On Qutsal Bitiq’in (Onluğun) Yan Bitiqləri



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə21/26
tarix03.12.2016
ölçüsü2,19 Mb.
#690
1   ...   18   19   20   21   22   23   24   25   26

 

EVLADIM BİLƏNƏ 

Mütləqi bilmirlər – 

Bu səbəbdən də Nisbiyə tapınırlar. 

Xeyiri bilmirlər – 

Bu səbəbdən də Şərə tapınırlar. 

Doğrunu bilmirlər – 

Bu səbəbdən də Yalana tapınırlar. 


 

344 


İnamı bilmirlər – Dinə tapınırlar. 

İdrakı bilmirlər – Cəfəngiyyata tapınırlar. 

Mənəviyyatı bilmirlər – Maddiyyata tapınırlar. 

İradəni bilmirlər – Zamana tapınırlar. 

İnamı bilirik – Mütləqə inanırıq. 

İdrakı bilirik – Ruhaniyyata inanırıq. 

Mənəviyyatı bilirik – Vicdana inanırıq. 

İradəni bilirik – İnsana inanırıq. 



 

Bilənik – Bildirənik! 



Bilən adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

Qaranlıqlar Yarılsın! 

Daxilindəki Mütləq Sənə Yar olsun! 

 

25 Dözüm günü, Günəş Ayı, 14-cü il. Bakı. 

 

(Qeyd: Yaşamda adı – ? Döndü). 



 

EVLADIM GÖYELƏ 

Elimiz – Göyümüzdür. 

Yerin Göyü olmalıyıq. 

İnam Göyü olmalıyıq. 

İdrak Göyü olmalıyıq. 

Mənəviyyat Göyü olmalıyıq. 

İradə Göyü olmalıyıq. 

 

İnsanlaşmaya çatmalıyıq, çatdırmalıyıq. 



Ruhani Cəmiyyətə çatmalıyıq, çatdırmalıyıq. 

Müstəqil Vətənə çatmalıyıq, çatdırmalıyıq. 

Özümlü Şərqə çatmalıyıq, çatdırmalıyıq. 

Göyel adını sənə halal eləyirəm. 

Adına layiq ol. 

Qaranlıqlar Yarılsın! 


 

345 


Daxilindəki Mütləq sənə Yar olsun! 

 

7 Ümid günü, Çiçək Ayı, 14-cü il. Bakı. 

 

(Qeyd:  Həyatda  adı  Orxan  idi.  Ocaqdan  çıxdı.  Safruhun 



oğlu...). 

 

 



EVLADIM ƏMƏLRUHA 

Əməlimiz – Ruh Əməlidir. 

İnam Əməlidir. 

İdrak Əməlidir. 

Mənəviyyat Əməlidir. 

İradə Əməlidir. 

 

Bugünkülərin Ruh Əməli yoxdur. 

Bu səbəbdən də Dünya Ruhsuzluq Qaranlığına qərq olub. 

Bugünkülərin İnam Əməli yoxdur. 

Bu səbəbdən də Dünya İnamsızlıq Qaranlığına qərq olub. 



Bugünkülərin İdrak Əməli yoxdur. 

Bu səbəbdən də Dünya İdraksızlıq Qaranlığına qərq olub. 



Bugünkülərin Mənəviyyat Əməli yoxdur. 

Bu  səbəbdən  də  Dünya  Mənəviyyatsızlıq  Qaranlığına  qərq 

olub. 

Bugünkülərin İradə Əməli yoxdur. 

Bu səbəbdən də Dünya İradəsizlik Qaranlığına qərq olub. 



Əməlruh adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

 

Qaranlıqlar Yarılsın! 



 

13 Arzu günü, Çiçək Ayı, 14-cü il. Bakı. 

 

(Qeyd: Həyatda adı Şahin idi. Ocadan çıxdı). 



 

346 


EVLADIM ULUSUYA 

Suyumuz Uludur. 

Zərdüşt Bulağından qaynayıb. 

Babək Bulağından qaynayıb. 

Dədə Qorduq Bulağından qaynayıb. 

Füzuli Bulağından qaynayıb. 

Muğam Bulağından qaynayıb. 

Saz Bulağından qaynayıb. 

Suyumuzu Bulandırıblar. 

Bulanıq İnam törədiblər. 

Bulanıq İdrak törədiblər. 

Bulanıq Mənəviyyat törədiblər. 

Bulanıq İradə törədiblər. 

İnam Suyu olmalıyıq Adamlara. 

İdrak Suyu olmalıyıq Adamlara. 

Mənəviyyat Suyu olmalıyıq Adamlara. 

İradə Suyu olmalıyıq Adamlara. 

Ulu Su olmalıyıq Uluslara. 

Ulusu adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

 

Qaranlıqlar Yarılsın! 



Daxilindəki Mütləq sənə Yar olsun! 

 

26 İnam günü, Çiçək Ayı, 14-cü il. Bakı. 

 

(Qeyd: Həyatda adı Əli İsbər oğlu idi. Ocaqdan çıxdı). 



 

 

EVLADIM ELGÜNƏ 



Elimiz – Günsüzdür. 

İnam günü olmalıyıq Elimizə. 

İdrak günü. 

Mənəviyyat günü. 


 

347 


İradə günü. 

Mütləq İnam Günü olmalıyıq Elimizə. 

İnsanlaşma – İnsanlaşdırma Günü. 

Ruhani Cəmiyyət Günü. 

Müstəqil Vətən Günü. 

Özümlü Şərq Günü. 

Elgün adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

 

Qaranlıqlar Yarılsın! 



Daxilindəki Mütləq sənə Yar olsun! 

 

27 Arzu günü, Çiçək Ayı, 14-cü il. Bakı. 

 

(Qeyd: Həyatda adı: ? Qəbula gəlməyib). 



 

 

EVLADIM YOLNURA 

Adamlar İnamsızlıq Qaranlığına qərq olub. 

İnam Nuru olmalıyıq. 

Adamlar İdraksızlıq Qaranlığına qərq olub. 

İdrak Nuru olmalıyıq. 

Adamlar Mənəviyyatsızlıq Qaranlığına qərq olub. 

Mənəviyyat Nuru olmalıyıq. 

Adamlar İradəsizlik Qaranlığına qərq olub. 

İradə Nuru olmalıyıq. 

 

Qaranlıqda Nur yoluyuq. 



Yolnur adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

 

Qaranlıqlar Yarılsın! 



Daxilindəki Mütləq sənə Yar olsun. 

 


 

348 


EVLADIM RUHDAŞA 

Ocaqçılar  –  Ruhdaşdırlar  –  yəni  İnamdaşdırlar,  İdrakdaş-

dırlar, Mənəviyyatdaşdırlar, İradədaşdırlar. 

Mütləqilik daşıyırlar. 

İnsanlaşma daşıyırlar. 

Ruhani Cəmiyyət daşıyırlar. 

Müstəqil Vətən daşıyırlar. 

Özümlü Şərq daşıyırlar. 



Ruhdaş adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

 

Qaranlıqlar Yarılsın! 



Daxilindəki Mütləq sənə Yar olsun! 

 

28 Ümid günü, Çiçək Ayı, 14-cü il. Bakı. 

 

(Qeyd: Yaşamda adı Oqtay idi. Ocaqdan çıxdı). 



 

EVLADIM GÖYLÜYƏ 

İnam adlı Göyümüz var. 

İdrak adlı Göyümüz var. 

Mənəviyyat adlı Göyümüz var. 

İradə adlı Göyümüz var. 

İnamsızdırlar Bugünkülər – Göysüzdürlər. 

İdraksızdırlar Bugünkülər – Göysüzdürlər. 

Mənəviyyatsızdırlar Bugünkülər – Göysüzdürlər. 

İradəsizdirlər Bugünkülər – Göysüzdürlər. 

Elimizə, Şərqimizə, Dünyamıza İnam Göyü olmalıyıq. 

İdrak Göyü olmalıyıq. 

Mənəviyyat Göyü olmalıyıq. 

İradə Göyü olmalıyıq. 

Göylü adını sənə halal eləyirəm. 

Adına layiq ol. 

 


 

349 


Qaranlıqlar yarılsın. 

 

7 Mərhəm günü, İşıq Ayı, 14-cü il. Bakı. 

 

(Qeyd: Yaşamda adı Natəvan idi. Ocaqdan çıxdı). 



 

 

 

EVLADIM ÖZÜMLÜNÜN TƏMSİL ETDİYİ  

ATA AİLƏSİNİN HESABATI HAQQINDA 

1. Hesabat Təqdir olunur. 

 

2. Evladlığın Kamillik Dövrü başlanmalıdır. 



 

3.  Yurdun,  Şərqin,  Dünyanın  Bugünkü  Halı  Ocaq  İşığında 

Bilinməli, Bildirilməli. 

 

 



 

“EVLAD GÜNÜ” MƏRASİMİ HAQQINDA 

1.  Mərasim  Mütləq  Səcdə,  Mütləq  Doğmalıq,  Mütləq 

Yetkinlik, Mütləq Ciddilik səviyyəsində keçməli. 

 

2. Evlad İzharı – “Mən kiməm?” – Mərasimin Müqəddəs 

Mahiyyəti İşığında. 

 

3. Mərasimin Gedişatını Soylu yazır. 



 

4. Gedişat  İşıq  ayının 25-də Ataya təqdim edilir  – Carlarla 

bir yerdə. 

Qaranlıqlar Yarılsın. 

 

17 İnam günü, İşıq Ayı, 14-cü il. Bakı. 

 


 

350 


EVLADIM ELLİYƏ 

Elsizdirlər Bugünkülər. 

Çünki İnamsızdırlar. 

İdraksızdırlar. 

Mənəviyyatsızdırlar. 

İradəsizdirlər. 

 

Elliyik. 

Çünki İnamlıyıq. 

İdraklıyıq. 

Mənəviyyatlıyıq. 

İradəliyik. 

Elimizi Mütləqə İnam Müqəddəsliyinə çatdırırıq. 

İnsanlaşma Müqəddəsliyinə çatdırırıq. 

Ruhani Cəmiyyət Müqəddəsliyinə çatdırırıq. 

Müstəqil Vətən Müqəddəsliyinə çatdırırıq. 

Özümlü Şərq Müqəddəsliyinə çatdırırıq. 

Elli adını sənə halal eləyirəm. 

Adına layiq ol. 

Qaranlıqlar Yarılsın. 

Daxilindəki Mütləq sənə Yar olsun! 

 

24 İnam günü, İşıq Ayı, 14-cü il. Bakı. 

 

(Qeyd: Yaşamda adı Cavadlı Natiq idi. Ocaqsızlaşdı). 



 

 

EVLADIM NURAMALA 

Amalsızdır Dünya – bu səbəbdən də Nursuzdur. 



Nur Amalı olmalıyıq Dünyamıza. 

İnam Nuru. 

İdrak Nuru. 

Mənəviyyat Nuru. 

İradə Nuru. 

Mütləqə İnam Nuru Qaranlıqları Yarsın! 



 

351 


İnsanlaşma Nuru Qaranlıqları Yarsın! 

Ruhani Cəmiyyət Nuru Qaranlıqları Yarsın! 

Müstəqil Vətən Nuru Qaranlıqları Yarsın! 

Özümlü Şərq Nuru Qaranlıqları Yarsın! 

 

Nuramal adını sənə halal eləyirəm! 

Adına layiq ol! 

 

Daxilindəki Mütləq sənə Yar olsun! 



 

27 Dözüm günü, İşıq Ayı, 14-cü il. Bakı. 

 

 



(Qeyd: Yaşamda adı Əhmədzadə Pərviz idi. Döndü). 

 

UNİVERSİTETDƏKİ FİKİR EVİNİN 

HESABATI HAQQINDA 

1. Hesabat Təqdir olunur. 

 

2. Fikir Evi Ruhani Əmələ çevrilməkdədir. 



 

3. Sorğulara cavablar Müqəddəsat səviyyəsində olmalıdır. 

 

4. Fikirçilərlə münasibət Ocaq Yetkinliyinə çatmalıdır. 



 

 

ELUCANIN TƏMSİL ETDİYİ 



ATA AİLƏSİNİN HESABATI HAQQINDA 

1. Hesabat Təqdir olunur. 

 

2. İnsanlaşmanın Hallar səviyyəsində izharına çatmalı: 



İnam Halının səviyyəsi. 

İdrak Halının səviyyəsi. 

Mənəviyyat Halının səviyyəsi. 

İradə Halının səviyyəsi. 

 

3. Rəğbətçilərlə Mərasimdən kənar Təmas Biçimi tapmalı. 



 

352 


MÜTLƏQLƏ TƏMAS QAYDASI 

Ataya  Ricadan  sonra  Səhər  –  Özündəki  Mütləqə  Rica; 



Gündüz  –  Təbiətdəki  Mütləqə  Rica;  Axşam  –  Dünyadakı 

Mütləqə Rica İzhar olunur. 

 

 

OCAQ BAYRAMLARI TƏQVİMİ 

İnsanilik Bayramı – Günəş Ayının 14-ü. 

Xəlqilik Bayramı – Şölə Ayının 13-ü. 

Şərqilik Bayramı – Ata Ayının 12-si. 

Bəşərilik Bayramı – Sərt Ayın 12-si. 

 

 

MÜQƏDDƏS MÜRACİƏT 

“Ehtiram” sözü Evladın Ataya münasibətini ifadə eləmir. 

Bu  səbəbdən  də  Ataya  müraciətdə  “Ehtiram”  sözü  “Səcdə” 

sözüylə əvəz olunur – “Müqəddəs Ataya Ali Səcdə” – deyilir. 



 

28 Mərhəm günü, İşıq Ayı, 14-cü il. Bakı. 

 

 



EVLADIM YURDÇUYA 

Yurdçuluq – İnamçılıqdır; 

Ocaq Evladı – İnamçıdır, Yurdçudur. 

 

Yurdçuluq – İnsançılıqdır; 



Ocaq Evladı – İnsançıdır, Yurdçudur. 

 

Yurdçuluq – Amalçılıqdır; 



Ocaq Evladı – Amalçıdır, Yurdçudur. 

 

Yurdçuluq – Türkçülükdür; 



Ocaq Evladı – Türkçüdür, Yurdçudur. 

 


 

353 


Yurdçuluq – Şərqçilikdir; 

Ocaq Evladı – Şərqçidir, Yurdçudur. 

 

Yurdçu adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

 

Qaranlıqlar Yarılsın! 



Yükümüzdən Böyük Fərəh yoxdur! 

 

9 Ümid günü, Şölə Ayı, 14-cü il. Bakı. 

 

(Qeyd: Yaşamda adı Elbəniz idi. Döndü). 



 

 

 



EVLADIM ÖZÜMLÜNÜN TƏMSİL ETDİYİ 

ATA AİLƏSİNİN HESABATI HAQQINDA 

1. Hesabat Təqdir olunur. 

 

2. Öyrəndiyinizi – Öyrədin. 



Mütləqə İnamı öyrətmək Məqamı çatıb. 

İnsanlaşmanı öyrətmək Məqamı çatıb. 

 

3. Mətbuatda Ocaq İdeyalarını yayın. 



 

4. Ətrafınıza Ocaq İşığı saçın. 

Ailə – Əhali Təması yaransın. 

 

Qaranlıqlar Yarılsın! 



 

8 Murad günü, Qürub Ayı, 14-cü il. Bakı. 

 

 



 

354 


“ATA GÜNÜ” MƏRASİMİ 

Səviyyə: Mütləq Səcdə, Mütləq İntizam, Mütləq Doğmalıq. 

Məzmun: Evlad Qəbulu, Evlad İzharı –  Atayla üz-üzə, Ata 

Hökmləri. 



Gedişat Yazısı və Carlar: – Safruha, Soyluya, Uğura tapşı-

rılır. 


Yazılar Ata Ayının 10-da Ataya təqdim olunur. 

 

 



EVLADIM ELGÜNƏ 

Elimizə İnam Günü olmalıyıq. 

İdrak Günü olmalıyıq. 

Mənəviyyat Günü olmalıyıq. 

İradə Günü olmalıyıq. 

 

Günsüzdürlər Bugünkülər. 

Çünki İnamsızdırlar. 

İdraksızdırlar. 

Mənəviyyatsızdırlar. 

İradəsizdirlər. 

 

Mütləqə İnam Günü gərək Elimizə. 



İnsanlaşma Günü gərək Elimizə. 

Ruhani Cəmiyyət Günü gərək Elimizə. 

Müstəqil Vətən Günü gərək Elimizə. 

 

Elgün adını sənə halal eləyirəm. 

Adına layiq ol. 

Qaranlıqlar Yarılsın. 

 

(Qeyd:  Yaşamda  adı  Nəcəfov  Ədhəm  imiş,  qəbula 



gəlməyib). 

26 Dözüm günü, Qürub Ayı, 14-cü il. Bakı. 

 

 

355 


FƏRQ 

Dünya  Gedişatı:  Demokratiya  cəngəlliyindən  –  Diktatura 

Zindanına. 



Ocaq  Yolu:  Demokratiya  cəngəlliyindən  –  Ruhaniyyat 

Göylüyünə. 



9 Dözüm günü, Ata Ayı, 14-cü il. Bakı. 

 

 

EVLADIM ÜLVİYƏ 

İnamımız Ülvidir – çünki Mütləqdir. 

İdrakımız Ülvidir – çünki Mütləqdir. 

Mənəviyyatımız Ülvidir – çünki Mütləqdir. 

İradəmiz Ülvidir – çünki Mütləqdir. 

 

Ülviyik – çünki İnsançıyıq, Ruhçuyuq, Şərqçiyik, Bəşərçiyik. 



Yurdumuz Mütləqə İnam əsasında Bir olacaq. 

Özüylədöyüş əsasında Bir olacaq. 

Ruhani Cəmiyyət əsasında Bir olacaq. 

Müstəqil Vətən əsasında Bir olacaq. 

Özümlü Şərq əsasında Bir olacaq. 

 

Ülvi adını sənə halal eləyirəm. 

Adına layiq ol. 

 

Qaranlıqlar Yarılsın! 



Daxilindəki Mütləq sənə Yar olsun! 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 

 

13 Arzu günü, Ata Ayı, 14-cü il. Bakı. 

 

(Qeyd: Yaşamda adı Purmusəvi Arzu idi. Ocaqda adı olub – 



özü olmayıb. Güney Azərbaycandandı). 

 

 



 

356 


EVLADIM İNAMNURA 

İnamsızlıq Qaranlığına qərq olub Bugünkülər. 

İslam Qaranlığına. 

Qərbçilik Qaranlığına. 

İnam Nuru olmalıyıq Yurdumuza, Şərqimizə, Dünyamıza. 

Mütləqçilik Nuru. 

İnsançılıq Nuru. 

Müstəqil Vətən Nuru. 

Ruhani Cəmiyyət Nuru. 

Özümlü Şərq Nuru. 

 

Mütləqə İnam Nurunda Qaranlıqlar Yarılacaq. 



Mütləq İdrak Nurunda Qaranlıqlar Yarılacaq. 

Mütləq Mənəviyyat Nurunda Qaranlıqlar Yarılacaq. 

Mütləq İradə Nurunda Qaranlıqlar Yarılacaq. 

İnamnur adını sənə halal eləyirəm. 

Adına layiq ol. 

 

Daxilindəki Mütləq sənə Yar olsun! 



Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 

 

13 Arzu günü, Ata Ayı, 14-cü il. Bakı. 

 

(Qeyd:  Yaşamda  adı  Purmusəvi  Səməd  idi.  Güney 



Azərbaycandandı. Ocaqda adı olub – özü olmayıb). 

 

 



OCAQLAŞDIRMA ƏMƏLİ 

Ocaqçı  Yurdumuzu,  Şərqimizi,  Dünyamızı  Din  –  Ateizm, 

Kapitalizm – Sosializm, Demokratiya – Totalitarizm Dairəsin-

dən çıxarmaq üçün Ocaqlaşdırma Əməlinə sarılır. 

 

1. Dini Ayinlər, Mərasimlər əvəzi – 



Mütləqə İnam Biliyi öyrədilir Xalqa. 

 

357 


2. Toy Dəllallığı əvəzi –  

Ocağın Ailə Qaydaları öyrədilir Xalqa. 

 

3. Yas mövhumatı əvəzi – 



Ocağın Matəm Sözləri öyrədilir Xalqa. 

 

4. Yığıncaqlar, Seçki Oyunu, Parlament Qanunları əvəzi – 



Ruhani Cəmiyyət İdealı öyrədilir Xalqa. 

 

5. Qərbçilik əvəzi – 



Özümlü Şərq İdealı öyrədilir Xalqa. 

 

6. İctimai Tərbiyə əvəzi – 



İnsanlaşma öyrədilir Xalqa. 

7. Dini Bayramlar əvəzi – 

Ocaq Bayramları – camaatla birgə. 

 

8.  Ailə  ətrafında  Od  Qoruyanlar  Birliyi  yaradılır  –  Ocaq 



Keşikçisi. 

 

9. Fikir Evi ətrafında Nurçuluq Əməli yaranır. 



Müasir Dünya Ocaq İşığında Bilinir. 

 

10. Təhsil müəssisələrində Ocaqçılıq öyrədilir. 



 

11.  Ailə  ətrafında  Müqəddəs  Təmas  Əməli  yaranır.  Ruhani 

Həkimlik Fəaliyyəti. 

 

15 Ümid günü, Ata Ayı, 14-cü il. Bakı. 

 

 



 

358 


EVLADIM ODELƏ 

İnam Odu gərək Elimizə, Şərqimizə, Dünyamıza. 

İdrak Odu gərək Elimizə, Şərqimizə, Dünyamıza. 

Mənəviyyat Odu gərək Elimizə, Şərqimizə, Dünyamıza. 

İradə Odu gərək Elimizə, Şərqimizə, Dünyamıza. 

 

Odsuzdurlar Bugünkülər – 



Çünki  İnamsızdırlar,  İdraksızdırlar,  Mənəviyyatsızdırlar, 

İradəsizdirlər. 

 

Mütləqə İnam Odu gərək Elimizə, Şərqimizə, Dünyamıza. 



İnsanlaşma Odu gərək. 

Ruhani Cəmiyyət Odu gərək. 

Müstəqil Vətən Odu gərək. 

Özümlü Şərq Odu gərək. 



Odel adını sənə halal eləyirəm. 

Adına layiq ol. 

 

Qaranlıqlar Yarılsın! 



Daxilindəki Mütləq sənə Yar olsun! 

 

(Qeyd:  Yaşamda adı  Cəmşidi  Hüseyn idi. Güney  Azərbay-



candandı. Ocaqda adı olub – özü olmayıb). 

 

 



EVLADIM ULUYURDA 

Yurdumuz Zərdüşt qədər Uludur. 

Babək qədər Uludur. 

Dədə Qorqud qədər Uludur. 

Hürufilər qədər Uludur. 

Füzuli qədər Uludur. 

Muğam qədər Uludur. 

Saz qədər Uludur. 

 


 

359 


Ulu yurdumuza Mütləq İnam gərək. 

Mütləq İdrak gərək. 

Mütləq Mənəviyyat gərək. 

Mütləq İradə gərək. 



Uluyurda İnsançılıq gərək, Ruhçuluq gərək. 

Uluyurd adını sənə halal eləyirəm. 

Adına layiq ol. 

 

Qaranlıqlar Yarılsın! 



Daxilindəki Mütləq sənə Yar olsun! 

 

16 Dözüm günü, Ata Ayı, 14-cü il. Bakı. 

 

(Qeyd:  Yaşamda adı  Purmusəvi  Əmir idi. Güney Azərbay-



candandı. Ocaqda yalnız adı olub). 

 

 



EVLADIM ELUCANIN TƏMSİL ETDİYİ 

UNİVERSİTET ATA AİLƏSİNİN  

HESABATI HAQQINDA 

1. Hesabat Təqdir olunur. 

2. Özünüxasiyyətnamə Əməlinə keçməli. 

3. “Ocaq və Bugün” İzahına başlamalı. 

4. Dərgini bərpa etməli. 

5. Ocağın Təhsil ideyasını öyrənməli. 

 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 



 

 

EVLADIM ULUTAYIN TƏMSİL ETDİYİ 

ŞƏMKİR ATA AİLƏSİNİN HESABATI HAQQINDA 

1. Hesabat Təqdir olunur. 

 

2. Rəğbətçilərlə Təmas Yüksəlsin! 



 

360 


3. Camaatla Təmas Yüksəlsin! 

 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 



 

 

EVLADIM NUROCAĞA 

Amalnuruq. 

Əməlnuruq. 

Ailənuruq. 

Xalqnuruq. 

İnsannuruq. 



Nur Ocağıyıq. 

Mütləqə İnam Ocağı. 

İnsanlaşma Ocağı. 

Ruhani Cəmiyyət Ocağı. 

Müstəqil Vətən Ocağı. 

Özümlü Şərq Ocağı. 



Nurocaq adını sənə halal eləyirəm. 

Adına layiq ol. 

 

Qaranlıqlar Yarılsın! 



Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 

 

(Qeyd: Bu Sənədə əsasən Ocağa Evlad qəbul olunmayıb). 



 

28 İnam günü, Köçəri Ay, 14-cü il. 

 

 



EVLADIM SABAHYURDA 

Sabahın Nuruna Üz Tutub Bugünümüz. 

Mütləqə İnam Nuruna. 

İnsanlaşma Nuruna. 

Müstəqil Vətən Nuruna. 

Ruhani Cəmiyyət Nuruna. 

Özümlü Şərq Nuruna. 



 

361 


 

Sabaha Üz Tutub Yurdumuz. 

Mütləq İnama. 

Mütləq İdraka. 

Mütləq Mənəviyyata. 

Mütləq İradəyə. 

 

Sabahyurd adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

Qaranlıqlar Yarılsın! 

Yükümüzdən böyük Fərəhimiz yoxdur! 

 

23 Dözüm günü, Ata Ayı, 14-cü il. Bakı. 

 

(Qeyd: Yaşamda adı Musayev Ramiz idi. Ocaqdan çıxdı). 



EVLADIM AMALNURA 

Amal Nuru gərək Yurdumuza, Şərqimizə, Dünyamıza. 

Mütləqə İnam Nuru. 

İnsanlaşma Nuru. 

Ruhani Cəmiyyət Nuru. 

Müstəqil Vətən Nuru. 

Özümlü Şərq Nuru. 

Mütləq İdrak gərək Yurdumuza, Şərqimizə, Dünyamıza. 

Mütləq Mənəviyyat gərək. 

Mütləq İradə gərək. 



Amalnur adını sənə halal eləyirəm. 

Adına layiq ol. 

 

Qaranlıqlar Yarılsın. 



Yükümüzdən Böyük Fərəhimiz Yoxdur! 

 

13 Ümid günü, Xəzan Ayı, 14-cü il. Bakı. 



 

(Qeyd: Yaşamda adı Ağayev Vüqar idi. Döndü). 



 

362 


SƏTTARXANÇILARLA ATANIN GÖRÜŞÜ 

Görüş Ocaq İşıqçılığı Əməli oldu. 

“Fikir Evi” yarandı, Əməkçilərlə Ruhani Təmas Başlandı. 

 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin