On Qutsal Bitiq’in (Onluğun) Yan Bitiqləri


(Qeyd: Yaşamda adı Firqət oğlu Vəzir idi. Ocaqdan çıxdı).    381  EVLADIM GÖYANDA



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə23/26
tarix03.12.2016
ölçüsü2,19 Mb.
#690
1   ...   18   19   20   21   22   23   24   25   26

 

(Qeyd: Yaşamda adı Firqət oğlu Vəzir idi. Ocaqdan çıxdı). 



 

381 


EVLADIM GÖYANDA 

Göy Andlıyıq. 

Amal Andlıyıq. 

İnam Andlıyıq. 

İnsan Andlıyıq. 

Yurd Andlıyıq. 

Mütləq Andlıyıq. 

Göysüzlüyə qarşı Ruhani Döyüş Andlısıyıq. 

Amalsızlığa qarşı Ruhani Döyüş Andlısıyıq. 

İnamsızlığa qarşı Ruhani Döyüş Andlısıyıq. 

İnsansızlığa qarşı Ruhani Döyüş Andlısıyıq. 

Yurdsuzluğa qarşı Ruhani Döyüş Andlısıyıq. 

Mütləqsizliyə qarşı Ruhani Döyüş Andlısıyıq. 

 

Göyand adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

 

Qaranlıqlar Yarılsın! 



Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 

 

(Qeyd:  Yaşamda  adı  Mustafayeva  Aynur  idi.  Ocaqdan 



çıxdı). 

 

 



EVLADIM ƏRİNAMA 

İnam Ərləri gərək Yurdumuza, Şərqimizə, Dünyamıza. 

Mütləqilik Ərləri – Əzəlilik, Əbədilik, Sonsuzluq. 

Kamillik Ərləri. 

İnsanilik Ərləri. 

Xeyir Ərləri. Ədalət Ərləri. Həqiqət Ərləri. 

Yurdçuluq Ərləri. 

Şərqçilik Ərləri. 

Dinə qarşı duran. 

Zamana qarşı duran. 


 

382 


Ərinam adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

Qaranlıqlar Yarılsın! 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 

 

(Qeyd: Yaşamda adı Elşad bəy idi. Döndü). 



 

 

EVLADIM ƏRRUHA 

Ruh Ərləri gərək Yurdumuza, Şərqimizə, Dünyamıza. 

Təmənnasızlar, Fədakarlar. 

İnam Aşiqləri. 

İdrak Aşiqləri. 

Mənəviyyat Aşiqləri. 

İradə Aşiqləri. 

Yurd Aşiqləri. 

İnsançılar. 

Mənaçılar. 

Ərruh adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

 

Qaranlıqlar Yarılsın! 



Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 

 

(Qeyd: Yaşamda adı Əlövsət Əsəd oğlu idi. Döndü). 



 

 

EVLADIM GÜNƏRƏ 

Saflıq Ərləri gərək Yurdumuza, Şərqimizə, Dünyamıza. 



Gün kimi saf ərlər gərək. 

Saf İnam Ərləri gərək. 

Saf İdrak Ərləri gərək. 

Saf Mənəviyyat Ərləri gərək. 

Saf İradə Ərləri gərək. 


 

383 


Yurdçuluq Saflığı gərək – Gün kimi. 

İnsançılıq Saflığı gərək – Gün kimi. 



Günər adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

 

Qaranlıqlar Yarılsın! 



Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 

 

28 İnam günü, Köçəri Ay, 14-cü il. Bakı. 



 

(Qeyd: Yaşamda adı – ?.. Ocaqda olmayıb). 



 

 

 

EVLADIM ODTƏKİNİN TƏMSİL ETDİYİ 

ATA AİLƏSİNİN HESABATI HAQQINDA 

1. Hesabat Təqdir olunur. 

 

2. Odtəkinin Təmsilçilik Yükü Təqdir olunur. 



 

3.  Ata  Hökmləri  həyata  keçməli:  Ailə  Böyüməli;  Fikir  Evi 

Ucaltmalı; Ruhani Əməl Xalqlaşmalı. 

 

4. Mütləq özümləşmə Məqsədinə çatmalı. 



 

Qaranlıqlar Yarılsın! 

 

2 Ümid günü, Günəş Ayı, 15-ci il. Bakı. 

 

(Qeyd: Odtəkinin təmsil etdiyi Ailə – ona qədər Özümlünün 



təmsil etdiyi Ailə idi). 

 

 



 

384 


EVLADIM ULUNURA 

Həyat Qaranlığını Amal Nuruyla Yarmaq gərək! 

İnam Nuru olmalıyıq – Din Qaranlığını Yaran! 

İdrak Nuru olmalıyıq – Zor Qaranlığını Yaran! 

Mənəviyyat Nuru olmalıyıq – Həqarət Qaranlığını Yaran! 

İradə Nuru olmalıyıq – Cəmiyyət Qaranlığını Yaran! 

Mütləqçi Nuru olmalıyıq – Nisbiçiliyi Yaran! 

İnsançı Nuru olmalıyıq – Dövrançılığı Yaran! 

Şərqçi Nuru olmalıyıq – Təqlidçiliyi Yaran! 

Xalqçı Nuru olmalıyıq – Yadlığı Yaran! 

Müstəqilçi Nuru olmalıyıq – Əsarəti Yaran! 



Ulunur adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

Qaranlıqlar Yarılsın! 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 

 

3 Günəş Ayı, Dözüm günü, 15-ci il.  

 

(Qeyd:  Bu  adı  almalı  olan  adam  “Yas  Günü”  Mərasiminə 

gəlmədi, Evladlığa qəbul olunmadı). 

 

28 Dözüm günü, Çiçək Ayı, 15-ci il.  

 

EVLADIM UCARUHA 

Ruh Ucalığı gətirməliyik Yurdumuza, Şərqimizə, Dünyamıza. 

 

İnam Ucalığı. 



İdrak Ucalığı. 

Mənəviyyat Ucalığı. 

İradə Ucalığı. 

 

Mütləqçilik Ucalığı. 



İnsançılıq Ucalığı. 

Ruhçuluq Ucalığı. 



 

385 


Özümçülük Ucalığı. 

Ruhsuzdurlar Bugünkülər. 

İnamsızdırlar. 

İdraksızdırlar. 

Mənəviyyatsızdırlar. 

İradəsizdirlər. 

 

Nisbiçidirlər. 



Zamançıdırlar. 

Maddiyyatçıdırlar. 

Özgəçidirlər. 

Ucaruh adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

 

Qaranlıqlar Yarılsın! 



Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 

 

7 İnam günü, Günəş Ayı, 15-ci il. Bakı. 

 

(Qeyd: Yaşamda adı İlahə idi. Ocağa gəlmədi, ancaq Ocaq-



sevərliyə yüksəldi). 

 

 



EVLADIM RUHTƏKİNƏ 

İnam adlı Ruhumuz var – Dinə Yad. 

Amal adlı Ruhumuz var – Zamandan Üstün. 

Mütləqçiyik – Nisbiçiliyə Yad. 

İnsançıyıq – Adamçılıqdan Üstün. 

Özümçüyük – Özgəçiliyə Yad. 

Mənaçıyıq – Hadisəçilikdən Üstün. 

Vicdan – Hakimimiz. 

Təmənnasızlıq – Niyyətimiz. 

Fədakarlıq – Aqibətimiz. 

İnam Dünyası yaradırıq Ömürlərdə. 


 

386 


Amal Dünyası yaradırıq. 

İnsan Dünyası yaradırıq. 

 

Vaxt təkindirlər Bugünkülər. 



Ruh təkin olmalıyıq. 

Ruhtəkin adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

 

Qaranlıqlar Yarılsın! 



 

15 Arzu günü, Günəş Ayı, 15-ci il. Bakı. 

 

(Qeyd: Yaşamda adı İlahə Məti qızı idi. Ocaqsızlaşdı...). 



 

 

“QANAD” AİLƏSİNƏ 



ATA XEYİR-DUASI 

Evladlarıma Müqəddəsçilik Ucalığı istəyiylə. 

Ata İşığı olun – Qaranlıqları Yaran – hər vaxt, hər yerdə. 

İnam İşığı olun – Din Qaranlığını Yaran. 

İnsançılıq İşığı olun – Cəmiyyətçilik Qaranlığını Yaran. 

Özümçülük İşığı olun – Özgəçilik Qaranlığını Yaran. 

İşıqlanın ki, İşıqlandırasınız. 

Bugünün havası, küləyi, əqidəsi, gedişatı Amalımızdan çox 

aşağıdır. 

Dağ olun, qoy illər Yol kimi Ailənizin başına dolansın. 

Mütləq Doğmalığa çatın. 

Mütləq Doğmalıq İnam halıdır. 

 

Qaranlıqlar Yarılsın. 



Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 

 

28 İnam günü, Günəş Ayı, 15-ci il. Bakı. 

 


 

387 


EVLADIM ULUTAYIN TƏMSİL ETDİYİ 

ŞƏMKİR ATA AİLƏSİNİN HESABATI HAQQINDA 

1. Hesabat Təqdir olunur. 

 

2. Müqəddəsat ardıcıl şəkildə Özümləşməlidir. 



 

3. Ailə “Ocaqlaşma Əməli”nə Qoşulmalıdır. 

 

4.  Ata  İşığı  olun  –  Qaranlıqları  Yaran  –  həmişə  və  hər 



Yerdə! 

 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 



 

30 Ümid günü, Günəş Ayı, 15-ci il. Bakı. 

 

 



EVLADIM ODTƏKİNİN TƏMSİL ETDİYİ 

ATA AİLƏSİNİN HESABATI HAQQINDA 

1. Hesabat Qəbul olunur. 

 

2. Xalqlaşma Yüksəlməli, Ruhani Əməl Zənginləşməli. 



 

3. Təzə Evladlar Yetirməli. 

 

Qaranlıqlar Yarılsın! 



 

4 İnam günü, Çiçək Ayı, 15-ci il. Bakı. 

 

 



FƏRQ 

Partiyalara qoşulurlar; Ocağa Qovuşurlar. 

 

8 Mərhəm günü, Çiçək Ayı, 15-ci il. Bakı. 

 


 

388 


YAS MƏRASİMİ HAQQINDA 

1. Mərasimin Yazısı Soyluya tapşırılır. 

 

2. Mərasimin Məzmunu: Evlad Qəbulu; Yas İzharı; Ruhani 



Sənədlərin oxunması. 

 

3. Yazı Çiçək Ayının 20-də Ataya təqdim olunur. 



 

11 İnam günü, Çiçək Ayı, 15-ci il. Bakı. 

 

 



OCAQÇI HALI 

Adamda çoxlu Adam var. 

İnsan Birdir. 

Adam Yoxsuldur, İnsan – Zəngin. 



Ocaqçı – İnsan olmalıdır, Adam olmamalıdır. 

 

 

İMTİNA İNTİBAHI 

Ocaq Xalqı İmtina İntibahına qaldırmalıdır. 

Dindən imtina İntibahına. 

Kapitalizmdən imtina İntibahına. 

Qərbçilikdən imtina İntibahına. 

 

Qaranlıqlar Yarılsın. 



 

 

OCAQÇININ İŞIQÇILIQ ƏMƏLİ 



1. Ocaq Halı. 

 

Yurdumuzda Ocaq Halı Yaranmalıdır. 



Ocaqçılar İşıqçılıq Əməlinə Yüksəlməlidirlər. 

 

2. Məişəti İşıqlandırmaq. 



 

389 


Ocağın Ailə Qaydaları öyrədilir. Atalıq – Evladlıq, Qadınlıq 

– Analıq ləyaqəti Təsdiq olunur – Dinə Yad, Qərbçiliyə Yad. 

Ocağın  Ölüm  –  Həyat  münasibətləriylə  bağlı  Kəlamları 

öyrədilir. 

Ocaq Təqvimi öyrədilir. 

Ocaq Mərasimləri öyrədilir. 

Ocaq Bayramları öyrədilir. 

 

3. Siyasəti İşıqlandırmaq 

Demokratiya Özgəçiliyini Aşkarlamaq. 

Parlamentçilik Qərbçiliyini Aşkarlamaq. 

Kapitalistləşmə İflasını Aşkarlamaq. 

Hakimlərin Burjuylaşmasına qarşı Müqavimət Yaratmaq. 

Ruhani Cəmiyyət İdeyasını yaymaq. 

Ədalətçilər Birliyi Yaratmaq – Haqsızlığa qarşı duran. 

“Torpaq Kəndliyə satılmamalıdır – verilməlidir!” – haqqını 

Kəndliyə çatdırmaq. 

“Zavod,  Fabrik  Kapitalistə  satılmamalıdır  –  Fəhləyə  veril-

məlidir!” – haqqını Fəhləyə çatdırmaq. 

Hakimlərin Camaata müntəzəm hesabatını tələb etmək. 

Məhkəmənin hakimiyyətdən asılılığına qarşı çıxmaq. 

Xalqın  Hökumət  Tədbirlərinə  münasibətini  Yetkinləşdir-

mək. 


Hərbçilərdə  Xalqçılıq  əhvali-ruhiyyəsi  yaratmaq.  Mətbuat 

müstəqilliyini müdafiə etmək. 



 

4. Ruhani İşıqlandırma 

İnam Dinsizliyi öyrətmək. 

Din İnamsızlığını aşkarlamaq. 

İnsançılıq öyrətmək. 

Amalçılıq öyrətmək. 

Ruhçuluq öyrətmək. 

Türkçülük öyrətmək. 

Şərqçilik öyrətmək. 



 

390 


5. Miqyas 

İşıqçılıq  Əməli  Ailələrdə,  Fikir  Evlərində,  Müəssisələrdə, 

camaat arasında, məktəblərdə, qohum-əqrəba, tanış-dost yanın-

da, səfərlərdə, toy, yas yerlərində həyata keçirilir. 

 

6. Məsuliyyət 

Ocaqçı İşıqçılıq hesabatı verir Ataya, Özünə. 

 

Qaranlıqlar Yarılsın! 



 

 

CƏNUBİ AZƏRBAYCANDA İŞIQÇILIQ ƏMƏLİ 

İslamçılıqdan İmtina İşıqçılığı. 

Farsçılıqdan İmtina İşıqçılığı. 

Kapitalistçilikdən İmtina İşıqçılığı. 

Qərbçilikdən İmtina İşıqçılığı. 

 

26 Arzu günü, Çiçək Ayı, 15-ci il. Bakı. 

 

 

EVLADIM ODTƏKİNİN TƏMSİL ETDİYİ 

ATA AİLƏSİNİN HESABATI HAQQINDA 

1. Hesabat Təqdir olunur. 

 

2.  Mütləq  Səcdə  –  Mütləq  İntizam  –  Mütləq  Doğmalıq 



Vəhdətinə nail olmalı. 

 

3. Özüylədöyüş – İşıqçılıq Vəhdətinə nail olmalı. 



 

4. Ocağa Evlad gətirmək. 

 

Qaranlıqlar Yarılsın! 



 

 

 

391 


EVLADIM ULUTAYIN TƏMSİL ETDİYİ 

ŞƏMKİR ATA AİLƏSİNİN HESABATI HAQQINDA 

1. Hesabat Təqdir olunur. 

 

2. Özüylədöyüş – İşıqçılıq Vəhdətinə çatmalı. 



 

3. Ocağa Evlad gətirməli. 



 

4.  Mütləq  Səcdə    Mütləq  İntizam  –  Mütləq  Doğmalıq 

Vəhdətinə nail olmalı. 

 

Qaranlıqlar Yarılsın! 



 

EVLADIM SOYLUNUN TƏMSİL ETDİYİ 

ATA AİLƏSİNİN HESABATI HAQQINDA 

1. Hesabat Təqdir olunur. 

 

2. Özüylədöyüş – İşıqçılıq Vəhdətinə nail olmaq. 



 

3.  Mütləq  Səcdə  –  Mütləq  İntizam  –  Mütləq  Doğmalıq 

Vəhdətinə nail olmaq. 

 

4. Ocağa Evlad gətirmək. 



 

Qaranlıqlar Yarılsın! 



 

29 Mərhəm günü, Çiçək Ayı, 15-ci il. Bakı. 

 

 



EVLADLIQ MƏRASİMİ HAQQINDA 

1. Mərasimin Məzmunu: 

Evladların Ocaqçılıq hesabatları:   

Amallaşma, İnsanlaşma, Xalqlaşma. 

Evladlığa Qəbul. 



 

392 


Ata Sözü. 

Ruhani Sənədlər. 

 

2. Mərasimin yazısı Safruha tapşırılır. 



 

3. Yazı İşıq Ayının 25-də Ataya Təqdim olunur. 

 

 

EVLADLARIN HESABAT-İZHAR ƏMƏLİ 

Amallaşma İzharı: 

Mütləqə İnamı nə səviyyədə Özümləşdirmişəm? 

Özüylə Döyüşü nə səviyyədə Özümləşdirmişəm? 

Ruhani Cəmiyyət İdealını nə dərəcədə Özümləşdirmişəm? 

Müstəqil Vətən İdealını nə dərəcədə Özümləşdirmişəm? 

Özümlü Şərq İdealını nə dərəcədə Özümləşdirmişəm? 

 

İnsanlaşma İzharı:  

Vicdançılığa nə səviyyədə Yüksəlmişəm? 

Təmənnasızlığa nə səviyyədə Yüksəlmişəm?  

Fədakarlığa nə səviyyədə Yüksəlmişəm? 

 

Xalqlaşma İzharı: 

Öyrəndiyimi nə dərəcədə öyrətmişəm? 

 

17 Arzu günü, İşıq Ayı, 15-ci il. Bakı. 

 

 



EVLADIM ƏRRUHA 

Dünya Pulçuluğa qurşanıb – Dünyanın xilası Ruhçuluqdur. 

Dünya  Siyasətçiliyə  qurşanıb  –  Dünyanın  xilası  İnsançılıq-

dır. 


Dünya Dinçiliyə qurşanıb – Dünyanın xilası İnamçılıqdır. 

Ruh Ərləri gərək Yurdumuza, Şərqimizə, Dünyamıza. 

Mütləq İnam Ərləri. 



 

393 


Mütləq İdrak Ərləri. 

Mütləq Mənəviyyat Ərləri. 

Mütləq İradə Ərləri. 

Özüylədöyüş Ərləri. 

Ruhani Cəmiyyət Ərləri. 

Müstəqil Vətən Ərləri. 

Özümlü Şərq Ərləri. 

 

Ərruh adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

 

Qaranlıqlar Yarılsın! 



Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 

 

(Qeyd: Bu adı alacaq şəxs adı aldı, Evlad oldu və Ocaqdan 



çıxdı. Həyatdakı ad-soyadı bilinmədiyinə görə Ocaqdan çıxma-

ğı barədə Ruhani Hökm yazılmadı). 

 

 

EVLADIM ELUCANIN TƏMSİL ETDİYİ 



UNİVERSİTET ATA AİLƏSİNİN  

HESABATI HAQQINDA 

1. Hesabat Təqdir olunur. 

 

2. Ailə Yüksəlişə nail olub. 



 

3.  Bədiyyatla  Təmas  davam  etdirilsin  –  Ədəbi  məclisdən 

fərqli şəkildə.  

 

4.  Vicdançılıq,  Təmənnasızlıq,  Fədakarlıq  Kamilliyinə 



çatmağa yönəlsin Ailə Əməli. 

 

5. Müqəddəsat daha dəqiq öyrənilsin. 



 

6. Dərgi bərpa edilsin. 



 

394 


ASİF ATANIN “QANAD” AİLƏSİNİN 

“FİKİR EVİ”NƏ XEYİR-DUASI 

 

Evladlarıma Müqəddəslik Ucalığı Tələbiylə 

 

Ürəyinizdə Günəş olsun! 

Qoy “Fikir Evi”nə gələnlər bilsinlər ki, əgər dünya  əvvəlki 

kimi  siyasətə  tapşırılacaqsa,  Ruhaniyyata  tapşırılmayacaqsa    – 

o, məhv olacaq! 

Qoy  “Fikir  Evi”nə  gələnlər  bilsinlər  ki,  əgər  dünya 

maddiyyatçılığa  tapşırılacaqsa,  İnsaniyyatçılığa  tapşırılmaya-

caqsa  – o, məhv olacaq! 

Qoy “Fikir Evi”nə gələnlər bilsinlər ki, əgər dünya  əvvəlki 

kimi  dinə  tapşırılacaqsa,  İnama  tapşırılmayacaqsa    –  o,  məhv 

olacaq! 


Dünyanın dünya səviyyəsində xilası yoxdur. 

Dünyanın dünyadan üstün səviyyədə xilası var. 

Gərək  dünya  Vicdançılıq  əsasında  təzədən  qurulsun  və  bu 

qurum İnsanın daxilində, ağlın və ürəyin əməlində yaşasın. 

Siyasət  –  Vicdançılıq  tanımır.  Siyasətdə  İnsan  özünə  sahib 

olmur. 


Siyasət  həmişə  İnsandan  keçir.  Və  Mahiyyətcə  cəzaçılıq 

Vicdançılığı  rədd  eləyir.  Bu  səbəbdən  də  cani  cəzalandırılır, 

cinayət yaşayır. 

Siyasət  –  Təmənnasızlıq  tanımır.  Siyasət  –  özü  təmənna 

əməlidir, mənfəət və fürsət  əməlidir. 

Siyasət – Fədakarlıq tanımır, faydalıq tanıyır. 

Siyasətin yaratdığı dünya – göz qabağındadır. 

Tamam başqa dünya yaranmalıdır – İnsan üstə köklənən. 

Maddiyyatçılıq – Maddiyyatın  İnsan üzərində hakimliyidir; 

vasitənin məqsədə çevrilməsidir. 

Maddiyyatçılıqda İnsan özündən ayrılır; ömrünün, gününün 

yönü, ahəngi zahiriyə, keçiciyə pərçimlənir və İnsani Dünya öz 

ahəngini itirir, yönünü azır. 


 

395 


Ruhani  Dünya  gərəkdir  İnsana.  Yəni  İnam  Dünyası,  İdrak 

Dünyası, Mənəviyyat Dünyası, İradə Dünyası. 

Din  –  yalançı  inamdır,  cəfəngiyyatçı  inamdır,  cənnətçi 

inamdır, cəhənnəmçi inamdır, İnsanı alçaldan inamsızlıqdır. 

Dünya İnam üstə köklənməlidir. 

İnsanın Mütləqiliyi təsdiq olunmalıdır. 

Onun üzərindən xurafat hakimliyi götürülməlidir. 

Allah hökmdarlığı, qorxusu ləğv olunmalıdır İnsan həyatın-

dan həmişəlik. 

Həm də ateizm hərcayiliyi silinməlidir həyatdan! 

Qoy  “Fikir  Evi”nə  gələnlər  bilsinlər  ki,  Ocaq  Tələbi  var  – 

tarixin fövqündə, bugünkü Qərbçiliyin, İslamçılığın fövqündə. 

Çətin  Uğurlar  Ocağı  Tələbi  var;  Məşəqqətli  Yol  Ocağı 

Tələbi var. 

Dünyanı,  Zamanı  ötmək  Tələbi  var  –  Qədimliyimizdən 

gələn; Əzəli, Əbədi, Sonsuz, Kamil Ocaq Tələbi. 

Ölkəmizin Ocaqyurd səviyyəsi Tələbi var. 

 

Qaranlıqlar Yarılsın! 



 

28 Qismət günü, İşıq Ayı, 15-ci il. Bakı. 

 

ODQORUYANLAR ƏMƏLİ 

Evladlarım  –  Yurdçunun,  İnamçının,  Ruhçunun,  İşıqlının 

timsalında Odqoruyanlar Əməli yaranır. 

 

31 Arzu günü, İşıq Ayı, 15-ci il. Bakı. 



 

BEYLƏQAN AİLƏSİNİN FİKİR EVİNİN 

HESABATI HAQQINDA 

1.  Beyləqanda  Ruhani  hünər  ərəfəsi  yaranır  –  Qaranlıqları 

Yaran. 

2. Həmin ərəfədən İrəliləmək – Hünərə çatmaqdır. 

Həmin ərəfədən geriləmək – hünəri itirməkdir. 

 

1 Şölə Ayı, Ümid günü, 15-ci il. Bakı. 



 

396 


EVLADIM ODTƏKİNİN TƏMSİL ETDİYİ 

ATA AİLƏSİNİN HESABATI HAQQINDA 

 

1. Hesabat Təqdir olunur! 



 

2. Ailə Gününüzü Atanın Son Mərasim Sözü üstə qurun. 



 

3. Ata Hökmlərini gerçəkləşdirin! 

 

Qaranlıqlar Yarılsın! 



 

2 Şölə Ayı, Dözüm günü, 15-ci il. Bakı. 

 

 



EVLADIM NURRUHA 

Ruh  Nuru  daşıyırıq:  İnam  Nuru,  İdrak  Nuru,  Mənəviyyat 

Nuru, İradə Nuru. 

İnsançılıq  Nuru,  Yurdçuluq  Nuru,  Vicdançılıq  Nuru, 

Təmənnasızlıq Nuru, Fədakarlıq Nuru, Xalqçılıq Nuru, Özüm-

çülük Nuru. 

Din Qaranlığını Yaran! 

Kapitalizm – Sosializm Qaranlığını Yaran! 

Qərbçilik Qaranlığını Yaran! 

Zamandan  Yüksək,  Şəraitdən  Yüksək,  Mühitdən  Yüksək, 

Cəmiyyətdən Yüksək. 

Əzəli, Əbədi, Sonsuz, Kamil. 

Millətçilik  Nuru  –  Mütləq  Həqiqət,  Mütləq  Ədalət,  mütləq 

Xeyir Nuru. 



Nurruh adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

 

Qaranlıqlar Yarılsın! 



 

27 İnam günü, Şölə Ayı, 15-ci il. Bakı. 

 

397 


EVLADIM ULUTAYIN TƏMSİL ETDİYİ 

ŞƏMKİR ATA AİLƏSİNİN HESABATI HAQQINDA 

 

1. Hesabat Təqdir olunur! 



 

2. Ailə Əməlini İşıqçılıq Əməliylə birləşdirməli. 

 

3. Ocağa Evlad Yetirməli! 



 

28 Arzu günü, Şölə Ayı, 15-ci il. Bakı. 

 

 



 

BAĞBANIM,  ƏVƏZSİZİM 

Sənin  Ocağa  gəlməyin  –  Səadət  idi.  Həyatdan getməyin  – 

Fəlakət oldu. 

Saflığın  Əvəzsizdi,  Fədakarlığın  Əvəzsizdi,  Aşiqliyin 

Əvəzsizdi, Sakitliyin Qüdrətliydi, Təmkinin Hünərliydi. 

Mənəviyyatın  Göylüydü,  Əməlin  Ruh  üstə  köklənmişdi, 

Yurdçuluğun – Nurçuluq idi. 

Ocaq İşığı oldun. 

Oda çevrildin, Ocağa qalandın, Ocaqda qaldın. 

Həyat sənə qarşı namərdlik elədi. 

O, sənin kimilərindən qorxur. 

Çünki sən ondan üstünsən. 



Ocaqda sən Ali Həyata qovuşdun – həmişəlik. 

Bağbanım,  Əvəzsizim  –  Sənsiz  deyiləm  –  olmayacam  – 

Səninləyəm –  Ocağımın sönməz İşığıyla. 

Ocağımızda  qalacağıq  hamımız  –  Yurdumuz  üçün, 

Şərqimiz üçün, Dünyamız üçün! 

 

30 Dözüm günü, Şölə Ayı, 15-ci il. Bakı. 

 

 



 

398 


EVLADIM ƏRNURA 

Nur Ərləri gərək Yurdumuza. 

Ruh Ərləri. 

İnam Ərləri. 

İdrak Ərləri. 

Mənəviyyat Ərləri. 

İradə Ərləri. 

Mütləqçi Nuru gərək Yurdumuza. 

İnsançı Nuru gərək Yurdumuza. 

Ruhaniyyatçı Nuru gərək Yurdumuza. 

Şərqçi Nuru gərək Yurdumuza. 

Yurdçuluğumuz – Müqəddəsçiliyimiz – Dünyaçılığımız Birdir. 



 

Ərnur adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

 

Qaranlıqlar Yarılsın! 



 

1 Od Ayı, Mərhəm günü, 15-ci il. Bakı. 

 

(Qeyd: Bu adı alacaq şəxs Evladlığa qəbul olunmadı). 



 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin