§ 6. Subyektiv müəlliflik hüquqları
və onların qüvvədə olma müddəti
Subyektiv
m üəlliflik hüquqlarının
anlayışı və əsas
xüsusiyyətləri
Əsərin yaradılma faktı ilə mütləq xarakterli mü
əlliflik hüquq münasibəti əmələ gəlir. Əsər bu
m ünasibətin obyektidir. Əgər obyekt (əsər)
yoxdursa, onda müəlliflik hüquq münasibəti də
yaranmır. Məhz əsər müəlliflik hüquq normaları
ilə qorunmanın (mühafizənin) obyektidir.
Müəlliflik hüquq münasibəti çərçivəsində müəllif əsər barəsində, onunla
bağlı olaraq müəyyən hüquqlar əldə edir. Həmin hüquqlar əsərin yaradılması
nəticəsində əmələ gəlir. Onlar həm şəxsi qeyri-əmlak xarakterli, həm də əm
lak xarakterli ola bilər. Bu hüquqların məcmusu mülki hüquq elmində (doktri
nasında) və müəlliflik qanunvericiliyində subyektiv müəlliflik hüquqları və ya
sadəcə olaraq müəlliflik hüquqları adlanır.
Subyektiv müəlliflik hüquqları və ya müəlliflik hüquqları hər şeydən əvvəl,
müəllifə məxsus olur. Bununla bərabər, müəlliflik hüququnun istənilən subyek
ti də müxtəlif hüquqi faktlar əsasında suybyektiv müəlliflik hüquqları əldə edə,
həmin hüquqların daşıyıcısı ola bilər. Belə hüquqi faktlara hüquq varisliyini
(vərəsəliyi), m ü ə llif m üqaviləsini və qanunda ifadə edilən göstərişi aid et
mək olar. Məsələn, vərəsələr müəllif öldükdən sonra ona məxsus olan sub
yektiv müəlliflik hüquqlarını əldə edirlər. Belə halda onlara subyektiv müəlliflik
hüquqları vərəsəlik kimi hüquqi fakt əsasında məxsus olur. Başqa bir misalda
müəllif əsərin dərc olunması barədə nəşriyyatla müəllif müqaviləsi bağlayır.
Belə halda nəşriyyat müəllif müqaviləsi kimi hüquqi fakt əsasında subyektiv
müəlliflik hüququ əldə edir.
S ubyektiv m ü ə lliflik hüquqları (və ya m üəlliflik hüquqları) dedikdə, hü
quqi m ühafizə (qoruma) obyekti olan əsər barəsində m üəllifin və müəllif-
« M ü ə lliflik hüququ vo o laqəli hüquqlar haqqında» qanunun 27-ci maddəsi.
193
lik hüququnun digər subyektlərinin malik olduqları şəxsi qeyri-əm lak və
əmlak xarakterli hüquqların məcmusu başa düşülür.
Subyektiv müəlliflik hüquqları ilk növbədə, m ütləq xarakterli m ü ə lliflik hü
quq münasibəti çərçivəsində mövcud olur. Belə ki, məzmun müəlliflik hü
quq münasibətinin elementlərindən biri olub, özündə subyektiv vəzifə ilə birlik
də həmin münasibətin iştirakçısına məxsus olan subyektiv müəlliflik hüququnu
da birləşdirir.
Subyektiv müəlliflik hüququ digər tərəfdən nisbi (müqavilə) xarakterli m ü
əlliflik hüquq m ünasibəti çərçivəsində də mövcud ola bilər. Bu münasibət
əsərdən qanuni (hüquqauyğun) şəkildə, müəllif müqaviləsi (bu müqavilə əsə
rin müəllifi ilə istifadəçi arasında bağlanılır) əsasında istifadə hallarında yara
nır. Nisbi (müqavilə) xarakterli müəlliflik hüquq münasibətlərində həm müəllif,
həm də istifadəçi (müqaviləni bağlayan qarşı tərəf) müəyyən subyektiv müəl
liflik hüquqlarına malik olur.
Subyektiv müəlliflik hüquqları m ütləq hüquqlardır. Ona görə ki, həmin hü
quqların daşıyıcısı (sahibi) olan müəllifə (və digər şəxslərə) qarşı əhatə dairəsi
naməlum olan qeyri-məhdud saylı şəxslər («hamı və hər kəs») - borclu şəxs
lər durur. Onların yerinə yetirdikləri əsas funksiya, yəni daşıdıqları başlıca və
zifə müəllifə (subyektiv müəlliflik hüquqlarının sahibi və daşıyıcısı olan şəxsə)
öz subyektiv müəlliflik hüquqlarını həyata keçirməyə mane olmaqdan çəkin
məkdən ibarətdir. Borclu şəxslər müəllifin əsərinə qəsd edən hər hansı hərə
kəti etməkdən çəkinməlidirlər.
Subyektiv müəlliflik hüquqları digər tərəfdən m üstəsna h ü quqlardır. Müəl
liflik hüququ barədə qanun göstərir ki, subyektiv müəlliflik hüquqları müstəsna
xarakterə malikdir. Düzdür, qanunda nəzərdə tutulan və sadalanan subyektiv
müəlliflik hüquqlarının hamısı birbaşa müstəsna hüquqlar adlandırılmır. Lakin
buna baxmayaraq, bütün subyektiv müəlliflik hüquqlarının hamısı müstəsna
hüquqlar sayılır. Bu, həmin hüquqların öz təbiətindən və xarakterindən irəli gə
lir və buna görə də onların başlıca əlamətlərindən hesab edilir.
Subyektiv müəlliflik hüquqları müstəsna hüquqlardır, ona görə ki, yalnız
subyektiv müəlliflik hüquqlarının daşıyıcısı (sahibi) olan müəllif və digər şəxslər
əsərlə bağlı yaranan bütün məsələləri, ilk növbədə, əsərdən istifa d ə ilə bağlı
olan məsələləri həll edə bilərlər; yalnız müəllif, qanunda nəzərdə tutulan
hallarda və hədlərdə isə müəlliflik hüququnun digər subyektləri (məsələn, öl
müş müəllifin vərəsələri, müəllif müqaviləsi əsasında subyektiv müəlliflik hü
quqlarını əldə edən şəxslər və s.) əsərə sərəncam verə bilərlər; subyektiv
müəlliflik hüquqları hər hansı şəxsə yox, yalnız həmin hüquqları əldə edən
şəxsə (müəllifə və digər şəxslərə) məxsusdur; yalnız subyektiv müəlliflik hü
quqlarının daşıyıcısı (sahibi) olan şəxs (müəllif və başqa şəxslər) əsərdən is ti
fadəyə leqal surətdə inhisar hüququna m alikdir; qanunda nəzərdə tutulan
hallar istisna edilməklə, əsərdən subyektiv müəlliflik hüquqlarının daşıyıcısı
(sahibi) olan şəxsin (müəllifin və digər şəxslərin) razılığı olmadan istifadəyə yol
verilmir. Müstəsna hüquqlar kimi subyektiv müəlliflik hüquqlarını məhz bu cür
194
xarakterizə etmək lazımdır’ .
Müstəsna xarakterli subyektiv müəlliflik hüquqları hər şeydən əwəl. əsərin
yaradıcısı olan şəxsə (müəllifə) məxsusdur. Bu hüquqların daşıyıcısı rolunda
ölümündən sonra müəllifin vərəsələri də çıxış edə bilərlər. İşəgötürən xidməti
(qulluq) əsərdən, nəşriyyat (naşir) kollektiv əsərlərdən (ensiklopediya, ensiklo
pedik lüğət, və dövri nəşrlərdən) istifadəyə müstəsna hüquqa malikdirlər.
Müstəsna müəlliflik hüquqları müəllif müqaviləsi əsasında da əldə oluna bi
lər. Bunun üçün müəlliflə istifadəçi arasında müstəsna hüquqların verilməsi
barədə m ü ə llif m üqaviləsinin bağlanması tələb olunur. Əgər qeyri-müstəsna
hüquqların verilməsi haqqında müəllif müqaviləsi bağlanarsa, onda istifadəçi
nin müstəsna müəlliflik hüquqları əldə etməsindən söhbət gedə bilməz.
_ ,
. ..
Subyektiv müəlliflik hüquqlarının əhatə dairəsi ki-
m üəlliflik hüquqlarının
,аУэ' darəcədə genişdir. Müəlliflik qanunvericiliyi
növləri
onların tam siyahısını v e rir. Lakin onu qəti və
dəqiq siyahı hesab etmək olmaz. Məsələ bura
sındadır ki, müəllifin bəzi hüquqları (məsələn, əsəri dərc etdirmək hüququ,
əsərdən əmtəə nişanı qismində istifadəyə müəllifin icazə vermək hüququ və
s.) həmin siyahıya daxil edilməmişdir. Digər tərəfdən, qanun müəyyən edir ki,
müəllifin və əsərə müəlliflik hüququnun digər sahibinin əsərdən hər hansı
form ada və üsulla istifadə etməyə müstəsna hüququ vardır3. Bu isə onu
ifadə edir ki, əsərdən istifadə zamanı qanunda birbaşa nəzərdə tutulmayan
huquqlar da yarana bilər.
Mülki hüquq elmində (doktrinasında) ənənəvi olaraq subyektiv müəlliflik hü
quqlarının iki əsas növü fərqləndirilir4:
• şəxsi qeyri-əmlak xarakterli müəlliflik hüquqları (m üəllifin şəxsi qeyri-
əm lak hüquqları);
• əmlak xarakterli müəlliflik hüquqları (müəllifin əmlak hüquqları).
Subyektiv müəlliflik hüquqları özlərinin malik olduqları məzmun və qiymət * 1
1
Müstəsna hüquqların təb iə ti m ü lki lıiiquq elm ində (doktrinasında) mübahisə doğuran məsələlərdən
bırıdır, Bu m əsələ hüquq ədəbiyyatı səhifələrində geniş işıqlandırılm ışdır. Məsələn, bax:
Шершеиевич
Г.Ф.
А вторское право на литературное произведение. Казань. 1891, с. 74;
Канторович Я.А.
Автор
ское право на литературные, музыкальные, художественные и фотографические произведения
Петроград. 1910. с. 359;
Шершеиевич Г.Ф.
Учебник русского гражданского права. М ., 1914, с.
452-455;
Мартынов П С.
Право авторства в
СССР//Учсп.
зап. В И Ю Н Вып. X. 1947, с. 168;
Анти
монов П.С.. Ф.лейщиц Е.А.
Авторское право М ., 1957, с. 61, с. 59;
Савельева И В.
Правовое регули
рование отнош ений в области художественного творчества. М ., 1986, с. 70;
Серебровский В.И.
Вопросы со ветского авторского права М .. 1956, с. 24;
Иоффе О С
Советское гражданское право
К ур с лекций. Часть 3. Л .. 1965. с. 51-52;
Сергеев А.П.
Право интеллектуальной собственности в
Российской Федерации. У чебник. М .. 1999, с. 191-193;
Гаврилов Э.П.
Комментарий законы об ав
торском праве и смежны х правах. М ., 1996, с. 87-88.
: « M ü ə llifik hüququ və ə laqəli hüquqlar haqqında» qanunun 14-15-ci maddələri.
•' həm in qanunun 15-ci maddəsi.
1 M əsələn, bax:
Иоффе О.C.
Советское гражданское право. Курс лекций. Часть 3. Л ., 1965, с.
37;
Гаврилов Э.П.
Советское авторское право М .. 1984, с. 133; Корецкий В.И. Авторское право
отношения в СССР. Сталинабад. 1959. с. 265; Гражданское право. Учебник. Том 1/Под рсд.
Е.А.Суханова.
М ., 1998, с. 654;
Махагонова И.В.
Авторское право. М ., 2000, с. 119;
Гуев А.И.
Гражданское право. У чебник. Том 3. М ., 2003.
195
kimi əlamətə (meyara) görə bu cür iki yerə bölünür. Məhz bu əlamət (meyar)
müvafiq hüququn şəxsi qeyri-əmlak və ya əmlak hüququ olmasını müəyyən
ləşdirməyə imkan verir. Bu, alimlər arasında ən geniş yayılmış təsnifdir. De
mək olar ki, bəzi istisnalarla, alimlərin hamısı belə təsnifə üstünlük verirlər.
Məhz müəlliflik qanunvericiliyi də subyektiv müəlliflik hüquqlarını şəxsi qeyri-
əmlak hüquqları və əmlak hüquqları kimi iki yerə bölür. Bu bölgünün bir sıra
xarici ölkələrin qanunvericiliyi da tanıyır. Məsələn, ABŞ qanunvericiliyinə görə
müəllifin hüquqları şəxsi qeyri-əmlak hüquqları və əmlak hüquqları adlı iki nö
və ayrılır. Doğrudur, burada şəxsi qeyri-əmlak hüquqları əvəzinə «mənəvi hü
quqlar» anlayışından istifadə edilir'.
Fransanın müəlliflik hüququ müəllifə məxsus olan əmlak hüquqlarını dəqiq
surətdə onun şəxsi qeyri-əmlak hüquqlarından ayırır və bununla göstərdiyimiz
təsnifi tanıyır2.
Şəxsi qeyri-əm lak xarakterli m üə lliflik hüquqları dedikdə, iqtisadi qiy
məti və əmlak məzmunu olmayan hüquqlar başa düşülür. Onlar müəlliflik hü
ququ barədə qanunun 14-cü maddəsində sadalanır. Həmin hüquqlara aiddir:
• müəlliflik hüququ;
• ad hüququ;
• öz ad-sanını (şöhrətini) müdafiə etmək hüququ;
• açıqlamaq hüququ;
• imtina hüququ.
Əmlak xarakterli m üə lliflik hüquqları dedikdə, iqtisadi qiyməti və əmlak
məzmunu olan hüquqlar başa düşülür. Bu növ müəlliflik hüquqlarının dairəsi
müəlliflik hüququ barədə qanunun 15-ci maddəsi ilə müəyyən edilir. Onlara
aiddir:
• surətçıxarma hüququ;
•yaymaq hüququ;
• idxal hüququ;
• kütləvi nümayiş hüququ;
• kütləvi ifa hüququ;
• kütləvi bildiriş hüququ;
• efirlə bildiriş hüququ;
• kütləyə çatdırmaq üçün kabellə kütləvi bildiriş hüququ;
• tərcümə hüququ;
• yenidən işləmək hüququ;
•izləmə hüququ.
Əmlak xarakterli müəlliflik hüquqları Bern konvensiyasında da nəzərdə tu
tulmuşdur. Bunlar müəllifə birbaşa müstəsna hüquqlar verir3. Ümumdünya
(Cenevrə) konvensiyasında isə xüsusi olaraq müəllifin yalnız tərcümə hüququ
tənzimlənir.
' Основные институты гражданского нрава зарубежных стран /П о д рсд.
В.В.Зожсского.
N4.,
1999, с. 435.
‘
Дюма Р.
Литературная и художественная собственность. Авторское право Ф ранции. М ., 1989.
3
Богусловский М М .
Международное частное право. У чеб ник. М ., 2002, с. 298;
Минков А.
Международная охрана интеллектуальной собственности. М ., 2001, с. 125.
196
Müəllifin şəxsi qeyri-əmlak hüquqları ilə əmlak hüquqları bir-birilə sıx surət
də bağlıdır. Belə ki, şəxsi qeyri-əmlak hüquqlarında əmlak xarakterli elementə,
əmlak hüquqlarında da şəxsi qeyri-əmlak xarakterli elementə rast gəlmək
mümkündür. Müəlliflik hüquqlarının əsas və başlıca xüsusiyyəti də məhz bun
dan ibarətdir. Məsələ burasındadır ki, istənilən m üəlliflik hüququ özündə
həm şəxsi qeyri-əm lak xarakterli, həm də əmlak xarakterli elementləri
b irlə şdirir. Mehz bu səbəbdən müəlliflik hüquqları içərisindən «təmiz və xa
lis» əmlak hüquqları və ya şəxsi qeyri-əmlak hüquqları ayırmaq kifayət dərə
cədə çətin məsələdir. Müəyyən etmək mümkün olmur ki, hansı müəlliflik hü
quqları «təmiz və xalis əmlak hüquqları», hansı müəlliflik hüquqları isə «təmiz
və xalis şəxsi qeyri-əmlak hüquqları» sırasına aiddir.
Lakin müəllifin şəxsi qeyri-əmlak hüquqları ilə əmlak hüquqları arasında sıx
bağlılığın olması ona dəlalət etmir ki, göstərilən təsnif tamamilə əsassız olub’ ,
şərti xarakter daşıyır1
2. Əksinə, bu cür təsnif praktiki cəhətdən böyük əhəmiy
yətə malikdir.
Müəllifin hüquqlarının şəxsi qeyri-əmlak və əmlak hüquqlarına bölünməsi
onu ifadə edir ki, bu hüquqlardan hər biri üçün ayrıca, xüsusi hüquqi mühafi
zə rejim i müəyyən edilir. Belə ki, şəxsi qeyri-əmlak hüquqları yalnız müəllifə,
yəni əsərin bilavasitə yaradıcısı olan fiziki şəxsə məxsus ola bilər. Həmin hü
quqlar müəllifin yaradıcı xarakterli əməyindən irəli gələrək onun şəxsiyyəti ilə
qırılmaz surətdə bağlıdır. Buna görə də onlar bölünməz olub, özgəninkiləşdiril-
mir, bir qayda olaraq, müəllif müqaviləsi əsasında başqa şəxslərə verilmir. Di
gər tərəfdən, müəllifin şəxsi qeyri-əmlak hüquqları vərəsəlik qaydasında keç
mir və buna görə də vərəsəliyin obyekti (predmeti) olmur. Müəlliflik qanunveri
ciliyi birbaşa müəyyən edir ki, müəllifin şəxsi qeyri-əmlak hüquqları vərəsəlik
üzrə keçmir3.
Amma buna baxmayaraq müəllifin vərəsələrinin şəxsi qeyri-əmlak xarak
terli müəlliflik hüquqlarını qorumaq səlahiyyəti vardır. Bu səlahiyyət müddətsiz-
dir, yəni hər hansı müddətlə məhdudlaşdırılmır. Əgər müəllifin şəxsi qeyri-əm
lak hüquqları pozularsa (məsələn, firma icazəsiz olaraq məşhur olan müəllifin
adından kommersiya və reklam məqsədləri üçün istifadə edir və s.), onda və
rəsələr onları müdafiə edirlər. M üəllifin şəxsi qeyri-əmlak hüquqlarının qo
runm ası (m üdafiəsi) m üddətsizdir.
O ki qaldı müəllifin əmlak hüquqlarına, onlar hüquqi varislik (vərəsəlik), mü
əllif müqaviləsi və qanunda ifadə edilən göstəriş kimi üç hüquqi fakt əsasında
başqa şəxslərə keçə bilər. Müəlliflik hüququnun istənilən subyekti həmin fakt
ların vasitəsi ilə əmlak xarakterli müəlliflik hüquqlarını əldə edə və onun sahibi
ola bilər. Müəlliflik qanunvericiliyi müəyyən edir ki, m üəlliflik hüquqları müəl
lif m üqavilələri üzrə v e rilir və vərəsəlik qaydasında keçir4. Əmlak hüquq-
1 Sovet dövrünün a lim i V.İ.Sercbrovski göstərilən (əsnifi tamamilə əsassız hesab edir (
Сереброве-
кии В.И.
Вопросы советского авторского права. M., 1956, с. 101).
: Başqa b ir sovet a lim i
M. V.Qordon
göstərilən tosnifin şorti xarakter daşımasını qeyd edir (Г
ордой
M.В.
Советское авторское право. M ., 1955, с. 78).
1 « M ü ə lliflik hüququ və ə laqəli hüquqlar haqqında» qanunun 29-cu maddəsi.
4 « M ü ə lliflik hüquqları və ə laqəli hüquqlar haqqında» qanunun 28-ci maddəsi.
197
larinin başqa şəxslərə verilməsinə baxmayaraq şəxsi qeyri-əmlak xarakterli
hüquqlar müəllifdə qalır.
Əmlak xarakterli müəlliflik hüquqları yalnız qanunda nəzərdə tutulan müd
dətdə qüvvədə olur, yəni müəyyən müddətlə məhdudlaşdırılır. Əgər həmin
müddət keçərsə (ötərsə), müəllifin əmlak hüquqları hüquqi mühafizə ilə təmin
olunmur. Deməli, əmlak xarakterli müəlliflik hüquqları m üddətli hü q uq la rd ır1.
Göstərilən təsnif praktiki cəhətdən həm də ona görə əhəmiyyət kəsb edir
ki, o, müəlliflik hüquqlarının pozulmasına görə yaranmış m ülki hüquqi m əsu
liyyət m əsələsini düzgün həll etməyə imkan verir. Əgər müəllifin əmlak hü
quqları pozularsa, onda əsasən zərərin əvəzini ödəmə kim i m əsu liyyət təd
biri (müdafiə üsulu) tətbiq edilir. Şəxsi qeyri-əmlak xarakterli müəlliflik hüquq
ları pozulduqda isə hüquqların pozulmasınadək m övcud olan vəziyyətin
bərpa edilm əsi, hüquqları pozan hərəkətlərin qarşısının alınm ası və digər
müdafiə üsullarından istifadə olunur.
Müəlliflik hüquqlarından hər biri xüsusi məzmuna malikdir. Gəlin, onlara ay
rı-ayrılıqda çox da geniş olmayan mülki-hüquqi xarakteristika verək.
§ 7. Müəllifin şəxsi qeyri-əmlak hüquqları
....
Müəlliflik hüququ müəllifin malik olduğu şəxsi qeyri-əmlak
, uə 1 1
hüquqlarından biridir. Ona görə də şəxsi qeyri-əmlak hü-
" "
quqlarını xarakterizə edən əlamətlər bu hüquqa da aiddir.
Belə ki, müəlliflik hüququ müəllifin şəxsiyyətindən ayrılmaz olub, özgəninkiləş-
dirilmir. O, hər hansı hüquqi fakt əsasında, o cümlədən müəlliflik müqaviləsi
və ya vərəsəlik əsasında başqa şəxslərə verilmir.
Mübahisəsiz olaraq göstərə bilərik ki, müəlliflik hüququ müəllifin vacib,
əsas və başlıca şəxsi hüququ sayılır. Bu, onunla izah edilir ki, müəllifin
həm şəxsi qeyri-əmlak xarakterli, həm də əmlak xarakterli hüquqları məhz
müəlliflik hüququndan törəyir. Şəxs yalnız əsərin müəllifi kimi tanındıqda, yəni
əsərə müəlliflik hüququ əldə etdikdən sonra onun üçün şəxsi qeyri-əmlak və
əmlak hüquqları yarana bilər. O, əsərin müəllifi kimi tanınmazsa, həmin hü
quqların əmələ gəlməsini təsəvvür etmək qeyri-mümkündür.
M üəlliflik hüququ dedikdə, şəxsin öz yaratdığı əsərin m üə llifi kim i ta
nınmaq hüququ (imkanı) başa düşülür. Bu hüquqa əsasən şəxs yaratdığı
əsərin müəllifi sayılır və hesab edilir.
Müəlliflik hüququ belə bir faktı təsdiq edir ki, müəyyən şəxs müvafiq əsərin
əsl və həqiqi yaradıcısıdır. Buna görə də belə şəxs əsərin müəllifi adlanmaq
hüququna malikdir.
Əsərin müəllifi kimi tanınmaq hüququ (müəlliflik hüququ) nə vaxt yaranır?
Müəlliflik qanunvericiliyi bu suala dəqiq cavab verir2: əsərin m ü ə llifi kim i ta-
1 Hüquq ədəbiyyatı so lıifəlo rind o belə b ir fik ro rast g ə lirik k i, m ü ə llifin şəxsi q eyri-əm lak hüquqları
müddotsiz hüquqlardır (Основные институты гражданского права зарубежных стран. М ., 1999, с.
430). Söz yox ki. bu. düzgün olmayan fik ird ir. M əsələ burasındadır k i, şəxsi q eyri-əm lak hüquqları
m ü ə llifin ölümü ilo ləğv e d ilir və vərəsəlik qaydasında keçmir. M ü ə llifin şəxsi q eyri-əm lak hüquqları
yalnız müddətsiz olaraq qorunur.
* « M ü ə lliflik hüququ və əlaqəli hüquqlar haqqında» qanunun 25-ci maddəsi.
198
nınmaq hüququ (m ü ə lliflik hüququ) əsərin yaradılması faktı ilə yaranır.
Əsər yaradıldığı andan dərhal müəlliflik hüququ da əmələ gəlir.
Əsərin müəllifi kimi tanınmaq hüququnun (müəlliflik hüququnun) yaranması
üçün tələb edilmir ki, əsər hər hansı bir orqanda qeydə alınsın və ya hər hansı
başqa üsullarla rəsmiləşdirilsin. Azərbaycan Respublikasının müəlliflik qanun
vericiliyi şəxsin əsərin qeydə alınmasından və ya digər rəsmiləşdirilmə
üsulundan asılı olm adan m üə llif kimi tanınması prinsipindən çıxış edir'.
Fransanın və bir sıra xarici ölkələrin müasir müəlliflik qanunvericiliyi də analoji
prinsipi müəyyənləşdirir1
2. Amma bəzi ölkələrin qanunvericiliyi depozitə qoy
ma, qeydiyyata götürm ə, m üə lliflik hüququnu qoruma nişanından istifa
də etm ək kim i rəsmiləşdirmə üsullarının yerinə yetirilməsini tələb edir.
Əsərin müəllifi kimi tanınmaq hüququ (müəlliflik hüququ) subyektiv müəllif
lik hüquqlarından (müəllifin malik olduğu subyektiv hüquqlardan) biridir. Əsərin
yaradılması faktı ilə müəlliflə əhatə dairəsi bilinməyən qeyri-məhdud saylı
şəxslər («hamı və hər kəs») arasında əsər barəsində m ütləq xarakterli müəl
liflik hüquq m ünasibəti əmələ gəlir. Subyektiv müəlliflik hüququ həmin mü
nasibətin elementlərindən biri olub, özündə bir neçə hüququ (səlahiyyəti, hü
quqi imkanı) birləşdirir. Bu hüquqlar əsərin müəllifi kimi tanınmaq hüququ (mü
əlliflik hüququ) kimi əsas və həlledici səlahiyyətin vasitəsi ilə «sementlənir»3.
Mütləq hüquq münasibəti çərçivəsində mövcud olduğuna görə əsərin müəllifi
kimi tanınmaq hüququ (müəlliflik hüququ) mütləq hüquqlar növünə aid edilir.
Məhz bu səbəbdən əhatə dairəsi bilinməyən qeyri-məhdud saylı borclu şəxs
lər (müəllifi əhatə edən «hamı və hər kəs») əsərin müəllifi kimi tanınmaq hü
ququnu pozan hər hansı hərəkətdən (o cümlədən plagiatlıqdan, yəni «ədəbi»
oğurluqdan və özgə müəllifliyini mənimsəməkdən, müəllifliyi inkar etməkdən
və s.) çəkinməlidir (passiv funksiya, passiv vəzifə).
Əsərin müəllifi kimi tanınmaq hüququ (müəlliflik hüququ) əsəri yaradan şəx
sin bütün həyatı (öm rü) boyu qüvvədə olur. Şəxsi xarakterli hüquq olduğu
na görə bu hüquq müəllifin ölümündən sonra vərəsəlik qaydasında onun
vərəsələrinə ke çm ir və buna görə də ləğv edilir. Belə ki, əgər hüququn daşı
yıcısı olan şəxs ölərsə və həmin hüquq vərəsəlik üzrə keçmirsə, hökmən ləğv
edilməlidir. Subyektsiz hüququn mövcudluğundan danışmaq sadəcə olaraq
məntiqsizlikdir. Bu, izaha ehtiyacı olmayan məlum məsələdir. Buna görə hü
quq ədəbiyyatı səhifələrində söylənilən belə bir fikir həqiqətdən uzaqdır ki, gu
ya əsərin müəllifi kimi tanınmaq hüququ (müəlliflik hüququ) müddətsizdir, əbə
di və həmişəlik mövcud olur, hər hansı müddətlə məhdudlaşdırılmır4. Hesab
edirik ki, həmin fikri söyləyən müəlliflər məsələnin mahiyyətinə varmayaraq
onu qarışdırırlar. Məsələ burasındadır ki, əsərin müəllifi kimi tanınmaq hüququ
1 « M ü ə lliflik hüququ və ə laqəli hüquqlar haqqında» qanunun l-c i maddəsi.
2
Дюма P.
Литературная и художественная собственность. Авторское право Франции. М..
1989, с. 10.
5
Иоффе ОС.
Советское гражданское право. Курс лекций. Часть 3. Л ., 1965, с. 37.
4 Основные институты гражданского права зарубежных стран. М ., 1999, с. 430.
Камышев В.Г.
Издательский договор на литературное произведение М ., 1969, с. 7;
Никитина М.И.
Авторское
право на произведение н ауки, литературы и искусства, Казань, 1972, с. 64.
199
Müəllifin
ad hüququ
(müəlliflik hüququ) yox. hüquqi fakt kimi m üə lliflik m üddətlə m əhdudlaşdı
rılmır (yəni müddətsizdir), əbədi olub, həmişəlikdir. Başqa sözlə desək, müd-
dətsiz, əbədi və həmişəlik olan belə bir hüquqi faktdır ki, əsərin yaradıcısı olan
şəxs həmin əsərin müəllifidir. Buna görə əsərə müəlliflik faktı müəllifin ölü
mündən sonra da mövcud olmaqda davam edir. Məhz bu səbəbdən müasir
dövrdə böyük və ölməz Nizaminin XII əsrdə yaratdığı əsərlərə müəllifliyi hüqu
qi fakt kimi tanınır. Müəlliflik hüquq doktrinasında (elmində) bir sıra alimlər mə
sələyə məhz bu cür yanaşırlar'.
Əsərin müəllifi kimi tanınmaq hüququ (müəlliflik hüququ) yalnız m üddətlə
məhdudlaşdırılmadan (müddətsiz) qorunur.
Ad hüququ müəllifin şəxsi qeyri-əmlak hüquqlarına aid olan
hüquqdur. Buna görə həmin hüquq müəllifin şəxsiyyətindən
ayrılmaz olub, özgəninkiləşdirilmir və hər hansı şəxsə veril
mir. O, nə vərəsəliyin, nə də m üə llif m üqaviləsinin predm eti (obyekti) ola
bilər. Həmin hüquq əsərin özünün yaranma faktından əmələ gəlir, müəllifin
ömrü (həyatı) boyu qüvvədə olur, müəllifin ölümündən sonra isə vərəsəliyin
predmeti olmadığına görə ləğv edilir.
Müəllifin ad hüququ müəlliflik hüququ (əsərin müəllifi kimi tanınmaq hüqu
qu) ilə sıx surətdə bağlıdır). Onlar qarşılıqlı əlaqədə olub, bir-birinə həddən zi-
yadə «qohum» sayılan hüquqlardır. Lakin bunlara baxmayaraq müəllifin ad
hüququ törəmə yox, m üstəqil hüquqdur. Bir-birinə nə qədər yaxın olsalar
da, onlar arasında fərqli cəhət də vardır.
Fərqli cəhət ondan ibarətdir ki, yaradıcı şəxs həm açıqlanmış, həm də açıq
lanmamış əsərin müəllifi kimi tanınmaq hüququna malikdir. Bu isə o deməkdir
ki, həmin hüquq əsərin açıqlanıb-açıqlanmamasından. istifadə olunub-olun
mamasından asılı deyil. Ad hüququna gəldikdə isə qeyd edə bilərik ki. bu hü
quq əsərin açıqlanmasından və istifadə olunm asından asılıdır. Belə ki.
həmin hüquq əsər yalnız açıqlandığı və ondan istifadə olunduğu hallarda hə
yata keçirilə bilər. Nə qədər ki, əsər açıqlanmamışdır, müəllifin ad hüququnun
həyata keçirilməsindən söhbət gedə bilməz. Məlum məsələdir ki, açıqlanana
kimi əsərə auditoriyanın necə deyərlər, «əli çatmır» və buna görə əsərin müəl
lifinin adını müəyyənləşdirmək mümkün olmur. Yalnız əsər açıqlandıqdan son
ra onu yaradan şəxsin adı auditoriyaya məlum olur.
Digər tərəfdən, ad hüququnun müəllifin müstəqil şəxsi qeyri-əmlak hüququ
olması həm də onunla təsdiqlənir ki, bu hüquq əsərin müəllifi kimi tanınmaq
hüququnun (müəlliflik hüququnun) pozulmasından asılı olmayaraq pozula bi
lər. Elə hallar yaranır ki, əsərin müəllifi kimi tanınmaq hüququna (müəlliflik hü
ququna) toxunulmur, amma müəllifin ad hüququ pozulur. Məsələn, nəşriyyat
müəyyən şəxsi dərc edilmiş əsərin müəllifi kimi tanıyır, lakin müəllifin iradəsi
ziddinə olaraq dərc olunmuş əsərdə onun əsl və həqiqi adını yox, təxəllüsünü
göstərir. Başqa bir misalda əsəri yaradan şəxsin müəlliflik hüququnu tanıyan
və onu inkar etməyən nəşriyyat dərc olunmuş əsərdə müəllifin adını (təxəllü- 1
1
Сергеев А.П.
Право интеллектуальной собственности в Российской Федерации. У чеб ник М ..
1999, с. 201.
2 0 0
sünü) göstərmir.
Müəllifin ad hüququ qeyri-əm lak (qeyri-iqtisadi) xarakterli məzmuna
malikdir. Onun məzmunu qanunda birbaşa müəyyən edilir1.
M üəllifin ad hüququ dedikdə, yaratdığı əsərdən öz adı ilə, təxəllüslə,
yaxud anonim istifadə etmək və ya bu cür istifadəyə icazə vermək səla
hiyyəti (hüquqi im kanı) başa düşülür.
Qanunun ad hüququna verdiyi leqal anlayışdan müəyyən olunur ki, müəllif
malik olduğu ad hüququnu üç üsulla həyata keçirə bilər. Həmin üsullara aid
dir:
• müəllifin əsərdə öz həqiqi adını göstərməsi;
• müəllifin əsərdə təxəllüsünü göstərməsi;
• əsər müəllifinin adının anonim saxlanılması.
Göstərilən üsulların hansından istifadə etmək hüququ yalnız müəllifə məx
susdur. Bu məsələ ancaq müəllifin iradəsi ilə həll edilir. Məsələn, əsərdə öz
təxəllüsünü göstərmək niyyətində olarsa, müəllifi məcbur etmək olmaz ki, o,
əsərdə öz həqiqi adını göstərsin. Əgər müəllif əsərdə adını göstərmək istəmə
dikdə onu vadar etmək olmaz ki, o, əsəri təxəllüsü ilə və ya öz adı ilə dərc et
dirsin. Əgər müəllif əsərini öz adı ilə və ya təxəllüslə dərc etdirmək arzusunda-
dırsa, zorla boynuna qoymaq olmaz ki, o, əsəri ad göstərmədən (adsız) dərc
etdirsin və s.
Əsərdə öz həqiqi adını göstərm ək üsulunun m ahiyyəti ondan ibarətdir
ki. müəllif bu üsulla əsərini öz adı ilə açıqlayır (dərc etdirir, kütləvi nümayiş et
dirir, efirə verir, kütləvi ifa olunur və s.), əsərdən istifadə edir və ya bu cür isti
fadəyə icazə verir. Məsələn, müəllif nəşriyyata icazə verir ki, o, əsəri müəllifin
həqiqi adını göstərməklə dərc (nəşr) etdirsin və s. Həmin üsulun köməyi və
vasitəsi ilə müəllif əsərə olan müəllifliyini ifadə etmiş olur. Belə ifadə etmənin
qaydasını müəllif özü müəyyənləşdirir.
Müəllif hər şeydən əvvəl, əsərə olan öz müəllifliyini tam ifadə edə bilər.
Tam ifadə etmə dedikdə, əsərdə müəllifin öz xüsusi mənada adını və so
yadını göstərm əsi başa düşülür. Məsələn, İsayev Əli Cəfər oğlu və s.
Müəllif öz istəyi ilə əsərə olan müəllifliyini qısaldılmış şəkildə də ifadə edə
bilər. Q ısaldılm ış şəkildə ifadə etmə dedikdə, müəllifin əsərdə yalnız öz so
yadını və adını göstərm əsi başa düşülür. Məsələn, İsayev Əli və s.
Müəllifin əsərə olan müəllifliyini daha qısaldılmış şəkildə ifadəsi mümkün
olan məsələdir. Müəlliflik qanunvericiliyi bu barədə hər hansı məhdudiyyət nə
zərdə tutmur. Daha qısaldılm ış şəkildə ifadə etmə dedikdə, müəllifin əsərdə
yalnız öz soyadını və inisialını (ad və ata adının baş hərflərini) göstərməsi ba
şa düşülür. Məsələn, İsayev Ə.C. və s.
Müəllifin adı müəlliflik prezumpsiyası ilə bağlıdır. M üəlliflik prezumpsiyası-
na görə, əgər digər sübutlar yoxdursa, (yəni əksi sübut edilənə kimi), əsərə
müəlliflik adı altında açıqlanmış (göstərilmiş) şəklə məxsusdur2. Əsərdə adını
göstərilmə faktı onu ifadə edir ki, əksi sübut edilənə kimi, əsərə m üəlliflik hə- 1
1 « M ü ə lliflik hüququ və əlaqəli hüquqlar haqqında» qanunun 14-cü maddəsinin «b» bəndi.
: « M ü ə lliflik hüququ və əlaqəli hüquqlar haqqında» qanunun 8-ci maddəsinin l-c i bəndi.
2 0 1
min əsərdə adı göstərilm iş şəxsə m əxsusdur. Bu, yəni müəllifin öz adını
göstərməsi isə mübahisə hallarında əsərə müəllifliyi müəyyənləşdirməyi asan
laşdırır. Müəlliflik prezumpsiyası haqqında qayda ədəbi-bədii əsərlərin qorun
ması barədə Bern konvensiyasından iqtibas olunmuşdur'. Bu konvensiyanın
15-ci maddəsinin 1-ci bəndi müəlliflik prezumpsiyasından çıxış edir.
Əsərdə təxəllüsü göstərm ək üsulunun m ahiyyəti ondan ibarətdir ki, bu
üsulla müəllif əsəri açıqlayır, əsərdən istifadə edir və ya bu cür istifadəyə ica
zə verir. Məsələn, müəllif yazdığı əsəri təxəllüslə dərc etdirir və s. Təxəllüsün
hər hansı orqanda qeydiyyata alınması tələb edilmir.
Təxəllüs dedikdə, müəllifin özünün uydurduğu şərti ad başa düşülür. Özü
nə təxəllüs seçməklə müəllif həqiqi adını saxlayır. Müəllif sərbəst və müstəqil
surətdə özünə təxəllüs seçə bilər. Bu, onun hüququdur.
Müəllifin hansı səbəbə görə özünə məhz belə təxəllüs seçməsi bir sirr və
müəmma olaraq qala bilər. Təxəllüsün arxasında hansı şəxsin dayanması, əl
bəttə, auditoriyaya məlum olmaya da bilər. Bir sıra görkəmli şəxsiyyətlər tarix
də öz təxəllüsləri ilə tanınmış və məşhur olmuşlar. Məsələn, «Hophopnamə»
M.Ə.Sabirin, M.Qorki A.M.Peşkovun, Nizami Gəncəvi Qiyas İlyas oğlunun və
s. təxəllüsü olmuşdur.
Təxəllüslə dərc edilən əsərə müəllifliyin müəyyən edilməsi barədə mübahi
sə yarana bilər. Müəllifin təxəllüsünün onun şəxsiyyətini şübhə altında qoyma
dığı (onun şəxsiyyətinə şübhə yaratmadığı) hallarda, mübahisəli məsələni həll
etmək asan olub, hər hansı çətinlik törətmir. Müəllifin tə xə llü sü nü n onun
şəxsiyyətini şübhə altına qoymaması dedikdə, müəllifin müntəzəm surətdə
hamılıqla tanınan və qəbul edilən eyni bir təxəllüslə çıxış etməsi başa düşülür.
Məsələ burasındadır ki, qanun müəlliflik prezumpsiyasını bu hala da, yəni mü
əllifin təxəllüsünün onun şəxsiyyətini şübhə altına qoymadığı hala da şamil
edir1
2. Analoji mövqedən Bern konvensiyası da çıxış edir3. Bu mövqeyə görə,
əgər digər sübutlar yoxdursa (əksi sübut edilənə kimi), əsərə müəlliflik təxəllü
sü əsərdə göstərilmiş şəxsə məxsusdur.
Əsərin təxəllüslə dərc edildiyi digər hallarda (belə hallarda müəllifin təxəllü
sü onun şəxsiyyətini şübhə altına qoyur) isə əsərdə adı göstərilən naşir müəlli
fin nümayəndəsi sayılır və qanuni (m əcburi) nüm ayəndəlik əmələ gəlir.
Nümayəndə kimi o, bir tərəfdən müəllifin hüquqlarını həyata keçirir, digər tə
rəfdən həmin hüquqları qoruyur, pozulduqda isə onları müdafiə edir. Müəllif
əgər öz şəxsiyyətini açarsa və əsərə müəllifliyini auditoriyaya bildirərsə (elan
edərsə), onda qanuni nümayəndəlik ləğv edilir4.
Təxəllüslə dərc edilən əsərə müəlliflik faktı ilə bağlı olaraq mübahisə yara
na bilər. Belə hallarda sübutların (şahid ifadələrini, əsərin əlyazmasını və digər
yazılı sübutların) təqdim edilməsi tələb olunur. İlk növbədə, nəşriyyatla (naşir-
1 Международные конвенции об авторском праве. Ком мснтарий/П од рсд.
Э.П.Гаврилова.
М.,
1982. с. 108.
: « M ü ə lliflik hüququ vo əlaqəli hüquqlar haqqında» qanunun 8-ci maddəsinin 3-cü bəndi.
3 Международные конвенции об авторском праве. К о м мснтарий/П од рсд.
Э.П.Гаврилова.
М.,
1982, с. 109 (1 5 -ci maddənin l- c i bəndi).
4 « M ü ə lliflik hüququ və əlaqəli hüquqlar haqqında» qanunun 8-ci maddəsinin 3-cü bəndi.
2 0 2
lə) müəllif arasında bağlanan müəllif müqaviləsi təqdim edilməlidir. Məsələ bu
rasındadır ki. əsər təxəllüslə dərc edilsə də, müəllif müqaviləsində müəllifin
həqiqi (əsl) adı göstərilir.
T əxəllüs toxunulm azdır. Müəllifin razılığı olmadan ona hər hansı dəyişiklik
etmək olmaz. Digər tərəfdən təxəllüsün tə h rif olunmasına yol verilmir. Mü
əllifin razılığı olmadan həm də təxəllüsü açıqlamaq olmaz. Təxəllüsün icazə
siz açıqlanması xüsusi xarakterli hüquq pozuntusunun yaranmasına səbəb
olur. Belə hallarda rəsmi surətdə üzr istəmə, mənəvi zərərin əvəzinin ödənil
məsi və digər müdafiə üsullarından istifadə oluna bilər. Yalnız məhkəmənin tə
ləbi ilə təxəllüsün müəllifin razılığı olmadan açıqlanması mümkündür. Belə ki,
hər hansı mətbuat orqanında (qəzetdə, jurnalda və s.) müəyyən şəxs barəsin
də böhtan və ya təhqir xarakterli məqalə dərc edilir. Məqalə ilə bağlı olaraq
məhkəmədə işə baxılır. Bu işlə əlaqədar olaraq məhkəmə təxəllüsün açıqlan
masını redaksiyadan tələb edə bilər. Redaksiya isə müəllifin razılığı olmadan tə
xəllüsü açıqlamalıdır. Qalan digər hallarda isə o, bunu etməyə borclu deyildir.
Müəllif təxəllüsünü dəyişə, ondan imtina və əsəri öz həqiqi adı ilə dərc edə
bilər. Müəllifin bunlara hüququ vardır.
Təxəllüs yalnız əsərə müəllifliyi ifadə etmək üçün istifadə olunan şərti addır,
habelə əsərə ad hüququnu həyata keçirmək məqsədi ilə tətbiq olunan üsul
dur. Məhz bu səbəbdən müəllif şəxsi, əmək, işgüzar, ailə-məişət və hüquq
münasibətlərində, bir sözlə, bütün ictimai münasibətlərdə təxəllüslə yox, öz
həqiqi adından çıxış edir. Pretenziyalar, iddia ərizələri, məhkəmə sənədləri və
digər rəsmi sənədlər təxəllüslə yox, müəllifin adı göstərilməklə tərtib edilir.
Əsər m üə llifin in anonim ’ saxlanılması üsulunun mahiyyəti ondan iba
rətdir ki, müəllif ad və təxəllüs göstərilmədən əsəri açıqlayır, əsərdən istifadə
edir və ya bu cür istifadəyə razılıq verir. Müəllifin adı və ya təxəllüsü göstəril
məyən əsər anonim əsərdir. Anonim əsərə misal olaraq əsərdə yalnız müəlli
fin inisialı göstərilən (məsələn, yuxarıdakı misalda Ə.C.) əsəri, qəzet və jurnal
ların ön (qabaq) məqalələrini, məlumat kitablarındakı məqalələri və s. göstər
mək olar. Bu növ əsərin müəllifi öz həqiqi adını gizlədir, xəlvətcə (gizlincə)
saxlayır, yaratdığı əsəri öz adı ilə bağlamaq istəmir. Lakin bu, o demək deyildir
ki, şəxs əsərin müəllifi kimi tanınmaq hüququndan (müəlliflik hüququndan) im
tina edir, müəlliflikdən boyun qaçırır. Əksinə, o, bütün müəlliflik hüquqlarını, o
cümlədən əsərin müəllifi kimi tanınmaq hüququnu saxlayır və onlardan ümumi
qaydada istifadə edə bilər.
Amma əsas və başlıca məsələ müəllifin hüquqlarının həyata keçirilməsin
dən və qorunmasından, dərc olunmuş anonim əsərə müəllifliyi sübut etmək
dən ibarətdir. Bu məsələ qanuni (məcburi) nümayəndəlik institutunun va
sitə və köməyi ilə həll edilir. Belə ki, əsəri anonim dərc edən naşir (nəşriyyat)
müəllifin qanuni (m əcburi) nümayəndəsi kimi çıxış edir2. Məhz naşir müəlli
fin hüquqlarını qoruyur və həyata keçirir. Naşir həm də dərc olunmuş anonim
əsərə müəllifliyi təsdiq edir. Belə ki, bir qayda olaraq, əsərin müəllifinin həqiqi 1
1 A no n im sözü yunanca «anonumos» ifadəsindən o lub «adsız» mənasını ifadə edir.
: « M ü ə lliflik hüququ və ə laqəli hüquqlar haqqında» qanunun 8-ci maddəsinin 3-cü bəndi
203
adı ona məlum olur.
Naşir dərc olunmuş anonim əsərin müəllifinin həqiqi adını açıqlamağa borc
lu deyildir. Yalnız o, icraatında böhtan və ya təhqirə aid iş olan məhkəmənin
tələbi ilə müəllifin adını açıqlaya bilər.
Hər şeydən əvvəl, qeyd edək ki, barəsində danışaca-
Äd-sanmı
ğımız hüquq Azərbaycan Respublikasının müəlliflik
(şöhrətini) müdafiə
qanunvericiliyində düzgün olmayaraq «şöhrətinə hör-
uququ
mət edilməsi hüququ» adı altında1 nəzərdə tutulur ki,
bu ad həmin hüququn mahiyyətini və məzmununu dəqiq əks etdirmir. Məsələ
burasındadır ki, Bern konvensiyasında, habelə bir sıra Qərbi Avropa dövlətləri
nin və Rusiya Federasiyasının müəlliflik qanunvericiliyində göstərilən hüquq
«müəllifin reputasiyasını müdafiə hüququ» termini ilə əhatə olunur. «Reputasi
ya» ifadəsi isə Azərbaycan dilinə «ad-san», «şöhrət» kimi tərcümə edilir1
2. Bu
na görə göstərilən hüququ ifadə etməyin və adlandırmağın ən düzgün və mü
nasib variantı məhz «müəllifin ad-sanını (şöhrətini) müdafiə hüququ» anlayı
şından ibarətdir. Bu anlayışdan istifadə dəbdə olmasa da, hər halda o, göstəri
lən hüququn məna və məzmununu daha dəqiq ifadə edir. Yeri gəlmişkən
qeyd edək ki, sovet dövrünün mülki qanunvericiliyində göstərdiyimiz hüquq
əsərə toxunulm azlıq hüququ adlanırdı. Azərbaycan SSR-in 1964-cü il Mülki
Məcəlləsinin 477-ci maddəsində əsərə toxunulmazlıq hüququ müəllifin malik
olduğu əsas hüquqlardan biri kimi nəzərdə tutulurdu.
Bəzi müasir müəlliflər əsərə toxunulmazlıq hüququ anlayışından istifadə et
məyə üstünlük verirlər3. Bu anlayış bir sıra xarici ölkələrin, məsələn, Fransa
nın da müəlliflik hüququnda işlədilir4.
Ad-sanını (şöhrətini) m üdafiə hüququ m üəllifə verilən elə b ir hüquqi
im kandır ki, bunun nəticəsində o, öz yaratdığı əsəri mənaca dəyişm ək
dən, tə h rif olunmaqdan və ya hər hansı digər form ada yenidən işlənm ək
dən, həmçinin şərəf və ləyaqətinə zərər vura bilən hər hansı hərəkətdən
qoruyur.
Müəllifin ad-sanını (şöhrətini) müdafiə hüququ iki əsas səlahiyyətdən (hü
quqi imkandan) ibarətdir. Onlara aiddir:
• qadağan etmək səlahiyyəti (neqativ hüquqi imkanı),
• icazə vermək səlahiyyəti (pozitiv hüquqi imkanı).
Qadağan etmək səlahiyyətinin mahiyyəti ondan ibarətdir ki, müəllif əsərə
kimsə tərəfindən hər hansı dəyişiklik olunmasını yasaq etmək hüququna (im
kanına) malikdir. Əsər nəşr edildikdə (dərc edildikdə), kütlə qarşısında açıq ifa
olunduqda və ya digər üsulla istifadə edildikdə həm əsərin özünə, həm də
onun adına və ya müəllifin adının ifadə olunmasına hər hansı dəyişiklik edil
məsi qadağan edilir. Heç kəsin ixtiyarı çatmır ki, tamlığını və bütövlüyünü po
zaraq əsərin həcmini qısaltsın, onun ayrı-ayrı bölmə və fəsillərini dəyişdirsin
1 « M ü ə lliflik hüququ və əlaqəli hüquqlar haqqında» qanunun 14-cü m addəsinin l- c i bəndinin
« V » )
yarı m bond i.
' llusca-azərbaycanca lüğət (d ü zəld ilm iş və artırılm ış üçüncü nəşri). III cild . Bakı, 1978, s. 88.
3 Гуев A.H. Гражданское право. Учебник. Том 3. M., 2003, с. 179.
4 Основные институты гражданского права зарубежных стран. М ., 1999, с. 430.
204
və ya əvəz etsin və s. Dəyişiklik və əlavələr yüksək peşəkar səviyyədə edilsə
və əsərin məziyyətini (dəyərini) yaxşılaşdırsa (artırsa) belə, heç kəsin belə hə
rəkətlər etmək hüququ yoxdur.
Bunlardan əlavə, əsər nəşr edilən (dərc olunan) zaman heç kəsin hüququ
yoxdur ki, ona illüstrasiyalar, müqəddimələr, yəni ön sözlər, proloq, son sözlə
ri (epiloq), kommentariya (izah, təfsir) və ya hər hansı izahlar əlavə etsin. Bu
cür hərəkətlər qadağan edilir1. Müəllif ithafını (həsr etməsini), annotasiyanı,
epiqrafı və digər elementləri əsərdən çıxartmaq və ya onları dəyişdirmək ol
maz. Bir sözlə, m üəllifin qadağan etmək səlahiyyəti əsərin məzmununu
təşkil edən bütün elementlərə şamil edilir.
icazə verm ək səlahiyyətinin isə mahiyyəti ondan ibarətdir ki, müəllifin
razılığı ilə əsərə istənilən dəyişiklik və əlavələr edilə bilər. Əsər nəşr edildikdə,
kütlə qarşısında açıq ifa olunduqda və ya digər yolla istifadə edildikdə müəllifin
razılığı ilə həm əsərin özünə, həm də onun adına və ya müəllifin adının ifadə
olunmasına (öz həqiqi adı ilə və ya təxəllüslə və ya adsız) hər hansı dəyişiklik
etmək mümkündür. Bunlardan əlavə, əsər nəşr edilərkən əgər müəllif razılıq
verərsə, ona illüstrasiyalar, müqəddimələr, son sözlər, təfsirlər və ya hansı
izahlar əlavə etmək olar. Hətta redaktə və digər düzəlişlərə, redaksiya kom-
mentariyalarına, habelə əsərin əlyazmasına edilən dəyişikliklər yalnız müəllifin
razılığı ilə yol verilə bilər.
Əsər həm də müəllifin şərəf və ləyaqətinə zərər vura bilən digər hərə
kətlərdən m üdafiə e d ilm əlidir. Bu cür hərəkətlər hər şeydən əvvəl, müəllifə
qeyri-əmlak (mənəvi) zərəri vurur və onun qeyri-maddi sferasına toxunur. Mə
sələn, şəxs qəzetdə dərc olunan məqalədə ədəbsiz formada göstərir ki, müəl
lif guya özgəsinin müəllifliyini mənimsəyərək plagiatlığa (ədəbi oğruluğa) yol
vermişdir. Başqa bir misalda müəllifin ayağına yazırlar ki, guya o, əsəri yarat
maqla bağlı olaraq hər hansı çirkin hərəkət etmişdir və s. Müəllifin adından rek
lam-kommersiya məqsədləri üçün qadağan olunmuş (yol verilməyən) istifadə
halı da onun şərəf və ləyaqətinə zərər vura bilən hərəkətlərə misal ola bilər.
Ad-sanını (şöhrətini) müdafiə hüququ müəllifin malik olduğu şəxsi qeyri-əm
lak hüquqlarının növlərindən biridir. Buna görə də şəxsi qeyri-əmlak hüquqlarını
xarakterizə edən əlamətlər bu hüquqa da aid olunmalıdır. Amma məsələ bura
sındadır ki, müəllifin ad-sanını (şöhrətini) müdafiə hüququnun (əsərinə toxunul
mazlıq hüququnun) başqa şəxslərə verilib-verilməməsinə müəlliflik hüquq dokt
rinasında (elmində) alimlərin münasibəti birmənalı deyil. Bu məsələ xeyli müd
dətdir ki, mübahisə predmetinə çevrilmişdir. Belə ki, bir qrup alimin fikrinə görə,
göstərilən hüququn başqa şəxslərə verilməsi mümkündür. Onlar öz fikirlərini
bununla əsaslandırırlar ki, göstərilən hüquq onun başqa şəxslərə verilməsinə
mane ola biləcək qədər müəllifin şəxsiyyəti ilə möhkəm bağlı deyil.
İkinci qrup alimlər isə göstərirlər ki, həmin hüquq müəllifin şəxsiyyətindən
1
Məmin h oroko llo rin qadağan edilməsi barədə Azərbaycan SSR-in 1964-cü il M ü lk i Məcəlləsinin
478-ci maddəsində birbaşa göstəriş nəzərdə tutulmuşdu.
:
Каботов В.А.
Советское авторское право на произведения изобразительного искусства
(авторсф. кан.дис.). М .. 1954, с. 4;
Никитина М.И.
Авторское право иа произведения науки,
литературы и нсскуства. Казань, 1982, с. 75.
205
ayrılmaz olub, özgəninkiləşdirilmir və buna görə də o, nə müqavilə, nə vərəsə
lik, nə də başqa hər hansı əsasa görə verilir1.
Məhz ikinci qrup alimlərin mövqeyi həqiqətə daha yaxındır. Belə ki. müəlli
fin şəxsiyyətindən ayrılmaz olan hüququ vərəsəlik qaydasında vərəsələrə ver
mək mümkün deyil. Düzdür, vərəsələr müəllifin ölümündən sonra əsərin toxu
nulmazlığını qoruya, əsərin toxunulmazlığı pozulduqda isə müdafiə edə bilər
lər. Qanun onlara belə səlahiyyət verir: müəllifin vərəsələri onun ölümündən
sonra şəxsi qeyri-əmlak hüquqlarının, o cümlədən əsərə toxunulmazlıq hüqu
qunun qorunmasını (müdafiəsini) həyata keçirə bilərlər2. Məhz vərəsələrə mü
əllifin əsərinə olan toxunulm azlıq hüququnun (ad-sanını m üdafiə etmək
hüququnun) özü yox, həmin hüquq pozulduqda m üdafiəni (qorumağı)
həyata keçirmək səlahiyyəti keçir. Digər tərəfdən müəllifin şərəf və ləyaqəti
nin müdafiəsinə onun ölümündən sonra da yol verilir (MM-in 23-cü maddəsi
nin 1-ci bəndi).
Açıqlamaq
Qanun açıqlamaq hüququnu müəllifin malik olduğu şəxsi
hüququ
qeyri-əmlak hüquqları növünə aid edir. Bu hüququn əsas
xüsusiyyəti hüquq ədəbiyyatında haqlı olaraq göstərildiyi
kimi, özündə həm şəxsi qeyri-əmlak, həm də əm lak elem entlərini b irlə ş
dirməkdən ibarətdir. Belə ki, açıqlamaq hüququnun nə iqtisadi qiyməti, nə
də əmlak məzmunu vardır. Bu baxımdan o, müəllifin şəxsi qeyri-əmlak hüqu
qu sayılır. Digər tərəfdən, açıqlamaq hüququ birbaşa müəllifin əmlak mənafe
yinə toxunur. Belə ki, həmin hüququn həyata keçirilməsi nəticəsində müəllif
üçün maddi (əmlak) fayda əldə oluna bilər. Bu mənada açıqlamaq hüququ
əmlak hüququ hesab edilir.
Açıqlamaq hüququ qanunla m üəllifə verilən elə b ir hü q uq i im kandır
ki, bu imkandan istifadə etməklə m ü xtə lif üsullarla (dərc etməklə, kütləvi
nümayiş etdirm əklə, kütləvi ifa olunm aqla, efirə verm əklə və s.) o, yarat
dığı əsəri ilk dəfə olaraq kütləyə çatdırır, qeyri-m üəyyən şə xslə r d a irə si
nə b ild irir və auditoriyaya yayır.
Müəllif açıqlamaq hüququnu müxtəlif üsulların (form aların) vasitə və kö
məyi ilə həyata keçirə bilər. Həmin üsullardan hansından istifadə edilməsi mə
sələsini yalnız müəllifin özü həll edir. Müəllif açıqlamaq üsulunu (formasını) öz
istək və mülahizəsi ilə seçir. Bu, həm də onun yaratdığı əsərin növündən
asılıdır. Məsələn, ədəbiyyat əsərinin müəllifi dərc etmək (nəşr etmək), kütləvi
ifa etmək, efirə vermək və digər üsullarla onu açıqlaya bilər. Bunlardan əlavə,
əsərin açıqlanma yeri və vaxtı da müəllifin özü tərəfindən müəyyən edir.
Bir qayda olaraq, yaratdığı əsəri müəllifin özü açıqlayır, yəni açıqlamaq hü
ququnu müəllifin özü həyata keçirir. Bununla belə, bu məsələ müəllifin razılığı
ilə başqa şəxs tərəfindən də həll edə bilər.
Əsəri açıqlamaq iradəvi aktdır. Heç kəs iradəsi ziddinə olaraq müəllifi öz
'
Серебровский В.И.
Вопросы авторского права. M ., 1956, с. 226-230;
Гордон М.В.
Советское
авторское право. М ., 1955, с. 125; Комментарий к Гражданскому Кодексу РСФ СР/Под рсд.
С.НБратусья. ОН.Собинова.
М .. 1982, с. 368; Гражданское право. У чеб ник. Том 1/Под рсд.
Е.Л.Суханова.
М ., 1998, с. 658.
' « M ü ə lliflik luiququ vo əlaqəli hüquqlar haqqında» qanunun 29-cu m addəsinin l- c i bəndi.
206
yaratdığı əsəri açıqlamağa məcbur edə bilməz. Əsəri açıqlamaq məsələsini
yalnız və yalnız onun özü həll edə bilər. Xüsusilə belə bir məsələnin həlli mü
əllifin müstəsna hüququ sayılır ki, qeyri-müəyyən şəxslər dairəsinə (auditoriya
ya) və kütləyə çatdırmaq üçün əsərin hazır olması elan edilsin. Bir qayda ola
raq, tamamlanmış (başa çatdırılmış) əsərlər açıqlanaraq kütləyə (auditoriyaya)
çatdırılır. Bununla belə, tamamlanmamış (başa çatdırılmamış) əsərlərin də
açıqlanaraq kütləyə (auditoriyaya) çatdırılması mümkündür. Məsələn, tamam
lanmamış dram əsəri səhnədə tamaşaya qoyulur və ya rəssamın başa çatdırıl
mamış rəsm əsəri sərgidə nümayiş etdirilir və s.
Müəllifin açıqlamaq hüququ başqa şəxslərə keçə bilər. Bu cəhəti ilə o, mü
əllifin şəxsi qeyri-əmlak hüquqlarından fərqlənir. Xüsusən də bu hüquq vərə
səlik qaydasında keçir.
Əsəri dərc
Əvvəlki qanunvericilik (Azərbaycan SSR-in 1964-cü il
tdirm ak h ii
MM-İ) müəllifin əsəri açıqlamaq hüququnu nəzərdə tut-
nuququ
murdu 1964 ц Mü|kj Məcəlləsi (477-ci maddəsi) bu hü
ququn əvəzinə, əsəri dərc etdirmək hüququnu müəllifin malik olduğu hüquq
lardan biri kimi tanıyırdı. Əsəri dərc etdirmək hüququna əsəri buraxmaq (çap
etmək) hüququ da deyilirdi.
Əsəri buraxm aq (çap etmək) hüququ dedikdə isə əsəri hər hansı üsulla
(əsəri nəşr etdirməklə, kütlə qarşısında ifa etməklə, kütləyə göstərilməklə, ra
dio və ya televiziya ilə verilməklə və digər üsulla) qeyri-müəyyən şəxslər dai
rəsinə bildirmək imkanı başa düşülürdü (Azərbaycan SSR-in 1964-cü il MM-in
475-ci maddəsi). Bu isə onu deməyə əsas verir ki, əvvəlki qanunvericilik mü
əllifin əsəri açıqlama hüququnu «əsəri dərc etdirmək hüququ» anlayışı ilə əha
tə etmişdi. Çünki məzmun baxımından onlar təxmini olaraq üst-üstə düşürlər.
Yeni müəlliflik qanunvericiliyinə görə isə müəllifin əsəri dərc etdirmək hüqu
qunun məzmunu xeyli dərəcədə dəyişmişdir. Düzdür, o, əvvəlki qanunverici
likdən fərqli olaraq, həmin hüququn adını müəllifin malik olduğu hüquqlar sıra
sında çəkmir. Müəlliflik qanunvericiliyi yalnız əsərin dərc edilməsini əsərin
açıqlanm ası üsullarından (formalarından) biri kim i nəzərdə tutur. Burdan
belə nəticə çıxarmaq mümkündür ki, müəllifin əsəri dərc etdirmək hüququ var
dır. Bu hüquq məzmunca müəyyən dərəcədə dəyişilməsinə (məhdudlaşdırıl-
masına) baxmayaraq, müəllifin əsas və vacib şəxsi qeyri-əmlak hüquqlarından
biri kimi qalmaqda davam edir.
Əsəri dərc etdirm ək hüququ m üəllifə verilən elə bir hüquqi imkandır
ki, bu imkan əsasında o, kütlənin tələbatını ödəmək üçün əsəri dövriyyə
yə buraxır. Əsəri dərc etdirmək hüququ nəşr etdirmək üsulu ilə onu qeyri-mü
əyyən şəxslər dairəsinə (auditoriyaya) bildirmək imkanı deməkdir. Buna görə
müəllifin yaratdığı əsəri öz yaxın qohumları və tanışları arasında oxuması əsə
rin dərc edilməsi hesab edilmir. Məsələ burasındadır ki, belə şəraitdə əsər küt
lənin (auditoriyanın) malı olmur. Əsər oxucuların tələbatını ödəyən çoxsaylı ti
rajla nəşr olunarsa, onda bu, əsərin dərc edilməsi deməkdir. Belə ki, əsərin
nüsxələri kütlənin (auditoriyanın) istifadəsinə verilir və onun malı olur. Əsərin
nüsxələri isə onun maddi daşıyıcılarıdır. Buna görə də əsəri dərc etdirmək hü
ququnun əsas məzmunu müəllifin öz yaratdığı əsərin maddi daşıyıcısını döv
207
riyyəyə buraxmaq məsələsini müstəqil surətdə həll etməkdən ibarətdir.
Heç kəsin müəllifin iradəsi əleyhinə olaraq onun yaratdığı əsəri dərc etdir
mək səlahiyyəti yoxdur. Bu səlahiyyət yalnız müəllifə məxsusdur.
Müəllifin əsəri dərc etdirmək hüququ əsasən elm və ədəbiyyat əsərlərinə
aiddir.
,
İmtina hüququ müəllifin şəxsi qeyri-əmlak hüquqlarından biridir.
İm ina
Əvvəlki dövrün qanunvericiliyinə belə hüquq məlum deyildi. De-
ruququ
т э ц Ьи> Azgrbaycan Respublikasının müəlliflik qanunvericiliyində
yeni hüquqdur. Belə hal isə xarici dövlətlərin qanunvericilik təcrübəsinə və ənə-
nənəsinə uyğundur. İmtina hüququnu bir sıra xarici ölkələrin (məsələn, Fransa,
İsveçrə, Polşa, Almaniya və digər ölkələrin) müəlliflik hüququ da tanıyır'.
İmtina hüququ dedikdə, m üəllifə verilən elə b ir hüquqi im kan başa d ü
şülür ki, bu imkan əsasında o, öz yaratdığı əsərin açıqlanm ası barədə
əvvəllər çıxardığı qərarı ləğv edir. İmtina hüququ müəllifin öz əsərinin yayıl
masını dayandırmaq imkanı deməkdir.
Müəllif öz yaratdığı əsərin açıqlanması barədə əvvəllər qəbul etdiyi qərarı
müxtəlif səbəblərə görə ləğv edə bilər. Müəlliflik qanunvericiliyi həmin səbəb
ləri göstərmir. Amma müəlliflik hüquq elmi (doktrinası) müəllifin imtina hüqu
qunu həyata keçirməsinə əsas olan bir sıra səbəblər müəyyən edir: müəllifin
öz əsərini başqa üsulla açıqlamaq arzusunda olması; müəllifin baxışlarında və
dünyagörüşündə köklü dəyişikliklər olması; xarici vəziyyətin dəyişməsi və s2.
Amma bəzi ölkələrin məsələn, Polşanın müəlliflik qanunvericiliyi imtina hüqu
qunun həyata keçirilməsi üçün «ciddi əsasların olmasını» tələb edir3. Bizim öl
kə qanunvericiliyi isə belə tələb nəzərdə tutmur. Özü də müəllif əsərin açıqlan
masından imtina etməni əsaslandırmağa borclu deyildir. Bu isə o deməkdir ki,
müəllifin özünün əvvəllər çıxardığı qərarını ləğv etməsinə əsas olan səbəblər
imtina hüququnun həyata keçirilməsinin məcburi şərti deyildir.
Yalnız üç tələb müəllifin imtina hüququnu həyata keçirməsinin m əcburi
(labüd) şərti sayılır. Bu şərtlərə əməl olunduqda, imtina hüququ həyata keçi
rilmiş hesab edilir.
Birinci şərt ondan ibarətdir ki, müəllif istifadəçiyə dəyən zərərin əvəzini
əldən çıxmış fayda da daxil olm aqla ödəm əlidir. Belə ki, müəllifin öz imtina
hüququnu həyata keçirməsi nəticəsində əsərdən istifadə edən şəxsin (istifa
dəçinin) mənafeyinə zərər vurula bilər. Məlum məsələdir ki, müəllif vurulan
həmin zərərin əvəzini ödəməlidir.
İkinci şərtə görə isə əgər əsər açıqlanmışdırsa, müəllif im tina barədə qə
rarını açıq şəkildə kütləyə (auditoriyaya) b ild irm ə lid ir. Açıq şəkildə bildir
mə dedikdə, mətbuat, radio və televiziya və digər KİV vasitəsi ilə kütlənin (au
ditoriyanın) xəbərdar edilməsi başa düşülür.
Üçüncü şərtə görə müəllif əsərin əvvəllər (həm in ana qədər) hazırlan
mış nüsxələrini dövriyyədən çıxartm alıdır, yəni götürməlidir. Lakin bu iş
1 Основные институты гражданского права зарубежных стран. М .. 1999, с. 418.
*
Сергеев Л.П.
Право интеллектуальной собственности в Российской Федерации. У чебник. М ..
1999, с. 214.
5
Основные инст итуты гражданского права зарубежных стран. N4., 1999, с. 428.
208
müəllifin vəsaiti hesabına görülməlidir.
Müəllifin im tina hüququ bəzi əsərlərin maddi daşıyıcılarına şamil edil
mir. Məsələ burasındadır ki, həmin daşıyıcılar mülkiyyət hüququ əsasında
başqa şəxslərə məxsus olur. Müəllif yox, bu şəxslər onların mülkiyyətçisi he
sab edilirlər. Buna görə də göstərilən halda imtina hüququnun həyata keçiril
məsi mümkün olmur. Məsələn, müəllif imtina hüququna istinad edərək mülkiy
yət hüququ əsasında başqasının sahibliyində olan heykəltəraşlıq əsərini, rəsm
əsərini (portreti) və s. geri ala bilməz.
Müəllifin im tina hüququ həm də xidm əti (qulluq) əsərlərə şamil edilmir.
Belə ki, qanunda ifadə edilən göstərişə görə bu növ əsərlərin müəllifi imtina
hüququndan istifadə etmirlər’ .
İmtina hüququnun həyata keçirilməsi müəyyən hüquqi nəticəyə səbəb olur.
Belə ki, əgər imtina hüququ açıqlanmış əsərə münasibətdə həyata keçirilərsə,
onda əsərin əvvəlki açıqlanmamış əsər statusu bərpa edilir. Belə halda əsərlə
bağlı olan münasibətlərə əvvəlki kimi açıqlanmamış əsər üçün müəyyən
edilən hüquqi rejim tətbiq edilir. Yox, əgər imtina hüququ açıqlanmamış əsə
rə münasibətdə həyata keçirilərsə, onda əsər açıqlanmamış əsər statusunda
qalır. Onunla bağlı yaranan münasibətlərə açıqlanmamış əsər üçün müəyyən
edilən hüquqi rejim tətbiq edilir.
İmtina hüququ əsərin müəllifi kimi tanınmaq hüququndan (müəlliflik hüqu
qundan) boyun qaçırmaq demək deyildir. Məsələ burasındadır ki, barəsində
imtina hüququ həyata keçirilmiş əsər yenidən kütləyə (auditoriyaya) çatdırıla
bilər. Müəlliflik hüququndan imtina edildikdə isə belə hal yaranmır. Xüsusilə
müəllifliyi başqa şəxsə verməklə müəlliflik hüququndan imtina edilməsinə yol
verilmir. Bununla belə, bəzi xarici ölkələrdə müəlliflik hüququna geteronim
(müəllifliyi başqa şəxsə vermək) kimi anlayış da məlumdur.
Dostları ilə paylaş: |