SUMQAYITDA ATAYLA GÖRÜŞ
Görüş Ocaq çağırdı, Ocağa çağırdı.
Ellinin Təşkilatçılığı, Soylunun Atagüzarlığı Təqdir olunur.
18 İnam günü, Xəzan Ayı, 14-cü il. Bakı.
EVLADIM ELUCANIN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
1. Hesabat Təqdir olunur.
2. Özüylədöyüş – Özünəçatma Birliyinə nail olmalı.
3. Özümləşmə – Xalqlaşma Birliyinə nail olmalı.
Qaranlıqlar Yarılsın!
29 Mərhəm günü, Xəzan Ayı, 14-cü il. Bakı.
EVLADIM SABAHTAYA
İnamlıyıq – bu səbəbdən də Sabaha tayıq.
İdraklıyıq – bu səbəbdən də Sabaha tayıq.
Mənəviyyatlıyıq – bu səbəbdən də Sabaha tayıq.
İradəliyik – bu səbəbdən də Sabaha tayıq.
İnamsızdırlar İndikilər –
bu səbəbdən də Bugünə taydırlar.
İdraksızdırlar İndikilər –
bu səbəbdən də Bugünə taydırlar.
363
Mənəviyyatsızdırlar İndikilər –
bu səbəbdən də Bugünə taydırlar.
İradəsizdirlər İndikilər –
bu səbəbdən də Bugünə taydırlar.
Sabahtay adını sənə halal eləyirəm.
Adına layiq ol!
Qaranlıqlar Yarılsın!
(Qeyd: Yaşamda adı Musayev Asif idi. Döndü).
EVLADIM GÖYTƏKİNƏ
İnam adlı Göyümüz var – Göy təkinik.
İdrak adlı Göyümüz var – Göy təkinik.
Mənəviyyat adlı Göyümüz var – Göy təkinik.
İradə adlı Göyümüz var – Göy təkinik.
Göysüzdürlər Bugünkülər – çünki İnamsızdırlar, İdraksız-
dırlar, Mənəviyyatsızdırlar, İradəsizdirlər.
Göy təkin – Mütləqçiliyimiz var.
Göy təkin – İnsançılığımız var.
Göy təkin – Yurdçuluğumuz var.
Göy təkin – Şərqçiliyimiz var.
Göytəkin adını sənə halal eləyirəm.
Adına layiq ol.
Qaranlıqlar Yarılsın.
31 Murad günü, Xəzan Ayı, 14-cü il. Bakı.
(Qeyd: Yaşamda adı Sveta idi. Döndü).
EVLADIM ÜLVİYƏ
İnam adlı Ülvilik daşıyırıq Ömrümüzdə.
İdrak adlı Ülvilik daşıyırıq Ömrümüzdə.
Mənəviyyat adlı Ülvilik daşıyırıq Ömrümüzdə.
İradə adlı Ülvilik daşıyırıq Ömrümüzdə.
364
İnsanlaşma adlı Ülvilik daşıyırıq Ömrümüzdə.
Ruhlaşma adlı Ülvilik daşıyırıq Ömrümüzdə.
Şərqləşmə adlı Ülvilik daşıyırıq Ömrümüzdə.
Ülvi adını sənə halal eləyirəm.
Adına layiq ol!
Qaranlıqlar Yarılsın.
Daxilindəki Mütləq Sənə Yar olsun!
9 Arzu günü, Yağış Ayı, 14-cü il. Bakı.
(Qeyd: Yaşamda adı Qalibə Qəmbər qızı idi. Döndü).
ŞAMAXIDA GÖRÜŞ
Görüş İnam çağırdı, İnama çağırdı.
Evladım İşıqlının Təşkilatçılıq Əməli Təqdir olunur.
15 İnam günü, Yağış Ayı, 14-cü il. Bakı.
EVLADIM ELUCANIN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
1. Hesabat Təqdir olunur.
2. Amallaşmanın Yeni Mərhələsinə Yüksəlməli – Yazarlıq
Əməlinə.
3. Özüylədöyüşün Yeni Mərhələsinə Yüksəlməli –
Ruhani Özünüqurma Əməlinə.
4. Rəğbətçilərin Ailə Tələbələri səviyyəsi yaradılsın.
19 Mərhəm günü, Yağış Ayı, 14-cü il. Bakı.
365
EVLADIM İNAMRUHA
İnam Ruhluyuq.
Mütləq Ruhluyuq.
İnsançıyıq.
İnamçıyıq.
Yurdçuyuq.
Mütləqə İnam Yolluyuq.
Özüylədöyüş Yolluyuq.
Ruhani Cəmiyyət Yolluyuq.
Müstəqil Vətən Yolluyuq.
Özümlü Şərq Yolluyuq.
Ruh Yolluyuq. Ruhumuz – Yolumuzdur.
İnamruh adını sənə halal eləyirəm.
Adına layiq ol!
Qaranlıqlar Yarılsın.
20 Qismət günü, Yağış Ayı, 14-cü il. Bakı.
(Qeyd: Yaşamda adı Kifayət Ağa qızı. Ocaqdan çıxdı).
GORANBOYDA ATAYLA GÖRÜŞ
Görüş Ocaq çağırdı, Ocağa çağırdı.
Evladım Şərqinin Təşkilatçılığı Təqdir olunur.
BƏRDƏDƏ ATAYLA GÖRÜŞ
Görüş Ocaq çağırdı, Ocağa çağırdı.
Evladım Alovun Təşkilatçılığı Təqdir olunur.
MÜƏLLİMLƏRİ TƏKMİLLƏŞDİRMƏ
İNSTİTUTUNDA GÖRÜŞ
Görüş Ocaq çağırdı, Ocağa çağırdı.
Evladım Ulutayın Təşkilatçılığı Təqdir olunur.
29 İnam günü, Yağış Ayı, 14-cü il. Bakı.
366
EVLADIM ELİNAMA
Elimizi İnamsız qoyublar – Dinə İnandırıblar.
Elimizi İnamsız qoyublar – Dövrana İnandırıblar.
Elimizi İnamsız qoyublar – İnamsızlığa İnandırıblar.
Elimizə İnam olmalıyıq.
Onu Mütləqə İnama çatdırmalıyıq.
İnsanlaşmaya çatdırmalıyıq.
Ruhani Cəmiyyətə çatdırmalıyıq.
Özümlü Şərqə çatdırmalıyıq.
Müstəqil Vətənə çatdırmalıyıq.
Elinam adını sənə halal eləyirəm.
Adına layiq ol!
Qaranlıqlar Yarılsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
(Qeyd: Yaşamda adı Mamedova Nişanə idi. Döndü).
EVLADIM AMALQIZA
Amal Qızları gərək Yurdumuza, Şərqimizə, Dünyamıza.
Ulu Qızlar.
İnam Qızları.
İdrak Qızları.
Mənəviyyat Qızları.
İradə Qızları.
İnsan səviyyəsində.
Özümlük səviyyəsində.
Şərqilik səviyyəsində.
Amalqız adını sənə halal eləyirəm.
Adına layiq ol!
Qaranlıqlar Yarılsın.
30 Arzu günü, Yağış Ayı, 14-cü il. Bakı.
(Qeyd: Yaşamda adı Gülbəniz İsmayıl qızı idi. Döndü).
367
EVLADIM GÖYRUHA
Göy Ruhluyuq – İnamçıyıq, İnsançıyıq, Şərqçiyik, Türkçü-
yük.
Mütləqçi Göyünə Yüksəlməlidir Yurdumuz, Şərqimiz,
Dünyamız.
İnsan Göyünə Yüksəlməlidir.
Ruhani Cəmiyyətə Yüksəlməlidir.
Özümlü Şərqə Yüksəlməlidir.
Müstəqil Vətənə Yüksəlməlidir.
Göyruh adını sənə halal eləyirəm.
Adına layiq ol!
Qaranlıqlar Yarılsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
1 Sərt Ay, Ümid günü, 14-cü il. Bakı.
(Qeyd: Yaşamda adı Əsli Səməd qızı idi. Döndü).
“SƏFƏR” MƏRASİMİ
1. “Səfər” Mərasiminin Yazısı Safruha tapşırılır.
2. Mərasim Ata Sözündən, Evlad Qəbulundan, Səfər
İzharından, Ruhani Sənədlər oxunuşundan ibarət olur.
3. Mərasim Yazısı Sərt Ayın 20-də Ataya çatdırılır.
EVLADIM ÖZÜMLÜNÜN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
1. Hesabat Qəbul olunur.
2. Ailə “Fikir Evi” yaratmaqda ləngiyir.
3. Amallaşmada Durğunluq var.
368
4. Ailə Evlad yetirmir.
5. Evladların Doğmalıq səviyyəsi Mütləq deyil.
6. Ailə köklü İrəliləyişə nail olmalı, yaxud ləğv olunmalıdır.
Geriləmə ölümdür!
EVLADIM ÖZÜMLÜNÜN
TƏMSİL ETDİYİ ATA AİLƏSİNƏ
Özümlünün Rayon hakimiyyətiylə əməkdaşlığı aşağıdakı
Əməllərə xidmət etməlidir.
1. Mütləqə İnamı camaata öyrətmək.
2. Ocağın Ailə qaydalarını camaata öyrətmək.
3. Ocağın Matəmüstü Kəlamlarını camaata öyrətmək.
4. Ocağın Ruhani Cəmiyyət İdealını camaata öyrətmək.
5. Özümlü Şərq İdealını camaata öyrətmək.
6. İnsanlaşmanı camaata öyrətmək.
7. Ocaq Bayramlarını camaata öyrətmək.
8. Təhsil müəssisələrində Ocaqçılıq öyrətmək.
Bu əməllərə xidmət mümkün olmasa, əməkdaşlıq
dayandırılmalıdır.
5 Murad günü, Sərt Ay, 14-cü il. Bakı.
369
EVLADIM GÜNRUHA
Gücsüzdürlər Bugünkülər – çünki Ruhsuzdurlar.
Gün Ruhluyuq – İnamlıyıq, İdraklıyıq, Mənəviyyatlıyıq,
İradəliyik.
Mütləqə İnanırıq.
İnsanlaşmaya İnanırıq.
Ruhani Cəmiyyətə İnanırıq.
Özümlü Şərqə İnanırıq.
Müstəqil Vətənə İnanırıq.
İnam adlı Günümüz var – Dinə qarşı duran, Mütləqsizliyə
qarşı duran.
Qismətçiliyə qarşıyıq, Maddiyyatçılığa qarşıyıq.
Günruh adını sənə halal eləyirəm.
Adına layiq ol.
Qaranlıqlar Yarılsın!
(Qeyd: Yaşamda adı Sevinc İsmayıl qızı idi. Döndü).
EVLADIM İNAMYURDA
İnam Yurdu olmalıdır Vətənimiz.
İdrak Yurdu.
Mənəviyyat Yurdu.
İradə Yurdu.
İnsanlaşma Yurdu.
Ruhani Cəmiyyət Yurdu.
Müstəqillik Yurdu.
Özümlü Şərq Yurdu.
İnamsızdırlar Bugünkülər –
Bu səbəbdən də Yurdsuzdurlar.
Ruhsuzdurlar. Nursuzdurlar.
370
İnam əvəzinə Dinə tapınırlar –
İnamsızlığa tapınırlar.
İnam əvəzinə Varidata tapınırlar –
İnamsızlığa tapınırlar.
İnamyurd adını sənə halal eləyirəm.
Adına layiq ol.
Qaranlıqlar Yarılsın!
12 Murad günü, Sərt Ay, 14-cü il. Bakı.
(Qeyd: Həyatda adı Mahir idi. Döndü).
HƏQİQƏT
Ocaqda Sıravi Adam Yoxdur.
Ocaqçılıq – Sıravilikdən çıxmaqdır.
OCAQ LƏYAQƏTİ
Yalansız İnam.
Təmənnasız Əməl.
Güzəştsiz Doğmalıq.
ÖZÜMLƏŞMƏ MÜTLƏQİLİYİ
Özgələrdən Çəkindiyin qədər Özündən Çəkin.
Özgələrdən Qorxduğun qədər Özündən Qorx.
Özgələrdən Utandığın qədər Özündən Utan.
Özün – Özünün Ölçün ol!
371
OCAQ İNSANSEVƏRLİYİ
Adamdakı İnsanı sevmək.
Özündəki İnsanı öldürən Adamı Adam saymamaq.
Adamdakı Məxluqla döyüşmək.
Adamı İnsanlaşdırmaq.
14 Arzu günü, Sərt Ay, 14-cü il. Bakı.
GƏNCLİK İNSTİTUTUNDA GÖRÜŞ
Görüş Ocaq çağırdı, Ocağa çağırdı.
Düzgünün Təşkilatçılığı Təqdir olunur.
ŞƏMKİRDƏ ATAYLA GÖRÜŞ
Görüş Ocaq çağırdı, Ocağa çağırdı.
Ulutayın – Şəmkir Ailəsinin – Təşkilatçılığı Təqdir olunur.
MASALLIDA ATAYLA GÖRÜŞ
Görüş Ocaq çağırdı, Ocağa çağırdı.
Halalın Təşkilatçılığı Təqdir olunur.
TƏQDİR
Safruhun Ocaq Yazarlığı Təqdir olunur.
TƏQDİR
Soylunun Atagüzarlığı Təqdir olunur.
TƏQDİR
Yolnurun Səfərgüzarlığı Təqdir olunur.
20 İnam günü, Sərt Ay, 14-cü il. Bakı.
372
EVLADIM ELUCANIN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
I. Hesabat Təqdir olunur.
II. Qadınlıq və Gənclik İdeyaları aşkarlansın.
III. Təzə Ocaq Əməllərinə hazırlaşın.
21 Arzu günü, Sərt Ay, 14-cü il. Bakı.
EVLADIM GÖYNURA
İnam – Göy Nurudur – Yeri İşıqlandıran.
İdrak – Göy Nurudur – Yeri İşıqlandıran.
Mənəviyyat – Göy Nurudur – Yeri İşıqlandıran.
İradə – Göy Nurudur – Yeri İşıqlandıran.
İnam Nuru olmalıyıq Yurdumuza, Şərqimizə, Dünyamıza.
İdrak Nuru olmalıyıq Yurdumuza, Şərqimizə, Dünyamıza.
Mənəviyyat Nuru olmalıyıq Yurdumuza, Şərqimizə,
Dünyamıza.
İradə Nuru olmalıyıq Yurdumuza, Şərqimizə, Dünyamıza.
Göynur adını sənə halal eləyirəm.
Adına layiq ol.
Qaranlıqlar Yarılsın!
22 Ümid günü, Sərt Ay, 14-cü il. Bakı.
(Qeyd: Yaçamda adı Qaryağdı qızı Elmira idi. Ocaqdan
çıxdı).
373
EVLADIM ELSAFA
Elin Safı olmalıyıq.
Elin İnamı olmalıyıq.
İdrakı olmalıyıq.
Mənəviyyatı olmalıyıq.
İradəsi olmalıyıq.
İnamsızdır Bugünkülər –
Saflıqdan məhrumdurlar.
İdraksızdır Bugünkülər –
Saflıqdan məhrumdurlar.
Mənəviyyatsızdır Bugünkülər –
Saflıqdan məhrumdurlar.
İradəsizdir Bugünkülər –
Saflıqdan məhrumdurlar.
Elsaf adını sənə halal eləyirəm.
Adına layiq ol.
Qaranlıqlar yarılsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
27 İnam günü, Sərt Ay, 14-cü il. Bakı.
(Qeyd: Yaşamda adı Xəyyam idi. Döndü).
FƏRQ
Özümləşdiyin dərəcədə – Doğmalaşırsan.
Hamılaşdığın dərəcədə – Yadlaşırsan.
ÖLÇÜ
İnamın elə Uca olsun ki, Şübhə ona Çata bilməsin.
İnamın elə Yaxın olsun ki, Ondan Ayrıla bilməyəsən.
2 Murad günü, Qar Ayı, 14-cü il. Bakı.
374
ƏLAQƏ
Azadlıq Məsuliyyəti
Əsarət Məsuliyyətsizliyi.
7 Mərhəm günü, Qar Ayı, 14-cü il. Bakı.
FƏRQ
İctimai İdeal – Cəmiyyətləşmə.
Ruhani İdeal – İnsanlaşma.
12 Ümid günü, Qar Ayı, 14-cü il. Bakı.
“AİLƏ GÜNÜ” MƏRASİMİ
I. Mərasim Mütləqilik səviyyəsində keçirilməlidir.
II. Məzmun: Evlad Qəbulu, Evlad Sözü, Ata Kəlamı.
III. Mərasimin Yazısı və Carları Soyluya həvalə olunur.
IV. Yazı Qar Ayının 30-da Ataya Təqdim olunur.
20 Dözüm günü, Qar Ayı, 14-cü il. Bakı.
EVLADIM ELUCANIN TƏMSİL ETDİYİ
UNİVERSİTET ATA AİLƏSİNİN
HESABATI HAQQINDA
1. Hesabat Təqdir olunur.
2. Ailə “Ruhani Əməl Fəaliyyəti”nə başlasın.
3. Ailə Gənclik – Qadınçılıq Ruhçuluğunu Yüksəltsin.
26 Arzu günü, Qar Ayı, 14-cü il. Bakı.
375
EVLADIM ELƏRƏ
İnam Ərləri gərək Elimizə.
İdrak Ərləri gərək Elimizə.
Mənəviyyat Ərləri gərək Elimizə.
İradə Ərləri gərək Elimizə.
İnsanlaşma Ərləri gərək Elimizə.
Ruhani Cəmiyyət Ərləri gərək Elimizə.
Şərqləşmə Ərləri gərək Elimizə.
Müstəqil Vətən Ərləri gərək Elimizə.
Elər adını sənə halal eləyirəm.
Adına layiq ol!
Qaranlıqlar Yarılsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
(Qeyd: Yaşamda adı Kamil Xəlil oğlu idi. Döndü).
EVLADIM ELXASA
İnam Xası, Xalisi olmalıyıq.
İdrak Xası, Xalisi olmalıyıq.
Mənəviyyat Xası, Xalisi olmalıyıq.
İradə Xası, Xalisi olmalıyıq.
El Xası, Xalisi olmalıyıq.
Xaslıq, Xalislik gətirməliyik Yurdumuza, Şərqimizə,
Dünyamıza.
Mütləqilik Xaslığı, Xalisliyi gətirməliyik.
İnsanilik Xaslığı, Xalisliyi gətirməliyik.
Ruhanilik Xaslığı, Xalisliyi gətirməliyik.
Müstəqillik Xaslığı, Xalisliyi gətirməliyik.
Elxas adını sənə halal eləyirəm.
Adına layiq ol!
376
Qaranlıqlar yarılsın!
1 Köçəri Ay, Arzu günü, 14-cü il. Bakı.
(Qeyd: Yaşamda adı Bayraməli oğlu Asif idi. Döndü).
EVLADIM GÜNTƏKİNƏ
Gün təkin Amalımız var – İnamımız var, İdrakımız var,
Mənəviyyatımız var, İradəmiz var.
Gün təkindir – Mütləqiliyimiz;
İnsanlaşma Yükümüz,
Ruhani Cəmiyyət Yükümüz,
Müstəqil Vətən Yükümüz,
Özümlü Şərq Yükümüz.
Günsüzdürlər Bugünkülər – İnamsızdırlar,
İdraksızdırlar,
Mənəviyyatsızdırlar,
İradəsizdirlər.
Amal Günü Düşməlidir Yurdumuza, Şərqimizə, Dünyamıza
– İnam Günü, İdrak Günü, Mənəviyyat Günü, İradə Günü.
Güntəkin adını sənə halal eləyirəm.
Adına layiq ol!
Qaranlıqlar Yarılsın!
Yükümüzdən böyük Fərəhimiz yoxdur!
(Yaşamda adı Zərifə Qurban qızı idi. Ocaqdan çıxdı).
377
EVLADIM NURTAYA
Qaranlığa qərq olub Yurdumuz, Şərqimiz, Dünyamız.
Nura tay olmalıyıq.
İnam Nuru saçmalıyıq.
İdrak Nuru saçmalıyıq.
Mənəviyyat Nuru saçmalıyıq.
İradə Nuru saçmalıyıq.
Mütləqilik Nuru saçmalıyıq.
İnsanlaşma Nuru saçmalıyıq.
Ruhani Cəmiyyət Nuru saçmalıyıq.
Müstəqil Vətən Nuru saçmalıyıq.
Özümlü Şərq Nuru saçmalıyıq.
Nurtay adını sənə halal eləyirəm.
Adına layiq ol!
Qaranlıqlar Yarılsın!
Yükümüzdən böyük Fərəhimiz yoxdur!
(Qeyd: Yaşamda adı Vaqif oğlu Nurtay idi. Ocaqdan çıxdı).
EVLADIM ULUYURDA
Uludur Yurdumuz.
Zərdüşt Ululuğu daşıyır Aqibətində.
Babək Ululuğu daşıyır Aqibətində.
Dədə Qorqud Ululuğu daşıyır Aqibətində.
Hürufilik Ululuğu daşıyır Aqibətində.
Füzulilik Ululuğu daşıyır Aqibətində.
Muğam Ululuğu daşıyır Aqibətində.
Saz Ululuğu daşıyır Aqibətində.
Ululuqdan uzaqdırlar Bugünkülər.
İnamdan uzaqdırlar.
İdrakdan uzaqdırlar.
378
Mənəviyyatdan uzaqdırlar.
İradədən uzaqdırlar.
Bugünü ötmək gərək – Ululuğa çatmaq gərək.
Uluyurd adını sənə halal eləyirəm.
Adına layiq ol!
Qaranlıqlar Yarılsın!
Yükümüzdən böyük Fərəhimiz yoxdur!
(Qeyd: Yaşamda adı Vaqif idi. Ocaqdan çıxdı).
ÖZÜMLÜNÜN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
1. Hesabat Qəbul olunur.
2. Ata Hökmünə əməl etməli. Ailənin Ruhani səviyyəsini
Yüksəltməli.
ULUTAYIN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
1. Hesabat Təqdir olunur.
2. Amallaşma – İnsanlaşma – Xalqlaşma Birliyinə çatmalı.
5 Qismət günü, Köçəri Ay, 14-cü il. Bakı.
KİŞİ – QADIN
Kişi bir az Qadın olmalıdır – Zərif olmalıdır.
Qadın bir az Kişi olmalıdır – Güclü olmalıdır.
Kişi Qadın üçün bir az Ata olmalıdır.
Qadın Kişi üçün bir az Ana olmalıdır.
379
HƏQİQƏT
Bir Adam olmur: Adam İkilidir, Üçlüdür, Beşlidir.
Bir İnsan olur. İkili, Üçlü, Beşli İnsan olmur.
13 Murad günü, Köçəri Ay, 14-cü il. Bakı.
“YENİ İL” MƏRASİMİ HAQQINDA
1. Mərasim Mütləq İntizam, Mütləq Səcdə, Mütləq
Doğmalıq səviyyəsində keçməlidir.
2. Mərasimin Yazısı Safruha tapşırılır.
3. Yazı Köçəri Ayın 22-də Ataya Təqdim edilir.
16 Ümid günü, Köçəri Ay, 14-cü il. Bakı.
EVLADIM ELUCANIN TƏMSİL ETDİYİ
UNİVERSİTET ATA AİLƏSİNİN
HESABATI HAQQINDA
1. Hesabat Təqdir olunur.
2. İkilikdən Ayrılmaq Fəaliyyətinə Başlamaq.
3. Ocağa Evladlar gətirmək.
17 Dözüm günü, Köçəri Ay, 14-cü il. Bakı.
EVLADIM RUHÇUYA
Biz – Ruhçuyuq – İnamçıyıq, İnsançıyıq – İnamı – Dindən,
İnsanı – Zamandan qoruyuruq.
Din – İnamsızdır, çünki İnsana İnanmır.
Zaman – İnsansızdır, çünki İnsana İnanmır.
380
İnsandakı Mütləqiliyə İnanırıq.
İnsanlaşırıq – İnsanlaşdırırıq.
Ruhaniyyatı Maddiyyatdan Üstün sayırıq.
Cəmiyyətçiliyə qarşıyıq, Xəlqi Birlik carçısıyıq.
Təqlidçiliyə, Qərbçiliyə qarşıyıq.
Yurdumuzu Dünyalaşdırmaq istəyirik – Dünyaya qatmaq
istəmirik.
Ruhçu adını sənə halal eləyirəm.
Adına layiq ol!
Qaranlıqlar Yarılsın!
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
21 İnam günü, Köçəri Ay, 14-cü il. Bakı.
EVLADIM ƏRAMALA
Amal Ərləri gərək Yurdumuza, Şərqimizə, Dünyamıza.
Dinə qarşı duran İnamçılar.
Zamana qarşı duran İnsançılar.
Ruhsuzluğa qarşı duran Ruhçular.
Xalqsızlığa qarşı duran Xalqçılar.
Təqlidçiliyə qarşı duran Özümçülər.
İdrak Ərləri.
Mənəviyyat Ərləri.
İradə Ərləri.
Əramal adını sənə halal eləyirəm.
Adına layiq ol!
Qaranlıqlar Yarılsın!
Yükümüzdən böyük Fərəhimiz yoxdur!
27 Murad günü, Köçəri Ay, 14-cü il. Bakı.
Dostları ilə paylaş: |