On Qutsal Bitiq’in (Onluğun) Yan Bitiqləri



Yüklə 2.19 Mb.
PDF просмотр
səhifə19/26
tarix03.12.2016
ölçüsü2.19 Mb.
1   ...   15   16   17   18   19   20   21   22   ...   26

HƏQİQƏT 

Mühitə uyğun İnam olmur, İnamsızlıq olur;  



İnam Mühitdən Üstündür. 

 

Mühitə uyğun İdrak olmur, İdraksızlıq olur;  



İdrak Mühitdən Üstündür. 

 

Mühitə uyğun Mənəviyyat olmur, Mənəviyyatsızlıq olur;  



Mənəviyyat Mühitdən Üstündür. 

 

Mühitə uyğun İradə olmur, İradəsizlik olur;  



İradə Mühitdən Üstündür. 

 

Bu səbəbdən də Mühitə uyğunlaşmaq – İnamsızlıq, İdrak-



sızlıq, Mənəviyyatsızlıq, İradəsizlikdir əslində. 

 

HƏQİQƏT 

Quldarlıq – Adama yaradı; ona görə də yarandı;  

İnsana yaramadı; ona görə də məhv oldu. 

 

Feodalizm – Adama yaradı; ona görə də yarandı;  

İnsana yaramadı; ona görə də məhv oldu. 

 

Sosializm – Adama yaradı; ona görə də yarandı;  

İnsana yaramadı; ona görə də məhv oldu. 

 

Kapitalizm – Adama yarayır; ona görə də yaranır;  

İnsana yaramır; ona görə də məhv olacaq. 

 

HƏQİQƏT 

Təbiət üzərində Ağalıq – Antiinsanilik. 

Adam üzərində Ağalıq – Antiinsanilik. 

Xalqlar üzərində Ağalıq – Antiinsanilik. 



 

Cəmiyyət Tarixi – Antiinsanilik Tarixi. 

 

310 


HƏQİQƏT 

Adam Təbiət üzərində Ağalığından əl çəksə – ölər və İnsan 

kimi təzədən dirilər. 

 

HƏQİQƏT 

Təbiətlə döyüşdə Adam qələbə çaldı, İnsan məğlub oldu. 

 

Arzu günü, Ata Ayı, 13-cü il. Bakı. 

 

RUHANİ XƏTT 

Kim  bizi  özünə  Düşmən  sayırsa  saysın,  biz  heç  kəsi 

özümüzə Düşmən saymırıq. 

Düşməni saymırıq. 

 

4 Dözüm günü, Ata Ayı, 13-cü il. Bakı. 

 

HƏQİQƏT 

Feyerbax  İlahiliyin  İnsani  mahiyyətini  kəşf  etdi,  Hürufilər 



İnsaniliyin İlahi Mahiyyətini. 

 

Feyerbaxda  İlahilik  İnsaniləşdi,  Hürufilikdə  İnsanilik 



İlahiləşdi... 

İlahiliyin İnsaniləşməsi – Göydəkinin Yerə endirilməsiydi 

– İnsaniliyin İlahiləşməsi – Yerdəkinin Göyə qaldırılmasıydı. 

 

HƏQİQƏT 

Spinozada İnsan Təbiətləşir, Sufilərdə – İlahiləşir. 

 

FƏRQ 

Spinozada İnsan Zəruriyyət Dairəsinə düşür, 

Sufilərdə Allaha qovuşur – Azadlığa çıxır. 



Spinoza panteizmi – maddiyyatçılıqdır; 

Sufi panteizmi – ruhaniyyatçılıq. 

 


 

311 


FƏRQ 

Spinozada Allah Təbiətin Özülüdür

Sufilərdə – Təbiətin Ruhudur. 

Sufilər Spinozadan Yüksəkdirlər. 

 

HƏQİQƏT 

Faustla  İblisin  Yolçuluğu  tutur:  bunu  nüvə  silahının  kəşfi 

sübut etdi. 

 

HƏQİQƏT 

Totalitarizm Adamları Zorla İradəsizləşdirir. 

Demokratiya Adamları Xoşla İradəsizləşdirir. 

Cəmiyyət – İradəsizləşmə Üsuludur əslində. 

 

 

NİKBİNLİYİN ƏSASI 

İnsan – Gerçəkliklə barışmır. 



 

 

FƏRQ 

Vüqar – İqtidar. 

Lovğalıq – İqtidarsızlıq. 

 

HƏQİQƏT 

Təsadüfi Məna olmur, Təsadüfi Mənasızlıq olur və Gerçək-

lik onunla doludur. 

 

HƏQİQƏT 

Məna Təzahürə bərabər olsaydı, Mənasız olardı. 



 

HƏQİQƏT 

Adam Qisməti – Adamlıq. 

İnsan Qisməti – İnsanlıq. 

 


 

312 


HƏQİQƏT 

Din İnsanı Allaha tapşırır. – 

Bu səbəbdən də İnsanlaşmaya qarşıdır. 

Kommunizm İnsanı Mülkiyyətə tapşırır. – 

Bu səbəbdən də İnsanlaşmaya qarşıdır. 

Amal İnsanı İnsana tapşırır. – 

Bu səbəbdən də İnsanlaşmaya əsaslanır. 

 

HƏQİQƏT 

Tarix – Ağalıq-Nökərlik Dairəsindən kənara çıxa bilmir; bu 

səbəbdən də cəmiyyət mahiyyətcə dəyişmir. 

 

HEGELƏ QARŞI 

Dərk  olunmuş  Zəruriyyət  –  Azadlıq  deyil,  Qismətlə  barış-

maqdır əslində – Dini xurafatçılıqdır Fəlsəfə biçimində. 

Dialektikanın  Qanunları  –  Həqiqət  deyil  –  Qismətçilikdir  – 

Fəlsəfə biçimində. 



 

HƏQİQƏT 

Zəmanəyə düşmək – bizdən asılı deyil. 

Zəmanədən çıxmaq – bizdən asılıdır. 

 

HƏQİQƏT 



Vaxt – Əbədiyyətin Təzahürüdür, İfadəsi deyil – 

Mahiyyətcə Əbədiyyət – Vaxtsızlıqdır. 



Məkan – Sonsuzluğun Təzahürüdür, İfadəsi deyil – 

Mahiyyətcə Sonsuzluq – Məkansızlıqdır. 

 

HƏQİQƏT 

Qismət – Adamlıq Tarixidir – Ömrümüzə düşən. 

 

HƏQİQƏT 

Adamın  Ömrünə  Adamlıq  Tarixi  düşür  ki,  buna  Bəxt 

deyirlər. 


 

313 


Adamın  Ömrünə  Adamlıq  Zamanı  düşür  ki,  buna  Bəxt 

deyirlər. 

Adamın  Ömrünə  Adamlıq  Mühiti  düşür  ki,  buna  Bəxt 

deyirlər. 

Adamın Ömrünə Adamlıq düşür ki, buna Bəxt deyirlər. 

 

HƏQİQƏT 

Tarixin Kökü – Adamların daxilindədir; 

Adamlar onu Xaricdə axtarırlar və tapa bilmirlər... 

Adam  daxilindəki  Canavarı  öldürə  bilmir  və  Canavarlıq 

Tarixi yaranır. 

Adam daxilindəki Tülkünü öldürə bilmir və Tülkülük Tarixi 

yaranır. 

Adam  daxilindəki  İlanı  öldürə  bilmir  və  İlanlıq  Tarixi 

yaranır. 



5 Mərhəm günü, Ata Ayı, 13-cü il. Bakı. 

 

FƏRQ 

Xudbin – Özündəki Böyükdən keçir – Kiçiyi seçir. 

Fədakar – Özündəki Kiçikdən keçir – Böyüyü seçir. 

 

HƏQİQƏT 

Fərdiyyət – Xudbinliyin Ölümü. 

 

HƏQİQƏT 

Din  əslində  İmtina  tanımır  –  bu  dünyadakı  İmtinanın 

əvəzini o dünyada qaytarır. 

Din əslində Fədakarlıq tanımır – bu dünyadakı  Fədakarlığı 

o dünyada mükafatlandırır. 

 

6 Qismət günü, Ata Ayı, 13-cü il. Bakı. 

 

HƏQİQƏT 

İctimai Dostluq olmur – çünki Mənafe Dostluğa Ziddir. 

 


 

314 


İctimai Məhəbbət olmur – çünki Mənafe Məhəbbətə Ziddir. 

 

İctimai  Fədakarlıq  olmur  –  çünki  Mənafe  Fədakarlığa 



Ziddir. 

 

İctimai  İnsanilik  olmur  –  Çünki  İnsanilik  Mənafeyə 



Ziddir. 

 

HƏQİQƏT 

Mənafe  –  Adamları  biri-birindən  ayırır,  buna  görə  də 

Mənafe Birliyi – Ayrılmadır əslində. 

 

HƏQİQƏT 

Mənfəət əsasında – cəmiyyət yaranır, Xalq yaranmır. 

Xalq Ruhaniyyat əsasında yaranır. 

Buna  görə  də  Mahiyyətcə  Xalq  –  Cəmiyyətə  Qarşıdır; 

Xəlqilik – İctimailiyə qarşıdır. 

 

HƏQİQƏT 

İnsan özündəki Mənfəətçiliyi – Cəmiyyətçiliyi – öldürməlidir. 

 

HƏQİQƏT 

Cəmiyyət Adamdakı Canavarı öldürmür – 

Rəsmiləşdirir. 

Adamdakı Tülkünü öldürmür – Rəsmiləşdirir. 

Adamdakı İlanı öldürmür – Rəsmiləşdirir. 

 

HƏQİQƏT 

Hamılaşmadan,  Özgələşmədən,  Təbəqələşmədən  azad  olan 

nə varsa – Fərdiyyətdir. 

Cəmiyyətdən azad olan nə varsa – Fərdiyyətdir. 



 

HƏQİQƏT 

Cəmiyyətdə Ağalar Nökərləri dolandırırlar. 

 

7 Murad günü, Ata Ayı, 13-cü il. Bakı. 


 

315 


HƏQİQƏT 

İctimailəşən Xalq – Kütlə. 

Ruhaniləşən Xalq – Ailə. 

 

8 İnam günü, Ata Ayı, 13-cü il. Bakı. 



 

HƏQİQƏT 

Yerin Göy boyda Mənası var – 

Yerdən Uzaq, Yerdən Uca. 

 

Adamın İnsan boyda Mənası var – 



Adamdan Uzaq, Adamdan Uca. 

 

Zamanın Əbədiyyət boyda Mənası var – 



Zamandan Uzaq, Zamandan Uca. 

 

13 Qismət günü, Ata Ayı, 13-cü il. Bakı. 

 

 

HƏQİQƏT 



Mütləqə İnamın Əsası – Ruh. 

Mütləq İdrakın Əsası – Ruh. 

Mütləq Mənəviyyatın Əsası – Ruh. 

Mütləq İradənin Əsası – Ruh. 



İnsaniliyin Əsası – Ruh. 

 

19 Mərhəm günü, Ata Ayı, 13-cü il. Bakı. 

 

 

OCAQDAN GEDƏNLƏR 



Yatırlar – oyanıb Ocağa gəlirlər, sonra  

Yatmaları tutur – Ocaqdan gedirlər. 

 

 



 

316 


RUHANİ İNTİBAH YOLU 

Ruhani Bazis. 

Maddi Üstqurum. 

 

21 Murad günü, Ata Ayı, 13-cü il. Bakı. 

 

EVLADIM ELİŞIĞA 

Elimizə İşıq olmalıyıq – 

Mütləqə İnam İşığı. 

Özüylə döyüş İşığı. 

Müstəqil Vətən İşığı. 

Ruhani Cəmiyyət İşığı. 

Özümlü Şərq İşığı. 

İnamsızlıq Qaranlığını Yarmalıyıq. 

İdraksızlıq Qaranlığını Yarmalıyıq. 

Mənəviyyatsızlıq Qaranlığını Yarmalıyıq. 

İradəsizlik Qaranlığını Yarmalıyıq. 

Elişıq adını sənə halal eləyirəm. 

 

Qaranlıqlar Yarılsın. 



 

(Qeyd: Həyatda adı Səbinə idi. Ocaqdan çıxdı). 



 

EVLADIM ÖTKÜNƏ 

Sabaha çatmaq üçün Bugünü ötmək gərək. 

Amala çatmaq üçün Həyatı ötmək gərək. 

Mütləqə çatmaq üçün Nisbini ötmək gərək. 

İnama çatmaq üçün Zaman İnamını ötmək gərək. 

İdraka çatmaq üçün Zaman İdrakını ötmək gərək. 

Mənəviyyata çatmaq üçün Zaman Mənəviyyatını ötmək gərək. 

İradəyə çatmaq üçün Zaman İradəsini ötmək gərək. 

Mütləqə İnam Ötkünlüyünə çatmalı! 

Özüylədöyüş Ötkünlüyünə çatmalı! 

Müstəqil Vətən Ötkünlüyünə çatmalı! 


 

317 


Ruhani Cəmiyyət Ötkünlüyünə çatmalı! 

Özümlü Şərq Ötkünlüyünə çatmalı! 



Ötkün adını sənə halal eləyirəm. 

Adına layiq ol. 

 

Qaranlıqlar Yarılsın! 



 

24 Ümid günü, Ata Ayı, 13-cü il. Bakı. 

 

(Qeyd: Həyatda adı Kamran idi. Ocaqdan çıxdı). 



 

FƏRQ 

Yağı Dünyanı Adam Yağılığı yaradır; 

Doğma Dünyanı İnsan Doğmalığı yaratmalıdır. 

 

HƏQİQƏT 

İdealsızlıq – Yoxluq. 

 

FƏRQ 

Adam özü yaratdığı Yağı Dünyaya atılır; 

İnsan Adamı Yağı Dünyadan çıxarır. 

 

HƏQİQƏT 

İnsanilik – Mütləqiliyə bərabərdir. 

Mütləqilik olmayan yerdə İnsanilik yoxdur. 

 

1 Ümid günü, Xəzan Ayı, 13-cü il. Bakı. 

 

HƏQİQƏT 

İdeal – Gerçəkliyin Varlığı. 



 

TƏKLİK 

Özünlə Tək qalmazsan. 

Özünlə deyilsən – ona görə Təksən. 

 

318 


HƏQİQƏT 

Məhəbbətdə İnsan Özüylə Bir olur. 



 

HƏQİQƏT 

Adamın Özümlüyü də özündədir, Özgəliyi də:  

Adam ən çox özgəliyiylə olur – 

Özümlüyüylə az olur. 

 

KAMİLLİK YOLU 

Dəyişirsən ki, dəyişməyəsən. 

 

HƏQİQƏT 

Adam Özündən çəkinməsə – İnsan olmaz. 

 

3 Mərhəm günü, Xəzan Ayı, 13-cü il. Bakı. 

 

 

FƏRQ 

Şüar – Zahiri Söz. 

İzhar – Daxili Söz. 

 

AQİBƏT 

Cəmiyyət İnsan Aləti olmadı; 

İnsan Cəmiyyət Aləti oldu. 



 

FƏRQLƏR 

Fərdiyyət – Daxili Həyat. 

Xalq – Daxili Həyat Birliyi. 

Cəmiyyət – Zahiri Həyat. 



 

FƏRQ 

Məhəbbət – Daxili Həyat. 

Şəhvət – Zahiri Həyat. 

 


 

319 


HƏQİQƏT 

Daxili Həyat – Məna Evi. 

Zahiri Həyat – Mənasızlıq Evsizliyi. 

 

HƏQİQƏT 

Daxili Həyat – Həyatdan artıq. 

 

HƏQİQƏT 

O Dünya – Bu Dünya xülyası. 

Cənnət – Cəhənnəm xülyası. 

 

HƏQİQƏT 

Zənginlik – Bütövlük. 

Yoxsulluq – Natamlıq. 

 

HƏQİQƏT 

Yekdillik – Diri Birlik. 

Yeknəsəqlik – Ölü Birlik. 

 

HƏQİQƏT 

Daxili aləm – Varlığı qoruyur, 

Zahiri aləm – Yoxluğu. 

 

HƏQİQƏT 

Zaman Daxilində Müstəqillik – Asılılıqdır. 

Şərait Daxilində Müstəqillik – Asılılıqdır. 

Mühit Daxilində Müstəqillik – Asılılıqdır. 



Zaman – Asılılıq deməkdir. 

Şərait – Asılılıq deməkdir. 

Mühit – Asılılıq deməkdir. 

 

4 Qismət günü, Xəzan Ayı, 13-cü il. Bakı. 



 

 

 

320 


HALLAR 

Kamillik Azadlığı. 

Naqislik Əsarəti. 

 

HƏQİQƏT 

Ölümdən Həyat yaranmaz, Həyatdan Ölüm yaranar. 

Yoxdan Var yaranmaz, Vardan Yox yaranar. 

 

HƏQİQƏT 

Varlıqla Yoxluğun Birliyi tutmaz. 

Məqsəd – Yoxluqdan çıxmaq – Varlığa çatmaq; 

Nisbidən çıxmaq – Mütləqə çatmaq; 

Gerçəklikdən çıxmaq – Amala çatmaq. 

 

 

HƏQİQƏT 



Gerçəklikdə  Yox  olan  Varlıq  –  İnsan  İnamında,  İdrakında, 

Mənəviyyatında, İradəsində yaşayır. 



İnsan Varlığı Gerçəklikdən qoruyur. 

 

HƏQİQƏT 

Azadlıq – Yoxluqdan çıxmaq. 

 

 

HƏQİQƏT 



İnsan Yoxluqda Varlığı yaşadır. 

 

HƏQİQƏT 

Mütləq – Mütləqi – Varlığı yaşadır. 

Nisbi – Nisbini – Yoxluğu yaşadır. 

 

HƏQİQƏT 

İnsan – Gerçəkliyə – Yoxluğa qarşı durur. 

 


 

321 


HƏQİQƏT 

İnsan – Dünyanın Sahibi deyil, 

– Dünyanın Əsiri deyil – 

– Dünyanın Mənasıdır. 

 

HƏQİQƏT 

Mücərrəd İnsan – İctimai İnsan. 

Konkret İnsan – Ruhani İnsan. 

 

HƏQİQƏT 

Şəraitdə İnsan Mücərrədləşir. 

Mühitdə İnsan Mücərrədləşir. 

Zamanda İnsan Mücərrədləşir. 

 

Konkret İnsan – Şəraiti ötür; 



Mühiti ötür; 

Zamanı ötür. 

 

MÜASİR FƏALLIQ 

Gerçəkliyə  pərçimlənmək  –  Mənadan  ayrılmaq,  Mahiyyət-

dən ayrılmaq. 

 

HƏQİQƏT 

Gerçəklik səviyyəsində İnam – əslində Şübhədir, çünki Ger-

çəklik – Mütləq tanımır, deməli, Həqiqət tanımır. 

 

5 Murad günü, Xəzan Ayı, 13-cü il. Bakı. 

 

İNSAN LƏYAQƏTİ 

Məna adlı Varlığı Gerçəklik adlı Yoxluqda daşımaq. 

 

HƏQİQƏT 

Gerçəkliyin Ümidi – Mahiyyət. 

Nisbinin Ümidi – Mütləq. 

Yoxluğun Ümidi – Varlıq. 



 

322 


HƏQİQƏT 

Bənzərsizliyin – Mahiyyətə Bənzəri var. 

Əlçatmazlıq – Mahiyyətə çatır. 

Müstəqillik – Mahiyyətlidir. 



 

HƏQİQƏT 

Allah – Nisbi Mütləq, yəni əslində Anti-Mütləq. 

 

HƏQİQƏT 

İnam – İdrakın Mənası. 



 

HƏQİQƏT 

Gerçəklik İnsanı Mənadan ayrı salır. 

İnsan Gerçəkliyi ötür və Mənaya qovuşur. 

 

7 Arzu günü, Xəzan Ayı, 13-cü il. Bakı. 

 

HƏQİQƏT 

Ömrü boyu Adam Məna tanımır, – Ölüm ayağında Mənadan 

ayrıla bilmir. 

 

HƏQİQƏT 

Cəmiyyəti İdarə etmək – əslində Hamılaşmanı idarə etmək-

dir, Təbəqələşməni idarə etməkdir, Özgələşməni idarə etməkdir 

– yəni Antiinsaniliyi, Antixəlqiliyi idarə etməkdir. 

 

HƏQİQƏT 

Cəmiyyət – Yoxluqdur – 

Xalq – Varlıq. 



Varlıq Yoxluqda yaşayır. 

 

FƏRQ 

Cəmiyyət – xidmət tələb eləyir

Ruhaniyyat – məhəbbət. 



 

323 


HƏQİQƏT 

Cəmiyyət – Keçicidir, Vətən Əbədi. 

Əbədi – Keçicidə yaşamalı olur. 

 

HƏQİQƏT 

Cəmiyyət – Yoxluqdur. 

İnsan – Varlıq. 

İnsanla  Cəmiyyətin  Birliyi  –  Varlıqla  Yoxluğun  Birliyi 

olardı – Cəfəng. 



 

HƏQİQƏT 

Cəmiyyət öz İnamsızlığıyla Adamı İnamdan ayırır. 

Öz İdraksızlığıyla Adamı İdrakdan ayırır. 

Öz Mənəviyyatsızlığıyla Adamı Mənəviyyatdan ayırır. 

Öz İradəsizliyiylə Adamı İdrakdan ayırır. 

Cəmiyyət Adamı İnsandan ayırır. 

 

HƏQİQƏT 

Cəmiyyətçilik – Özümsüzlük. 

Mühitçilik – Özümsüzlük. 

Şəraitçilik  – Özümsüzlük. 

 

HƏQİQƏT 

Cəmiyyət Adamı İnsandan ayırır. 

Şərait Adamı İnsandan ayırır. 

Mühit Adamı İnsandan ayırır. 

 

Cəmiyyəti ötüb İnsana çatmaq gərək. 



Şəraiti ötüb İnsana çatmaq gərək. 

Mühiti ötüb İnsana çatmaq gərək. 

 

HƏQİQƏT 

Ruh – Əbədidir; Bədən – Keçici. 

Əbədi – Keçicidə yaşamalı olur. 


 

324 


HƏQİQƏT 

Cəmiyyət – Yadlar birliyi. 



 

FƏRQ 

Məhəbbət – Yadlığı öldürür. 

Cəmiyyət – Yadlığı yaşadır. 

 

HƏQİQƏT 

Cəmiyyəti Sevmək olmaz – Yadlığı sevmək olmaz. 

 

HƏQİQƏT 

İctimai Münasibətlər – Yad Münasibətlər. 

 

HƏQİQƏT 

Sevgi – Özgəliyin Ölümü. 

 

HƏQİQƏT 

Özünə inanmadığın dərəcədə Allaha inanırsan. 

Özünə inandığın dərəcədə Mütləqə inanırsan. 

 

FƏRQ 

Adam Fərəhi – Maddiyyat. 

İnsan Fərəhi – Məna. 

 

Adam Dərdi – Maddiyyatsızlıq. 



İnsan Dərdi – Mənasızlıq. 

 

RUHANİ YÖN 

Gerçəklikdən – Mənaya. 

Cəmiyyətdən – Xalqa. 

Siyasətdən – Ruhaniyyata. 

 

HƏQİQƏT 

Adamın Sıraviləşməsi – Antiinsanilikdir; 



 

325 


İdarəçiləşməsi – Antiinsanilikdir. 

Adamın İnsanlaşması – İnsanilikdir. 

8 Ümid günü, Xəzan Ayı, 13-cü il. Bakı. 

 

İSTƏK 

Sevgi varsa – Biri Çoxdur. 

Sevgi yoxsa – Yüzü Azdır. 

 

10 Mərhəm günü, Xəzan Ayı, 13-cü il. Bakı. 

 

 

EVLADIM ÖZÜMLÜNÜN TƏMSİL ETDİYİ 



ATA AİLƏSİNİN HESABATI HAQQINDA 

I. Hesabat Təqdir olunur. 

 

II.  Fikir  Evinin  yaranması  vaxtıdır,  camaatla  Ailə  Təması 



vaxtıdır. 

 

III. Evlad gətirin Ataya! 



 

Qaranlıqlar Yarılsın! 

 

EVLADIM ELUCANIN TƏMSİL ETDİYİ 

ATA AİLƏSİNİN HESABATI HAQQINDA 

I. Hesabat Təqdir olunur – Ailə öz Biçimini tapıb. 

 

II. Ailənin Qapısını Rəğbətçilərin üzünə daha geniş açmalı. 



 

III.  Müasir  İdrakı,  Mənəvi  Yoxluğu  Müqəddəslik  İşığında 

görməli – göstərməli. 

 

Qaranlıqlar Yarılsın! 



 

13 İnam günü, Xəzan Ayı, 13-cü il. Bakı. 

 


 

326 


FƏRQ 

İsa – Gücsüzlərə baş əydi, İsaçılıq – Gücə. 

 

14 Arzu günü, Xəzan Ayı, 13-cü il. Bakı. 

 

HAL 

Mənasızlıqdan böyük İztirab yoxdur. 

Mənadan böyük Fərəh yoxdur. 

 

18 Qismət günü, Xəzan Ayı, 13-cü il. Bakı. 



 

 

EVLADIM NURLANA 

Cismin getdi – Ruhun qaldı. 

Ömrün getdi – Nurun qaldı. 

Nur alacaqlar, Nurlanacaqlar Saflığından Qalanlar. 

Körpəliyin ölməyəcək... 

 

20 İnam günü, Xəzan Ayı, 13-cü il. Bakı. 

 

(Qeyd: Nurlan – Bağban’ın oğlu). 



 

HƏQİQƏT 

Məna  –  Ruhda  –  yəni  İnamda,  İdrakda,  Mənəviyyatda, 

İradədə yaşayır... 

21 Arzu günü, Xəzan Ayı, 13-cü il. Bakı. 

 

HƏQİQƏT 

İsa,  adamların  günahlarını  öz  üzərinə  götürməklə  onları 

İnsanlıqdan azad etdi. 

 

HƏQİQƏT 

Din Adamın özünüyaratmaq haqqını əlindən alır. 



Bu səbəbdən də Din – böyük haqsızlıqdır. 

 


 

327 


HƏQİQƏT 

Mütləqin Varlığı – Allahın Yoxluğudur. 

Allahın Varlığı – İnsanın Yoxluğudur. 

Mütləq – Mənadır, Allah – Hakimlik. 

Məna – Adamı Yüksəldir; Hakim – Alçaldır. 

 

27 İnam günü, Xəzan Ayı, 13-cü il. Bakı. 

1   ...   15   16   17   18   19   20   21   22   ...   26


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə