On Qutsal Bitiq’in (Onluğun) Yan Bitiqləri



Yüklə 2.19 Mb.
PDF просмотр
səhifə1/26
tarix03.12.2016
ölçüsü2.19 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   26

ASİF  ATA 

 

On Qutsal Bitiq’in (Onluğun) 

Yan Bitiqləri 

 

 

 

 

 

 

 

 

 

 

I Yan Bitiq:  

RUHANİ  SƏNƏDLƏR 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 



ASİF ATA 



(İNAM ATA) 

 

On Qutsal Bitiq’in (Onluğun) 

Yan Bitiqləri 

 

 

 (Mütləqə İnam Fəlsəfəsi və Ruhaniyyatı) 

 

 

 

 

 

 

 

 

 

  Birinci  Yan Bitiq: 

 

RUHANİ  SƏNƏDLƏR 

 

Mütləqə İnam Ocağına yönəlik 

 

 



 

 

 



 

 

 



 

 

 



Atakənd  

30-il 


 



 Türkün (İlk) Ruhaniyyat Ocağı – 



Asif Atanın (İnam Atanın)  

Mütləqə İnam Ocağı  

 

 

 

 

ASİF  ATA 

On Qutsal Bitiq’in (On Müqəddəs Kitabın – Onluğun)  Yan 

Bitiqləri (Əlavə Cildləri).  

Mütləqə  İnam  Fəlsəfəsi  və  Ruhaniyyatı.  Birinci  Yan  Bitiq 

(Əlavə Cild): Ruhani Sənədlər  – Mütləqə İnam Ocağına yönə-

lik. Atakənd. 30-il. 

 

Asif Atanın “Onluğu” Türk xalqından başlayan Yeni Bəşər 



İnamının  nəzəri  əsaslarını  və  fəlsəfəsini  özündə  daşıyır.  Ona 

görə  də  dünyabaxış  özüllü  bu  kitabı  təkcə  yurdumuzun 

oxucularına deyil, bütövlükdə İnsanlığa təqdim edirik. 

Birinci Yan Bitiq’ə  Asif Atanın, əsasən Mütləqə İnam Oca-

ğına yönəlik Ocaq ilsırası boyunca yazmış olduğu və “Ruhani 

Sənədlər”  adlandırdığı  deyimləri,  buyuruqları,  dəyərlən-

dirmələri və b.k. daxildir. 

 


 

 



 

İNSANLAŞMAQ 

 

Zəmanə İnamını – İnamsızlıq saydım. 

İnam yaratdım. 

 

Zəmanə İdrakını – İdraksızlıq saydım. 



İdrak yaratdım. 

 

Zəmanə Mənəviyyatını – Mənəviyyatsızlıq saydım. 



Mənəviyyat yaratdım. 

 

Zəmanə İradəsini – İradəsizlik saydım. 



İradə yaratdım. 

 

Zəmanə Amalını – Amalsızlıq saydım. 



Amal yaratdım. 

 

Zəmanə Əməlini – Əməlsizlik saydım. 



Ocaq qaladım. 

Təqiblərə yüksəldim. Ata çağırıldım. 

 

Bəşərin nicatı – İnsanlaşmaqdadır. 



İnsanlaşın – İnsanlaşdırın... 

 

 



Şölə Ayı, 7-ci il. Bakı. 

(İyun, 1985-ci il). 

 

       

 

 

 



 

 



 



 



SAFRUHA 

1.  Kiçik  çətinlikdə  böyük  çaşqınlıq  göstərmədin.  Ancaq 

“bizi tutacaqlar” – sözündəki təlaş Adi idi. 



Özünü Yoxlamalısan! 

 

2. Müqəddəs Əməlin konkret  təcəssümü  – Övladdan  İnam, 



İdrak, Mənəviyyat, İradə tələb edir. 

Qüdrətinizi aşkara çıxarmaq üçün – Məqsəd böyükdür... 

 

3. Ata Mərasimi Tam dərk olunmayıb. 



Bu, müasir dünyanın təsiri deyil, inkarıdır. 

İndikilər Atanın əlini öpmür, cibinə girir. 

50 illik Yubiley – Müasir Murdarlıq olardı. 

Ata  Günü  –  Müqəddəs  Başlanğıc,  Müqəddəs  Hesabat, 

Müqəddəs Görüş günüdür. 

Səcdə – Müqəddəslik Qaydasıdır. 

 

4. Atayla  Görüşmək  istəyəni ”Əməl”də, “Səcdə”də, “Həyat 



Tərzi”ndə  təsdiq  olunan  Qaydalar  əsasında  Ruhən  hazırla-

yırsan. 


Hazırlıqsız Görüş olmur. 

 

5. İrəliləyirsən, ancaq Atanı redaktə etmək körpəliyindən əl 



çəkmirsən!... 

 

6. Övlad Ata hüzuruna hazırlanmış Yazıyla gəlir. 



Görüş yarım saatdan artıq olmur. 

 

7. Müqəddəs Əmələ – Kəndlərdən  Başlamaq olar. Qohum-



lardan, ən sınaqlı dostlardan. 

Sonra rayona Müqəddəs Toxum səpmək olar. 

İş yerində də Darıxan var. 

Ancaq Karıxan daha çoxdur. 

Satılan da Yox deyil. 


 

Bu səbəbdən də ora münbit torpaq deyil. 



Ancaq qadağan sahə də deyil! 

Ruhunun Yetkin çağında Risk eləyərsən! 

 

8. Şər Həqiqətin Düşmənidir. 

Onunla Yalanla danışmaq lazımdır. 

“Asif Əfəndiyevdən başqa Asif tanımıram!” 



 

9. Azlığımız – Çoxluğumuzdur. 

 

10. Təbii şəkildə, Vəhyin təsiriylə  Sonuncu Kitabça yara-



nır – “Rəmzlər”. 

Gələndə - Ayın sonuncu beşinci günündə aparacaqsan. 

Bununla da 6 Müqəddəs Kitabımız və 4 Kitabçamız olur. 



 

11.  Sənin  Odu  suyun  içində  qurtarmaq  Missiyan  – 

Müqəddəs Missiyadır və onun öhdəsindən Ləyaqətlə gəldin! 

Ataya Müqəddəs Fərəh gətirdin! 

 

12. Şər Atadan Zəifdir – Onun Safruhu Yoxdur! 

 

13.  Giriş  Əvəzini  (İnsanlaşın...)  Müqəddəs  Kitabların 



hamısına əlavə etmisənmi? 

 

14. Ruhani Hökmləri ayırmısanmı? 

 

15. “Müqəddəs Əməl”i köçür, əslini qaytar. 



 

Xəzan Ayı, 7-ci il. Bakı. 

 

 

 



SAFRUHA 

Əsilə deynən, Muğama aid məqalə və plan (balaca dəftərdə) 

çamadandadır. 

Çıxarsın, sabah gündüz saat Birdə gətirsin. 

 

“Rəmzlər”i  çap  elə  və  gələn  görüşdə  4  balaca  əsərləri  bir 



yerdə gətir, baxım qaytarım. 

 

Giriş əvəzini kitabların hamısına əlavə et. 



Eləmədiklərini Əsildəki çamadandan götür və tam nizamla. 

 

Vəziyyət haqqında Mülahizə. 



Müraciət  Sözünü  eşidiblər,  oxuyublar  və  sənin  vasitənlə 

Ataya çatdırıblar ki, elə iş görülməsin... 

 

Müqəddəs Əməllə bağlı görəcəyin işlərin yetkin planını tut, 



Ataya gətir. 

Plansız hərəkətə bulunma! 

Tələsmə, həm də Fəalsızlığa qapılma! 

 

Müqəddəs Kitablar heç kəsə verilmir, şərh olunur. 



Tanınmış, Sınanmışlar Əsilgildə əsərləri köçürürlər. 

 

Ağlına  gələn  ilk  fikri,  ürəyində  doğan  ilk  duyğunu  həqiqət 



sayma. 

(Həqiqət olsa belə). 

Onlara  tay  olan,  yaxud  onlarla  döyüşən  4  başqa  fikir  və 

duyğu  doğ,  onlar  ilkinləri  ya  ləğv  edəcəklər,  ya  da  onlara 

qayıdacaqlar. 

 

Atanın məişətinnən məşğul olmağı Zəruriyyət say... 



 

Ürəyin Qaranlıqları Yarsın. 

 


 

10 


P.S.  Mənə  Azərbaycan,  Rusiya  (SSRİ),  Türkiyə  və  Dünya 

xəritələri lazımdır. 

Özüm axtarsam, şübhələnərlər. 

Onları mənim üçün tap. 

 

Orxana, Anasına, Bacılarına Ata Uğurları! 



 

25 Xəzan Ayı, 7-ci il. Bakı. 

 

 



SAFRUH ÜÇÜN 

1. Əmələ həsr olunmuş kitabçanın adını “Sədaqət” qoymaq. 

 

2. Safruhun Kitabını “Ata işığında” adlandırmaq. 



 

3. “Rəmzlər”də carçılar yox, çarçılar (yəni rus çarının sadiq 

bəndələri) səh. 66. 

 

4.  “Ruhani  Hökmlər”i  ayırmaq  (o  hələ  bitməyib  və  uzun 



müddət bitməyəcək). 

 

5. “Ata  İşığı”nı Asif Ataya həsr olunmuş Epiqraf səviyyəli 



deyimlə başlamaq. 

(Mücərrəd  Atanın  arxasınca  getmirlər,  canlı,  şəxsi  Atanın 

ardınca gedirlər). 

(“Asif”  sözü  ərəbcə  şiddətli  külək  –  yəni  əslində  Ruh  – 

deməkdir. 

Evladlar  Ataları  üçün  layiqli  ad  tapmayınca  Asif  sözü 

Müqəddəslikdə yaşamalıdır). 

 

6. Ocağa Müraciəti adi günlərdə yaşatmaq, Ataya Müraciəti 



çətin  günlərdə,  Ülvi  Günlərdə,  Səfər  üstə,  Şərlə  üzləşəndə, 

Xeyirlə görüşəndə özümləşdirmək (“Ocaq” – Atanın İşığıdır). 

 


 

11 


7.  “Rəmzlər”də  Bir  torpaqda  becərilməyən  (yəni  bar 

verməyən) səh. 41. 

 

8. Mütləq Riayət: 



Ataya  təzim  ideyasının  bütün  mərhələləri:  baş  əymə, 

sədaqətli ürək, müqəddəs əl. 

Ata Təqvimi, Ata Yeni ili, Ata günü, Özüylə Döyüş, Ruhani 

Təkmilləşmə... 

Müqəddəs Dəftərdə əks olunur. 

Hər ay Görüş vədəsi Ataya təqdim olunur. 

(“Evladlıq”da  Tələb  olunan  Şərdən  ayrılma,  “İqbal” 

səviyyəsində,  Ruhani  Billurlaşma,  Qorxudan  azad  olmaq, 

Yırtıcıdan  azad  olmaq,  Xudbindən  azad  olmaq,  Naşıdan  azad 

olmaq,  Əyyaşdan  azad  olmaq,  Kölədən  azad  olmaq,  Hərisdən 

azad  olmaq,  Şöhrətdən  azad  olmaq  və  s.  yolunda  səy,  nəticə, 

Bugünkü, Sabahkı...). 

 

9. Bir Ruhani vərəqə, sətir belə itməməli, qorunmalı, sabaha 



çatdırılmalı. 

Ruhani Tariximiz – Ruhani Hesabatımız, Davamız. 

(Təzə  Kitab  –  Ruhani  Tariximizə  aid  məlumatlar  kitabı 

yaradılır, həmin kitab indi başlanır və qurtarmır). 

 

10. Atayla görüş tarixləşir, təqvimləşir, Kəlamlaşır. 



 

11. “Əməl”ə Mütləq Əməl! 

 

Ürəyin Qaranlıqları yarsın. 



 

Sərt Ay. 7-ci il. Bakı. 

 

 



 

 

12 


DÜNYAYA MÜNASİBƏT 

 

Safruha, Sadiqə, Əsilə 

1. Türkiyəylə, İranla, Ərəbistanla əlaqə yaratmaq gərəkdir. 

Əlaqə - qeyri-siyasi, xəlqi olmalıdır. 

Müqəddəs  Kitablar  həmin  ölkələrdə  Mütləqçi  yetirə  bilər, 

Mütləqçi Amalımızı həmin ölkələrdə yaya bilər. 

Ata Yurduna gələnlər arasında imperiya casuslarıyla yanaşı, 

layiqli şəxslər də ola bilər. 

Onlarla insani, ruhani münasibət Amalımıza kömək olardı. 

Həyatını bu çətin işə həsr eləyən Evlad istəyirəm! 

 

2.  SSRİ-də  yaşayan  əski  türk  xalqlarıyla  ünsiyyət  yarat-



malıyıq.  Bunun  üçün  Müqəddəs  Kitablar  rus  dilinə  tərcümə 

olunmalıdır və yayılmalıdır. 

Şərq xalqları biri-birinin dilini çoxdan yadırğayıb. 

Bu işi öhdəsinə alan Evlad istəyirəm. 

 

3. Müasir Şərq nəinki gözünü, hətta qulağını belə Avropaya 



uzadıb. Amalımız Avropaya çatmalıdır. 

Bu işi görə biləcək Evlad istəyirəm. 

 

Sərt Ay, Yeddinci il. Bakı. 

 

SAFRUH ÜÇÜN 

Ataya  Səcdə  Müqəddəsliyində  Atanın  portreti,  büstü 

haqqında söhbətin ülvi mənası anlaşılmaz. 

Bunu bugünkü bütpərəstliyin təsiri sayarlar. 

Bu  səbəbdən  də  həmin  müddəanı  Müqəddəs  Qanundan 

çıxartmaq lazımdır. 

Siz, Evladlar – Atanın surətini Amalımızın İfadəsi səviyyə-

sində  dərk  etsəniz,  Zahirin  Daxili  Mahiyyətinə  yüksəlsəniz  – 

Atanın Portreti məsələsini hökmsüz də həll edərsiniz. 

Ləyaqətinizin Tələbi bunu sizə öyrədər. 

 

Sərt Ay, Yeddinci il. Bakı. 


 

13 


MƏLUMAT 

Bu  ayın  13-də  Dövlət  Təhlükəsizlik  Komitəsinin  Şöbə 

müdiri Tofiq Heydərov Ata Evinə gəldi. 

–  “Niyə çap olunmursunuz? 

Niyə doktorluqla bağlı Moskvaya zəng vurmursunuz? 

Niyə kitablarınızın nəşriylə maraqlanmırsınız? 

Bilirik ki, dəyişməmisiniz...” 

 

Dedim  ki,  “cavanlıqda  müxtəlif  balaca  qazanlar  qaynadır-



dım. 

İndi bir Böyük Qazan qaynadıram”. 

Çaşqın idi – narahat idi. 

13 Qar – 7-ci il. 

 

 



SAFRUH ÜÇÜN 

1. Müqəddəs İllə Görüşə Ruhani səviyyədə hazırlaşırsan. 

Qayda yazılıb. 

Onun hərfinə və Ruhuna tam riayət etmək gərəkdir. 

Görüşü Hadisəyə çevirmək lazımdır. 

Texniki tərəfi hərtərəfli düşünürsən, Yetkin şəkildə hər şeyi 

Dəqiqliklə müəyyən eləyirsən, Əsillə birgə. 

(Harada, saat neçədə, kimlə?) 

Maqnitofon olsa – Ata Müraciətini yazarsan, bu təsirli olar; 

olmasa – oxuyarsınız Biriniz. 



Məndən olsa – Sən. 

 

2.  Zəruri  saysan,  Atayla  Mərasimlə  bağlı  ayda  iki  dəfə 



görüşə bilərsən. 

İkinci həftənin beşinci günü, bir də əvvəlki. 

Sənədlərimizi tənzim et, diqqətlə, məsuliyyətlə qoru. 

 

Ürəyin Qaranlıqları Yarsın! 



Qar Ayı. 

 

14 


SAFRUH ÜÇÜN 

1. Zəruriyyət. 

15 yaşlı Evlad gərək – gələn əsrin əvvəlində 30 yaşı olacaq. 

18 yaşlı Evlad gərək – gələn əsrin əvvəlində 33 yaşı olacaq. 

 

2. İnamsız həyat gənclik yavanlığını Yamanlığa çevirir. 



Evladlaşdırmaq – Yamanlıqdan uzaqlaşdırmaq... 

Qəddarlıq  Yamanlığı  görürəm  gənclərdə,  haramlıq  yaman-

lığı  görürəm  gənclərdə,  yabançılıq  yamanlığı  görürəm  gənc-

lərdə, bir hissəsində də məscid hədyanlığı, avamlıq... 

Dəbbə arxasında hədsiz yazıqlıq... 

(Yazıqlığın qəddarlığından olmaz!) 

Dəhşətli Atasızlıq! 



Bilmir nə eləsin, ona görə də yamanlıq eləyir cavan. 

Lap uşaq yaşından yaşamır... 

 

3. “Dindarlar Ataya daha yaxındır!” – fikri səhvdir. 



Dünənkilər – bəli, bugünkü dindarlar – yox. 

Onlar Xomeyni bədnamlığına yaxındır. 

Qoyun mütiliyi onu yaratdı ki, südəmər körpələri analarının 

qucağından alıb raketin qabağına yollayırlar mollalar! 

Bizə özümüzdən başqa Yaxın olan yoxdur... 

Bu səbəbdən də başqalarını özümləşdirməliyik. 

Dindarları yalançı İnamdan xilas eləməliyik, onlardan Evlad 

yetişdirməliyik və Dindarların xilasına göndərməliyik. 

 

4.  Müqəddəs  İlimiz  Novruz  Bayramından  fərqlidir.  Onun 



vaxtını fərqli müəyyənləşdirmək lazımdır. 

1 Günəş Ayı, 1979-cu il köhnə təqvimlə. 

 

5. İllə görüş Qaydalarıyla Əsili tanış elə. O, Qaydayla tanış 



deyil.  

Ruhani  Hökmlər,  “Sədaqət”  Səfər  ayağında  Əsil  tərəfin-

dən öyrənilir. 

 

15 


 

6. Günəş Ayının başqa günündə də Müqəddəs İllə görüş-

mək olar. 

Ancaq Novruzdan fərqli. 

28 Köçəri Ay, 7-ci il. Bakı. 

 

 

ATAYA MÜQƏDDƏS TƏZİM QANUNU 

Baş əymək, əlini ürəyin üstünə qoymaq, Əlini öpmək. 

Baş əymək – Hörmət rəmzi. 

Ürək vermək – Məhəbbət rəmzi. 

Əlini öpmək – Səcdə Rəmzi. 

Biz sübut etmək istəyirik ki, dövlətdən başqa xalq da var. 

Bizə  sübut  etmək  istəyirlər  ki,  dövlətdən  başqa  heç  nə 

yoxdur. 


 

Akademiyanın  kitabxanasında  iki  cavan  və  bir  yaşlı  Atanı 

izləyir. 

Akademiyanın  Arxitektura  və  İncəsənət  İnstitutunda  bir 

çaqqal sayaq adam Atanı izləyir. 

Bulvarda bir yaşlı şəxs Atanı izləyir. 

Akademiyanın  bağında  bir  nəfər  möhtəşəm  bədənli  Atanı 

izləyir. 

Ata isə xüsusi qoruyucuya ehtiyac hiss eləmir. 

 

Ataya  elə  təzə  Evlad  lazımdır  ki,  ətrafdakı  həyatsızlıqdan, 



həyasızlıqdan,  İnsansızlıqdan  tam  əl  çəkə  bilsin,  Yeni  Həyat 

həsrətiylə  yansın,  Bütünlüklə,  Hərtərəfli  Yalançı  Dünyayla 

hesabını  çürüdüb  qurtarsın,  Atalığa  qovuşsun,  özünü  dünyaya 

qarşı  qoya  bilsin,  İnamımızın  təzəliyi,  Bənzərsizliyi  səviyyə-

sində yaşaya bilsin, kamilləşmə ləyaqətinə yüksəlsin! 

Xalq  bizə  belə  Evladlar  verməyə  qadirdir,  ancaq  səbrimiz 

də dərya boyda olmalıdır. 

 


 

16 


 

SAFRUH ÜÇÜN 

Bənzərsizliyimiz:  “Heç  nə  eləməyə-eləməyə”  hər  şey 

eləmək. 


Ataya Təzim Qanununun Son, Yetkin çeşidini yazmışam. 

Ona əməl eləmək – Müqəddəs Borcdur. 

 

Seçdiyin,  Dəyərləndirdiyin,  Məsul  olduğun  Şəxsləri  Ata 



Görüşünə hərtərəfli hazırlayanda həmin Qanuna Mütləq riayət 

Zəruriliyini də öyrət. 

Əvvəl  tərəddüd  edib  sonra  Qayıdanlar  tərəddüd  çirkabını 



Əməl Suyuyla yumalıdırlar. 

Tərəddüd bağışlanmır – Tərəddüdçü tərəfindən Murdar çirk 

kimi silinir. 

Tərəddüdçü  çox  çətin  və  ağır  Vəzifəni  boynuna  götürməli, 

həyata keçirməli, tərəddüdsüzlüyünü Əməllə sübut etməlidir. 

“Mənə Ölümlə üzləşən İş Buyur – Naqisliyimi Yuyum!” 

Tərəddüdçü bu ricayla Ata hüzuruna gəlməlidir. 

 

“Müqəddəs İllə görüş”ü Ata Tələbinin hərfinə və Mənasına 



Mütləq Uyğunluq səviyyəsində keçirdin. 

Mərasimi təsvir elə, hifz elə, Sabahkılara çatdır. 

Tərəddüdçüləri, Qaçqınları dəvət etmə. 

Say Ruhani hesabda əsas rol oynamır. 

Vətəni Müqəddəs Ənənələr nuruna boyayacağıq! 

Ruhaniyyat  Düsturu:  “Ucalıb  Mənəvi  Günəşə  çatmaq, 

Günəş yerində dayanmaq!” 

 

Ürəyin Qaranlıqları Yarsın! 



 

Köçəri Ay, 7-ci il.  

 


 

17 


EVLADLARA 

Ənənə yarandı.  

Amalın Əməl dövrü başlandı. 

Mübarək gündür Günümüz! 

Nəbini Oğulluğa götürürəm. 

Onun oğulluğunu halal sayıram. 

Evimdə gözləyirəm. 

Safruhum, Əsilim, Halalım. 

Üçüm – Üç Dünyam. 

Ürəyinizdəki Mütləq Sizə Yar olsun. 

 

Müqəddəs Gün. 8-ci il. 

Bakımız. 

 

HALAL ÜÇÜN 

Adını Halal qoydum – adına layiq olasan! 

Ömrünü səndən alıb Amala həsr elədim – Amallaşdırdım! 

 

Ürəyin qaranlıqları yarsın! 



Daxilindəki Mütləq sənə yar olsun! 

 

23 Günəş Ayı, 8-ci il. 

 

SAFRUH ÜÇÜN 

1. Şər oynadılır və buna görə də qeyzlənir. 

Qorxuda bilmir, bu səbəbdən də qorxur. 

 

2. Yazılarında “Ata Şər qeyzində” bölgüsü ayır. 



 

3.  Şər  Evladlara  ciddi  təsir  edəcəyinə  inanmır,  cüzi  təsirə 

ümid bəsləyir. 

Cüzi təsir belə Evlad üçün Məğlubiyyətdir. 

Evladlarımdan Məğlubiyyət gözləmirəm. 

 


 

18 


4.  Oxucu  haylayırsan:  Kitablarımızın  hər  sətrini,  nöqtəsini, 

vergülünü gözünə təpəcəklər – saysız-hesabsızdır. 

Ancaq  Şər  Müqəddəs  Sözün  hər  hərfi  üçün  ələk-vələkdir: 

ələ keçirsin, yandırsın. Oğlum nədənsə unudur ki, Atanın hərə-

katımızla bağlı düşünmədiyi, daşınmadığı məsələ yoxdur. 

Əgər Ata Vacib bir məsələni görmürsə, o, nə Atadır? 



Ruhaniyyatda Mütləq səbrə xilaf çıxmaq – qeyri-yetkinlik 

sayılır. 

Bizim bənzərsiz vəziyyətimizdə o, ciddi zərər törədər. 

 

5. Hərəkatımızın Adı Bəllidir: Asif Ata Hərəkatı. 



 

6.  Zamanla  Təmas  Qaydası  (Diplomatiya  əvəzinə): 

Əlçatmazlıq, Bənzərsizlik, Müstəqillik. 

 

7.  Müqəddəs  Kitabları  Ata  səsiylə  Maqnitofona  yazmaq 



lazımdır. 

Bununla Şərin bəd niyyəti puç olur. 

Əsillə  birgə  hərtərəfli  düşünün:  nə  vaxt,  harada,  hansı 

müddətdə neçə kaset gərək olacaq, maliyyə problemi. 

Vəziyyəti hazırlayın. 

 

8. Əmələ başlayın, Səfərə çıxın, xalqı Amallaşdırın. 



Bunun üçün nə lazımsa deyilib, yazılıb – İnamınıza hopdu-

run, İdrakınıza həkk eləyin, Mənəviyyatınıza çiləyin, İradənizə 

calayın. 

Amala layiq Əməl tələb eləyirəm sizdən. 

 

9. Evlad Savadı – Müqəddəs Kitablar. 



Hər sətrinə qovuşmaq. 

Ürəyiniz Qaranlıqları Yarsın! 

Daxilinizdəki Mütləq Sizə Yar Olsun! 

 

20 Günəş Ayı, 8-ci il. Bakı. 



 

(“Atayla Görüş” dəftəri tut, ora yaz. 

Əslini qaytar. Əsilə oxu). 


 

19 


MƏLUMAT 

 

1. Dünən Heydərovla görüşdük. 



 

2.  O,  sübut  etmək  istədi  ki,  Safruh  “Ata  məndən  müraciət 

tələb elədi” – deyib, “Əsərlərimi çap elə” – deyib.  

Mən sübut etdim ki, Safruhun Ocaqla, Atayla heç bir əlaqəsi 

olmayıb  və  yoxdur;  o,  yalnız  filosof-tənqidçi  Asif  Əfəndiyev 

tanıyır, onu evində bir neçə gün qonaq saxlayıb, avtoreferatını 

çap eləyib. 

 

3.  Heydərov  Safruhun  Müəssisəyə  təqdim  etdiyi  yazısını 



görsətdi  və  mən  bildim  ki,  Safruh  Ata  hökmünə  tam  əməl 

eləyib  və  heç  bir  sirr  verməyib  –  əslində  Müəssisə  heç  nə 

bilmir. (Özünü hər şeyi bilən görsətsə də). 

 

4.  Safruhun  sevimli  Qardaşı  Sadiq  haqqında  “Gombul” 



ifadəsini daxili  qeyzlə  yazdığını, “Atayla  əlaqəni kəsməyə  söz 

verirəm” patetikasında daxili inamı bariz hiss etdim. 

 

5.  Ən  ibtidai  və  şablon  bir  üsulla:  Evladla  Ata  arasında 



münaqişə  yaratmaq;  Ataya  “Evlad  satqındır”,  Evlada  “Ata 

naqisdir” – Fikrini təlqin etməklə – döyüşürlər. 

Əlifba  səviyyəsində  Fənd  qururlar,  çünki  başqa  səviyyələri 

yoxdur. 


 

6. Güman eləyirlər ki, Ata Təzə bir iş görür. 



Nə iş, harda, necə  gümansızdırlar. 

 

7.  Atanı  cismani  Ailə  çərçivəsinə  salmaq,  keçmiş  həyat 



yoldaşını onun üzərində nəzarətçi qoymaq, məişətləşmə bəxti-

yarlığına yüksəltmək cəhdi var. 

Bu, deyəsən, hələlik Müəssisə müdrikliyinin zirvəsidir. 

Yəqin ki, Safruha da buna bənzər iqbal “hazırlayırlar”. 



 

20 


8.  Tam  əmin  oldum  ki,  Müəssisəylə  münasibətin  Ata  Xətti 

özünü tam doğruldur. 



Onun  hərfinə  və  Ruhuna  əməl  etmək  –  Müqəddəs 

Borcdur. 

 

28 Günəş Ayı, 8-ci il. Bakı. 

 

 

 


  1   2   3   4   5   6   7   8   9   ...   26


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə