On Qutsal Bitiq’in (Onluğun) Yan Bitiqləri



Yüklə 2.19 Mb.
PDF просмотр
səhifə16/26
tarix03.12.2016
ölçüsü2.19 Mb.
1   ...   12   13   14   15   16   17   18   19   ...   26

 

HƏQİQƏT 

Var olmaq – Əbədi, Sonsuz, Ölümsüz, Kamil olmaq deməkdir. 

Yox  olmaq  –  Keçici,  Sonlu,  Ölümlü,  Qeyri-Kamil  olmaq 

deməkdir. 

Məna – Var olandır. 

Təzahür – Yox olandır. 



 

HƏQİQƏT 

Dəyişməzlik – Varlıq. 

Dəyişkənlik – Yoxluq. 

ÖLÇÜ 

Həyat qədər amansız, həyasız, Amal qədər ədalətli, ləyaqətli. 

 

HƏQİQƏT 

Gerçəklik Həqiqətsizliyi, İdeal Həqiqəti. 

 

HƏQİQƏT 

Mənəvi Azadlıq Ölçüsü – Kamil İnsan. 

İctimai Azadlıq Ölçüsü – Təbəqəsizlik. 

Siyasi Azadlıq Ölçüsü – Qəyyumsuzluq. 

 

10 Arzu günü, Sərt Ayı, 12-ci il. Bakı. 

 

HƏQİQƏT 



Maddi bərabərlik İdeyası – Əbədi, Əzəli İdeyadır. 

Kommunizm  bərabərliyi  –  sürüləşmə  Timsalıdır,  Ruhani 

Ölüm bərabərliyidir. 

Zəhmətkeş  Mülkiyyətinin  bərqərar  olması  –  Maddi 

bərabərliyə aparan yeganə düzgün yoldur. 

İmtiyazsızlıq İdeyası – Əbədi, Əzəli İdeyadır. 


 

257 


Kommunizm İmtiyazsızlığı – Sürüləşmə Timsalıdır, Ruhani 

Ölüm İmtiyazsızlığıdır. 



İnsanlaşma – İmtiyazsızlığa aparan yeganə düzgün yoldur. 

 

HƏQİQƏT 

Həyat adamın başını aşağı eləyir. 

Amal adamın başını uca eləyir. 

 

16 İnam günü, Sərt Ayı, 12-ci il. Bakı. 

 

“SƏFƏR GÜNÜ” MƏRASİMİ HAQQINDA 

1.  Mərasimin  Məzmunu:  Evlad  qəbulu;  Ata  Səfərləri 

haqqında Ata Sözü, Evlad Sözü; Ruhani Sənədlərin oxunması. 

 

2. Mərasimin Gedişatını Elli yazır. 



 

3. Gedişat Yazısı Sərt Ayın 24-də Ataya təqdim edilir. 

 

18 Ümid günü, Sərt Ayı, 12-ci il. Bakı. 

 

ATAYLA “BİLİK” CƏMİYYƏTİNDƏ GÖRÜŞ 

Görüş Amal çağırdı, Amala çağırdı. 

Qurmaçılarla  İslamçıların  Ocağa  qarşı  gələcək  İttifaqının 

nişanələri göründü. 

Əsilin Təşkilatçılığı Hünər səviyyəsindəydi. 

Safruhun “Müqədədəs İzhar”ı Yetkin idi. 

 

21Qismət günü, Sərt Ayı, 12-ci il. Bakı. 

 

EVLADIM ŞƏRQİYƏ 

Şərqliyik  –  ancaq  Qərb  mahnısı  oxuyuruq,  Qərbləşmişik, 

özgələşmişik. 

Şərqləşməliyik, Şərqimizi oxumalıyıq. 

Şərqə Şərq İşığı saçmalıyıq – Mütləqilik İşığı, Müqəddəslik 

İşığı. 


 

258 


Dünya Şərqimizdən İşıq almalıdır: – İnam İşığı, İdrak İşığı, 

Mənəviyyat İşığı, İradə İşığı. 

Dünya Şərqimizi dinləməlidir. 

Zərdüşt  Şərqisi  oxuyuruq,  Babək  Şərqisi  oxuyuruq,  Dədə 

Qorqud  Şərqisi  oxuyuruq,  Hürufi  Şərqisi  oxuyuruq,  Füzuli 

Şərqisi  oxuyuruq,  Muğam  Şərqisi  oxuyuruq,  Saz  Şərqisi  oxu-

yuruq Şərq üçün, Dünya üçün. 

Şərqi adını sənə halal eləyirəm. 

Adına layiq ol. 

Qaranlıqlar Yarılsın! 

 

22 Murad günü, Sərt Ayı, 12-ci il. Bakı. 

 

(Qeyd: Həyatda adı Nuriyə idi. Ocaqdan çıxdı). 



 

 

EVLADIM SOYLUYA 

Soyumuz Uludur – Zərdüşt Soyundanıq, Babək Soyundanıq, 

Dədə Qorqud Soyundanıq, Hürufi Soyundanıq, Muğam Soyun-

danıq, Saz Soyundanıq, Füzuli Soyundanıq. 

Suyumuz  Uludur  –  Zərdüşt  Bulağından  gəlir,  Babək  Bula-

ğından  gəlir,  Dədə  Qorqud  Bulağından  gəlir,  Hürufi  Bula-

ğından gəlir, Muğam Bulağından gəlir, Saz Bulağından gəlir. 

Soyumuza qayıtmalıyıq: – Zərdüştlüyümüzə, Babəkliyimizə, 

Dədə  Qorqudluğumuza,  Hürufiliyimizə,  Muğamlığımıza, 

Sazlığımıza. 

Suyumuza qayıtmalıyıq. 

 

Soylu adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

Qaranlıqlar Yarılsın! 

 

 

(Qeyd: Həyatda adı Zülfüqardır. İndi Ocaq Yükümlüsüdür – 



Soylu Atalı adı ilə). 

 


 

259 


EVLADIM GÖYLÜYƏ 

Göysüzdürlər  Bugünkülər  –  Çünki  İnamsızdırlar,  İdraksız-

dırlar, Mənəviyyatsızdırlar, İradəsizdirlər. 

Zərdüşt boyda Göyümüz var. 

Babək boyda Göyümüz var. 

Qorqud boyda Göyümüz var. 

Hürufilik boyda Göyümüz var. 

Füzuli boyda Göyümüz var. 

Muğam boyda Göyümüz var. 

Saz boyda Göyümüz var. 

Göy olmalıyıq Yerimizə. Göylü olmalıdır Yerimiz. 

Göylü adını sənə halal eləyirəm. 

Adına layiq ol. 

Qaranlıqlar Yarılsın! 

 

25 Ümid günü, Sərt Ayı, 12-ci il. Bakı. 

 

(Qeyd: Həyatda adı Mehriban idi. Ocaqdan çıxdı). 



 

 

EVLADIM ALOVA 

Sönükdür Dünya, Soyuqdur – Alovsuzdur, istisizdir – çünki 

İşıqsızdır. 

İnamsızlıq soyuğuna düçar olub, İdraksızlıq soyuğuna düçar 

olub,  Mənəviyyatsızlıq soyuğuna düçar olub,  İradəsizlik soyu-

ğuna düçar olub. 

Qaranlıqdır Dünya – Soyuq ürəklər zülməti yaşayır Dünya-

da. 


Alov olmalıyıq Dünyaya – Alovlu ürək. 

Mütləqə İnam Alovu olmalıyıq. 

Özüylədöyüş Alovu olmalıyıq. 

Ruhani cəmiyyət Alovu olmalıyıq. 

Müstəqil Vətən Alovu olmalıyıq. 

Özümlü Şərq Alovu olmalıyıq. 



Alov adını sənə halal eləyirəm. 

Adına layiq ol. 



 

260 


Qaranlıqlar Yarılsın. 

 

(Qeyd: Həyatda adı Şirinxanım idi. Ocaqdan çıxdı). 



 

EVLADIM BULAĞA 

Bulanıqdır  Dünya.  İnamsızlıq  Çirkabına  qərq  olub,  İdrak-

sızlıq  Çirkabına  qərq  olub,  Mənəviyyatsızlıq  Çirkabına  qərq 

olub, İradəsizlik Çirkabına qərq olub. 

Mütləqə İnam Bulağından su içməlidirlər Adamlar, Özüylə-

döyüş  Bulağından  su  içməlidirlər  Adamlar,  Ruhani  Cəmiyyət 

Bulağından su içməlidirlər Adamlar, Müstəqil Vətən Bulağın-

dan  su  içməlidirlər  Adamlar,  Özümlü  Şərq  Bulağından  su 

içməlidirlər Adamlar. 

Ruhani  Bulaq  olmalıyıq  Yurdumuza,  Şərqimizə,  Dünya-

mıza. 

Bulaq adını sənə halal eləyirəm. 

Adına layiq ol. 

Qaranlıqlar Yarılsın! 

 

(Qeyd: Həyatda adı Xatirə idi. Ocaqdan çıxdı). 



 

 

HƏQİQƏT 

Yenidənqurma – Fəlakətdir. 

Yenidənqurmadan Diktatura xilası – Fəlakətdir. 

Ölkəni Fəlakətdən Fəlakətə gedən Yol gözləyir. 

Nicat – Ruhani Cəmiyyət – Sabahkı. 

 

26 Dözüm günü, Sərt Ayı, 12-ci il. Bakı. 

 

FƏRQ 

Həyat – Özgəylə döyüş. 

Amal – Özünlə döyüş. 

 


 

261 


“SƏFƏR GÜNÜ” MƏRASİMİ HAQQINDA 

Mərasim Mütləqilik səviyyəsində keçdi. 

Nöqsan: Toplanış Mütləqiliyinin pozulması. 

 

30 İnam günü, Sərt Ay, 12-ci il. Bakı. 

 

İDEALSIZLIQ 

Gerçəkliyə  İdeal  səpmək  əvəzinə  Gerçəklik  səpirlər  –  bu 

səbəbdən də heç nə bitmir. 

 

MÖHTƏŞƏMLİK 

Tərkidünyalıq Boyda dünyaları vardı Sufilərin. 

 

MƏHƏBBƏT 

Əslində heç kəs Sifətə vurulmur – Sifətdə İşıqlanan Mənaya 

vurulur. 

Əslində heç kəs Gözə vurulmur – Gözdə İşıqlanan Mənaya 

vurulur. 

Əslində  heç  kəs  Saça  vurulmur  –  Saçda  İşıqlanan  Mənaya 

vurulur. 

Ancaq Məna gözə görünmür və bu səbəbdən də elə bilirlər 

ki, Sifətə, Gözə, Saça vurulublar. 

 

FƏRQ 

Ruhani Həyat həm də Şəxsi həyatdır. 

İctimai Həyat Qeyri-şəxsi həyatdır. 



 

HƏQİQƏT 

Məhəbbətdə Ovçu olmur, Şikar olur. 

Şəhvətdə Şikar olmur, Ovçu olur. 

 

FƏRQ 

Ocaqdan qaçan – İşıqdan qaçır. 

Ocağa qaçan – İşığa qaçır. 

 

31 Arzu günü, Sərt Ayı, 12-ci il. Bakı. 



 

262 


“AİLƏ GÜNÜ” MƏRASİMİ HAQQINDA 

1. “Ailə Günü” Mərasiminin Yazısı Özümlüyə tapşırılır. 

Ailə Gününün Carlarının Yazısı Özümlüyə tapşırılır. 

 

2. Qar Ayının 25-də Yazılar Ataya çatdırılır. 



 

HAL 

Gərgin yaşayıram – bu səbəbdən də Zəngin yaşayıram. 

 

27 İnam günü, Qar Ayı, 12-ci il. Bakı. 

 

İSLAMÇILARA MÜNASİBƏT 

İslamçıları Kommunistlərin kölgəsi saymaq, bu səbəbdən də 

saymamaq. 

Mütləqçiliyi yaymaq. 

29 Ümid günü, Qar Ayı, 12-ci il. Bakı. 

 

ÖZÜMLÜNÜN TƏMSİL ETDİYİ  

ATA AİLƏSİNİN HESABATI HAQQINDA 

I. Yön – Uğurludur. 

 

II. Müqəddəs Kitabların öyrənilməsini davam etdirmək. 



 

III.  Xalqlaşma  Yolunda  Ailənin  Camaatla  Təmasını 

Düşünmək... 

 

Ata Ailəsinin Görüşünü Təşkil etmək Əhaliylə. 



 

Nurlanın! Nurlandırın! 

 

30 Dözüm günü, Qar Ayı, 12-ci il. Bakı. 

 

HƏQİQƏT 

Məna – Sadədir, ancaq Adi deyil. 

Mənasızlıq – Adidir, İbtidaidir. 



 

263 


YOL 

İnsani Cəmiyyət: 

Zəhmətkeş Mülkiyyəti. 

Fərdi Özünüidarə. 

İmtiyazsızlıq. 

Atalıq. 

 

1 Qismət günü, Köçəri Ay, 12-ci il. Bakı. 

 

 

EVLADIM ELUCAYA 



Elimizin Mahiyyəti Ucadır. 

Mahiyyətimiz – Zərdüşt Ucalığındadır,  

Babək Ucalığındadır, 

Dədə Qorqud Ucalığındadır, 

Hürufi Ucalığındadır, 

Füzuli Ucalığındadır, 

Muğam Ucalığındadır, 

Saz Ucalığındadır. 

 

Elimizi  əskik  tuturlar  Bugünkülər  –  İnamsızlar,  İdraksızlar, 



Mənəviyyatsızlar, İradəsizlər. 

 

Elimizin Ucalığına tay olmalıyıq. 



Elimizi Uca tutmalıyıq. 

Elimizin Ucalığını Təsdiq etməliyik! 



Eluca adını sənə halal eləyirəm. 

 

Qaranlıqlar Yarılsın! 



Daxilindəki Mütləq sənə Yar olsun! 

 

(Qeyd: Həyatda adı Mədinə idi. Ocaqdan çıxdı). 



 

 

264 


EVLADIM AMALYURDA 

Amal  Yetiririk  Yurdumuzda.  Amal  Yurduna  dönür  Azər-

baycanımız. 

Mütləqə İnam Amalı becəririk Yurdumuzda. 

Özüylə Döyüş Amalı becəririk. 

Müstəqil Vətən Amalı becəririk. 

Ruhani Cəmiyyət Amalı becəririk. 

Özümlü Şərq Amalı becəririk. 

Amalyurd becəririk Bəşər üçün. 

Amalyurd adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

Qaranlıqlar Yarılsın! 

Daxilindəki Mütləq sənə Yar olsun! 

 

5 Ümid günü, Köçəri Ay, 12-ci il. Bakı. 

 

(Qeyd: Həyatda adı Rza idi. Ocaqdan çıxdı). 



 

 

VAR-YOX 

Parlamentçilik adlı Ümidsizlik var. 

Bazar İqtisadiyyatı adlı Ümidsizlik var. 

Qərbləşmə adlı Ümidsizlik var. 

Dinçilik adlı Ümidsizlik var. 

 

Mütləqə İnam adlı Ümid var. 



Kamil İnsan adlı Ümid var. 

Müstəqil Vətən adlı Ümid var. 

Ruhani Cəmiyyət adlı Ümid var. 

Özümlü Şərq adlı Ümid var. 

 

8 Qismət günü, Köçəri Ay, 12-ci il. Bakı. 

 


 

265 


“YENİ İL” MƏRASİMİ 

I. Gedişatın Yazısı Safruha tapşırılır. 

 

II. Məzmun: Mənim Ocaq İlim. 



Ata Sözü, Evlad Sözü. 

 

III. Yazı 25 Köçəri Ayda Ataya təqdim olunur. 



 

18 Arzu günü, Köçəri Ay, 12-ci il. Bakı. 

 

TƏQDİR 

Evladım  Bağbanın  Mingəçevirdəki  Amal  Fəaliyyəti  Təqdir 

olunur. 


 

“AİLƏ GÜNÜ” MƏRASİMİ HAQQINDA 

Mərasim Müqəddəslik səviyyəsində keçdi. 

Özümlünün Yetkin Sözü Təqdir olunur. 

 

BORÇALIDA ATAYLA GÖRÜŞ 

Görüş Amal çağırdı, Amala çağırdı. 

Soylunun Təşkilatçılığı, Əsilin Atagüzarlığı Təqdir olunur. 

 

EVLADIM ÜLVİYƏ 

Dünyanı Bəsitləşdirdilər – Göysüzləşdirdilər. 

İnamı Bəsitləşdirdilər – Göysüzləşdirdilər – 

İnamsızlıq yaratdılar. 

İdrakı Bəsitləşdirdilər – Göysüzləşdirdilər – 

İdraksızlıq yaratdılar. 

Mənəviyyatı Bəsitləşdirdilər – Göysüzləşdirdilər – 

Mənəviyyatsızlıq yaratdılar. 

İradəni Bəsitləşdirdilər – Göysüzləşdirdilər – 

İradəsizlik yaratdılar. 



Göylü olmalıyıq – Ülvi olmalıyıq. 

Ülvi adını sənə halal eləyirəm. 

Adına layiq ol! 



 

266 


Qaranlıqlar Yarılsın! 

Daxilindəki Mütləq sənə Yar olsun! 

 

28 Köçəri Ay, 12-ci il. Bakı. 

 

(Qeyd: Həyatda adı Rüxsarə idi. Ocaqdan çıxdı). 



 

 

EVLADIM BİRÜZƏ 

Üzümüz Birdir – çünki Ağdır. 

Üzləri Çoxdur – çünki Qaradır. 

 

Üzümüz Birdir – İnamlıyıq. 



Üzləri Çoxdur – İnamsızdırlar. 

 

Üzümüz Birdir – Dönməzik. 



Üzləri Çoxdur – Dönükdürlər. 

 

Üzümüz Birdir – Varıq. 



Üzləri çoxdur – Yoxdurlar. 

Birüz adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

 

Daxilindəki Mütləq sənə Yar olsun! 



Qaranlıqlar Yarılsın! 

 

10 İnam günü, Günəş Ayı, 13-cü il. Bakı. 

 

(Qeyd: Həyatda adı Ülfət idi. Ocaqdan çıxdı). 



 

 

EVLADIM GÜNTƏKİNƏ 

İşıqsızdırlar  Bugünkülər  –  çünki  İnamsızdırlar,  İdraksız-

dırlar, Mənəviyyatsızdırlar, İradəsizdirlər. 



 

267 


İşıqlıyıq – Mütləqə İnam İşığıyla, Kamil İnsan İşığıyla, Ru-

hani  Cəmiyyət  İşığıyla,  Müstəqil Vətən  İşığıyla,  Özümlü Şərq 

İşığıyla. 

Gün təkindir Amalımız, İnamımız. 



Güntəkin adını sənə halal eləyirəm. 

Adına layiq ol. 

 

Qaranlıqlar Yarılsın! 



Daxilindəki Mütləq sənə Yar olsun! 

 

(Qeyd: Həyatda adı Yazbahar idi. Ocaqdan çıxdı). 



 

EVLADIM NURAMALA 

Amalsızdırlar – Nursuzdurlar Bugünkülər. 

İnamsızdırlar,  İdraksızdırlar,  Mənəviyyatsızdırlar,  İradəsiz-

dirlər. 


Nurluyuq – çünki Amallıyıq. 

Nurlu İnam Yolçusuyuq, Nurlu Yol Sahibiyik. 



NurAmal adını sənə halal eləyirəm. 

Adına layiq ol. 

Qaranlıqlar Yarılsın! 

Daxilindəki Mütləq sənə Yar olsun! 

 

16 Günəş Ayı, 13-cü il. Bakı.  

 

(Qeyd: Həyatda adı... Qəbula gəlmədi). 



 

 

ÖZÜMLÜNÜN TƏMSİL ETDİYİ 



ATA AİLƏSİNİN HESABATI HAQQINDA 

I. Hesabat Təqdir olunur. 

 

II. “Dövlət” Kəlamını öyrənməli. 



 

 

268 


III.  Müsavat  Bayrağı,  Novruz  Bayramı,  İslamçılıq,  Fəxri 

Titullar,  Əfvlər  vasitəsiylə  bərqərar  olan  hökumətçiliyin 

mahiyyətini ətrafa bildirməli. 

 

IV. Ailənin camaatla görüşünü hazırlamalı. 



V. Camaatın Atayla görüşünü hazırlamalı. 

 

VI.  Rayon  mətbuatında  “Ruhani  cəmiyyət”  İdeyalarını 



təbliğ etmək. 

Nurlanın, Nurlandırın! 

 

24 İnam günü, Günəş Ayı, 13-cü il. Bakı. 

 

 



EVLADIM ÖTKÜNƏ 

Bugünü ötməliyik – Sabaha çatmalıyıq. 

Nisbini ötməliyik – Mütləqə çatmalıyıq. 

Gerçəkliyi ötməliyik – Mənaya çatmalıyıq. 

Həyatı ötməliyik – Amala çatmalıyıq. 

Ötkün adını sənə halal eləyirəm. 

Mütləq İnam adlı Ötkünlüyə Yüksəl! 

Mütləq İdrak adlı Ötkünlüyə Yüksəl! 

Mütləq Mənəviyyat adlı Ötkünlüyə Yüksəl! 

Mütləq İradə adlı Ötkünlüyə Yüksəl! 

Adına layiq ol. 

 

Qaranlıqlar Yarılsın! 



Daxilindəki Mütləq sənə Yar olsun! 

 

4 Mərhəm günü, Çiçək Ayı, 13-cü il. Bakı. 

 

(Qeyd: Həyatda adı Camal idi. Öz istəyiylə Ocaqdan çıxdı). 



 

 

 

269 


EVLADIM ELGÜNƏ 

Həyat Əzabına dözürlər, Amal Əzabından Dönürlər... 

Həyata Əyilirlər, Amala çatmırlar. 

Bugünün Ətəyindən yapışıblar... – İqbalsızdırlar – İnamsız-

dırlar, İdraksızdırlar, Mənəviyyatsızdırlar, İradəsizdirlər. 

Elin  Günü  –  Dönməzlik  Yoludur:  Mütləqə  İnamımızdır, 

Özüylə Döyüşümüzdür, Müstəqil Vətənimizdir, Ruhani cəmiy-

yətimizdir, Özümlü Şərqimizdir. 



Bugündə Elin Günü Yoxdur. 

Elin  Günü  –  Müqəddəs  Sabahdadır  –  Zərdüştlü,  Babəkli, 

Dədə Qorqudlu, Hürufili, Füzulili, Muğamlı, Sazlı. 

Elgün adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

 

Qaranlıqlar Yarılsın! 



Daxilindəki Mütləq sənə Yar olsun! 

 

(Qeyd: Həyatda adı Əliağa idi. Döndü). 



 

 

EVLADIM YOLUNURA 



Nur ölkəsi olmalıyıq. 

İnam Nuru saçmalıyıq. 

İdrak  Nuru saçmalıyıq. 

Mənəviyyat Nuru saçmalıyıq. 

İradə Nuru saçmalıyıq. 

Nur Yolu salmalıyıq – Zərdüştdən Bugünə – Bugündən Sa-

baha; Babəkdən Bugünə – Bugündən Sabaha; Dədə Qorquddan 

Bugünə  –  Bugündən  Sabaha;  Hürufilərdən  Bugünə  –  Bugün-

dən  Sabaha;  Füzulidən  Bugünə  –  Bugündən  Sabaha;  Muğam-

dan Bugünə – Bugündən Sabaha; Sazdan Bugünə – Bugündən 

Sabaha. 

Yolunur adını sənə halal eləyirəm! 

Adına layiq ol!   



 

270 


Qaranlıqlar Yarılsın! 

Daxilindəki Mütləq sənə Yar olsun! 



 

7 İnam günü, Çiçək Ayı, 13-cü il. Bakı. 

 

EVLADIM ELSABAHA 

Elimizin Bugünü yoxdur, Sabahı var. 

Bugünün İnamı yoxdur, 

Sabahın Mütləq İnamı var. 

Bugünün İdrakı yoxdur, 

Sabahın Mütləq İdrakı var. 

Bugünün Mənəviyyatı yoxdur, 

Sabahın Mütləq Mənəviyyatı var. 

Bugünün İradəsi yoxdur, 

Sabahın Mütləq İradəsi var. 

Elimizin Sabahı – İnsanlaşma deməkdir – 

Ruhani  Cəmiyyət  deməkdir,  Müstəqil  Vətən  deməkdir, 

Özümlü Şərq deməkdir – Mütləqə İnamla İşıqlanmış. 



Elsabah adını sənə halal eləyirəm! 

 

Qaranlıqlar Yarılsın! 



Daxilindəki Mütləq sənə Yar olsun. 

 

15 Arzu günü, Çiçək Ayı, 13-cü il. Bakı. 

 

(Qeyd: Həyatda adı Humay xanım idi. Ocaqdan çıxdı). 



 

EVLADIM QORUYURDA 

Yurdu İnamla qoruyarlar – Bugünkülər İnamsızdırlar – 

bu səbəbdən də Yurdsuzluğu qoruyurlar. 

Yurdu İdrakla qoruyarlar – Bugünkülər İdraksızdırlar – 

bu səbəbdən də Yurdsuzluğu qoruyurlar. 

Yurdu  Mənəviyyatla  qoruyarlar  –  Bugünkülər  Mənəviy-

yatsızdırlar – bu səbəbdən də Yurdsuzluğu qoruyurlar. 


 

271 


Yurdu İradəylə qoruyarlar – Bugünkülər İradəsizdirlər – 

bu səbəbdən də Yurdsuzluğu qoruyurlar. 

Mütləq İnamla qorunar Yurd. 

Özüylə Döyüşlə qorunar Yurd. 

Ruhani Cəmiyyətlə qorunar Yurd. 

Müstəqil Vətənlə qorunar Yurd. 

Özümlü Şərqlə qorunar Yurd. 

Qoruyurd adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

Qaranlıqlar Yarılsın! 

 

(Qeyd: Həyatda adı Kamal idi. Ocaqdan çıxarıldı). 



 

20 Murad günü, Çiçək Ayı, 13-cü il. Bakı. 

 

EVLADIM DOSTA 

Adamdan Adama Dost olmaz. 

Adamdan İnsana Dost olmaz. 

İnsandan Adama Dost olar. 

İnsandan İnsana Dost olar. 

Adamdan Xalqa Dost olmaz. 

İnsandan Xalqa Dost olar. 

Nisbi Dostdan Dost olmaz. 

Mütləq Dostdan Dost olar. 

İnamsızdan Dost olmaz. 

İdraksızdan Dost olmaz. 

Mənəviyyatsızdan Dost olmaz. 

İradəsizdən Dost olmaz. 



Dost adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

Qaranlıqlar Yarılsın! 

Daxilindəki Mütləq sənə Yar olsun! 

 

26 Qismət günü, Çiçək Ayı, 13-cü il. Bakı. 

 

(Qeyd: Həyatda adı Ədalət idi. Ocaqdan çıxdı). 



 

272 


HƏQİQƏT 

İnsan  Mənanı  –  yəni  Ölümsüzlüyü  –  təmsil  eləyir,  ancaq 

həyat onu ölümə məhkum edib. 

İnsan Mənanı ölümsüz Əməllərlə təmsil eləyir. 

 

HƏQİQƏT 

Həyat – Ölümə görə Sağ qalır. 

Həyat – Öldürməsə – Ölər. 

Məna  ölümə  qarşıdır,  bu  səbəbdən  də  əslində  həyata 

qarşıdır. 

Həyatın  Mənası  –  Həyata  qarşıdır  –  çünki  Əzəli,  Əbədi, 

Kamil, Sonsuz nə varsa – ölümə qarşıdır. 

Məna Həyatı öldürəcək dərəcədə – Ölməzdir. 

 

HƏQİQƏT 

Həqiqət – Mənadır. 

Mənasız Ümid olmur. 

Mənalı Ümidsizlik olmur. 

Ümidsizlik – Yalandır. 

 

HƏQİQƏT 

Ən Ümidsiz Həqiqət belə – Ümiddir. 

Ən Ümidli Yalan belə – Ümidsizlikdir. 

 

HƏQİQƏT 

Şər – Həyatidir. 

Xeyir – Həyata sığmır. 

Əyrilik – Həyatidir. 

Doğruluq – Həyata sığmır. 

 

30 Ümid günü, Çiçək Ayı, 13-cü il. Bakı. 

 

HƏQİQƏT 

Qorxu – Həyatın İnsana hökmü. 

Qorxusuzluq – İnsanın Həyata hökmü. 


 

273 


HƏQİQƏT 

Sabah – Bugündən yaranmayacaq – 

Bugünün ziddinə yaranacaq. 

 

HƏQİQƏT 

Bugünün Dünəni yoxdur, sabahı yoxdur. 

Əslində Bugün – Yoxdur. 

 

1 Dözüm günü, İşıq Ayı, 13-cü il. Bakı. 

 

1   ...   12   13   14   15   16   17   18   19   ...   26


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə