Diaqram-sxem 4.Fransaya gələn turist saylarının son 10 ildə dinamikası
Qlobal səviyyədə Avropa 2020-ci ilin birinci yarısında Aİ-yə gələnlərin sayında 66% azalma ilə Asiya-Sakit Okean regionundan sonra Asiya-Sakit Okean regionundan sonra ikinci ən çox təsirlənən regiondur. 2020-ci il ərzində fransız və xarici turistlərin Fransaya xərcləmələrində gözlənilən azalma 30-35% səviyyəsində qiymətləndirilir. Bununla belə, güclü daxili bazar sayəsində Fransa böhrana tab gətirməkdə Avropa qonşularından daha yaxşı görünür.
Fransanın Statistika və İqtisadi Araşdırmalar üzrə Milli İnstitutunun yeni ildə dərc etdiyi son hesabatda hər il paytaxtdan minlərlə insanın Parisətrafı şəhərlərə yaxud Fransanın digər regionlarına köçdüyü bildirilir.Hesabatda qeyd olunur ki, 2016-2020-cı illər ərzində paytaxt əhalisi 59 min 648 nəfər azalıb. Tədqiqatlara görə, bu azalma daimi tendensiya alıb və 2025-ci ilə qədər davam edəcək.Bundan əvvəlki araşdırmalar 2006-cı ilə kimi Paris əhalisinin ildə 13 min 700 nəfər artdığını göstərirdi.Fransa Statistika və İqtisadi Araşdırmalar üzrə Milli İnstitutun hesabatında Parisdə yaşayan ailələrin Fransanın digər şəhərlərində yaşayan ailələrə nisbətən daha az övladlarının olduğu göstərilir. Bununla bərabər, Parisdə doğulan uşaqların sayı da azalmaqdadır. Belə ki, 2000-ci ildə Parisdə 31 min 940 uşaq doğulmuşdusa, 2016-cı ildə bu rəqəm 28 min 384-ə enib.
Hesabatda paytaxtdakı kəskin əhali azlığının əsas səbəbi mənzillərin qiymətlərinin və kirayə haqlarının həddindən artıq yüksək olması göstərilir. Parisdəkı evlərin hər kvadrat metri 2018-cı ildə 5 min 650 avro idisə, 2021-ci ildə 9 min 500 avroya satılıb. Kirayə haqlarının bahalaşmasına səbəb paytaxtda xarici turistlərin həddindən artıq çoxluq təşkil etməsidir.Daha əvvəl Fransa əhalisinin yarıdan çoxu miqrantların qəbuluna qarşı çıxıb.
Nəticə
Ərsəyə gətirilən kurs içindən və araşdırılan mənbələrdən belə bir nəticəyə gəlmək olar ki,turizmi araşdırılmış hər 3 ölkə Avropanın, eləcə də dünyanın ən mühüm turizm zonalarından hesab olunur.Bu ölkələrdə turizmin inkişaf etməsinin əsas səbəbi kimi, ölkələrin yerləşdikləri fiziki-coğrafi mövqeyinin əlverişli olması, tarixi abidələr və istirahət guşələri baxımından zəngin olmaları göstərilə bilər.Həmçinin onu da qeyd etmək lazımdır ki. dövlətlərin də turizmin inkişafı üçün ayırdıqları diqqət bölgədə turizmin inkişafına əsas töhfə verən amillərdəndir.Qeyd olunan ölkələrin turizm ehtiyyatlarının səmərəli təşkilini ayrı-ayrılıqda xarakterizə edən amillərdən danışsaq aşağıda göstərilən nəticələrə gəlmək olar.
İspaniyanın Aralıq dənizyanı kurortları yerli və xarici turistləri qəbul edir, lakin onlar daxili və beynəlxalq tələbatın üst-üstə düşdüyü Fransa və İtaliya kurortları kimi tam dolmur. Bunu İspaniya kurort bazarının digər Avropa ölkələri ilə müqayisədə kiçik olması ilə izah etmək olar.
Fransadan fərqli olaraq İtaliyada avtomobil yolları nisbətən zəif inkişaf edib. Ölkədaxili turistlər (təqribən 39 mln nəfər) əsasən öz bölgə kurortlarında istirahət etməyə üstünlük verirlər. Məsələn, İtaliyanın şimal vilayətlərinin 129 əhalisi yaxınlıqdakı dəniz sahillərində dincəlir və buranın gözəl iqlimindən zövq alırlar. İtaliyanın Emilya-Romanya, Venetto və Toskana kimi əhalisi sıx, dənizə çıxışı olan bölgələri, habelə qış idman növləri inkişaf etmiş Lombardiya ölkəyə gələn turistlərin təqribən 10 %-ni qəbul edir. Qonaqların, xüsusilə daxili turistlərin axını əsasən yayın iyul və avqust aylarına təsadüf edir. Bu amil həm şəhərlər, həm sahilyanı kurortlar, bütövlükdə qonaq qəbulu sahəsi üçün problem yaradır, çünki gecələmək üçün yaşayış fondu azlıq edir.
İtaliyanın mərkəzi hissəsinin sahilyanı ərazilərində əsasən düşərgə şəhərcikləri, cənubunda isə mehmanxana yerlərinin azlığı şəraitində icarəyə verilən şəxsi evlər geniş yayılıb. Lakin qonaq yerlərinin plansız, nəzarətsiz inkişafı ətraf mühitə dağıdıcı təsir göstərir. Sənaye zonaları yaxınlığında turizm mərkəzlərinin yerləşdirilməsi (məqsəd onların inkişaf etmiş xidmət şəbəkəsindən istifadə etməkdir) kurortların ekoloji vəziyyətinə mənfi təsir edir
Fransa uzun müddətdir ki, Avropada, habelə dünyada turist gəlişlərinə görə ön mövqedə durur. Lakin birinciliyə aparan yol ağır və çətin olmuşdur. Keçən əsrin 60-cı illərində ölkədə turizmin inkişafı proqramı işlənib hazırlanmış və bu plana görə Fransa hökuməti ölkənin işgüzar adamları ilə birgə Akvitaniyada kənd məskənlərinin və turizmin inkişafı planını qəbul etmişdir. Hazırda Fransada bütün sahələrdə ƏDV 22 % təşkil edirsə, turizm sahəsində 12 %-dən çox deyil, bu da həmin sahədə işgüzarlığın inkişafına yardım edir. Fransada turizmin dövlət tərəfindən tənzimlənməsi bölgələrin iqtisadi inkişafına yönəlib, bu məqsədlə kənd məskənlərinin inkişafı üçün böyük işlər görülür. Yay mövsümündə bu yerlərdə istirahət müddətinin uzadılması üçün tədbirlər nəzərdə tutulub. Bölgələrin müstəqil siyasət yürütməsi Fransa turizmi üçün səciyyəvidir. Fransa hökuməti təşəbbüsün aşağılardan gəlməsi, bölgələrin iqtisadiyyatının inkişafı istiqamətində böyük işlər görüb. Turizm sahəsində ən bacarıqlı mütəxəssislər turizmi inkişaf etdirmək üçün bölgələrə göndərilir.
Ədəbiyyat siyahısı
1.Ə.Q.Əlirzayev “Turizmin iqtisadiyyatı və idarə edilməsi”- Bakı-2010. İqtisadUniversiteti” Nəşriyyatı.
2 . B.Ə. Bilalov, Ç.G.Gülalıyev - “Turizmin Əsasları ” –Bakı-2015
3. “Azərbaycanda Turizmin inkişaf problemləri “ – F.İ.Qurbanov , Bakı -2007 Adiloğlu nəşriyyatı .
4. “Turizmin Əsasları “ – Soltanova H.B. və Hüseynova Ş.H. Bakı -2007 Mütərcim nəşriyyatı .
5. Bilalov B.Ə. Turizmin menecmenti. Bakı, 2005.
6. Bilalov B.Ə.Turizm fəaliyyətinin tənzimlənməsi. Bakı, 2006.
Dostları ilə paylaş: |