HƏQİQƏT
Mahiyyətlə Gerçəklik arasında Uçurum var.
İnam onu dəf eləyir.
30 Dözüm günü, Xəzan Ayı, 13-cü il. Bakı.
HƏQİQƏT
Totalitarizm – Sosializmi qoruyur.
Demokratiya – Kapitalizmi qoruyur.
İnsanlaşma – İnsani Cəmiyyəti qorumalıdır.
HƏQİQƏT
Təbiətlə döyüş Adamı yaratmadı – yaşatdı.
Mahiyyətcə İnsanilik Təbiətlə döyüşə ziddir.
Yaşamaq üçün Adam İnsaniliyindən keçməli oldu.
3 İnam günü, Yağış Ayı, 13-cü il. Bakı.
İNSAN
Mənadan yaranan, Mənasızlığa düçar olan, Məna həsrətiylə
qovrulan, Mənaya can atan, Mənaya çatan...
5 Ümid günü, Yağış Ayı, 13-cü il. Bakı.
SOYLUNUN TƏMSİL ETDİYİ ATA AİLƏSİNİN
FİKİR EVİ HAQQINDA
Fikir Evi Yola düşüb – indi Yol getməlidir.
328
İNSANLIQ TƏLƏBİ
Gerçəklikdə Mütləq Xeyir yoxdur –
Daxilində Mütləq Xeyir var; –
Onu gerçəkliyə gətir.
Gerçəklikdə Mütləq Ədalət yoxdur –
Daxilində Mütləq Ədalət var; –
Onu gerçəkliyə gətir.
Gerçəklikdə Mütləq Həqiqət yoxdur –
Daxilində Mütləq Həqiqət var; –
Onu gerçəkliyə gətir.
6 Dözüm günü, Yağış Ayı, 13-cü il. Bakı.
EVLADIM ÖZÜMLÜNÜN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
1. Hesabat Təqdir olunur.
2. Ailə – Fikir Evi Birliyinə Yetməli.
3. Camaatla Üz-Üzə durmalı.
Qaranlıqlar Yarılsın!
EVLADIM GÜNTAYA
İnamsızlıq Qaranlığına düşüb
Yurdumuz, Şərqimiz, Dünyamız.
İnam İşığı gərək – Qaranlıqları Yaran.
İdraksızlıq Qaranlığına düşüb
Yurdumuz, Şərqimiz, Dünyamız.
İdrak İşığı gərək – Qaranlıqları Yaran.
329
Mənəviyyatsızlıq Qaranlığına düşüb
Yurdumuz, Şərqimiz, Dünyamız.
Mənəviyyat İşığı gərək – Qaranlıqları Yaran.
İradəsizlik Qaranlığına düşüb
Yurdumuz, Şərqimiz, Dünyamız.
İradə İşığı gərək – Qaranlıqları Yaran.
Gün gərək Yurdumuza, Şərqimizə, Dünyamıza.
Günə tay olmalıyıq.
Güntay adını sənə halal eləyirəm.
Adına layiq ol.
Qaranlıqlar Yarılsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
7 Mərhəm günü, Yağış Ayı, 13-cü il. Bakı.
(Qeyd: Həyatda adı Mənuçöhr Cavanşir idi. Ocaqdan çıxdı).
MÜQƏDDƏS HAL
Mənaya bənzəmək – Bənzərsizliyi.
Mənaya çatmaq – Əlçatmazlığı.
Mənalanmaq – Müstəqilliyi.
11 Arzu günü, Yağış Ayı, 13-cü il. Bakı.
EVLADIM ELUCANIN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
I. Hesabat Təqdir olunur.
II. Ailənin nəzdində Fikir Evi yaradılsın.
III. Rəğbətçilərə Ocaq haqqında Bilik verməli.
Qaranlıqlar Yarılsın.
27 Dözüm günü, Yağış Ayı, 13-cü il. Bakı.
330
EVLADIM ULUSUYA
Suyumuz Uludur.
Zərdüşt İşığından yaranıb,
Babək Yenilməzliyindən yaranıb,
Dədə Qorqud Ağsaqqallığından yaranıb,
Hürufi İnsanlığından yaranıb,
Füzuli Eşqindən yaranıb,
Muğam Hikmətindən yaranıb,
Saz Dəyanətindən yaranıb.
Ulu Suyumuzu Bulandırırlar;
Xurafat çirki, Cəhalət çirki, Hərcayilik çirki, Qəbahət,
Cəhalət, Həqarət çirki qatırlar Suyumuza...
Ulu Su olmalıyıq. İnam Suyu, İdrak Suyu, Mənəviyyat
Suyu, İradə Suyu.
Ulu Su adını sənə halal eləyirəm.
Adına layiq ol.
Qaranlıqlar Yarılsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
28 Mərhəm günü, Yağış Ayı, 13-cü il. Bakı.
(Qeyd: Həyatda adı Aynur idi. Ocaqdan çıxdı).
EVLƏNMƏ XEYİR-DUASI
Qoy Fərəh Evin Atası olsun – Ağası olmasın.
Qoy Nigar Evin Anası olsun – Xanımı olmasın.
Qoy Qayınata Evlənənlərin Atası olsun – Ağası olmasın.
Qoy Qayınana Evlənənlərin Anası olsun – Xanımı olmasın.
Ömür Amala həsr olunsun – Həyata həsr olunmasın – Həyat
Amalla İşıqlansın.
Qaranlıqlar Yarılsın.
1 İnam günü, Sərt Ay, 13-cü il. Bakı.
331
“SƏFƏR GÜNÜ” MƏRASİMİ
I. Mərasim Gedişatının Yazısı Safruha tapşırılır.
II. Yazı Sərt ayın 20-də Ataya təqdim olunur.
III. Mərasim: – Ata Sözündən, Səfər hesabatlarından və
Ruhani Sənədlərin oxunmasından ibarət olur.
13 Qismət günü, Sərt Ay, 13-cü il. Bakı.
EVLADIM ÖZÜMLÜNÜN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
I. Hesabat Təqdir olunur. Ailənin Amallaşma səviyyəsi
yüksəlir.
II. “Fikir Evi” yaradılmalı. Xalqla Təmas yaranmalı.
III. Dərgilər Ocaq ifadəsi qabiliyyəti kəsb etsin.
IV. Cənubla əlaqə artsın.
Qaranlıqlar yarılsın!
26 Dözüm günü, Sərt Ay, 13-cü il. Bakı.
HƏQİQƏT
Üz – Mənəvi Xəritə.
5 İnam günü, Qar Ayı, 13-cü il. Bakı.
EVLADIM İŞIQLIYA
İşıqsızdır Dünya – çünki İnamsızdır.
İşıqlıyıq – çünki İnamlıyıq.
332
İşıqsızdır Dünya – çünki İdraksızdır.
İşıqlıyıq – çünki İdraklıyıq.
İşıqsızdır Dünya – çünki Mənəviyyatsızdır.
İşıqlıyıq – çünki Mənəviyyatlıyıq.
İşıqsızdır Dünya – çünki İradəsizdir.
İşıqlıyıq – çünki İradəliyik.
İşıqlı adını sənə halal eləyirəm.
Adına layiq ol!
Qaranlıqlar Yarılsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
(Qeyd: Həyatdakı adı Elçin Qaliboğlu...)
EVLADIM ÖZÜMLÜNÜN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
1. Hesabat Təqdir olunur.
2. Camaatla Üz-Üzə durmaq vaxtıdır.
3. Özüylədöyüşün Mütləqilik səviyyəsinə Yetmək vaxtıdır.
Qaranlıqlar Yarılsın!
25 Murad günü, Qar Ayı, 13-cü il. Bakı.
“AİLƏ GÜNÜ” MƏRASİMİ HAQQINDA
I. Ailə gününün Yazısını, Carları Özümlü hazırlayır.
II. Gedişat: Təmsilçilərin və Evladların Ailələr haqqında
Sözü.
Ata Sözü.
III. Yazı Qar Ayının sonunda Ataya təqdim edilir.
26 İnam günü, Qar Ayı, 13-cü il. Bakı.
333
MÜTLƏQÇİLİK AQİBƏTİ
Mütləqçilik – Gerçəkliyi ötməkdir:
Gerçəkliyi ötmək – Gerçək İnamı ötməkdir: –
Dini İnamla əvəz etməkdir.
Mütləqçilik – Gerçək İdrakı ötməkdir: –
Maddiyyatçılığı Ruhaniyyatçılıqla əvəz etməkdir.
Mütləqçilik – Gerçək Mənəviyyatı ötməkdir: –
Adamı İnsanla əvəz etməkdir.
Mütləqçilik – Gerçək İradəni ötməkdir: –
Zəmanəyə qarşı durmaqdır.
Dini İnamla əvəz etmək – İnamsızlıqdan qurtarmaqdır.
Maddiyyatçılığı Ruhaniyyatçılıqla əvəz etmək – Ruhsuzluq-
dan qurtarmaqdır.
Adamı İnsanla əvəz etmək – İnsansızlıqdan qurtarmaqdır.
Zəmanəyə qarşı durmaq – Həqiqətsizlikdən qurtarmaqdır.
Mütləqçi Dünyanın, Həyatın, İnsanın Mütləq Mənasına
inanır: bu səbəbdən də Qismətçiliyə – Allah kəramətinə, Alın
yazısına, Cənnət xülyasına, Cəhənnəm xofuna qarşıdır.
Mütləqçi Dünyaya, Həyata, İnsana Mütləq ölçüsüylə yana-
şır, Mütləq olmayanı Həqiqət saymır.
Mütləqçi – Nisbi Evladlığı rədd edir;
Mütləq Evladlıqdan başqa Evladlıq tanımır.
Mütləqçi – Nisbi Qardaşlığı rədd edir;
Mütləq Qardaşlıqdan başqa Qardaşlıq tanımır.
Mütləqçi – Nisbi Bacılığı rədd edir;
Mütləq Bacılıqdan başqa Bacılıq tanımır.
Nisbi Evladlıq Səcdə, İntizam Mütləqiliyinə xələl
gətirməkdir ki, bunu Evladlıq saymaq Günahdır.
Nisbi Qardaşlıq – mübahisəli, həsədli, hədəli, şübhəli,
qeybətli, gileyli, dedi-qodulu Qardaşlıqdır ki, onu Qardaşlıq
saymaq – Günahdır.
Nisbi Bacılıq – mübahisəli, həsədli, hədəli, şübhəli, qey-
bətli, gileyli, dedi-qodulu Bacılıqdır ki, onu Bacılıq saymaq –
Günahdır.
334
Mütləqçilik – Aramsız, Ardıcıl Mütləqləşmə Yoludur –
Gerçəklikdən Üstün.
1 Murad günü, Köçəri Ay, 13- cü il. Bakı.
MÜTLƏQÇİ HALI
1. Acığı eşitməmək.
2. Ürəyin qapısını Kinin üzünə bağlamaq.
3. Bütün vəziyyətlərdə Ruhu rəvan saxlamaq.
4. Rəqabəti həqarət saymaq.
MÜTLƏQÇİ SƏVİYYƏSİ
1. Qərb Açıqlığını – İslam Qapalılığını rədd etmək.
2. Din İnamsızlığını – Ateizm İnamsızlığını rədd etmək.
3. Demokratiya Səfalətini – Dövlətçilik Əsarətini rədd
etmək.
ÖZÜNÜTANIMA
Özünə Özünün Gözüylə baxmaq – Özgənin Gözüylə
baxmamaq.
EVLADIM AMALTAYA
Həyata tay olmaq – Yalana tay olmaqdır.
Amala tay olmaq – İnama tay olmaqdır.
Həyatı keçmədən – Yalandan keçmək olmaz.
Amala Yetmədən – İnama Yetmək olmaz.
Mütləqə İnam adlı İnamımız var – ona Tay olmalıyıq.
İnsanlaşdırma adlı İnamımız var – ona Tay olmalıyıq.
335
Müstəqil Vətən adlı İnamımız var – ona Tay olmalıyıq.
Özümlü Şərq adlı İnamımız var – ona Tay olmalıyıq.
Amaltay adını sənə halal eləyirəm.
Qaranlıqlar Yarılsın!
(Qeyd: Həyatda adı İbrahimli Xaqani idi. Qarabağ savaşında
həlak oldu).
ATAYLA MİNGƏÇEVİRLİLƏRİN GÖRÜŞÜ
Görüş Amal izharı səviyyəsində keçdi.
Evladım Bağbanın Təşkilatçılıq Əməli təqdir olunur.
FİKİR EVİ HAQQINDA
“Fikir Evi” Amal çağırdı, Amala çağırdı.
Evladım Əsilin Təşkilatçılıq Əməli təqdir olunur.
5 Dözüm günü, Köçəri Ay, 13-cü il. Bakı.
SOYLUNUN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
1. Hesabat Təqdir olunur.
2. İntizamsızlıq ləğv edilməli.
3. Amallaşma – İnsanlaşma – Evladlaşma – Xalqlaşma
Birliyi Yoluna düşməli.
Qaranlıqlar Yarılsın!
10 Arzu günü, Köçəri Ay, 13-cü il. Bakı.
336
EVLADIM ELÜRƏYƏ
Elimizə İnamlı Ürək gərək.
İdraklı Ürək gərək.
Mənəviyyatlı Ürək gərək.
İradəli Ürək gərək.
Mütləq İşığıyla İşıqlanan Ürək gərək.
Özüylədöyüş İşığıyla İşıqlanan Ürək gərək.
Ruhani Cəmiyyət İşığıyla İşıqlanan Ürək gərək.
Özümlü Şərq İşığıyla İşıqlanan Ürək gərək.
Müstəqil Vətən İşığıyla İşıqlanan Ürək gərək.
Elürək adını sənə halal eləyirəm.
Adına layiq ol.
Qaranlıqlar Yarılsın!
(Qeyd: Həyat adı Aliyə Cavanşir idi. Ocaqdan çıxdı).
EVLADIM ELQAYAYA
Qaya olmalıyıq – Zamana əyilməyən; –
İnamsızlığa qarşı duran İnam Qayası;
İdraksızlığa qarşı duran İdrak Qayası;
Mənəviyyatsızlığa qarşı duran Mənəviyyat Qayası;
İradəsizliyə qarşı duran İradə Qayası...
Dəyişkənlər
arasında Dəyişməz, Dönüklər arasında
Dönməz.
Elin Amal qayası olmalıyıq. Ruh Qayası olmalıyıq Elimizə.
Elqaya adını sənə halal eləyirəm.
Adına layiq ol.
Qaranlıqlar Yarılsın!
(Həyatda adı: Məmmədəli Zirək. Təbrizli. Qəbula gəlməyib).
337
EVLADIM BULAĞA
İnamsızdır Dünya –
İnam Bulağı olmalıyıq dünyaya.
İdraksızdır Dünya –
İdrak Bulağı olmalıyıq dünyaya.
Mənəviyyatsızdır Dünya –
Mənəviyyat Bulağı olmalıyıq dünyaya.
İradəsizdir Dünya –
İradə Bulağı olmalıyıq dünyaya.
Zərdüşt Bulağının İşığı düşməlidir Həyata –
Ali Həyat yaranmalıdır.
Babək Bulağının İşığı düşməlidir Həyata –
Ali Həyat yaranmalıdır.
Dədə Qorqud Bulağının İşığı düşməlidir Həyata –
Ali Həyat yaranmalıdır.
Hürufi Bulağının İşığı düşməlidir Həyata –
Ali Həyat yaranmalıdır.
Muğam Bulağının İşığı düşməlidir Həyata –
Ali Həyat yaranmalıdır.
Saz Bulağının İşığı düşməlidir Həyata –
Ali Həyat yaranmalıdır.
Bulaq adını sənə halal eləyirəm.
Adına layiq ol!
Qaranlıqlar Yarılsın!
15 Murad günü, Köçəri Ay, 13-cü il. Bakı.
(Qeyd: Həyatda adı: Lalə Cavanşir. Təbrizli – Ərdəbilli.
Qəbula gəlməyib).
EVLADIM BİRELƏ
Cənubi Azərbaycan yoxdur.
Şimali Azərbaycan yoxdur.
İran Azərbaycanı yoxdur.
338
Rusiya Azərbaycanı yoxdur.
Elimiz – Birdir.
Bir İnam əsasında yaşamalıyıq – Mütləqə İnam.
Bir Mənəviyyat əsasında yaşamalıyıq – İnsanlaşmaq.
Bir Məqsəd əsasında yaşamalıyıq – Müstəqil Vətən.
Bir İdeal əsasında yaşamalıyıq – Ruhani Cəmiyyət.
Bir Ruh əsasında yaşamalıyıq – ÖzümlüŞərq.
Birel adını sənə halal eləyirəm.
Adına layiq ol!
Qaranlıqlar Yarılsın!
(Qeyd: Həyatda adı: Babək Cavanşir. Təbrizli. Qəbula
gəlməyib).
EVLADIM ELQALAYA
Elimizin İnam Qalası Uçub,
Elimizə İnam Qalası olmalıyıq.
Elimizin İdrak Qalası Uçub,
Elimizə İdrak Qalası olmalıyıq.
Elimizin Mənəviyyat Qalası Uçub,
Elimizə Mənəviyyat Qalası olmalıyıq.
Elimizin İradə Qalası Uçub,
Elimizə İradə Qalası olmalıyıq.
Mütləqilik Qalası gərək Elimizə.
İnsanlaşma Qalası gərək Elimizə.
Müstəqil Vətən Qalası gərək Elimizə.
Ruhani Cəmiyyət Qalası gərək Elimizə.
Özümlü Şərq Qalası gərək Elimizə.
Elqala adını sənə halal eləyirəm.
Adına layiq ol!
339
Qaranlıqlar Yarılsın!
(Qeyd: Həyatda adı: Arif Kəskin. Təbrizli. Qəbula
gəlməyib).
EVLADLARIM
GÜNTAYA – YÜKSƏYƏ XEYİR-DUA
Təhlükənin üstünə Şığıyırsınız.
Ölümün Üstündən Adlayırsınız.
Təhlükədən Üstün olursunuz.
Ölümdən Üstün olursunuz.
Cənubdakılara deyin ki, İnama gəlsinlər –
İslam – İnamsızlıqdır.
İdraka Yüksəlsinlər –
İslam – İdraksızlıqdır.
Mənəviyyata Yetsinlər –
İslam – Mənəviyyatsızlıqdır.
İradəyə Çatsınlar –
İslamçılıq – İradəsizlikdir.
Azərbaycanımız Birdir – İran Azərbaycanı Yoxdur, Rusiya
Azərbaycanı Yoxdur.
Şərq Birliyinə – Özümlü Azərbaycan gərək – İran Azərbay-
canı Yox, Rusiya Azərbaycanı Yox.
Cəhalətin Üstünə Şığıyırsınız.
Qəddarlığın Üstündən Adlayırsınız.
Adamlara Həqiqət aparırsınız, Məhəbbət aparırsınız.
Nur aparın, Uğur gətirin.
Daxilinizdəki Mütləq Sizə Yar olsun!
17 Arzu günü, Köçəri Ay, 13-cü il. Bakı.
“YENİ İL” MƏRASİMİ
1. Mərasim Ruhani Fərəh üstə köklənir.
2. Gedişatı və Carları Fərəh yazır...
340
3. Yazı Köçəri Ayın 23-də Ataya təqdim olunur.
4. Mərasimin Məzmunu:
I. Ocaq İli haqqında Ata Sözü, Evlad Sözü.
II. Ruhani Sənədlərin oxunması.
III. Evlad Qəbulu.
XALQ CƏBHƏSİ KLUBUNDA
ATAYLA GÖRÜŞ
1. Görüş Amal çağırdı, Amala çağırdı.
2. Evladım Düzgünün Təşkilatçılıq Əməli Təqdir olunur.
18 Ümid günü, Köçəri Ay, 13-cü il. Bakı.
HAL
Həqiqətdən qorxmuram, çünki o, mənim dostumdur.
Yalandan qorxmuram, çünki o, mənim düşmənimdir.
20 Mərhəm günü, Köçəri Ay, 13-cü il. Bakı.
UNİVERSİTET AİLƏSİNİN FİKİR EVİ ƏMƏLİ
1. Fikir Evi Əməli Təqdir olunur.
2. Suallara Cavab Təkmilləşməlidir.
3. 5 Müqəddəs İdeya Fikir Evi Günlərinin hamısında
Təkrarlanmalıdır.
Nur aparın, Uğur gətirin.
Qaranlıqlar Yarılsın!
22 Murad günü, Köçəri Ay, 13-cü il. Bakı.
341
MÜTLƏQÇİ HALI
İnsanda Mütləqilik Var –
Yəni ən Sarsıntılı Məqamlarda belə –
Sarsılmamaq, Sarsıntını ötmək İmkanı Var –
Mütləqçi Sarsıntını ötməli, Sarsılmazlığa çatmalıdır.
İnsanda Mütləqilik Var –
Yəni ən Qorxulu Məqamlarda belə –
Qorxmamaq, Qorxunu ötmək İmkanı Var –
Mütləqçi Qorxunu ötməli, Qorxmazlığa çatmalıdır.
İnsanda Mütləqilik Var –
Yəni ən Dözülməz Məqamlarda belə –
Dözmək, Dözümsüzlüyü ötmək İmkanı Var –
Mütləqçi Dözümsüzlüyü ötməli, Dözümə çatmalıdır.
İnsanda Mütləqilik Var –
Yəni ən Çirkin Məqamlarda belə –
Çirklənməmək, Çirki ötmək İmkanı Var –
Mütləqçi Çirki ötməli, Çirksizliyə çatmalıdır.
İnsanda Mütləqilik Var –
Yəni ən Canavar Məqamlarda belə –
Canavarlaşmamaq, Canavarlığı ötmək İmkanı Var –
Mütləqçi Canavarlığı ötməli, İnsaniliyə çatmalıdır.
İnsanda Mütləqilik Var –
Yəni ən İlan Məqamlarda belə –
İlanlaşmamaq, İlanlığı ötmək İmkanı Var –
Mütləqçi İlanlığı ötməli, İnsaniliyə çatmalıdır.
İnsanda Mütləqilik Var –
Yəni ən Tülkü Məqamlarda belə –
Tülküləşməmək, Tülkülüyü ötmək İmkanı Var –
Mütləqçi Tülkülüyü ötməli, İnsaniliyə çatmalıdır.
342
İnsanda Mütləqilik Var –
Yəni ən İt Məqamlarda belə –
İtləşməmək, İtliyi ötmək İmkanı Var –
Mütləqçi İtliyi ötməli, İnsaniliyə çatmalıdır.
İnsanda Mütləqilik Var –
Yəni ən İnamsız Məqamlarda belə –
İnamsızlaşmamaq, İnamsızlığı ötmək İmkanı Var –
Mütləqçi İnamsızlığı ötməli, Mütləq İnama çatmalıdır.
İnsanda Mütləqilik Var –
Yəni ən İdraksız Məqamlarda belə –
İdraksızlaşmamaq, İdraksızlığı ötmək İmkanı Var –
Mütləqçi İdraksızlığı ötməli, Mütləq İdraka çatmalıdır.
İnsanda Mütləqilik Var –
Yəni ən Mənəviyyatsız Məqamlarda belə –
Mənəviyyatsızlaşmamaq, Mənəviyyatsızlığı ötmək İmkanı
Var.
Mütləqçi Mənəviyyatsızlığı ötməli, Mütləq Mənəviyyata
çatmalıdır.
İnsanda Mütləqilik Var –
Yəni ən İradəsiz Məqamlarda belə -
İradəsizləşməmək, İradəsizliyi ötmək İmkanı Var –
Mütləqçi İradəsizliyi ötməli, Mütləq İradəyə çatmalıdır.
İnsanda Mütləqilik Var –
Yəni öz Qeyri-Kamilliyini ötmək,
Kamilliyə çatmaq İmkanı Var –
Mütləqçi Qeyri-Kamilliyini ötməli –
Kamilliyə çatmalıdır.
29 Murad günü, Köçəri Ay, 13-cü il. Bakı.
343
EVLADIM ELUCANIN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
I. Hesabat Təqdir olunur.
II. Evladlar özlərinə Ruhani Xasiyyətnamələr yazsınlar –
özləri haqqında bildiklərini ümumiləşdirsinlər.
III. Sovet Ədəbiyyatı, Sovet Pedaqogikası, Sovet Tarixi,
Sovet Psixologiyası, Sovet Fəlsəfəsi haqqında Fikir izhar
etməli.
19 Mərhəm günü, Günəş Ayı, 14-cü il. Bakı.
EVLADIM ÖZÜMLÜNÜN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
1. Hesabat Təqdir olunur.
2. Evladlar özlərinə Ruhani Xasiyyətnamələr yazırlar.
3. “Azərbaycanımız – Azərbaycanlığımız” devizi altında
Ailə camaatla Görüşür.
Qaranlıqlar Yarılsın!
24 Ümid günü, Günəş Ayı, 14-cü il. Bakı.
Dostları ilə paylaş: |