Diaqram-sxem 2.İspaniyada turistlərin sayının dinamikası
Birləşmiş Millətlər Təşkilatının Dünya Turizm Təşkilatının hesabatlarına görə, 2019-cu ildə Fransadan sonra 83,5 milyon turistlə dünyanın ikinci turizm ölkəsi olan İspaniya, 1969-cu ildən bu yana ilk dəfə ötən il 20 milyon turist səviyyəsinin altına düşüb.
Diaqram sxem 3.İspaniyanın turizm gəlirlərinin dəyişilməsi 2016-2020
İspaniyanın bu sektordan gəliri 2019-cu ildə 95.7 mln.ABŞ dolları olsa da, 2020-ci ildə 78,5% azalaraq 22.8 milyon ABŞ dolları səviyyəsinə düşüb. Beləliklə, turizmin gəliri 72 milyon 900 min ABŞ dolları, turistlərin sayı isə 64,6 milyon nəfər azalıb.
Turizm Fransa iqtisadiyyatında mühüm rol oynayır. Bu sənaye ÜDM-in təxminən 8%-ni və 2 milyon birbaşa və dolayı işi təmin edir. Bundan əlavə, o, xaricdə tanınmış təsir vektoru kimi çıxış edir, çünki uzun illər Fransa dünyanın ilk turizm məkanıdır. 2019-cu il rekord il oldu: 90 milyon xarici turist Fransanı, o cümlədən onun xarici ərazilərini ziyarət edib.
Sənaye 2020-ci ildə COVID-19 sanitar böhranından ağır zərbə aldı və nəticədə 2020-ci ilin ilk yeddi ayı ərzində əldə edilən beynəlxalq turizm gəlirlərində təxminən 50% azalma oldu.
Dostları ilə paylaş: |