On Qutsal Bitiq’in (Onluğun) Yan Bitiqləri



Yüklə 2.19 Mb.
PDF просмотр
səhifə2/26
tarix03.12.2016
ölçüsü2.19 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   26

SADİQİN ATAYURDA QAYITMASI 

1.  Sadiqin  Vətənə  gəlişini  Ruhani  Mərasim  səviyyəsinə 

qaldırmalı. 

Sadiq bir daha Atalı, Yurdlu, Qardaşlı olduğunu bilsin. 

 

2. Halal qardaşını vokzalda gül-çiçəklə qarşılayır. 



O biri gün Safruh öz evində Sadiqin şərəfinə Ruhani Məclis 

düzəldir. 

 

3.  Atanın  hüzuruna  gəlməmişdən  əvvəl  Sadiq  Amalla 



(Müqəddəs  Kitablarla)  tanış  olur,  görülənləri,  Vəziyyəti, 

Məqsədi, Vəzifəni öyrənir. 

 

4. Sadiq Atanın Ziyarətinə - Qayıtmanın üçüncü günü gəlir. 



Yazılı  şəkildə  İnamını,  İdrakını,  Mənəviyyatını  Ataya 

təqdim edir. 

“Ömrüm sənindir, Ata. Al. İstədiyin kimi sərf et” – deyir. 

Görüş axşam saat 11-də başlayır, 11.15-də qurtarır. 

 

5. Mərasim yazılır, saxlanılır. 



 

28 Günəş Ayı, 8-ci il. Bakı. 

 


 

21 


HALAL ÜÇÜN 

Ömrü Həyata sərf eləmək olmaz. 

Ömrü Amala sərf eləmək gərəkdir. 

Ömrü bugünə sərf eləmək olmaz. 

Ömrü sabaha sərf eləmək gərəkdir. 

Amalımızın bənzərsizliyinə qovuş. 

Sabahımızın bənzərsizliyinə qovuş. 

Halal adını sənə halal edirəm. 

Səni evladlığa qəbul edirəm. 

Ata qarşısında xəcil olmayasan! 

Amal qarşısında xəcil olmayasan! 

Sabah qarşısında xəcil olmayasan. 

 

6 Ümid günü, Çiçək Ayı, 8-ci ildə təzədən doğuldun! 



 

Ürəyin Qaranlıqları Yarsın! 

Daxilindəki Mütləq sənə yar olsun! 

 

6 Çiçək Ayı, 8-ci il. 

 

(Qeyd: Həyatda adı Nəbi idi. Ocaqdan çıxdı). 



 

SAFRUH ÜÇÜN 

1. Atayla Görüş 15 dəqiqə ərzində baş verir. 

Yazılar  Ataya  təqdim  olunur  və  Ata  Yazılara  cavab  verir, 

Hökmlər, Məlumatlar şəklində yazılı Təmaslar. 

Tapşırıqlar. Səssiz Səcdə. 

Hər dəqiqə Mütləqiləşir. 

 

2.  Maqnitofona  Ata  müraciətinin  yazılması  Atanın  Düşü-



nülmüş hərəkəti idi və o, özünü tam doğrultdu. 

Bu, görüşün Qaydalarını dəyişmir. 

 


 

22 


3.  Halalı  Evladlıq  zirvəsinə  qaldırmaq  yolunda  yorulmaq 

bilmə. 


Bununla özün də Evladlıq zirvəsinə yüksəlirsən. 

 

4.  Safruhun  Ataya  Yeni  İl  Sözü,  Evladların  Müraciətindən 



daha hərarətli, daha Məhəbbətli, daha Səcdəli idi. 

Əminəm ki, o həqiqətə daha uyğundur. 

İşgüzarlıq Səcdədən ayrılanda – sönükləşir. 

Səcdə Müqəddəsliyi – Ruhani Günəşdir, isindirir. 

Səcdə – Evlad Dilidir. 

Evlad öz Dilində danışır. 

 

 

SAFRUH ÜÇÜN 



1. Halala Ruhani Biliyi halal elə. 

 

2. Tamam Tamamlanmalı, İnallanmalıdır. 

 

3. “Muğam Fəlsəfəsi” yazıldı. 



Tədqiqat olsa da, Amallıdır. 

İmkan  daxilində,  Səfərdən  qalmamaq  şərtiylə,  makinadan 

çıxart. 

4. Əkin Ayı Yox, Yağış Ayı. Belə deyilib, belə də oxunsun. 



 

5. “Qətiyyən Tələsmə! Qətiyyən gecikmə!” 

 

6. Əsili, Halalı Təzə Kəlamlarla, Hökmlərlə yaraqlandır. 



 

7. Atayla Görüş Mütləq mənada 15 dəqiqədə bitməlidir. Bu, 

Ürəyin  hökmü  deyil,  İradənin  hökmüdür:  “Yazdığın  Ataya 

təqdim edilir, Yazılan aparılır”. 

 

8.  Şəkillər  haqqında:  Qaranlıq  Fotolarda  Müqəddəs 



Məqamın İşıqları görünür. 

 

23 


9. Halal Ata hüzuruna gələ bilər: 

Suallarıyla saat 11-də, 15 dəqiqə ərzində. 



Yazılı Suallara Yazılı Cavablar almaq üçün. 

 

10. Ata Kəlamının, Hökmünün ən cüzi vergülünə əməlsizlik 



Ocağa xəyanətdir. 

Bizdən  əvvəlkilər  Mütləqiliyi  pozdular,  ona  görə  də 

Müqəddəslik söndü. 

Dərs almayan Dərs verməz! 

 

Ürəyin Qaranlıqları Yarsın! 



 

16 Qismət günü, İşıq Ayı, 8-ci il. Bakı. 

 

 



SAFRUHA, SADİQƏ, ƏSİLƏ, HALALA 

Tələsmədən və gecikmədən əməl etmək: 

1. Evladlıq Nişanəsi (müasir dildə: vəsiqəsi, pasportu və s.) 

hazırlanır.  Dörd  səhifədən  ibarət,  qabıqlı.  Ürəyin  başında 



saxlanılır, yağıya verilmir! 

 

2.  Üz  qabığında:  Atanın  şəkli,  “İnsanlaşın,  İnsanlaşdırın!” 



kəlamı. 

 

3. Birinci səhifədə: Evladın şəkli. 



Ad: Atanın verdiyi. 

Nəsil: Atalı. 

Doğulduğu vaxt: Ocaq ili. 

Vətən: Atayurd. 

Amal: Asifçi. 

 

4.  Dördüncü  səhifənin  sonunda:  “Ata  Ruhunu  Ürəyimdə 



Aparıram!” nidası, Atanın İmzası, Tarix. 

 


 

24 


5. Üçüncü səhifədə: “Mütləqim – Asif Ata. 

Rəngim – İşıq. 

Rəmzim – Ocaq. 

Bayrağım – Vicdan. 

Yarağım – İnam!” kəlamı. 

 

6.  Bədiiyyat,  nəfslik,  ciddilik  əsasında  təzə  biçim  tapmaq. 



Düşünmək, daşınmaq, xəyalı, mənəviyyatı səfərbər eləmək və 

həmişəyaşar  mənaya  layiq  Biçim  seçmək,  Ataya  təqdim 



etmək... 

Sabahı göz önündə tutmaq. 



Məsuliyyətlə yaraqlanmaq! 

 

7. Hələlik 10 nüsxəylə kifayətlənmək. 



Birinci nüsxə Safruhun, ikinci – Sadiqin, üçüncü – Əsilin, 

dördüncü – Halalın adına yazılır. 

Sizə müqəddəs işdə ruhani uğurlar diləyirəm! 

 

(Safruha: “Pünhan” sənədi üçün qoru) 



 

18 İnam günü, İşıq Ayı, 8-ci il. Bakı. 

 

SAFRUHUMA 

1. Fəlsəfi Nəqaratın gözəldir. 

Qeydlər:  nazlı  dalğalar  yox,  ərşə  qalxan  dalğalar,  yaxud 

başqa bir şey. 

50 yaş qeyd olunmur, Ata Günü qeyd olunur. 



Son cümlədə duyğu natamlığı var. 

Daha qəti duyğuyla qurtarmalıdır nəqarat. 



Son Akkord Qətiliyi! 

“Rus xalqının əleyhinə deyilik!” – etirafına ehtiyac yoxdur. 

Bu, Fəlsəfəmizin əlifbasından bəllidir. 

Kiməsə nəyisə sübut eləmək Müqəddəs Məqama yaramır. 

 


 

25 


2. Təzədən makinadan çıxart, qaralama olmasın. 

 

3. Ruhani Sənədlər Dəftəri (Papkası) ayır. 



Ora Əməl, Ataya Səcdə, Ruhani Hökmlər və b. Yazıları yığ. 

 

4. 25-dən Yeni Mərhələ başlayır. 

Həmin günə Layiq olun. 

 

5. “Təzadlar”ı ayrı da çap eləyə bilərsən, sonuncu kitabla 

da birləşdirə bilərsən. 

Üçünə Ümumi Ad 25-də deyiləcək. 

 

6.  Tamamın  Atayla  Görüşünü  hazırla  (“Əməl”,  “Ataya 



Səcdə Müqəddəsliyi” əsasında). 

25-də iştirak edə bilər. 

Evdə Vaxtını müəyyənləşdirin. 

25-də deyərsən. Tamam – Evlad olacaq. 

 

7.  Ya  sənin  gündəliyin,  ya  da  Aslanın  dostunun  gündəliyi 



oxunub. 

Səbəb odur. 



Heç nə dəqiq bilinmir. 

8. Maddi problemin həlliylə ciddi məşğul olacağam... 



Sənin ağır yükün Mütləq yüngülləşməlidir... 

İşığı qorxuram kəsələr... 

Tapmasan, gəl maaşımdan apar... 

Hər şey gözləmək olar qeyrətsizlərdən. 

 

9. Yuxuda gördüm ki, Şərin başını kəsmisən. 



Ancaq  sonra  baş  bədənlə  bir  təhər  birləşdi  və  ölü  səslə 

dillənməyə başladı. 

Şər bizə qələbə çala bilməz. 

Çünki həm Atasızdır, həm də Evladsızdır. 

Mütləq sənə Yar olsun! 


 

26 


MƏLUMAT 

Səfər  mərhələsini  İyləyən  Şər  Atanın  qulağına  maddiyyat 

çöpü soxdu. 

Atanın Aylıq maaşını kəsdilər. 

Vəziyyətdən Sizsiz, özüm çıxdım. 

Şərin iyrənc kassa fəndi bu dəfə də baş tutmadı. 

 

29 Mərhəm günü, İşıq Ayı, 8-ci il. Bakı. 

 

SAFRUHA 

“Ata İşığında” kitabının birinci cildiylə bağlı. 

 

Qadın deyirsən – Amal deyəcəksən! 



Gözəllik deyirsən – Amal deyəcəksən! 

Ad-san deyirsən – Amal deyəcəksən! 

Bugün deyirsən – Sabah deyəcəksən! 

Nisbi deyirsən – Mütləq deyəcəksən! 



Mütləq deyəcəksən! 

 

30 Qismət günü, İşıq Ayı, 8-ci il. 

SAFRUHA 

Saf duyğuların, düşüncələrin mübarək! 

Kitabın haqqında heç bir tənqidi mülahizə deməyəcəyəm. 

Vaxt  gələr,  özün  Amal  işığında  kitabındakı  qüsurları 

görərsən. 



Buyuruğum:  

Amalımızın  Ruhuna  uyğun  olan,  Məqsədimizə  bilavasitə 

xidmət edən, Tam  Yetkin, Əməlli  Deyimlərdən  Nisbətən daha 

qısa,  bəlkə  də  bir  cildlik  Ruhani  Kitab  hazırlayırsan  (“Ataya 



Doğru” Yetkin Addır). 

Sabahyönlülər üçün. Sabahlılar üçün! 

 

“Qadın  öpüşünün  dadını”  biz  də  görmüşük,  ancaq 



bəşəriyyətin bundan başqa da dərdləri var! 

 

27 


Cildləri  Ruhani  Suda  yuyursan,  sıxırsan,  sonra  Günəşdə 

qurudursan və Saf Kitab yaranır. 

Sənin  bugünkü  səviyyəni  qabaqlayan,  Sabahkı  səviyyəni 

ifadə edən kitab. 

“Sosializm  bütün  vəziyyətlərdə    köləlik,  məzlumluq 

yaradır. 

Kapitalizm bütün vəziyyətlərdə  yırtıcılıq, zalımlıq yaradır. 

Yeni cəmiyyət, İnsani cəmiyyət, Ruhani cəmiyyət gərəkdir. 

Sosialist Azərbaycanı elə Sovet Azərbaycanı deməkdir! 

Amaldan başqa Gözəllik və Sevgi yoxdur! 

Cismani gözəllikdən vəcdə gəlmək asandır, Ruhaniyyat əsil 

Aşiqlikdir, bunun üçün Təzə İdrak lazımdır. 

Həyat Amalın kölgəsidir, ancaq naşı gözlərə Amaldan canlı 

görünür. 

Təzə göz gərəkdir”. 

Amalımızın  bu  çox  adi  qənaətləri  işığında  Kitab  bağçanı 

ağac-ağac,  meyvə-meyvə  gəz  və  Ocağımız  üçün  Ləyaqətli 

saydığın meyvələrdən bir əməlli Səbət bizə təqdim elə. 

Evladlar üçün Ruhani kitab yaranar, yaşayar. 

Gərəkli işində Uğurlar diləyirəm. 

31 Murad günü, İşıq Ayı, 8-ci il. 

 

SADİQİM ÜÇÜN 

Ürəyimdə görürdüm ki, Ata Ruhunu ürəyində gəzdirirsən. 



Ata Yurda qayıtman sevincimizdir! 

 

Sadiqimə hökmüm: 



1. Təmas vəzifəsi. 

Şərqiyyə, Yeganə, Yaqut, Etibar sənin Ata Yurda qayıtmanı 

bilməlidirlər. 

Bakıdan  kənara  çıxmadan,  yetkin  ustalıqla,  ləyaqətli 

məharətlə  onlara  gəldiyini  bildirirsən;  evladlar  səni  tapsalar, 



Atayla görüşə Müqəddəs həsrət və yanğıyla can atsalar, onları 

 

28 


Ata Hüzuruna hazırla (“Sədaqət” kitabında toplanmış kəlamlar 

və hökmlər əsasında), Ad qoyma mərasiminə yüksəlt! 



 

2. Xalqlaşma vəzifəsi. 

Müqəddəs Kitablar, Amal və Əməl yeni, daha kamil şəkildə 

xalqa çatdırılır. 

Xalq – ailələşir. 

Bakıda ailələşmə əməli sənə tapşırılır. 

“Sədaqət”i öyrən, öz fikirlərini, tədbirlərini Ataya təqdim et, 



əmələ başla. 

 

3. Dünyalaşmaq vəzifəsi. 

Amalımız  imperiyanın  bütün  ərazisinə,  Şərqə,  Qərbə 

yayılmalıdır.  Rəsmi  dairələrlə  yox,  diplomatik  idarələrlə  yox, 

xalqlarla, insanlığa can atan adamlarla ruhani  əlaqə  yaratmaq! 

Onları Amal Müqəddəsliyiylə nurlandırmaq! 

Tələsmədən və gecikmədən ardıcıl şəkildə genişlənməliyik! 

Bu  haqda  fikirlərini,  tədbirlərini  Ataya  təqdim  et  və  əmələ 

başla. 

 

4. Maddi müstəqillik vəzifəsi. 



Maliyyə  məsələsini  bir  dəfəlik  həll  etməliyik,  kassa  təzyi-

qindən  qurtarmalıyıq,  hərtərəfli  maddi  təminata  nail  olma-



lıyıq. 

Bu  haqda  mülahizələrini,  tədbirlərini  Ataya  təqdim  et,  öz 

töhfəni ver. 

 

5. Pünhanlıq vəzifəsi. 

Şərlə həqiqət dilində danışılmır, çünki o bu dili bilmir. 

Şərə sirr verilmir. 

Atayla,  Ocaqla  münasibəti  yalnız  Safruh,  Əsil  və  Halal 

bilməlidir. 

Digərlər – özgələrdir. 

Hər ayın 1-də Ata Hüzuruna gəlirsən... 



 

29 


Yazdığını Ataya təqdim edirsən – yazılanı oxuyursan. 

Görüş axşam saat 11-də başlayır və 11.15-də qurtarır. 

 

6. Kamilləşmə vəzifəsi. 

Daim,  ardıcıl  şəkildə  Mütləq  İnama  yüksəlmək,  Mütləq 

İdraka  yüksəlmək,  Mütləq  Mənəviyyata  yüksəlmək,  Mütləq 

İradəyə yüksəlmək! 



Özünlə mətinli təmas! 

Müqəddəs Kitabları öyrənmək, onlara qovuşmaq, onlarla bir 

olmaq... 

Balaca “Mən”ə güzəştə getməmək, böyük “mən”ə xəyanət 

etməmək! 

Birimiz min olmayınca minlər bir olmayacaq! 

 

Ürəyiniz qaranlıqları Yarsın! 



 

1 Şölə Ayı, 8-ci il. Bakı. 

 

 



(Qeyd:  Ata  onu  16-cı  ildə  Ocaqdan  çıxartdı...  Həyatda  adı 

Yadulla idi). 

 

 

OĞLUM ƏSİLƏ 

Müqəddəs  Kitablar,  Ata  Kəlamları,  Hökmləri  sənin  evində 

öyrənilir, kənara çıxarılmır. 

Evladlar üçün dəqiq vaxt ayır. 



Tədbiri Yüksək İdraki səviyyədə hazırla. 

Bir saniyə belə boş keçməsin. 

Hər dəqiqə mənimsənilsin! 

Şər ilan kimi qıvrılsın, ancaq heç kəsi çala bilməsin! 

 

2.  Dərk  elə  ki,  Asifçilər  döyüşür,  ancaq  bu  döyüş  başqa 



döyüşlərə bənzəmir, elə onun Müqəddəsliyi bundadır! 

 

30 


Bənzərsizik, ona görə də məğlubiyyət tanımırıq. 

 

Ürəyin qaranlıqları Yarsın! 



 

23 Arzu günü, Şölə Ayı, 8-ci il. 

 

(Qeyd:  Ata  onu  13-cü  ildə  Ocaqdan  çıxartdı...  Həyatda  adı 

Elxan idi). 

 

 



ATA – EVLAD VƏHDƏTİ 

 

Safruha 

 

Mütləq Həqiqəti Evladlara Mütləq səviyyədə çatdır. 



“Mənim üç atam var!” – deyəndə Evladlar anlamalıdırlar ki, 

bu  səni  üç  sifətli  eləmir,  bütövlüyünü  parçalamır,  Asifçiliyini 

üçdə birə endirmir. 

Özün  üçün  bir  məsələni  tam  aydınlaşdırmalısan:  Kamal 

Atatürk  Asif  Ata  üçün  keçmiş  mərhələdir.  Sənin  Kamal  Ata 

Evladlığın da Asif Ata üçün keçmiş Evladlıqdır. 



Üç  Atalıq  mərhələsi  mütləq  bir  Atalıq  həmişəliyinə 

çevrilməlidir!  Vahid  Ata  olmayan  yerdə  Mütləq  Vəhdətdən 

danışmaq olmaz! 

Üç Atalıq – əslində Nisbi Atalıqdır! 

Mütləqçiliyə yaraşmayan Atalıqdır! 

Cismani  Ata  Evladı  həyata  gətirir,  Tarixi  Ata  onu  Ruhani 

Ataya  qovuşdurur,  Ruhani  Ata  Evladı  Amallaşdırır, 

Sabahlaşdırır. 

Ata  Birdir,  Mütləqdir  –  ancaq  ona  doğru  Yol  çoxatalıq 

mərhələsindən keçir. 

27 Şölə Ayı, 8-ci il. Bakı. 

 

 



 

31 


EVLAD YÜKÜ 

Ata  Xalq  Çayına  enərdi,  Həqiqət  Tilovu  atardı,  Qeyrət 

Balığı tutardı. 

Şər Xalq Çayını Ataya yasaq elədi. 

İndi Evlad Həqiqət Tilovu atmalı, Qeyrət Balığı tutmalıdır. 

  

27 Qismət günü, Şölə Ayı, 8-ci il. Bakı. 

 

 

 



SADİQİMƏ 

Ehtiramın pakdır! 

 

1. Ata Gününə qədər (Ata Ayı 25) nişanə hazır olmalıdır. 



Bənzərsiz, həmişəlik, müqəddəs biçimdə. 

Ata  Ayının  1-də  Ata  hüzurunda  nişanənin  son  biçimi 

Ataya təqdim olunur. 

Ata Günündən bir gün əvvəl nişanə Ataya göstərilir. 

 

2.  Ata  Gününə  qədər  maqnitofon  hazırlanır  ki,  Günü,  Ata 



Müraciətini, evladların Ata haqqında sözlərini, ümumən ruhani 

mərasimi yazasınız. 

 

3.  İtirdiyin  sərvəti  tap  və  Ata  rəsmini  oradakı  şəkillər 



əsasında nişanəyə köçür (təzə səviyyədə). 

 

4. Döyüşdəyik! 

 

Ürəyin qaranlıqları yarsın! 



 

1 Ümid günü, Od Ayı, 8-ci il. Bakı. 

 

 



 

32 


SAFRUH ÜÇÜN 

1. Heç nə dəyişmir. Şər əməlin ahəngini poza bilməz. 

Ata Günü vaxtında, ruhani səviyyədə keçirilir. 

Bu inam günü saat 12-də Atanın şəkli çəkilir... 

Evladlar Ata hüzuruna vaxtında gəlirlər. 

Təhlükədən cəsarət hasil olunmalıdır. 

 

Sadiqim  Ata  Hökmü  əsasında  nişanə  tapşırığını  Mütləq 

Mənada həyata keçirməlidir. 

 

2.  Atanın  şəkli  nişanənin  üz  qabığında  yox,  birinci 



səhifədə əks olunur. 

“İnsanlaşın,  İnsanlaşdırın!”  çağırışı,  “Asif  Ata”  imzası 

şəkillə bərabər həkk olunur. 

Nişanə  bənzərsiz,  müqəddəs  biçimdə,  şərqi  bədiyyat 



cizgilərində yaradılır. 

Həmişəlik yaşamaq üçün! 

Mütləq məsulluq yükü düşür çiyninizə. 

Ata qiymət verəcək səyinizə! 

 

3. Nişanənin üz qabığı Ata Hökmü əsasında rəmzləşir. 



 

4. Ata gününü övladlar yubiley hərcayiliyi saymasınlar. 

Bugünün idrakını idraksızlıq sayırıq. 

Ata  Günü  –  Atanın  evladlarla  müqəddəs  təmas  günü,  təzə 

Ata Sözü məqamıdır, evlad ülfətinin təzahür ülviyyətidir, həm 

qədim,  həm  bənzərsiz  ənənənin  yaranmasıdır,  Amalımızı, 

sabahımızı təsdiq etmək üsuludur. 

 

5. Qəlbini evladlıqda saxladım. 



Tövbəsi – qəlbiydi. 

4 – nömrəli nişanəni ona yazın. 

5 – nömrəlini Halala. 

 


 

33 


6. Ata Günü nişanə mərasimiylə bitir. 

Ata  Nişanəni  evladlara  bir-bir  təqdim  edir,  evladlar  bir 

kəlməylə  Ataya  cavab  verirlər,  ehtiram  göstərirlər.  Kəlmə 

ürəkdən,  evlad  idrakından,  inamından  süzülür.  Hər  kəs  öz 



istədiyi  kəlməni  deyir.  Təqdimat  bitdikdə  evladlar  birlikdə 

Ataya  səcdə  qılır,  sonra  müqəddəs  zəncir  həlqəsi  şəklində  əl-

ələ verib, evlad vəhdəti ifadə edirlər. 

(Bu mərasimi hərtərəfli düşünün: 



Bənzərsiz və yetkin alınsın!) 

 

7. Bütün əməl bir saatın içində bitməlidir. 



Ömür qısa – yol uzundur. 

 

8. Adlanmamış – evlad sayılmır, Müqəddəs Kitablara layiq 



görülmür. 

Müqəddəs kitablar öyrənilir və Əsilə qaytarılır. 

Müqəddəs Odun qorunması, yağı əlinə keçməməsi – mütləq 

məsulluqdur. Həmin məsulluqdan məhrum olmaq  – evladlığı 



öldürməkdir. 

 

9. Sözü əməldən cüzi də olsa ayırmaq – yağılıqdır. 

Ata  evladlardan  ləyaqətli  Ata  Günü  gözləyir.  Ləyaqət 

sözünə layiq! 

 

10. Əsil odu şər yağışından çıxara bildi. 



Həm də özünü öyrənmək üçün dərs qazandı. 

 

11.  Evladların  üç  əməli:  Amalı  öyrənmək,  özüylə 



döyüşmək, ailə yaratmaq... 

 

12. Evladların bir evladsızlığı: Ata Sözündən çıxmaq. 



 

Ürəyin qaranlıqları yarsın! 

Mütləq sənə yar olsun! 

 

25 Qismət günü, Od Ayı, 8-ci il. Bakı. 



 

34 


HALALA 

1. Bir qayğımız var: Amallaşma – amallaşdırma. 



Üç  borcumuz  var:  Müqəddəs  Kitabları  öyrənmək  –  öyrət-

mək;  özünü  dəyişmək  –  kamilləşmək;  Ata  ailələri  yaratmaq  – 

təmsil etmək, Atanın cari buyuruqlarına əməl etmək! 

 

2. Ata Gününə müqəddəs məsuliyyət hissiylə hazırlaşın! Ata 



ləyaqətinə layiq! Evlad sədaqətinə layiq! 

 

3. Bugünlə daxili əlaqəni tam kəsməlisiniz.  



Antibugün səviyyəsində düşünməli, duymalı, yaşamalısınız. 

Natamlıq, adamlıq səviyyəsini bütünlüklə rədd etməlisiniz! 

 

4. Ata kəlamlarının hərfini belə, müqəddəs tutun!... 



Mütləq Həqiqət Mütləq Əməl tələb edir. 

Ata əməlinə riayətdə cüzi nisbilik – həqarətdir! 

 

5. Münaqişəsiz, mübahisəsiz, həsədsiz, rəqabətsiz evladlıq – 



qardaşlıq,  bacılıq  normasına  Mütləq  Əməl!  Atanın  evladları 

biri-biriylə  Mütləq  mənada  Ruhani  Birliyə  qovuşmuş 

kamillərdir! 

 

6.  Gələn  əsrdə  yetkinlik  vədəsinə  çatacaq  15  yaşlılardan 



başlamaq lazımdır ailə yaradıcılığına. 

 

7. İdrakınızı nar kimi sıxın, Mənəviyyatınızı nar kimi sıxın, 



İradənizi nar kimi sıxın, qeyri-adi güc lazımdır Amalımıza! 

Adi güc azdır! 

 

8. Ömrün çox hissəsi, vaxtı, məqamı (əslində hamısı) Ama-



la həsr olunmalıdır... 

Amala həsr olunmayan nə varsa – hədər gedəndir. 

Düşünün, daşının, ömrü hədər verməyin! 

Ömrün çoxunu antiamala, azını Amala həsr etməyin! 


 

35 


Fərəhinizi göz bəbəyiniz kimi qoruyun! 

 

9. Həmişə qanadlı olun, ruhani qələbə məğlubiyyət tanımır. 



 

10. Şər məzhəkələşir, öldürmək istədiyi halda güldürür. 

 

Ürəyiniz qaranlıqları yarsın! 



Daxilinizdəki Mütləq sizə yar olsun! 

 

15 Qismət günü, Qürub Ayı, 8-ci il. Bakı. 

 

 

1   2   3   4   5   6   7   8   9   ...   26


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə