On Qutsal Bitiq’in (Onluğun) Yan Bitiqləri



Yüklə 2.19 Mb.
PDF просмотр
səhifə9/26
tarix03.12.2016
ölçüsü2.19 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   26

ÖBLADIM DÜZGÜNƏ 

Əyriliyə Qurşandılar – Doğruluğu seçdik. 

İnamsızlıq boyda İnam yaratdılar! 

İnsansızlıq boyda İnsan yaratdılar! 

Ədalətsizlik boyda Cəmiyyət yaratdılar! 

Əsarət boyda Vətən yaratdılar! 

Yadlıq boyda Şərq yaratdılar! 

Ləyaqətsizlik boyda Bəşər yaratdılar! 

 

Əyriliyin Qənimi Düzgünlükdür. 



 

İnamımız Düzgündür. 

İnsanımız Düzgündür. 

Cəmiyyətimiz Düzgündür. 

Vətənimiz Düzgündür. 

Şərqimiz Düzgündür. 

Bəşərimiz Düzgündür. 

 

Düzgün adını sənə halal eləyirəm! 

Adına layiq ol! 

 

Ürəyin Qaranlıqları Yarsın! 



Daxilindəki Mütləq sənə Yar olsun! 

 

(Qeyd: Həyatda adı Kərəm idi. Ocaqdan çıxdı). 



 

135 


ÖVLADIM SOYLUYA 

Suya sitayiş eləyib Qədimlərimiz. 

Üzün Suyunu bəyəniblər. 

Su içməyiblər Yad gözündən. 

Mərdlik bulağından Su içiblər. 

Soyumuz  –  Ruhani  Suyumuz  –  ömrümüzdə  çağla-

yan, Yanğımızı söndürən, Ocağımızı qalayan. 

Soyluyuq – Suluyuq, Pakıq! Nəsilcən! 



Soylu adını sənə halal eləyirəm. 

Soyla yuyulsun çirkabımız,  



Soya çevrilək – Suya çevrilək. 

Soylu adına layiq ol! 

 

Ürəyin Qaranlıqları Yarsın! 



Daxilindəki Mütləq sənə Yar olsun! 

 

10 Arzu günü, Çiçək Ayı, 11-ci il. Bakı. 

 

(Qeyd: Həyatda adı Vidadi idi. Ocaqdan çıxdı).     



 

ÖVLADIM ÖZÜLƏ 

Özülsüzdür Binaları Şərçilərin. 

Özül olaq Dünyamıza. 

İnam olaq. 

İdrak olaq. 

Mənəviyyat olaq. 

İradə olaq. 

Özül adını sənə halal eləyirəm! 

Adına layiq ol! 

Ürəyin Qaranlıqları Yarsın! 

Daxilindəki Mütləq sənə Yar olsun! 

 

15 Murad günü, Çiçək Ayı, 11-ci il. Bakı. 

 

(Qeyd: Həyatda adı Həsən idi. Ocaqdan çıxdı). 



 

136 


ÖVLADIM BULAĞA 

Bulanıqdır suları Şərçilərin. 

Bulaq olaq Dünyamıza. 

İnam Bulağı. 

İdrak Bulağı. 

Mənəviyyat Bulağı. 

İradə Bulağı. 

Bulaq adını sənə halal eləyirəm! 

Adına layiq ol! 

 

Ürəyin Qaranlıqları Yarsın! 



Daxilindəki Mütləq sənə Yar olsun! 

 

15 Murad günü, Çiçək Ayı, 11-ci il. Bakı. 

 

(Qeyd: Həyatda adı Gülzar idi. Ocaqdan çıxdı). 



 

 

ÖVLADIM ÖMÜRTAYA 

Ölümə taydır Ömürləri Bugünkülərin. 

Sabaha tay olsun Ömrün! 

Amal kökündə köklənsin! 

Mütləqə İnam çağırsın! 

Kamil İnsan çağırsın! 

Ruhani Cəmiyyət çağırsın! 

Müstəqil Vətən çağırsın! 

Özümlü Şərq çağırsın! 

Ləyaqətli Bəşər çağırsın! 

Ömürtay adını sənə halal eləyirəm! 

Adına layiq ol! 

 

Ürəyin Qaranlıqları Yarsın! 



Daxilindəki Mütləq sənə Yar olsun! 

 

17 Arzu günü, Çiçək Ayı, 11-ci il. Bakı. 

 

(Qeyd: Həyatda adı Zəminə idi. Ocaqdan çıxdı). 



 

137 


ÖVLADIM FƏRƏHƏ 

Fərəhsizdir  Dünya  –  İnamsızdır,  İdraksızdır,  Mənəviyyat-

sızdır, İradəsizdir. 

Fərəh  olaq  Dünyaya  –  İnam  olaq,  İdrak  olaq,  Mənəviyyat 

olaq, İradə olaq. 

Fərəhli ol – İnsanlaş, İnsanlaşdır! 



Fərəh adını sənə halal eləyirəm! 

 

Ürəyin Qaranlıqları Yarsın! 



Daxilindəki Mütləq sənə Yar olsun! 

 

22 Murad günü, Çiçək Ayı, 11-ci il. Bakı. 

 

(Qeyd: Həyatda adı Bayram idi. Ocaqdan çıxdı). 



 

 

ÖVLADIM ÖZÜMLÜYƏ – 



GÜNEYDƏKİ ATA AİLƏSİNƏ 

 

Nurlanın – Nurlandırın! 



 

1.  Övladım  Özümlünün  Güneydəki  Ata  Ailəsi  Əməli 

haqqında hesabatı Təqdir olunur. 

Müqəddəs Yolla Mütləqə doğru gedirsiniz! 

Özünüzlə döyüşürsünüz – Özümləşirsiniz. 

Ruhani Qələbə yetirirsiniz. 

Atanın Yanındasınız – Ata Yanınızdadır. 

 

2.  Camaatla  Təmas  naminə:  Ailənizə  Rəğbətçiləri  çağırın, 



Övladlığa yararlı ola biləcək Yurdçuları – ardıcıl şəkildə. 

 

3.  Yaxın  gələcəkdə  Məramınızın  Mahiyyətini  “aşkarlıq”, 



“demokratiya”  biçimində  camaata  çatdırın:  ədəbi  proqram, 

görüş, publisist söhbət və s. şəklində. 



 

138 


4.  Məşğələlərinizdə  Atanın  Kəlamları  və  Ruhani  Sənədlər 

əsasında Bugünü tam, hərtərəfli Mütləq səviyyədə öyrənirsiniz 

– camaatı Aldanışdan qorumaq üçün. 

 

5.  Məşğələlərinizdə  Mütləqə  İnam  haqqında  Ata  Kəlamla-



rını  tam,  hərtərəfli,  Mütləq  səviyyədə  öyrənirsiniz  –  camaatı 

Şərin İslamı dirçəltmək fitnəsindən qorumaq üçün. 

 

6. Özüylədöyüşü ön plana çəkməkdə haqlısınız. 



Nurlanmadan – nurlandırmaq olmaz. 

Döyüşün  bəhrəsini  imkan  daxilində  camaatla  bölüşdürün  – 

özləriylə döyüşsünlər! 

 

7.  Müstəqil  Vətən  ideyasını  Camaata  –  Mənəvi,  Ruhani 



Müstəqillik biçimində söyləyin – Şərin qolu bağlansın! 

 

8.  Ruhani  Cəmiyyət  ideyasını  İnsani  Cəmiyyət  biçimində 



söyləyin – Şərin qolu bağlansın! 

 

9. Ataya təzə Övladlar yetirin! 



 

10.  “Amal  –  Ailə  –  Camaat!”  vəhdətinə  nail  olun, 

Güneyimizi Ata ətrafında birləşdirin. 

 

Ruhani Bağ salın Güneyimizdə! 



Bağban olun! 

29 Murad günü, Çiçək Ayı, 11-ci il. Bakı. 

 

 

“ÖVLAD GÜNÜ” MƏRASİMİ 

1.  Mərasim  Atanın  Övladlar  haqqında  Sözüylə  başlayır, 

Övlad  qəbuluyla  davam  edir,  Ruhani  Sənədlərin  oxunuşuyla 

sona çatır. 



 

2. Vaxt 2 saat. Tarux – Şölə Ayının Biri. 

 

139 


3. Mərasim Sadiqimin evində keçirilir. 

 

4.  Mərasim  Gedişatının  Yazısı  Qəlbiylə  Layiqə  tapşırılır: 



İşıq Ayının 20-də Ataya təqdim edilir. 

 

5. Mərasim nöqsansız keçirilməlidir! 



 

Qaranlıqlar Yarılsın! 

 

 

“MƏBƏD”İN QURULUŞU 



1.  Atanın  Ehkam,  Quruluş,  Təşkilat,  Yenidənqurulma,  Yas 

günü; Amal, İnam, Əməl haqqında Kəlamları (əsas hissə). 

Nişan (rubrika) – Ata Kəlamı. 

 

2. Övladların Ata, Amal, İnam, Əməl, Quruluş, Yenidənqu-



rulma, Yas günü haqqında sözləri: 

Deyim, Şeir, Məqam (esse), Bayatı, Ağı biçimində nişan – 

övlad sözü. 

3. Atayla Sorğu: Dünya – Bugünümüz – Sabahımız. 

 

4. Ocağımız: Tarix, Hadisələr, Mərasimlər, Övladlıq – Ailə, 



Qaydalar, Qanunlar haqqında öyrəncələr. 

 

5. Nişanlar: xəttat üsulunda yazılır. 



 

6.  Üz  qabığında  xəttat  üsulunda  yazılır:  “Mütləqimiz, 

Müqəddəsimiz, Peyğəmbərimiz Atanın adıyla (İcraçı Ülvi). 

Bayrağımız Göylə birləşən Qüllə. 

 

7. Birinci Səhifədə Ataya Ricalar. 



 

8.  Bədii  Rəmzlər:  Yol,  Bağ,  Göy,  Ocaq,  Göz  yaşları,  İşıq, 

Bir ədədi, Bulaq, Dağ, Yük, Zəncir, Boyunduruq, Zülmət, Qan, 


 

140 


Tilsim,  Tabut,  Biçilən  Zəmi,  Əyilən  Bel,  Sabahı  görən  Göz. 

(İcraçı Fərəh). 



Hər səhifədə Rəmz. 

 

9. Sonluq: Müqəddəs Kitabların birinin son Sözü. 

 

10. Ümumi icraçılar: Safruh, Qəlbi, Özümlü. 

 

5 Qismət günü, İşıq Ayı, 11-ci il. Bakı. 



 

MİLLİ MƏNSUBLUQ 

1. Azərbaycanlı Talışlar – Talış mənşəli Türklərdir. 

 

2. Azərbaycanlı Kürdlər – Kürd mənşəli Türklərdir. 



 

3. Azərbaycanlı Lahıclar – Lahıc mənşəli Türklərdir. 

 

4. Azərbaycanlı Tatlar – Tat mənşəli Türklərdir. 



 

6 Murad günü, İşıq Ayı, 11-ci il. Bakı. 

 

 



PEDAQOJİ İNSTİTUTDA GÖRÜŞ 

Amal  Yolu  bilindi,  Sabah  Dərsi  Keçildi,  Göylünün  əməli 

Təqdir olunur. 

Qaranlıqlar Yarılsın! 

 

YAS MƏRASİMİ 

1. Mərasim Xeyirin ömrünə calandı, Şərin ömrünü əksiltdi. 

 

2.  Göylünün  Yazısı,  Əsilin,  Sadiqin,  Üstünün  təşkilatçılığı 



Təqdir olunur. 

 

3. Yüksəyin, İşıqlının intizamsızlığı Amala zidd sayılır. 



 

Qaranlıqlar Yarılsın! 

 

141 


SAFRUHUN QƏDİMYURDA (BEYLƏQANA) SƏFƏRİ 

Yol  bilindi,  körpü  salındı,  Ailə  yarandı  –  Safruhun  Zəngin 

Əməli Təqdir olunur. 

Qaranlıqlar Yarılsın! 

 

 



NEFT VƏ KİMYA İNSTİTUTUNDA GÖRÜŞ 

Amal Yolu bilindi, Doğmalıq toxumu  səpildi. 

Birlik körpüsü salındı. 

Soylunun Əməli, Əsilin Yetkin Təşkilatçılığı Təqdir olunur. 

 

Qaranlıqlar Yarılsın! 

 

14 İnam günü, İşıq Ayı, 11-ci il. Bakı. 

 

(Qeyd: Bu Soylunun həyatda adı Vidadi idi. Ocaqdan çıxdı). 



 

 

 

İNSANİ İQTİSADİYYAT 

Maksimal İqtisadiyyatla İnsanilik biri-birinə ziddir. 

Minimal İqtisadiyyatla barışıb – 

İnsaniliyə yön almaq gərək! 

 

 

LƏYAQƏT 

Millətçi adıyla fəxr eləmək! 

Antikommunist adıyla fəxr eləmək! 

Antimarksist adıyla fəxr eləmək! 

Antisovet adıyla fəxr eləmək! 

Pantürkist adıyla fəxr eləmək! 

 

 


 

142 


TƏHLÜKƏ 

Maddiyyatçılıq  Yırtıcılığı  aradan  qalxmasa,  Dünya  məhv 

olacaq. 

 

 



RUHANİ CARLAR 

Torpaq Dövlətdən ayrılmalıdır. 

Zavod Dövlətdən ayrılmalıdır. 

İnam Dövlətdən ayrılmalıdır. 

İdrak Dövlətdən ayrılmalıdır. 

Mənəviyyat Dövlətdən ayrılmalıdır. 

İradə Dövlətdən ayrılmalıdır. 

 

 



ÇIXIŞ YOLU 

Türkiyənin çıxış yolu – Millətçilik. 

İranın çıxış yolu – Millətçilik. 

Ərəbin çıxış yolu – Millətçilik. 

Afrikanın çıxış yolu – Millətçilik. 

SSRİ-nin çıxış yolu – Antiehkam, Antisistem, Antitəşkilat. 

 

22 Arzu günü, İşıq Ayı, 11-ci il. Bakı. 

 

 



ŞƏRƏ XİDMƏT 

Ehkamla Döyüşməyən – Şərə xidmət edir. 

Quruluşla Döyüşməyən – Şərə xidmət edir. 

Təşkilatla Döyüşməyən – Şərə xidmət edir. 

 

23 Ümid günü, İşıq Ayı, 11-ci il. Bakı. 

 

FƏRQ 

Yağı bizə faşist deyir, əfəl demir. 

Yağının dilində “faşist” sözü “əfəl” sözündən yaxşı səslənir. 



 

143 


ÖVLADIM QORUYURDA 

Yurdumuzu Şərdən qorumaq gərək! 

Ehkam Şərindən. 

Quruluş Şərindən. 

Təşkilat Şərindən. 

 

Mütləqə İnam Yarağıyla. 



Kamil İnsan Yarağıyla. 

Ruhani Cəmiyyət Yarağıyla. 

Müstəqil Vətən Yarağıyla. 

 

Qoruyurd adını sənə halal eləyirəm. 

 

Ürəyin Qaranlıqları Yarsın! 



Daxilindəki Mütləq sənə Yar olsun! 

 

28 İnam günü, İşıq Ayı, 11-ci il. Bakı. 

 

(Qeyd: Həyatda adı Mürşüd idi. Ocaqdan çıxdı). 



 

 

ÖVLADIM İNAMLIYA 

İnamsızdırlar Bugünkülər. 

Bu səbəbdən də İdraksızdırlar, 

Mənəviyyatsızdırlar, 

İradəsizdirlər. 

İnamlıyıq. 

Mütləqə İnanırıq. 

Mütləq olmayana İnanmırıq. 

İnamlı adını sənə halal eləyirəm. 

 

Ürəyin Qaranlıqları Yarsın! 



Daxilindəki Mütləq sənə Yar olsun! 

 


 

144 


XİLAS 

Ehkamı Ehkam vasitəsiylə xilas etmək olmaz,  

Antiehkam vasitəsiylə xilas etmək olmaz – 

Xalqı Ehkamdan xilas etmək gərək! 

 

Quruluşu Quruluş vasitəsiylə xilas etmək olmaz,  



Antiquruluş vasitəsiylə xilas etmək olmaz – 

Xalqı Quruluşdan xilas etmək gərək! 

 

Təşkilatı Təşkilat vasitəsiylə xilas etmək olmaz,  



Antitəşkilat vasitəsiylə xilas etmək olmaz – 

Xalqı Təşkilatdan xilas etmək gərək! 



 

 

İNTİZAM MÜTLƏQİLİYİ 

İntizam – Doğmalıqdır. 

İntizamı pozan Ocağa yad olur. 

Ocağa Yad olan – Ocağı tərk etməlidir – Mütləq! 

 

 

MÜQƏDDƏS LƏYAQƏT 



Qardaşlarında,  Bacılarında  Özünü  Görməyən  Övlad  Ocaq-

dan çıxarılır. 

Övladlar  arasında  Həsədsizlik,  Münaqişəsizlik,  Mübahisə-

sizlik Ruhaniliyini pozan Övlad Ocaqdan çıxarılır. 



 

29 Arzu günü, İşıq Ayı, 11-ci il. Bakı. 

 

ÖVLADIM BAĞBANA 

Amal Bağı salırıq Yurdumuzda. 

İnam Ağacı əkirik. 

İdrak Ağacı əkirik. 

Mənəviyyat Ağacı əkirik. 

İradə Ağacı əkirik. 


 

145 


Bağban adını sənə halal eləyirəm. 

 

Ürəyin Qaranlıqları Yarsın! 



Daxilindəki Mütləq sənə Yar olsun! 

 

(Qeyd: Həyatda adı Rafiq idi... Əbədi Ocaqçıdır...). 



 

 

ÖVLADIM MƏTİNƏ 

Yolumuz Mütləqdir – Mətin olmalıyıq! 

Yükümüz Mütləqdir – Mətin olmalıyıq! 

İnkarımız Mütləqdir – Mətin olmalıyıq! 

Təsdiqimiz Mütləqdir – Mətin olmalıyıq! 

Cəfamız Mütləqdir – Mətin olmalıyıq! 

Qətiyyətimiz Mütləqdir – Mətin olmalıyıq! 

 

Mətin adını sənə halal eləyirəm! 

 

Ürəyin Qaranlıqları Yarsın! 



Daxilindəki Mütləq sənə Yar olsun! 

 

30 Ümid günü, İşıq Ayı, 11-ci il. Bakı. 

 

(Qeyd: Ocaqdan çıxdı. Həyatda adı Azər idi). 



 

Ata Ailəsi Təmsilçisi Övladım Özümlünün 

Hesabatı haqqında 

 

1. Ailənin Ruhani Əməli Təqdir olunur. 



 

2.  Ailə  Əməli  Gələcəkdə  iki  hissədən  ibarət  olsun:  Ailə 

Toplanışı və camaatla Təmas. 

İkinci hissə ən çox Ruhani Sənədlərin öyrənilməsi əsasında 

keçirilsin. 

Suallar-cavablar biçimindən istifadə olunsun. 



 

146 


3. Güneyin Ruhani İdarəsini öz əlinizə alın. 

 

4.  Gələcəkdə  Ocaq  Bayrağımız  Başınızın  üstündə  dalğa-



lansın (Gələn İlimizdən). 

 

5.  Qardaşlarınız  var  –  Bacılarınız  da  olsun  –  Bacılarsız 



keçinmək olmaz. 

 

6.  Suallara  “Camaatla  Təmasım  necədir?”,  “Amalın  hansı 



Hökmünü camaata çatdırmışam?” bəndi əlavə olunsun. 

 

7.  İnzibatçılara,  Şər  xidmətçilərinə  Ruhani  Yardım,  Ayılt-



maq  Əməli  –  İmkan  olsa  Rəğbətçiləşdirmək,  hətta  Övladlaş-

dırmaq. 


 

Məxluqda İnsanı görmək. 

 

8.  Maddi  Yığım  Müqəddəsliyini  Bilirsiniz  –  bu  Yetkinlik 



Təzahürüdür. 

Qaranlıqlar Yarılsın! 

Nurlanın, Nurlandırın! 

 

2 Şölə Ayı, Qismət günü, 11-ci il. Bakı. 

 

 



RUHANİ MÜQAVİMƏT 

1. Mərkəzi Komitəni olduğundan artıq saymamaq, onu Rus 

İmperiyasının Xidmətçisi saymaqHörmətə layiq saymamaq! 

 

2.  Pribaltikalıların  səhvini  təkrar  etməmək  –  Hökumətin 



xalqla “doğmalaşmasına” imkan verməmək, Yağının Mahiyyə-

tini xalqa açıb göstərmək. 

 

3. Müəssisə başçılarını Hökumət nökərləri saymaq, hörmətə 



layiq saymamaq. 

 

147 


4.  Müasir  Ziyalı  Sürüsünü  Hökumət  Kənizi  saymaq, 

Hörmətə layiq saymamaq. 

 

5.  Fəhlə,  Kəndli  İtaətkarlığını  qamçılamaq,  “Özünə  Sahib 



ol!” ideyasını yaymaq. 

 

6.  Ruhani  Müqaviməti  özüylədöyüş  Silahına  çevirmək, 



Ruhani Müqavimət vasitəsiylə kamilliyi artırmaq. 

 

FƏRQ 

Başqaları – sosializm daxilində antisosializm axtarırlar – biz 

sosializmi rədd edirik. 

 

Başqaları  –  ehkam  daxilində  antiehkam  axtarırlar  –  biz 



ehkamı rədd edirik. 

 

Başqaları  –  Təşkilat  daxilində  antitəşkilat  axtarırlar  –  biz 



Təşkilatı rədd edirik. 

 

Başqaları Şərdə Xeyir axtarırlar – biz Şəri rədd edirik. 

 

3 Murad günü, Şölə Ayı, 11-ci il. Bakı. 

 

 



ÇIXIŞ YOLU 

Zəhmətkeş Mülkiyyəti. 

Fərdi özünüidarə. 

Maddiyyat bərabərliyi. 

İmtiyaz bərabərliyi. 

Kamil Başçı. 

Özüylə Döyüş. 

Mütləqə İnam. 

Nə kapitalizm, nə sosializm – Ruhani Cəmiyyət! 

 


 

148 


CƏMİYYƏT ƏSKİKLİYİ 

Ləyaqətli adamın yeri cəmiyyətdən kənardadır. 

Ləyaqətli  adam  öz  dünyasını  yaradır  –  cəmiyyətdən 

kənarda. 

Cəmiyyətdə Üstün sayılanlar əslində ən əskik adamlardır. 

Cəmiyyət əskiklərin üstünlüyünü təsdiq edir. 

 

4 İnam günü, Şölə Ayı, 11-ci il. Bakı. 

 

 

FƏRQ 



Sosializmdə – Dövlət Hökm sürür

Kapitalizmdə – Sərvət, 

Ruhani Cəmiyyətdə – İnsaniyyət! 

 

 



OLMAYAN 

Ocaqdan kənarda Ataya hörmət var – xidmət yoxdur: 

çünki Təhlükə yoxdur; – 

Təhlükə olmayan yerdə Qəhrəmanlıq yoxdur; 

Qəhrəmanlıq olmayan yerdə Müqəddəslik yoxdur; 

Müqəddəslik olmayan yerdə Ataya xidmət yoxdur. 

Nişanə  Təhlükə rəmzidir. 

Nişanəsizlik – xidmətsizlikdir. 

 

 



NƏTİCƏ 

Yenidənqurma camaatı Amalımızın qapısının ağzına gətirib 

çıxaracaq. 

 

5 Arzu günü, Şölə Ayı, 11-ci il. Bakı. 

 

 


 

149 


EVLADIM ÜLVİYƏ 

Doğmalıq dərəcəsində Ciddiyyət. 

Barışmazlıq dərəcəsində Mehr. 

Analıq dərəcəsində Qayğıkeşlik. 

Atalıq dərəcəsində Dayaqlıq. 

Sirdaşlıq dərəcəsində Birlik. 

Layla səviyyəsində Nəvaziş. 

 

Bugündən Yüksək... 

Adiləşmədən Evləşmək. 

Münaqişəsizlik. 

Heç kəsdən asılı olmamaq. 

Ocaq qədər Səadət. 

Bir Yönlük, Bir Yolluq! 

 

Ata Xeyir-Duası – həmişəlik. 



Ocaq İşığına bürünsün Ailən. 

Ocaq Yansın Ailəndə. 

 

9 Qismət günü, Şölə Ayı, 11-ci il. Bakı. 

 

(Qeyd: Ocaqdan çıxdı. Həyatda adı Şəmsiyə idi). 



 

 

HƏQİQƏT 

Dünyanın gözündən düşmək fəlakət deyil, özünün gözündən 

düşmək fəlakətdir. 

 

MƏQSƏD 

Cəmiyyət əvəzinə Ruhani Birlik! 

 

 



MÜNASİBƏT 

İnsan Cəmiyyətdən asılı olmadığı dərəcədə İnsandır. 



 

150 


FƏRQ 

Fərdiyyət – Özünə Sahib olmaq. 

Fərdiyyətsizlik – Cəmiyyətin Sahib olduğu. 

 

MÜNASİBƏT 

Fərdləşmə – Xalqlaşma. 

Sinifləşmə – Özgələşmə. 

 

FƏRQ 

Fərdiyyətdən xalq yaranır, fərdiyyətsizlikdən sinif. 

 

FƏRQ 

Avropa İnsanı texniki tərəqqinin ayağına bağlayır. 

Rusiya İnsanı İdeologiyanın ayağına bağlayır. 

İslam İnsanı Allahın ayağına bağlayır. 

Atalıq İnsanı Buxovdan xilas eləyir. 

 

MÜNASİBƏT 

Xəlqi Birlik – Antiictimai. 

İctimai Birlik – Antixəlqi. 



 

13 Ümid günü, Şölə Ayı, 11-ci il. Bakı. 

 

SÖZ LƏYAQƏTİ 

Arvad almaq sözü ləyaqətsiz sözdür – qadını əşyalaşdıran. 

Ərə getmək sözü yabançı sözdür – izdivacı yadlaşdıran. 

Evlənmək  –  Ev  yaratmaq,  qurmaq  –  müqəddəs  sözdür  – 

izdivacı əbədiləşdirən. 

 

ATA DÖVLƏTİ 

Dövlət vasitəsiylə Ata Xalq yaradır. 

Ata Dövlətdən artıqdır, Dövlət Atanın əlində vasitədir. 

Minimal  Dövlət  –  Maksimal  Ata  Məsuliyyəti  –  Ruhani 

Birliyin xüsusiyyəti bundan ibarətdir. 


 

151 


ŞƏRQİLİK 

Şərqin  Ruhaniyyat  Ocağı  söndü,  bu  səbəbdən  də  Hamı 

üşüyür. 

Şərqin Ruhaniyyat Ocağı yanacaq, Hamı isinəcək. 

 

QEYRİ-BİRLİK 

Cəmiyyət  –  cəm  sözündəndir,  çoxluq  ifadə  eləyir  –  Birlik 

ifadə eləmir. 

Cəmiyyət  Birliyə  nail olmur, o,  ən  yaxşı  halda ötəri, qeyri-

üzvi Uyğunluq yaradır, Birlik yaratmır. 

Bu baxımdan o, xəlqi mahiyyətə ziddir. 



 

UDUZMAQ 

Rəqabətdə Udan olmur əslində – Hamı uduzur. 



 

VƏZİYYƏT 

Qərb – daxilən mahiyyətsizdir. 

Şərq – mahiyyətini itirib. 

 

ÖLÇÜ 

İmkan – Gerçəklikdən Üstün olmaq. 

İmkansızlıq – Gerçəkliyə Bərabər olmaq. 

 

MÜNASİBƏT 

Cəmiyyət – Xalqın xidmətçisi. 


1   ...   5   6   7   8   9   10   11   12   ...   26


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə