2.Ölkənin görməli yerləri, tarixi abidə və turizm yerləri
İtaliya dedikdə ağlınıza ilk olaraq nə gəlir? Nadir iqlimi, gözəl təbiətimi? Sənətin cənnətimi? Fədakar və romantik qəhrəmanlar - Romeo və Cuyettanın vətənimi?. Əslində, İtaliyanın təqdimata ehtiyacı yoxdur. O, bütün dünyada - turistlərin çox axışdığı ən gözəl ölkələrindən biridir. Ona bəzən Avropanın muzeylər ölkəsi də deyilir.İtaliyanın görməli yerlərini aşağıdakı kimi sıralaya bilərik:
1. Piza qülləsi
Şəkil 1.Pizza qülləsi
Avropanın görməli yerlərinin 2/3-si məhz İtaliyada yerləşir. Əminliklə demək olar ki, kim İtaliyada olmayıbsa, o, Avropada olmuş sayılmır. Və sizin mütləq Pizza qülləsində çəkilmiş orijinal selfiniz olmalıdır. Bu 56 metrlik Piza qülləsi sübut edir ki, səhvlər də uğur gətirə bilər. Axı bu qüllə əyri tikilməsə idi, onda çətin ki, bütün dünyada belə populyar olardı. Bu qüllənin tikintisinə 200 il sərf olunub. Tikinti zamanı qüllə bir neçə dəfə yıxılmaq təhlükəsi ilə qarşılaşıb. Həm əyriliyi, həm də digər memarıq üslubuna görə diqqət obyekti olan qüllənin daha möhkəm və davamlı vəziyyətə qalması üçün dağılmış sütunları dəfələrlə dəyişdirilib. 2008-ci ildə yer altı işlər aparılıb və tikilinin özülünün daha möhkəm olması üçün səylər göstərilib.
2. Venesiya
Venesiya karnavalı, əlbəttə ki, turistləri çoxsaylı kanallarda gəzdirən qayıqlar həqiqətən çox gözəldir. Bu şəhəri görmək üçün tələsməyə dəyər. Məsələ burasındadır ki, proqnozlara görə, 2028-ci ildə Venesiya Şəhərciyi yaşayış üçün yararsız olacaq, 2100-cu ildə isə su altında qalacaq və tamamilə məhv olub gedəcək.
Dostları ilə paylaş: |