HƏQİQƏT
Dəyişirik Həqiqətə qədər – Həqiqət dəyişmir.
3 Arzu günü, Od Ayı, 11-ci il. Bakı.
169
HƏQİQƏTSİZLİK
Güzəştdə İki Yarımhəqiqət birləşib bir Həqiqətsizlik
yaradır.
Güzəşt – Həqiqətsizlikdən faydalanmaqdır.
BAŞAŞAĞILIĞI
Güzəşt – əslində Baş saxlamağa yarayan Başaşağılığıdır.
HƏQİQƏT
Zəmanənin arxasınca gedən arxada qalır.
HƏQİQƏT
Dünyalaşmağın yeganə Yolu – Özümləşməkdir.
FƏRQ
Azərbaycandan Məkkə yaratmaq lazımdır, İsveç yaratmaq
lazım deyil.
8 Murad günü, Od Ayı, 11-ci il. Bakı.
YERİMİZ
Hökumət Yurdumuzun bir qarışına belə sahib deyil əslində;
bu səbəbdən də Yurdumuzun hər yerində Yerimiz var.
9 İnam günü, Od Ayı, 11-ci il. Bakı.
ÖVLADIM ÖZÜMLÜYƏ
Lənkərandakı “Xalq Cəbhəsi” qrupu haqqında Özümlünün
təhlili əsasında Qiymət.
1. Kiçik işlərə böyük inamları var, çünki əslində
İnamsızdırlar.
2. Xalqı görmürlər – çünki daxili gözləri yoxdur.
170
3. Maddiyyatçılıq naşılığına pərçimləniblər.
4. İdrakca camaatdan fərqlənmirlər, bu cəhətdən də camaata
gərək deyillər.
5. Sabahları yoxdur – bu səbəbdən də Bugünləri də
olmayacaq.
6. Mahiyyətcə kommunistdirlər – Qızışdıran – Qorxan.
7. Şöhrətdən başqa tanrıları yoxdur – çünki Amalsızdırlar.
8. Şərləşəcəklər – çünki Xeyirləri yoxdur əslində.
Lənkəranda Amal Bağı salın – qoyun camaat onun barından
bəhrələnsin.
11 Ümid günü, Od Ayı, 11-ci il. Bakı.
Övladim Özümlünün Cənubdakı Ata Ailəsinin
Əməli haqqında hesabatına Qiymət
1. Özüylə döyüş Eşqləşir.
2. Ən gərgin, təhlükəli, əzablı məqamlara Daxili hazırlıq.
Gerçəklikdən artıq silahlanmaq.
3. Artmaq – Ağac-Ağac!
Nurlanın, Nurlandırın.
HƏQİQƏT
Müqəddəslik olmayan yerdə – Qələbə yoxdur.
15 Murad günü, Od Ayı, 11-ci il. Bakı.
171
HƏQİQƏT
Ocaqsız yaşaya bilən – Ocaqda yaşaya bilməz.
30 İnam günü, Od Ayı, 11-ci il. Bakı.
ÖVLADIM ULUYOLA
Yolumuz Uludur – çünki İnamlıyıq, İdraklıyıq, Mənəviy-
yatlıyıq, İradəliyik.
Yolsuzdurlar – bu səbəbdən də Ulusuzdurlar.
Ulu Yolla Müqəddəsliyə doğru gedirik.
Uluyol adını sənə halal eləyirəm.
Daxilindən başlayır Uluyol, - Amallaşır, Sabahlaşır.
Müqəddəslik Suyunda durulacaq qanlı-qadalı dünya.
Daxilindəki Mütləq sənə Yar olsun!
Qaranlıqlar Yarılsın!
1 Ümid günü, Qürub Ayı, 11-ci il. Bakı.
(Qeyd: Həyatda adı İlqar idi. Ocaqdan çıxdı).
VƏZİYYƏT
Cəmiyyətləşən Mülkiyyət – Mülkiyyətsizlikdir.
Cəmiyyətləşən İnsan – İnsansızlıqdır.
ANTİEHKAM ƏLİFBASI
İctimai Fərd olmur, ictimai Şəxsiyyət olmur – İctimai İnsan
olmur.
172
VƏZİYYƏT
İctimai Mülkiyyəti xüsusiləşdirirlər – Yoxdan Var yaradırlar
Allahsızlar.
2 Dözüm günü, Qürub Ayı, 11-ci il. Bakı.
SAFRUHA
Müqəddəs “Ata Günü” Mərasimi –
1. Əsilin səsində Ata Ricasıyla açılır;
2. Müqəddəs Yığımla başlanır – Safruhun Ataya Ruhani
Kitabların Təqdimiylə davam edir;
3. Övladların Ata haqqında Sözüylə artır;
4. Ata Sözüylə Kəlamlaşır;
5. Övlad Qəbuluyla Andlaşır;
6. Ruhani Sənədlərin oxunmasıyla başa çatır.
II. Mərasimin son yazısı bu ayın 15-də Ataya təqdim olunur.
Qaranlıqlar Yarılsın!
3 Mərhəm günü, Qürub Ayı, 11-ci il. Bakı.
HƏQİQƏT
Əgər Göy olmasaydı, İnsanlar Yerdə Göyərməzdilər.
4 Qismət günü, Qürub Ayı, 11-ci il. Bakı.
173
HƏQİQƏT
Doğma Hakim olmur, Yad Ata olmur.
6 İnam günü, Qürub Ayı, 11-ci il. Bakı.
HƏQİQƏT
Rütbəsizlər üstünlüyü, Vəzifəsizlər üstünlüyü, Vəsiqəsizlər
üstünlüyü.
HƏQİQƏT
Gerçəkliyin Tələbi – Mütilik.
Gerçəklikdən Tələb – Vüqar.
HƏQİQƏT
Dövrandan asılı olmadığın dərəcədə özünsən.
Dövrandan asılı olduğun dərəcədə özgəsən.
HƏQİQƏT
Məna Birdir – Mənasızlıq Min.
11 Qismət günü, Qürub Ayı, 11-ci il. Bakı.
XƏLQİ YÖN
Təcriddə təmizlənmək.
HƏQİQƏT
Sonlu – müəyyən deyil, yalnız sonsuz müəyyəndir.
Keçici – müəyyən deyil, yalnız əbədi müəyyəndir.
Qeyri-kamil – müəyyən deyil, yalnız kamil müəyyəndir.
12 Murad günü, Qürub Ayı, 11-ci il. Bakı.
174
MƏQSƏD
İqtisadi Azadlıq – Əməkçi Mülkiyyəti.
İctimai Azadlıq – Fərdi Özünüidarə.
Siyasi Azadlıq – Atalıq.
Milli Azadlıq – Müstəqil Vətən.
HƏQİQƏT
Adi məna olmur. Mənalar hamısı qeyri-adidir.
Adi Təzahürlər olur.
HƏQİQƏT
Sonsuzluq olmasaydı – Sonlu olmazdı.
Əbədilik olmasaydı – Keçici olmazdı.
Kamillik olmasaydı – Qeyri-kamillik olmazdı.
Əvvəl Məna yaranır, sonra Təzahür – Təzahür Mənaya
çatmır.
Məna – İlahidir, Təzahür gerçək.
Məna gerçəklikdən artıqdır.
15 Ümid günü, Qürub Ayı, 11-ci il. Bakı.
ÖVLADIM ÖZÜMLÜNÜN TƏMSİL ETDİYİ
ATA AİLƏSİ HAQQINDA
1. Ruhani Nitq Yetkinliyi artır, kal meyvələr dərilmir.
2. Özüylədöyüş dərinləşir, güclənir.
3. Ailənin Müqəddəslik Mahiyyəti qorunur – hərcayiliyə yol
verilmir.
175
Zəruri Təkmilləşmə
1. Özüylə Döyüş çeşidlənsin; Bir Duyğu ətrafında cəmləş-
sin, onu aradan qaldırandan sonra Başqa Duyğuyla döyüş
başlansın: məs., Qorxu Duyğusundan sonra Xudbinlik və s...
Hər Ailə günü Bir Duyğuyla döyüşə həsr edilsin.
2. Hər Ailə günü – Amalımızın Bir İdeyasına həsr olunsun –
İdeyalar Bir-Bir öyrənilsin – Müqəddəs Kitablar əsasında...
Müqəddəsatdan hissələr oxunsun, Təhlil edilsin, İdraka,
Duyğuya həkk olunsun...
Ruhani Hökmlər öyrənilsin.
3. Camaatla Təmas üçün Ruhani Söhbətlər Biçimindən
istifadə olunsun.
Müəssisələrə Yol açılsın.
Camaatın yanına Müqəddəs Kitablarla silahlanmış halda
getməli, Kəlamlardan zəngin istifadə etməli, oxumalı.
İslamçılara Mütləqə aid Ata Sözü çatdırmalı.
4. Bayrağımız Ailənin başı üstündə dalğalansın.
5. Ruhani söhbətləri: Amalımız. Qədimliyimiz.
Bugünümüz – səpgisində aparın.
Əməldə və Müqəddəs Əməldə manşırlanmış Mətbuat, Ra-
dio, Televizor – Hərəkatlar Yağılığına qarşı Döyüşü güclən-
dirin – Ailə günündə həmin Döyüş Hərtərəfli canlansın!
6. Övlad hazırlığında Ruhani Sənədlərdən səmərəli istifadə
etməli – Şərhli oxunuş təşkil etməli – zəngin.
7. Ata haqqında həqiqəti demək. Ata Ünvanını vermək –
Ruhani, Müqəddəs səviyyədə – Atanın Ali Andlarını tanıtmaq.
Qaranlıqlar Yarılsın!
Nur aparın, Uğur gətirin!
18 Qismət günü, Qürub Ayı, 11-ci il. Bakı.
176
VƏZİYYƏT
Dövlət olmayan millət – millət deyil.
Dövlətsizlik – əslində millətsizlikdir.
19 Murad günü, Qürub Ayı, 11-ci il. Bakı.
OCAQ XƏTTİ
Yenidənqurmaya Qoşulmaq.
Yenidənqurmanı İfşa etmək.
Yenidənqurmadan İstifadə etmək.
HƏQİQƏT
Yurdumuza Sosializm gərək deyil.
Kapitalizm gərək deyil.
Sosial-kapitalizm gərək deyil.
Yurdumuza Ruhani cəmiyyət gərəkdir!
20 İnam günü, Qürub Ayı, 11-ci il. Bakı.
VƏZİYYƏT
Ermənilər Avropanı azərbaycanlılara qarşı çevirdilər.
Moskvanı azərbaycanlılara qarşı çevirdilər.
Azərbaycanlıların Təcrid ləyaqətindən bəhrələnmək məqamı
gəlib çatır.
HƏQİQƏT
Yadla Yadlaşmadan Doğmayla Doğmalaşmaq olmaz.
Güzəşt Həşiri – cəfəngiyyatdır.
Yadla Doğmalaşan – Doğmayla Yadlaşar.
Hamılıqla Doğmalaşmada – Doğmalıq itər.
MƏNA
Göyün Yerə kölgəsi düşdü və Yer işıqlandı.
22 Ümid günü, Qürub Ayı, 11-ci il. Bakı.
177
HƏQİQƏT
Əməkçi Mülkiyyətində – Mülkiyyətçilik itir – əməkçi Mül-
kiyyətlə doğmalaşır, Mülkiyyətçilik yadlığı aradan qalxır.
HƏQİQƏT
Məna gerçəkliyə bərabər olsaydı – mənasızlaşardı.
25 Qismət günü, Qürub Ayı, 11-ci il. Bakı.
HƏQİQƏT
Yerin mənası Göydədir. Musiqi bunu İnsanların yadına salır.
27 İnam günü, Qürub Ayı, 11-ci il. Bakı.
VƏZİYYƏT
Cəmiyyətə İşıq salmaq əvəzinə, cəmiyyətdən İşıq aradılar
İnsanlar və Qaranlığa düşdülər.
28 Arzu günü, Qürub Ayı, 11-ci il. Bakı.
HƏQİQƏT
“Həqiqət acıdır!” – deyirlər.
“Bəşər Həqiqət acıdır!” – deyirik.
HƏQİQƏT
Ölümünə layiq yaşayan olmayıb dünyada.
29 Ümid günü, Qürub Ayı, 11-ci il. Bakı.
ÖVLADIM GÜNEVƏ
Evləri Günsüzdür Bugünkülərin.
İnam Günü düşmür Evlərinə –
İdrak Günü düşmür,
Mənəviyyat günü düşmür,
İradə günü düşmür.
178
Gün olmalıyıq Evlərə.
İnamlanmalıdır, İdraklanmalıdır, Mənəviyyatlanmalıdır,
İradələnməlidir Həyanlıq.
Gün evi doğacaq Dünyaya Yurdumuzdan.
Günev adını sənə halal eləyirəm.
Adına layiq ol.
Ürəyin Qaranlıqları Yarsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
(Qeyd: Həyatda adı Əlabbas idi. Ocaqdan uzaqlaşdı).
HƏQİQƏT
Ümidsizliyin Ümid adlı Mənası var –
Ümidsizlik anında unudulan.
3 İnam günü, Ata Ayı, 11-ci il. Bakı.
FƏRQ
Zaman adamın ayağının altından qaçır, İnsanın ayağının
altına sərilir.
4 Arzu günü, Ata Ayı, 11-ci il. Bakı.
VƏZİYYƏT
Hökumət Xalqı birliyə çağırır.
Antixalq Xalqı birliyə çağırır.
Əslində Xalqı Hökumətə qarşı birliyə çağırmaq lazımdır.
HƏQİQƏT
Ocaq – qeydə alınmaz. Ruh – qeydə alınmaz.
Ocaq qeydlə yanmaz, Qeybdən yanar.
179
ÖVLADIM UCALIYA
Yurdumuz Ucadır – bu səbəbdən – Ucalıyıq.
Amalımız Ucadır – bu səbəbdən – Ucalıyıq.
İnamımız Ucadır – bu səbəbdən – Ucalıyıq.
İdrakımız Ucadır – bu səbəbdən – Ucalıyıq.
Mənəviyyatımız Ucadır – bu səbəbdən – Ucalıyıq.
İradəmiz Ucadır – bu səbəbdən – Ucalıyıq.
Uca Yurddanıq, Uca Amaldanıq, Uca İnamdanıq, Uca
İdrakdanıq, Uca Mənəviyyatdanıq, Uca İradədənik.
Ucalı adını sənə halal eləyirəm.
Adına layiq ol.
Daxilindəki Mütləq sənə Yar olsun!
Qaranlıqlar Yarılsın!
8 Qismət günü, Ata Ayı, 11-ci il. Bakı.
(Qeyd: Həyatda adı Teymur idi. Ocaqdan çıxdı).
HƏQİQƏT
Həyatın arxasınca gedən – azır.
11 Arzu günü, Ata Ayı, 11-ci il. Bakı.
ÖVLADIM DAĞTƏKİNƏ
Dağ – Vüqar Rəmzidir.
Bugünkülər Vüqarsızdırlar, çünki Qürrəlidirlər.
Dağ – Sabitlik Rəmzidir.
Bugünkülər Dəyişkəndirlər, çünki Əsassızdırlar.
Dağ – Qüvvət Rəmzidir.
Bugünkülər Qüvvətsizdirlər, çünki İnamsızdırlar.
Dağ – Dözüm Rəmzidir.
180
Bugünkülər Dözümsüzdürlər, çünki Yolsuzdurlar.
Dağ boyda Dərdimiz var – Dərdimiz Boydayıq.
Dağtəkin adını sənə halal eləyirəm.
Adına layiq ol!
Ürəyin Qaranlıqları Yarsın!
Daxlindəki Mütləq sənə Yar olsun!
ÖVLADIM ODTƏKİNƏ
Oda sitayiş eləyiblər Qədimlərimiz.
Külə dönüblər bugünkülər.
Odu İşıq Rəmzi sayıblar Qədimdə.
Zülmətdə azıblar bugünkülər.
Od Təmizlik Rəmzi olub Ulularımızın.
Çirklidir bugünkülər.
Qanan olub, Yanan olub Əcdadlar.
Naşıdır, Sönükdür bugünkülər.
Odu qoruyublar Xalislər.
Oddan qorunurlar Bəsitlər.
Odtəkin adını sənə halal eləyirəm.
Adına layiq ol.
Daxilindəki Mütləq sənə Yar olsun!
Qaranlıqlar Yarılsın!
17 İnam günü, Ata Ayı, 11-ci il. Bakı.
HƏQİQƏT
İnsan Həqiqətini tapanda xoşbəxt olur.
HƏQİQƏT
Zamanın arxasına düşən – arxada qalır.
19 Ümid günü, Ata Ayı, 11-ci il. Bakı.
181
QAYDA
Ocağa gələnlərə “Xoş gəldin”, –
Ocaqdan gedənlərə “Xoş getdin” – demək gərək!
ÖVLADIM GÖYTƏKİNƏ
Yerin Mənası Göydədir.
Mənasızdır Bugünkülər, çünki Göysüzdürlər.
Göy olaq Yurdumuza – Məna Göyü, İnam Göyü, İdrak
Göyü, Mənəviyyat Göyü, İradə Göyü.
Göytəkin olaq – Yüksək: Yerin Yüksəkliyi Göydədir.
Göytəkin adını sənə halal eləyirəm.
Adına layiq ol.
Ürəyin Qaranlıqları Yarsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
20 Dözüm günü, Ata Ayı, 11-ci il. Bakı.
(Qeyd: Həyatda adı Ayişə idi. Ocaqdan çıxdı).
ÖVLAD VAXTI
Övlad hər gün Amallaşmaq üçün vaxt tapmalıdır.
Özüylədöyüş üçün vaxt tapmalıdır.
Ailə Gününə hazırlaşmaq üçün vaxt tapmalıdır.
Fikir Evinə hazırlaşmaq üçün vaxt tapmalıdır.
Müqəddəs Mərasimlərə hazırlaşmaq üçün vaxt tapmalıdır.
Müqəddəs Ricalar vasitəsiylə Mütləqə Səcdə Yüksəkliyinə
qalxmalıdır.
Övlad Vaxtı diriltməlidir!
Vaxtı öldürən Övladlığı öldürür!
FİKİR EVİ ƏMƏLİ
Hər bir Övlad işlədiyi yerdə Fikir Evi yaradır:
Fikir Evində Ruhani Sənəd öyrənilir, Atayla Təmas
hazırlanır.
182
ATA AİLƏLƏRİ HAQQINDA
1. Ailələr – Müqəddəs Mərasimlərə hazırlıq və Müqəddəs
Mərasimlərin davamı olmalıdır.
Məqsəd: Amallaşmaq, İnsanlaşmaq, Xalqlaşmaq, Övladlaş-
maq, Övladlaşdırmaq.
2. Ailələr “Əməl” və “Müqəddəs Əməl” Kəlamlarının
Ruhuna və Hərfinə tam Uyğun surətdə keçirilir.
3. Müqəddəsliyə ən cüzi etinasızlıq – Ocağa xəyanət sayılır
və Hərcayi Ailə ləğv olunur.
22 Qismət günü, Ata Ayı, 11-ci il. Bakı.
HƏQİQƏT
Yüz ağıl Bir Ağıldan yüz dəfə kiçik ola bilər.
Min ağıl Bir Ağıldan min dəfə kiçik ola bilər.
Çox ağıllılıqda Ağılsızlıq yaşayır.
23 Murad günü, Ata Ayı, 11-ci il. Bakı.
ÖZÜMLÜNÜN TƏMSİL ETDİYİ ATA AİLƏSİNİN
VII AİLƏ GÜNÜ HAQQINDA
1. Ailə Müqəddəslik Yoluyla irəliləyir, Fədakarlıq nümunəsi
göstərir.
2. Fikir Evi vasitəsiylə Ailənin İşığını camaatın üstünə
salmalı.
3. Mütləqə İnam Ruhaniyyatını bütün dərinliyi, incəliyiylə
mənimsəməli və xalqa çatdırmalı.
183
4. Rayonda Ailənin nəzdində Sorğular-Cavablar Evi
yaratmalı, camaatı Ruhaniləşdirməli.
5. Ailə günlərini Amallaşma, Özüylədöyüş, Övladlaşma və
Xalqla Təmas Dördlüyü əsasında keçirməli.
6. Sorğular – Cavablar Əməlinin Məzmunu:
Əsil və Süni İnam.
Əsil və Süni İnsan.
İnsani Cəmiyyət.
Vətən və Vətənsizlik.
Əsil və Süni Əməl.
Şərqliyimiz.
Artın, Artırın!
Qaranlıqlar Yarılsın!
26 Ümid günü, Ata Ayı, 11-ci il. Bakı.
HƏQİQƏT
Dönüklər bahasına əksilməyimiz – artmağımızdır.
5 Mərhəm günü, Ata Ayı, 11-ci il. Bakı.
HƏQİQƏT
Ruhani Suyu Peyğəmbərlər Səhrada tapıblar.
6 Qismət günü, Xəzan Ayı, 11-ci il. Bakı.
ÖVLADIM NURANDA
Andsızdırlar, çünki Nursuzdurlar.
Andsızdırlar – Adsızdırlar: İnamsızdırlar, İdraksızdırlar,
Mənəviyyatsızdırlar, İradəsizdirlər.
184
Nurandlıyıq: Amallıyıq, Sabahlıyıq.
Nurand adını sənə halal eləyirəm.
Adına layiq ol.
Ürəyin Qaranlıqları Yarsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
8 İnam günü, Xəzan Ayı, 11-ci il. Bakı.
(Qeyd: Həyatda adı Məhəmmədəli idi. Qəbula gəlmədi).
QƏDİMYURDDA ÖVLADIM QƏDİMİN
TƏMSİL ETDİYİ ATA AİLƏSİNƏ
1. Amallaşın – Amallaşdırın.
Döyüşün – Döyüşdürün.
Övladlaşın – Övladlaşdırın.
Xalqlaşın – Xalqlaşdırın.
2. Hər Ailə günündə: Amal öyrənilir, Özüylə döyüşün
nəticəsi yoxlanılır, Övladlığa manşırlanan Rəğbətçilər dəvət
olunur, Xalqla Təmas hazırlanır.
3. Amal Qanuni ardıcıllıqla öyrənilir:
Mütləqə İnam.
Özüylə Döyüş.
Ruhani Cəmiyyət.
Müstəqil Vətən.
Özümlü Şərq.
Ailə günləri ciddi hazırlanır: Müqəddəs Kitablardan, “Tə-
lim”dən, “Məbəd”dən, “Ocaq Tarixi”ndən istifadə olunur, Ata
Kəlamları oxunur, öyrənilir.
185
4. Özüylədöyüş: Qorxu, Hərislik, Şəhvət, Həsəd, Yalan,
Mütilik, Həşirçilik, Sürülük, Riyakarlıq, Dövrançılıq, Yırtıcı-
lıq, Bəsitlik, Dönüklük kimi Qəbahətlər Ömürdən, Ağıldan,
Ürəkdən silinir:
Özünlə tək qalırsan, üz-üzə durursan, Ruhani əməlin nəticə-
lərini Dəftərə yazırsan, Ailə günündə oxuyursan – şərh olunur,
qiymətləndirilir.
5. Övladlaşma – Rəğbətçilərlə Ailə günlərində və onlardan
kənar Ruhani İş.
6. Xalqlaşma: Ailənin nəzdində camaat üçün Fikir Evi
yaratmaq; ilk növbədə Ruhani Sənədləri öyrətmək, Bugünün və
Sabahın Mahiyyətini Xalqa anlatmaq və tədricən Amalla
camaat arasında körpü salmaq.
7. Ailə günü Mərasimləşsin: Bayrağımız, Carlarımız, Məşəl-
lərimiz, Musiqimiz Qədimyurdu nurlandırsın.
Kassetlərdən istifadə olunsun.
8. Ailəylə Bakı arasında müntəzəm əlaqə saxlanılsın.
Təmsilçi Qədim hər üç aydan bir Ata Hüzuruna gəlsin –
Ataya hesabat versin, Atadan məsləhət alsın.
9. Özümlünün təmsil etdiyi Ata Ailəsi təcrübəsi öyrənilsin,
təqlidçiliyə yol vermədən, yaradıcılıqla mənimsənilsin.
10. Ailə ardıcıl şəkildə Qarabağlaşsın, başqa rayonlarla,
kəndlərlə Təmas, Birlik yaransın.
Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!
186
11-ci il “ATA GÜNÜ” MƏRASİMİ
1. Mərasimdə Yetkinləşən Səcdə səviyyəsi və Ucalan Övlad
Fədakarlığı təsdiq olundu.
Halal qətiyyət Ruhani Əməl səviyyəsində idi: Maddi
Yığımda Ruhani nailiyyət ifadə olundu – Özümlünün təmsil
etdiyi Ata Ailəsi və Safruh Doğmalarına örnək oldular.
2. Safruhun “Məbəd”, “Müqəddəs Təlim”, “Ocaq Tarixi”
Ruhaniyyatına sərf olunan Ləyaqətli, Siqlətli Əməyi Təqdir
olunur.
3. Əsilin Kamilləşən Təşkilatçılığı, Sadiqimin, Üstünün
Ruhani Evliyi Təqdir olunur.
4.Mərasim İşığa qərq olmuşdu:
Övlad Səcdəsinə, Ata Məhəbbətinə.
5. Əsilin, Sadiqin, Haqlının Müqəddəs Kitabların tərcümə
çeşidlərinin biçimləşməsində – çapında, cildləşməsində,
yoxlanılmasında Gərgin, Səmərəli Əməyi Təqdir olunur.
Qaranlıqlar Yarılsın!
Dostları ilə paylaş: |