On Qutsal Bitiq’in (Onluğun) Yan Bitiqləri



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə4/26
tarix03.12.2016
ölçüsü2,19 Mb.
#690
1   2   3   4   5   6   7   8   9   ...   26

SAFRUH ÜÇÜN 

1.  “Sədaqət”i,  “Ruhani  Hökmlər”i  Evladlar  köçürürlər, 

həyatlaşdırırlar. 

 

2.  “Əməl  Mütləqiliyi”  sənədini  Evladlar  köçürürlər, 



həyatlaşdırırlar. 

 

3. Gələn ildən Səfərləşirsiniz! 



 

4. Maddiyyat Qaydası pozulmur! 

 

5. Ruhani Sənədlər oxunur. 



 

6. Amal Dəftərxanalığı Sabahxana sayılır. 

 

7. Bayrağımız Qar Ayında nurlanır! 



 

8. Sorğu günü doğur! 

 

Ürəyin qaranlıqları yarsın! 



Daxilindəki Mütləq sənə Yar olsun! 

 

15 Murad günü, Yağış Ayı, 8-ci il. Bakı. 

 

HALALA 

1. Müqəddəs Kitabların, Atalığın Ruhunu, Hərfini İdrakına, 

Mənəviyyatına,  İradənə  tam  həkk  elə,  Bugündən  tam  çıx, 

Mütləq  mənada  Sabahlaş,  Bənzərsizlik,  Əlçatmazlıq,  Müstə-

qillik Yüksəkliyinə çat! 

 

2. 9-cu il – Müqəddəs Ailələr ili olmalıdır. 



Ailə Yaradıcılığına Qalx! 

 

Ürəyin Qaranlıqları Yarsın! 



Daxilindəki Mütləq sənə Yar olsun! 

 

15 Murad günü, Yağış Ayı, 8-ci il. Bakı. 



 

52 


SAFRUHA 

Muğam Fəlsəfəsini “Atestasiyaçılar” istəyirlər. 



Təcililəşdir! 

 

Musiqilər doğmadır. 



Üvertüra uzundur. 

İki hissəyə bölün, mərasim son hissəylə bitsin. 

 

Sazda “Bülbül” Məmmədrahimliyini silib atın. 



Bir başa “Ruhani”ylə başlayın. 

Habilin kamanında Məharətpərəstliyi yaxına qoymayın. 



Qaval üstə Söz deyilmir. 

Bayrağa sarılın! 

Vaxta etibar eləməyin. 

O sizi aldada bilər. 

Ata Hökmünün Mütləqiliyi pozular, Şər qazanar. 

 

Qaranlıqlar Yarılsın! 



  

23 İnam günü, Yağış Ayı, 8-ci il. Bakı. 

 

SAFRUHA 

Maddi borc və Ruhani İntizam Qanunlarını Evladlara çatdır! 



Nisbiçiliyə yuvarlanan – Bugünə yuvarlanır. 

Evladlar həmin bədnamçılığı ömürlərindən birdəfəlik silsin-

lər! 

Balalarıma salamımı yetir! 



 

1 Arzu günü, Sərt Ay, 8-ci il. Bakı. 

 

QƏLBİYƏ 

Evlad Ehtiramı pakdır! 

1. İnamın Mütləqiliyi səviyyəsindəsənmi? 


 

53 


(Qəlbi: İnam Mütləqiliyinə aparan yol –  yolumdur. İnamım 

Mütləqdir.) 

 

2. Ata Tələbinin Mütləqiliyi səviyyəsindəsənmi? 



(Qəlbi: Ata Tələbini Amalım hesab edirəm.) 

 

3.  Amallaşırsanmı  –  “Amaldan  başqa  həyatım  yoxdur!” 



səviyyəsinə yaxınlaşırsanmı? 

(Qəlbi: Artıq Amallaşmışam. Həyatımın Mənasıdır Amal.) 

 

4. Dolanmaq – Yaşamağına rəqib çıxmır ki? 



(Qəlbi:  Dolanmaq  haqqında  heç  düşünmürəm.  Yaşamaq 

istəyirəm.) 

 

5.  Özünü  yoxlayırsanmı?  Hakimin  olmusanmı?  Həkimin 



olmusanmı? 

(Qəlbi: Qəlbimin, ruhumun hakimiyəm. 

Daxili nöqsanlarımın həkimiyəm.) 

 

6. Amal klubdan üstündür, Ocaqdan üstündür. Qəlbi İlhamı 



kölgədə qoyubmu? 

(Qəlbi:  Klub  sözünün,  işinin  yerini  Ocaq  çoxdan  tutubdur. 

Qəlbi – əsil adımdır.) 

 

7. Düşmən bizi yalnız maddi cəhətcə incidə bilər. 



Maddi Borcun ruhani əhəmiyyətini anlamısanmı? 

Zəifliyimiz olmamalıdır! 

Kasıbıq,  kasıb  olduğumuz  üçün  də  maddi  Qurbanımız 

ruhanidir! 

Var-dövlətdən  kasıbıq,  Qeyrətdən  varlıyıq!  Qeyrət  tələb 

eləyir ki, maddi Qurbandan çəkinməyək! 

(Qəlbi: Qeyrətim maddi çətinliyimi çoxdan məhv edib.) 

 


 

54 


8.  Müqəddəsliyimizi  öyrənirsənmi?  Ailə  yaradıcılığına 

hazırsanmı?  Gələn  Ata  gününə  Evlad  yetirəcəksən,  Evlad 

nişanəsinə yüksəldəcəksən! Mütləq! 

“Əməl”i, “Müqəddəs Əməl”i rəhbər tut. 

Ailənin birini Bakıda, o birini Gəncə Mahalında yaradarsan! 

(Qəlbi: Ata tələbini ən müqəddəs qanunum hesab edirəm.) 

 

9. Təzə Mərhələ başlayır. Ona Layiq ol! 



Atayurd Amallaşmalıdır! 

(Qəlbi: Ürəyimi şad etdiniz, Ata! 

Bu günü çoxdan gözləyirəm.) 

 

10. Rozaya mənəvi kömək dur. 



(Qəlbi: Ata tələbi hökmdür.) 

 

5 Qismət günü, Sərt Ay, 8- cil il. Bakı. 

 

AMAL MƏİŞƏTİ 

1. Evladlar Safruhla vaxtaşırı əlaqədə olmalıdırlar. 

 

2. Ata Safruh vasitəsiylə Evladlardan xəbərdar olmalıdır. 



 

26 Qismət günü, Sərt Ay, 8-ci  il. Bakı. 

 

SƏFƏR ÜSTƏ 

Safruha 

1. Səfərə Birinci başlayırsan. 

Birincilik Ləyaqətini qazanırsan. 

Bu Ləyaqətə layiq ol! 

 

2. İşıq aparırsan, işıqlandırırsan, işıq almağa getmirsən. 



Camaat zülmətdədir... 

Zülmət səni sarsıtmasın, sən zülməti sarsıt! 



Tələsik Məhəbbət gözləmə – yetkin Məhəbbət apar özünlə. 

 


 

55 


3. İşıq aparırsan, həm də Müqəddəs tilov... 

İşığa gələnləri tilova salırsan. 

Münasibət yaradırsan. Gəlib səni tapırlar. 

Amal və Ata haqqında məlumat verirsən: 

Məqsədi və Üsulu qandırırsan! 

Ata hüzuruna Mütləq səviyyədə hazırlayırsan! 

 

4. Ölməyimiz indiki Məqamda fərariliyimizdir. 

Ruh bədəndə olduğu üçün bədən qorunur. 

Taksi miniyində qəbahət imkanı var... 

Həmin imkana yol verilmir. 

 

5.  Səfəri  son  cümləsinə,  nöqtəsinə,  vergülünə  qədər 



yazırsan, təhlil eləyirsən və Ataya təqdim edirsən. 

 

6. Lazım olsa, eyni məkana bir neçə dəfə gedirsən. 



Ümumi Oyatma əməlini: 

Mütləqə İnam, 

Özüylədöyüş,  

Müstəqil Xalq,  

Ruhani Cəmiyyət,  

Ləyaqətli Şərq və Bəşər Müqəddəsliyində ifadə eləyirsən. 

Hər dəfə Təzələşirsən! 

7. Özünü öyrənirsən: 

Qorxu ölübmü, yaxud ölürmü? 

Xudbinlik ölübmü, yaxud ölürmü? 

Şöhrətpərəstlik ölübmü, yaxud ölürmü? 

 

Ürəyinə bax, Atanı orada görəcəksən! 



Ata səninlə olacaq! 

 

Ürəyin qaranlıqları yarsın! 



Daxilindəki Mütləq sənə Yar olsun! 

 

26 Sərt  Ay, 8-ci il. Bakı. 



 

56 


SAFRUHUMA 

Rican Doğmadı! 

“Gərək” rədifli Dördlüklərlə – çağırışlarla bitir Sözünü. 

Təxminən: İnamlı dünya gərək və s. 

Səfər üstə Ata Xeyir-Duasına gəl. 

 

13 Murad günü, Qar Ayı, 8-ci il. Bakı. 

 

SAFRUHA 

Əsilgilə get, gör nə var, nə yox. 

Qardaşının halı necədir? 

 

15 Qismət günü, Qar Ayı, 8-ci il. Bakı. 

 

 

SAFRUHA 

Düzgünə Ata cavabını göndərdinmi? 

Həmin cavab həm də Buyuruq idi. 

 

15 Qismət günü, Qar Ayı, 8-ci il. Bakı. 



 

 

SAFRUHA 

Bayram hökmünü Qardaşlarına çatdır. 

Hazırlaşsınlar. 

15 Qismət günü, Qar Ayı, 8-ci il. Bakı. 

 

 



HALAL ÜÇÜN 

Nur Balamız Sabahımıza xoş gəlib! 

Anasının dilində öyrəndiyi birinci söz Ata sözü olsun

ikinci 


söz Amal sözü olsun, üçüncü söz Sabah sözü olsun. 

Qardaşlarına Bacı olsun! 

 


 

57 


Ürəyin qaranlıqları yarsın! 

Daxilindəki Mütləq ona yar olsun! 

 

27 Qar Ayı, 8-ci il.  

 

SAFRUHA SUALLAR 

1.  Tariximizin  nöqtəsi,  vergülü  belə  saxlanılırmı, 

toplanırmı? 

“Hadisələr” kitabçası yazılırmı? 

 Yox.  

Sənəd azdır. 

 

2. Evladlar Mərasim Qaydasını bilirlərmi? 



– Bilirlər. 

 

3. Özümlü, Bütöv Amallaşmada necə irəliləyirlər? 



– Özümlü – yaxşı! 

Bütöv – passiv. 

 

4. Suallar yazılırmı? 



– Qayda hamıda var. Yəqin hamı yazacaq. 

Mən yazmışam. Yazıram. 



 

SAFRUHA 

Evlad ehtiramı pakdır! 

1. Yetkinliyini özünlə aparmısan Səfərə, buna görə də Səhvə 

yol verməmisən! 

 

2.  Dinləyənlər  yüz  olsun,  yaxud  bir  olsun,  heyrətlənsinlər, 



yaxud qeyzlənsinlər, diqqətlə dinləsinlər, yaxud biganə qalsın-

lar – Əhval bir yüksəklikdə qalmalı, kökdən düşməməlidir. 

Əhvalın haradasa, kimdənsə küsübsə, Mütləqilikdən ayrılıb. 

Bu, Mütləqçi üçün kəsirdir. 



 

58 


3.  Aslanı  Müqəddəs  İl  Gününə  yox,  Ata  Gününə  hazırla  – 

Nişanə Ucalığına çatdır. 

Risqə  get,  “Bədiyyat”,  “Yol”,  “Sədaqət”,  “Rəmzlər” 

kitablarını öyrət: oxu, oxut. 

 

4. Evladlar sonuncu Ruhani hökmü bilsinlər, Bayraq Andını 



əzbərləsin, Bayramımıza Mütləq mənada səfərbər olsunlar. 

 

5. Gələcək Səfərləri Amalın Bir İdeyası üzərində qur. 



Təzə Səfərini “Müstəqil Xalq” İdeyasına həsr elə. 

Müqəddəs  Kitablarda  həmin  İdeyanı  ara,  ağlına,  qəlbinə, 

iradənə  həkk  elə,  Səfər  Sözü  yarat  –  dördlüklə  başla,  Deyim-

lərlə bitir. 



Sual-cavablara  qüvvətini  əsirgəmə,  onlar  doğmalığa 

aparan körpüdür. 

 

6.  Ailə  Yaradıcılığı  haqqında  Əməl  Hökmünü  ruhunda 



gəzdir, Ali Məqsədi  göz önündə tut, ona yaxınlaş, yüksəl, nail 

ol. 


Getdiyin  yeri  Ailəyə  tapşırmayınca,  Ataya  Evlad  –  Timsal 

gətirməyincə rahat olma. 



Bir getdiyin yerə bir də get! 

7. Amal vərəqələri – Amal şüalarıdır – Sabahı işıqlandıran. 



Bu  baxımdan,  kağızpərəst  ol.  Ruhani  dəftərxanaçılığı  Uca 

tut! 

“Səfər dəftəri” yarat, Səfər Əməli son nöqtəsinə, vergülünə 

qədər qorunsun, Sabaha çatdırılsın! 

“Birinci səfər gündəliyi”ni Qardaşlarına oxu! 

 

8.  Əhvalını  biryolluq  İradənə  tabe  elə  ki,  ona  tam  etibar 



eləyəsən! 

 

9.  İstirahət  məqamlarımı  məqaləçiliyə  həsr  eləyirəm.  İstə-



yirəm kölgəmizi Şərin başına çırpam. Görüm baş tutacaqmı? 

 

59 


Ürəyin qaranlıqları yarsın! 

Daxilindəki Mütləq sənə yar olsun! 

 

30 Qismət günü, Qar Ayı, 8-ci il. Bakı. 

 

 



TƏQDİR 

Evladım Safruhun Səfər Əməlini təqdir edirəm. 

 

30 Qismət günü, Qar Ayı, 8-ci il. Bakı. 

 

 

EVLADIM DÜZGÜNƏ 

QARDAŞLARINA! 

İnamımız, Amalımız, Sabahımız naminə! 

Bugün “İnamından” daxilinizdə əsər-əlamət belə qalmasın! 

Bugün “İdrakından” daxilinizdə əsər-əlamət belə qalmasın! 

Bugün  “Mənəviyyatından”  daxilinizdə  əsər-əlamət  belə 

qalmasın! 

Bugün “İradəsindən” daxilinizdə əsər-əlamət belə qalmasın! 

 

Camaatın  daxilində  Bugün  “İnamından”  əsər-əlamət  belə 



qalmasın! 

Camaatın  daxilində  Bugün  “İdrakından”  əsər-əlamət  belə 

qalmasın! 

Camaatın  daxilində  Bugün  “Mənəviyyatından”  əsər-əlamət 

belə qalmasın! 

Cammatın  əməlində  Bugün  “İradəsindən”  əsər-əlamət  belə 

qalmasın! 

Yeriniz Göylənsin... 

Ruhunuz Göylənsin. 

İdrakınız Göylənsin. 

İradəniz Göylənsin. 

Atanın Düzgününə, Düzgünün Qardaşlarına xeyir-dua veri-

rəm,  İnamlıma,  İnamlımın  qardaşlarına  Ruhani  Uğurlar 

diləyirəm! 


 

60 


Ürəyiniz Qaranlıqları Yarsın! 

Daxilinizdəki Mütləq sizə yar olsun! 

 

31 İnam günü, Qar Ayı, 8-ci il. Bakı. 

 

 



ÖZGƏLİKDƏN ÇIXMAQ 

Ruhani Dünyamız Mütləq mənada Özümüzünküdür! 

Maddi Dünyamız Mütləq mənada Özgəninkidir! 

Bu özgəlikdən çıxmalıyıq! 

Maddiyyat  çəpəri  çəkilib  Amalımız  qarşısında  –  onu 

sökməliyik! 

2 Arzu günü, Köçəri Ay, 8-ci il. Bakı. 

 

AMAL MƏİŞƏTİ 



Adam məclislərində iştirak etməli! 

Məclis Fərəhsizliyini qandırmaq üçün. 

Məclis Qeyrətsizliyini qandırmaq üçün. 

Ruhaniyyat közünü alışdırmaq üçün. 

 

2 Arzu günü, Köçəri Ay, 8-ci il. Bakı. 

 

ŞƏRƏ QARŞI 

Şər Evladla görüşsə, Evlad: “Həqiqəti demişəm!” – deyir. 

– Atanı tanıyırsanmı? 

– Yox. 


– Qardaşları tanıyırsanmı? 

– Yox. 


– Kimin sözünü danışırsan? 

– Özümün. 

– Danışma! 

– Həqiqətə qadağa yoxdur! 



 

2 Arzu günü, Köçəri Ay, 8-ci il. Bakı. 

 

61 


 

AİLƏ GÜNÜ MƏRASİMİ 

Birinci  Ailə  yaranan  Günü  –  Ailə  Günü  sayılır  – 

Mərasimləşir. 

3 Ümid günü, Köçəri Ay, 8-ci il. Bakı. 

 

 



SAFRUHA 

Mərasimlərə xüsusi Dəftər (Qovluq) həsr elə. 

Mərasimlərin  tarixini,  gedişatını,  qısa  məzmununu  yaz, 

qoru, sabahlaşdır. 

 

3 Ümid günü, Köçəri Ay, 8-ci il. Bakı. 

 

DÜNYALAŞMAQ 

Müqəddəs Kitablar, Kəlamlar, Hökmlər, Sənədlər 9-cu ildə 

rus  dilinə  tərcümə  edilir,  həmin  il  SSRİ  ərazisinə  və  başqa 

ölkələrə yayılır. 

 

Çap işinə məsul: Safruh, Sadiqim, Əsil. 



Yayılmaya məsul: Sadiqim, Halal. 

 

4 Dözüm günü, Köçəri Ay, 8-ci il. Bakı. 

 

 

EVLADIM QƏLBİYƏ 



Evlad Ehtiramı pakdır! 

Evlad müəssisəyə, kollektivə bağlanmaz, Amala bağlanar. 

Evlad  dar  meydanda  at  sürməz,  dar  meydanda  at  sürməyi 

Evlad vüqarına sığışdırmaz. 

Evlad  müəssisədə,  kollektivdə  Ailə  arayar,  Ailə  yaradar  – 

Pünhan! 

Şər Evladı sayar, Evlad Şəri saymaz. 



 

62 


Əsəb gərginliyinin dərmanı Fərəhdir. 

Şər təzyiqinin qənimi İnamdır. 

Müdriklik duzu qat Cəsarət xörəyinə! 

Dözüm duzu qat Səmimiyyət xörəyinə! 

Ömrümüz – Amalımız qədərdir! 

 

3. Üsul 

Şərə qarşı Şər dəlilləri: 

“Yenidənqurma” havasına oynamışam! 

“Demokratizm” havasına oynamışam! 

“Bütöv həqiqət” havasına oynamışam! 

“Təzə təfəkkür” havasına oynamışam! 

“İnsan amili” havasına oynamışam! 

“Keçmişə qayıtmamaq” havasına oynamışam! 

Şər yalanını Şərin başına çırp! 

Ehtiraslarını münaqişələrə sərf etmə, döyüşlərə saxla! 

 

Ürəyin qaranlıqları yarsın! 



Daxilindəki Mütləq sənə yar olsun! 

 

14 Murad günü, Köçəri Ay, 8-ci il. Bakı. 

 

(Qeyd: Bu Qəlbinin həyatda adı İlham idi. Döndü). 



 

SAFRUHA 

Evladım öz fikrini Ataya bildirməkdə səhv eləmir. Ancaq o, 



Atayla razılaşmamaqda səhv eləyir. Belə hallarda Evlad özünə 

yox,  Ataya  inanmalıdır:  vaxt  həmin  İnamın  düzgünlüyünü 



Mütləq göstərəcək! 



Atayurdda doğan Amal Günəşi dünyanı işıqlandırmalıdır. 

Bunun  üçün  Müqəddəs  Kitablar,  Kəlamlar,  Hökmlər, 

Sənədlər başqa dilə tərcümə olunmalıdır. 



 

63 


Şər dili yoxdur, Şər Ehkamı var, Quruluşu var, Siyasəti var, 

Zoru var. 



Evladım Ata Buyuruğuna Mütləq mənada əməl etməlidir! 

Ata Sözü Mütləqdir! 

 

15 İnam günü, Köçəri Ay, 8-ci il. Bakı. 

 

 



SAFRUHA 

Mərasimi qələmə alırsan, ruhani tarix səviyyəsində. 

Gələn  görüşümüzdə  Ataya  Mərasimlərin  Şərhini  təqdim 

edirsən. 



27 Qismət günü, Köçəri Ay, 8-ci il. Bakı. 

 

 



SAFRUHA SUALLAR 

1. Son hökmləri Evladlara oxudunmu? 

– Şifahi çatdırmışam, oxumuşam da – burdakılara. 

 

2. Bayrağımız bitirmi? 



– Çalışırıq. 

 

3. Ataya sorğunu nə vaxt, harada keçirirsiniz? 



– Buyuruq Atanındır. 

– Müqəddəs İl Mərasimində. 

 

4. Mütləqiliyə xələl dəymir ki? 



– Yox. 

 

SAFRUHA 

İntizam qırılsa, Amalın beli qırılar. 

Müqəddəslik qarşısında xəcalətli olarıq. 

Düzgün  əyriliyini  indi  düzəltməsək,  Övladlıq  ləyaqəti 

əyilər... 


 

64 


Düzgün gəlməliydi, nəyin bahasına olursa-olsun! 

Gördüyü  xeyirli  işin,  əməlin  “əvəzini  istəmək”  bugünl-

üyünə tutulub Düzgün, çox zəhərli bir xəstəliyə... 

Anlamır ki, evladın sağ olması Amalın var olması deməkdir, 

fədakarlıq – adi halımızdır. 

Hökmün  bir  üzünü  mütləq  Düzgünə  çatdır,  gəlsin  Atanın 

yanına – tövbəyə... 

Atasız yaşaya bilirsə  gəlməsin! 

Ata Sözü Mütləqdir! 

 

16 Arzu günü, Günəş Ayı, 9-cu il. Bakı. 

 

 

SAFRUHA, EVLADLARA 

Atadan  Ad  almağa  can  atanlara  İntizam  Mütləqiliyini 

anladın, həkk etsinlər ömürlərinə. 

 

16 Arzu günü, Günəş Ayı, 9-cu il. Bakı. 

 

 

SAFRUHA 



Evlad Ehtiramı Pakdır! 

Şərə  qarşı  çevrilmiş  “İnsan  Haqqı”  leqal  yazını  3  nüsxədə 

maşınkada çap elə. 

Tarixi qoyma. 



21 Murad günü, Günəş Ayı, 9-cu il. Bakı. 

 

 



SAFRUHA 

Evlad ehtiramı pakdır! 

1.  Mərasimlər  Dəftəri  Düzəlt:  Mərasimlərin  məğzini, 

mənasını,  gedişatını  yaz,  saxla,  sabaha  çatdır.  Evladların 

çıxışlarını topla, Ata Sözünü hifz elə... 

Sabahkılar üçün heç nə İtməsin. 


 

65 


Mərasimin  Zahiri  tərəfləri  də  həkk  olunsun;  maqnitofonla 

yanaşı, Dəftər də Amal Tarixini qorusun. 

 

2. Düzgünün gözlənilməz əyriliyi bağışlanmır. 

Nə cür olursa-olsun, Evlad Mərasimə can atmalıdır... 

Mütləqiliyə  ən  cüzi  dəqiqsizlik  –  Amalı  əyə  bilər.  Bugün-

ləşmək – ölümdür! 

Ata  yanına  Nişanəylə  gəlir  Düzgün,  tövbə  səviyyəsindən 

asılı  olaraq,  Nişanə  ya  qaytarılır,  ya  da  qaytarılmır,  Düzgün 

evladlıqda qalır, ya da qalmır. 

Tövbə səviyyəsinə yüksəlməkdə kömək et Düzgünə... 

Mütləqilik – Evladların adi halıdır, bunu anlat. 

Bir  də  Xalq  məsələsini;  Türk  tarixli,  Türk  mədəniyyətli, 

Türk dilli Vahid Atayurd İdeyasını anlat. Bir də... 



Dirilsə  –  Evladlıqda  qalsın.  Bir  də  heç  vaxt  ruhən 

ölməsin... Ölüm gözləməyək bir də Düzgündən! 

 

3. Bütövün xəstəliyinə qorxaqlıq mikrobu qarışmayıb ki?.. 



Sabah  hamımız  Ölümə  getsək,  həmin  məqamda  Bütövün 

birdən xəstəliyi tutmaz ki? 

Bütöv  özünü  yaxşımı  bilir  –  xəstəlikdimi  doğrudan  gəlmə-

məyinin səbəbi? 

“Xəstələnmək”  adəti,  mərasimə  gəlməmək  adəti  –  Xəya-

nətdir, bunu bilirmi? 

Səbəbindən asılı  olmayaraq, Düzgün də, Bütöv  də Şərə  gə-

rək oldular Mərasim günü. Xəstə-xəstə gəlsəydi, Atanı narahat 

eləyərdi  Bütöv,  ancaq  Fədakarlıq  Ləyaqətinə  yüksələrdi  həm 

də... 

Bilsinlər 



Atanın 

fikrini 


Mütləqiliyə 

ağ 


olanlar, 

Mütləqilikdən ayrılanlar. 



 

4. Ələyimiz yanımızda olmalıdır. 

Şər adamların sümüyünə işləyib, qoymur İnsanlaşsınlar... 



Bugünün havası canlarına hopub... 

 

66 


Evlad  Bugündən  –  onun  hərcayi  sərbəstliyindən,  zülm  və 

yalan bəlasından tam ayrılmalıdır... 

 

5. Təzə hökmləri Evladlara oxu. 



 

6.  Qəlbiylə  aylıq  əlaqə,  Bütöv  vasitəsiylə  Özümlüylə, 

Özümlü vasitəsiylə Düzgünlə aylıq əlaqə yarat... 

Amal gerçəkliyiylə bağlılıq Mütləqləşsin! 

 

7.  Elə  eləyin  ki,  Evinizdəki  Yadlar  Yağılaşmasın,  “Koçe-



qarlaşmasın”, heç olmasa yadlıqda dayansınlar. 

 

8.  Ruhun  xidmətçisi  olan  Bədənə  qayğı  göstərin.  İmkan 



daxilində dərmandan uzaq olun. O, bədəni zəhərləyir Mütləq. 

Öyrənin  bədəninizi,  onun  imkanlarını  və  imkansızlıq-

larını... nöqtəsinə, vergülünə qədər. 

 

Daxilindəki Mütləqdən Güc al! 

 

27 Qismət günü, Günəş Ayı, 9-cu il. 

 

SAFRUHA 

Evlad Ehtiramı pakdır! 

“İşığında” mənadan məhrum deyimlər yoxdur. 

Amallı deyimləri seçdim yalnız. 

Onları  təqdim  eləyərsən  Evladlara,  öyrənərlər,  öyrədərlər, 

sabaha çatdırarlar. 

Başqalarını  kitabında  çatdırarsan  oxuculara,  imkanın  olsa, 

mətbuatın  kütləvi  növlərindən  –  jurnallardan,  qəzetlərdən 



yetkincəsinə istifadə eləyərsən... 

Girişin  Ataya  qədər  hissəsində  yazıçılıq  etirafı,  ənənəvi 

tərcümeyi-hallıq  hiss  olunur  ki,  onun  əvəzinə  “Zülmətdən  – 

İşığa”  ideyasının  fərdi  ifadəsi  gərəkli  olardı,  çağırış  olardı 

Yola, həm də Dərs! 

Həcmin kiçikliyi bizim ölçümüzdə kiçiklik deyil. 


 

67 


Yanğı söndürən bulaq suyu gərəkdir elə. 

Ataya  qədərki  deyimlərdə  Şər  tam  rədd  edilmir,  Ehkam 

Quruluşdan  ayrılır,  şər  “peyğəmbərləri”  günahsızlaşır,  Amal 

baxımından yalan var onlarda – Şərə xidmət eləyən... 

Ürəyindən  pozduğun  yalanları  kitabından  pozmamısan

Ürəyini bir də yoxla... 



Şəri yaradan Şər peyğəmbərləridir. 

Müasir  Şər  onların  kəlamları  əsasında  yaranıb!  Bu  – 

Amalın əlifbasıdır. 



Şər  peyğəmbərlərinin  ünvanına  xeyirli  söz  şər  əlifbasıyla 

yazıla bilər yalnız. 

Ümumən bir daha və həmişəlik bil və agah ol! Bizim Amal-

dan  kənar  xüsusi,  azad,  suveren  yaradıcılığımız  yoxdur,  ola 

bilməz! 


Bizim  Amaldan  kənar  xüsusi,  azad,  suveren  təsəvvürümüz, 

fikrimiz, ideyamız yoxdur, ola bilməz! 

Ata  Sözü,  Amalı,  Kəlamları,  Hökmləri  Mütləqdir  – 

hamımız üçün! 

Müstəqilliyimiz  –  Amala  bağlılığımızdır,  ondan  başqa 

müstəqilliyimiz yoxdur... 

Bugünün Şərqi və Qərbi hərcayiliyindən, yekəbaşlı sərbəst-



lik  heyvərəliyindən  Yerdən  Göyə  qədər  uzaq  olmalıdır 

Evladlar. 



Özümüzü  Amala  fəda  eləmişik,  müstəqilliyimizi  könüllü 

surətdə Amala bəxş eləmişik.  

Fədailikdən başqa müstəqilliyimiz yoxdur. 

Amaldan kənara çıxmaq – heç olmaqdır Evlad üçün. 

“İşığını” gücləndir. Qaranlığı yarsın. 

Bir  səmtə  yay  işığı...  Parçalama,  paralama,  səpələmə  hər 

tərəfə: qaranlığa qarşı getsin işıq – inadlı, ardıcıl, daimi. 

Fikirlərin  bəzilərini  ağır  deyirsən:  təbli  gəlməlidir  indən 

sonra deyimlərin, çünki yetkinlik çağındasan. 

 

Daxilindəki Mütləq sənə yar olsun! 



Ürəyin qaranlıqları yarsın! 

 

68 


Seçdiyim Deyimlər Atanın Oxlarıdır – şərə tuşlanan, Xeyirə 

gərəkli, Amala Tən. 

“Ata  İşığında”  kitabının  təzə  çeşidinin  birini  Ata  üçün 

xüsusi hazırla. 



10 Qismət günü, Çiçək Ayı, 9-cu il. Bakı. 

 

 



Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin