərqli  olaraq  məcburi  xarakterə  malik  deyildir.  O,  yalnız  iddiaçının  və 

ya  marağı  olan  şəxsin  vəsatəti  olduqda,  keçirilir.  Belə  vəsatət  olmadıqda,  pa­

tent  ekspertizası  keçirilmir.  Deməli,  patent  ekspertizası  keçirilməyə  də  bilər. 

Belə  halda  isə  iddia  sənədinin  ilkin  ekspertizasından  yox,  sadəcə  olaraq  eks­

pertizasından  danışmaq olar.  Məsələ  burasındadır ki,  patent  ekspertizasına  mü­

nasibətdə o,  ilkin  ekspertiza  sayılır.  Məlum  məsələdir  ki,  patent  ekspertizası  ke­

çirilməyən hallarda, yalnız iddia  sənədinin ekspertizasından söhbət gedə bilər.

İddia  sənədinin  ilkin  ekspertizası  (ekspertizası)  dedikdə,  iddia  sənədin­

də  göstərilən  obyektin  qanununda  nəzərdə  tutulan  tələblərə  uyğun  gəlməsini 

müəyyənləşdirmək  başa  düşülür.  Söhbət  patent  idarəsinin  sənaye  mülkiyyəti 

obyektinin  qanununda  nəzərdə  tutulan  tələblərə  uyğunluğu  baxımından  iddia 

sənədini  ekspertizadan  keçirməkdən  gedir.  Qanunda  nəzərdə tutulan  tələb-



Городов О. А. 

Патентное  право.  Учебное  пособие.  М .,  2005.  с .197; 



Белов В.В..  Виталиев Г  В . 

Девисов Г.М. 

Интеллектуальная собственность.  М .. 2006, с.81-84.

340


tor dedikdə.  patent haqqında qanunun  27-ci maddəsində göstərilən şərtlər ba­

in  düşülür.  Ekspertiza  keçirilməsi  gedişində  məhz  həmin  şərtlərə  əməl olun-

ı=:  yoxlanılır  Onlara  aiddir:

.   sənaye  mülkiyyəti  obyektinin  ictimai  mənafeyə,  humanizm və  əxlaq  prin­

sipialına zidd olmaması;

iddia  sənədində  göstərilən obyektin  müvafiq  olaraq  ixtira,  faydalı  model 

və  ya  sənaye  nümunesi  sayılması,  yəni təklif olunan  həllin  müvafiq ola­

raq  ixtira,  faydalı  model və ya sənaye nümunəsi obyektinə aid edilməsi;

-  sənaye  m ülkiyyə ti  obyektinin  vahidliyi  barədə telebə əməl  olunması,

y a n , 


ixtira  barəsində  iddia  sənədi  bir ixtiraya,  faydalı  model  barəsində  id- 

'iı3 


ourıədi  bır  faydalı  modelə,  sənaye  nümunəsi  barədə  iddia  sənədi bir 

sənaye  nümunəsinə  aid edilməlidir;

•  agər  təqdim  olunarsa,  əlavə  materiallann təklif olunmuş (iddia  sənədində 

m storilmış)  sənaye  m ülkiyyəti  obyektinin  m ahiyyətini  dəyişmemesi;

»  zəruri  sənədlərin  olması  (iddia  sənədinin  tərkibinə  lazımi sənədlərin da­

xıl  edilməsi);

•   onların  düzgün  tə rtib  olunması,

•   ixtira  və  ya  faydalı  modelin  beynəlxalq  patent  təsnifatı  üzre  düzgün 

tö v s if edilm əsi:

•   sənaye  nümunəsinin  beynəlxalq indeksi  üzrə  sənaye nümunesinin düz­

gün  tö v s if olunm ası

Ekspertiza  prosesində  təqdim  olunmuş  əlavə  materiallar  qiymətləndirilir. 

Bildiyimiz  kimi,  iddiaçının  hüququ  vardır  ki,  barəsində  iddia  sənədi  verdiyi  sə­

naye  mülkiyyəti  obyektinin  mahiyyəti  dəyişmədən  iddia  sənədinin  material­

larına  d ü zə lişlə r  və  əlavələr  etsin  Əlavə  materiallar  iddia  sənədində  göstə­

rilmiş  sənaye  mülkiyyəti  obyektinin  mahiyyətini  dəyişə  və  iddia  sənədinin  əv­

vəlki  materiallarında  olmayan  əlamətlərə  malik  ola  bilər  (yeri  gəlmişken  qeyd 

edək  ki,  dəyişikliklər  ekspertin  təklifi  ilə  də  edilə  bilər).  Belə  əlavə  materiallar 

iddia  sənədinin  ekspertizası  zamanı,  ona  baxılarkən  nəzərə  alınmır.  Bu  cür 

hallarda  ekspert  iddiaçıya  təklif edir  ki,  əlavə  materiallara  əsasən  müstəqil  id­

dia  sənədi  tərtib  etsin.

Ekspertiza  aparılması  prosesində sənaye  mülkiyyəti  obyektinin vahidliyi ba­

rədə  tələbə  əməl  edilməməsi  müəyyən  oluna  bilər.  Söhbət  ixtira  və  ya  faydalı 

model  barəsində  bir yox,  bir neçə iddia  obyektindən  ibarət olan  iddia  sənədin­

dən  gedir.  Sözsüz  ki,  belə  iddia  sənədi  sənaye  mülkiyyəti  obyektinin  vahidliyi 

barədə  tələbi  təmin  etmir,  onu,  necə deyərlər,  pozur.  Bu  kimi halda  isə iddiaçı­

ya  təklif edilir  ki,  müvafiq  bildiriş  aldığı  gündən  2  ay  müddətində  iddia  obyekt­

lərindən  hansı  birinə  baxılması  olduğunu  bildirsin.  İddiaçı  göstərilən  müddətdə 

bildirişə  öz  münasibətini  bildirərək  cavab  verməlidir.  Bildirişə  cavab  verilmə­

dikdə patent  idarəsi ixtiranın və faydalı  modelin düsturunun  1-ci  bəndində gös­

tərilən  iddia obyektinə  baxır.

Bəs,  iddia  sənədində  göstərilən  ixtira  və  ya  faydalı  model  üçün  qalan  iddia 

obyektlərinin taleyi  necə olur? Qeyd etmək lazımdır ki,  həmin obyektlər barəsin­

də müstəqil şəkildə, aynlmış (aynca) iddia sənədi tərtib oluna və verilə bilər.

İlkin ekspertiza  zamanı iddia  sənədi onun müəyyənləşdirilmiş form al tələb­

341


lərə  uyğunluğu  baxımından  yoxlanılır.  Ona  görə  də  həmin  ekspertiza  forması 

çox vaxt iddia sənədinin formal  ekspertizası  adlanır'.

İlkin  ekspertiza  hansı  müddət  ərzində  keçirilməlidir?  Qeyd  etmək  lazımdır 

ki,  patent haqqında  qanun  bu suala  cavab vermir,  yəni  ilkin  ekspertizanın  apa­

rılmasının  konkret müddətini  göstərmir.  Amma  ədəbiyyatda  göstərilir  ki,  RF-de 

praktikada  ixtira  barəsində  iddia  sənədinin  formal  ekspertizasının  keçirilməsi­

nin  orta  müddəti  1,8  aydan,  sənaye  nümunəsi  barədə  iddia  sənədinin  formal 

ekspertizasının aparılma  müddəti  isə  1  aydan  ibarətdir2.

İlkin  ekspertizanın  başa  çatması  müəyyən  nəticəyə  səbəb  olur.  Belə  ki,  id­

dia  sənədinin  ekspertizasını  keçirən  patent  idarəsinin  ekspertləri  iki  cür  qərar 

qəbul edirlər:

•   müsbət qərar;

•   mənfi qərar.

Müsbət  qərar  o  halda  qəbul  edilir  ki,  iddia  sənədində  göstərilən  obyektin 

patent  haqqında  qanunun  29-cu  maddəsinin  tələblərinə  uyğunluğu  ekspertiza 

tərəfindən  müəyyənləşdirilsin.  Başqa  sözlə  desək,  keçirilmiş  ekspertiza  müs­

bət  nəticə  ilə  başa çatdıqda,  müsbət  qərar qəbul  edilir.  Müsbət  qərar dedikdə, 

patent  idarəsinin  özünün  rəsmi  bülletenində iddia  sənədinin  dərc  olunması  ba­

rədə qərar qəbul etməsi  başa  düşülür.

Mənfi  qərar  dedikdə,  iddia  sənədində  göstərilən  obyekt  üçün  patent  veril­

məsindən  imtina olunması  barədə  qəbul edilən  qərar  başa  düşülür.  Belə  qərar 

o  halda  qəbul  edilir  ki,  ekspertiza  nəticəsində  iddia  sənədində  göstərilən  ob­

yektin  qanunun  tələblərinə  uyğun  olmadığı  müəyyənləşdirilsin.  Başqa  sözlə 

desək,  əgər  ekspertiza  nəticəsində  təklif olunan  sənaye  mülkiyyəti  obyektinin 

patentə layiq olmaq  şərtlərinə cavab verməməsi  faktı müəyyənləşdirilərsə,  on­

da  mənfi  qərar  qəbul  olunur.  Sözsüz  ki,  belə  halda  yalnız  patent  verilməsin­

dən  imtina  barədə  qərar  qəbul  edilə  bilər.  Patent  verilməsindən  imtina  qəran 

qəbul  edildikdə  isə  əlbəttə,  iddia  sənədi  barəsində  məlumatın  patent  idarəsi­

nin  rəsmi bülletenində dərc olunmasından söhbət gedə  bilməz.

Patent 


Patent  ekspertizası  dedikdə,  iddia  sənədinin  mahiyyətcə

ekspertizası 

ekspertizası  başa  düşülür.  Buna  görə  də  o,  çox  vaxt  iddia 

sənədinin  mahiyyətcə  ekspertizası  adlanır.  Belə  eksperti­

za  formasının  keçirilməsi  patent  haqqında  qanunda  nəzərdə  tutulmuşdur.  İd­

dia  sənədinin  mahiyyətcə  ekspertizası  nəticəsində  iddia  sənədində  göstərilən 

obyektin  patentə layiq olmaq  şərtlərinə uyğunluğu  yoxlanılır.

İddia  sənədinin  mahiyyətcə  ekspertizası  dedikdə,  təklif olunmuş  sənaye 

mülkiyyəti obyektinin  patentə  layiq olmaq şərtlərinə  uyğun  gəlməsinin yoxlanıl­

ması başa  düşülür.  Bu zaman  yenilik,  orijinallıq,  sənayedə  tətbiq  oluna  bilmək 

və ixtira  səviyyəli olmaq kimi patent qabiliyyəti şərtləri yoxlanılır.

Qeyd  etmək  lazımdır  ki,  xarici  ölkələrdə  üç  əsas  ekspertiza  sistemi  möv- 1



Гуев А Н.

  Гражданское право. Учебник. Том  3. M .  2003, с. 244;  Гражданское право.  Учебник. 

Том  1/Пол  рсд. 

ЕЛ.Суханова.

  М .  1999,  с.  696;  Гражданское  право.  Учебник.  Часть  ЗЛ 1од  рсд.



АП.Сергеева. IO.K.Толстого.

  М .,  1998.

‘ 

Корчагин А.Д.

  Экспертиза  -   наша  профсссия//Патснты  и  лицензии.  1996,  №   4.  с.З; 



Сергеев 

А.П.

  Права  интеллектуальной собственности  в Российской Федерации. М .,  1999, с.  484.

342


cuddur1

 1:


•   qeydiyyat  sistemi;

•   yoxlama  sistemi;

•   təxirəsalınmış sistem.

Onlar  patentləşdirmənin  əsas sistemləri sayılır.  Hal-hazırda  xarici ölkələrdə 

həmin  sistemlərdən istifadə olunur.

Q eydiyyat  sistem i  odur  ki.  bu  sistem  patentə  layiq  olmaq  şərtləri  (yenilik, 

sənayedə  tətbiq  edilə  bilmək  və  s.)  yoxlanılmadan  patent  verilməsini  nəzərdə 

tutur2.  Mahiyyətcə  ekspertiza  (patent  ekspertizası)  apanlmır;  sadəcə  olaraq, 

iddiaçının  sözlərinə  patent  idarəsi  inanır.  İddiaçı  təsdiq  edir ki,  onun  etdiyi ixti­

ra  yenidir.  Patent  idarəsi  yalnız  iddia  sənədinin  qanunun formal tələblərinə uy­

ğun  gəlməsini  yoxlayır.  Hesab  olunur  ki,  patentə  layiq  olmaq  şərtləri  (patent 

qabiliyyəti),  əgər  lazım  gələrsə,  patentin  etibarlı  sayılması barədə  mübahisəyə 

baxan  zaman  məhkəmə  tərəfindən  müəyyən  edilməlidir;  həmin  şərtlərə uyğun 

gəlmədiyinə  görə  patent  məhkəmə  qaydasında  etibarsız  sayıla  bilər. Zidd hal­

lar olmadıqda  iddiaçıya  patent verilir.

Qeydiyyat  sisteminin həm müsbət,  həm də mənfi tərəfləri vardır.  Müsbət tə­

rəfi  ondan  ibarətdir  ki,  qeydiyyat  sistemi  iddiaçıya  tez  bir vaxtda  patent almaq 

imkanı verir.  Digər tərəfdən,  dövlət  ekspert xidmətinin təşkilinə və  saxlanması­

na  yönələn  xərclərdən  azad  olur  Qeydiyyat  sisteminin  mənfi  tərəfi  isa  ondan 

ibarətdir  ki,  patent  iddiaçının  özünün  «məsuliyyət  və  riski»  əsasında  verilir və 

onun  etibarlı  olmasına  dövlət  tərəfindən  hər  hansı  bir  təminat  verilmir.  Bu  sə­

bəbdən  iddiaçıya  verilən  patentin davamlı olmaq ehtimalı azdır.

İtaliya,  Fransa,  Belçika,  Lüksemburq,  İspaniya  və  digər  ölkələr  qeydiyyat 

sistemi  dövlətlərinə  aiddir.

Yoxlam a  sistem i  odur  ki,  bu  sistemə  görə  patent  idarəsi  iddia  sənədinin 

əsas  elementlərinin  hamısı  üzrə  tam  ekspertiza  keçirir.  Ona  tədqiqat  eksper­

tizası  da  deyilir3.  Bu  sistemin  köməyi  ilə  ilk  növbədə  təklif olunan  obyektin  pa­

tentə  layiq  olmaq  şərtlərinə  (yenilik,  sənaye  tətbiq  edilə  bilmək  və  s.)  uyğun 

gəlməsi,  eləcə  də  iddia  sənədinin  tərtib  edilməsinin  düzgünlüyü  yoxlanılır. 

Məcburi ekspertiza - mahiyyətcə ekspertiza  (patent ekspertizası) apanlır.  Əgər 

ekspertiza  müsbət  nəticələnərsə,  onda  patent  verilməsi  barədə  qərar  qəbul 

edilir.  Keçirilmiş  mahiyyətcə  ekspertiza  nəticəsində  qorunma  qabiliyyətli  olan 

obyekt  barədə  məlumat dərc olunur.

Yoxlama  sisteminin  müəyyən  üstünlükləri  vardır.  Belə  ki,  həmin  sistem 

əsasında  alınan  patent  daha  etibarlı  olur.  Buna  görə  də  patent  barədə  müba­

hisə az-az  hallarda yaranır.  Bununla yanaşı,  yoxlama sisteminin özünün çatış­

mayan  tərəfləri  də  vardır.  Belə  ki,  mahiyyətcə ekspertiza  ekspertlər tərəfindən 

keçirilir.  Ekspertlərin  saxlanması  üçün  isə  dövlət  müəyyən  xərclər çəkir.  Digər 

tərəfdən,  mahiyyətcə  ekspertizanın  apanlması  üçün  iddiaçı  rüsum  ödəməlidir.

Гражданское  и  торговое  право  капиталистических  стран.  Учебное  пособис/Огв.рсд.



В.П.Мозолин. М  И.Кулагин.

  М .,  1980, с.  329.

:  Rus d ilin d ə  göstə rd iyim iz sistem  «явочной систем» anlayışı  ilə ifadə olunur.

Гражданское и  торговое  право  капиталистических  стран.  Учебное  пособис/Отв.рсл.



К.К.Яичков.

  М   .  1966, с  474.

343


Bunlardan  əlavə,  yoxlama  sistemi  ağır və  asta  prosesdir.  Məhz  bu  səbəblər­

dən  əvvəllər yoxlama  sisteminə aid olan bir sıra  dövlətlər (Hollandiya,  Yaponi­

ya,  Almaniya,  Böyük  Britaniya)  XX  əsrin  60-70-ci  illərində  ekspertizanın  yeni 

sisteminə -  təxirəsalınmış ekspertiza  sisteminə  keçdilər.

Təxirəsalınmış  ekspertiza  dünyada  ən  geniş  yayılmış  sistem  sayılır.  Bu  sis­

tem XX əsrin  40-cı illərinin axırında  -   50-ci  illərinin  əvvəlində  Hollandiyada  ya­

ranmış,  sonradan  dünyanın  əksəriyyət  dövlətlərinin  patent  idarələri  tərəfindən 

qəbul edilmişdir.  Həmin sistemdən  praktiki olaraq  bütün  Qərbi Avropa  ölkələri­

nin  hamısında,  habelə  Yaponiyada,  Koreyada  və  Çində  istifadə  olunur.  Son 

dövrlərdə ABŞ  patent  idarəsi  təxirəsalınmış  ekspertiza  sistemini  tətbiq  etməyə 

başlamışdır. Avropa  patenti də məhz bu sistem əsasında  verilir.

Təxirəsalınmış  ekspertiza  sistem inin  mahiyyəti  iddia  sənədinin  eksperti­

zasının  ayrı-ayrı  mərhələlərə  bölünməsindən  ibarətdir.  Ekspertizanın  birinci 

mərhələsində iddia  sənədinin  qanunun  formal  tələblərinə  uyğun  olması  müəy­

yən  edilir  (formal  və  ya  ilkin  ekspertiza).  Özü  də  bu  mərhələnin  keçirilməsi 

patent idarəsi üçün məcburi  xarakter daşıyır.

Patentə  layiq  olmaq  (patent  qabiliyyəti)  şərtlərini  (yenilik  və  s.)  yoxlamaq 

üzrə  ekspertiza,  yəni  mahiyyətcə  ekspertiza  yalnız  iddiaçının  ayrıca  tələbi  ol­

duqda,  özü də xüsusi  rüsum ödənildikdən sonra  keçirilir’ .

Təxirəsalınmış  ekspertiza  sistemi  obyektin  patent qabiliyyətinin  (patentə  la­

yıq  olmaq  qabiliyyətinin)  yoxlanmasını  nəzərdə  tutur.  Bu  sistemə  görə,  iddiaçı 

şəxsə  patent  yalnız  o  halda  verilə  bilər  ki,  təklif olunmuş  obyektin  (həllin)  pa­

tentə  layiq  olmaq  şərtlərinə  uyğun  gəlməsi yoxlanılsın.  Buna  görə də təxirəsa- 

lınmış ekspertiza  yoxlama ekspertizasının variantıdır2.

Təxirəsalınmış  ekspertizanın  bir  sıra  üstünlükləri  vardır.  Belə  ki,  iddiaçı  id­

dia  sənədi  verdikdən  sonra  patentləşdirilən  obyektin  praktiki  qiymətini  müəy­

yən  etmək  üçün  əlavə  imkan  əldə  edir.  İddiaçı  həm  də  nəticədən  asılı  olaraq 

patent  almaq  üçün  səyləri  davam  etdirməyin  məqsədəuyğun  olması  barədə 

məsələni  qəti  surətdə  həll  etmək şansı  qazanır.

Azərbaycan  Respublikası təxirəsalınm ış  ekspertiza  sistem inə  aid  olan 

ölkələr  sırasına  daxildir.  Belə ki,  bir az əvvəldə  qeyd  etdiyimiz  kimi,  bizim  öl­

kə  qanunvericiliyinə  görə,  mahiyyətcə  ekspertiza  yalnız  iddiaçının  və  ya  mara­

ğı  olan  başqa  şəxsin  vəsatəti  əsasında  aparıla  bilər3.  Söhbət  təxirəsalınmış 

ekspertiza  sistemindən  gedir.  Patent  qanunvericiliyinin  əsas  xüsusiyyəti  on­

dan  ibarətdir ki,  o,  təxirəsalınmış  ekspertiza  sisteminə  keçilməsini  əsas  tutur.

Patentin  verilməsi  patent  hüququnun  rəsm iləşdirilm əsi- 

nin  üçüncü  -   son  m ərhələsidir  Bu  mərhələdə  əsas  və 

başlıca  məsələ -  patentin verilməsi  məsələsi  həll edilir.

İddia  sənədində  göstərilən  obyektin  qanunda  nəzərdə  tutulan  tələblərə  uy­

ğunluğu ekspertiza tərəfindən  müəyyənləşdirildikdə  patent  idarəsi  iddia  sənə­

dinin  özünün  rəsmi  bülletenində  dərc  edilm əsi  barədə  qərar  qəbul  edir.

Patentin


verilməsi

'  Taxirosalınnıış  ekspertizanın  osas  cuhollori  barodə  bax:  Гражданское  и  торговое  право 

капиталистических стран.  Учебное поеобие/Отв.рсд. 

В.П.Мозолин, М.И.Кулагин. 

М .,  1980, с.  330. 



Белов В В.. Виталиев Г. В . Денисов ГМ .

  Интеллектуальная собственность.  М ., 2006, с.57.

'  >


Bununla  patent  hüququnun  rəsmiləşdirilməsinin  ikinci  mərhələsi  başa  çatır, 

uçuncü  mərhələsi,  yəni  patentin  verilməsi  mərhələsi  başlayır.  İddia  sənədi, 

daha  doğrusu,  iddia  sənədi  barəsində  məlumatın  (materialların)  dərci  ilə  bağlı 

məsələlər qanunun  ayrıca  norması  ilə tənzimlənir1.

Patent  idarəsi  iddia  sənədi  barəsində  məlumatı  özünün  rəsmi  bülletenində 

qanunda  nəzərdə  tutulan  müddətdə  dərc  etməlidir.  Belə  ki,  o,  bu  məsələnin 

ixtira  və  faydalı  model  barəsində  iddia  sənədini  aldığı  tarixdən  ən  geci  12  ay 

keçənədək,  sənaye  nümunəsi  barəsində  iddia  sənədini aldığı  tarixdən ən geci 

6

 

ay  keçənədək  həll  edir.  Elə  buradaca  qeyd  etməliyik  ki,  iddiaçı yalnız müva­



fiq  rüsumu  ödədikdən  sonra  iddia  sənədi  üzrə  məlumat  (materiallar) dərc olu­

na  bilər.

İddia  sənədi  barəsində  məlumatın  dərci  haqqında  müddət  imperativ  yox, 

dıspozitiv xarakterə  malikdir.  Belə ki,  əgər iddiaçı vəsatət verərsə,  iddia  sənədi 

barəsində  məlumat qanunda  göstərilən  müddətdən tez də dərc edilə bilər.  Bu­

nun  üçün o, müəyyən edilmiş rüsum ödəməlidir.

İddia  sənədi  haqqında  məlumatda  aşağıdakılar göstərilməlidir:

•   təklif olunmuş  sənaye mülkiyyəti obyektinin  müəllifi  barədə məlumat;

•   iddiaçı  haqqında  melumat;

•   obyektin  adı;

•   beynəlxalq  patent təsnifatı  indeksi;

•   ilkinlik  tarixi;

•   ixtiranın  və  ya  faydalı  modelin  referatı;

•   sənaye  nümunəsinin  mühüm  əlamətlərinin  siyahısı və təsviri.

Müəllif təklif olunan  sənaye  mülkiyyəti obyektinin  m üəllifi  kimi  məlumatda 

göstərilm ək  hüququndan  im tina  etmək  səlahiyyətinə  malikdir.  Belə  ki,  sə­

naye  mülkiyyəti  obyekti  müəllifi  patent  idarəsinin  rəsmi dərcində həmin obyek­

tin  müəllifi kimi göstərilməməsini  tələb edə  bilər.

İstənilən  maraqlı  şəxs  rəsmi  bülletendə dərc olunmuş iddia  sənədinin  ma­

terialları  ilə  tanış  olm aq  hüququna  malikdir.  Materiallarla  patent  idarəsinin 

müəyyən  etdiyi  qaydada  tanış  olunur.  Tanış  olmaq  hüququnun  mahiyyəti  on­

dan  ibarətdir  ki,  iddia  sənədi  barədə  məlumat  dərc  olunduqdan  sonra  maraqlı 

olan  hər  bir  hüquqi  və  ya  fiziki  şəxs  patent  idarəsində  iddia  sənədinin  materi­

alları  ilə  tanış  ola,  müvafiq  sənaye  mülkiyyəti  obyektinin  tesvirini,  çertyojlarını, 

rəsmlərini  və  fotoşəkillərini  ala  bilər.  Belə  halda  materiallarla  tanış  olan  şəxs 

rüsum ödəməlidir.

Sözsüz  ki,  patent  verilməsindən  imtina  qərarı  qəbul  edildiyi  hallarda  iddia 

sənədinə  d a ir  m əlum at  (materiallar)  dərc  edilmir.  Bu,  hamıya  aydın  olan 

məsələdir.  Belə  ki,  iddia  sənədində  göstərilən  (təklif olunan)  obyektin  patentə 

layiq  olmaq  (patent  qabiliyyəti)  şərtlərinə  uyğun  gəlməməsi  ekspertiza  nəticə­

sində  müəyyənləşdirildikdə  patent  idarəsi  patent  verməkdən  imtina  edir.  Bu 

iddia  sənədi  barəsində  məlumatın  dərc edilməməsi  üçün əsas olur.

Hər  bir  istənilən  şəxsin  dərc  edilm iş  iddia  sənədinə  etiraz  etmək  hüqu­

qu  vardır.  Belə  ki,  istənilən  hüquqi və ya  fiziki  şəxs Apellyasiya  Komissiyasına

ıPatcnt  haqqında» qanunun  30-cu maddəsi.

345


etirazla  müraciət  edə  bilər.  Etiraz  əsaslandırılmalıdır.  İddia  sənədinə  etiraz 

üçün  qanun  6  aylıq  müddət  nəzərdə  tutur'.  Bu  müddət  iddia  sənədinin  dərc 

olunduğu tarixdən hesablanır.

Apellyasiya  Komissiyası  etiraza  baxaraq  aşağıdakı  qərarlardan  birini  qəbul

edir:

•   etirazın  tam təmin olunması barədə  qərar;



•   etirazın qismən təmin olunması  barədə  qərar;

•  etirazın  rədd edilməsi barədə qərar.

Daha  sonra  sənaye  mülkiyyəti  obyektini  patent  idarəsi  müvafiq  dövlət  re­

yestrində qeydə alır.  Obyektin qeydiyyatı üçün  rüsum ödənilməlidir.

Qeydəalma  dedikdə,  sənaye  mülkiyyəti  obyektinin  dövlət  reyestrinə  daxil 

edilməsi  başa  düşülür.  Bunun  qaydası  patent  idarəsi  tərəfindən  müəyyənləş­

dirilir.

Sənaye  mülkiyyəti  obyektini  dövlət  reyestrində  qeydə  alındıqdan  sonra  pa­

tent  idarəsi  iddiaçı  olan  şəxsə  patent  verir.  Patentin  verilməsi  üçün  rüsum 

ödənilməlidir.

İddiaçı, yəni  patent sahibi olmaq  niyyətində olan  bir neçə  şəxsdən  ibarət ol­

duğu  hallarda  da  yalnız  bir  patent verilir.  Belə  ki,  həmin  şəxslərdən  birinə  bir 

patent,  qalanlarına  isə patentin  surəti verilir.  Patentin  surəti  patent  idarəsində

təsdiqlənir.

İddiaçı  ilə  müəllif eyni  şəxslər olmadıqda,  yəni  müxtəlif  şəxslər  olduğu  hal­

larda  da  bir  patent  verilir.  Patent  iddiaçıya  təqdim  olunur.  Patentin  surətini  isə 

müəllif ala bilər.

Patent sahibinə  patentin  dublikatı  da verilə  bilər (məsələn,  patentin  əsli  it­

diyi,  məhv  olduğu  və  s.  hallarda).  Bunun  üçün  patent  sahibi  əsaslandırılmış 

vəsatət verməlidir.  Belə  halda  patent sahibi  müəyyən  edilmiş  məbləğdə  rüsum 

ödəyir.  Dublikatın  verilməsi  ilə  patentin  əsli  öz  qüvvəsini  itirir.  Dublikatı  paten­

tin əsli  ilə eyni  hüquqi  qüvvəyə malikdir.

Ola  bilsin  ki,  patentdə  müəllifin  adı göstərilməsin.  Belə  ki,  müəllif imtina  hü­

ququna  malikdir.  Bu  hüquqdan  istifadə  edərək  o,  patentdə  öz  adının  göstəril- 

məməsini tələb edə  bilər.

Sənaye  mülkiyyəti  obyekti  qeydə  alındıqdan  və  iddiaçı  olan  şəxsə  patent 

verildikdən  sonra  3 ay ərzində  patent idarəsi  patent  barəsində  m əlum atı  rəs­

mi  bülletendə  dərc edir.  Məlumata  daxil  edilir:

•   patent sahibinin adı;

•   patentdə müəllif kimi göstərilməkdən  imtina etməyibsə,  müəllifin  adı;

•   iddia sənədinin  patent idarəsinə daxil olduğu tarix;

•   ilkinlik tarixi;

•   ixtiranın və faydalı  modelin düsturu;

•   sənaye nümunəsinin  mühüm əlamətlərinin  siyahısı və onun təsviri.

Sənaye  mülkiyyəti  obyektinin  qeydiyyata  alınması və  iddiaçı  şəxsə  patentin

verilməsi  ilə  patent  hüququnun  rəsmiləşdirmə  prosesinin  üçüncü  mərhələsi 

başa çatır.

346


«Palcnl haqqında» qanunun  31 -ci  maddəsinin  l- c i  bəndi.


Yüklə 19,08 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin