On Qutsal Bitiq’in (Onluğun) Yan Bitiqləri



Yüklə 2.19 Mb.
PDF просмотр
səhifə12/26
tarix03.12.2016
ölçüsü2.19 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   ...   26

SABAHLI ƏMƏL 

I. Övladım Safruhumun cafakeşliyi nəticəsində Ata Hökmü 

yerinə yetirildi: “Məbəd” kitabı, “Müqəddəs Təlim” məcmuəsi, 

“Ocaq Tarixi” hazırlandı. 



Bu, Amalımızın Yolunda yeni Mərhələ deməkdir. 

 

II. Safruhun Fədakar Əməyi Təqdir olunur. 

 

III. Kitablar artırılmalı və Xalqa çatdırılmalıdır. 



 

187 


IV.  Övladlığa  qəbul  olunanlar  Kitabları  öyrənir,  Övladlar 

Kitablara sahib olurlar. 

 

V.  “Məbəd”  Ləyaqət  səviyyəsində  satılır,  Ocaq  maddiyya-



tına yarayır, xalqın Amallaşmasına gərək olur. 

 

Qaranlıqlar Yarılsın! 



 

16 Arzu günü, Xəzan Ayı, 11-ci il. Bakı. 

 

 

SAFRUHUN ORTA ASİYA SƏFƏRİ 

Orta  Asiyanın  qapısı  Amalımızın  üzünə  açıldı,  indi  Evə 

daxil olmaq, onu İşıqlandırmaq lazımdır. 

 

 



AKTYOR EVİNDƏ ATAYLA GÖRÜŞ 

I.  Görüş  camaatı  Amala  yönəltmə  Yolunda  ciddi  addım 

oldu. 

 

II.  Övladım  Əsilin  Yaradıcı,  İnadkar,  Fədakar  Təşkilat-



çılığını xüsusi qeyd etmək gərək. 

 

25 Dözüm günü, Xəzan Ayı, 11-ci il. Bakı. 



 

 

MÜQƏDDƏS MƏTBUAT 

I.  Məbəd,  Müqəddəs  Təlim  və  Ocaq  Tarixinin  hazırlan-

masıyla Amal Mətbuatı yarandı. 

 

II.  Safruhun  Zəngin,  Səriştəli,  Uğurlu  Əməli  xüsusi  Təqdir 



olunur. 

 

III. Müqəddəs Mətbuatı ardıcıl şəkildə xalqa çatdırmalı. 



 

188 


XƏTT 

Minimal İmkandan maksimal istifadə. 

 

27 Qismət günü, Xəzan Ayı, 11-ci il. Bakı. 

 

 



BAKIDAKI ATA AİLƏSİNİN TƏMSİLÇİSİ 

SAFRUHUN HESABATI HAQQINDA 

Ailə Müqəddəslik üstə köklənib – Müqəddəslik çalmalıdır! 

 

 

TELETEATRDA ATAYLA GÖRÜŞ 



Görüş Amalın xalqlaşmasına yaradı... 

Əsilin  yaradıcı,  inadkar,  fədakar  Təşkilatçılığı  xüsusi  qeyd 

olunmalıdır. 

 

 



NEFT və KİMYA İNSTİTUTUNDA 

ATAYLA GÖRÜŞ 

Amalla  camaatın  doğmalaşması  yolunda  irəliləyiş  oldu 

Mərasim. 

Əsilin  yaradıcı,  inadkar,  fədakar  Təşkilatçılığı  xüsusi  qeyd 

olunmalıdır. 

 

28 Ümid günü, Yağış Ayı, 11-ci il. Bakı. 



 

 

POLİTEXNİK İNSTİTUTUNDA ATAYLA GÖRÜŞ 

Mərasimdə Amal bildirildi, əmələ çağırıldı. 

Əsilin Təşkilatçılığı yüksək səviyyədəydi. 

 

29 Dözüm günü, Yağış Ayı, 11-ci il. Bakı. 

 

 


 

189 


11-ci İL “SƏFƏR GÜNÜ” MƏRASİMİ 

1.  Mərasim  Mütləq  Səcdə  üstündə  köklənir  və  4  hissədən 

ibarət olur: 

 

I. Ata Kəlamı. 



 

II. Övladlaşma. 

 

III. Safruhun Səfər Təcrübəsi. 



 

IV. Övladların Səfər, yaxud Səfərsizlik haqqında sözləri. 

 

2.  Mərasimin  gedişatını  Halal  yazır  və  Sərt  Ayının  15-də 



Ataya təqdim edir. 

 

3. Mərasim Əsilin Evində keçirilir – 2 saat müddətində. 



 

4 Arzu günü, Sərt Ay, 11-ci il. Bakı. 

 

 



ÖVLADIM DOSTA 

Şərdən başqa Düşmənimiz yoxdur. 

İnsanın daxilindəki Şərdən başqa. 

Dünyanın daxilindəki Şərdən başqa. 

Xeyirə Dostuq. 

Dost adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

 

Ürəyin Qaranlıqları Yarsın! 



Daxilindəki Mütləq sənə Yar olsun! 

 

5 Ümid günü, Sərt Ay, 11-ci il. Bakı. 

 

(Qeyd: Həyatda adı Hidayət idi. Ocaqdan çıxdı.) 



 

190 


QƏLBİ GƏLİŞİ 

Övladlarım Sadiqimin və Üstünün oğlu Qəlbi adlandırılır – 

Yüksək və Ürəkli böyüsün, Ataya Övlad olsun. 

Layla üstündə köklənsin Analığı Üstünün, 

Qayğı üstündə köklənsin Atalığı Sadiqin. 

 

RUHANİ TOPLU 

Sadiqimin tərtib etdiyi “Övlad sözü” – Amala gərəkdir, İşıq 

payıdır camaata Övladlardan. Yayılsın Car kimi. 



 

7 Dözüm günü, Sərt Ay, 11-ci il. Bakı. 

 

ÖVLADIM GÖYLÜYƏ 

Yerin mənası Göydədir. 

Göylüyük – çünki İnamlıyıq. 

Göysüzdürlər – çünki İnamsızdırlar. 

 

Göylüyük – çünki İdraklıyıq. 



Göysüzdürlər – çünki İdraksızdırlar. 

 

Göylüyük – çünki Mənəviyyatlıyıq. 



Göysüzdürlər – çünki Mənəviyyatsızdırlar. 

 

Göylüyük – çünki İradəliyik. 



Göysüzdürlər – çünki İradəsizdirlər. 

Yurdçuyuq – Göylüyük. 



Göylü adını sənə halal eləyirəm. 

Adına layiq ol. 

 

Daxilindəki Mütləq sənə Yar olsun! 



 

11 Arzu günü, Sərt Ay, 11-ci il. Bakı. 

 

(Qeyd: Həyatda adı Rəhilə idi. Ocaqdan çıxdı). 



 

191 


MƏNƏVİ RƏMZLƏR 

Cənnət – İnam. 

Cəhənnəm – Tərəddüd. 

O dünya – Kamillik. 

Bu dünya – Naşılıq. 

 

15 Qismət günü, Sərt Ay, 11-ci il. Bakı. 

 

SAFRUHUN QƏDİMYURD AİLƏSİ 

MƏRASİMİ HAQQINDA HESABATI 

1.  Mərasim  Müqəddəslik  məzmununda,  Ruhani  biçimdə, 

Bənzərsizlik Qanununa uyğun, Ləyaqət İşığında keçib. 

 

2. Safruhun Yüksək Əməli təqdir olunur. 



 

3.  Övladların  Amal  Birliyi,  Mübahisəsizlik  Doğmalığı 

təqdir olunur. 

 

Məzmun Mütləqiliyinə çatın! 



Biçim Mütləqiliyinə çatın! 

 

Qaranlıqlar Yarılsın! 



 

25 Arzu günü, Sərt Ay, 11-ci il. Bakı. 

 

ÖVLADIM QALAYA 

İnam Qalasını uçurtdular İnamsızlar. 

İnam Qalası tikməliyik. 

İdrak Qalasını uçurtdular İdraksızlar. 

İdrak Qalası tikməliyik. 

Mənəviyyat Qalasını uçurtdular Mənəviyyatsızlar. 

Mənəviyyat Qalası tikməliyik. 

İradə Qalasını uçurtdular İradəsizlər. 

İradə Qalası tikməliyik. 


 

192 


Qala olmalıyıq Yurda. 

Qala adını sənə halal eləyirəm. 

Adına layiq ol. 

 

Qaranlıqlar Yarılsın. 



Daxilindəki Mütləq sənə Yar olsun! 

 

(Qeyd: Həyatda adı Sahib idi. Ocaqdan çıxdı). 



 

SUMQAYITDA ATAYLA GÖRÜŞ 

Mərasim Amala çağırdı, Şər tanındı, Xeyir təsdiqləndi. 

Soylunun sürətlə yetkinləşən Təşkilatçılığı Təqdir olunur. 

 

26 Ümid günü, Sərt Ay, 11-ci il. Bakı. 

 

ÖVLADIM LAYİQƏ 

İnama layiq deyil Bugünkülər – 

Çünki İnamları nisbidir – yəni yoxdur. 

İdraka layiq deyil Bugünkülər – 

Çünki İdrakları nisbidir – yəni yoxdur. 

Mənəviyyata layiq deyil Bugünkülər – 

Çünki Mənəviyyatları nisbidir – yəni yoxdur. 

İradəyə layiq deyil Bugünkülər – 

Çünki İradələri nisbidir – yəni yoxdur. 

İnama layiqik – çünki İnamımız Mütləqdir. 

İdraka layiqik – çünki İdrakımız Mütləqdir. 

Mənəviyyata layiqik – çünki Mənəviyyatımız Mütləqdir. 

İradəyə layiqik – çünki İradəmiz Mütləqdir. 

 

Mütləq İnam gətirməliyik ömürlərə. 



Mütləq İdrak gətirməliyik ömürlərə. 

Mütləq Mənəviyyat gətirməliyik ömürlərə. 

Mütləq İradə gətirməliyik ömürlərə. 

 


 

193 


Layiq adını sənə halal eləyirəm. 

Adına layiq ol. 

Qaranlıqlar Yarılsın! 

Daxilindəki Mütləq sənə Yar olsun! 

 

(Qeyd: Həyatda adı Əlikram idi. Ocaqdan çıxdı). 



 

ÖVLADIM FƏRƏHƏ 

Fərəhsizdirlər  Bugünkülər  –  çünki  İnamsızdırlar,  İdraksız-

dırlar, Mənəviyyatsızdırlar, İradəsizdirlər. 

Fərəhliyik  –  çünki  İnamlıyıq,  İdraklıyıq,  Mənəviyyatlıyıq, 

İradəliyik. 

Fərəh  gətirməliyik  Ömürlərə  –  İnam  Fərəhi,  İdrak  Fərəhi, 

Mənəviyyat Fərəhi, İradə Fərəhi. 

Fərəhsizdir Bugünkülər – çünki Ülvi Fərəh tanımırlar. 

Ülvi  Fərəh  gətirməliyik  Ömürlərə,  Ülvi  Fərəhə  qərq 

olmalıdır ömrümüz. 



Fərəh adını sənə halal eləyirəm! 

 

Qaranlıqlar Yarılsın. 



Daxilindəki Mütləq sənə Yar olsun! 

 

26 Ümid günü, Sərt Ay, 11-ci il. Bakı. 



 

(Qeyd: Həyatda adı Mikayıl idi. Ocaqdan çıxdı). 



 

“SƏFƏR GÜNÜ” MƏRASİMİ 

Mərasim Yetkin keçdi. 

Əsilin Təşkilatçılığı, Safruhun Sözü, Halalın Yazısı, Övlad-

ların Riqqəti Müqəddəslik səviyyəsindəydi. 

Nöqsan: Toplanış Mütləqiliyinin pozulması. 

 

Qaranlıqlar Yarılsın! 



 

30 Murad günü, Sərt Ay, 11-ci il. Bakı. 

 


 

194 


FƏRQ 

Səcdədə İnsan özündən Yüksəyə ucalır. 

Mütilikdə İnsan özündən Güclüyə alçalır. 

 

 



MANEƏLƏR 

İnsaniliyə  ən  çox  Allahlar  mane  olublar  –  təxəyyülləşən 

Hökmdarlar. 

 

HƏQİQƏT 

Mədəniyyətin əsası İnamdır,  

İnamsızlıq – Mədəniyyətsizlikdir. 

Mədəniyyət üçün məktəb azdır, 

Mehrab gərək! 



 

31 İnam günü, Sərt Ay, 11-ci il. Bakı. 

 

 



VƏZİYYƏT 

İslam  millət  tanımır,  bu  səbəbdən  də  İslam  İranı  azərbay-

canlı tanımır  – Vahid  Azərbaycan ideyası  İslamla döyüş tələb 

eləyir: İslam heyranları Yurda xəyanət eləyirlər, Yağıya xidmət 

eləyirlər. 

 

HƏQİQƏT 

Talış Türklə birləşib Bir olub, 

Türkdən ayrılıb İkiləşmək ona nə verər? 

Kürd Türklə birləşib Bir olub, 

Türkdən ayrılıb İkiləşmək ona nə verər? 

Tat Türklə birləşib Bir olub

Türkdən ayrılıb İkiləşmək ona nə verər? 

Lahıc Türklə birləşib Bir olub, 

Türkdən ayrılıb İkiləşmək ona nə verər? 



Yağıya yarayan – özünə yaramaz! 

 

195 


CƏFƏNG   ŞÜAR 

Türkləşmə  –  millətləşmə  deməkdir,  İslam  –  millət  tanımır, 

bu  səbəbdən  də  türkləşməyə  ziddir;  “türkləşmə  -  islamlaşma” 

şüarı cəfəngiyyatdır; islamlaşan türkləşə bilməz, müsəlmanlaşa 

bilər yalnız. 

1 Arzu günü, Qar Ayı, 11-ci il. Bakı. 

 

FƏRQ 

Xristianlar Mərhəmətə əsaslanır, Hürufilər Heyrətə. 

İslam İnsanı Qorxudur, Hürufilər İnsana Səcdə qılır. 



 

HƏQİQƏT 

Əgər özünü görə bilmirsənsə, kimi görə biləcəksən? 

 

2 Ümid günü, Qar Ayı, 11-ci il. Bakı. 

 

HƏQİQƏT 

Məhəbbət – Bədənin üzağlığıdır. 

 

GƏRƏKSİZLİK 

Gözəllik Sirdir, Sehrdir; “Estetika Elmi” Sirri, Sehri öldürür 

– bu səbəbdən də o, Gözəllik Təlimi yox, Gözəllik Məzarıdır. 



 

 

VƏZİYYƏT 

Qərb sübut elədi ki, Bəşər maddiyyatçılığa baş əyir. 

Şərq sübut eləməlidir ki, İnsan maddiyyatçılığı əyir. 

 

VƏZİYYƏT 

Dünya Qərbindir, Dünyanın Dərdi –Şərqin. 

 

VƏZİYYƏT 

Qərb  oyaq  görünür,  əslində  isə  Yuxudadır  –  Ruhsuzluq 

Yuxusunda. 



 

196 


RUHANİ  TƏŞKİLATÇILIQ  MƏRASİMİ 

Övladım  Əsilin  Yaradıcı,  İnadkar,  Fədakar  fəaliyyətindən 

Ruhani Təşkilatçılıq əməli yaranıb – Mərasimləşməyə layiq. 

Hər  Od  ayının  7-si  “Ruhani  Təşkilatçılıq  Günü”  sayılır  və 

Bayram edilir. 

3 Dözüm günü, Qar Ayı, 11-ci il. Bakı. 

 

ALTERNATİV YOXLUĞU 

Amal Alternativliyi Yoxdur – Amal Birdir. 

Həqiqət Alternativliyi Yoxdur – Həqiqət Birdir. 

Amalsızlıq Alternativliyi Var – Amalsızlıq – Çoxdur. 

Həqiqətsizlik Alternativliyi Var –Həqiqətsizlik – Çoxdur. 

 

HƏQİQƏT 

Ziyalı Təbəqəsi – Ziyasızdır. 

Ziyalı  – Təbəqədən artıqdır, böyükdür,  yüksəkdir  – mahiy-

yətcə Təbəqəyə qarşıdır. 

 

HƏQİQƏT 

Birlik  gərək:  Ata  ətrafında,  Atalıq  ətrafında,  Ata  Amalı 

ətrafında, Ata Sabahı ətrafında. 

 

17 Dözüm günü, Qar Ayı, 11-ci il. Bakı. 

 

HƏQİQƏT 

Xalqın səviyyəsinə enmək – Xalqa xəyanət eləməkdir. 

 

19 Qismət günü, Qar Ayı, 11-ci il. Bakı. 

 

HƏQİQƏT 

Beynəlmiləlçilik əvəzinə – Humanizm. 

Kollektivçilik əvəzinə – Birlik. 

Dövlətçilik əvəzinə – Xalqçılıq. 

Marksizm əvəzinə – Amal. 

 


 

197 


VƏZİYYƏT 

Kommunistlər  Azərbaycanı  kommunizm  zülmətinə  qərq 

etdilər. 

İndi də İslamçılar Azərbaycanı islam zülmətinə qərq etmək 

istəyirlər. 

25 Mərhəm günü, Qar Ayı, 11-ci il. Bakı. 

 

HƏQİQƏT 

Qəzavü-qədərdə  Ruhaniyyat  yoxdur,  o  dünya  cəfəngiyya-

tında Ruhaniyyat yoxdur; hürü-pəri şirniyyatında, Yeri – Göyü 

yaradan Allah vəhmində Ruhaniyyat yoxdur; 

İslam – dəhşətli Ruhsuzluqdur əslində. 

Qərb – Maddiyyatçılıq Ruhsuzluğudursa – 

İslam – ilahiyyatçı Ruhsuzluqdur. 

 

HƏQİQƏT 

Mütləq olmasaydı – Nisbi olmazdı. 

Sonsuz olmasaydı – Sonlu olmazdı. 

Əbədi olmasaydı – Keçici olmazdı. 

 

Mütləq olmasaydı – Nisbi Mütləq sayılardı. 



Sonsuz olmasaydı – Sonlu Sonsuz sayılardı. 

Əbədi olmasaydı – Keçici Əbədi sayılardı. 



 

 

VƏZİYYƏT 

Nüvə  silahının  yaranması  –  maddi  tərəqqi  və  mənəvi 

iflasdır. 

Nüvə  silahından  əqidəsizlik  bahasına  xilas  olmaq  yenə  də 

mənəvi iflasdır. 

İnsan İnsan olsaydı – Nüvə silahı yaranmazdı. 

İnsan İnsan olsaydı – Əqidəsizlik yaranmazdı. 

 

27 Murad günü, Qar Ayı, 11-ci il. Bakı. 



 

198 


HƏQİQƏT 

Dialektika – Üzdəki. 

Metafizika – Daxildəki. 

 

28 İnam günü, Qar Ayı, 11-ci il. Bakı. 



 

ÖVLADIM QEYRƏTƏ 

Qeyrətdən uzaqdırlar Bugünkülər – çünki İnamdan uzaqdır-

lar,  İdrakdan  uzaqdırlar,  mənəviyyatdan  uzaqdırlar,  İradədən 

uzaqdırlar. 

Mütləqsizdirlər – bu səbəbdən də hünərsizdirlər. 

İnamlıyıq, İdraklıyıq, Mənəviyyatlıyıq, İradəliyik, bu səbəb-

dən də Qeyrətə tapınırıq... 

 

Qeyrət İşığına qərq olmalıdır Yurdumuz. 



Qeyrət adını sənə halal eləyirəm. 

Adına layiq ol. 

 

Qaranlıqlar Yarılsın! 



Daxilindəki Mütləq sənə Yar olsun! 

 

(Qeyd: Həyatda adı Bəhram idi. Öldü). 



 

 

ÖVLADIM YURDÇUYA 

Yurdçuyuq – Mütləqçiyik. 

Yurdçuyuq – Amalçıyıq. 

Yurdçuyuq – sabahçıyıq. 

Yurdçu İnamımız Mütləqdir. 

Yurdçu İdrakımız Mütləqdir. 

Yurdçu İradəmiz Mütləqdir. 

Yurdumuz – Müqəddəsimizdir, 

Yurdçuluğumuz – Müqəddəsliyimizdir. 

 


 

199 


Yurdçu adını sənə halal eləyirəm. 

 

Ürəyin Qaranlıqları Yarsın! 



Daxilindəki Mütləq sənə Yar olsun! 

 

5 Arzu günü, Köçəri Ay, 11-ci il. Bakı. 

 

(Qeyd: Həyatdakı adı Ələddin idi. Ocaqdan çıxdı). 



 

 

BİRİNCİ “AİLƏ GÜNÜ” MƏRASİMİ HAQQINDA 

Mərasim Müqəddəsliyə yaradı, Mütləqi təsdiq etdi. 

Özümlünün  Sözü,  Safruhun,  Qədimin  hesabatları,  Əsilin 

təşkilatçılığı Təqdir olunur. 

Nöqsanlar: İntizam Mütləqiliyinin pozulması. 

Girişin sönüklüyü. 

10 Köçəri Ay, 11-ci il. Bakı. 

 

 



MƏQSƏD 

Mütləqi Tanımaq. 

Nisbini Rədd etmək. 

Mütləqə Çatmaq. 



 

HƏQİQƏT 

Dövlətçilik – Zorakı Hamılaşma. 

Demokratiya – Azad Hamılaşma. 

Hər ikisi – İnsanlaşmaya zidd. 

 

19 Arzu günü, Köçəri Ay, 11-ci il. Bakı. 

 

HƏQİQƏT 

Əqidəsizlik Haqqından böyük Haqsızlıq yoxdur! 

 

21 Dözüm günü, Köçəri Ay, 11-ci il. Bakı. 


 

200 


VƏZİYYƏT 

Dünya cəfəngləşib – hədsiz dərəcədə müdrik olmaq gərək. 



 

VƏZİYYƏT 

Hər bir Dövr özünü doğrultmağa çalışır. 

Bu səbəbdən heç bir Dövr özünü doğru qiymətləndirmir. 

Dövrü yalnız Dövrdən yüksəkdə duran qiymətləndirə bilər. 

 

HƏQİQƏT 

Mütləqə  İnanırıq  –  bu  səbəbdən  də  Dünyanın  ölümünə 

İnanmırıq. 

Mütləqə İnanırıq – bu səbəbdən də Nisbini Mütləq saymırıq. 

Mütləqə  İnanırıq  –  bu  səbəbdən  də  Mütləqdən  ayrılan 

Dünyanı Dünyasızlıq sayırıq. 

 

HƏQİQƏT 

Sabaha gərək olduğumuz dərəcədə – 

Bugünə gərəyik. 

Sabahı gördüyümüz dərəcədə – 

Bugünü görürük. 

Bugünə qarşı olduğumuz dərəcədə – 

Bugünlə təmasdayıq. 

HƏQİQƏT 

 

Dünyanın  Mənasına  İnanıram-  Məna  həddinə  İnanmıram. 



Bu səbəbdən Zəmanə İnamına İnanmıram. 

 

II 



Bugünün gözü – bugünü görmür; 

Bugünün qulağı – bugünü eşitmir. 

Sabah gözlü, sabah qulaqlı olmaq gərək... 

 

22 Mərhəm günü, Köçəri Ay, 11-ci il. Bakı. 



 

201 


HƏQİQƏT 

Ocağa gələn – Doğulur. Ocaqdan gedən – Ölür. 

 

HƏQİQƏT 

Ölkənin Atası olmayanda – Ağası olur. 

 

24 Murad günü, Köçəri Ay, 11-ci il. Bakı. 

 

QORUYUCULUQ 

Ruhaniyyatı Ehkamdan qorumaq. 

Mənəviyyatı Cəmiyyətdən qorumaq. 

İradəni Hökumətdən qorumaq. 

 

26 Arzu günü, Köçəri Ay, 11-ci il. Bakı. 

 

12-Cİ “YENI İL” MƏRASİMİ HAQQINDA 

Mərasim Müqəddəsliyə yaradı, Mütləqi təsdiq etdi. 

Safruhun  Ricası,  Övladların  Sözü,  Əsilin  Təşkilatçılığı, 

Sadiqin Yazısı Təqdir olunur. 

Nöqsan: İntizam Mütləqiliyinin pozulması. 

2 Günəş Ayı, Qismət günü, 12-ci il. Bakı. 

 

 

SAFRUHUN GÜNDƏLİYİ HAQQINDA 

1. Gündəlikdə Safruh Ataya yaxınlaşır və Atadan ayrılır. 



Ayrılma: Zahirilik. Guya Mərasim Xalq cəbhəsi Hünərinin 

yanında balaca işdir. 



Halsızlıq: Duyğu pərakəndəliyi. 

“Balaca Mən”dən asılılıq. 

 

2. Gündəlik – özünüqınamadır, özüylə döyüş deyil, özüylə-

döyüşdə yön – özündənyüksəyə qalxmaqdır, gündəlikdə özün-

dən kənara çıxmır Övlad. 

 


 

202 


3.  Təmsilçilik  –  Ruhani  Təmasdır,  Fərqsizlikdir,  başçılıq 

deyil, Hakimlik bizə yaddır; 

Təmsilçi Qardaşdır – Doğma. 

 

4.  Gündəlikdə  gerçəkliyi  görmək,  duymaq,  anlamaq  var, 



ötmək yoxdur. 

Gerçəkliyi ötmədən Həqiqətə çatmaq olmaz. 

 

 



VƏZİYYƏT 

Dini Dirçəldirlər – Ruhaniyyatı Zəhərləyirlər. 

 

HƏQİQƏT 

Həyatın öz Qanadı yoxdur; Həyatın Qanadı – Amaldır. 

 

6 Ümid günü, Günəş Ayı, 12-ci il. Bakı. 

 

HƏQİQƏT 

Fərdi Fərdə tapşırmaq gərək – Xalqı Ataya. 

Xalqı Xalqa tapşırmaq – Günahdır. 

 

 

12 Ümid günü, Günəş Ayı, 12-ci il. Bakı. 



 

ÖVLADIM YÜKSƏYƏ 

Dövrdən Yüksək olmadan Həqiqətə çatmaq olmaz. 

Dövrdən Yüksək olmadan Amala çatmaq olmaz. 

Dövrdən Yüksək olmadan İnama çatmaq olmaz. 

Dövrdən Yüksək olmadan İdraka çatmaq olmaz. 

Dövrdən Yüksək olmadan Mənəviyyata çatmaq olmaz. 

Dövrdən Yüksək olmadan İradəyə çatmaq olmaz. 

 

Yüksək adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

 


 

203 


Ürəyin Qaranlıqları Yarsın! 

Daxilindəki Mütləq sənə Yar olsun! 

 

17 Murad günü, Günəş Ayı, 12-ci il. Bakı. 

 

(Qeyd: Həyatda adı Əvəz idi. Ocaqdan çıxdı). 



 

 

İNŞAAT İNSTİTUTUNDA ATAYLA GÖRÜŞ 

Görüş Amal çağırdı, Amala çağırdı. 

Əsilin  Təşkilatçılığı,  Sadiqin  Təşəbbüsü,  Fərəhin  Təqdimi 

Təqdir olunur. 

25 İnam günü, Günəş Ayı, 12-ci il. Bakı. 

 

 



EVLADIM ÖTKÜNƏ 

Zəmanə Əskikdir – onu ötmək gərək. 

İnamdan əskikdir, İdrakdan əskikdir, Mənəviyyatdan əskik-

dir, İradədən əskikdir, İnsanlıqdan əskikdir Zəmanə. 

 

Onu ötməlisən ki, İnama çatasan, İdraka çatasan, Mənəviy-



yata çatasan, İradəyə çatasan – İnsanlığa çatasan. 

 

Ötkün adını sənə halal eləyirəm. 

Zəmanədən artıq ol ki, Həqiqət qarşısında, Ədalət qarşısında 

əskik olmayasan. 

 

Ürəyin Qaranlıqları Yarsın! 



Daxilindəki Mütləq sənə Yar olsun! 

 

27 Ümid günü, Günəş Ayı, 12-ci il. Bakı. 

 

(Qeyd: Həyatda adı Qiyas idi. Ocaqdan çıxdı). 



 

 

204 


“YAS GÜNÜ”NÜN YAZISI 

1.  Mərasim  Kədərə  düşmək  və  Kədərdən  çıxmaq  İdeyaları 

əsasında qurulur. 

 

2.  “Yas  Günü”  Safruhun  Ruhani  Ricasıyla  başlayır,  Ataya 



Ricayla  davam  etdirilir,  Ata  Carıyla  Müqəddəsləşir,  Övlad 

Qəbuluyla varisləşir. 

 

3.  Ata  Sözündən  sonra  Övlad  Ağıları,  Bayatıları,  Məqam-



ları, İzharları səslənir. 

Ruhani Sənədlər oxunur. 

 

4. Mərasim Ata Haraylarıyla müşayiət olunur. 



 

5. Mərasim Əsilin Evində keçirilir. 

 

28 Dözüm günü, Günəş Ayı, 12-ci il. Bakı. 

 

1   ...   8   9   10   11   12   13   14   15   ...   26


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə