Odlar Yurdu Universitetinin «Mülki hüquq» kafedrasının baş müəllimi T. Feyzullayeva Sabir Salman oğlu Allahverdiyev. Azərbaycan Respublikasının m ülki hüququ. ILL cild. IV kitab dərs


§  8.  S u b y e k tiv   patent  hüququnun  m əzm unu



Yüklə 19,08 Mb.
Pdf görüntüsü
səhifə31/54
tarix30.04.2020
ölçüsü19,08 Mb.
#31027
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   54
§  8.  S u b y e k tiv   patent  hüququnun  m əzm unu

Subyektiv patent 

hüququnun 

məzmununu təşkil 

edən  elementlər

Subyektiv patent hüququ patent  hüquq  münasibətinin 

hüquqi  məzmununu  təşkil  edən  elementlərdən  biridir. 

Subyektiv  mülki  hüququn  növlərindən  biri  olan  patent 

hüququnun  özü  bir  neçə  səlahiyyətdən  (hüquqi  im­

kandan)  ibarətdir  ki,  onlar  səlahiyyətli  şəxsə  (patent 

sahibinə)  məxsusdur.  Həmin  səlahiyyətlərə  aiddir:

•   tələb etmək səlahiyyəti;

•   istifadə  səlahiyyəti:

•   sərəncam səlahiyyəti;

•   müdafiə  səlahiyyəti.

Tələb  etmək  səlahiyyəti  dedikdə,  patent  sahibinin  borclu  tərəfdən,  yəni 

əhatə  dairəsi  bilinməyən,  qeyri-məhdud  saylı  şəxslərdən  («hamıdan  və  hər 

kəsdən»)  onun  patent  hüququnu  pozmaqdan  çəkinməyi  tələb  etmək  imkanı 

başa  düşülür.  Belə  ki,  subyektiv  patent  hüququ  qeyd  etdiyimiz  kimi,  mütləq 

xarakterli  hüquqdur.

İstifadə  səlahiyyəti  patent  sahibinə  verilən  əsas  hüquqi  imkanlardan  biri­

dir.  Söhbət  patentlə  təmin  olunan  istifadə  hüququndan  gedir.  Növbəti  yarım- 

başlıq  istifadə  hüququnun  mahiyyətinə aydınlıq gətirir.

Sərəncam  səlahiyyəti  dedikdə,  patent  sahibinin  patentə  sərəncam  ver­

mək  hüququ  (hüquqi  imkanı)  başa  düşülür.  Ona  çox vaxt  patentə  sərəncam 

verm ək  hüququ  deyilir.  Bu  hüquq  əsasında  patentin  necə  deyərlər,  hüquqi 

taleyi və  müqəddəratı  həll  olunur.

Müdafiə  səlahiyyəti  dedikdə,  patent hüququ pozulduğu  halda  patent sahi­

binin  qanunla  müəyyən  edilmiş  müdafiə  tədbirlərinə  əl  atmaq  hüququ  (hüquqi 

imkanı)  başa  düşülür.

İstifadə  hüququ  (səlahiyyəti)  haqlı olaraq  patent sahibinin  əm-

Istıfadə 

|ak hüquqlarından  biri  hesab edilir'.  Məlum  məsələdir ki,  istifa-

huququ 


də  hdqUqU  paten( sahibinin  əmlak  mənafeyini  təmin  edir.  İsti­

fadə  hüququ  patent  sahibinə  sənaye  mülkiyyəti  obyektini  (ixtiranı,  faydalı  mo­

deli  və  ya  sənaye  nümunəsini)  tətbiq  etmək  üçün  patentlə  verilən  hüquqi  im­

kandır,  səlahiyyətdir.  O,  müstəsna  hüquqdur.

İstifadə  hüququ  dedikdə,  sənaye  mülkiyyəti  obyektini  tətbiq  etmək

Гуев A.H.

  Гражданское  право.  Учебник. Том 3. 2003, с. 242.

363


üçün  patent  sahibinə  verilən  müstəsna  hüquq  (hüquqi  imkan,  səlahiy­

yət)  başa  düşülür.  Yalnız  və  yalnız  patent  sahibi  sənaye  mülkiyyəti  obyektini 

tətbiq  edə  bilər;  digər şəxslərin  buna  ixtiyarı  çatmır;  heç  kəs  patentlə  qorunan 

sənaye mülkiyyəti  obyektini  tətbiq  edə  bilməz;  başqa  şəxslər yalnız patent sa­

hibinin  razılığı (icazəsi)  ilə ondan  istifadə edə,  onu tətbiq  edə  bilər.

İstifadə  hüququ özündə  iki əsas hüquqi  imkanı (səlahiyyəti)  birləşdirir:

•  müsbət hüquqi  imkanı (səlahiyyəti);

•  mənfi  hüquqi  imkanı (səlahiyyəti).

Müsbət  hüquqi  imkana  (səlahiyyətə)  görə,  patent  sahibi  sənaye  mülkiy­

yəti  obyektindən  öz  istəyinə  uyğun  sərbəst  surətdə  istifadə  edə  bilər.  Bu  za­

man o, özü obyektin  sənaye  istehsalını və  patentlə qorunan  məmulatın  satışı­

nı  təşkil  edir,  başqa  şəxslərin  köməyindən  istifadə  etmir.  Patent  sahibi  sənaye 

mülkiyyəti  obyektindən  sərbəst  şəkildə  o  halda  istifadə  edə  bilər  ki,  maliyyə 

(maddi),  iqtisadi  və  istehsal  resurslarına  malik  olsun.  Sənaye  mülkiyyəti  ob­

yektinin sənaye  istehsalı  belə resursların olmasını tələb edir.

Mənfi  hüquqi  imkana  görə,  patent  sahibi  başqa  şəxslərin  sənaye  mülkiy­

yəti  obyektindən  istifadə  etmələrini  qadağan  edə  bilər.  Əgər  qadağan  edərsə, 

heç kəs sənaye mülkiyyəti obyektindən  istifadə edə bilməz.  Ümumi  prinsip bun­

dan  ibarətdir  ki,  patent  sahibinin  razılığı  (icazəsi)  olmadan  başqa  şəxslərin  sə­

naye  mülkiyyəti  obyektindən  istifadə  etmələrinə  yol  verilmir,  yəni  icazəsiz  (qa­

nunsuz)  istifadə qadağan edilir,  icazəsiz istifadə hüquq  pozuntusu  sayılır.

Bununla  belə,  qanunda  nəzərdə  tutulan  hallarda  sənaye  mülkiyyəti  obyek­

tindən  patent sahibinin  razılığı  olmadan  istifadə  oluna  bilər.  Lakin  belə  istifadə 

qanun yol verdiyinə  görə  hüquq  pozuntusu  sayılmır.

Patent sahibinin  sənaye  mülkiyyəti obyektindən  istifadə  üçün  müstəsna  hü­

quq  digər  patent  sahiblərinin  hüquqlarını  pozmamalıdır,  digər  tərəfdən,  qanu­

na  uyğun  olmalıdır.  Bunlar  sənaye  mülkiyyəti  obyektindən  bilavasitə  istifadə 

etmənin  vacib şərtləridir.

Qanun  sənaye  mülkiyyəti  obyektindən  istifadəyə  leqal  anlayış verir'.  Bu  an­

layış sənaye mülkiyyəti obyektindən  istifadənin  mahiyyətinə  aydınlıq  gətirir.

Sənaye  m ülkiyyəti  obyektindən  istifadə  dedikdə,  p a ten tlə şd irilm iş  sə­

naye  m ülkiyyəti  obyektinin  tətbiqi  ilə  hazırlanan  m əhsulun  təsərrüfat 

dövriyyəsinə  daxil  edilm əsi,  habelə  pa ten tlə şd irilm iş  sənaye  m ülkiyyəti 

obyektinin  bütün  mühüm  əlam ətlərini  birləşdirən  üsulun  tə tb iq   edilməsi 

başa düşülür.

Sənaye  mülkiyyəti  obyektindən  müxtəlif məqsədlər üçün  istifadə  oluna  bilər. 

Söhbət vaxta  qənaət  etmək,  məhsulun  (məmulatın)  keyfiyyətini  yaxşılaşdırmaq, 

istehsalı  sadələşdirmək,  əmək  şəraitini  yaxşılaşdırmaq,  texniki  təhlükəsizliyi  tə­

min etmək,  əl  əməyini yüngülləşdirmək və digər məqsədlərdən  gedir.

Sənaye  mülkiyyəti obyektindən  istifadə  əsasən  iqtisadi  fayda  əldə etməyə 

yönəlir.  İqtisadi  fayda  əldə  etmək  dedikdə,  gəlir  (mənfəət)  əldə  etmək  başa 

düşülür İqtisadi fayda  həm  pul,  həm  də  natura formasında  ola  bilər.

Sənaye mülkiyyəti  obyektindən  istifadə  iki  əsas  hərəkətdən  (elementdən) 1

1 "Patent haqqında» qanunun  15*ci maddəsinin  l-ci həndi.

364


bərətdir:

•   təsərrüfat dövriyyəsinə buraxmaq;

•  üsulu  tətbiq etmək.

Təsərrüfat  dövriyyəsinə  buraxmaq  dedikdə,  patentləşdirilmiş  sənaye 

mülkiyyəti  obyektinin  köməyi  ilə  (yəni ondan  istifadə  olunması  ilə)  hazırlanmış 

məhsul  barədə  qanunla  icazə  verilən  istənilən  hərəkətin  edilməsi  başa  düşü- 

lur.  Söhbət  həm  faktiki  hərəkətlərdən  (belə  hərəkətlər  hüquqi  nəticəyə  səbəb 

ılmur,  yəni  mülki  hüquq  və  vəzifələr  yaratmır,  dəyişdirmir  və  ya  ləğv  etmir), 

bəm  də  hüquqi  hərəkətlərdən  (belə  hərəkətlər isə  hüquqi  nəticəyə  səbəb olur, 

yəni mülki  hüquq  və vəzifələr yaradır,  dəyişdirir və ya  ləğv edir) gedir.

Həmin  hərəkətlərin  təxmini  (qəti  və  dəqiq  olmayan)  siyahısı  qanunda  gös­

tərilmişdir’ .  Onlara aiddir;

•   məhsulun  (məmulatın) hazırlanması;

•   məhsulun (məmulatın) tətbiqi;

•   məhsulun  (məmulatın) idxalı;

•   məhsulun  (məmulatın) satış üçün təklif olunması;

•   məhsulun  (məmulatın) satışı;

•   məhsulun  (məmulatın) saxlanması;

•   məhsulun  (məmulatın) təsərrüfat dövriyyəsinə digər şəkildə daxil edilməsi.

M əhsulun  (məmulatın)  hazırlanması  dedikdə,  onun gəlir götürmək  (mən­

fəət əldə etmək)  məqsədi  ilə  istehsal olunması başa düşülür.  Məhsul  kommer­

siya  məqsədi  ilə  istehsal olunmalıdır.

M əhsulun  (məmulatın)  tətbiqi  dedikdə,  kommersiya  məqsədi  ilə  onun  is­

tehsal-təsərrüfat  istifadəsinin  bütün  halları  başa düşülür.

M əhsulun  (məmulatın)  idxalı  dedikdə,  import,  yəni  onun  xarici  ölkədən 

gömrük  ərazisi  vasitəsilə  Azərbaycan  Respublikasına  gətirilməsi  başa  düşü­

lür.  Bundan  əlavə,  gömrük  qanunvericiliyi  normalarına  görə  ölkə ərazisinə elə 

yolla  mal gətirilir  ki,  bu,  idxala  bərabər tutulur.

M əhsulun  (məmulatın)  satış  üçün  tə klif olunması  dedikdə,  onun  reklam 

olunması  başa  düşülür.  Məhsul  isə  müxtəlif formalarda  reklam oluna  bilər.  Hə­

min  formalara  aiddir2:

•   məhsulun  (məmulatın)  nümunəsinin  ticarət  zalında  kütləvi  nümayiş  etdi­

rilməsi;

•   məhsulun  (məmulatın)  piştaxtalarda,  vitrinlərdə  və  digər  satış  yerlərində 

qoyulması;

•   məhsula  (məmulata)  dair  məlumat  təsvirinin  ,  kataloqunun,  fotoşəklinin 

və s. təqdim  edilməsi;

•   reklam  klipi və  s.

M əhsulun  (məmulatın)  satışı  dedikdə,  onun  realizə olunması  başa  düşü­

lür.  Bu  zaman  mal  göndərmə,  pərakəndə  alqı-satqı  və  xüsusi  mənada  alqı- 

satqı  kimi  müqavilələrdən  istifadə olunur.

1 «Patent  haqqında» qanunun  22-ci  maddəsi.

:  H əm in  form alar  barədo  bax: 

A lla h v e rd iy e v   S.S.

  Azərbaycan  Respublikasının  mülki  hüququ.

Dərslik.  II cild .  Bakı.  2001, s.  85; 

Сергеев А.П .

  Право интеллектуальной собственности, с. 517.

365


Sənaye mülkiyyəti 

obyektinə sərəncam 

vermək hüququ 

(səlahiyyəti)

Göstərilənlər  (məhsulun  hazırlanması,  tətbiqi,  idxalı,  satışı  və  s.)1  əlbəttə, 

məhsulun (məmulatın)  təsərrüfat dövriyyəsinə  daxil  olunmasını  ifadə  edən  hə­

rəkətlərin  hamısı demək  deyildir.  Sözsüz ki,  məhsul  (məmulat) təsərrüfat  döv­

riyyəsinə digər formalarda da  daxil edilə  bilər.  Məsələn,  sənaye  mülkiyyəti  ob­

yektindən  istifadə  üçün  müstəsna  hüquq  maya  kimi  müəssisənin  (təsərrüfat 

cəmiyyəti  və  ortaqlığı  kimi  formada  yaradılan  kommersiya  təşkilatının)  nizam­

namə  kapitalına  qoyula  bilər.  Məsələ  burasındadır  ki,  Almaniya  hüquq  doktri­

nasına  görə,  sənaye  mülkiyyəti  obyektlərinə  müstəsna  hüquq  (patent  və  s.) 

müəssisənin qeyri-maddi (ideal) elementinə  (əmlakına) aiddir2.

Bundan  əlavə,  patentləşdirilmiş  sənaye  mülkiyyəti  obyektinin  istifadəsi  ilə 

hazırlanmış  məhsul  (məmulat)  barəsində  kirayə,  icarə,  ssuda,  lizinq,  podrat, 

dəyişmə  və  digər  mülki-hüquqi  müqavilələr  bağlana  bilər.  Bunlar  onu  ifadə 

edir ki,  məhsul  (məmulat) təsərrüfat dövriyyəsinə daxil edilmişdir.

Sənaye  mülkiyyəti  obyektinə  sərəncam  vermək  hü­

ququ  (səlahiyyəti)  subyektiv  patent  hüququnun 

məzmununu  təşkil  edən  hüquqi  imkanlardan  biridir. 

Bu,  patent  sahibinin  malik  olduğu  əm lak  hüquqla­

rından  biridir.

Elə  hal yaranır ki,  patent sahibi  sənaye  mülkiyyəti  obyektindən  sərbəst  şə­

kildə özü  istifadə etmir.  Bu,  müxtəlif səbəblərlə  izah  oluna  bilər.  Belə  səbəblə­

rə misal olaraq  göstərmək oiar:

•   sənaye  mülkiyyəti  obyektini  tətbiq  etmək  üçün  patent  sahibinin  maddi 

(maliyyə)  və  istehsal  resurslarına  malik  olmaması  və  ya  onların  kifayət 

etməməsi  (çatışmaması);

•   sənaye  mülkiyyəti  obyektini  tətbiq  etmək  məsələsində  patent  sahibinin 

təcrübəyə  malik olmaması,  onun  necə deyərlər,  səriştəsizliyi;

•   patent sahibinin  daha vacib  məsələlərlə  məşğul  olması;

•  patent sahibinin xammala  malik olmaması;

•   patent sahibinin  sənaye  mülkiyyəti  obyektindən  özünün  istifadə  etməsinə 

həvəs  və  istəyin  olmaması  və  ya  bunun  sadəcə  olaraq  mümkün  olma­

ması;

•   yüksək  ixtisaslı  mütəxəssislərin  (personalın) olmaması;



•   patent  sahibinin  kommersiya  və  istehsal  xarakterli  məsələləri  həll  etmək 

iqtidarında və  qabiliyyətində olmaması;

•  istehsal  sahəsinin  olmaması  və s.

Bu  və  ya  digər  hallardan  biri  olduqda,  patent  sahibi  sənaye  mülkiyyəti  ob­

yektindən  istifadə  hüququnu  (patent  hüququnu)  başqa  şəxsə  verə  bilər.  Məhz 

belə  hüquqi  imkana  sənaye  mülkiyyətinə  sərəncam  vermək  hüququ  və ya  pa­

tentə sərəncam vermək hüququ  deyilir.

Sənaye  m ülkiyyəti  obyektinə  sərəncam  hüququ  dedikdə,  patent  sahi­

binin  sənaye  m ülkiyyəti  obyektindən  istifadə  hüququnu  özgəninkiləşdir- 

mək, yəni  başqa şəxslərə vermək imkanı  başa düşülür.



М эггс Г/.Б..  Сергеев А .П .

  Интеллектуальная собственность.  М .  2000, с.  142-143.

'   Гражданское и торговое право зарубежных государств.  У чебник.  Том  I .  М .  2004, с.  176.


Sənaye  m ülkiyyə ti  obyektindən  istifadə  hüququnun  özgəninkiləşdiril- 

məsi  (başqa  şəxsə  verilməsi)  patentə  sərəncam  verilməsi  deməkdir.  Mülki 

hüquq  elmində  və  qanunvericilikdə  patentə  sərəncam  verilməsinin  isə  iki  for­

ması  (növü) fərqləndirilir.  Həmin formalara aiddir:

•   patentin  güzəşti;

•   lisenziya verilməsi.

Göstərilən formalar beynəlxalq sazişlərə,  məsələn, TRIPS sazişinə də  mə­

lumdur.  Həmin  sazişdə  göstərilir ki,  patent sahibi öz  patent hüquqlarını güzəşt 

edə və ya onlardan  istifadə olunmasına  icazə verə bilər (28-ci maddə).

Patentin  güzəşti  dedikdə,  patent sahibinin sənaye mülkiyyəti obyektini qo­

ruyan  sənədi  tamamilə  başqa  şəxsə  verməsi,  onu  özgəninkiləşdirməsi  başa 

düşülür.  Azərbaycan  Respublikasının patent hüququna,  patentə sərəncam ve­

rilməsinin  bu forması  (növü)  məlumdur.  Qanunda  göstərilir ki,  patent tamami­

lə Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə nəzərdə tutulan  qayda­

da ö zg ə n in kilə şd irilə   b ilə r1

Patentin  güzəşti  patent hüquqlarının güzəşti deməkdir.  Patent hüquqları isə 

əmlak  hüququnun  bir növüdür.

Patentin  güzəşti zamanı patent sahibi sənaye mülkiyyəti obyektinə olan hü­

ququndan  (subyektiv  patent  hüququndan,  müstəsna  istifadə  hüququndan) ta 

mamilə  imtina  edir  və  bütövlükdə  onu  başqa  şəxsə  verir.  Patenti  əldə  edən 

şəxsə  patent sahibinin  malik  olduğu  hüquqlar qismən yox,  necə  deyərlər, tam 

həcmdə,  bütöv və  kompleks halında  keçir.  Buna görə də  patentin sahibi  malik 

olduğu  hüquqların  bəzilərini  özündə saxlayıb,  digərlərini  isə  başqa  şəxsə verə 

bilməz.  Patent güzəşt edilərkən  patent sahibi  patenti əldə edən  şəxslə (paten­

tin  yeni  sahibi  ilə)  əvəz  olunur.  Patentin  yeni  sahibi  əvvəlki  (köhnə)  sahibinin 

malik olduğu  bütün  hüquqları  əldə edir.

Patentin  güzəşti  öz  hüquqi  təbiətinə  görə  se ssiya d ır və buna  görə  müna­

sibətlər  sessiya  m üqaviləsi  (patentin  və  ya  patent  hüquqlarının  güzəşti  mü­

qaviləsi)  ilə  rəsmiləşdirilir.  Sessiyanın  hüquqi  əsası  rolunda  isə  müxtəlif 

növ  m ü lki-h ü q u q i  ə qdlər  çıxış  edə  bilər.  Belə  əqdlərə  misal  olaraq  göstərə 

bilərik:

•   alqı-satqı  müqaviləsi;

•   bağışlama  müqaviləsi;

•   dəyişmə  müqaviləsi və s.

•   vəsiyyətnamə1

 2

 3 və s.



Sessiya  müqaviləsi  (patent  hüquqlarının  güzəşti  müqaviləsi)  yazılı  forma­

da  bağlanmalıdır.  Müqavilə  həm  də  səlahiyyətli  dövlət  orqanında  (patent 

idarəsində)  qeydiyyata  alınmalıdır.  Patent  haqqında  qanunda  göstərilir  ki, 

patentin  və  ya  onunla  bağlı  hüquqların  başqasına verilməsi  müvafiq icra  haki­

miyyəti  orqanında  qeydiyyata  alınır  (qanunun  17-ci  maddəsinin  3-cü  bəndi). 

Qeydiyyata  alınmayan  müqavilə  qüvvəyə  minmir  və  buna  görə  də  etibarsız 

sayılır.

1  «Patent haqqında» qanunun  17-ci  maddəsinin  1-ci bəndi.



Иоффе О.C.

  Советское гражданское право.  Курс лскиин.  Часть 3. Л .,  1965, с.  133.

2 TR.İPS  sazişinin  18-ci  maddəsinə görə patent  sahibi  patent hüquqlarını  vərəsəlik  uzrə verə bilər.

367


Patents  sərəncam  verilməsinin  ikinci  forması  (növü)  lisenziya  vermək  adla­

nır.  Lisenziya 



v e r m ə k

  dedikdə,  patent  sahibinin  sənaye  mülkiyyəti  obyektin­

dən  (patent  hüquqlarından)  başqa  şəxslərin  istifadə  etməsinə  icazə  verməsi 

başa  düşülür.  Təsadüfi  deyildir  ki,  «lisenziya»  termini  latınca  «hər  hansı  hərə­

kətin  edilməsinə  icazə»  mənasını  ifadə  edir.  Lisenziya  vermək  başqa  şəxsin 

sənaye  mülkiyyəti  obyektindən  (patent  hüquqlarından)  istifadə  etməsinə  pa­

tent sahibinin  hüquq verməsi  deməkdir.

Sənaye  mülkiyyəti  obyektindən  istifadə  olunmasına  lisenziya  verilməsi  ilə 

bağlı  yaranan  münasibətlər  müqavilə  ilə  rəsmiləşdirilir.  Ona  lisenziya  müqa­

viləsi  və  ya  lisenziya  verilməsi  barədə  m üqavilə  deyilir.  TRIPS  sazişində 

göstərilir  ki,  patent  sahibi  lisenziya  müqaviləsi  bağlamaqla  patent  hüquqlann- 

dan  istifadəyə  icazə  verə  bilər.  Lisenziya  müqaviləsi  öz  xarakterinə  görə  mül­

ki-hüquqi  müqavilə  olub,  onun  müstəqil  növlərindən  biri  sayılır.  Bu  müqavilə­

dən  əqli  m ülkiyyət  obyektindən  istifadə  hüququnun  verilm əsi  üzrə  öhdə­

lik  yaranır  ki,  o,  mülki-hüquqi  öhdəliyin  müstəqil  növlərindən  (tiplərindən)  biri 

sayılır.


Sənaye  mülkiyyəti  obyektindən  istifadə  hüququnun  verilməsi  barədə  lisen­

ziya  müqaviləsini  bağlayan  tərəflər lisenziar və  lisenziat  adlanır.  Lisenziar de­

dikdə,  sənaye  mülkiyyəti obyektindən  istifadəyə  müstəsna  hüququ olan  patent 

sahibi başa  düşülür.  İstifadəçi,  yəni  sənaye  mülkiyyəti obyektindən  istifadə  hü­

ququnun  verildiyi  şəxs  isə  lisenziat  adlanır.  Lisenziat  obyektdən  istifadə  hü­

ququnu əldə edən,  lisenziya alan  şəxsdir.  Lisenziya  müqaviləsi  patent  haqqın­

da  qanunun  19-cu  maddəsi  ilə  tənzimlənir.  Məhz burada  lisenziya  müqaviləsi­

nin  leqal anlayışı verilir.

Lisenziya  m üqaviləsinə  görə,  patent  sahibi  (lisenziar)  sənaye  m ü lk iy ­

yəti  obyektindən  istifadə  hüququnu  m üqavilədə  nəzərdə  tu tu lm u ş   həcm ­

də başqa  hüquqi və ya fiziki  şəxsə  (lisenziata) verir.

Lisenziya  müqaviləsinin  predm etini  sənaye  mülkiyyəti  obyektindən  isti­

fadə  hüququnun  verilməsi  təşkil  edir.  Sənaye  mülkiyyəti  obyektinin  özü  isə 

müqavilənin  predmeti  ola  bilməz.  Ona  görə  ki,  sənaye  mülkiyyəti  obyekti  qey­

ri-maddi (ideal) xarakterə  malik olub,  başqa  şəxsə verilmir.

Sənaye  mülkiyyəti  obyektindən  istifadə  hüququ  lisenziata  (istifadəçiyə) ve­

rildiyi halda  müqavilə  bağlanmış  hesab  edilir.  Məhz  həmin  halda  tərəflər  üçün 

hüquq və  vəzifələr əmələ  gəlir.  Buna  görə  də  söyləyə  bilərik  ki,  lisenziya  mü­

qaviləsi  real  m üqavilədir.

Lisenziya  müqaviləsinə  verilən  anlayışdan  onun  əvəzli  olması  barədə  hər 

hansı bir göstəriş ifadə edilmir.  Amma,  bir qayda olaraq,  lisenziar (patent sahi­

bi) sənaye mülkiyyətindən istifadə  hüququnu  lisenziata  (istifadəçiyə)  haqq mü­

qabilində verir.  Hər hansı  şəxsə  ixtiradan  və  diger obyektlərdən  istifadə  etmək 

hüququ  verildiyinə  görə  patent  sahibinə  haqq  ödənilməlidir'.  Buna  görə  lisen­

ziya müqaviləsini  əvəzli  m üqavilə  hesab etmək olar2.

Beynəlxalq  ticarət  dövriyyəsində  lisenziya  ticarəti  geniş  yayılmışdır.  Müasir 1



Иоффе О.C

  Советское гражданское право. К ур с лекций. Л.  Часть 3, с.  133.

'  

Ты цель А.. Функ Я.. Хвален В

  Курс  международного торгового права.  У чебник.  М и нск.  2000. 

с. 514; 

Фомичев В.И.

  Международная торговля.  М .  2001, с.  361.

368


elmi-texniki inqilab şəraitində lisenziya ticarəti hazır məhsulun ticarətinə nisbə­

tən  daha  tez  inkişaf  edir'.  Bəzən  isə  lisenziya  ticarəti  (məmulatı  istehsal  et­

mək  hüququ  verən  lisenziyanın  satışı) hazır məmulatın satışından  daha  sərfəli 

və  əlverişli  olur.  Belə  ki,  xüsusi  (şəxsi)  istehsalın  kifayət  etməməsi  üzündən 

hazır məhsulu  satmaq  və ya  xarici  bazara çıxmaqla bağlı olaraq problem yara­

na  bilər (xammal  çatışmazlığı, yüksək ixtisaslı personalın və istehsal sahəsinin 

olmaması  və  s.)  Bunlardan  əlavə,  bir sıra faktlar da  patentləşdirilmiş məmulatı 

ixrac  etməyə  mane  ola  bilər  məmulatın  ixrac olunduğu ölkənin hökuməti tərə­

findən  proteksionizm  siyasəti  yeridilməsi,  gömrük  rüsumunun  yüksək  olması; 

idxal  kvotası  və  s.  Belə  hallarda  lisenziya  ticarəti  kimi  münasib  vasitədən  isti­

fadə  olunur.  Lisenziya  ticarəti  faydalı  və  sərfəli  olub,  beynəlxalq  elmi-lexniki 

əməkdaşlığın  inkişafına  kömək edir.

Lisenziatın  (istifadəçinin) lisenziara  (patent sahibinə) ödədiyi haqqa lisenziya 

haqqı  deyilir.  Lisenziya  haqqı  dedikdə, sənaye mülkiyyəti obyektindən (patent­

ləşdirilmiş  obyektdən)  istifadə  hüququ verməyə görə lisenziatın  (istifadəçinin) li­

senziara  ödədiyi  pul  məbləği  başa  düşülür.  Lisenziya  haqqının  məbləğini tərəf­

lər özləri müəyyən edirlər.  Bu barədə müqavilədə şərt nəzərdə tutulur.

Lisenziya  müqaviləsində  tərəflər  həm  də  lisenziya  haqqının  ödənilməsi for­

ması  barədə  şərt  nəzərdə  tuturiar.  Ödəniş  əsasən  iki formada heyata  keçirilir; 

pauşal  ödəniş;  royalti  ödənişi.  Pauşal  ödənişə  görə,  lisenziat  (istifadəçi) mü­

əyyən  edilən  pul  məbləğini  birdəfəlik  ödəyir.  Royalti  ödənişə  görə,  lisenziat 

(istifadəçi)  nəzərdə  tutulan  pul  məbləğini  hissə-hissə  (məsələn,  aylıq,  rüblük, 

illik və  s.) ödəyir.

ödəniş  satış  pulundan  faiz şəklində  ödəmə formasında  da  həyata keçi­

rilə  bilərL  Belə  ki,  patentləşdirilmiş  məhsulun  satışından əldə  olunan  pul məb­

ləğinin  bir  hissəsi  faiz  şəklində  (10  %-i,  15  %-i.  5%-i  və  s.)  lisenziara  verilir. 

Bu, daha  ədalətli ödəniş formasıdır.

Lisenziya  müqaviləsi  sənaye  mülkiyyəti  hüququnun  verilməsi  barəsində 

bağlanılır.  Başqa  sözlə  desək,  sənaye  mülkiyyəti  obyektindən  istifadəyə icazə 

verilməsi  lisenziya  müqaviləsi  bağlamaqla  həyata  keçirilir.  Buna görə də lisen­

ziya  müqaviləsi  hüquq  ədəbiyyatında  haqlı  olaraq  göstərildiyi  kimi,  yazılı  for­

mada  bağlanmalıdır3.  Patent  haqqında  qanunda  lisenziya  müqaviləsinin  for­

ması  barədə  hər  hansı  göstəriş  olmasa  da,  onun  şifahi  formada  bağlanması 

istisna  edilir.  Məsələ  burasındadır  ki,  qanuna  görə,  lisenziya  müqaviləsi  səla­

hiyyətli  dövlət orqanında  (patent  idarəsində) qeydiyyata alınmalıdır4.  Şifahi for­

mada  yox,  yalnız  yazılı  formada  bağlanan  müqavilə  qeydiyyata  alına  bilər.  Bu 

isə onu  gösterir ki.  lisenziya  müqaviləsi sadə yazılı formada bağlanılır.

Yalnız qeydiyyata  alındıqdan  sonra  lisenziya müqaviləsi  qüvvəyə minir.  Qey­

diyyata  alınmamış  müqavilə  isə hüquqi əhəmiyyət  kəsb etmir, tərəflər üçün  hü­

quqi nəticə (hüquq və vəzifələr) yaratmır və buna görə də etibarsız sayılır

'  Богуымский М М   Международное частное право  Учебник. M  2002. с  I I 4.

2  A.P .S crgcycv 

sehvon 

pauşal  vo  ro ya lti  ödənişi 



formalarını  bır-hin  ilə  qarışdırır  (Сергеев  А П 

Право интеллектуальной собственности, с.  521)

5

 Мэггс П.Б..  Сергеев А.П. 



Интеллектуальная 

собственность  М. 2000, с  160 

*

 «Patent haqqında» qanunun 



19-cu 

maddəsinin 



l-cı Kəndi

369


Sənaye  mülkiyyəti  obyektindən  (patent  hüquqlarından)  istifadə  olunması 

barədə  lisenziya  müqaviləsi  ayrı-ayrı  meyarlara  (əlamətlərə)  görə  müxtəlif 

növlərə  bölünür  Verilən  patent  hüquqlarının  həcmi  kim i  meyara  (əlamətə)

görə onun üç  növü  fərqləndirilir:

•   sadə lisenziya müqaviləsi;

•  müstəsna lisenziya  müqaviləsi;

•   tam lisenziya müqaviləsi.

Sadə  lisenziya  m üqaviləsinə  görə,  lisenziar  (patent  sahibi)  sənaye  mül­

kiyyəti  obyektindən  istifadə  hüququnu  lisenziata  (istifadəçiyə)  verir,  amma  pa­

tentlə  təsdiq  edilən  bütün  hüquqları,  o  cümlədən  üçüncü  şəxslərə  lisenziya 

vermək  hüququnu  özündə  saxlayır'.  Bu  növ  müqavilə  bağlananda  lisenziar 

(patent  sahibi) sənaye  mülkiyyəti obyektinə olan  hüquqlarını  (patent  hüquqları­

nı)  itirmir.  O,  yeni  lisenziya  verə  və  ya  patenti  sata  bilər.  Lisenziya  alan  şəxs 

(lisenzıat)  sənaye  mülkiyyəti  obyektindən  (patent  hüquqlarından)  istifadə  hü­

ququ  əldə edir.  Əgər  sonradan  patent  satılarsa,  o,  əldə  etdiyi  istifadə  hüququ­

nu  itirmir.

Sadə lisenziya  müqaviləsi  lisenziata  (istifadəçiyə) sənaye  mülkiyyəti  obyek­

tindən  müstəsna  istifadə hüququ vermir.  Buna  görə  də o,  çox vaxt  qeyri-m üs- 

təsna  lisenziya  m üqaviləsi  adlanır.  Ona  bəzən  adi  lisenziya  m üqaviləsi  də

deyilir2.

Sadə  lisenziya  müqaviləsi  əsasında  sənaye  mülkiyyəti  obyektindən  istifa­

dənin  mümkün  olan  bütün  üsulları  yox,  yalnız  onların  bir  hissəsi  (qismi)  keçir. 

Belə ki,  bu müqavilə  ilə  sənaye  mülkiyyəti  obyektindən  istifadə  hüququ  lisenzi­

ata  tam  həcmdə  yox,  qismən  halda  verilir  (məsələn,  məmulatın  satış  hüququ, 

idxal  hüququ və digər hüququnun keçməsi).

Müstəsna  lisenziya  müqaviləsinə  görə,  lisenziar  (patent  sahibi)  lisenzia­

ta  sənaye  mülkiyyəti  obyektindən  müqavilədə  nəzərdə  tutulmuş  həcmdə  müs­

təsna  istifadə  hüququ  verir3.  Lisenziar  artıq  analoji  (eyni)  lisenziyanı  üçüncü 

şəxslərə verə  bilməz.  Başqa sözlə desək,  lisenziarın  (patent sahibinin)  üçüncü 

şəxsə  analoji  lisenziya  vermək  hüququ  imkanı  məhdudlaşır.  Amma  lisenziar 

(patent  sahibi)  lisenziata  verilməyən  hüquqlardan  istifadə  imkanını  özündə 

saxlayır.  Müstəsna  lisenziya  beynəlxalq  praktikada  daha  tez-tez  hallarda  tət­

biq  edilir.

Tam  lisenziya  müqaviləsinə  görə,  lisenziar  (patent  sahibi)  müqavilənin 

qüvvədə  olduğu  müddət ərzində  sənaye  mülkiyyəti  obyektindən  istifadə  hüqu­

qundan  tamamilə  məhrum  olur.  Sənaye  mülkiyyəti  obyektindən  istifadənin 

mümkün  olan  bütün  üsulları  lisenziata  keçir.  Lisenziya  müqaviləsi  lisenziata 

sənaye  mülkiyyəti  obyektindən  müəyyən  məkanda  və  müddət  ərzində  istifadə 

etmək hüququ verir.  Buna  görə də lisenziya  müqaviləsində  hökmən  iki  məsələ 

barəsində şərt göstərilməlidir;

•   lisenziya  məkanı  barədə;

•  lisenziya  müddəti  barədə.

1 «Palcnl haqqında» qanunun  19-cu maddəsinin 3-cü  bandı.



Ты чем



A  .  Ф у н к  Я



X a a u ’ i i   В.

  Курс международного торгового  права.  М и н с к.  2000, с.  512.

’ «Patent  haqqında» qanunun  19-cu maddəsinin  2-ci  bondi.

370


Lisenziya  məkanı  dedikdə,  müqavilə  əsasında  lisenziata  verilən  patent 

hüquqlarının  (sənaye  mülkiyyəti  obyektindən  istifadə  hüququnun)  qüvvədə ol­

duğu  ərazi  başa  düşülür.  Məhz  bu  ərazidə lisenziat ona  verilmiş  hüquqlardan 

istifadə  edir.  Deməli,  lisenziya  məkanı  lisenziyanın  (lisenziya  müqaviləsinin) 

qüvvədə  olduğu  ərazidir.  Müstəsna  lisenziya  üçün  lisenziya  ərazisinin  (məka­

nının) maksimum  dərəcədə  məhdudlaşdırılması xarakterikdir.

Lisenziya  müqaviləsində  tərəflər  lisenziata  verilmiş  patent  hüquqlannın 

qüvvədə  olduğu  ərazi  barədə  şərt nəzərdə tutmaya  bilərlər.  Belə  halda  həmin 

hüquqlar  Azərbaycan  Respublikasının  ərazisində  qüvvədə  olur.  Ona  görə  ki, 

Azərbaycan  Respublikası  patent  idarəsinin  verdiyi  patentin  hüquqi  qüvvəsi 

Azərbaycan  Respublikasının  ərazisi  ilə  məhdudlaşır.  Bununla  belə,  tərəflər li­

senziyanın  hansı  ərazi  hüdudlarında  qüvvədə  olması  barədə  razılığa  gələ  bi­

lərlər.  Yalnız  həmin  ərazi  hüdudlarında  lisenziat  ona  verilmiş  patent  hüquqla­

rından  (məsələn,  məhsulu  istehsal  etmək,  satmaq  və  s.  hüquqlardan)  istifadə 

edə  bilər.  Lisenziya  m üddəti  dedikdə, müqavilə əsasında  istifadə olunmasına 

lisenziata  (istifadəçiyə)  icazə verilən  patent hüquqlarının  qüvvədə olma  müddəti 

başa  düşülür.  Bu,  verilmiş  lisenziyanın  qüvvədə  olma  müddəti  deməkdir.  Məhz 

bu  müddət ərzində lisenziat ona verilmiş patent hüquqlarından  istifadə edir.

Lisenziya  müddətini tərəflər özləri  müəyyənləşdirirlər. Onlar istənilən müddə­

tə  lisenziya  verilməsi  barədə  razılığa  gələ  bilərlər.  Beynəlxalq  ticarət dövriyyəsi 

praktikasında,  adətən,  lisenziya  müddəti 3-7 il müddətinə müəyyən edilir’ .

Lisenziya  müddətini  müəyyənləşdirərkən tərəflər belə bir şərtə əməl etməli­

dirlər  ki,  lisenziya  m üddəti  patentin  özünün  qüvvədə  olma  müddətindən 

çox  ola  bilməz.  Məsələn,  ixtira  üçün  alınmış  patentin  qüvvədə  olma  müodətı 

20  ildir.  Tərəflər  20  ildən  artıq  olan  müddətə  lisenziya  müddəti  müəyyən  edə 

bilməzlər.

Patent  haqqında  qanun  m əcburi  olmaq  kimi  əlamətə  (meyara)  görə  li­

senziya  müqaviləsinin  iki  növünü fərqləndirir:

•   məcburi  lisenziya  müqaviləsi,

•   qeyri-məcburi  lisenziya  müqaviləsi.

Məcburi  lisenziya  müqaviləsi  patent  haqqında  qanunun  20-ci  maddəsi  ilə 

tənzimlənir.  Könüllü  surətdə  bağlanmadığına  görə o,  məcburi  lisenziya  müqa­

viləsi adlanır.

M əcburi  lisenziya  m üqaviləsi  dedikdə,  qanunda  nəzərdə  tutulan  hallar­

dan  biri olduqda  istənilən  maraqlı  şəxsə  məhkəmə qaydasında  sənaye  mülkiy­

yəti  obyektindən  istifadə  üçün  məcburi  lisenziya  verilməsini  müəyyənləşdirən 

müqavilə  başa  düşülür.  Bu  növ  lisenziya  müqaviləsinin  bağlanması  üçün  iki 

haldan  birinin  mövcudluğu  tələb edilir:

•   birincisi,  patent sahibinin  və ya onun varisinin  patentin verildiyi tarixdən 3

il  m üddətində  sənaye  m ülkiyyəti  obyektindən  üzrsüz  səbəbə gör?  isti­

fadə  etməm əsi,  istifadəyə ciddi  hazırlıq görməməsi;

•   ikincisi,  patent sahibinin  sənaye  mülkiyyəti obyektindən istifadəni  3  ildən



Тыпель А .  Функ Я.. Хвалсй В

  Курс  международного торгового  права.  Учебник.  Минск.  2000. 

с.  513.

371


artıq  dayandırması  və  bu  müddət qurtardıqdan  sonra  lisenziya  vermək­

dən imtina etməsi.

Göstərilən  hallardan  biri  mövcud  olduqda  istənilən  maraqlı  şəxs  sənaye 

mülkiyyəti obyektindən  istifadə  üçün  məcburi  lisenziya  verilməsi  barədə  məh­

kəməyə  iddia  ilə  müraciət edə  bilər.  İddiaçı rolunda  həm fiziki şəxsin,  həm də 

hüquqi  şəxsin  çıxış  etməsi  mümkündür.  Məhkəmə  iddiaya  baxaraq  iddiaçıya 

sənaye  mülkiyyəti obyektindən  istifadə üçün məcburi  lisenziya  verilməsi  barədə 

qərar qəbul  edir.  Məhkəmə  belə  qərarı  yalnız o  halda  qəbul  edə  bilər  ki,  patent 

sahibinin  lisenziya  müqaviləsi  bağlamaqdan  imtina  etməsini  müəyyənləşdirsin. 

Həmin  qərar əsasında patent sahibi  iddiaçı  ilə  lisenziya  müqaviləsi  bağlayır.  Bu 

müqavilə  məcburi  lisenziyanın  verilməsini  ifadə  edir.  İddiaçı  məcburi  lisenziya 

almış  şəxs  (məcburi  lisenziat)  sayılır.  Patent  sahibi  ilə  onun  arasında  münasi­

bətlər lisenziarla lisenziat arasındakı münasibətlərə bərabər tutulur.

Lisenziat  məcburi  lisenziyanın  verildiyi  tarixdən  2  il  ərzində  sənaye  mülkiy­

yəti  obyektindən  istifadə  etməlidir.  Əgər  etməsə,  patent  sahibi  lisenziyanın 

ləğv edilməsi  barədə  məhkəməyə  müraciət edə  bilər.

Məcburi  lisenziya  müqaviləsini  bir  çox  dünya  ölkələrinin  qanunvericiliyi  və 

beynəlxalq  sazişlər də  tanıyır.  Məsələn,  məcburi  lisenziyalaşdırma  TRİPS  sa­

zişinə  məlumdur'.  Xarici  ölkələrin  qanunvericiliyinə  görə,  məcburi  lisenziya 

əsasında  sənaye  mülkiyyəti  obyektindən  istifadəyə  yalnız  qanunda  birbaşa 

nəzərdə tutulan  məhdud  hallarda  yol verilir.  Ancaq  o  halda  yol  verilir  ki,  səna­

ye  mülkiyyəti  obyektindən  istifadə  etmək  istəyən  şəxs  patent sahibindən  icazə 

ala  bilməsin.  Məcburi  lisenziya  ixtiradan və  s.  istifadə  etməyə  hökumət təşkila­

tı  tərəfindən  verilən  icazədir.  Həmin  təşkilat  məcburi  lisenziya  verilməsi  barə­

də  qərar qəbul  edir.  Qərarda  patent sahibinə  haqq verilməsi  nəzərdə tutulur2.

Qeyri-məcburi  lisenziya  m üqaviləsi  dedikdə,  iddiaçının  patent  alanadək 

sənaye  mülkiyyəti  obyektindən  istifadə  hüququnu  istənilən  fiziki  və  ya  hüquqi 

şəxsə  verməsini  nəzərdə  tutan  müqavilə  başa  düşülür.  Qanun  müəyyən  edir 

ki,  iddiaçı  patent  alanadək  sənaye  mülkiyyəti  obyektindən  istifadə  hüququnu 

istənilən  hüquqi  və  ya  fiziki  şəxsə  verə  bilər3.  Onlar  arasında  münasibətlər  li­

senziya  müqaviləsi  ilə  rəsmiləşdirilir.  Bu,  qeyri-məcburi  lisenziya  müqaviləsi­

dir.  Ona  açıq  lisenziya  m üqaviləsi  də deyilir.  Müqavilə  səlahiyyətli  dövlət or­

qanında  (patent  idarəsində)  qeydiyyata  alınır4.  Məhz  bu  andan  müqavilə  qüv­

vəyə minir.

Müstəqil  olm aq  kimi  əlamətə  görə,  lisenziya  müqaviləsinin  iki  növü  fərq­

ləndirilir:

•   müstəqil  lisenziya  müqaviləsi:

•   asılı  lisenziya  müqaviləsi.

Müstəqil  lisenziya  m üqaviləsi  odur  ki,  bu  müqavilə  maddi  daşıyıcısından 

asılı  olmayaraq  texnologiyanın  və  ya  texniki  vasitənin  (nailiyyətin)  verilməsini 1

1  Bax: 

c t


30 и  3 1  соглашения ТРИПС.



Андрей  Минное.  Международная  охрана  интеллектуальной  собственности.  Минск.  2001,  с.

«Patent  haqqında» qanunun  15-ci  maddosinin 3-cü bəndi.

Yenə orada.

20

.



nəzərdə  tutur.

Asılı  lisenziya  m üqaviləsi  odur ki,  bu müqavilə  müəssisənin tikilməsi, tex­

noloji  avadanlığın  göndərilməsi  (satılması)  və  məsləhət  xidməti  göstərilməsi 

kontraktı  ilə  eyni  vaxtda  bağlanılır.  Ona törəmə  və  ya  əlavə  lisenziya  müqavi­

ləsi  də  deyilir.  Bu  növ  müqavilə  asılı və törəmə xarakterli  müqavilədir.  Göstər­

diyimiz  müqavilələrin  hamısı  patent  lisenziya  müqavilə  növünə  aiddir.  Bey­

nəlxalq  praktikada  patent  lisenziya  müqaviləsindən  başqa,  həm  də  patentsiz 

lisenziya  müqaviləsindən  də istifadə olunur.

Patent  lisenziya  m üqaviləsinin  əsas  funksiyası  sənaye  mülkiyyəti  ob­

yektindən  istifadə  hüququnun başqa  şəxsə verilməsini təmin etməkdən ibarət­

dir.  Bundan  fərqli  olaraq,  patentsiz  lisenziya  müqaviləsi  kommersiya  (texni­

ki)  sirrinin  («nou-hau»nun)  verilməsinə  yönəlir.  Ona  bəzən  «nou-hau»  lisen­

ziya  m üqaviləsi  də deyilir.

Beynəlxalq  praktikada  həm  də  qarışıq  lisenziya  müqaviləsindən  istifadə 

olunur.  Qarışıq  lisenziya  müqaviləsi  eyni  vaxtda  həm sənaye  mülkiyyəti  ob­

yektindən  istifadə  hüququnun,  həm  də  kommersiya  (texniki)  sirrinin  («nou- 

hau»nun) verilməsinə yönəlir.

D  ,  , .   . . .   . 

Patent  lisenziya  müqaviləsinin  məqsədi  lisenziata

məhdudlaşdırılması 

lls®n^ a  alan  ?əxf  >  f  naf   mülkiyyətinin  patent- 

ləşdırılmış obyektindən  texniki və təsərrüfat fəaliyyə­

ti  sferasında  istifadə etməyə  imkan verməkdən  ibarətdir'.

Patentləşdirmə  (patent  almaq)  yaratdığı  sənaye  mülkiyyəti  obyekti  barəsində 

şəxsin  özünü  hüquqla  təmin  etməyin  elə bir üsuludur ki,  bu  üsulun  köməyi ilə 

həmin  obyektdən  başqa  şəxslərin  istifadə  etmələri  istisna edilir,  yəni  mümkün 

olmur.  Patent  inhisarçılıq,  inhisar  hüququ  deməkdir.  Inhisarçılığın  (inhisar 

hüququnun)  mahiyyəti  ondan  ibarətdir  ki,  sənaye  mülkiyyəti  obyektini  tətbiq 

etməkdə,  ondan  istifadə  olunmaqda  patent  sahibi  müstəsna  hüquqa  malikdir, 

yəni  patent  sahibinin  icazəsi  (razılığı) olmadan  heç  kəs  patentlə  qorunan  sə­

naye  mülkiyyəti  obyektindən  istifadə  edə  bilməz.  Əgər  istifadə  edərsə,  bu, 

subyektiv  patent  hüququnun  pozulması  (hüquq  pozuntusu)  sayılır.  Azərbay­

can  Respublikasının  patent  hüququ  (qanunvericiliyi)  məhz  belə  prinsipdən çı­

xış  edir.  Hüquq  institutu  kimi  patent  hüququnun  yerinə yetirdiyi əsas funksiya­

lardan  biri  patent  sahibini  sənaye  mülkiyyəti obyektindən istifadə etmək məsə­

ləsində  m üstəsna  hüquqla  (inhisar hüququ  ilə)  təmin  etməkdən  ibarətdir 

Bu.  patent sahibinin şəxsi  mənafeyinə  uyğundur.

Bununla  belə,  Azərbaycan  Respublikasının  patent  hüququ  (qanunvericiliyi) 

göstərilən  prinsipdən  istisnaya  yol  verərək  elə  hallar  nəzərdə  tutur  ki,  həmin 

hallara  görə  başqa  şəxslər  patent  sahibinin  razılığı  olmadan,  ondan  icazə  al­

madan  sənaye  mülkiyyəti  obyektindən  sərbəst  şəkildə  istifadə  edə  bilərlər və 

belə  istifadə  patent  hüquqlarının  pozulması  sayılmır.  Belə  vəziyyətə  mülki  hü­

quq  elmində  (doktrinasında)  patent  hüququnun  məhdudlaşdırılması,  patent 

qanunvericiliyində  isə  patent  sahibinin  müstəsna  hüquqlarının  pozulma- 1

1  Patent,  patentsiz  vo qarışıq  lisenziya  m üqavilələri  barədə  bax. 

Богусловский M.M.

  Международ­

ное  частное  право.  Учебник.  M .  2002.  с.  314; 

Тынель  А .  Функ Я. .Хвалой В.

  Курс  международного 

торгового права.  М инск.  У чебник.  2000, с.  502-504

373


ması  deyilir.  Həmin  vəziyyətdə  patent  sahibinin  müstəsna  (inhisar)  istifadə 

hüququna  məhdudiyyət  qoyulur.  Bunlar onu  göstərir  ki,  sənaye  mülkiyyəti  ob­

yektindən  istifadə  üçün  patent  sahibinə  verilən  müstəsna  (inhisar)  hüquq  müt­

ləq yox,  nisbi xarakter daşıyır.

Subyektiv  patent  hüququnun  (müstəsna  istifadə  hüququnun)  məhdudlaşdı­

rılması  halı  beynəlxalq  sazişlərdə  nəzərdə  tutulur  və  patentləşdirilmiş  obyekt­

lərdən  sərbəst  istifadə  adlanır.  Məsələn,  TRIPS  sazişi  patentləşdirilmiş  ob­

yektlərin  sərbəst  istifadəsinə  yol  verir1.  Belə  adlanma  dünya  patent  praktikası­

na  uyğundur.

Patentləşdirilm iş obyektlərdən  sərbəst  istifadə  dedikdə,  patent  sahibi­

nin  razılığı  (icazəsi)  olmadan  həmin  obyektləri  başqa  şəxslərin  elə  tətbiq 

etmələri  başa  d üşülür ki,  belə tətbiq  etmə  patent  sa h ib in in   m üstəsna  (in­

hisar)  hüququnun  pozulması  sayılmır.

Sərbəst  istifadə  patentin  hüquqi  mühafizə  sferasına  daxil  olmayan  haldır. 

Belə  hal  üçüncü  şəxslərin  -   hamının  və  hər  kəsin,  bir  sözlə,  cəm iyyətin  mə­

nafeyinə  xidm ət  edir.  Məsələn,  müəllim  patentləşdirilmiş  kimyəvi  prosesi 

kimya  dərsində  nümayiş  etdirir.  Bu,  sərbəst  istifadə  halı  olub,  əlbəttə,  cəmiy­

yətin mənafeyinə  uyğundur.  Lakin  sərbəst istifadə  patentin  normal  istifadəsinə 

mane  olmamalı  və  patent  sahibinin  qanunla  qorunan  mənafeyinə  zərər  vur­

mamalıdır.

Dünya  ölkələrinin  qanunvericiliyi  kimi  Azərbaycan  Respublikasının  patent 

hüququ  (qanunvericiliyi)  da  sərbəst  istifadə  hallarının  siyahısını  verir2.  Bu 

siyahı  təxmini  yox,  dəqiq  və  qəti  xarakterə  malik  olan  siyahıdır.  Ona  görə  də 

onu  nə  genişləndirmək,  nə  də məhdudlaşdırmaq  olar.

Birinci  sərbəst  istifadə  halı  ondan  ibarətdir  ki,  istənilən  maraqlı  şəxs  tərki­

bində  patentləşdirilm iş  sənaye  m ülkiyyəti  obyekti  olan  vasitələrdən  qey­

ri-kommersiya  məqsədləri  üçün  gəlir əldə  etmədən  patent sahibinin  razılığı 

olmadan  istifadə  edə  bilər.  İstifadənin  məqsədi  qeyri-kommersiya,  məsələn, 

ailə-məişət,  şəxsi,  tədris,  təhsil  və  digər  məsələlərlə  bağlı olmalıdır.  Əgər vasi­

tələrdən  kommersiya  məqsədi  ilə,  gəlir əldə  etmək  üçün  istifadə  olunarsa,  be­

lə  hal  patent  hüququnun  pozulması  sayılır.  Məsələn,  əczaxanalıq  şirkəti  ürək 

dərman  preparatı  hazırlayır.  Əgər  hər  hansı  şəxs  həmin  preparatdan  ailə  və 

məişətdə  şəxsi  məqsədlər  üçün  istifadə  edərsə,  belə  hal  patent  hüququnun 

pozulması  sayılmır.  Göstərilən  preparatdan  satış  məqsədi  üçün  istifadə  olun­

duğu halda isə  patent  hüququnun  pozulması  göz qabağındadır.

ikincisi,  tərkibində  patentləşdirilm iş  sənaye  m ülkiyyəti  obyekti  olan  va­

sitələrin  elmi  eksperim ent  və  ya  tədqiqat  məqsədləri,  həm çinin  patent­

ləşdirilm iş  sənaye  m ülkiyyəti  obyektinin  yoxlanılm ası  üçün  istifadəsi 

sərbəst  istifadə  hesab  edilir  və  patent  hüququnun  pozulması  sayılmır.  İcazə 

verilmiş istifadə  növləri  ibarətdir:

•   elmi eksperiment keçirməkdən;

•   elmi  tədqiqat aparmaqdan;

1 Bax: 

CT.30 


соглашения ТРИПС.

* «Patent haqqında» qanunun 23-cü maddəsi.

374


•   patentləşdirilmiş sənaye  mülkiyyəti obyektini yoxlamaqdan.

Vasitədən  bir sözlə,  elmi  eksperiment,  elmi  tədqiqat və ya yoxlama obyekti 

kimi  istifadə olunmalıdır.  Məsələn,  mühəndisin etdiyi ixtiranın iş qabiliyyətini və 

effektli  olmasını  müəyyən  etmək  üçün hər hansı şəxs onu yoxlayır.  Belə istifa­

də  patent  hüququnun  pozulması sayılmır.

Üçüncüsü,  həkimin  resepti  üzrə  patentləşdirilmiş  vasitədən  istifadə 

üçün  b irdəfəlik  dərman  hazırlanması  sərbəst  istifadə  halıdır və buna  görə 

də  patent  hüququnun  pozulması sayılmır.  Əgər patentləşdirilmiş vasitədən isti­

fadə  məqsədi  üçün  yox,  satış  məqsədi  üçün  dərman  hazırlanarsa,  belə  hal 

patent  hüququnun  pozulması  sayılır.  Bundan  əlavə,  patentləşdirilmiş  vasitə­

dən  dərmanın  sənaye  üsulu  ilə  hazırlanması  da  patent  hüququnun  pozulması 

hesab  edilir.  Əsas  şərt  ondan  ibarətdir  ki,  dərman  birdəfəlik  hazırlanmalıdır. 

Məsələn,  həkimin  resepti  üzrə  xəstənin  istifadə  etməsi  üçün  aptek  patentləş­

dirilmiş vasitənin  köməyi  ilə  dərman  hazırlayır.  Belə  halda  patent sahibinin  bu­

na  razılıq  verməsi tələb olunmur.

Dördüncüsü,  xarici  ölkələrin  hüquqi və  ya fiziki  şəxslərinə  məxsus olan 

nəqliyyat  vasitələrinin  ehtiyacları  üçün  patentləşdirilm iş  sənaye  mülkiy­

yəti  obyektindən  həmin  nəqliyyat  vasitələrinin  konstruksiyasında  və  ya 

istism arı  zamanı  istifadə  sərbəst  istifadə  halıdır.  Buna  görə  də  belə  istifadə 

patent  hüququnun  pozulması  sayılmır.  Bunun  üçün  bir neçə  şərtə  əməl  olun­

ması  tələb  edilir.  Birincisi,  istifadə  hüququna  o xarici  ölkələrin  şəxsləri  malik 

ola  bilərlər  ki.  həmin  ölkələr  də  Azərbaycan  Respublikasının  nəqliyyat  vasitə­

ləri sahiblərinə  eyni  (analoji)  hüquqlar vermiş olsun.  Paris konvensiyasının işti­

rakçısı olan  dövlətlər bir-birinə belə hüquq verirlər.

İkincisi,  patentləşdirilmiş  sənaye  mülkiyyəti  obyekti  yalnız  nəqliyyat  vasi­

təsinin  ehtiyacları  üçün  istifadə edilməlidir.

Üçüncüsü,  patentləşdirilmiş  sənaye  mülkiyyəti obyektindən nəqliyyat vasitə­

sinin  yalnız  bilavasitə  konstruksiyasında  və  ya  istismarı  zamanı  (məsələn,  kor­

pusunda,  maşınında,  mexanizmində, avadanlığında və s.) istifadə edilməlidir.

D ördüncüsü,  patentləşdirilmiş sənaye mülkiyyəti obyekti yalnız xarici ölkə­

lərin  nəqliyyat vasitələrində  istifadə oluna bilər.

Beşincisi,  istifadə  müvəqqəti və ya təsadüfən Azərbaycan  Respublikasının 

ərazisində olan  nəqliyyat vasitələrinə aid olmalıdır.

Sərbəst  istifadənin  göstərilən  növünü  təxminən  bütün  dünya  ölkələrinin  pa­

tent hüququ  da tənzimləyir. O, Paris konvensiyasına da məlumdur. (5-ci maddə)

Sərbəst istifadənin  beşinci  növü (halı) ilkin  istifadə  hüququ adlanır.  O,  pa­

tentin  hüquqi  mühafizə  sferasına  daxil  deyil.  İlkin  istifadə  hüququ  patent  haq­

qında  qanunun  16-cı  maddəsi ilə tənzimlənir.

Bəzən  m üstəqil  paralel yaradıcılıq fəaliyyəti  nəticəsində sənaye mülkiy­

yəti  obyektinin  müəllifindən  asılı  olmayaraq  müəyyən  şəxs  eyni  həll  (sənaye 

mülkiyyəti  obyekti) yaradır.  Sənaye  mülkiyyəti obyekti patentlə mühafizə edilir. 

Şəxs  yaratdığı  həlidən  (sənaye  mülkiyyəti  obyektindən)  vicdanla  Azərbaycan 

Respublikası  ərazisində  istifadə  etmişsə  və ya  ondan  istifadə  üçün  zəruri ha­

zırlıq  işlərini  görmüşsə,  maneəsiz  olaraq  və  patent  sahibinə  haqq  ödəmədən 

həmin həlidən  (sənaye mülkiyyəti obyektindən) müstəqil  istifadəni davam etdi­

375


rə  bilər.  Bu  zaman  o,  istifadə  həcmini  genişləndirə  bilməz.  Bununla  istifadəçi 

hüquq əldə edir ki,  ona  patent hüququnda  (qanunvericiliyində)  ilkin  istifadə  hü­

ququ  deyilir.  İlkin  istifadə  hüququ  yalnız  o  halda  əmələ  gələ  bilər  ki,  həll  pa­

tentlə  mühafizə  olunan  sənaye  mülkiyyəti  obyektinin  ilk in lik   ta rixinə  qədər 

yaransın,  ondan  istifadə  edilsin  və  ya  ondan  istifadə  üçün  zəruri  hazırlıq 

işləri  görülsün.  Belə  hərəkətlər  məhz  ilkinlik  tarixinə  kimi  həyata  keçirilməli­

dir.  Bu,  ilkin  istifadə  hüququnun  yaranması  üçün əsas şərtlərdən  biri  sayılır.

Şəxsin həlidən (sənaye  mülkiyyəti obyektindən)  istifadəni  davam etdirərkən 

patent  sahibindən  razılıq  (icazə)  alması,  onunla  m üqavilə  bağlaması  tələb 

edilmir.  Digər tərəfdən,  o,  patent sahibinə  haqq  ödəmir.  Belə  ki,  patentləşdiril- 

miş  obyektdən,  yəni  patentlə  mühafizə  olunan  sənaye  mülkiyyəti  obyektindən 

şəxsin  istifadə etməsi  əvəzsiz  xarakter daşıyır.  Bunlardan  əlavə,  qanuna  gö­

rə,  ilkin  istifadə  halı  patent  hüququnun  pozulması  sayılmır.  Buna  görə  də  belə 

hal sərbəst  istifadənin  növlərindən  biri  hesab  edilir.

İlkin  istifadə  hüququ  rəsmən  tanınm alıdır.  Bundan  ötrü  ilkin  istifadəçi 

səlahiyyətli  dövlət  orqanına  (patent  idarəsinə)  vəsatət  verir.  O,  müəyyən  edil­

miş rüsumu ödəməlidir.  Bunu  təsdiq  edən  sənəd vəsatətə  qoşulmalıdır.

Patent idarəsi  vəsatətə  baxır və  bu  barədə patent sahibinə  1  ay ərzində  bil­

diriş göndərir.

Patent sahibinin  ilkin  istifadə  barəsində  etiraz  etmək  hüququ  vardır.  Əgər 

o,  bildiriş  aldıqdan  sonra  2  ay  ərzində  bu  hüquqdan  istifadə  etməzsə,  patent 

idarəsi  ilkin  istifadəçinin  hüquqlarının  tanınmasına  dair qərar  qəbul  edir və  on­

ları dövlət reyestrində qeydə alır və  rəsmi  bülletendə  dərc edir.

Qeyd  etdik  ki,  patent  sahibi  ilə  ilkin  istifadəçi  arasında  lisenziya  müqaviləsi 

bağlanmır.  Buna  görə  də  onlar  arasındakı  qarşılıqlı  münasibətlər  müqavilə 

əsasında  tənzimlənmir.  Məhz  bu  səbəbdən  münasibətlər  danışıqlar  yolu  ilə 

nizamlanır.  Əgər  danışıqlar  zamanı  onlar  arasında  mübahisə  yaranarsa,  mə­

sələ məhkəmə  qaydasında  həll edilir.

İlkin  istifadə  hüququ  ayrılıqda  başqa  şəxslərə  verilmir.  Buna  görə  də  o,  nə 

vərəsəliyin,  nə  də  hər  hansı  özgəninkiləşdirmə  müqaviləsinin  predmeti  (ob­

yekti)  ola  bilər.  Bir  sözlə,  ilkin  istifadə  hüququ  ayrılıqda  özgəninkiləşdirilmir. 

Bu,  ümumi qaydadır.

Bununla  belə, qanun  müəyyən  edir ki,  ilkin  istifadə hüququ vərəsəyə  (istifa­

dəçi  hüququ  şəxs olduqda  hüquqi  varisə),  başqa  hüquqi  və  ya  fiziki  şəxsə ve­

rilə  bilər,  bu  şərtlə  ki,  o,  istehsalatla  b irlikdə  v e rilsin .  Deməli,  ilkin  istifadə 

hüququ yalnız  istehsalatla  birlikdə  özgəninkiləşdirilə  bilər.  Söhbət sənaye  mül­

kiyyəti  obyektinin  istifadə  edildiyi  və  ya  onun  istifadəsi  üçün  hazırlıq  işləri  gö­

rüldüyü istehsalatdan  gedir.

Nəhayət,  milli  təhlükəsizlik  maraqlarını  təm in  etmək  məqsədi  ilə  sənaye 

mülkiyyəti  obyektindən  istifadə olunması  sərbəst istifadənin  altıncı  halıdır

(növüdür).  Sərbəst  istifadənin  bu  halı  patent  haqqında  qanunun  18-ci  maddəsi 

ilə tənzimlənir. Belə halı bir çox xarici ölkələrin  patent hüququ da tanıyır.

Milli təhlükəsizlik  maraqlarını təmin  etməyə  və  bundan  ötrü  müəyyən  səna­

ye  mülkiyyəti  obyektindən  istifadə  olunmağa  zərurət  yarana  bilər.  Belə  halda 

Nazirlər Kabineti  patent sahibinin  razılığı  olmadan  həmin  obyektdən  istifadəyə

376


razılıq  verə  bilər.  Sənaye  mülkiyyəti obyektindən istifadə olunmaqla milli təhlü­

kəsizlik  maraqları təmin edilir.  Belə istifadə patent hüququnun  pozulması sayıl­

mır.  Sərbəst istifadənin  göstərilən  növünün mahiyyəti də  bunlardan ibarətdir.

İstifadəyə  görə  patent  sahibinə  istifadəyə  uyğun  olan  münasib  kompen­

sasiya  ödənilir.  Patent  sahibi  kompensasiya  məbləğindən  razı  olmaya  bilər. 

Belə  halda  onun  məhkəməyə  müraciət etmək  hüququ  vardır.  Məhkəmə müra­

ciətə  baxaraq  kompensasiya  məbləği  barədə müvafiq qərar qəbul edir.

Bunlardan  əlavə,  patentin  qüvvədə  olma  müddəti  başa  çatdıqda,  yəni 

qurtardıqda  sənaye  m ülkiyyəti  obyekti  hüquqi  mühafizə  ilə  təmin  edil­

mir,  ictimai  varidata  keçir,  yəni cəmiyyətin  ümumi  istifadəsinə verilir.  Buna  gö­

rə  də  istənilən  maraqlı  şəxs ondan  sərbəst  istifadə  edə  bilər.  Deməli,  patentin 

qüvvədə olma  müddətinin  qurtarması  sərbəst istifadənin xüsusi halıdır.

Dünya  patent  praktikasında  sərbəst  istifadənin  «hüququn  qurtarması» 

kimi  halı  geniş  yayılmışdır.  Belə  hal  bir  çox  xarici  ölkələrin  patent  hüququna 

(qanunvericiliyinə)  məlumdur.

Sərbəst  istifadənin  göstərilən  növünün  mahiyyəti  ondan  ibarətdir  ki,  patent 

sahibindən  yalnız  patentləşdirilmiş  vasitəni  birinci  olaraq  hazırlayan və ya  sa­

tan  şəxs  icazə almalıdır.  Onun  sonrakı bütün  sahiblərinin patent sahibindən is­

tifadəyə  icazə  alması  tələb  edilmir,  bu  şərtlə  ki,  vasitə  təsərrüfat  dövriyyəsinə 

qanuni  yolla  daxil  edilsin.  Digər tərəfdən,  patentləşdirilmiş vasitə  maddi (əşya) 

formada  (məmulat,  məhsul,  maddə və digər formada) olmalıdır.

Azərbaycan  Respublikasının  patent  hüququ  sərbəst  istifadənin  göstərilən 

halını  tanımır.  Azərbaycan  Respublikasının  müəlliflik  hüququna  isə  belə  hal 

məlumdur.

Əvvəldə qeyd etdiyimiz  kimi,  patent  müddətli  (müd-

Patentın  qüvvəsinə 

^ эцэ  mahdudlaşdırılan)  hüquqi  mühafizə  sənədi- 

xı  am  veri  məsi 

, j j r _ 

в е|е 


patent qanunda  nəzərdə tutulan müddət­

də qüvvədə olur,  yəni  qanun  patentin qüvvədə olmasını müddətlə məhdudlaş­

dırır.  Həmin  müddət  ötdükdə  (qurtardıqda)  patentin  qüvvəsinə  xitam  verilir. 

Patent  bundan  sonra  sənaye  mülkiyyəti  obyektini  qorumur, onu  hüquqi  müha­

fizə  ilə  təmin  etmir.  Sənaye  mülkiyyəti  obyekti  cəmiyyətin  ümumi  istifadəsinə 

(ictimai  varidata)  keçir,  ictimaiyyətin  malı olur.

Qanun  patentin  qüvvədə  olmasını  müddətlə  ona  görə  məhdudlaşdırır  ki. 

həmin  müddət  qurtardıqda  cəmiyyət  (hamı  və  hər  kəs) sənaye  mülkiyyəti  ob­

yektindən  sərbəst  surətdə  istifadə  edə  bilsin.  Hər kəs  patent sahibinin  razılığı­

nı  (icazəsini)  almadan  ondan  istifadə  edə  bilər.  Bu,  qanunsuz  istifadə  (patent 

hüququnun  pozulması)  sayılmır.  Ayrı  cür  də  ola  bilməz.  Məsələ  burasındadır 

ki,  Azərbaycan  Respublikasının  patent  hüququ  patent sahibinin  şəxsi  mənafe­

yi  ilə  cəmiyyətin  ümumi  mənafeyini  (ictimai  mənafeyi)  uyğunlaşdırmaq  (taraz­

laşdırmaq,  balanslaşdırmaq) prinsipindən çıxış edir.

Patentin  qüvvəsinə xitam verilməsi  dedikdə,  qanunda  göstərilən  müd­

dətin  başa  çatmasına  (qurtarmasına)  görə  patentin  qüvvədən  düşməsi, 

onun  hüquqi  mühafizə  etdiyi  sənaye  m ülkiyyəti  obyektini  bir daha  qoru- 

maması  və  həmin  obyektin  cəmiyyətin  ümumi  istifadəsinə  (ictimai  vari­

data) verilm əsi  başa  düşülür.

377


Bununla  belə,  müəyyən  hallarda  patentin  qüvvəsinə  vaxtından  əvvəl  də xi­

tam verilə  bilər.  Qanun  buna yol verir.  Patent haqqında qanunun ayrıca  olaraq 

iki  maddəsi  məhz həmin  məsələnin tənzimlənməsinə  həsr edilmişdir'.

Patentin  qüvvəsinə  vaxtından  əvvəl  xitam   verilm əsi  dedikdə,  müəy­

yən  hallara  görə  qanunda  nəzərdə tutulan  m üddət  başa  çatmadan  paten­

tin  qüvvədən  düşməsi  başa  düşülür.

Qanun  patentin  qüvvəsinə  vaxtından  əvvəl  xitam  verilməsinə  səbəb  olan 

halların  dəqiq və qəti  siyahısını  verir.  Buna  görə  də  həmin  siyahını  genişləndir­

mək olmaz.

Patent  sahibinin  patentdən  öz  istək  və  m ülahizəsi  ilə  im tina  etməsi

patentin qüvvəsinə vaxtından əvvəl xitam verilməsinə  səbəb  olan  hallardan  bi­

ridir.  Patentdən  imtina  patent  hüquqlarından  imtina  deməkdir.  Patent  verildik­

dən  sonra  patent  sahibi  istənilən  vaxt  heç  bir  dəlil-arqument  gətirmədən,  sə­

bəbini  göstərmədən  patentdən  imtina  edə  bilər.  O,  patentdən  hansı  səbəbə 

görə  imtina  etməsini  əsaslandırmağa  borclu  deyildir.  Patentdən  imtina  həm 

üzrlü,  həm də üzrsüz ola  bilər.  Bunun  mətləbə dəxli yoxdur.

Patent  sahibi  patentdən  müxtəlif səbəblərə  görə  imtina  edə  bilər.  Qanunda 

bu  səbəblər  göstərilmir.  Amma  praktikada  bir  sıra  amillər  (faktlar)  patentdən 

imtina olunmasına  səbəb ola  bilər.  Onlara  aiddir:  sənaye  mülkiyyəti  obyektinin 

tətbiq edilməsi  üçün  patent  sahibinin  maliyyə  (maddi)  və  istehsal  resurslarının 

kifayət etməməsi;  xarici  bazara  çıxmağın  mümkün  olmaması;  patentləşdirilmiş 

vasitənin  (məmulatın)  gəlir  əldə  etmək  məqsədi  ilə  satış  perspektivinin  olma­

ması  və  müştəri  kontingentinin  həmin  vasitəyə  (məmulata)  tələbatının  olma­

ması;  xammalın  çatışmaması;  sənaye  mülkiyyəti  obyektinin  başqasına  istifa­

dəyə verilməsinin  mümkün  olmaması;  patentləşdirilmiş  vasitəni  (məmulatı)  is­

tehsal  etmək  üçün  mütəxəssis  personalının  kifayət  etməsi;  obyektin  köhnəl­

məsi  və  maraq  doğurmaması;  patent  rüsumu  ödəməyin  çətinliyi  və  ağır yükə 

çevrilməsi və s.

Patentdən  imtina olunmasını  rəsmiləşdirmək  üçün  patent sahibi  səlahiyyətli 

dövlət orqanına  (patent idarəsinə)  ərizə verm əlidir.  Həmin ərizə  patentin  qüv­

vəsinə  vaxtından  əvvəl  xitam  verilməsi  üçün  əsasdır.  Patent  idarəsi  öz  rəsmi 

bülletenində  bu  barədə  məlumat dərc edir.

Patentin  qüvvəsinə  vaxtından  əvvəl  xitam  verilməsinə  səbəb  olan  hallardan 

digəri  patentin  qüvvədə  saxlanması  üçün  rüsum un  vaxtında  ödənilməmə- 

sindən  ibarətdir.  Bildiyimiz  kimi,  patent  sahibi  patentin  qüvvədə  saxlanması 

üçün illik rüsum ödəməlidir.  Bu, onun üzərinə düşən əsas vəzifələrdən biridir.

Patentin  qüvvədə  saxlanması  üçün  ödənilən  rüsumu  patentin  alınması 

üçün  edilən  hüquqi  hərəkətlərə  görə ödənilən  rüsum lardan  fərqləndirmək 

lazımdır.  Belə  rüsumlara  aiddir;  iddia  sənədi  verilməsinə  görə  ödənilən  rü­

sum2;  sənaye  mülkiyyəti  obyektinin  mahiyyətini  dəyişmədən  iddia  sənədinin 

materiallarına  düzəlişlər və əlavələr etməyə  görə ödənilən  rüsum3;  iddia sənə-

1  «Patent haqqında» qanunun 36-37-ci maddələri.

• «Patcnl haqqında» qanunun 27-ci maddəsinin 5-ci bəndi. 

5 «Patent haqqında» qanunun 27-ci maddəsinin 8-ci bəndi.



dinin  mahiyyətcə  ekspertizası  üçün  ödənilən  rüsum';  sənaye  mülkiyyəti  ob­

yektinin  patent qabiliyyətini  müəyyənləşdirmək üçün  məlumat axtarışı aparma­

ğa  görə ödənilən  rüsum1

 2 və s.  Bu rüsumların yox, yalnız illik rüsumun vaxtında 

ödənilməməsi  patentin  qüvvəsinə  vaxtından  əvvəl  xitam  verilməsinə  səbəb

ola  bilər.

illik   rüsum   dedikdə,  patentin  qüvvədə  saxlanması  üçün  patent  sahibinin 

hər  il  ödəməli  olduğu  rüsum  başa  düşülür.  Patent sahibi  illik  rüsumu patentin 

qüvvədə  olmasının  üçüncü  ilindən  başlayaraq ödəyir.  Patentin qüvvədə olma­

sı  isə  sənaye  mülkiyyəti  obyektinə  dair  iddia  sənədinin  verildiyi  tarixdən  he­

sablanır (başlayır)3.

İllik  rüsum  patentin  qüvvədə  olduğu  hər il  üçün ödənilir.  Özü də ödəniş qa­

baqcadan  həyata  keçirilir.  Əgər  patent  sahibi  patentin  saxlanması  üçün  növ­

bəti  ilə  görə  illik  rüsumu vaxtında ödəməzsə,  patentin qüvvəsinə avtomatik su­

rətdə  xitam  verilir.  Patent  idarəsi  öz  rəsmi  bülletenində  bu  barədə  məlumat 

dərc etdirir.

Patentin  etibarsız  sayılması  onun  qüvvəsinə  vaxtından  əvvəl  xitam veril­

məsinə  səbəb olan  başqa  bir haldır.  Patent haqqında qanunun ayrıca bir mad­

dəsi  məhz  patentin  etibarsız  sayılması  kimi  məsələnin  tənzimlənməsinə  həsr 

edilmişdir4.

Qanun  sənaye  mülkiyyəti  obyektinə  patent  almaq  üçün  bir sıra  şərtlər mü­

əyyən  edir.  Əgər  patentin  alınması  qanunla  müəyyən  edilmiş  həmin  şərtlərin 

pozulması,  onlara  riayət edilməməsi  ilə bağlı olmuşdursa,  o, etibarsız sayılır.

Patentin  etibarsız  hesab  edilməsi  dedikdə,  patentin  qüvvəyə  mindiyi 

andan  (əvvəldən)  qanunauyğun  olmaması,  yəni  ümumiyyətlə,  mövcud 

olm aması  başa  düşülür.

Patent  müəyyən  hallara  görə  etibarsız  hesab edilə  bilər.  Qanun  həmin  hal­

ların  qəti  və dəqiq  siyahısını  verir.

Birinci  hal  sənaye  m ülkiyyəti  obyektinin  (ixtira,  faydalı  model  və  ya  sə­

naye  nüm unəsinin)  qanunla  müəyyən  edilmiş  patent  qabiliyyəti  şərtləri­

nə  (yenilik,  sənayedə  tətbiq  edilə  bilmək  və  s.  şərtlərə)  uyğun  olmama­

sından  ibarətdir.

Bildiyimiz  kimi,  həmin  şərtlər  qanunda  göstərilmişdir  (7-9-cu  maddələr). 

Əgər  sənaye  mülkiyyəti  obyektinə  patent  verildikdən  sonra  həmin  obyektin 

göstərilən  şərtlərə  uyğun  olmadığı  müəyyənləşdirilərsə  (təsdiq  olunarsa),  pa­

tent etibarsız sayılır.

İkinci  hal  patentlə  verilən  hüququn  (hüquqi  mühafizənin)  həcminin  il­

kin  iddia  sənədinin  hüdudlarından  kənara  çıxmasından  ibarətdir.  Qeyd  et­

mək  lazımdır  ki,  ixtira  və  faydalı  model  üçün  patentlə  verilən  hüquq  (hüquqi 

mühafizə)  onların  düsturu  ilə,  sənaye  nümunəsi  üçün  isə  mühüm  əlamətlərin 

məcmusu  ilə  müəyyən  edilir.  Bildiyimiz  kimi,  düstur ixtiranın və ya  faydalı  mo­

delin  mahiyyətini  tam  açıqlayan  təsvirinə,  mühüm  əlamətlərin  məcmusu  isə

1 «Patent haqqında» qanunun 29-cu maddəsinin  10-cu bəndi.

2 Yenə orada.

3 «Patent haqqında» qanunun 32-ci maddəsinin 2-ci bəndi.

4 «Patent haqqında» qanunun 37-ci maddəsi.

379


sənaye  nümunəsinin  təsvirinə  əsaslanır.  Düstur  və  təsvir,  habelə  mühüm  əla­

mətlərin  məcmusu və təsvir arasında  uyğunsuzluq  (ziddiyyət)  olmamalıdır.  Uy­

ğunsuzluq  (ziddiyət)  olması  isə  patentlə  verilən  hüququn  (hüquqi  mühafizənin) 

həcminin  ilkin  iddia  sənədinin  hüdudlarından  kənara  çıxmasına  gətirib  çıxanr. 

Belə  hal isə  patentin etibarsız hesab edilməsinə  səbəb olur  Məsələn,  iddiaçı  ix­

tiranın düsturuna  ilkin  iddia sənədində göstəriləndən  fərqlənən  dəyişiklik edir.

Üçüncü  hal  patentin  onu  almaq  hüququna  m alik  olm ayan  şəxsə  ve ril­

məsindən  ibarətdir.  Söhbət  patent  haqqında  qanunun  patent  sahibi  olmaq 

hüququna  malik  olan  şəxslər  barədə  tələbinin  pozulmasından  gedir  (12-cı 

maddə).  Bu  tələbə  görə,  patent  sənaye  mülkiyyəti  obyektinin  müəllifinə  (müəl­

liflərinə).  onun  (onların)  varisinə,  habelə  müəllifin  və  ya  onun  huquqı  varisinin 

göstərdiyi  şəxsə  verilə  bilər.  Yalnız onların  patent almaq  hüququ  vardır.  Patent 

həmin  şəxslərdən  başqa  digərlərinə verilərsə,  etibarsız  sayılır.

Dördüncü  hal  patentin  təsvirinin  mütəxəssis  tərəfindən  həyata  keçirilmə­

si  üçün  aydın  və tam  açıqlanması  halından  ibarətdir.  Patentin  təsviri  aydın və 

tam  açıqlanmalıdır.  Elə  açıqlanmalıdır  ki,  təsvirin  mütəxəssis  tərəfindən  həyata 

keçirilməsi mümkün olsun. Əgər mümkün olmazsa, patent etibarsız sayılır.

Patent iki  formada  etibarsız sayıla  bilər.  Həmin  formalara  aiddir:

•   inzibati  forma  (inzibati  yurisdiksiya);

•   məhkəmə  forması  (məhkəmə yurisdiksiyası).

İnzibati  form a  patentin  Apellyasiya  Komissiyası  tərəfindən  etibarsız  hesab 

edilməsini  nəzərdə  tutur.  Belə  formada  istifadə  olunan  əsas  huquqi  vasitə ve­

rilmiş  patentə  etirazdır.  Patent haqqında  qanunun  34-cu  maddəsi  bu  məsələ­

nin  tənzimlənməsinə  həsr edilmişdir.

Patentə  etiraz  etməyin  əsasları  qanunda  göstərilmişdir.  Həmin  əsaslara 

aiddir:  patentin  ictimai  mənafeyə,  humanizm  və  əxlaq  prinsiplərinə  zidd  olma­

sı;  obyektin  ixtira  sayılmaması,  sənayedə  tətbiq  oluna  bilməməsi  və  ixtira  he­

sab  olunmayan  obyektlərə  patent  verilməsi;  vaxta  qənaət  etməməsinə,  əl 

əməyini  yüngülleşdirməməsinə  və  digər  əlamətlərə  görə  obyektin  faydalı  mo­

del  sayılmaması,  faydalı  modelin  sənayedə  tətbiq  oluna  bilməməsi,  faydalı 

model  sayılmayan  obyektlərə  patent  verilməsi;  məmulatın  xarici  görkəmini 

müəyyən  etməyən  həllin  sənaye  nümunəsi  hesab  edilməsi,  sənaye  nümunə­

sinin  orijinal  olmaması  və  sənayedə  tətbiq  oluna  bilməməsi;  patent  almaq 

üçün  iddia  sənədinin  verilməsinə  dair  qanunun  tələblərinin  pozulması  (qanu­

nun  27-ci  maddəsi);  iddia  sənədinin  ekspertizasına  aid  qanunun  tələblərinin 

pozulması  (qanunun  29-cu  maddəsi);  ixtiranın,  faydalı  modelin  düsturunda  və 

sənaye  nümunəsinin  mühüm  əlamətlərinin  məcmusunda  əvvəlki  iddia  sənə­

dində göstərilmiş əlamətlərin olmaması.

Göstərilən  hallardan  biri  olduqda  istənilən  hüquqi  və  ya  fiziki  şəxs  patentin 

verilməsinə  etirazla  Apellyasiya  Komissiyasına  müraciət edə  bilər.  Etirazın  ve­

rilməsi  üçün 6  aylıq  müddət  müəyyən  edilir.  Belə  ki,  şəxs  yalnız  6  ay  müddəti 

ərzində  etirazla  müraciət edə  bilər.  6  aylıq  müddət  isə  patent  barəsində  məlu­

matın  rəsmi  bülletendə  dərc  edildiyi  tarixdən  (gündən)  hesablanır,  yəni  başla­

yır.  6  aylıq  müddət  ötdükdən  (keçdikdən)  sonra  Apellyasiya  Komissiyası  eti­

razları qəbul etmir.

380


Qanun  etirazın  forması  barədə göstəriş ifadə etmir.  Sözsüz ki.  etiraz yalnız 

yazılı  form ada olmalıdır.

Şəxs Apellyasiya  Komissiyasına  əsaslandırılmış etirazla  müraciət etməlidir. 

Əsaslandırılmış  etiraz odur ki,  burada qanunda  nəzərdə tutulmuş hallara gö­

rə  patentin  etibarsız  sayılması  üçün  lazım  olan  tutarlı  dəlillər  gətirilir,  özü  də 

əsaslandırılmış  etiraz  patentin  qüvvədə olma  müddətinin  (məsələn,  ixtira üçün 

20 illik  müddətin  və s.) istənilən anında verilə bilər.

Apellyasiya  Komissiyası  etiraza  baxmalıdır.  Qanun  etiraza  baxılmaq  müd­

dətini  müəyyən  etmir.  Etiraza  baxılmasında  maraqlı  şəxslərin  (etiraz  etmiş 

şəxsin,  patent  sahibinin və  s  )  iştirak etmələn vacibdir,

Apellyasiya  Komissiyası  etiraza  baxaraq  iki  alternativ  qərardan  birini  qəbul 

edir  Əgər  etiraz  əsassız  olarsa  və  patentin  etibarsız  sayılması  üçün  gətirilən 

dəlillər  təsdiqlənməzsə,  onda  Apellyasiya  Komissiyası  etirazı  təmin  etmək­

dən  im tina  edərək  patenti  qüvvədə  saxlayır

Əksinə,  etiraz  əsaslı  olarsa  və  patentin  etibarsız  sayılmasına  dəlalət  edən 

hallar təsdiqlənərsə.  Apellyasiya  Komissiyası etirazı təmin edərək patentin ta­

m amilə və  ya  qismən  etibarsız hesab edilməsi  barədə  qərar qəbul  edir 

Apellyasiya  Komissiyasının  qəranndan  həm  etiraz  etmiş  şəxs,  həm  de  pa­

tent  sahibi  məhkəməyə şikayət verə bilər.

Məhkəmə  form ası  patentin  məhkəmə  qaydasında etibarsız sayılmasını nə­

zərdə  tutur  Belə  halda  iddia  kimi  hüquqi  vasitədən  istifadə olunur,  yəni  pa­

tentin  etibarsız  sayılması  barədə  tələb  məhkəməyə  verilən  iddia  formasında 

irəli  surulur

Etirazın  edilməsinə  əsas  olan  hallardan  başqa,  digər  hallara  görə  patentin 

etibarsız  sayılması  barədə  məsələ  məhkəmə  tərəfindən  həll  edilir.  Məsələn, 

patentin onu almaq  hüququna  malik olmayan  şəxsə verilməsi kimi hal patentin 

məhkəmə  qaydasında  etibarsız  sayılması  üçün  əsasdır.  Belə  hal  müəyyən 

edildikdə  sənaye  mülkiyyəti  obyektinin  həqiqi  patent  sahibi  iddia  ərizəsi  ilə 

məhkəməyə  müraciət  edə  bilər.  Məhkəmə  həmin  ərizəyə  baxaraq  iddianı tə­

min  etməyərək  patentin  qüvvədə  saxlanması,  ya  da  iddianı  təmin  edərək  pa­

tentin etibarsız  sayılması  barədə qərar çıxanr.

Patentin  etibarsız  sayılması  sözsüz  ki.  müəyyən  hüquqi  nəticəyə  səbəb 

olur.  Hüquqi  nəticə  patentin tamamilə və ya qismən etibarsız hesab edilməsin­

dən  asılı olaraq  müəyyənləşdirilir.

Patentin  tamam ilə  etibarsız  sayılması  dedikdə,  qüvvəyə  mindiyi  andan 

patentin  bütövlükdə  qanunauyğun  olmaması,  yəni  ümumiyyətlə,  mövcud  ol­

maması  başa  düşülür.  Onun  hüquqi  nəticəsi  bundan  ibarətdir  ki.  patentdən 

əmələ  gələn  bütün  hüquqlar,  yəni  subyektiv  patent  hüquqlarının  hamısı 

ləğv  edilir,  özü  də  subyektiv  patent  hüquqlan  patent  etibarsız  hesab  edildiyi 

vaxtdan  yox,  patent  qüvvəyə  mindiyi  (patent  verildiyi)  müddətdən  ləğv  olunur 

Ona  görə  ki,  patentin  etibarsız  sayılmasının  geriyə  qüvvəsi  vardır,  yəni  pa­

tentin  etibarsız  sayılmasının  qüvvəsi geriyə  şamil edilir.  Başqa  sözlə desək, eti­

barsız hesab edilmiş patent verildiyi (qüvvəyə mindiyi) vaxtdan etibarsız sayılır.

Patentin  məhz  tamamilə  etibarsız  sayılması  onun  qüvvəsinə  vaxtından  əv­

vəl xitam verilməsinə səbəb olur.  Patent  haqqında  qanunun 37-ci maddəsində

381


patentin etibarsız sayılmasına əsas ola  bilən  hallar göstərilir ki,  biz,  bir az öncə 

həmin  hallardan  danışdıq.

Patentin  qismən  etibarsız  sayılması  dedikdə,  patentin  yalnız  bir  hissəsi­

nin  ümumiyyətlə  qüvvəyə  mindiyi  andan  mövcud  olmaması  başa  düşülür. 

Onun hüquqi nəticəsi  isə bundan  ibarətdir ki,  subyektiv patent  hüquqlarının  bir 

hissəsi  ləğv  edilir,  digər  hissəsi  isə  qüvvədə  qalmaqda  davam  edir.  Məsələn, 

ixtiranın  düsturunun  bir və ya  bir neçə  bəndinin  ləğv  edilməsi  patentin  qismən 

etibarsız sayılmasına  səbəb olur.

Patentin etibarsız sayılması  həm  də  patentə  sərəncam   verilm əsinə yönə­

lən  mülki-hüquqi  m üqavilələrin  etibarsızlığına  səbəb  olur.  Söhbət  hər 

şeydən  əvvəl,  patentin  (patent  hüquqlarının)  güzəşti  (sessiya)  müqaviləsin­

dən,  habelə  sənaye  mülkiyyəti  obyektindən  istifadə  hüququnun  verilməsi  ba­

rədə  lisenziya  müqaviləsindən  gedir.  Patent  hüququnu  özgəninkiləşdirən  şəxs 

əldə  etdiklərinin  hamısını  müqavilə  üzrə  kontragentinə  (patent  hüququnu  əldə 

edən  şəxsə və ya  istifadəçiyə) qaytarmalıdır (restitusiya).


Yüklə 19,08 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin