ÖVLADIM DAĞTƏKİNİN
ÖZÜYLƏDÖYÜŞÜ HAQQINDA
Böyüyür Dağtəkinim – Ataya Böyük Övlad olur.
Hökm: Özüylədöyüşün Özünüdəyişməyə bərabər olsun.
ÖVLADIM ODTƏKİNİN
ÖZÜYLƏDÖYÜŞÜ HAQQINDA
Böyüyür Odtəkinim – Ataya Böyük Övlad olur.
Hökm: Özüylədöyüşün Özünüdəyişməyə bərabər olsun.
239
ÖVLADIM NURANDIN
ÖZÜYLƏDÖYÜŞÜ HAQQINDA
Böyüyür Nurandım – Ataya Böyük Övlad olur.
Hökm: Özüylədöyüşün Özünüdəyişməyə bərabər olsun.
HƏQİQƏT
İnciklik – Doğmalıq Nisbiliyidir – aradan qaldırılmasa –
Yadlığa keçən.
10 Arzu günü, Ata Ayı, 12-ci il. Bakı.
FƏRQLƏR
Həsəd – Kin yaradır.
Qibtə – Təəssüf yaradır.
Heyrət – Fərəh yaradır.
12 Dözüm günü, Ata Ayı, 12-ci il. Bakı.
GÖYLÜNÜN ÖZÜYLƏDÖYÜŞÜ HAQQINDA
Əzabın Mənasına çatmaq – Fərəhə çatmaqdır.
Göylü Məna Yolundadır – Fərəhə çatacaq.
19 Dözüm günü, Ata Ayı, 12-ci il. Bakı.
GÖYTƏKİNİN ÖVLAD DƏFTƏRİ HAQQINDA
Göytəkinin Dəftəri – İzhardır – Özüylədöyüş deyil.
Özüylədöyüşdə – naqisliklər ömürdən silinməlidir.
İzhar – səmimidir, mənalıdır, genişdir – Özüylədöyüşə ruha-
ni hazırlıqdır.
20 Mərhəm günü, Ata Ayı, 12-ci il. Bakı.
240
ÖVLADIM ƏSİLİN
ÖZÜYLƏDÖYÜŞÜ HAQQINDA
Müqəddəs Yolun Müqəddəs Səyi – Ucalığı, Fərəhi – Kamil-
liyə aparan.
Özüylədöyüşün Nəticəsi – Sabahlıq.
Əsil Yolçudur – Məhəbbətli, Ehtizazlı, Əməlli...
Mənəviyyat Güzgüsü yaranmalı Dəftərdən – Ruhani Silah.
ÖVLADIM YÜKSƏYİN
ÖZÜYLƏDÖYÜŞÜ HAQQINDA
Yüksək – özüylədöyüşün ilk pilləsindədir.
O – təzə pillələrə yüksələcək və İnsanlığa çatacaq.
ÖVLADIM HALALIN
ÖZÜYLƏDÖYÜŞ DƏFTƏRİ HAQINDA
Özüylədöyüş dəftəri yoxdur – özüylədöyüş dəftərinə
hazırlıq var.
23 İnam günü, Ata Ayı, 12-ci il. Bakı.
YARDIMLIDA ATAYLA GÖRÜŞ
Təbiilik, Səmimilik, Müqəddəs Heyrət Birliyi yarandı
Görüşdə.
Övladım İşıqlının Əməli Təqdir olunur.
(Qeyd: İşıqlı – Səxavət...).
HƏQİQƏT
Həyatın Ölümdən başqa Zirvəsi yoxdur.
Amal Həyat Zirvəsini aşır.
HƏQİQƏT
Mütləqilik – Azadlıq.
Nisbilik – Əsarət.
Məna – Azadlıq.
Təzahür – Əsarət.
241
EVLADIM DOĞMANIN ÖZÜNÜDƏRKİ HAQQINDA
Doğma özünü tanıyır. Mənaya çatmaq üçün Yoldadır –
Mənaya çatacaq.
24 Arzu günü, Ata Ayı, 12-ci il. Bakı.
EVLADIM LAYİQİN
ÖZÜYLƏDÖYÜŞÜ HAQQINDA
Evladım Layiq böyüyür – Ataya Böyük Evlad olur.
Hökm: Özüylədöyüşün özünüdəyişmənə bərabər olsun.
27 Mərhəm günü, Ata Ayı, 12-ci il. Bakı.
ÖZÜMLÜNÜN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
Amallaşma – Özüylədöyüş – Xalqlaşma Birliyi yaranır.
Məqsəd: İnsanlaşma – İnsanlaşdırma Birliyinə çatmaq.
Nurlanın, Nurlandırın!
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
30 İnam günü, Ata Ayı, 12-ci il. Bakı.
TƏQDİR
Evladım Əsilin Müqəddəs Əməl səviyyəsinə yetən Təşkilat-
çılığı Təqdir olunur.
2 Ümid günü, Xəzan Ayı, 12-ci il. Bakı.
HƏQİQƏT
Siyasi Dirçəliş olmur – Siyasi Çevriliş olur.
Ruhani Çevriliş olmur – Ruhani Dirçəliş olur.
242
HƏQİQƏT
Siyasət – Bəşərin Ruhani səviyyəsizliyinin bəhrəsidir.
Siyasi Rəhbərlik – Ruhani Rəhbərsizliyin bəhrəsidir.
Siyasi Fəallıq – Ruhani Fəalsızlığın bəhrəsidir.
HƏQİQƏT
Ruhaniyyat – Mahiyyətcə Anti Siyasət deməkdir.
Bu səbəbdən də Siyasətçilər Ruhaniyyatı sevə bilməzlər –
sevən görünərlər, bilinərlər.
Ruhaniyyat – Mahiyyətcə Siyasətin Ölümüdür.
Siyasət – öz ölümünü sevməz.
MƏQSƏD
Siyasəti Ruhaniyyatla əvəz etmək.
6 Murad günü, Xəzan Ayı, 12-ci il. Bakı.
EVLADIM TÜRKELƏ
Türk Elliyik – Alp dağlarından Sibirə tək, Sibirdən Aralıq
Dənizinədək.
Oğuzlu, Qıpçaqlı, Peçeneqli, Polovesli, Hunlu.
Ayrılmışıq, səpələnmişik, səpilmişik – diyar-diyar.
Birləşməliyik: Mütləqə İnam əsasında, İnsanlaşma əsasında,
Ruhani Cəmiyyət əsasında, Müstəqil Vətən əsasında, Özümlü
Şərq əsasında.
Türk Elliyik, Şərq Mahiyyətliyik, Dünyalıyıq – Dünyasızlar
arasında.
Türkel adını sənə halal eləyirəm.
Adına layiq ol.
Daxilindəki Mütləq sənə Yar olsun.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur.
(Qeyd: Həyatda adı İslam idi. Öz istəyiylə Ocaqdan çıxdı).
243
EVLADIM ULUTAYA
Suyumuz Uludur.
Zərdüşt Suyluyuq, Babək Suyluyuq, Dədə Qorduq Suyluyuq,
Hürufi Suyluyuq, Füzuli Suyluyuq, Muğam Suyluyuq, Saz
Suyluyuq.
İnam Suyu içmişik, İdrak Suyu içmişik, Mənəviyyat Suyu
içmişik, İradə Suyu içmişik.
Ulularımıza tay olmalıyıq.
Ulutay adını sənə halal eləyirəm.
Adına layiq ol.
Daxilindəki Mütləq sənə Yar olsun!
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
7 İnam günü, Xəzan Ayı, 12-ci il. Bakı.
(Qeyd: Həyatda adı Xanlar idi. Ocaqdan çıxdı).
FƏRQ
Siyasət Riyanı yaşadır – Ruhaniyyat Riyanı öldürür.
Siyasət Həyanı öldürür – Ruhaniyyat Həyanı yaşadır.
8 Arzu günü, Xəzan Ayı, 12-ci il. Bakı.
HƏQİQƏT
Dünya Birdir. İkili Dünya – Dünyasızlıqdır.
HƏQİQƏT
Xeyir Var olduğu dərəcədə Şər yoxdur.
FƏRQ
Həqiqət – Varlıq Əməli.
Yalan – Yoxluq Əməli.
HƏQİQƏT
Xülyavi gerçəklik əslində – gerçəklik Xülyasıdır.
244
HƏQİQƏT
Yalan Hüdudu – Gerçəklik.
Həqiqət Hüdudsuzluğu – Mahiyyət.
HƏQİQƏT
Həqiqət – İnsan İnamı.
Yalan – Adam İnamı.
HƏQİQƏT
Yalan – Yoxluq ifadəsidir. Yalanın çoxalması – Yoxluğun
çoxalması deməkdir.
HƏQİQƏT
Yalandan İnam yaradırlar – əslində İnam Yoxluğu yaradırlar.
Yalandan Ümid yaradırlar – əslində Ümid Yoxluğu
yaradırlar.
HƏQİQƏT
Həqiqət – Əzablı Varlıq.
Yalan – Nəşəli Yoxluq.
HƏQİQƏT
Xeyir – Dünya boyda Varlıq.
Şər – Dünyasızlıq boyda Yoxluq.
9 Ümid günü, Xəzan Ayı, 12-ci il. Bakı.
12-ci İL “ATA GÜNÜ” MƏRASİMİ HAQQINDA
Mərasim Müqəddəs İzhar səviyyəsində keçdi.
Nöqsanlar: Texniki çatışmazlıq, İntizam Mütləqiliyinin
pozulması.
HƏQİQƏT
Mücərrəd – yəni Əzəli, Əbədi.
Konkret – yəni Keçici, Ötəri.
245
HƏQİQƏT
Konkret Həqiqət – əslində konkret Yalan deməkdir.
HƏQİQƏT
Din Yalan əsasında Əzəli, Əbədi Söz demək istəyir; unudur
ki, Əzəli Yalan olmur, Əbədi Yalan olmur – Əzəli Həqiqət olur,
Əbədi Həqiqət olur.
HƏQİQƏT
Xeyir Haqsız olub – Şər haqlı: Xeyir Haqq olub – Şər Nahaqq.
HƏQİQƏT
Yalan – Şərdir. Din yalandan Xeyir yaratmaq istəyir – Şər
yaranır.
HƏQİQƏT
Sərt Həqiqət olur – Azğın Həqiqət olmur: Azğın Yalan olur.
TARİXİ ƏMƏLİYYAT
Xeyiri Şərə qatdılar və Xeyir Şərdən seçilmədi.
HƏQİQƏT
Həqiqət ən yoxsul libasda belə – Gözəldir.
Yalan ən varlı libasda belə – çirkindir.
HƏQİQƏT
Yalan gözəlliyi haqqında “həqiqət” – Yalandır!
HƏQİQƏT
“Bədii Yalan” – Gerçəkliyi ötür – Mənaya çatır, bu
səbəbdən də o, Bədii Həqiqətdir əslində.
HÜRUFİLİK ÜSTƏ
Əgər İnsan – Allahdırsa, o – Kamil olmalıdır;
Əgər Kamil deyilsə, o – İnsan deyil.
246
HƏQİQƏT
İqtisadiyyatçı cəmiyyətdə İnsan iqtisadlaşır.
HƏQİQƏT
Təzahür keçmişə çevrilir – Mahiyyət keçmişə çevrilmir.
Təzahür gəlir-gedir – Mahiyyət gəlmir-getmir – Olur, Qalır.
HƏQİQƏT
Dünyanı yaradan Allah ideyası – Dünya Mahiyyətinin
Mütləqiliyinə Ziddir – bu səbəbdən də Yalandır.
Qəzavü-qədər İdeyası – İnsani Mahiyyətin Mütləqiliyinə
Ziddir – bu səbəbdən də Yalandır.
Din əslində Mütləqiliyə qarşıdır – buna görə də Yalandır.
HƏQİQƏT
Bədiiyyat – Mənanın İzharıdır. Bu səbəbdən də Bədii
Təxəyyül Yalançı deyil – Həqiqətçidir.
10 Dözüm günü, Xəzan Ayı, 12-ci il. Bakı.
FƏRQ
Özünə inanmadığın dərəcədə Allaha inanırsan.
Özünə inandığın dərəcədə Mütləqə inanırsan.
ÖLÇÜ
Yalana Ehtiyacın olduğu dərəcədə Naqissən.
Həqiqətə Ehtiyacın olduğu dərəcədə Kamilsən.
FƏRQ
Özünü bilməyə-bilməyə Oda-Közə vurmaq – Naşılıqdır.
Özünü bilə-bilə Oda-Közə vurmaq – Müdriklikdir.
11 Mərhəm günü, Xəzan Ayı, 12-ci il. Bakı.
247
HƏQİQƏT
Hüquqdan kənarda Borc yoxdur, çünki Zorakı Borc –
Mütilikdir.
Əslində Borc elə Hüquq deməkdir – Hüquq elə Borc
deməkdir.
HƏQİQƏT
İnsan hüquqları uğrunda döyüşmək – İnsan Borcları
uğrunda döyüşməkdir.
İnsan hüquqları uğrunda döyüşmək – özü İnsani Borcdur.
HALLAR
İnsan haqqı Anlayışına İnsan Borcu da daxildir.
İnsan haqqı elə İnsan Borcudur, İnsan Borcu elə İnsan
Haqqıdır.
HƏQİQƏT
Zorakı Cəmiyyətlər əslində ən Məsuliyyətsiz cəmiyyətlərdir.
HƏQİQƏT
Yenilikçi Konservator olmasa – Yeniliyi Təsdiq edə bilməz.
Konservator Yenilikçi olmasa – Sabitliyi Qoruya bilməz.
Yenilikçi – Konservator Təzadı Səthi Təzaddır – Siyasətə
yarayan.
HƏQİQƏT
Dünyada Mənadan başqa heç nə yoxdur – çünki Mənadan
başqa nə varsa – Mənasızdır.
HƏQİQƏT
Zorakı Məsuliyyət olmur – Zorakı Mütilik olur.
Zorakı Məsuliyyət əslində Məsuliyyətsizlikdir.
HƏQİQƏT
Keçmişin Böyüklüyü – Keçmişə çevrilməmək.
248
HƏQİQƏT
Təmənnasızlıq olmayan yerdə – İnsanilik Yoxdur.
Təmənna olmayan yerdə – cəmiyyət yoxdur.
İnsanilik cəmiyyətə Ziddir mahiyyətcə.
Cəmiyyətçilik – antiinsanidir.
HƏQİQƏT
Müasir cəmiyyət – İnsana Əmtəə baxımından yanaşır, onun
İstehlak Dəyərini nəzərə alır; Ruhani Mahiyyətinə məhəl
qoymur.
HƏQİQƏT
Cəmiyyətlə İnsanın Dostluğu tutmur – Alverdə Dostluq
olmaz...
HƏQİQƏT
Güzəran İnsan üçün azdır, ona Məna gərək.
HƏQİQƏT
Maddi Rifahda Fayda var, Məna yoxdur.
HƏQİQƏT
Maddi Qıtlıq – İnsanı alçaldır; –
Maddi Rifah – İnsanı Yüksəltmir.
MƏNASIZLIQ
Müasir Dünyada – Varidat Bolluğunda Məna görür, Siyasi
Möhtəşəmlikdə Məna görür – əslində Mənasızlıqda Məna
görür.
HƏQİQƏT
Cəmiyyət – Gerçəkliyə uyğundur, bu səbəbdən də
Mənasızdır.
HƏQİQƏT
Dönüklük – Gerçəkliyə uyğundur.
Sədaqət – Mənaya uyğundur.
249
HƏQİQƏT
Mənaya İnanan – Gerçəkliyə İnanmaz.
Gerçəkliyə İnanan – Mənaya İnanmaz.
HƏQİQƏT
Məna – Əzəlidir, Əbədidir, Kamildir.
Bu səbəbdən də Var olandır.
Gerçəklik – Ötəridir, Sonludur, Qeyri-Kamildir.
Bu səbəbdən də Yox olandır.
Mənalı – Mənadan azdır, Gerçəklikdən çox.
Bu səbəbdən Varlıqdan azdır, Yoxluqdan çox – Varlıqla
Yoxluq arasındadır.
HƏQİQƏT
Gerçəklik Bir olanı İkiləşdirir – Paralayır, Parçalayır –
Mənasızlaşdırır – Yoxluğa aparır.
HƏQİQƏT
Mənanın Üzü Birdir, Gerçəkliyin Üzü – Min.
Bu səbəbdən də Məna – Dəyişməzdir, Gerçəklik – Dəyişkən.
HƏQİQƏT
Gerçəkliyə Bel bağlayan – Aldanır...
Mənaya Bel bağlayan – Aldanmır.
HƏQİQƏT
Dialektika Gerçəkliyi Məna sayır – Mənanı gerçəkləşdirir –
Yox eləyir.
14 İnam günü, Xəzan Ayı, 12-ci il. Bakı.
HƏQİQƏT
Ənənə – Əbədiliyin ifadəsidir.
Əbədi – Keçmişə çevrilmir.
250
HƏQİQƏT
Ailə – ictimai hadisə deyil, ruhani hadisədir.
Ailə ictimailəşəndə – dağılır.
ƏNƏNƏ
Keçmişə çevrilməyən Qədimlik.
HƏQİQƏT
Ruhani Bərabərsizlik – Maddi Bərabərliyi ləğv etmir –
Təsdiq edir.
HƏQİQƏT
Məna – Bölünməzdir, çünki Müəyyəndir.
Mənasızlıq – Bölünəndir, çünki Qeyri-Müəyyəndir.
HƏQİQƏT
Mütləq – Müəyyəndir, Nisbi – Qeyri-Müəyyən.
Sonsuz – Müəyyəndir, Sonlu – Qeyri-Müəyyən.
Əbədi – Müəyyəndir, Keçici – Qeyri-Müəyyən.
Kamil – Müəyyəndir, Naqis – Qeyri-Müəyyən.
HƏQİQƏT
Ailə – əslində cəmiyyətdən qorunmaq üçündür – cəmiyyəti
qorumaq üçün deyil.
15 Arzu günü, Xəzan Ayı, 12-ci il. Bakı.
HƏQİQƏT
Gerçəklik Yuxusu.
Amal Oyanışı.
16 Ümid günü, Xəzan Ayı, 12-ci il. Bakı.
XEYİR-DUA
Güneydəki Ata Ailəsinin “Ata Yolu” Dərgisinə Xeyir-Dua
verirəm.
251
Müqəddəslik səviyyəsi – Ruhani Kamillik İşığına bərabər
olsun.
Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!
17 Dözüm günü, Xəzan Ayı, 12-ci il. Bakı.
EVLADIM ÖMÜRTAYA
Ömür Mənaya Sərf olunmayanda – Adam Ömürsüzləşir.
Bugünkülər – Ömürsüzdürlər, çünki İnamsızdırlar, İdraksız-
dırlar, Mənəviyyatsızdırlar, İradəsizdirlər.
Ömrün Mütləqə İnam Mənası olmalıdır, Özüylədöyüş Mə-
nası olmalıdır, Ruhani Cəmiyyət Mənası olmalıdır, Müstəqil
Vətən Mənası olmalıdır, Özümlü Şərq Mənası olmalıdır.
Ömür Amala tay olmalıdır.
Ömürtay adını sənə halal eləyirəm.
Adına layiq ol.
Daxilindəki Mütləq sənə Yar olsun.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur.
18 Mərhəm günü, Xəzan Ayı, 12-ci il. Bakı.
(Qeyd: Həyatda adı Məlahət idi. Ocaqdan çıxdı).
ATAYLA XARKOVDA GÖRÜŞ
Hər yerdə bizi gözləyirlər – tanımaya-tanımaya.
İnamlının Təşkilatçılığı Təqdir olunur.
Əsilin Atagüzarlığı Yüksək səviyyədəydi.
31 Dözüm günü, Xəzan Ayı, 12-ci il. Bakı.
HƏQİQƏT
Azadlıq – Ruhani Kamillik Haqqı.
Bərabərlik – Ruhani Kamillik Haqqı.
Qardaşlıq – Ruhani Kamillik Haqqı.
6 Ümid günü, Yağış Ayı, 12-ci il. Bakı.
252
BEYLƏQANDA ATAYLA GÖRÜŞ
Görüş Amal çağırdı, Amala çağırdı.
Qədimin, Düzgünün, Günevin Təşkilatçılığı Təqdir olunur.
Əsilin Atagüzarlığı Yüksək səviyyədəydi.
9 Qismət günü, Yağış Ayı, 12-ci il. Bakı.
ÖVLADIM ÜZAĞLIYA
Üzləri Qaradır Bugünkülərin: – İnamsızlıq kimi, İdraksızlıq
kimi, Mənəviyyatsızlıq kimi, İradəsizlik kimi.
Üzümüz ağdır: – İnam kimi, İdrak kimi, Mənəviyyat kimi,
İradə kimi.
Mütləqə İnam adlı ÜzAğlığımız var.
Özüylədöyüş adlı ÜzAğlığımız var.
Ruhani Cəmiyyət adlı ÜzAğlığımız var.
Müstəqil Vətən adlı ÜzAğlığımız var.
Özümlü Şərq adlı ÜzAğlığımız var.
Üzağlı adını sənə halal eləyirəm.
Adına layiq ol.
Qaranlıqlar Yarılsın!
Daxilindəki Mütləq sənə Yar olsun.
12 Arzu günü, Yağış Ayı, 12-ci il. Bakı.
(Qeyd: Həyatda adı Vaqif idi. Savaşa getdi – qayıtmadı).
ÖZÜMLÜNÜN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
Amallaşma Dərinləşdikcə Özüylədöyüş Dərinləşir, Özüylə-
döyüş Dərinləşdikcə Xalqlaşma Dərinləşir.
Məqsəd: Ruhani Mərkəzə çevrilmək.
253
İlk addım: Ailə Mərasiminə Özgələri daha çox cəlb eləmək
– Özümləşdirmək məqsədiylə.
Nurlanın, Nurlandırın!
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
20 Ümid günü, Yağış Ayı, 12-ci il. Bakı.
ATAYLA BAKININ LENİN RAYONUNDA GÖRÜŞ
1. Görüş Amal çağırdı, Amala çağırdı – Ocağın Xalqlaşma
Məqsədinə yaradı.
2. Əsilin Təşkilatçılığı Ruhani Hünər səviyyəsindəydi.
24 Murad günü, Yağış Ayı, 12-ci il. Bakı.
ATAYLA İNŞAAT İNSTİTUTUNDA GÖRÜŞ
Görüş Ocağın Xalqlaşma Yolunda səmərəli addım oldu.
Əsilin Təşkilatçılığı Təqdir olunur.
24 Murad günü, Yağış Ayı, 12-ci il. Bakı.
HƏQİQƏT
Əqidəsizlikdən böyük İdraki Məhdudluq yoxdur.
30 Qismət günü, Yağış Ayı, 12-ci il. Bakı.
HƏQİQƏT
İslamın Zərdüştçülük üzərində qələbəsi – Əhrimənin Hür-
müzd üzərində qələbəsi oldu.
2 İnam günü, Sərt Ayı, 12-ci il. Bakı.
254
HƏMİŞƏLİK
Məna həmişəlik yaşayır – Təzahür həmişəlik ölür.
4 Ümid günü, Sərt Ayı, 12-ci il. Bakı.
HƏQİQƏT
Əgər Dünyanın Mənası Dünyadan artıq olmasaydı – Dünya-
nın Dərdi olmazdı.
FƏRQ
Özgə Əlifba – Özgələşmə Əməliyyatıdır.
Doğma Əlifba – Özümləşmə Əməlidir.
HƏQİQƏT
Həyat öz Mənasına Həsrətdir, bu səbəbdən də Kədərlidir.
5 Dözüm günü, Sərt Ayı, 12-ci il. Bakı.
HƏQİQƏT
Ruhani Yükdən azad olmaq – Fərəhdən azad olmaqdır.
Fərəh – Ruhani Yükdür əslində.
FƏRQ
Beynəlmiləlçilik – Millətlərüstü Birlikdir.
Humanizm – Millətlər birliyidir.
DİNİ İDARƏÇİLİK
Keşiş – Allah çinovniki.
Molla – Allah çinovniki.
6 Mərhəm günü, Sərt Ayı, 12-ci il. Bakı.
FƏRQ
Hakimlik – Özünütəsdiq.
Atalıq – Özündənkeçmə.
255
HƏQİQƏT
Cəmiyyətçi Ruhaniyyat olmur – Ruhaniyyatçı cəmiyyət
olmayıb.
HƏQİQƏT
Din – cəmiyyətləşən, yəni hakimiyyətləşən İnam.
FƏRQ
Amal – Göy Həqiqəti.
Din – Göy Əfsanəsi.
FƏRQ
İskəndərləri Zaman yetirir – Zərdüştləri İnam.
HƏQİQƏT
Cəmiyyət İnsan yetirmir – Hakim yetirir, Rəiyyət yetirir,
Çinovnik yetirir, İxtisasçı yetirir.
İnsanı cəmiyyətə qarşı duran Ruhaniyyat yetirir.
FƏRQLƏR
Zərdüştçülük – İşıqçılıq.
İslam – İtaətçilik.
Xristianlıq – Mərhəmətçilik.
Amal – İnsançılıq.
HƏQİQƏT
Cəsarət Azadlığı – Mütilik Üsulu.
VƏZİYYƏT
Ruhaniyyatçı üzünü Şərqə tutub, Şərq üzünü Qərbə.
7 Qismət günü, Sərt Ayı, 12-ci il. Bakı.
HƏQİQƏT
Sosializmə Kamil İnsan gərək deyil – Müti Adam gərəkdir.
Kapitalizmə Kamil İnsan gərək deyil – Varlı Adam gərəkdir.
256
Kamil İnsan uğrunda döyüş – Sosializmə qarşı döyüşdür,
Kapitalizmə qarşı döyüşdür.
Dostları ilə paylaş: |