Ölkənin coğrafi mövqeyi və təbii şəraiti



Yüklə 1,9 Mb.
səhifə16/20
tarix29.12.2021
ölçüsü1,9 Mb.
#48765
1   ...   12   13   14   15   16   17   18   19   20
İtaliya İspaniya Fransa turizm SON

Şəkil 10. Luvr muzeyi

Luvrun tanınmış və ən məşhur əsərlərindən olan Cokonda (Leonardo da Vinçi) və Valehedici bağban (Rafael) rəsmləri I Fransiskə məxsusdur. Luvr muzeyində müxtəlif şahəsərlər saxlanılır ki, onların hər biri ayrı-ayrı mədəniyyətə, dövr və sivilizasiyaya aiddir. Ümumiyyətlə isə, muzeydə 300 000 eksponat olmasına baxmayaraq, onlardan yalnız 35 000-ə qədəri gələn insanlara təqdim olunur. Bəzi eksponatlar isə xüsusi qoruma şəraitində saxlanılır və bu kimi əsərlər üç aydan artıq ard-arda gələn insanlara təqdim olunmur. Bunun əsas səbəbi isə həmin eksponatların öz daimi görkəmlərini itirməsidir. Məhz həmin əsərlərin müdafiəsi üçün onlar xüsusi qaydalara əsasən müdafiə olunur.



Nitsa şəhəri. Kim bu kurort şəhərinin təbiəti haqqında eşitməyib ki? Bu, məşhur Mavi Sahilin mərkəzi yerlərdən biridir. Turistlərin çoxunu isə səyahət etməyi sevən ruslar təşkil edir. Kann Kino festivalları ərzində şəhərin çimərlikləri məşhur simalarla qaynayıb-qarışır.

Versal sarayı. Bu, Fransa və bütün Avropada əsas görməli yerlərdən biridir. Versal Fransanın paytaxtı Parisdə yerləşən tarixi saraydır. “Chanel” moda evinin kolleksiyaları adətən Versal sülh müqaviləsinin imzalandığı bu sarayda baş tutur.

Sarayın ilk binasının tikintisinə 1661-ci ildə başlanıb və daha sonra müxtəlif illərdə genişləndirilib. Hazırda saray muzey kimi fəaliyyət göstərir. Sarayın maraqlı cəhəti 1768-ci ilə qədər tualet və ya vanna otaqlarının olmamasıdır. Bunun səbəbi o dövrdə zadəgan anlayışına görə, onların istədiyi yerdə ehtiyaclarını qarşılamaları idi.Saray hətta bir saat ərzində gəzib qurtara bilməyəcəyiniz təmtəraqlı otaqlarla doludur. Onun parkı isə gündüzlər ayrıca ekskursiya obyekti olur.



Cenevrə gölü.Bu unikal göl iki ölkə: İsveçrə və Fransa arasında bölünüb. Çoxlu turist qəsəbələri burada yerləşir. Alp Dağlarının əhatəsində yerləşən göl saf rəngi ilə seçilir.

Fort Boyard.150 illik qala Fort Boyard televiziya layihəsi sayəsində məşhur olub. Atlantik okeanı sahillərində yerləşən, Fransaya məxsus daşlı qaladır. 1989-cu ildə hərraca çıxarılan bu qalanı 1,5 milyon franka məşhur teleprodüsser Jak Antuana yeni şou-proqramı - Fort Boyard üçün alır. Uzunluğu 61 metr, eni 31 metr olan gəmiyə bənzər tikilinin hündürlüyü isə 20 metrdir. Amma hələlik onu tikib qurtardıq, dünyada uzaqvuran silahı yarandı.


Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin