On Qutsal Bitiq’in (Onluğun) Yan Bitiqləri



Yüklə 2.19 Mb.
PDF просмотр
səhifə13/26
tarix03.12.2016
ölçüsü2.19 Mb.
1   ...   9   10   11   12   13   14   15   16   ...   26

FİZİKA İNSTİTUTUNDA GÖRÜŞ 

Görüş  Amal  çağırdı,  Amala  çağırdı  –  Xeyirə  yaradı,  Şəri 

döydü. 


Əsilin Təşkilatçılığı təqdir olunur. 

 

8 İnam günü, Çiçək Ayı, 12-ci il. Bakı. 



 

FƏRQLƏR 

Gerçəkliyə bərabər olan İdeal yoxdur. 

Kapitalizm gerçəkliyə xidmət eləyir: – 

Bu səbəbdən də kapitalizm İdealsızdır... 

 

Maddiyyata bərabər olan İdeal yoxdur. 



Sosializm maddiyyata xidmət eləyir: – 

Bu səbəbdən də sosializm İdealsızdır. 

 


 

205 


İdeal – Mütləqə çatmaq deməkdir – bu səbəbdən də Ruhani 

cəmiyyət – İdeallı cəmiyyətdir. 

 

HƏQİQƏT 

İnsanlaşma – Mənafeyə əsaslanan cəmiyyətə ziyandır. 

İnsanlaşma – Zora əsaslanan cəmiyyətə ziyandır. 

İnsanlaşma – kapitalizmə və sosializmə ziyandır. 

 

9 Arzu günü, Çiçək Ayı, 12-ci il. Bakı. 

 

ÖZÜMLÜNÜN TƏMSİL ETDİYİ ATA AİLƏSİNİN 



HESABATI HAQQINDA 

I.  Ailə  əməli  təqdir  olunur  –  Üsul  əlvanlığı  artır  –  özünü-

tanıma Yetkinləşir. 

 

II.  Mütləqilik  tələb  eləyir  ki,  Timsalçının  girişi  “Atayla 



Görüş”dən sonra deyilsin. 

 

III. “Əxlaq” və “Həqiqət” Kəlamları əsasında qurulsun təzə 



Ailə günləri. 

 

IV.  Lənkərandakı  “Talış  Evlərinə”  müdaxilə  eləmək:  “Bü-



töv Yurd” ideyasını Mütləqilik səviyyəsində Aşılamaq (Ruhani 

Sənədlərdən,  maqnitofon  yazılarından,  kitablardan  istifadə 

etmək). 

V. Rayon qəzeti vasitəsiylə Atayla görüşü hazırlamaq. 

 

Nurlanın, Nurlandırın! 



 

12 Mərhəm günü, Çiçək Ayı, 12-ci il. Bakı. 

 

HƏQİQƏT 

Dəyişilən Həqiqət – Dəyişilən Əxlaq deməkdir. 

Həqiqətsizlik – Əxlaqsızlığı qoruyur. 



 

206 


HƏQİQƏT 

Təmənnasızlığın təmənnası – Məhəbbət. 



 

HƏQİQƏT 

Konkret Həqiqət – əslində Həqiqətsizlikdir. 

Keçici Həqiqət olmur, əbədi Həqiqət olur. 

 

HƏQİQƏT 

Ehkamın İnkarı – Dəyişməzliyin inkarı deyil, Yalanın inka-

rıdır; Həqiqət də dəyişməzdir – inkar edilməz dərəcədə. 

 

HƏQİQƏT 

Həqiqi – İnkaredilməzdir. 

İnkar olunan – Qeyri-Həqiqidir. 

Qeyri-Həqiqi – Heçdir. 

İnkar olunan – Heçdir. 

 

HƏQİQƏT 

Durğunluq – Yalan tərəqqisi. 

 

HƏQİQƏT 

Hər dövrün öz həqiqəti var – deyirlər. 

Hər dövrün öz Yalanı var – Həqiqət Birdir! – demək gərək. 

Hər cəmiyyətin öz həqiqəti var – deyirlər. 

Hər  cəmiyyətin  öz  Yalanı  var  –  Həqiqət  Birdir!  –  demək 

gərək. 


Hər şəraitin öz həqiqəti var – deyirlər. 

Hər şəraitin öz Yalanı var – Həqiqət Birdir! – demək gərək. 

Yalan dəyişilir – Həqiqət dəyişmir. 

 

HƏQİQƏT 

Həqiqəti – İnkar etmək olmaz. 

Yalanı – İnkar etməmək olmaz. 

 


 

207 


Həqiqəti İnkar edən – İnkarçıdır. 

Yalanı İnkar edən – Doğruçu. 

 

FƏRQLƏR 

Monarxiya – camaata inanmır, Hakimə inanır. 

Demokratiya – Hakimə inanmır, camaata inanır. 

Atalıq – Övladlara inanır, Ataya inanır. 

 

HƏQİQƏT 

Xalqın taleyini camaata tapşırmaq olmaz. 

Cəmiyyətə tapşırmaq olmaz. 

Ruhaniyyata tapşırmaq olar. 

 

14 Murad günü, Çiçək Ayı, 12-ci il. Bakı. 

 

HƏQİQƏT 

Ruhaniyyat maddiyyatla ölçüləndə – ləyaqətsizləşir. 

 

HƏQİQƏT 

“Müəyyən səbəbdən müəyyən nəticə hasil olur” – deyirlər – 

səbəbi buxovlayırlar, nəticəni buxovlayırlar. 

Əslində Səbəblər əlvandır, nəticələr əlvandır. 

 

16 Arzu günü, Çiçək Ayı, 12-ci il. Bakı. 

HERAKLİTƏ QARŞI 

“Eyni çaya iki dəfə girmək olmaz. 



Hər çaya yalnız bir dəfə girmək olar”. 

 

Dəyişən yox olur. 



Yalnız Dəyişməyən var olur. 

 

FÜZULİ ŞEİRİ 

Qəzəl biçimində Bayatılar. 

 


 

208 


HƏQİQƏT 

Dialektika  –  Dünyanı  mexanikləşdirir,  onu  labüd  qanunlar 

çərçivəsinə salır; Dünya mahiyyətcə çərçivə tanımır. 

 

Dialektika  –  Həyatı  mexanikləşdirir,  onu  labüd  qanunlar 



çərçivəsinə salır; Həyat mahiyyətcə çərçivə tanımır. 

 

Dialektika  –  İnsanı  mexanikləşdirir,  onu  labüd  qanunlar 



çərçivəsinə salır; İnsan mahiyyətcə çərçivə tanımır. 

 

 



CƏNUBİ AZƏRBAYCAN PROBLEMİNİN  

HƏLLİ YOLLARI 

Birinci mərhələ: İrandan ayrı, SSRİ-dən ayrı, İslamdan ayrı, 

Kommunizmdən  ayrı  –  Müstəqil,  Vahid  Azərbaycan  ideyasını 

yaymaq. 

 

İkinci  mərhələ:  Müştərək  İnam,  İdrak,  Mənəviyyat,  İradə 

Əməlləri. 

 

Üçüncü mərhələ: Birləşmə. 

 

HƏQİQƏT 

Həyat – müxtəlif ikiliklər cəmidir. 

Ali Həyatda – ikilik aradan qalxır. 

 

HƏQİQƏT 

Dialektika – Yoxluq fəlsəfəsi. 



 

HƏQİQƏT 

Gerçək Həqiqət – Gerçəklikdən üstün olur. 

 

18 Dözüm günü, Çiçək Ayı, 12-ci il. Bakı. 

 


 

209 


HƏQİQƏT 

Naqis Adam – natam İnsandır. 

Kamil İnsan – Bütöv İnsandır. 

Bütöv  olmaq  üçün  –  Adam  Kamilliyə  çatmalıdır  –  İnsan 

olmalıdır. 

 

19 Mərhəm günü, Çiçək Ayı, 12-ci il. Bakı. 



 

HƏDSİZLİK 

Kamilliyi hədd sayırlar, əslində isə o – Başlanğıcdır. 

 

FƏRQ 

Avantürist – gerçəkliyi görmür. 

Mütləqçi – gerçəkliyin Fövqünə qalxır. 

Təslimçi – gerçəkliyə uyğunlaşır; 

Mütləqçi – gerçəkliyi Yüksəldir. 

 

TƏQDİR 

Övladım  Doğmanın  yaratdığı  Fikir  Evi  Təqdir  olunur.  Nur 

aparıb – Uğur gətirsin. 

 

20 Qismət günü, Çiçək Ayı, 12-ci il. Bakı. 

 

ÖVLADIM İŞIQÇIYA 

İşıqçılıq yarandı Amalımızdan – 

İşıqçılıq Borcu, Əməli. 

Zülmətçidirlər  Bugünkülər  –  çünki  Amalsızdırlar,  İnamsız-

dırlar – Zülməti qoruyurlar, Zülmətdə qovrulurlar. 

İşıqçılarıq – çünki Mütləqçilərik, Müqəddəsçilərik. 

İşıqçı İdrakına Sahibik. 

İşıqçı Mənəviyyatına Sahibik. 

İşıqçı İradəsinə Sahibik. 

İşıq gətirənik, İşıq qoruyanıq, İşıqçıyıq – Aqibətimiz Budur, 

Mahiyyətimiz Budur. 



 

210 


İşıqçı adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

 

Ürəyin Qaranlıqları Yarsın! 



Daxilindəki Mütləq sənə Yar olsun! 

 

26 Mərhəm günü, Çiçək Ayı, 12-ci il. Bakı. 

 

(Qeyd: Həyatda adı Rabil idi. Ocaqdan çıxdı). 



 

ÖVLADIM UĞURA 

Uğursuzdurlar – çünki Nursuzdurlar. 

İnam Nurundan məhrumdurlar. 

İdrak Nurundan məhrumdurlar. 

Mənəviyyat Nurundan məhrumdurlar. 

İradə Nurundan məhrumdurlar. 

 

Uğurluyuq – çünki Nurluyuq. 



 

İnam Nuruyla Uğurluyuq. 

İdrak Nuruyla Uğurluyuq. 

Mənəviyyat Nuruyla Uğurluyuq. 

İradə Nuruyla Uğurluyuq. 

 

Nur aparıb Uğur gətiririk. 



Uğur adını sənə halal eləyirəm. 

Ürəyin Qaranlıqları Yarsın! 

Daxilindəki Mütləq sənə Yar olsun! 

 

(Qeyd: Həyatda adı Hüsaməddin idi. Ocaqdan çıxdı). 



 

ÖVLADIM ULUSLUYA 

Suyumuz Uludur – Zərdüşt Bulağından gəlir, 

Babək Bulağından gəlir, 


 

211 


Qorqud Bulağından gəlir, 

Nəsimi Bulağından gəlir, 

Füzuli Bulağından gəlir, 

Muğam Bulağından gəlir, 

Saz Bulağından gəlir, 

 

İnam  Suyu  içmişik,  İdrak  Suyu  içmişik,  Mənəviyyat  Suyu 



içmişik, İradə Suyu içmişik. 

Suyumuzda  İşıq  var.  Suyumuzdan  İşıqlanmışıq  –  İşıqlana-

caq ömürlər. 

Ulu Suyumuzdan içəcəklər nəsillər, ölkələr – Ulu Suluyuq – 

Ulusluyuq. 

 

Uluslu adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

 

Ürəyin Qaranlıqları Yarsın! 



Daxilindəki Mütləq sənə Yar olsun! 

(Qeyd: Həyatda adı Rəsulağa idi. Ocaqdan çıxdı. 

 

 

ÖVLADIM DOĞMANIN TƏMSİL ETDİYİ 



“FİKİR EVİ”nin QARDAŞLARINA – BACILARINA 

Asan Yol seçməyin – Çətin Yol seçin! 

Yaxın Yol seçməyin – Uzaq Yol seçin! 

Mütləqə  İnanın,  İnandırın  –  Yurdumuzun,  Şərqimizin, 

Dünyamızın xilası bu İnamdadır. 

Özünüzlə  Döyüşün,  Başqalarını  özüylədöyüşə  çağırın  – 

Yurdumuzun, Şərqimizin, Dünyamızın xilası bu Döyüşdədir. 

Ruhani Cəmiyyət Haqqını tanıyın, tanıtdırın – Yurdumuzun, 

Şərqimizin, Dünyamızın xilası bu Haqdadır. 

 

Müstəqil  Vətən  Haqqını  tanıyın,  tanıtdırın  –  Yurdumuzun, 



Şərqimizin, Dünyamızın xilası bu Haqdadır. 

 

212 


 

Özümlü  Şərq  Ləyaqətini  tanıyın,  tanıtdırın  –  Yurdumuzun, 

Şərqimizin, Dünyamızın xilası bu Ləyaqətdədir. 

 

Gerçəkliyi ötün ki, Həqiqətə çatasınız. 



Bacınız Doğmaya inanın – onun Ürəyi, Ağlı, Yolu – düzdür. 

Ürəyinizdə  Günəş  olsun  –  onda  ən  soyuq  havada  belə 

üşüməzsiniz. 

Daxilinizdəki Mütləq sizə Yar olsun. 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 

 

27 Qismət günü, Çiçək Ayı, 12-ci il. Bakı. 

 

“YAS GÜNÜ” MƏRASİMİ HAQQINDA 

Mərasim Müqəddəs Kədər Ruhunda keçdi. 

Təşkilatçılıq səviyyəsi, İzhar Ləyaqəti Yüksək idi. 

 

Nöqsan: Vaxt Mütləqiliyinin pozulması. 



 

SUMQAYITDA ATAYLA GÖRÜŞ 

Görüş Amal çağırdı, Amala çağırdı. 

Övladım  Soylunun  fədakar,  inadlı,  ardıcıl  Əməli  Təqdir 

olunur. 


7 Arzu günü, İşıq Ayı, 12-ci il. Bakı. 

 

“ÖVLAD GÜNÜ” MƏRASİMİ HAQQINDA 

1.  “Övlad  Günü”  Ata  Sözüylə  başlayır,  Övlad  Qəbuluyla 

davam eləyir, Ruhani Sənədlərin oxunuşuyla başa çatır. 

 

2. “Övlad Günü”ndə Övladlar danışmır. 



 

3. Gedişatın Yazısı Fərəhə tapşırılır. 

Yazı İşıq Ayının 18-də Ataya təqdim edilir. 

 

8 Ümid günü, İşıq Ayı, 12-ci il. Bakı. 



 

213 


HƏQİQƏT 

Zaman Həddində Var olmaq olmaz – Yox olmaq olar. 

Mühit Həddində Var olmaq olmaz – Yox olmaq olar. 

Şərait Həddində Var olmaq olmaz – Yox olmaq olar. 

 

Var  olmaq  üçün  Zaman  Həddini  aşmaq  gərək,  Mühit 



həddini aşmaq gərək, Şərait Həddini aşmaq gərək. 

 

 



HƏQİQƏT 

Şər – Xeyirin Nisbiliyi. 

Şübhə – İnamın Nisbiliyi. 

Yoxluq – Varlığın Nisbiliyi. 



 

VƏZİYYƏT 

Prezidentlik – Xalqın Atasızlığı deməkdir əslində. 

Atanı  –  seçmirlər,  müxtəlif  Atalar  olmur,  müəyyən  dövr 

Atası olmur, təzə Atalar olmur. 



 

HƏQİQƏT 

Əgər Qorxmazlığın Mütləq deyilsə – Qorxaqsan. 

Əgər Ədalətin Mütləq deyilsə – Ədalətsizsən. 

Əgər Həqiqətin Mütləq deyilsə – Yalançısan. 

 

12 Murad günü, İşıq Ayı, 12-ci il. Bakı. 

 

YOXLUQ TƏLİMİ 

Dialektika Mütləq tanımır, bu səbəbdən də Varlıq tanımır. 

Dialektika Yoxluq təlimidir. 

 

HƏQİQƏT 

Dialektika nə tam İnkardır, nə tam Təsdiq. 

Nə tam Əlaqədir, nə tam Əlaqəsizlik. 

Nə tam Vəhdətdir, nə tam Vəhdətsizlik. 

 


 

214 


Dialektika – ardıcıl, çevik Əsassızlıqdır. 

 

13 İnam günü, İşıq Ayı, 12-ci il. Bakı. 



 

15 nömrəli FƏHLƏ YATAQXANASINDA GÖRÜŞ 

Təşkilatçılıq yox dərəcəsində olsa da – Ruhani İş görüldü. 

 

14 Arzu günü, İşıq Ayı, 12-ci il. Bakı. 

 

MİNGƏÇEVİRDƏ ATAYLA GÖRÜŞ 

Görüş Amal çağırdı, Amala çağırdı. 

Övladım Bağbanın Yüksək Əməli Təqdir olunur. 

 

28 Arzu günü, İşıq Ayı, 12-ci il. Bakı. 

 

ÖVLADIM NURANDA 

Andsızdırlar Bugünkülər – çünki İşıqsızdırlar. 

Amal  andlıyıq,  İdrak  andlıyıq,  Mənəviyyat  andlıyıq,  İradə 

andlıyıq – Nur andlıyıq. 

Andsızdırlar Bugünkülər – Adsızdırlar. 

Dönürlər – Ölmürlər. 

Andlıyıq – Adlıyıq. 

Öz İşığımızla İşıqlanırıq. 

Nurand adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

Daxilindəki Mütləq sənə Yar olsun. 

Qaranlıqlar Yarılsın! 

 

31 Mərhəm günü, İşıq Ayı, 12-ci il. Bakı. 

 

HƏQİQƏT 

Ən kədərli musiqi belə – Bayramdır. 

Musiqi olmasaydı – Matəm dünyanı bürüyərdi. 

 

5 Ümid günü, Şölə Ayı, 12-ci il. Bakı. 



 

215 


RUHANİ TƏŞKİLATÇILIQ MƏRASİMİ 

I. Mərasim Üç hissədən İbarət olur: 

1.  Ata  Sözü.  2.  Əsilin  və  Övladların  Sözü.  3.  Ruhani 

Sənədlərin oxunması. 

 

II. Mərasimin Yazısı Əsilə tapşırılsın. 



 

18 Arzu günü, Şölə Ayı, 12-ci il. Bakı. 

 

ÖVLADIM ULUYOLA 

Yolumuz  Uludur:  Zərdüşt  Yolluyuq,  Babək  Yolluyuq, 

Qorqud Yolluyuq, Nəsimi Yolluyuq, Füzuli Yolluyuq, Muğam 

Yolluyuq, Saz Yolluyuq. 

 

Yolsuzdurlar Bugünkülər: İnamsızdırlar, İdraksızdırlar, Mə-



nəviyyatsızdırlar, İradəsizdirlər. 

Uluyol adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

 

Daxilindəki Mütləq sənə Yar olsun. 



Qaranlıqlar Yarılsın! 

 

5 Mərhəm günü, Od Ayı, 12-ci il. Bakı. 

 

(Qeyd: Həyatda adı Rasim idi. Ocaqdan çıxdı). 



 

 

ÖVLADIM ELLİYƏ 

Elsizdirlər Bugünkülər – bu səbəbdən də Özümsüzdürlər. – 

İnamsızdırlar – bu səbəbdən də Mütləqsizdirlər. 

İdraksızdırlar – bu səbəbdən də Həqiqətsizdirlər. 

Mənəviyyatsızdırlar – bu səbəbdən də Amalsızdırlar. 

İradəsizdirlər – bu səbəbdən də Əməlsizdirlər. 

Elliyik – İnamlıyıq, Amallıyıq. 

Elli adını sənə halal eləyirəm. 

Adına layiq ol. 



 

216 


Daxilindəki Mütləq sənə Yar olsun. 

Qaranlıqlar Yarılsın! 

 

(Qeyd: Həyatda adı Şükür idi. Ocaqdan çıxdı). 



 

ÖVLADIM BİLƏNƏ 

Naşıdırlar  bugünkülər  –  İnamı  Bilmirlər,  Amalı  Bilmirlər, 

Mütləqi Bilmirlər. 

İdraksızdırlar – İdrakı Bilmirlər. 

Mənəviyyatsızdırlar – Mənəviyyatı Bilmirlər. 

İradəsizdirlər – Əməli Bilmirlər. 

Gerçəkliyi ötmürlər – Gerçəkliyi Bilmirlər. 

Bilənik – Sabahlıyıq. 

 

Bilən adını sənə halal eləyirəm. 

Adına layiq ol. 

Qaranlıqlar Yarılsın! 

Daxilindəki Mütləq sənə Yar olsun. 

 

6 Qismət günü, Od Ayı, 12-ci il. Bakı. 

 

(Qeyd: Həyatda adı Elman idi. Ocaqdan çıxdı). 



 

 

RUHANİ TƏŞKİLATÇILIQ MƏRASİMİ HAQQINDA 

Mərasim  Müqəddəsliyə  yaradı  –  Övlad  Ləyaqəti  təsdiq 

olundu. 

Əsilin Sözü Təqdir olunur. 

Nöqsan: Toplanış İntizamının pozulması. 

 

HƏQİQƏT 

Dövlət İqtisadiyyatı yox, Bazar İqtisadiyyatı yox – Əməkçi 

İqtisadiyyatı Gərək. 

 


 

217 


VƏZİYYƏT 

“Çox  işləyən  –  çox  qazanar!”  iddiasında  Murdarlıq  var. 

Təkcə qazanc üçün işləməzlər – Ruhani ləyaqət – özünütəsdiq 

üçün işləyərlər. 



 

VƏZİYYƏT 

Sosializmdə Əməkçi özünə xidmət eləmir – Dövlətə xidmət 

eləyir. 

Kapitalizmdə Əməkçi özünə xidmət eləmir – Bazara xidmət 

eləyir. 

Ruhani cəmiyyətdə  Əməkçi özünə xidmət eləməlidir – öz 

maddi müstəqilliyinə, mənəvi ləyaqətinə. 

 

HƏQİQƏT 

Nə sosializm, nə kapitalizm – İnsani cəmiyyət! 

Nə marksizm, nə qorbaçovşina – Mütləqçilik! 



 

MÜTLƏQ İNAM 

Dünyanın Mahiyyətini Mütləq saymaq – 

Dünyanı yaradan Allaha inanmamaq. 

Həyatın Mahiyyətini Mütləq saymaq – 

Həyatı yaradan Allaha inanmamaq. 

İnsanın Mahiyyətini Mütləq saymaq – 

İnsanı yaradan Allaha inanmamaq. 

Nisbini heç saymaq – Yalnız Mütləqə inanmaq. 

Mütləqləşmək. 

14 Murad günü, Od Ayı, 12-ci il. Bakı. 

 

HƏQİQƏT 

Adamdan İnsan olur, İnsandan Adam olmur. 

 

30 Arzu günü, Od Ayı, 12-ci il. Bakı. 

 

VÜQAR 

İradənin qapısını zamanın üzünə bağlamaq. 


 

218 


HƏQİQƏT 

Yalançılar Yoxsuldurlar, çünki Yalan Yoxluqdur. 

Həqiqətçilər Varlıdırlar, çünki Həqiqət Varlıqdır. 

 

31 Ümid günü, Od Ayı, 12-ci il. Bakı. 



 

HƏQİQƏT 

Əgər Zamandan ayılmamısansa – Yuxudasan. 

Əgər Zamandan ayrılmamısansa – Yoxsan. 

 

8 Dözüm günü, Qürub Ayı, 12-ci il. Bakı. 



 

SAFRUHUN “ÖZÜYLƏ DÖYÜŞ KİTABI” 

HAQQINDA 

1. Kitabı “Ağı” adlandırmaq gərək – Ağlaşma. 

 

2.  Safruh  Bugünkülərin  səhvini  təkrarlayır.  Atadan  öyrən-



mək əvəzinə  Atanı öyrətmək. 

 

3. Safruh Ocağı tərk etsə: “Ocağa ziyan verdim” – deməsin. 



Safruh Ocaqda qalsa: “Ocaqdan isinirəm” – desin. 

 

4. Ata aldansaydı – Ocaq sönərdi. Ata sadəlövhlüyü əfsanə-



dir – Şərin yaratdığı. 

Atanı aldadan olmayıb. 

 

5. Mütləq İnamın Nisbiliyi – Yolsuzluqdur. 

Ya İnsan Yolu yorur, ya Yol İnsanı. 

 

6. Ataya qovuşa bilmədiyinə İnanıram –  



Atadan nöqsan yığmaq cəsarəti bunu göstərir. 

 

7. Atanın tərk etdiyi dünyadan çox danışılır kitabda gözəl-

lik adıyla – Ataya uzaq görünən. 

 

219 


8. Verilən sözə Əməl  eləmək  –  Müqəddəs  Ruhanilikdir, si-

yasətə  yad  –  siyasət  –  verilən  sözə  əməl  eləməməkdir  (“Mu-

ğam Fəlsəfəsi” kitabının yazılması haqqında). 

 

9.  “Özüylə  döyüş”  kitabı  deyil  bu,  Özünə  Ağlamaq 

kitabıdır. 

 

10.  Dünyada  yaxşı  nə  varsa  –  Müqəddəs  Sözdən  yaranıb, 



Övladlar Müqəddəs Sözə yiyələnirlərsə – bu Sabahın bugündə 

yaranmasıdır – Fərəhli. 



Müqəddəs Sözə ağız Büzmək də - Bugünün dərsidir. 

 

10 Qismət günü, Qürub Ayı, 12-ci il. Bakı. 



 

ÖZÜMLÜNÜN TƏMSİL ETDİYİ ATA AİLƏSİNİN 

HESABATI HAQQINDA 

1.  Ailənin  Ruhani  Biçimi  tapılıb  –  onu  zənginləşdirmək 

gərək. 

 

2.  Amallaşma  –  Gerçəkliyi  ötmək,  İnsanlaşma  –  Özünü 



ötmək, Xalqlaşma – Xalqın özünü ötməsi Yoluyla irəliləməli. 

3.  “Fikir  Evləri”  yaradılmalı  –  Ailə  Bayrağı,  Kitabı  – 

Ruhani Rəmzlər. 

 

4.  Bugünə  Sabah  İşığı  salmaq  –  Fəallığın  Müqəddəsçilik 



Səviyyəsinə Yüksəlmək. 

 

Yükümüzdən böyük Fərəhimiz yoxdur! 

Nurlanın – Nurlandırın. 

 

SADİQİN ÖZÜYLƏDÖYÜŞ ƏMƏLİ HAQQINDA 

Xoşbəxtdir  Sadiq  –  ikilikdən  əsər-əlamət  belə  yoxdur 

daxilində. 

 


 

220 


HƏQİQƏT 

Dialektika – Həyalı sofistika. 

Sofistika – Həyasız dialektika. 

 

11 Murad günü, Qürub Ayı, 12-ci il. Bakı. 

 

HƏQİQƏT 

Gerçəkliyin yaratdığı Xülyadan böyük Xülya olmur əslində. 

Gerçəkliyə  uyğunlaşmaq  –  Xülyaya  uyğunlaşmaq  olur  çox 

vaxt. 


 

HƏQİQƏT 

Təcrübə çox vaxt Yalanı təsdiq edir, Həqiqəti təsdiq etmir. 

Bu  səbəbdən  də  Təcrübəni  Həqiqətin  meyarı  saymaq  – 

Yalanı Həqiqət saymaq deməkdir. 

 

RƏQİBSİZLİK 

Gerçəkliyi ötəni – Kim ötə bilər? 

 

MÜDRİKLİK 

Zəruriyyətə bağlanmamaq, Təsadüfə bel bağlamamaq. 

 

14 Ümid günü, Qürub Ayı, 12-ci il. Bakı. 

 

 

HƏQİQƏT 

Gerçəklik  adlanan  Yoxluğa  düşmüşük  –  bu  səbəbdən  də 

kədərliyik. 

Mahiyyət  adlanan  Varlığa  qovuşuruq  –  bu  səbəbdən  də 

Fərəhliyik. 

 

HƏQİQƏT 

Musiqi Mahiyyət çağırır – Gerçəklik adıyla. 

Şeir Mahiyyət deyir – Gerçəklik adıyla. 

Fəlsəfə Mahiyyət düşünür – Geçəklik adıyla. 

 


 

221 


HƏQİQƏT 

Gerçəkliyi ötmədən – Mahiyyətə  çatmaq,  Həqiqətə  yetmək 

olmaz. 

Gerçəklik  haqqında  Həqiqət  –  Həqiqətsizlik  haqqında 



Həqiqət deməkdir. 

 

1   ...   9   10   11   12   13   14   15   16   ...   26


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə