On Qutsal Bitiq’in (Onluğun) Yan Bitiqləri



Yüklə 2.19 Mb.
PDF просмотр
səhifə3/26
tarix03.12.2016
ölçüsü2.19 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   26

ÖZÜMLÜYƏ 

Əyridə qalıb Doğruya çatmaq olmaz. 

Nahaqda qalıb Haqqa çatmaq olmaz. 

Şərdə qalıb Xeyrə çatmaq olmaz. 

 

Əyrini Əyriylə öldürmək olmaz – 



Doğruyla öldürmək olar. 

Nahaqqı Nahaqla öldürmək olmaz – 

Haqla öldürmək olar. 

Şərin qənimi – Xeyirdir. 

 

Qorxu Yalançıdır. Həqiqət Cəsarətindir. 



Tərəddüd Yalançıdır. Həqiqət Qətiyyətindir. 

 

Amallaşmaq gərək, İnsanlaşmaq gərək, Ailələşmək gərək... 



Amallaşmaq – Müqəddəs Kitabları öyrənmək, öyrətmək. 

İnsanlaşmaq – Ruhani kamilliyə çatmaq. 

Ailələşmək – Ata Ailələri yaratmaq. 

 

Məqsəd: 

Mütləq İnam. 

Mütləqləşmək. 



 

36 


Ruhani Cəmiyyət. 

Müstəqil Xalq. 

Özümlü Şərq. 

Ləyaqətli Bəşər. 



Müqəddəs İntibah. 

Özümlü adını sənə halal eləyirəm. 

Ona layiq ol! 

Ürəyin qaranlıqları yarsın! 

Daxilindəki Mütləq sənə Yar olsun! 

 

23 Murad günü, Qürub Ayı, 8-ci il. Bakı. 

 

(Qeyd: Həyatda adı Malik idi. Ocaqdan çıxdı). 



 

BUYURUĞUM 

1.Qardaşın  Safruh  vasitəsilə  Müqəddəs  Kitabları  sırayla, 

ardıcıl şəkildə, dərindən öyrənirsən və öyrədirsən. 

 

2. Ata Hökmü əsasında Ailə yaradırsan... 

 

3. Özünlə döyüşürsən, kamilliyə yetirsən. 



 

4.  Ayda  bir  dəfə  –  hər  ayın  sonunda  axşam  saat  11-də 

Atayla görüşmək haqqın var: 15 dəqiqə. 

 

5.  Ata  təqvimi  əsasında  yaşayırsan.  Hər  ayın  axırında 



Safruhla görüşürsən... 

Balanın  boğazından  kəsib  Amalının  boğazına  Halalından 

doldurursan (imkan daxilində). 

 

6.  Ata  Gününə  dəvət  olunursan.  Ata  haqqında  söz 



deyirsən. (25 Ata Ayı, 8-ci il). 

Müqəddəs Nişanə mərasiminə yüksəlirsən. 

 

23 Murad günü, Qürub Ayı, 8-ci il. Bakı. 

 

37 


BÜTÖVƏ 

İnamsızlıqlarında “İnamlıdırlar”. 

İdraksızlıqlarında “İdraklıdırlar”. 

Mənəviyyatsızlıqlarında “Mənəvidirlər”. 

İradəsizliklərində “İradəlidirlər”. 

İnamımızda Bütövük. 

İdrakımızda Bütövük. 

Mənəviyyatımızda Bütövük. 

İradəmizdə Bütövük. 

Tərəddüdsüzük, Qətiyik... 



Bütöv adını sənə halal eləyirəm! 

Şər  yarımşərlik  biçimində  də  görünə  bilər,  Xeyirin  Biçimi 

Birdir: Bütövlük. 

Sən Xeyirsən, ona görə də Bütövsən. 

Bütövlüyünü itirən an – yox olursan! 

Var ol – Bütöv ol! 

Bütövlük – Xeyirliyin ikinci adıdır. 



Bütöv  Şər  yoxdur  –  parçalanan,  paralanan,  cilddən-cildə 

girən, “xeyirləşməyə” cəhd göstərən Şər var. 

Xeyir şərləşməyə meyl eləməz, onu Yer üzündən silər... 

Müqəddəs borcun: 



Amallaşmaq – Ata Kitablarını öyrənmək, öyrətmək. 

İnsanlaşmaq – Mənəvi ərsəyə çatmaq. 

Nöqsansızlaşmaq... 

Ailələrə Başçılıq etmək – Ata Ailələri yaratmaq. 

Məqsədimiz: Mütləqə İnamı bərqərar eləmək. 

Mütləq Kamilliyə çatmaq və çatdırmaq. 

Ruhani Cəmiyyət yaratmaq. 

Müstəqil Vətən yetirmək. 

Şərqi özünə qaytarmaq. 

Bəşəri ləyaqətsizlik bataqlığından çıxartmaq. 



Ölümlə öcəşirik. 

Təhlükələrin üzərindən adlayıb keçirik... 

Özümüzü Amalımızda görürük... 

 

38 


Sabahlıyıq... 

Ürəyin qaranlıqları yarsın! 

Daxilindəki Mütləq sənə Yar olsun. 

 

8-ci il, Qürub Ayının 23-ü. 



 

BUYURUĞUM: 

1.  Qardaşın  Safruh  vasitəsilə  Müqəddəs  Kitabları  öyrə-

nirsən,  ailələr  haqqında,  əməl  müqəddəsliyi  haqqında  Ata 

hökmlərini bilirsən və həyata keçirirsən. 

 

2.  Halal  gəlirinin  imkan  daxilində  az  bir  hissəsini 



Amalımıza həsr edirsən... 

Maddi müstəqilliyimiz naminə. 

(Safruhla məsləhətləş). 

3.  Hər  ayın  2-də  Ata  ziyarətinə  gəlmək  haqqın  var.  Axşam 

saat 11-də. 15 dəqiqə ərzində. (Gəlməyə də bilərsən!) 

 

4. Ata Gününə, Müqəddəs Nişanə təqdimatına hazırlaş. (Ata 



Ayı, 25, 8-ci il). 

Ata haqqında söz de. 

5. Ata təqvimini Safruhdan alırsan və ömrün tarixini onunla 

sayırsan! 

Ürəyin qaranlıqları yarsın! 

Daxilindəki Mütləq sənə yar olsun! 

 

8-ci il, Qürub Ayının 23-ü, Murad günü. Bakı. 

 

(Qeyd: Bu “Bütöv”ün həyatdakı adı Azad idi. 



20.IV. 1987 – 20. II. 9-cu il) tarixli məktubu yazıb Amaldan 

döndü. 


İlk iki dönükdən biridir). 

 

 



 

39 


SAFRUHA 

Ehtiramın pakdır! 

 

1. 6 nömrəli Nişanəni qardaşın Özümlü üçün hazırlayırsınız. 



7 nömrəli Nişanəni qardaşın Bütöv üçün hazırlayırsınız. 

 

2.  Ata  Günü  mərasimini  Ata  hökmünün  ruhuna  və  hərfinə 



Mütləq riayət səviyyəsində keçirməlisiniz. 

Dəqiqələr, saatlar əməl balıyla dolmalı, bir an belə, mənasız 

keçməməli – ehtiyac hiss eləsəniz, məşq eləyin. 

Müqəddəs ənənə öz kamil biçimini tapmalıdır. 

Mərasim  bütünlüklə  maqnitofona  yazılır,  mərasimin  əsas 

məzmunu dəftərə yazılır. 

(Xüsusi “Mərasimlər dəftəri” düzəldirsən!) 

Atanın  “Mərasimə  başlayaq!”  Hökmündən  sonra  evladlar 

“Ata Sözü” deyirlər. 

Sonra Ata danışır. 

Mərasim Evlad Nişanəsi təqdimiylə bitir. 

Mərasim vaxtı – maksimum iki saat... 

(Təqdimat vaxtın uzanmasını tələb eləyir). 



Bənzərsiz, əlçatmaz, müstəqil mərasim yaranmalıdır. 

Ata evladların zəhmətinə qiymət verəcək. 

Kallığı şərə bağışlayırıq. 

Hərcayiliyi şərə bağışlayırıq. 

 

3. “Peyğəmbər” sözü “Ata” sözündən aşağıdır. Ancaq xalqa 



yaxın olan qədim Şərq sözüdür. Bu səbəbdən də “peyğəmbər” 

adını Ataya şamil eləmək lazımdır. 

(Ata haqqında sözdə də!) 



Bu, əmələ yaxşı xidmət eləyəcək!.. 

 

4.  Ataya  müqəddəs  təzimin  hər  üçü:  Ata  qarşısında  əyilən 



baş,  Ataya  təqdim  olunan  ürək,  Atanın  əlini  öpən  dodaq  – 

 

40 


nümayiş  etdirilir. (Həm  Ata Günündə, həm  də Ata ziyarətinin 

hamısında). 

 

5.  Son  vaxt  Atanı  tapanlar  və  evlad  olmaq  istəyənlər 



çoxalıb. 

Seçdiyimi Safruha yollayacağam... 

Ev ünvanını yaz: gəliş günlərini və saatlarını elə indi müəy-

yən elə, Ataya bildir. 

(Ümumən  Safruh  başını  qaşımağa  macal  tapmayacaq  –  bir 

vaxt işsizlikdən gileylənirdi!) 

 

6.  Müqəddəs  Kitabları  hökmdə  qeyd  olunan  sırayla  evlad-



lara (adlanmışlara, nişanələşmişlərə!) etibar elə. 

Bir  ay  müddətində  bir  kitab  (“Sədaqət”lə  “Hökmlər”i  bir 

yerdə vermək olar) öyrənilirqaytarılır (mütləq!) 

Bacarsalar – köçürtsünlər (köçürmək – həm də yaxşı öyrən-

mək üsuludur!) 

Vaxtında qaytarmayana kitab verilmir! 

(Qeyri-ciddiliyi həmişəlik şərə bağışlayırıq!) 

 

7. Kəlamları, hökmləri, buyuruqları qardaşlarına oxu. 



Onların hər sətri, vergülü, nöqtəsi qorunur. 

“Sədaqət”in, 

“Ruhani 

Hökmlər”in 

təzə 

cildlərini 



gözləyirəm. 

“Ruhani Sənədlər” kitabı yaranır. 

Onlar  bir  yerdə  –  həm  məktəbdir,  həm  də  bizim  sabaha 

hesabatımızdır! 

Evladıma müqəddəs əməl diləyirəm! 

 

Ürəyin qaranlıqları yarsın! 



Daxilindəki Mütləq sənə yar olsun! 

 

29 Qürub Ayı, 8-ci il. 

 


 

41 


ƏSİL ÜÇÜN 

1. Ata Günü Mərasiminin gedişatına Məsulsan! 

 

2. Evladlar bir-bir gəlir, bir-bir gedir. 



 

3. Danışmaq sırası: 

Safruh, Sadiqim, Əsil, Qəlbi, Halal, Özümlü, Bütöv. 



Getmək sırası da həmçinin. 

 

4.  Bütün  hərəkətlər  əvvəldən  öyrədilir,  boş  məqam  qalmır, 



maqnitofonun  hazırlığı,  bütün  vasitələr,  üsullar  yüksək  səviy-

yədə olmalı. 



Müqəddəs ənənəyə layiq! 

Həmişəlik səviyyəsində. 

 

5.  Əvvəl  Evladlar  Ata  Sözü  deyir,  sonra  Ata  Danışır.  Bir 

dəfə. 

Ata Mərasimi açır, Evladlar Ata haqqında söz deyir. 

Mərasim Nişanə Təqdimatıyla bitir. 

 

6. Nişanələrin təqdimat sırası: Safruh, Sadiqim, Əsil, Qəlbi, 



Halal, Özümlü, Bütöv. 

 

7. Ciddi, Ruhani Tərtibat, Rəmzi, Müqəddəsliyi ifadə edən. 

 

8. Sonuncu Atayla Halal Evi tərk edir. 



 

9. Atanı sevindir! 

Şər əhvalına təsir eləməsin  sarsılsın! 

 

10. Qaboy Muğamının Hikmətli Diliylə Atanı qarşılayın! 



Həm  İdraklı,  həm  duyğulu,  ehtizazlı,  ehtiraslı,  doğma, 

mənalı... 

 

Ürəyin qaranlıqları yarsın! 



Daxilindəki Mütləq sənə yar olsun! 

 

42 


EVLAD NİŞANƏSİNİN QORUNMASI 

(Ruhani Hökm – “Sənədlər” üçün) 

Evlad  Nişanəsi  Mütləq  mənada  pünhan  saxlanılır,  yada 

göstərilmir, yağıya verilmir, çıxılmaz vəziyyətdə cırılır. 

Nişanəni  şərə  verən  –  xəyanətkar  sayılır  və  evladlıqdan 

çıxarılır... 



31 İnam günü, Qürub Ayı, 8-ci il. Bakı. 

 

ƏSİLƏ 

1.  Nişanənin  Üz  qabığında  Günəş  Rəmzi  daha  qabarıq 

verilməlidir... 



(Şüalar daha kamil əks olunmalıdır). 

 

2.  Nişanənin  daxilindəki  sözlər  Ağ  rənglə  kalliqrafik 



üslubda gözəl xətlə yazılmalıdır. 

Uzun ömürlü... 

Tez pozulmasın... 

Kimin xətti ən yaxşıdırsa, o yazsın. 

 

3.  Ata  Sözü  Mütləqdir.  Hökmə  Mütləq  mənada  əməl 

etməli. 

Ondan kənara çıxmamalı... 

Hərfi mənada belə Mütləqiliyə biganəlik günahdır... 



 

4. Ata Surəti Ahəngdar Rəmzləşmişdir... 

Olduğu kimi qalsın... 

 

5.  Ayın  10-da  Nişanə  nümunəsini  hazır  vəziyyətdə 



gözləyirəm. 

Axşam saat 10-da. 

 

Ürəyin Qaranlıqları Yarsın! 



 

2 Ümid günü, Ata Ayı, 8-ci il. 

LEQAL FƏALİYYƏT HAQQINDA 

 

43 


Amalımıza  Mütləq  Sədaqət  ruhunda,  İnam  naminə,  Xalqın 

xeyrinə leqal fəaliyyətdə bulunmaq – rəsmi təsir vasitələrindən, 

“icazəli” görüşlərdən, Mühazirələrdən, Müsahibələrdən və s. 

istifadə etmək. 



Şərt: Mətbuat, Radio, Televizor, Tədris Şərini daim, ardıcıl, 

barışmaz ifşa etmək. 



Həm Şərdən istifadə etmək, həm də Şəri ifşa etmək! 

Bu,  Yetkin  Ləyaqətlə  yanaşı,  həm  də  Yetkin  Məharət  tələb 

edir. 

Evlad  həmin  Ləyaqətə  çatmalı  və  həmin  Məharətə 



yiyələnməlidir! 

3 Dözüm günü, Ata Ayı, 8-ci il. Bakı. 

 

 



MÜQƏDDƏS BAYRAĞIMIZ 

1.  9-cu  il  Qar  Ayının  15-nə  qədər  İnamımızın  Müqəddəs 

Bayrağı hazırlanır. 

Bir Üzündə Evlad Nişanəsinin üz qabığı həkk olunur, o biri 

üzündə  Günəş  rəngində  (sarı),  Ocaq  rəngində  (Açıq  qırmızı), 

İşıq rəngində (Ağ) Rəmzi xətlər çəkilir. 



Bayrağın ümumi rəngi – Səmavi. 

 

2.  Qar  Ayının  15-də  evladım  Halal  Bayrağı  Ata  hüzuruna 



gətirir. 

 

3.  Bayraq  Pünhan  saxlanılır,  Yada  göstərilmir,  Yağıya 



verilmir, çıxılmaz vəziyyətdə yandırılır. 

 

4. Bayraq Ata Hökmüylə Mərasimlərdə nümayiş etdirilir. 



 

5. Bayraq Yaradılmasına Məsul – Evladım Safruh. 

Bayrağın Qoruyucusu – Evladım Əsil. 

 

5 Qismət günü, Ata Ayı, 8-ci il. Bakı. 



 

44 


MÜQƏDDƏS KİTABLARIN YAZILMASI 

(Evladlara buyuruq) 

1. Dəqiq və hərtərəfli müəyyənləşir: 

Harada, nə vaxt ərzində, nə qədər kassetlə, hansı şəraitdə. 



Hesablama  Ataya  təqdim  olunur,  Atanın  sərəncamıyla 

həyatiləşir. 

 

2.  9-cu  ilin  yayında  Ata  tətilə  çıxır  və  vaxtını  bu  işə  sərf 



edir. 

 

3. Yazılışa məsul: Safruh, Sadiqim, Əsil. 

 

 



SAFRUHA 

(Buyuruq) 

Müqəddəs  Kitabların  Yazılışına  On  sətirdən  ibarət  Evlad 

Girişi hazırlayırsan. 

“Ata  kimdir?”,  “Atalıq  nədir?”,  Kitabların  tənzimatı: 

yaranma tarixi, sayı, adları.  

Giriş  “Müqəddəs  Məqamdır,  Asif  Atanı  dinləyirik!  Ata 

Evladı Safruh” sözləriylə bitir. 



Öz səsinlə Girişi oxuyursan, yazılır. 

 

5 Qismət günü, Ata Ayı, 8-ci il. Bakı. 

 

 

QƏLBİ ÜÇÜN 



Ata Gününə qədər Amalımızın Tərənnümünü yazırsan. (Ata 

haqqında Sözlə bərabər).  

Bayatı Biçimində. 40 sətir. 10 Bayatı. 

(“Əzizim” rədifinə ehtiyac yoxdur). 

Atanın, Amalın, Sabahın, Mütləqiliyin, Müqəddəsliyin Ma-

hiyyətini vəsf edirsən, Şərin Qəbahətini Döyürsən. 

Bədiyyatla Fikrin Vəhdətinə nail olursan. 


 

45 


Həm məna, həm də hissiyyat zənginliyi!.. 

Həm idrak, həm də gözəllik! 

Ehtiyac hiss etsən, Müqəddəs Kitablara Müraciət eləyərsən. 

Ayın  20-də  axşam  saat  8-də  Tərənnümü  Ata  Hüzuruna 

gətirirsən. 

Mərasin Tərənnümlə bitir. Sənin ifanda. 

 

Uğurlar diləyirəm! 



 

8 Arzu günü, Ata Ayı, 8-ci il. Bakı. 

 

(Qeyd: Həyatdakı adı İlham idi. Döndü). 



 

 

DÜZGÜNƏ 

Nə qədər İnamlı olsan da – Dəyişil! 

Mütləq İnama Yüksəl! 

Nisbi İnam – İnamsızlıqdır! 

 

Nə qədər İdraklı olsan da – Dəyişil! 



Mütləq İdraka Yüksəl! 

Nisbi İdrak – İdraksızlıqdır! 

 

Nə qədər Mənəviyyatlı olsan da – Dəyişil! 



Mütləq Mənəviyyata Yüksəl! 

Nisbi Mənəviyyat – Mənəviyyatsızlıqdır! 

 

Nə qədər İradəli olsan da – Dəyişil! 



Mütləq İradəyə Yüksəl! 

Nisbi İradə – İradəsizlikdir! 



 

Düzgün Yaşa! 

Düzgün adını sənə halal eləyirəm! 

Amallaş, Amala layiq Əməl Yetir! 



 

46 


 

Hər Ayda bir dəfə Ata hüzuruna gəlmək haqqın var. (20-də, 

axşam saat 11-də, 15 dəqiqə ərzində). Hesabat və Suallarla. 

 

Ürəyin qaranlıqları yarsın! 



Daxilindəki Mütləq sənə yar olsun! 

 

11 Ata Ayı, 8-ci il. Bakı. 

 

(Qeyd:  Həyatdakı  adı  Əli  idi.  Amaldan  döndü.  İlk  iki 



dönükdən biridir). 

 

“ATA GÜNÜ” MƏRASİMİ HAQQINDA 

Mərasim Məqsədinə çatdı. 

Ruhani Əməl yarandı. 

Xeyirə Uzunömürlü Xeyir verildi. 

Şərə Uzunömürlü Zərbə vuruldu. 

Evladlar Təqdirəlayiq Ləyaqət göstərdilər. 

Sabahımıza bir addım da yaxınlaşdıq! 

 

26 Qismət günü, Ata Ayı, 8-ci il. Bakı. 

 

“SORĞU GÜNÜ” HAQQINDA 

Müqəddəs  Kitabların  öyrənilməsinə,  Ailə  Yaradıcılığına 

Kömək  Məqsədiylə  Evladlara  hər  4  aydan  bir  Atayla  Sorğu 

haqqı verilir. 

Çətin  Məsələlər  aydınlaşdırılır,  ruhani  bilik  Möhkəmlənir, 

dərinləşir, dəqiqləşir; əməl kamilləşir. 

Zərurilik,  Yer,  Gün,  saat  Evladlar  tərəfindən  Müəyyənləş-

dirilir, Ataya təqdim edilir. 

Məsullar: Safruh, Sadiqim, Əsil. 



 

26 Qismət günü, Ata Ayı, 8-ci il. Bakı. 

SAFRUHA 

(Buyuruq) 



“Hadisələr” kitabı hazırlayırsan. 

 

47 


Orada əks olunur: 

Mərasimlərin tarixi, məğzi, nəticəsi, Səfərlərin, Tədbirlərin, 

Görüşlərin,  Müsahibələrin,  Mühazirələrin  tarixi,  məğzi, 

nəticəsi... 

Cari Amal işlərinin tarixi, məğzi, nəticəsi. 

Ata  hüzuruna  gediş,  Adlanma,  Evladlanma  əməlinin  tarixi, 

məğzi, nəticəsi. 

26 Qismət günü, Ata Ayı, 8-ci il. Bakı. 

 

SAFRUHA 

Evlad Ehtiramı pakdır! 

1. Sağlamlığının qayğısına qalırsanmı? 

O da Evladlıq Borcudur, bilirsənmi? 

 

2. Ata Safruhunu aramsız Buyuruqlarıyla Yormalıdır! 



 

3. Mərasimin Məğzini “Hadisələr” kitabı üçün yaz. 

Ata haqqında Evlad Sözlərini “Hadisələr”ə topla. 

 

4. 



Bayrağımızın 

Bənzərsizliyini, 

Əlçatmazlığını, 

Müstəqilliyini yaradın! 

 

5. Səfər aqibətiniz Zəfərli olsun! 



 

26 Qismət günü, Ata Ayı, 8-ci il. Bakı. 

 

 



SAFRUHA 

“Sədaqət”in təzə, genişlənmiş çeşidini çap eləməyi ön plana 

çək. 

O,  Ailə  yaradıcılığında,  Amallaşma  Hadisəsində  çox 



konkret iş görə bilər... 

Ataya Səcdə qaydalarını xüsusi biçimdə ayır, “Sədaqət”dən 

fərqləndir... 

Müqəddəs Səhifələr janrı yarat. 


 

48 


15 Xəzan Ayı, 8-ci il. 

 

 

HALALA 

Evlad Ehtiramı pakdır! 

 

1. 9-cu ildən Ailə yaradıcılığına başla. 



“Sədaqət”, “Ruhani Hökmlər” kəlamlarını hərəkət xətti Say 

və Əməl bağbanlığına başla... 



Özünə bağban ol, olduqca ailəyə bağban ol! 

Öyrəndikcə  öyrət! 

 

2. Ata Buyuruqlarını özünü Kamilləşdirmə səviyyəsi say! 



Dəyişil – dəyişdir! 

 

Ürəyin qaranlıqları yarsın! 



 

15 Xəzan Ayı, 8-ci il. Bakı. 

 

ƏSİLİMƏ 

1.  Ata  Günü  Mərasimində  təşkilatçılıq  qabiliyyətin  bar 

verdi: nizam, qayda, ardıcıllıq, bütövlük, dəqiqlik yarandı. 

Müqəddəs Bayrağımıza da iqtidarını sərf elə! 

 

2. Mərasimdəki nöqsanlar: Qaboyun uzunçuluğu, Sadiqimin 



özünü itirməsi, bir də şkafdakı konyak. 

 

3. Gələcəkdə Mərasimlərimizi Məşəllə keçirəcəyik. 



Düşünürsən,  daşınırsan,  təxəyyülünü  Səfərbər  eləyirsən  və 

mülahizələrini Ataya təqdim edirsən! 

 

4. Səfərlərə Yaraqlanırsan! 



 

Ürəyin qaranlıqları yarsın! 



 

49 


 

23 Mərhəm günü, Xəzan Ayı, 8-ci il. Bakı. 

 

 



SAFRUHA 

Evlad Ehtiramı pakdır! 



Suallar: 

1. Evladımın Əhvalı Mütləqləşirmi, 

İdrakı Mütləqləşirmi, 

Mənəviyyatı Mütləqləşirmi, 

İradəsi Mütləqləşirmi? 

 

2. Hökmlərin İcrası Mütləqdirmi? 



 

3. Qardaşların Mütləqçiliyi Mütləqləşirmi? 

 

4. “İş başına!” çağırışının Mütləqiliyi həyata keçirmi? 



 

31 Qismət günü, Xəzan Ayı, 8-ci il. Bakı. 

 

MƏLUMAT 

Evlad  olmaq  istəyən  çoxdur,  Evlad  Tələbinə  cavab  verən 

azdır! 

Ata tələsmir! 

31 Qismət günü, Xəzan Ayı, 8-ci il. Bakı. 

 

AMAL MƏNTİQİ 

Gülnaz bizə Yağı olmasa da, Doğma da deyil, Yaddır. 



YADA SİRR VERMƏ! 

 

31 Qismət günü, Xəzan Ayı, 8-ci il. Bakı. 



EVLADIM DÜZGÜNƏ 

İnamlı, qanadlı məktubunu aldım. 

Bəhrələndim. 


 

50 


Qardaşlarına salamımı çatdır. 

“Əməl”  qanunları  əsasında  qardaşlardan  müqəddəs  ailə 

yarat,  birlikdə  Amallaşın,  Ata  Gününə  qədər  doğmalarından 

evlad yetir, evladlıq nişanəsini mərasimə yüksəlt. 

Şəhərinizdə rəsmi hörməti ruhani hörmətlə əvəz edin. 

Şəhərinizin hörmətlisi olun! 

 

Ürəyiniz qaranlıqları yarsın! 



Daxilinizdəki Mütləq sizə yar olsun! 

 

12 Dözüm günü, Yağış Ayı, 8- ci il. Bakı. 

 

ƏMƏL MÜTLƏQİLİYİ 

1.  “Sədaqət”i,  “Ruhani  Hökmlər”i  Evladlar  köçürürlər  və 

Mütləq səviyyədə həyata keçirirlər. 

 

2.  Əməl  Mütləqiliyinin  ən  cüzi  natamlığı  –  şərə  xidmətdir, 



Evladlığa yağılıqdır. 

 

3.  “Ataya  ricalar”  Müqəddəsliyi,  Ruhani  gündəliklər 



İntizamı, Maddiyyat Qaydası Mütləq Əmələ çevrilməlidir. 

 

4.  9-cu  ilimiz  Ruhani  Səfərlər,  Müqəddəs  Ailələr  ili 



olmalıdır. 

 

5. Nisbiyə enən Amaldan dönür! 

Mütləqçinin nisbi əməli yoxdur, yalnız Mütləq əməli var! 

 

15 Murad günü, Yağış Ayı, 8-ci il. Bakı. 

 


 

51 

1   2   3   4   5   6   7   8   9   ...   26


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə