QƏLBİ ÜÇÜN
1. Səfərə çıxmaq, Ailə qurmaq, Ataya Evlad gətirmək
vaxtıdır.
Qala tikilib, Yol çəkilib – Əməl məqamıdır.
2. Ata Sözünü – Səsini Qardaşlardan almaq, xalqa
çatdırmaq, Müqəddəs Kitabları Atayurda dən-dən səpmək
vədəsi çatıb.
3. Əvvəl Amal, sonra güzəran, müəssisə, diplom.
(Evladlığın əzəli Qanunu!)
4. Ən azı Ayda bir dəfə Qardaşlarla görüşmək, Ataya Aylıq
Məlumat təqdim etmək.
83
5. Maddi Borcu Qətiyyətlə ödəmək lazımdır, Ruhani
Ləyaqət naminə.
6. Ata Gününə hesabatın yoxdur. Bayramda bunu etiraf
edirsən. Günahını boynuna alırsan, Atadan Qüdrət diləyirsən,
Ata Ülviyyətinə sığınırsan. Görəcəyindən danışırsan – dəqiq,
yəqin, vaxtlı.
7. Ata Qəlbini Evladlıqdan çıxarıb Rəğbətçi səviyyəsinə
endirmək istəmir, ancaq Yarımevladlığı da ona yaraşdırmır.
12 Dözüm günü, Qürub Ayı, 9-cu il. Bakı.
MÜQƏDDƏS ATAYA QƏLBİNİN SÖZÜ
Amaldan ayrılmaq mənim ölümümdür. Mənəvi ölümüm.
Heç vaxt könüllü olaraq Amaldan ayrılmaq – ölmək istəmə-
rəm. Ata ittihamını özüm üçün tənbeh yox, doğrudan da Amal
Dərsi hesab edirəm. Maddi borcumu ödəyəcəyəm. Nə yolla
olursa-olsun. Ata, izn verin sizə öz etirazımı bildirim ki, maddi
borcumu ödəyə bilmədiyim vaxtlarda mən heç də ruhani
ləyaqətimi itirməmişəm.
Tələbinizdə haqq görürəm. İttihamınızda mənə doğmalıq
görürəm. Amma əvvəlki yazının axırıncı, 7-ci bəndində “Ata
Qəlbini Evladlıqdan çıxarıb” hökmü ürəyimi parçalayıb.
Doğrudan da mən Evladlıqdan çıxarılmışam?!
Özümü doğrultmaq üçün Amalın bütün tapşırıqlarını yerinə
yetirməyə hazıram.
Səfər Ayında Mütləq səfərə çıxacağam. Ataya Evlad
gətirmək borcu da mənim üçün vəzifə olaraq qalmır. Bunun
üçün hər vaxt çalışıram. Amala rəğbətçilər tapmışam. Amma
hələlik onları Evlad səviyyəsində görə bilmirəm.
Qardaşlarımla əlaqəni həmişə saxlayıram.
Bu əlaqəni daha da möhkəmlədəcəyəm.
Döyüşə hazıram.
84
Evladlıq qanunları mənim mənəvi həyatımın əsasını təşkil
edir.
Ata var olsun! Ürəyimdə Ata Günəşi gəzdirirəm!
12 Dözüm günü, Qürub Ayı, 9-cu il. Bakı.
HALALA
Evlad ehtiramı pakdır!
1. Ata Gününə Ata haqqında Söz hazırla.
Qaydanı Safruhdan al.
2. Ata Gününə hesabatın səviyyəsiz olsa, onu hesabat
sayma, “Ata qarşısında hesabata layiq iş görməmişəm!” de,
görəcəyindən danış.
3. Qardaşlarınla birgə Ata Gününə yara.
15 Murad günü, Qürub Ayı, 9-cu il. Bakı.
RUHANİ ÖLÜM
1. Ata Hökmünə, Buyuruğuna cüzi tərəddüd – Ruhani
ölümdür.
2. Ataya qarşı Şər Fəndlərinə cüzi etina – Ruhani ölümdür.
3. Ata ölüm buyursa – Evlad onu Qətiyyətlə qəbul edir,
etməsə – ruhən ölür.
16 İnam günü, Qürub Ayı, 9-cu il. Bakı.
85
MÜQƏDDƏS HESABAT ÜLVİYYƏTİ
Ata Gününə layiq əməl olmadıqda hesabat verilmir, Evlad
“Müqəddəs Bayrama layiq əməlim yoxdur” – deyir, Atadan
Bağışlanmaq diləyir, Görəcəyindən danışır, Ataya əməl Əhd
edir.
16 İnam günü, Qürub Ayı, 9-cu il. Bakı.
Mən getdim Ağstafaya – atam rəhmətə gedib.
Qürub Ayının 3-cü ongünü.
9-cu il.
9-cu İL ATA GÜNÜ BAYRAMI
1. Başlanğıc.
Amal çağırışı, Ata gəlişi haqqında Söz, Birinci Ata Səsi –
Kəlamları.
2. Davam: Ata haqqında Evlad sözü. Sözdən sonra Ata Səsi
– kəlamları.
3. Ata sözü. Sözdən sonra Ata Səsi – kəlamları.
4. Sorğu. Sorğudan sonra Ata Səsi – kəlamları.
5. Gedişat. Evladlar Atanı məşəllə qarşılayır, Ata Sözünü
Ayaq üstə dinləyirlər.
Yazılı çağırışlar –
“Mütləqə İnam – Mütləq İnam!”
“Xalqımız – Müqəddəs Haqqımız!”
“Atayurd – Müqəddəs Sabahımız!”
“Kamil İnsan – Ruhani cəmiyyət – Müstəqil Vətən!”
“Atamız – Mütləqimiz, Müqəddəsimiz, Peyğəmbərimiz!”
“Sönməz Ocağıq – Dönməz Yolçu!”
“Səfər üstəyik – Ailə axtarışında!”
86
6. Bayram Evi:
Bayrağımızla, Ata rəsmiylə Göyləşən Sadiqimgil.
7. Vaxt: Gündüz saat 1.
Tarixləşmə: Müqəddəs Bayram yazılır, təhlil olunur.
3 Mərhəm günü, Ata Ayı, 9-cu il. Bakı.
ÖZÜMLÜYƏ
Evlad Ehtiramı pakdır!
1. “Əməl”, “Müqəddəs Əməl” əsasında təzə Ailə yarat –
talışçılıq məhdudiyyətindən uzaq.
2. “Mənalar” kitabçasını xüsusi öyrən.
3. Xalqın Atalığa qovuşması üçün imkanlar artır. Ondan
bəhrələnmək gərək.
4. Şərlə görüşdə “demokratikləşmə”, “aşkarlıq” oyununu
Şərin başına çırpmaq, Şəri öz yarağıyla sarsıtmaq.
5. Bakıyla təması qaydaya salmaq, heç olmasa iki ayda bir
dəfə zəng eləmək.
6. Özüylə daim döyüşmək. Nöqsansızlaşmaq, Kamilləşmək.
7. Yazılarını Amallaşdırmaq, Ata İnamına yüksəltmək.
8. İntizama Mütləq mənada riayət etmək.
Borcları Mütləq mənada ödəmək.
Ürəyin Qaranlıqları Yarsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
5 Ata Ayı, 9-cu il.
87
HALALA
Evlad Ehtiramı pakdır!
1. Bayrama Yar ol. Əməl göstər.
2. Ata haqqında Evlad Sözünü Yetir.
3. Səfərə hazırlaş: Daxilən, Aşkar, Yol Üstündə.
Mütləqdən Güc al, Qaranlıqlar Yarılsın!
15 Ata Ayı, 9-cu il.
SAFRUHUMA
1. Edilya xanım və s. gərək deyil...
2. Suallara çatdır camaatı, suallara cavabda sına özünü,
camaatı.
3. Öz bədiyyatından daha çox istifadə elə, Qaçaya ehtiyac
görmürəm.
Hər şey özümüzdən.
4. Musiqi sehrindən istifadə et.
Camaatı böyütmək gərək, Böyümək gərək.
O həm körpəmizdir bizim, həm də biz onun körpəsiyik...
Fərəhli Məqamdır Səfərin!
Fərəh gətir Ataya.
9 Xəzan Ayı, Qismət günü, 9-cu il. Bakı.
88
HALALA
1. Səfər Əməlinə hazırlaş. Məkanı, vaxtı müəyyənləşdir, Ata
Səsindən – Sözündən bəhrələn, Əməlinin Yönünü, İfadəsini
Yaz, Ataya göstər, Ata xeyir-duasına Yüksəl, Yola düş.
2. Sərt Ayın 27-si Səfər Günümüzdür. Ona hazırlaş, çalış
Əli dolu gəl bayramımıza.
3. Özünlə döyüşdə qələbələrin mütləq olsun, Kamillik sə-
viyyəsi yaransın İnamında, İdrakında, Mənəviyyatında, İradən-
də.
Ürəyin Qaranlıqları Yarsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
15 Mərhəm günü, Xəzan Ayı, 9-cu il. Bakı.
SAFRUHA
13-səhifədəki “Ata buyuruğuydu, çıxa bilməzdim” sözünü
Şər bizə qarşı yönəldə bilər, deyər ki, Ata Evladlarını məcbur
edir ki, Onu İşıq adlandırsınlar.
Bu səbəbdən o cümləni çıxart.
20 Xəzan Ayı, 9-cu il. Bakı.
9-cu İL SƏFƏR GÜNÜ MƏRASİMİ
1. Sərt Ayın 27-də keçiriləcək Bayramın Gedişatını Safruh
yazır.
2. Mərasimdə Atanın Səfər haqqında Sözü – Səsi Səslənir.
3. Ata Səfər Əməli haqqında Söz söyləyir.
4. Safruh Səfər Təcrübəsindən danışır.
89
5. Evladlar Səfər Üstə Söz söyləyirlər və Mərasimdən
Səfərə yollanırlar.
6. Sonda Evladların Səfər Andı səsələnir.
7. Gedişatın Yazısı Sərt Ayın 1-də Ataya təhvil verilir...
30 Qismət günü, Xəzan Ayı, 9-cu il. Bakı.
SAFRUHA
Evlad Ehtiramı pakdır!
1. Səfər Mərasimi Ruhani hökmüylə Evladları tanış elə!
2. Gedişat yazısının ilk variantını Yağış Ayının 15-də
Halalla Ataya göndər.
3. Səfər Təcrübəsini Əməlli İşlə, birincilik Ülviyyəti
səviyyəsində, Təhlillə, Sabah yönlü fikirlə.
4. “Ata İşığında” Kitabını Evladlara çatdır, öyrənsinlər,
öyrətsinlər.
5. Gedişat Yazısında Müqəddəslik öz ifadəsini hərtərəfli
tapsın: düşün, daşın, təxəyyülünü səfərbər et.
6. Bayram təzə məkanda keçiriləcək. Bunu müəyyən et.
Ürəyin Qaranlıqları Yarsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
30 Qismət günü, Xəzan Ayı, 9-cu il. Bakı.
90
SAFRUHUN SƏFƏR ƏMƏLİ
1. Başlanğıc kimi məqbuldur.
2. Gələcəkdə rəğbətçilər Səfər haqqında əvvəldən camaatı
xəbərdar eləyir. Müəyyən Yer seçilir, etibarlı adamlar Safruhu
dinləyir, kənd, rayon təmsilçilər vasitəsiylə Amalla doğmalaşır.
3. Evlad seçilməyincə, Ataya səcdə səviyyəsinə qaldırıl-
mayınca eyni Yerə dəfələrlə gedilir, başqa-başqa biçimdə Amal
Sözü deyilir.
4. Söz etibarlı rəğbətçiyə tapşırılır, o, sözü kəndə, rayona
çatdırmağa çalışır; Safruh səfərə çıxana qədər rəğbətçilərin sayı
artır, onlar Safruha təqdim edilir, Safruhun tapşırığına əməl
eləyir.
5. Sözlər: 1) Vətən – Vətənsizlik, 2) Cəmiyyət –
Ədalətsizlik, 3) İnsan – İnsansızlıq, 4) Mütləq – Mütləqsizlik,
5) Ailə – Ailəsizlik, 6) Ata.
6. Daşdan çıxarılan Qələbə. Külüngü daim bir yerə vurmaq.
5 Mərhəm günü, Yağış Ayı, 9-cu il. Bakı.
ƏSİLİN SƏFƏR ƏMƏLİ
1. Səfər Tovuzdan başlayır, Ağstafada davam eləyir,
Qazaxda başa çatır.
2. Vətən – Vətənsizlik haqqında Ata Sözləri və Əsilin öz
sözlərindən ibarət Söz-Səs Yazısı hazırlanır – Muğam-Saz üstə.
Sorğular – cavablar düşünülür.
91
3. Atanın Mətbuat Yazılarının Təbliği vasitəsiylə Yol açılır
Səfərə; həmin Təbliğ giriş rolu oynayır.
4. Mərasimdə Evlad ola biləcəklər seçilir, onlarla münasibət
yaradılır, gələcək Səfərləri onların köməyiylə hazırlayır Əsil.
5. Bir neçə dəfə eyni Yerlərə Səfər davam eləyir, Ataya
Evlad gətirilir, həmin Evlada Ailə yaratmaq tapşırılır.
6. Vaxt: 10-cu ilin əvvəli. Hazırlıq – indidən.
5 Mərhəm günü, Yağış Ayı, 9-cu il. Bakı.
HALALIN SƏFƏR ƏMƏLİ
1. Səfərə İş Yerində, Yataqxanada Ata Şeirləriylə başlamaq.
2. Müqəddəs Kitablar – Ata Sözü-Səsi əsasında 5 Səfər
Sözü hazırlamaq: Müstəqil Xalq, Ruhani Cəmiyyət, Var olan
İnsan, Mütləqə İnam, Özümləşən Şərq.
3. Səfərin məğzini, gedişatını, təhlilini yazmaq, Ataya
təqdim etmək.
Qaranlıqlar Yarılsın!
15 İnam günü, Yağış Ayı, 9-cu il. Bakı.
92
ÖZÜMLÜYƏ
Evlad Ehtiramı pakdır!
1. Müqəddəs Kitabları İdrakına, Mənəviyyatına, İradənə
həkk elə.
2. Özünü Mütləq mənada tanı, dəyişdir, Kamillik
səviyyəsinə çat.
3. Səfər Mərasiminə hazırlaş, Müqəddəsliyə layiq Ehtiram,
Etiqad, Etiraf ucalığına çat.
4. Bilən Ata Kəlamının əslini versin, üzünü köçürsün.
5. Bədiyyata Amal İşığı sal, ülviləşsin!
Qaranlıqlar yarılsın!
19 Mərhəm günü, Yağış Ayı, 9-cu il. Bakı.
ÖZÜMLÜNÜN SƏFƏR ƏMƏLİ
1. Səfər Şəhərdə İş yerində başlanır – Ata şeiriylə.
2. Müqəddəs Kitablar əsasında 5 Səfər Sözü hazırlanır və
camaata oxunur: Müstəqil Xalq, Ruhani Cəmiyyət, Mütləqə
İnam, Kamil İnsan, Özümləşən Şərq.
3. Səfər nəticəsində Evlad hazırlanır Ata hüzuruna
yüksəltmək üçün. Ailələr yaranır.
4. Səfər qonşu şəhərlərdə, kəndlərdə davam eləyir.
93
5. “Əməl”, “Müqəddəs Əməl” Kəlamlarına Mütləq riayət –
Ruhani Qanundur.
Qaranlıqlar yarılsın!
19 Yağış Ayı, 9-cu il. Bakı.
SAFRUHUMA
Evlad Ehtiramı pakdır!
1. Atanı Sıra nizamıyla qarşılamaq!
2. Atanı Müqəddəs Səcdə səviyyəsində Dinləmək!
3. Mərasimi 2 saata bitirmək.
4. Söz Ülviyyəti, Sükut ləyaqəti.
27 Qismət günü, Yağış Ayı, 9-cu il. Bakı.
EVLADLIĞA HAZIRLANMA
Atanı dərk etmək.
Amalı bilmək.
Əməli tanımaq.
1. Ata kimdir: Əlçatmazlıq, Bənzərsizlik, Müstəqillik
sifətləri, xassələri.
2. Mütləqə İnam nədir, Kamil İnsan nədir, Ruhani Cəmiyyət
nədir, Müstəqil Xalq nədir, Ləyaqətli Şərq nədir, İnamlı Bəşər
nədir.
3. Səfər Yönü, Ailə Yolu – Müqəddəs Əməl.
4. Ataya müraciət qətiliyi, ülviliyi.
27 Qismət günü, Yağış Ayı, 9-cu il. Bakı.
94
EVLADIM BÜTÖVƏ
Mütləqə İnam yaranmalıdır!
Kamil İnsan yaranmalıdır!
Müstəqil Xalq yaranmalıdır!
Ruhani Cəmiyyət yaranmalıdır!
Ləyaqətli Bəşər yaranmalıdır!
Ehkam Zənciri sındırılmalıdır!
Quruluş Zənciri sındırılmalıdır!
Təşkilat Zənciri sındırılmalıdır!
Amalı öyrən!
Əmələ qurşan!
Ailə yarat!
Bütöv adını sənə halal eləyirəm!
Ürəyin Qaranlıqları Yarsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
11 Qismət günü, Sərt Ay, 9-cu il. Bakı.
(Qeyd: Bu ikinci Bütövdür. Həyatdakı adı – Aslan idi.
Bundan qabaqkı Bütövün adı Azad idi).
SƏFƏR GÜNÜ BAYRAMI
haqqında
1. Səfər Günü Bayramı yarandı, Amalın Ömrünə həkk
olundu.
2. Safruhun Səfər təcrübəsi, Mərasim Yazısı Təqdir olunur.
95
3. Sadiqimin Təşkilatçılıq əməli Təqdir olunur.
4. Evladların hesabatları Qəbul olunur.
5. Naqisliklər: Bütövün Mərasimdə olmaması.
Ciddi texniki qüsurlar.
Nurlanın, Nurlandırın!
Sərt Ay, 9-cu il. Bakı.
MÜQƏDDƏS İL BAYRAMI
haqqında
1. Müqəddəs İl Bayramı Günəş Ayının 1-də keçirilir.
2. Mərasim Yazısı bu dəfə Qəlbiyə, Əsilə, Özümlüyə
tapşırılır.
3. Yazı Ata hökmü əsasında, əvvəlki Yazılara uyğun, həm
də Təzələnmiş biçimdə yaradılır.
4. Yazı Köçəri Ayın 10-da Ataya göstərilir.
Nurlanın, nurlandırın!
28 Sərt Ay, 9-cu il. Bakı.
HALALA TÖVSİYƏ
1. Məzunlara İnam arzula. İnamın Müqəddəs mənasını aç.
İnam Kəlamı; Cövhər Müqəddəsatı əsasında. Tutarlı Söz çatdır
cavanlara Ata Kitabiyyatından. Qısa.
2. Məzunlara özüylə döyüş Ləyaqəti arzula:
“Ocaqçının həyat tərzi” Kəlamı əsasında. Tutarlı Ata Sözü.
Qısa.
3. Məzunlara Vətənsizlik fəlakətini danış.
96
Yenə də “Ocaqçının Həyat Tərzi” üstə. Vətənə qayıtmaq
arzula.
4. Məzunlara Şərq ruhu aşıla. “Cövhər” əsasında.
5. Məzunlara Mənəvi Evladlıq və Mənəvi Ata arzula.
(Atanın adını cəkmədən).
6.Söhbətin davamını hazırla, nə vaxt, harada çagırsınlar,
özün çagır.
7.Rübailərdən istifadə elə. Müəllifin adını demədən.
8.Təzə Yazı hazırla, Amal səviyyəsində.
Nurlan, nurlandır!
28 Sərt Ay,9-cu il.Bakı.
SAFRUHA
1. Mərasimlər Yetkin səviyyədə tarixləşir!
2. “Ssenariy” əvəzinə “Mərasim Yazısı” – həmişə.
3. Ata Sözlərinin məğzini yazmaq.
4. Mərasim səviyyəsində Atayla görüşlərin hamısını yazmaq
– xüsusi dəftərdə.
5. Ruhani Hökmlər cildlənsin! Cildsiz Kitab qalmasın!
Nurlanın, nurlandırın!
3 İnam günü, Qar Ayı, 9-cu il. Bakı.
97
EVLADIM YETKİNƏ
Zəmanə İnam yetirə bilmir,
İnamsızlıq yetirir –
İnam yetirməliyik.
Zəmanə İnsan yetirə bilmir,
İnsansızlıq yetirir –
İnsan yetirməliyik.
Zəmanə Xalq yetirə bilmir,
Xalqsızlıq yetirir –
Xalq yetirməliyik.
Zəmanə Cəmiyyət yetirə bilmir,
Cəmiyyətsizlik yetirir –
Cəmiyyət yetirməliyik.
Zəmanə Şərqi Şərə saldı –
Şərqi Xeyirə çıxarmalıyıq.
Zəmanə Bəşəri özündən ayırdı –
Bəşəri özünə qaytarmalıyıq.
Yetkin adını sənə halal eləyirəm.
Adına layiq ol!
Ürəyin Qaranlıqları Yarsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
29 Qismət günü, Qar Ayı, 9-cu il. Bakı.
SADİQİMƏ
Evlad Ehtiramı pakdır!
Müqəddəs Yazı Əməlinə başla.
Mütləq səviyyədə.
Qaranlıqlar Yarılsın!
31 İnam günü, Qar Ayı, 9-cu il. Bakı.
98
SAFRUHA
Bütövü, Yetkini Nişanlanma Mərasiminə hazırla. (Bayram
Yazısı əsasında)
Günü sabahdan. Ləngimədən.
Ürəyin qaranlıqları yarsın!
15 Arzu günü, Köçəri Ay, 9-cu il. Bakı.
(Qeyd: Yetkinin həyatda adı İslamdır. Nişanlanma Mərasi-
minə gəlmədi. Evlad olmadı).
SAFRUHA
Bayramımızın Mütləq səviyyəsi təmin olunmalı.
Qaranlıqlar yarılsın!
26 Qismət günü, Köçəri Ay, 9-cu il. Bakı.
ONUNCU MÜQƏDDƏS İL BAYRAMI
1. Bayram Baş tutdu, Ali Səviyyəyə yaxınlaşdı.
2. Qəlbinin, Özümlünün, Əsilin Bayram Yazısı Təqdir
olunur.
3. Evladların Sözləri Təqdir olunur.
4. Əsilin Təşkilatçılığı Təqdir olunur.
5. Safruhun Bütövlə və Yetkinlə Ruhani Təması Təqdir
olunur.
99
Naqisliklər: Carlarda Ata Mütləqiliyi ifadə olunmamışdı,
bu, Şərin xeyrinəydi.
Yazıya dəqiq əməl olunmadı.
Səbəbi araşdırılsın.
Yetkin Bayramdan ayrı düşdü, Rəğbətçi səviyyəsinə endi.
Səbəbi araşdırılsın!
Qaranlıqlar yarılır.
17 Mərhəm günü, Günəş Ayı, 10-cu il. Bakı.
SADİQİMİN SƏFƏR ƏMƏLİ
1. Sadiqimin Səfər Əməli Təqdir olunur.
2. Təzə Səfərə hazırlaşmalı, Müqəddəs Kitablardan daha
səmərəli bəhrələnməli, Ailə quruculuğu Məqsədinə nail
olmalı.
3. Özünü Səfər İşığında ruhani müayinə eləmək, yazılı
şəkildə Nəticəni Ataya təqdim etmək.
4. Təzə Səfər Yönü: Sumqayıt. Vaxt – Günəş Ayı. Məqsəd:
Öyrətmək, Ata Sözünə çatdırmaq, Ailə quruculuğuna imkan
aramaq, Şəraiti öyrənmək.
5. Ümumi Üsul: Rəğbətçi tapmaq, əlaqə yaratmaq, öyrət-
mək, Ata hüzuruna hazırlamaq.
Onun vasitəsiylə təzə Qapılar açmaq.
6. Səfər gündəliyindən başqa Səfər hesabatı Yazmaq, hər
ikisini Ataya təqdim etmək!
Qaranlıqlar Yarılsın!
18 Qismət günü, Günəş Ayı, 10-cu il. Bakı.
|