Odlar Yurdu Universitetinin «Mülki hüquq» kafedrasının baş müəllimi T. Feyzullayeva Sabir Salman oğlu Allahverdiyev. Azərbaycan Respublikasının m ülki hüququ. ILL cild. IV kitab dərs


§  10.  Müəlliflik  hüququnun  qüvvədə olma  müddəti



Yüklə 19,08 Mb.
Pdf görüntüsü
səhifə21/54
tarix30.04.2020
ölçüsü19,08 Mb.
#31027
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   54
§  10.  Müəlliflik  hüququnun  qüvvədə olma  müddəti

Müəlliflik 

hüququnun 

qüvvədə olma 

müddətinin 

anlayışı  və növləri

Subyektiv  müəlliflik  hüququnun  müəyyən  müddət  ər­

zində  qüvvədə  olması  prinsipi  müəlliflik  qanunvericili­

yinin  (müəlliflik  hüququnun)  əsas  prinsiplərindən  biri­

dir.  Həmin  prinsipə  görə,  müəlliflik  hüququ  m üddətli 

xarakterlidir.  Bu,  onu  ifadə  edir  ki,  əsər  barəsində 

müəllif  üçün  yaranan  subyektiv  müəlliflik  hüquqları 

yalnız müəyyən  müddət ərzində qüvvədə olur və  həmin  müddət ötdükdə  (keç­

dikdə)  onlar da  qüvvədən  düşərək  öz hüquqi  əhəmiyyətini  itirir.  Yalnız  müəllif­

lik  hüququnun  qüvvədə  olma  müddəti ərzində  əsər qorunur,  hüquqi  mühafizə­

dən  istifadə  edir.  Müəlliflik  hüququnun  qüvvədə olma  müddəti  əsərin  qorunma 

(mühafizə  olunma)  müddətidir.  Müəlliflik  hüququnun  qüvvədə  olma  müddəti 

ötdükdən  sonra  əsər  müəlliflik  hüququ  ilə  qorunmur.  O,  müəlliflik  hüququ  ilə 

qorunmayan  obyektlər  sırasına  aid  edilir.  Deməli,  subyektiv  müəlliflik  hüququ 

müddətsiz yox,  müddətlə  məhdudlaşan  hüquqdur.

Subyektiv  m üə lliflik   hüququnun  qüvvədə  olm a  m üddəti  dedikdə,  elə 

bir vaxt  dövrü  başa  d ü şü lü r  ki,  həmin  d ö v r  ötü b   keçdikdə  əm lak  (iq tisa ­

di)  xarakterli  m üə lliflik   hüquqları  ləğv  o lunur,  m ü ə llifin   yaratdığı  əsər 

m üəlliflik  hüquq  norm aları  ilə  qorunm ur  və  hü q uq i  m ühafizə  ilə  təm in 

edilmir.  Buna  görə  də  müəlliflik  hüququnun  qorunması  müddətli  xarakterə 

malikdir.  Məsələyə  belə  yanaşma  əsərdən  istifadə  olunmasında  xüsusi  və 

şəxsi  mənafelərlə  ictimai  mənafeləri  uyğunlaşdırmaq  zərurəti  ilə  şərtlənir  və 

izah  olunur.  Bu  cür  uyğunlaşdırmanın  cəmiyyətin  mədəni  inkişafı  baxımından 

vacib  əhəmiyyəti  vardır.  Axı,  müəlliflik  hüququ  qeyd  etdiyimiz  kimi,  m ü ə llif və 

cəmiyyət  arasında  mənafeləri  uyğunlaşdırm aq,  tarazlaşdırm aq  və  bəra­

bərləşdirmək vasitəsidir.  Məsələ  burasındadır ki,  müəlliflik  qanunvericiliyinin 

ifadə  etdiyi  göstərişə  görə,  müəlliflik  hüququnun  qüvvədə  olma  müddəti  başa 

çatdıqda  əsər  ictim ai  varidata  keçərək  cəm iyyət  ü zvlə rinin   əvəzsiz  is tifa ­

dəsinə verilir.

Subyektiv  müəlliflik  hüququnun  qüvvədə  olma  müddətinin  vacib  əhəmiyyə­

tə  malik  olmasını  nəzərə  alaraq  müəlliflik  qanunvericiliyi  onun  tənzimlənməsi­

nə  xüsusi  diqqət  yetirir.  Müəlliflik  hüququ  barədə  qanunun  3-cü  fəslinə  daxil 

olan  maddələrdə  (25-27-ci  maddələrdə)  ifadə  edilən  normalar  məhz  həmin

236


məsələnin  nizama  salınmasına  həsr olunmuşdur.

Müəlliflik  qanunvericiliyi  müəlliflik  hüququnun  qüvvədə  olma  müddətinin  iki 

növünü  müəyyən edir:

•   ümumi  müddət;

•   xüsusi  müddət.

M üə lliflik  hüququnun  qüvvədə olmasının  ümumi  müddəti  dedikdə,  mü­

əlliflik  hüququ  barədə  qanunda  nəzərdə  tutulan  xüsusi  hallar  istisna  olmaqla, 

bütün  halların  hamısına  aid  olan  müddət  başa  düşülür.  Bu  növ müddət əsərin 

yaranm asından  başlanır  (hesablanır),  m üəllifin  həyatda  yaşadığı  illəri 

(öm ür illə rin i) və  onun  ölümündən  sonra 50  ili  əhatə edir.  Başqa sözlə de­

sək,  müəlliflik  hüququ  əsərin yaradılması  ilə əmələ gəlir,  müəllifin bütün həyatı 

boyu və onun  ölümündən  sonra  50 il  müddətinə  qüvvədə olur.  Ümumi  müddət 

müəllifin  yaşadığı  illər  üstəgəl  (+)  onun  ölümündən  sonra  50  il  kimi  müəyyən 

edilir («həyat boyu+50  il»  qaydası»),

Elə  buradaca  dərhal  qeyd  etməliyik  ki,  göstərdiyimiz  ümumi  qorunma müd­

dəti  müəllifin  yalnız əmlak  (iqtisadi) hüquqlarına  aiddir.  Bu. o  deməkdir ki,  mü­

əllifin  əmlak  (iqtisadi)  hüquqları  hüquq  normaları  ilə  ümumi  müddət  («həyat 

boyu+50») ərzində qorunur və bu  müddət ötdükdə həmin  hüquqlar qorunmur.

O  ki  qaldı  müəllifin  şəxsi  qeyri-əmlak  hüquqlarına,  qeyd  edə  bilərik  ki,  hə­

min  hüquqların  qorunması  müddətsizdir,  yəni  müəllifin  şəxsi  qeyri  əmlak  hü­

quqları  müddətsiz,  müddətlə  məhdudlaşdırılmadan  qorunur.

Ümumi  qorunma  müddəti  barədə  norma  Bern  konvensiyasında  da  nəzərdə 

tutulmuşdur.  Bu  konvensiyanın  7-ci  maddəsində  göstərilir  ki,  ümumi  qoruma 

müddəti  müəllifin  həyatından  (ömründən)  və  onun  ölümündən  sonra  50  ildən 

ibarətdir1.

Lakin  bir  sıra  dövlətlərdə,  məsələn,  Avropa  İttifaqına  daxil  olan  dövlətlərdə 

və  ABŞ-da  ümumi  qoruma  müddəti  müəllifin  ölümündən  sonra  70 ilə  kimi  artı­

rılmışdır1

 2.  Bu,  onunla  izah  edilir  ki,  Bern  konvensiyası  Bern  İttifaqının  üzvü 

olan dövlətlərə  öz milli  qanunvericilikləri  ilə əsərin qorunma  müddətini  konven­

siya  müddətinə  (50  ilə)  nisbətən  uzatmağa  icazə  verir  (konvensiyanın  7-ci 

maddəsinin  6-cı  bəndi).  Hal-hazırda  bir  çox  ölkələr  bu  normaya  əsaslanaraq 

əsərin  qorunma  müddətini  70  ilə  kimi  artırmışdır.  Avropa  İttifaqı  müəlliflik  hü­

ququnun  qorunma  müddətinin  razılaşdırılması  barədə  özünün  29  oktyabr 

1993-cü  il  tarixli  Direktivi  ilə  müəyyən  edir  ki,  üzv ölkələrində  əsərin  qorunma 

müddəti  müəllifin  ölümündən  sonra  70 ildən  az olmamalıdır3.

Müəlliflik  hüququ  barədə  Ümumdünya  (Cenevrə)  konvensiyası  əsərin  qo­

runma  müddəti  barədə  başqa  qayda  nəzərdə  tutur.  Bu  qaydaya  görə,  əsərin 

qorunma  müddəti  müəllifin  ölümündən  sonra  25  ildən  az  olmamaqla  dövlətin 

qanunvericiliyi  ilə  müəyyən  edilir (konvensiyanın 4-cü maddəsi).

Azərbaycan  SSR-in  1964-cü  il  MM-İ,  o  cümlədən  sovet  dövrünün  bütün 

mülki  məcəllələri  buna  əsaslanaraq  göstərirdi  ki,  müəlliflik  hüququ  müəllifin

1  Бернская 

Конвенция  об  охране  литературных  и  хуложсствснных  произведении.  Женева. 

1990, Свод,  нормативных актов  Ю Н Е С КО .  М .,  1993.



Мэггс П.Б..  Сергеев А.П.

  Интеллектуальная собственность.  М ., 2000, с.  217.

3 М еждународное  частное право.  У чебник/П од ред. 



Г.К.Дмитриевой.

  М ., 2004. с.  308-309.

237


bütün  həyatı  boyu  və  onun  ölümündən  sonra  25  il  qüvvədə  qalır  (1964-cü  il 

MM-in 494-cü maddəsi).

Müəlliflik qanunvericiliyi  nəinki  müəlliflik  hüququnun  qüvvədə  olma  müddə­

tini,  habelə  həmin  müddətin  hesablanması  qaydasını  da  müəyyən  edir.  Hə­

min  müddət əsərin  yaradıldığı andan  başlanır.  50 il  müddəti  isə  həmin  müddə­

tin  başlanğıcı  (əvvəli)  üçün  əsas  götürülən  hüquqi  faktın  baş  ve rd iyi  ildən 

sonra  gələn  ilin  əvvəlindən  hesablanır'.  50  il  müddətinin  başlanğıcı  (əvvəli) 

üçün  əsas götürülən  hüquqi  faktın  baş verməsi  dedikdə,  müəllifin  vəfat etməsi 

(ölməsi) başa düşülür.  Belə faktın baş verdiyi  il dedikdə  isə müəllifin vəfat etdi­

yi  (öldüyü)  il  başa  düşülür.  Müəllifin  vəfat  etdiyi  (öldüyü)  ildən  sonra  gələn 

(növbəti)  ilin  əvvəli  isə  yanvar ayının  1-ə düşür.  Dediklərimizdən  belə  nəti­

cəyə gələ  bilərik  ki,  müəlliflik  hüququ  müəllifin  bütün  həyatı  boyu  və  onun  və­

fat  etdiyi  ildən  sonra  gələn  (növbəti)  ilin  yanvar  ayının  1-dən  hesablanmaqla, 

vərəsələr  üçün  (söhbət  müəllifin  vərəsələrindən  gedir),  müəllifin  ölümündən 

sonra  50  il  müddətinə  qüvvədə  qalır.  Məsələn,  2005-ci  ilin  may  ayının  1-də 

müəllif vəfat edir.  50 il  müddəti  (müəllifin  vərəsələri  üçün)  müəllifin  vəfat etdiyi 

2005-ci  ildən  sonra  gələn  2006-cı  ilin  yanvar ayının  1-dən  hesablanır  (2006-cı 

ilin yanvarın  1-i +  50 il).

Yeri  gəlmişkən  qeyd  edək  ki,  müddətin  hesablanması  barədə  göstərilən 

qayda  Bern  konvensiyasından  götürülmüşdür.  Konvensiyanın  7-ci  maddəsinin 

5-ci bəndi  bu  məsələnin  tənzimlənməsinə  həsr edilmişdir2.

Söylədiklərimiz  belə  bir nəticə çıxarmağa  imkan  verir ki,  müəlliflik qanunveri­

ciliyinə görə,  müəlliflik  hüququ  müəllif üçün onun  həyatı  boyu  (ömrü  boyu)  qüv­

vədə qalır.  Müəllif öldükdən sonra  isə müəlliflik hüququ  50 il  müddətinə onun öl­

düyü  ildən  sonra  gələn  yanvar  ayının  1-dən  hesablanmaqla,  vərəsələrə  keçir. 

Bu  müddətin  keçməsi  (ötməsi)  ilə  müəlliflik  hüququna  xitam  verilir və  əsər  m ü­

əlliflik hüquq  normaları  ilə qorunmayan  obyektlər sırasına  daxil edilir.

M üəlliflik  hüququnun  qüvvədə  olm asının  xüsusi 

m üddətləri  dedikdə,  müəlliflik  hüququ  barədə  qa­

nunda  nəzərdə  tutulan  xüsusi  hallara  tətbiq  edilən 

müddətlər  başa  düşülür.  Onlara  müəlliflik  hüququ­

nun xüsusi  müddətləri  deyilir.  Müəlliflik hüququnun xüsusi  müddətləri  qanunun 

(müəlliflik hüququ  barədə qanunun)  26-cı  maddəsində  nəzərdə tutulmuşdur.

Qanun  hər  şeydən  əvvəl,  anonim  (adsız)  və  ya  tə xə llü slə   dərc  edilm iş 

əsərə  m üəlliflik  hüququ  barədə  xüsusi  müddət  müəyyən  edir.  Belə  ki,  ano­

nim  və  ya  təxəllüslə  dərc  edilmiş  əsərə  müəlliflik  hüququ  50  il  m üddətində 

qüvvədə qalır.  Söhbət  50 illik xüsusi  müddət müəyyən edilməsindən  gedir.  50 

illik  müddət  müəllifin  vəfat  etdiyi  tarixdən  hesablanmır.  Bu,  məlum  məsələdir. 

Belə ki, əsər adsız və ya təxəllüslə  dərc edildiyinə görə  həmin  müddətin  hesab­

lanması  üçün  xüsusi  fakt  kimi  müəllifin  ölümü  əsas  götürülə  bilməz.  Məhz  bu 

səbəbdən  belə  əsərlərə  müəlliflik  hüququnun  qüvvədə  olma  müddəti  (50  illik 

müddət) hesablanan zaman onların qanuni dərc edildiyi ta rix əsas  sayılır.

Müəlliflik hüququnun 

qüvvədə olmasının 

xüsusi müddətləri

« M ü ə lliflik  hüququ və əlaqəli hüquqlar haqqında» qanunun 25-ci  maddəsinin  2-ci  bəndi.

:  Бернская  конвенция  об  охране  литературных  и  художественных  произведений.  Женева.

1990.


238

Amma  50  illik  müddət  əsərin  qanuni  dərc edildiyi  tarixin  (ilin)  özündən  he­

sablanmır.  Həmin  müddət əsərin  qanuni  dərc edildiyi  ildən  sonra gələn ilin 

yanvar ayının  1-dən  başlayır (hesablanır).  Çünki  müəlliflik  hüququ  haqqında 

qanuna  görə,  xüsusi  müddətlərin  hesablanması  göstərilən  müddətlərin  əvvəli 

üçün əsas  götürülən  hüquqi  faktın  baş verdiyi  ildən sonra gələn ilin əvvəlindən 

hesablanır1.  Hüquqi fakt dedikdə,  əsərin qanuni dərc edilməsi, hüquqi faktın baş 

verdiyi il  dedikdə isə əsərin qanuni  dərc edildiyi il  başa düşülür. Misala müraciət 

edək.  Məsələn,  2000-ci  ilin  mart ayının  15-də əsər anonim və təxəllüslə qanuni 

dərc edilir.  50 illik müddət 2001-ci ilin yanvar ayının  1-dən hesablanır.

50  il  müddətində  anonim  və  ya  təxəllüslə  dərc  edilmiş  əsərin  müəllifi  öz 

şəxsiyyətini  aça və ya  onun şəxsiyyəti  sonradan  şübhə doğurmaya  bilər.  Belə 

halda  həmin  əsərlərə  müəlliflik  hüququnun  qüvvədə  olma  müddəti  ümumi 

qayda  ilə  müəyyən  ediləcəkdir,  yəni  müəlliflik  hüququ  barədə  qanunun  25-ci 

maddəsinin  1-ci  bəndinin  müddəaları tətbiq olunacaqdır:  müəlliflik hüququ mü­

əllifin  həyatının  qalan  hissəsi  və  onun  ölümündən  sonra  50  il  müddətinə qüv­

vədə olacaqdır.

İkincisi,  qanun  şə rikli  əsərə  m üəlliflik  hüququnun  qüvvədə olması  barə­

də  xüsusi  müddət  müəyyən  edir.  Belə  ki,  şərik  müəlliflərin  hər  biri  üçün  müəl­

liflik  hüququ  onların  bütün  həyatı  qüvvədə  olur.  Başqa  sözlə desək,  kollektiv 

əsər  kimi  bütövlükdə  şərikli  əsərə  müəlliflik  hüququ  müəlliflərin  hər birinin  bü­

tün  ömrü  boyu  qüvvədə  qalır.  Şərik  müəlliflərin  hansı  biri  öldükdə  isə onun  mü­

əlliflik  hüququ  vərəsəlik  üzrə  vərəsələrinə  keçir və onlar müəllif hüququndan  is­

tifadə  hüququ  əldə  edirlər.  Sağ  qalan  şərik  müəllif  əsərə  müəlliflik  hüququnu 

saxlayır.  Lakin  o,  bölünməz  və  bölünən  şərikli  müəlliflikdən  asılı  olmayaraq, 

əsərdən  istifadə  məsələsində ölən müəllifin vərəsələri  ilə razılığa gəlməlidir.

Şərik  müəlliflərin  hər  birinin  vərəsələri  şərik  m üəlliflərin  axırıncısının  ö l­

düyü  ildən  sonra  gələn  ilin   yanvar  ayının  1-dən  hesablanmaqla,  50  il 

m üddətində  m ü ə lliflik   hüququndan  istifadə  edirlər.  Şərik  müəlliflərin  axı­

rıncısının  ölümü  hüquqi  fakt  kimi  50  illik  müddətin  hesablanması  üçün  əsas 

götürülür1

 2.  Misala  müraciət  edək.  Fərz  edək  ki,  şərikli  əsərin  üç  şərik  müəllifi 

vardır.  Şərik  müəlliflərdən  biri ölür.  Onun  vərəsəsi  şərikli əsərə müəlliflik hüqu­

qu  əldə  edir  və  bu  hüquq  şərik  müəlliflərin  axırıncısının  vəfatından  (o,  2008-ci 

ilin  mart  ayının  4-də  vəfat  etmişdir)  sonra  gələn  ilin  yanvar  ayının  1-dən  he­

sablanmaqla  50 il  müddətinə qüvvədə qalır (2009-cu  ilin yanvarın  1-i  + 50 il).

Üçüncüsü,  qanun  m üəllifin  vəfatından  sonra  30  il  müddətində  ilk  dəfə 

dərc  e d ilm iş  əsərə  m üə lliflik  hüququnun  qüvvədə  olması  barədə  xüsusi 

müddət  müəyyən  edir.  Belə  ki,  bu  cür əsərlərə  müəlliflik  hüququ  50  il  müddə­

tində  qüvvədə  qalır.  Əsərin  qanuni  dərc  edilməsi  hüquqi  fakt  kimi  50  illik 

müddətin  hesablanması  üçün  əsas  götürülür.  Öldüyünə  görə  müəllifin  özü 

yox,  onun  vərəsələri  məhz  əsərin  qanuni  dərc  edilmə  tarixindən  sonra  gələn 

ilin  yanvar  ayının  1-dən  hesablanmaqla,  50  il  müddətində  müəlliflik  hüququn­

dan  istifadə edirlər.

1 « M ü ə lliflik  hüququ və ə laqəli hüquqlar haqqında» qanunun  25-ci maddəsinin 2-ci  bəndi.

2 « M ü ə lliflik   hüququ  və ə laqəli hüquqlar haqqında» qanunun  25-ci maddəsinin 2-ci  bəndi

239


Dördüncüsü,  qanun  kollektiv  əsərə  (müəlliflik  hüququ  barədə  qanunun 

10-cu  maddəsi)  müəlliflik  hüququnun  qüvvədə  olması  barəsində  də  xüsusi 

müddət  müəyyən  edir.  Naşirin  həmin  əsərlərdən  bütövlükdə  istifadə  etmək 

üçün  müstəsna  hüququ  50  il  müddətində  qüvvədə olur.  50  illik  müddətin  he­

sablanması  üçün  iki  cür  hüquqi  fakt  əsas  götürülür.  Əsərin  dərc  edilm əsi  bu 

faktlardan  biridir.  Buna  görə  də  kollektiv  əsərdən  istifadəyə  müstəsna  hüquq 

əsərin  dərc  edildiyi  ildən  sonra  gələn  ilin  yanvar  ayının  1-dən  hesablanmaqla, 

50 il müddətində qüvvədə olur.

Göstərilən  hüquqi  fakt olmadıqda,  yəni əsər dərc edilmədiyi  hallarda  50 illik 

müddətin  hesablanması  üçün  digər  hüquqi  fakt -   əsərin  yaranm ası  kim i  hü­

quqi  fakt  əsas  götürülür.  Ona  görə  də  naşirin  kollektiv  əsərdən  istifadəyə 

müstəsna  hüququ  əsərin  yaradıldığı  tarixdən  (ildən)  sonra  gələn  ilin  yanvar 

ayının  1-dən hesablanmaqla,  50 il  müddətinə  qüvvədə olur.

Əsərin  ictimai 

Əsərə  müəlliflik  hüququnun  qüvvədə  olma  müddətinin 

varidata  keçməsi 

keçməsi  (ötməsi),  yəni  həmin  müddətin  başa  çatması 

müəyyən  hüquqi  nəticələrə  səbəb  olur.  Qeyd  etmək



lazımdır  ki,  müəlliflik  qanunvericiliyinin  müəyyən  etdiyi  «müəllifin  bütün  həyatı 

(ömrü)  boyu  və  onun  ölümündən  (vəfatından)  sonra  50  il»  kimi  müddət  əsərin 

müəlliflik  hüquq  normaları  ilə  qorunma  (mühafizə  olunma)  müddətidir.  Məlum 

məsələdir ki,  əgər həmin  müddət ötərsə  (keçərsə) və  başa  çatarsa,  onda  əsər 

də  müəlliflik  hüquq  normaları  ilə qorunmayacaqdır.  Belə  əsər əvvəldə  qeyd  et­

diyimiz  kimi,  müəlliflik hüquq  normaları  ilə  qorunmayan obyektlər sırasına  daxil 

edilir və  ictimai varidata  keçir.

İctimai  varidata  keçmə dedikdə,  əsərin  cəmiyyətin  malına  çevrilməsi  başa 

düşülür.  Cəm iyyətin  malına  çevrilm ə  dedikdə  isə  əsərdən  müəllifin  razılığı 

olmadan  və  ona  müəllif  qonorarı  verilmədən  hər  bir  ictimaiyyət  üzvünün  sər­

bəst  istifadə  etməsi  başa  düşülür.  Əsərdən  istənilən  şəxs  öz  mülki  hüquq  qa­

biliyyəti  çərçivəsində  sərbəst  istifadə  edə  bilər.  Lakin  bu,  o  demək  deyildir  ki, 

belə  əsər  barəsində  istənilən  hərəkətin  edilməsinə  (əsərin  qısaldılmasına,  də­

yişdirilməsinə  və ona  əlavələr edilməsinə,  əsərin  mənimsənilməsinə  və  s.)  yol 

verilir.  Cəmiyyətin  malına  çevrilmiş əsərlərdən  istifadə  zamanı  hər bir kəs  mü­

əllifin  şəxsi  qeyri-əmlak  hüquqlannı  (müəllif  kimi  tanınmaq  hüququnu,  ad  hü­

ququnu və s.) gözləməlidir. Xüsusilə əsərin tamlığı,  bütövlüyü və toxunulmazlı­

ğı təmin edilməlidir.

İctimai  varidata  o  əsərlər  də  keçmiş  sayılır  ki,  onlar  heç  vaxt  Azərbaycan 

Respublikasının ərazisində qorunmamış olsun.

Əsərin  dövlət 

Müəyyən  şəraitdə  müəlliflik  hüququnun  subyekti 

varidatı elan edilməsi 

rolunda  ^ агЬаУсап,  Respublikası  (dövləti)  də 

çıxış edə  bilər.  Məsələ  burasındadır  kı,  əsər  barə­

sində  onun  subyektiv  müəlliflik  hüququ  əldə  etməsi  mümkündür.  Belə  ki,  qa­

nunda  nəzərdə  tutulan  bir  sıra  hallar  əsasında  dövlət  subyektiv  müəlliflik  hü­

ququnun  daşıyıcısı  ola  bilər.  Əsərin  dövlət varidatı  elan  edilməsi  həmin  hallar­

dan  biridir.  Müəlliflik  hüququ  haqqında  qanunun  27-ci  maddəsinin  2-ci  bəndi 

əsərin  dövlət varidatı  elan  edilməsi  ilə  bağlı  olan  münasibətlərin tənzimlənmə­

sinə  həsr edilmişdir.  Belə  halda  dövlət  müəllif müqaviləsi  və  vərəsəlik əsasın­

2 4 0


d a  

yox,  qanunda  ifadə  edilən  birbaşa  göstəriş  əsasında  müəlliflik  hüququnun

subyekti olur.

Dövlət  varidatı  elan  edilm əsi  dedikdə,  əsərin  dövlət  malı  kimi  tanınması 

b a ş a  

düşülür.  Əsər  o  halda  dövlət  malı  elan  edilə  bilər ki,  o,  ictimai  varidat sı­

ra s ın a  

aid  olunsun.  Belə  ki,  Azərbaycan  müəlliflərinin  ictimai  varidat dairəsinə 

a id  

edilən  əsərləri  Müəllif Hüquqları Agentliyinin  müəyyən etdiyi qaydada döv­



lət  malı  elan  edilə bilər.  Belə əsərdən istifadə etmək hüququ dövlətə  keçir.

Dövlət  malı  elan  edilmiş  əsərdən  istifadəyə  görə  xüsusi  ödənişlər  müəy­

yənləşdirilə  bilər.  Belə əsərlərdən  istifadəyə  görə hesablanan  qonorar dövlətə 

ödənilir.  Bu  məqsədlə qonorar Müəllif Hüquqları Agentliyinin  hesabına köçürü­

lür.  Axı,  o,  müəlliflik  hüquqları  sahəsində  dövləti  təmsil  edən və  dövlət siyasə­

tin i 


həyata  keçirən  mərkəzi  icra  hakimiyyət  orqanıdır'.  Bu  orqanın  hesabına 

köçürülmüş  qonorar  da  məhz  müəlliflik  hüquqları  sahəsində  dövlət siyasətinin 

həyata  keçirilməsi  məqsədi  ilə  istifadə olunur.

§  11.  Müəlliflik  hüquqlarının  keçməsi və verilməsi

M üəlliflik 

hüquqlarının 

ərəsəlik qaydasında 

keçməsi

Müəlliflik  hüquq  doktrinası  (elmi),  habelə  müəlliflik 



qanunvericiliyi  müəllif hüququnun  subyektləri  dairə­

sinə  (sırasına)  müəyyən  kateqoriya  şəxslər  aid  edir 

ki,  vərəsələr  onlardan  biri  sayılırlar.  Özü  də  dərhal 

buradaca  qeyd  edərək göstəririk  ki,  müəlliflik  hüquq 

nəzəriyyəsində  göstərildiyi  kimi,  vərəsələr  m üə lliflik  hüququnun  ilkin  yox, 

törəm ə  s u b ye ktlərid ir.  Ona  görə  ki,  onlar əsər  barəsində  subyektiv müəlliflik 

hüququnu  özlərinin  hərəkəti vasitəsilə yox,  yəni  əsər yaratmaları  ilə yox,  vərə­

səlik  kim i  hüquqi  fa kt  əsasında  əldə  edirlər.  Müəlliflik  qanunvericiliyi  müəl­

liflik  hüquqlarının  vərəsəlik  qaydasında  keçməsinə yol verir.  Belə ki,  müəllif öl­

dükdən  sonra  müəlliflik  hüququ  50  il  müddətinə onun vərəsələrinə keçir.

Vərəsəlik  hüququ  ancaq  müəllifin  əmlak  (iqtisadi)  hüquqları  barədə yaranır. 

Bu,  o  deməkdir  ki,  yalnız  əmlak  (iqtisadi)  xarakterli  m üəlliflik  hüquqları  və- 

rəsəliyin  o byekti  (predm eti)  ola  bilər.  Müəllifin  şəxsi  qeyri-əmlak  hüquqları 

(müəllif kimi  tanınmaq  hüququ,  ad  hüququ  və  s.)  isə vərəsəliyin  obyekti  (pred­

meti)  ola  bilməz.  Məsələ  burasındadır ki,  müəllifin  şəxsi  qeyri-əmlak  hüquqları 

bölünməz  və  özgəninkiləşdirilməz  olub,  onun  şəxsiyyəti  ilə  sıx  surətdə  bağlı­

dır.  Məhz bu  səbəbdən müəllifin ölümü  ilə həmin  hüquqlar da ləğv edilir və bu­

na görə də vərəsəlik qaydasında  keçmir.

Əlbəttə,  müəlliflik  hüquqlarının  müəllif  öldükdən  sonra  onun  vərəsələrinə 

keçməsi  prosesi vərəsəlik  hüquq  normalarının müəyyən etdiyi qaydalara  tabe­

dir.  Müəlliflik  hüquqlarının  vərəsəliyi  zamanı  müəlliflik  hüququnun  subyektləri 

məhz  həmin  qaydalardan  çıxış  edirlər.  Başqa  sözlə  desək,  müəllifin  ölümün­

dən  sonra  əmlak  xarakterli  müəlliflik  hüquqlarının  vərəsəliyi  ümumi  mülki  (və­

rəsəlik)  qaydalarla  tənzimlənir.  Lakin  nə  müəlliflik  qanunvericiliyi,  nə  də  vərə­

1  Azərbaycan  Respublikası  N a zirlə r  K abinetinin  1993-cü  il  10  sentyabr  tarixli  488  saylı  qərarı  ilə

təsdiq  e dilm iş  «Azərbaycan  Respublikası  M ü ə llif  Hüquqları  A ge n tliyi  haqqında»  Əsasnamənin  1-ci

hissəsi.

2 4 1


səlik qnnunvericiliv' nv.i.olliflik  hüququ subyektlərinin vərəsəlik qaydasında  əsər 

barəsində  hüquqlar  (müəlliflik  hüquqları)  əldə  etməsi  ilə  bağlı  münasibətləri 

müfəssəl şəkildə  tənzim  edir.  Buna  görə  də  ya  müəlliflik  qanunvericiliyinin,  ya 

da  vərəsəlik  qanunvericiliyinin  m üəlliflik  hüquqlarının  vərəsəliyi  məsələsi­

nin  geniş şəkildə 

n iz a m la m a s ın ı 

məqsədəuyğun 

h e s a b   e d ir ik .

Vərəsəlik hüququna  görə,  mirası əldə etmək  tiçün vərəsə  onu  qəbul  etməli­

dir.  Miras  isə  iki  yolla  qəbul  edilir':  faktiki  yolla  (bu yolun  mahiyyəti  ondan  iba­

rətdir ki,  vərəsə  miras əmlakı  faktiki  surətdə  idarə  etməyə  başlayır və  ya  mira­

sa  yiyələnir);  hüquqi  və  ya  formal  yolla  (bu yolun  mahiyyəti  ondan  ibarətdir ki, 

vərəsə mirasın  açıldığı yerdə  notariat orqanına  mirası  qəbul  etmək  barədə  əri­

zə verir).

Sual  olunur:  müəlliflik  hüquqlarını  əldə  etmək  üçün  vərəsə  onları  qəbul  et­

məlidirmi?  Qeyd  etmək  lazımdır  ki,  mirasın  tərkibinə  müxtəlif  əmlak  növləri 

(məsələn,  yaşayış  evi,  torpaq  sahəsi,  bank  əmanəti,  minik  avtomobili,  qaraj, 

nağd  pul,  qiymətli  kağızlar və  s.),  o cümlədən  müəlliflik  hüquqları  daxil  olarsa, 

onda  vərəsənin xüsusi  və ayrıca  olaraq  m ü ə lliflik  hüquqlarını  qəbul  etmə­

si  tələb  olunmur.  Məsələ  burasındadır  ki,  vərəsənin  mirasa  daxil  olan  hər 

hansı  əmlakı  faktiki  surətdə  idarə  etməyə  başlaması  və  ya  ona  yiyələnməsi 

(sahiblik etməsi)  eyni  zamanda  həm  də  ölmüş  müəllifin  müəlliflik  hüquqlarının 

qəbul  olunmasını  ifadə  edəcəkdir.  Belə  halda  vərəsənin  müəlliflik  hüquqlarını 

qəbul etməyə  razılığını bildirməsini ifadə  edən  hər hansı  xüsusi  hərəkətin  yeri­

nə yetirilməsinə ehtiyac yoxdur.

Amma  əgər  miras  yalnız  müəlliflik  hüququndan  ibarət  olarsa  və  onun  tərki­

binə  hər  hansı  əmlak  daxil  olmazsa,  onda  vərəsənin  m ü ə lliflik   hüquqlarını 

qəbul  etməsi tələb  olunur.  Faktiki yolla  bunu  etmək olmaz.  Belə  ki,  hüquqla­

ra,  o  cümlədən  müəlliflik  hüquqlarına  faktiki  surətdə  sahiblik  (yiyəlik)  edilməsi, 

onların  faktiki  surətdə  idarə  olunması  qeyri-mümkündür.  Ona  görə  də  vərəsə 

formal  yolla,  yəni  notariat  orqanına  mirası  (müəlliflik  hüquqlarını)  qəbul  etmək 

barədə  ərizə  verməklə  müəlliflik  hüquqlarını  qəbul  etməli  və  vərəsəlik  şəha­

dətnaməsi almalıdır.

Vərəsələr yalnız müəllif qanunvericiliyində  nəzərdə tutulan  müddətdə  müəl­

liflik  hüquqlarından  istifadə  edə  bilərlər.  Belə  ki,  vərəsələrin  müəlliflik  hüququ 

müəllifin öldüyü  ildən  sonra  gələn  ilin  yanvar ayının  1-dən  hesablanmaqla,  50 

il  müddətinə  qüvvədə  olur.  Bu  müddət keçdikdə  (ötdükdə)  isə  onların  əsərdən 

istifadəyə müstəsna  hüququ xitam verilir.

Müəlliflik hüquqlarının vərəsəliyi həm  qanun  üzrə,  həm də vəsiyyət üzrə  hə­

yata  keçirilir.  Əgər vəsiyyətnamə tərtib  edilməyibsə,  onda  müəlliflik  hüquqları­

nın vərəsəliyi  qanun üzrə həyata keçirilir.

Bəzi  şəxslərin  vərəsəlik  qaydasında  müəlliflik  hüquqlarını  əldə  etmələri 

mümkün olmur.  Söhbət  hər şeydən  əvvəl,  ləyaqətsiz vərəsələrdən gedir.  Belə 

ki,  miras  qoyan  müəllifin  son  iradəsini  həyata  keçirməsinə  qəsdən  maneə  tö­

rətmiş  və  bununla  da  özünün  və  ya  özünə  yaxın  şəxslərin  vərəsəliyə  çağırıl­

masına  və  ya  miras  paylarının  artırılmasına  kömək  göstərmiş,  yaxud  vəsiyyət

2 4 2

Allahverdiyeviı S.S.

  Azərbaycan  Respublikasının vərəsəlik  hüququ.  Dərs vəsaili.  Bakı,  2004.



edənin  vəsiyyətnamədə  ifadə  edilmiş  son  iradəsinə  qarşı  qəsdən  cinayət  və 

ya  digər əxlaqsız  hərəkət törətmiş  şəxs  ləyaqətsiz  vərəsə  adlanır.  Ləyaqətsiz 

vərəsə  isə  m üə lliflik   hüquqlarını  nə  qanun  üzrə  vərəsəlik,  nə  də  vəsiyyət 

üzrə  vərəsəlik  qaydasında  əldə  edə  bilər.  Amma  göstərilən  faktlar  (cinayət 

və  digər əxlaqsız hərəkətlər)  qanuni  qüvvəyə  minmiş məhkəmə  hökmü  ilə təs­

diqlənməlidir (MM-in  1137-ci  maddəsi)'.

Vərəsələr  təm siletm ə  hüququ  üzrə  vərəsəlik  qaydasında  müəlliflik  hü­

quqlarını  əldə edə  bilərlər.  Belə  halda  müəllifin vərəsələri təmsiletmə hüququ 

üzrə  vərəsələr  adlanırlar.  Təmsiletmə  hüququ  üzrə  vərəsələr  müəlliflik  hü­

quqlarını  əldə  edərkən  öz ölmüş  valideynini  vərəsəlik  münasibətlərində təmsil 

edirlər.  Belə  halda  miras  açıldığı  vaxt  miras  qoyanın  (müəllifin)  vərəsələri  ola­

caq  valideyn  sağ  olmur.  Təmsiletmə  hüququ  üzrə  vərəsə  öz  ölmüş  valideyni­

nin  əldə  edə  biləcəyi  müəlliflik  hüququndan  istifadə  edir.  Məsələn,  miras  qo­

yan  ata  (müəllif)  vəfat  etməmişdən  əvvəl  onun  qızı  ölür,  oğlu  isə  sağ qalır.  Öl­

müş  qızın  üç övladı  vardır  (onlar  atanın  nəvələridirlər).  Ata  (müəllif) ölür və bu­

nunla  miras  açılır.  Həm  müəllifin  oğlu,  həm də onun  üç nəvəsi  (ölmüş qızın öv­

ladları)  müəlliflik  hüquqları  əldə edəcəkdirlər.  Nəvələr təmsil  etmə  hüququ  üz­

rə vərəsələr  hesab  olunurlar.  Onlar öz ölmüş atasının  (müəllifin),  əgər ata  sağ 

olsaydı,  istifadə  edə  biləcəyi  müəlliflik hüquqlarını  əldə  edirlər.

Müəllif  ölüm  hadisəsi  olacağı  halda  öz  yaratdığı  əsərin  taleyini  müəyyən 

etmək  üçün  vəsiyyətnam ə  tərtib  edə  bilər.  Bunun  üçün  onun  ayrıca olaraq 

vəsiyyətnamə tərtib etməsi  mümkündür.  Belə vəsiyyətnamə  m üəllif vəsiyyət­

naməsi  və  ya  ədəbiyyat vəsiyyətnam əsi  də adlanır.

Müəlliflik  hüquqlarının  vərəsəliyinin  digər xüsusiyyətləri  bundan  əvvəlki  pa- 

raqrafların  birində  nəzərdən  keçirilmişdir.  Buna  görə də bu  məsələyə  geniş to­

xunmağa  lüzum  bilmirik.

M üəlliflik hüquqlarının 

m üəllif müqaviləsi 

üzrə verilməsi 1

Əsərdən  istifadə  etmək  hüququ  (subyektiv  müəl­

liflik  hüququ)  hər  bir  kateqoriya  subyekt  üçün 

müxtəlif  hüquqi  faktlar  əsasında  yaranır.  Bu  fakt­

ların  vasitəsilə  o,  subyektiv  müəlliflik  hüququ  əldə 

edir  və  müəlliflik  hüququnun  subyekti  kimi  tanınır.  Müəllif  müqaviləsi  həmin 

faktlardan  biridir.  Qanun  subyektiv  müəlliflik  hüququnun  həmin  müqavilə  əsa­

sında  keçməsinə  yol  verir.  Müəlliflik hüququ  barədə  qanunda  göstərilir ki,  mü­

ə lliflik   hüquqları  m üə lliflik   m üqavilələri  üzrə v e rilir2.

Müəllif müqaviləsi əsərdən istifadə hüququnun  realizə forması,  həyata keçi­

rilmə vasitəsidir.  Belə  ki,  başqa  şəxslər əsərdən  istifadə etmək hüququna ma­

likdirlər.  Bu  hüququ  gerçəkləşdirmək,  həyata  keçirmək  üçün  onlar  müəlliflə 

müqavilə  bağlayırlar ki, o,  müəllif müqaviləsi adlanır.

Digər  tərəfdən,  qeyd  etmək  lazımdır  ki,  əvvəldə  göstərdiyimiz  kimi,  əsər 

başqa  şəxslər  tərəfindən  dərk  olunmağa,  qavranılmağa  və  başa  düşülməyə 

imkan  verən  hər hansı  bir obyektiv formada  ifadə edildiyi anda,  necə deyərlər, 

lazımi  xarici  formaya  düşdüyü  anda  subyektiv  müəlliflik  hüququ  yaranır.  Məhz

Ləyaqətsiz  vərəsə  barədə  bax: 



Allahverdiyev S.S.

  Azərbaycan  Respublikasının  vərəsəlik  hüququ. 

Dərs  vəsaiti.  Bakı. 2004, s.  138-144.

:  « M ü ə lliflik   hüququ və əlaqəli  hüquqlar haqqında» qanunun 28-ci maddəsi.

243


həmin  anda  da  müəllif  üçün  əsəri  dərc  etdirmək,  onun  surətini  çıxarmaq  və 

yaymaq,  habelə  qanunun  yol verdiyi  üsullarla  əsərdən  gəlir  götürmək  və  digər 

hüquqi  imkanlar  (səlahiyyətlər)  əmələ  gəlir.  Göstərilən  hərəkətlər  müəyyən 

dərəcədə  müəllifin özü tərəfindən  həyata  keçirilə  bilər (məsələn,  əsərin  surəti­

ni  çıxarmaq,  əsəri  kütləvi  ifa  etmək  və  s ).  Amma  tez-tez  hallarda  müəllif  bu 

məqsədlər  üçün  başqa  şəxslərin  köməyindən  istifadə  edir,  onların  yardımına 

bel  bağlayır.  Şübhəsiz  ki,  bu  cür  hallarda  münasibətlərin  rəsmiləşdirilməsinə, 

belə şəxslərin  əsərdən  istifadə  etmələrinə  müəllifin  razılıq  verməsini  təsdiq  et­

məyə ehtiyac və zərurət yaranır.

Çox  vaxt  müəllifin  razılıq  verməsi  ikitərəfli  (qarşılıqlı)  əqdin  köməyi  ilə  ifadə 

olunur.  Həmin  əqd  mülki  hüquq elmində  (doktrinasında)  və  müəlliflik qanunve­

riciliyində  müəllif  müqaviləsi  adlanır.  Əsərdən  istifadə  etmək  bu  müqavilənin 

hüquqi  məqsədini  təşkil  edir.  Müəllif müqaviləsi  məhz  əsərin  istifadəyə  veril­

məsini  təmin edir.  Onun  vasitəsi  ilə  əmlak  (iqtisadi)  xarakterli  müəlliflik  hüquq­

ları başqa  şəxslərə keçir.

M üəllif müqaviləsi  tərəflər  arasında  bağlanan  elə  b ir  ə q d dir  ki,  bu  əq- 

də  görə  bir  tərəf  (m üəllif)  əsərdən  istifadə  etmək  hüququnu  (əmlak  hü­

quqlarını)  onların  razılığa  gəldikləri  müddətə  və  şərtlərlə  d ig ə r tərəfə  (is­

tifadəçiyə)  verir və ya  verməyi  öhdəsinə  götürür.

Müəllif müqaviləsi  m ülki-hüquqi  m üqavilənin  m üstəqil  növlərindən  b iri­

dir,  O,  öz  hüquqi  təbiətinə  görə  konsensual,  əvəzli  və  ik itə rə fli  (qarşılıqlı) 

müqavilədir.  Bununla  belə,  müəllif  müqaviləsi  real,  əvəzsiz  və  birtərəfli  mü­

qavilə kimi  də  bağlana  bilər.

Müəllif  m üqaviləsinin  predm etini  elm,  ədəbiyyat  və  incəsənət  əsərlərin­

dən  istifadə  hüququnun  verilməsi  təşkil  edir.  Bəzən  belə  əsərləri  yaratmaq 

müəllif müqaviləsinin  predmeti  qismində  çıxış  edə  bilər.  Məsələn,  bədii  sifariş 

müqaviləsinin  predmetini  ictimai  yerlərdə  qoyulmaq  üçün  təsviri  sənət  əsərini 

yaratmaq təşkil edir.

Müəllif  m üqaviləsinin  obyekti  isə  elm,  ədəbiyyat  və  incəsənət  əsərlərin­

dən  ibarətdir.

Müəllif müqaviləsinin  bağlanmasında  iki  tərəf iştirak  edir:  müəllif:  istifadəçi. 

Müəllif müqaviləsini müəllifin hüquqi varisləri (vərəsələri) də bağlaya  bilərlər.

Müəllif müqaviləsi yazılı formada  bağlanılır.

Mülki-hüquqi  müqavilənin  bir  növü  olduğuna  görə  müəllif  müqaviləsindən 

m ülki-hüquqi  öhdəlik yaranır.  Mülki-hüquqi  öhdəliklər  isə  «Öhdəlik  hüququ» 

adlı  bölmədə  işıqlandırılır.  Buna  görə  də müəllif müqaviləsinə  burada  geniş to­

xunmağı lazım  bilmirik.


Yüklə 19,08 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin