EVLADLARIM SADİQƏ – ÜSTÜNƏ
Amalla birləşsin taleyiniz.
Əməllə birləşsin taleyiniz.
Sabahla birləşsin taleyiniz.
Xəyanətin böyüyü-kiçiyi olmur.
Xəyanət tozunu Aqibətinizə yaxın qoymayın!
Yadlığın böyüyü-kiçiyi olmur.
Yadlıq tozunu Aqibətinizə yaxın qoymayın!
Süniliyin böyüyü-kiçiyi olmur.
Sünilik tozunu Aqibətinizə yaxın qoymayın!
Güzəranlı olun, ancaq güzəranpərəst olmayın!
Cismani Atanızı sevin, həm də Öyrədin!
Cismani Ananızı sevin, həm də Öyrədin!
Cismani qohumlarınızı sevin, həm də Öyrədin!
Müstəqilliyinizi göz bəbəyiniz kimi qoruyun!
Bugünü qapınızdan içəri qoymayın!
Beşikdə Asif Ataya Evlad Yetirin!
Sadiqim Üstünümün Analığını qorusun!
Üstünüm Sadiqimin Atalığını qorusun!
117
Laylay çalsın Üstün Beşik başında!
Sirdaş olsunlar Sadiqlə Üstün!
Xeyir-Dua verirəm Evladlarıma!
Onlara Ocaq qədərində Fərəh arzulayıram!
26 Arzu günü, Ata Ayı, 10-cu il. Bakı.
OCAQ MÜNASİBƏTİ
Mütləq Doğmalıq – Mütləq İntizam.
3 Xəzan Ayı, Arzu günü, 10-cu il. Bakı.
MÜƏMMƏR QƏDDAFİNİN
“YAŞIL KİTAB”I HAQQINDA
1. Amallaşan üçün bu Kitabda heç nə yoxdur.
2. Amallaşmayan üçün Əks Avropalaşma ideyasının siyasət
səviyyəsində ifadəsi var.
3. “Üçüncü Ümumdünya” yoxdur, bir Dünya var və o,
Ocaqlaşmalıdır.
4. Tərcümə əladır.*
3 Arzu günü, Xəzan Ayı, 10-cu il. Bakı.
*Safruh ruscadan çevirmişdi.
EVLADIM SAFRUHA
Evlad Ehtiramı pakdır!
1. “Məbəd”ə hazırlıq, evladların təklifləri, mülahizələr
məsuliyyəti Mütləq səviyyədə.
118
2. Bütövün Ata hüzuruna gəlməsi – Mərasimə qədər. Yetkin
səviyyədə.
3. Səfər Mərasiminin yazılması Safruha tapşırılır.
Təzələnmə, müqəddəslik, səcdə, ricalar biçimində.
Mərasim: “Əməl” və “Müqəddəs Əməl” Kəlamları üstə
köklənir. Yağış Ayının 24-də ilk çeşid (variant) Ataya təqdim
olunur.
4. Mərasimə qədər Safruh Səfərə çıxır, Ataya “Əməl” və
“Müqəddəs Əməl” bünövrəsində qurulmuş Ailə gətirir.
Qaranlıqlar Yarılsın!
28 Qismət günü, Xəzan Ayı, 10-cu il. Bakı.
MÜDRİKLİK
Hadisələrə Sabahın gözüylə baxmaq və Fərəhlənmək.
Bugünü əldən verməmək və çalışmaq.
12 Murad günü, Yağış Ayı, 10-cu il. Bakı.
EVLADIM GÖYLÜYƏ
Göy boyda Vətənimiz var!
Göy boyda Amalımız var!
Göy boyda İnamımız var!
Göy boyda İdrakımız var!
Göy boyda Mənəviyyatımız var!
Göy boyda İradəmiz var!
Göylü adını sənə halal eləyirəm!
Ürəyin Qaranlıqları Yarsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
7 Dözüm günü, Sərt Ay, 10-cu il. Bakı.
(Qeyd: Həyatda adı Əminə idi. Ocaqdan çıxdı).
119
EVLADIM ULUSLUYA
Soyumuz – Nəslimiz Uludur.
Şumer nəslindənik.
Midiya nəslindənik.
Babək nəslindənik.
Səlcuq nəslindənik.
Osmanlı nəslindənik.
Kamal Atatürk nəslindənik.
Səttarxan nəslindənik.
Zərdüştümüzdən od almışıq.
Nəsimimizdən od almışıq.
Füzulimizdən od almışıq.
Muğamımızdan od almışıq.
Sazımızdan od almışıq.
Atayurdda qalanan Ocaq Dünyanı isidəcək!..
Uluslu adını sənə halal eləyirəm.
Ürəyin Qaranlıqları Yarsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
9 Qismət günü, Sərt Ay, 10-cu il. Bakı.
(Qeyd: Həyatda adı Əbil idi. Ocaqdan çıxdı).
EVLADIM QEYRƏTƏ
Bugünün Qeyrəti yoxdur – ona görə ölmür.
Sabah Qeyrətlidir – ona görə qalib gələcək.
Bugünün Qeyrətində Qeyrətsizlik var.
İnamsızdırlar – Qeyrətsizcəsinə İnamlı görünürlər.
İdraksızdırlar – Qeyrətsizcəsinə İdraklı görünürlər.
120
Mənəviyyatsızdırlar – Qeyrətsizcəsinə Mənəviyyatlı görü-
nürlər.
İradəsizdirlər – Qeyrətsizcəsinə İradəli görünürlər.
Qeyrət adını sənə halal eləyirəm.
Ürəyin Qaranlıqları Yarsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
21 Sərt Ay, 10-cu il. Dözüm günü, Bakı.
(Qeyd: Həyatda adı Arif idi. Ocaqdan çıxdı).
SAFRUHA
“Hadisələr” Kitabına Ocağın ən cüzi əməllərini belə yaz –
Sabaha çatsın!
30 Sərt Ay, Qismət günü, 10-cu il. Bakı.
EVLADIM ÜLVİYƏ
Gözlərin İşığı Ülvidir.
Ürəyin Sədası Ülvidir.
Yolların Sonsuzluğu Ülvidir.
Göylərin Yüksəkliyi Ülvidir.
Gözlər İşıqsızdır.
Ürəklər Sədasızdır.
Yollar Sonsuzluğunu itirib.
Göylər Yerdən ayrılıb.
Ülviyyət gərək İnsana!
Ülvi adını sənə halal eləyirəm.
121
Ürəyin Qaranlıqları Yarsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
15 İnam Günü, Qar Ayı, 10-cu il. Bakı.
(Qeyd: Həyatda adı Şəmsi idi. Ocaqdan çıxdı).
EVLADIM ELMƏNƏ
Şöhrətə yarayırlar – Elə yarayan bilinirlər.
İşrətə yarayırlar – Elə yarayan bilinirlər.
Varidata yarayırlar – Elə yarayan bilinirlər.
Mənsəbə yarayırlar – Elə yarayan bilinirlər.
Eldən böyük Mənlik yoxdur!
Elsizlərin mənliyi yoxdur!
Elmən adını sənə halal eləyirəm.
Adına layiq ol!
Ürəyin Qaranlıqları yarsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
22 İnam günü, Qar Ayı, 10-cu il.
(Qeyd: Həyatda adı Vidadi idi. Ocaqdan çıxdı).
10-cu İL SƏFƏR MƏRASİMİ
1. Mərasim Xeyrin ömrünə calandı, Şərin ömrünü əksiltdi.
2. Safruhun, Əsilin, Üstünün, Sadiqin əməli təqdir olunur.
3. İşıqlının gəlməməsi, nişanələrsiz Bayram hərcayiliyi
Danlanır.
122
Qaranlıqlar Yarılsın!
22 İnam günü, Qar Ayı, 10-cu il. Bakı.
BALACA İLAN
Ata Hökmünə əməldə – cüzi dəqiqsizlik – ilandır – böyüyüb
Evladı çalacaq.
22 İnam günü, Qar Ayı, 10-cu il. Bakı.
RUHANİ BAŞÇILIQ
Ocaq başına yığılacaq xalq – bir-bir, on-on, yüz-yüz, min-
min, – İşıqlanacaq, İşıqlandıracaq!
22 İnam günü, Qar Ayı, 10-cu il. Bakı.
EVLADIM QALAYA
İnam adlı Qala gərəkdir Yurdumuza.
İdrak adlı Qala gərəkdir Yurdumuza.
Mənəviyyat adlı Qala gərəkdir Yurdumuza.
İradə adlı Qala gərəkdir Yurdumuza.
Qala adını sənə halal eləyirəm.
Adına layiq ol!
Ürəyin Qaranlıqları Yarsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
26 Mərhəm günü, Qar Ayı, 10-cu il. Bakı.
(Qeyd: Həyatda adı Ədalət idi. Ocaqdan çıxdı).
123
SAFRUHA
1. Müqəddəs İl Bayramına qədər Ailə yaratmaq və
Mərasimdə Ataya hesabat vermək.
2. Müqəddəs İl Bayramına Evlad hazırlamaq Ataya.
3. 15 – 20 nüsxə nişanə hazırlamaq.
Təzə Evladlar üçün.
4. “Əməl” və “Müqəddəs Əməl” Kəlamlarını Evladlar üçün
çap eləmək: 20 – 25 nüsxə.
Qaranlıqlar Yarılsın!
27 Qismət günü, Qar Ayı, 10-cu il. Bakı.
11-ci MÜQƏDDƏS İL BAYRAMI
1. Bayramın Yazılışı Əsillə Üstünə tapşırılsın.
2. Bayram Atanın Ruhani Qohumlara Müraciəti ilə başlanır
– Yeni ilə Ricadan sonra.
3. Evladlar “Mənim İlim!” adlı şifahi söz söyləyirlər. (Yazılı
şəkildə təqdim olunur).
4. “Əməl”, “Müqəddəs Əməl” Kəlamları maşınkada yazılır
və Evladlara təqdim olunur.
5. Bayram Simayi-Şəms Muğamı üstündə köklənir. (Alim
Qasımovun ifasında).
6. Bayram Yazısının ilk çeşidi Köçəri Ayın 10-da, Qismət
günü, saat 20-də Ataya təqdim olunur.
7. Bayram 3 saat davam edir – Əsilin evində.
124
Qaranlıqlar Yarılsın!
27 Qismət günü, Qar Ayı, 10-cu il. Bakı.
EVLADIM QALİBƏ
Bizi məğlub sayırlar.
“Zərdüştünüzü məğlub etdik!” – deyirlər.
“Babəkinizi öldürdük!” – deyirlər.
“Nəsiminizi dabanından soyduq!” – deyirlər.
“Dünyanızı parçaladıq!” – deyirlər.
Qalib olmalıyıq!
İnamsızlığa qələbə çalmalıyıq!
İdraksızlığa qələbə çalmalıyıq!
İnsansızlığa qələbə çalmalıyıq!
Əsarətə qələbə çalmalıyıq!
Zülmə qələbə çalmalıyıq!
Qalib adını sənə halal eləyirəm!
Adını ömrünlə doğrult.
29 İnam günü, Qar Ayı, 10-cu il. Bakı.
(Qeyd: Həyatda adı Şakir idi. Ocaqdan çıxdı).
EVLADIM DÜZGÜNƏ
Əyrilik ayaq götürüb yeriyir.
Düzgünlük itib – tapılmır.
İnamları əyridir.
İdrakları əyridir.
Vicdanları əyridir.
Həqiqətləri əyridir.
Düzgünlük istəyir Dünya.
125
Düzgün adını sənə halal eləyirəm.
Düzgünlük yaransın Həyatda.
Adını ömrünlə doğrult!
29 İnam günü, Qar Ayı, 10-cu il. Bakı.
EVLADIM YURDTƏKİNƏ
Yurdumuz – Bizik.
Yurdumuz kimi İşıqlı, Sabahlı, İnamlı, Xalis, Yüksək.
Yurdumuz təkinik.
Yurdumuzda Zülmət var – Bizə zidd, Yurda zidd.
Yurdumuzda Zillət var – Bizə zidd, Yurda zidd.
Yurdumuzda Həqarət var – Bizə zidd, Yurda zidd.
Zülməti yaraq İşığımızla.
Zilləti öldürək Ədalətimizlə.
Həqarəti silək Ləyaqətimizlə.
Yurdtəkin adını sənə halal eləyirəm.
Adını ömrünlə doğrult.
5 İnam günü, Köçəri Ay, 10-cu il. Bakı.
(Qeyd: Həyatda adı Hacı idi. Ocaqdan çıxdı).
“AİLƏ GÜNÜ” MƏRASİMİ
Evladım Özümlü Atayurdda ilk Asif Ata Ailəsi yaratdı.
Ailə yaranan gün – 6 Köçəri Ay – mərasimləşir, bayram
edilir.
15 Dözüm günü, Köçəri Ay, 10-cu il. Bakı.
126
SAFRUHA
Evlad Ehtiramı pakdır!
1. İşıqlı Ataya günahını söyləməlidir, Atadan mərhəmət
diləməlidir – İntizamsızlıq – Yadlıqdır, İntizam – Doğmalığın
təsdiqidir.
2. Mərasim nöqsansız olmalıdır. Nisbilik Mütləqçilərə
Yaramır – Söz əməldən ayrılır...
3. Nişanələr Ataya çatdırılır.
Nişanəsiz Bayrama gəlmək – həqarətdir!
4. “Məbəd”in ilk Qaydası İşıq Ayının 15-də Ataya Halal
vasitəsiylə təqdim olunur.
5. Təzə Nişanələrin yazılması ardıcıl şəkildə davam edilir.
6. Safruh – Bütöv – Qədim üçlüyü Ailə yaradıcılığında
fəaliyyətini kamilləşdirir.
7. Ataya və Ocağa Ricalar yazılsın.
Evladlara təqdim edilsin!
Qaranlıqlar yarılsın!
17 Qismət günü, Köçəri Ay, 10-cu il. Bakı.
MÜNASİBƏTLƏR
Ataya münasibət – Mütləqə münasibət.
Qardaşlara, Bacılara münasibət – özünə münasibət.
17 Qismət günü, Köçəri Ay, 10-cu il. Bakı.
127
MÜRACİƏT MÜQƏDDƏSLİYİ
Ataya – “Atam, Mütləqim, Peyğəmbərim” – deyə müraciət
edilir.
17 Qismət günü, Köçəri Ay, 10-cu il. Bakı.
SƏCDƏ MÜTLƏQİLİYİ
Ataya Səcdə Üç nişanəylə – əl öpmə, baş əymə, ürəyi
təqdim etmə – bütünlüklə müqəddəsləşir.
Səcdə nisbiliyinə son qoyulur.
17 Qismət günü, Köçəri Ay, 10-cu il. Bakı.
LƏYAQƏT
Evlad Atadan başqa heç kəsdən öyrənmir – hamını öyrədir;
heç kəsin təsirinə düşmür – hamını öz təsirinə salır; heç kəslə
mübahisə eləmir – hamını qandırır.
17 Qismət günü, Köçəri Ay, 10-cu il. Bakı.
ÖZÜYLƏDÖYÜŞ ƏMƏLİ
1. Evladlar özüylədöyüş üçün xüsusi dəftər ayırırlar,
müntəzəm surətdə kamilliyə doğru Yolun gedişatını, məqam-
larını, nəticəsini həmin dəftərə yazırlar.
Qorxudan necə ayrılıram?
Həsəddən necə ayrılıram?
Şəhvətdən necə ayrılıram?
Hərislikdən necə ayrılıram?
Tərəddüddən necə ayrılıram?
Yalandan necə ayrılıram?
Həqarətdən necə ayrılıram?
Aldatmaqdan necə ayrılıram?
128
Aldanmaqdan necə ayrılıram?
Dövrandan necə ayrılıram?
Saflığım Mütləqdirmi?
İradəm Mütləqdirmi?
İdrakım Mütləqdirmi?
İnamım Mütləq olmaya bilməz.
2. Xilqətimdə tez yanıb – tez sönmək, tez coşub – tez
süstləşmək, həşirə uymaq, tələsmək, lovğalıq, giley-güzar, qəd-
darlıq, iddiaçılıq, xudbinlik, şuğulçuluq varmı?
Gündəlik hadisələrin mənasını bu suallar ətrafında
qiymətləndirmək.
3. Ataya və Ocağa Rica oxunur.
Eyni vaxtlarda. Əvvəl Ataya, sonra Ocağa.
Üç dəfə – Mütləq!
4. Hər il “Ata Günü” Bayramından əvvəl özüylədöyüş
Dəftəri Ataya təqdim edilir və Ata ona qiymət verir. Həmin
qiymət Mərasimdə oxunur.
17 Qismət günü, Köçəri Ay, 10-cu il. Bakı.
EVLADIM GÜNTAYA
İstəyirik ki, İnsanın qara bəxtinə gün düşsün!
İstəyirik ki, Yurdumuzun qara bəxtinə gün düşsün!
İstəyirik ki, Şərqin qara bəxtinə gün düşsün!
İstəyirik ki, Dünyanın qara bəxtinə gün düşsün!
Günə tay olmalısınız!
İnsanın günü yoxdur!
Yurdumuzun günü yoxdur!
Şərqin günü yoxdur!
129
Dünyanın günü yoxdur!
Güntay adını sənə halal eləyirəm!
Adına layiq ol!
Ürəyin Qaranlıqları Yarsın!
18 Murad günü, Köçəri Ay, 10-cu il. Bakı.
(Qeyd: Həyatda adı Xalid idi. Ocaqdan çıxdı).
SAFRUHA
1. “Deyimlər” kitabın Amalımıza yarayacaq.
2. “Əməl” və “Müqəddəs Əməl” Kəlamları yazılsın və
Evladlara Mərasim günü paylansın.
3. Nişanəsiz Mərasimə gəlmək həqarətdir.
4. Bayram nöqsansız keçməlidir!
Qaranlıqlar Yarılsın!
25 Qismət günü, Köçəri Ay, 10-cu il. Bakı.
EVLADIM DAYAĞA
Dünyanın Ruhanilikdən özgə Dayağı yoxdur.
Bugünkülər – Ruhsuzdurlar, bu səbəbdən də Dünyasızdırlar.
Bugün – Dayaqsızdır, çünki İnamsızdır, İdraksızdır, Mənə-
viyyatsızdır, İradəsizdir.
Dayaq olmalıyıq Dünyaya – İnsan olmalıyıq.
Dayaq adını sənə halal eləyirəm.
Adına layiq ol!
130
Ürəyin Qaranlıqları Yarsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
27 Arzu günü, Köçəri Ay, 10-cu il. Bakı.
(Qeyd: Həyatda adı Asif idi. Ocaqdan çıxdı).
EVLADIM YÜKSƏYƏ
Alçaqdırlar Ruhən, Mənən, bu səbəbdən də Dünyaya
çatmırlar.
İnamları – İnama çatmır.
İdrakları – İdraka çatmır.
Mənəviyyatları – Mənəviyyata çatmır.
İradələri – İradəyə çatmır.
Alçaqdırlar – bu səbəbdən də Dünyanı alçaldırlar.
Dünyaya Yüksəklik gərək!
Dünyaya Yüksəklər gərək!
Yüksək adını sənə halal eləyirəm!
Ürəyin Qaranlıqları Yarsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
28 Ümid günü, Köçəri Ay, 10-cu il. Bakı.
(Qeyd: Həyatda adı Loğman idi. Ocaqdan çıxdı).
11-ci MÜQƏDDƏS İL BAYRAMI
Mərasimdə Müqəddəslik hökm sürürdü: Müqəddəs hal,
Fərəh, göz yaşları.
Birinci dərəcəli nöqsanlar yox idi:
İkinci dərəcəli nöqsanlar var idi – yox olmalı!
Qaranlıqlar Yarılır!
3 Qismət günü, Günəş Ayı, 11-ci il. Bakı.
131
MÜQƏDDƏS QANUN
Çiçək Ayının Birindən Rica Mütləqləşir.
Ricasızlıq – Şər sayılır.
MÜQƏDDƏS RİCA BİRLİYİ
Müqəddəs Rica Birdir – Ataya Rica.
Ocağa Rica oxunmur.
RİCA MƏQAMLARI
Səhər Ricası – saat 8-10 vədələrində.
Günorta Ricası – saat 12-14 vədələrində.
Axşam Ricası – saat 20-22 vədələrində.
MÜQƏDDƏS RİCA MÜTLƏQİLİYİ
Ricasız keçən gün – Şərindir!
Mərasimlər Ataya Ricayla başlanır!
Rica Evdə başlanır, İş yerində davam etdirilir, Evdə tamam-
lanır.
“ÖVLAD GÜNÜ” MƏRASİMİ
Şölə Ayının Biri Övlad Günü Sayılır, Mərasimləşir, bayram
edilir.
MÜQƏDDƏS HAQQ
Övladım Özümlü Asif Ata Ailəsinin Təmsilçisi sayılır.
ÖVLADIM ÖZÜMLÜNÜN TƏMSİL ETDİYİ
ASİF ATA AİLƏSİNƏ
Yola çıxmısınız. Nur aparıb, Uğur gətirin.
Özünüzü dəyişin.
Camaatı dəyişin.
Cəmiyyəti dəyişin.
Qaranlıqlar Yarılsın!
132
XEYİR-DUA
Asif Ata Ailəsinin təmsilçisi Özümlüyə Müqəddəs əməlində
Uğur diləyirəm, Xeyir-Dua verirəm Ruhani məsuliyyətinə.
ÖVLADIM ÖZÜMLÜNÜN TƏMSİL ETDİYİ
ASİF ATA AİLƏSİNƏ
Müqəddəs Amalda Birləşin!
Müqəddəs İdrakda Birləşin!
Müqəddəs İnsanilikdə Birləşin!
Müqəddəs Yurdsevərlikdə Birləşin!
Şərə qarşı!
Bir sözündən Müqəddəslik Dərin:
Bir Ata, Bir Amal, Bir Əməl!
4 Murad günü, Günəş Ayı, 11-ci il. Bakı.
TƏQDİR
Övladım Safruhun “Görümlər. Duyumlar. Deyimlər” kitabı
timsalında Amala çağıran leqal fəaliyyəti təqdir olunur.
ATAYLA GÖRÜŞLƏR
1. Övladım Göylünün əməliylə yaranan Bakının 36 nömrəli
məktəbində keçirilən Görüşdə Amal İşığı düşdü ürəklərə, Amal
çağırışı səslənildi, Amal Ünvanı bilindi.
2. Tovuzda Övladım Əsillə birgə keçirilən Atayla görüşdə -
Amal öyrənildi, Əməl çatdırıldı, Övladlar manşırlandı.
Qaranlıqlar Yarılır!
MÜQƏDDƏS MƏSULİYYƏT
Övladım Qeyrətə Atanın cismani mühafizəsi tapşırılır.
Qeyrət Atanın Təhlükəsizliyi üçün Ocaq qarşısında Mütləq
Məsuliyyət daşıyır.
133
Atanın Cismani Qoruyucusu Müqəddəsliyinə ucalır Qeyrət,
Mütləq Fədailiyə çatır: Özündən keçir – Borcundan keçmir.
22 Dözüm günü, Günəş Ayı, 11-ci il. Bakı.
SAFRUHA
Övlad Ehtiramı pakdır!
1. “Hadisələr” kitabını gələn Görüşə gətir Ata hüzuruna.
2. Göylünün Yazısı əsasında Çiçək Ayındakı Mərasimin
Məşqinə başlayın: Övlad Hazırlayın Ataya Mərasim üçün.
3. “Məbəd”lə bağlı düşüncələrini hazırla – Ataya təqdim elə
gələn Görüşdə.
4. Kitabının Müzakirələrini təşkil elə - Ocaq odu sal
ürəklərə: Müdrikcəsinə, Kamil.
5. Ataya Gündəlik Rica Müqəddəsliyinə Yüksəl!
Qaranlıqlar Yarılsın!
31 Qismət günü, Günəş Ayı, 11-ci il. Bakı.
ÖVLADIM BİLƏNƏ
Yalanın Quludurlar – Həqiqətin Sahibiyik.
Ruhani Bilik Yiyəsiyik.
Mütləqə İnamı bilirik.
Kamil İnsanı bilirik.
Ruhani Cəmiyyəti bilirik.
Müstəqil Vətəni bilirik.
Özümlü Şərqi bilirik.
Ləyaqətli Bəşəri bilirik.
Daxili Gözlə baxırıq Dünyaya – Sabahı görürük.
134
Ehkam Şərini bilirik.
Quruluş Şərini bilirik.
Təşkilat Şərini bilirik.
Bilən adını sənə halal eləyirəm.
Adına layiq ol!
Ürəyin Qaranlıqları Yarsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
(Qeyd: Həyatda adı Qardaşxan idi. Ocaqdan çıxdı).
Dostları ilə paylaş: |