On Qutsal Bitiq’in (Onluğun) Yan Bitiqləri



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə10/26
tarix03.12.2016
ölçüsü2,19 Mb.
#690
1   ...   6   7   8   9   10   11   12   13   ...   26

 

YOXLUQ HÖKMÜ 

Fərd  üzərində  Hakim  çoxluğu  –  Ata  yoxluğuna  dəlalət 

eləyir. 

Atasızlara hökm eləyən çox olur. 

 

XALQ – FƏRD 

Xalq – Fərdi özünüifadə və özünütəsdiqdir – qarşısıalınmaz, 

aramsız. 


 

152 


BİRLİK – CƏMİYYƏT 

Cəmiyyət  sözü  Birlik  hadisəsinin  mahiyyətini  ifadə  eləmir, 

kəmiyyətini ifadə eləyir. 

Bu  səbəbdən  də  Ruhani  Cəmiyyət  anlayışını  Ruhani  Birlik 

anlayışıyla əvəz etmək lazımdır. 

 

XALQSIZLIQ 

Parlamentarizm  –  Xalqı  ifadə  eləmir,  müxtəlif  təbəqələri 

ifadə  eləyir  –  təbəqələrin  cəmi  Birlik  deyil,  Birlik  olmayan 

yerdə isə Xalq yoxdur. 



 

YERSİZ 

Xalqın  cəmiyyətdə  yeri  yoxdur  əslində  –  çünki  Xalq 

cəmiyyətdən artıqdır. 

 

QEYRİ-İCTİMAİLİK 

Marksizm İnsaniliyi İctimailiklə bərabərləşdirir. 

Əslində isə İnsanilik Zorla, Güclə, Əlacsızlıqdan İctimailik-

dir,  İctimailiyə  sığmayan  Ruhanilikdir...  –  Ruhaniyyatın  boy-

nuna salınan Boyunduruqdur. 



Birlik gərəkdir İnsaniliyə  İctimailik yox! 

 

ATALIQ SƏLAHİYYƏTİ 

Ata – Hakim deyil – Yaradıcıdır; – 



Müstəqil Fərdlərdən Xalq yaradır. 

 

FƏRQ 

Cəmiyyət təbəqələşməyə meyl eləyir, Xalq Birliyə. 

 

 



ƏDALƏTLİ ASILILIQ 

Cəmiyyət  Fərddən  asılı  olduğu  dərəcədə  –  Fərd  cəmiyyət-

dən asılı olur. 

 


 

153 


FƏRQLƏR 

Rəiyyətləşmə – Hakimin Fərdə Sahib olması. 

Təbəqələşmə – Cəmiyyətin Fərdə Sahib olması. 

Xalqlaşma – Fərdin özünə Sahib olması. 

Bu  səbəbdən  də  Xalq  Rəiyyətçiliyə  qarşıdır,  təbəqəçiliyə 

qarşıdır mahiyyətcə. 

Bu səbəbdən də Xalq indiyə qədər öz mahiyyətini tam ifadə 

eləməyib. 

 

ÖLÇÜ 

Təbəqə  tanımırıq,  Sinif  tanımırıq  –  Fərd  tanıyırıq,  Xalq 

tanıyırıq. 

Fərd – Özünə Sahib olan. 

Xalq – Fərdin Qovuşduğu. 

 

NAİLİYYƏT – MƏĞLUBİYYƏT 

Bəşərin millətlərə  bölünməsi  –  bəşərin qələbəsiydi  –  İnsanı 

sürüdən ayıran. 

Millətlərin  təbəqələrə  bölünməsi  –  bəşərin  məğlubiyyətiydi 

– İnsanı İnsandan ayıran. 

 

ÖLÇÜLƏR 

Qərbdə İnsan nailiyyətə bərabərdir. 

Şərqdə itaətə bərabərdir. 

Əslində  isə  İnsan  –  İnsaniyyətə  –  yəni  Ruhani  Kamilliyə 

bərabərdir. 

 

FƏLAKƏTLİ DƏRS 

Texnikadan  Nökər  düzəltmək  əvəzinə  –  Müəllim  düzəldir-

lər, Mexanikləşmiş cəmiyyət yaradırlar – İnsana zidd. 

 

MÜNASİBƏT 

Texnikanı başa çıxaranda – İnsan ayağa düşür. 

Texnikanı ayağa salmaq lazımdır ki, İnsan başa çıxsın. 


 

154 


DEYİLƏN – DEYİLMƏYƏN 

Sənayeləşmə – ekoloji vəhşilik yaratdı – bunu deyirlər. 

Sənayeləşmə – yeni quldarlıq yaratdı – bunu demirlər. 

 

MÜTLƏQSİZLİK 

Texnikadan  Hökmdar  yaradırlar  İnsanlara  –  onlara  isə 

Mütləq gərəkdir! 

 

TEXNİKA “XİLASI” 

Kompüterləşmə vasitəsiylə İnsanlaşmaq olmaz. 

 

XƏYANƏT 

Atalarımıza Papa dedik, Analarımıza Mama dedik – Ataları-

mıza, Analarımıza xəyanət elədik. 

Atalarımız,  Analarımız  bizə  Papa  öyrətdilər,  Mama  öyrət-

dilər – Övladlarına xəyanət elədilər. 

 

ATASIZLIQ 

Şahlar xalqa Atalıq eləməyiblər – Ağalıq eləyiblər. 

Krallar xalqa Atalıq eləməyiblər – Ağalıq eləyiblər. 

Prezidentlər xalqa Atalıq eləməyiblər – Hamilik eləyiblər. 

Xalqlar Atasız olublar, bu səbəbdən də birlik yaranmayıb. 

 

 

QANUNSUZLUQ 



Yalnız Mütləq olan Qanunidir. 

Müasir Qanunların heç biri Mütləq deyil – bu səbəbdən də 

Qanunsuzdur. 

14 Dözüm günü, Şölə Ayı, 11-ci il. Bakı. 

 

 



FƏRQ 

İqtisadi Tərəqqi – İqtisadiyyatın İnsan üzərində Hakimliyi. 

Ruhani Tərəqqi – İnsanın İqtisadiyyat üzərində Hakimliyi. 


 

155 


ƏMƏKÇİ MÜLKİYYƏTİ 

Əməkçi satılmazlığı. 

 

MÜNASİBƏT 

Maksimal İqtisadiyyat Minimal Ruhaniyyat yaradır. 

Minimal İqtisadiyyatı Seçmək lazım olur. 

 

AVROPA SİVİLİZASİYASI 



Sənayeləşmə – Əməyin satın alınması. 

Ticarət – Satma, satılma. 

Demokratiya – Könüllü satılma. 

Dünyəviləşmə  – Mütləqsizlik. 

 

ƏMƏK HAQQI 

Dövlətə satılmağımız. 

 

SATILMA 

Hökumət bizə Ev verəndə – Biz satılırıq. 

Hökumət bizə Hamam tikəndə – Biz satılırıq. 

Hökumət bizə Qaz çəkəndə – Biz satılırıq. 

Hökumət bizə Yiyəlik eləyəndə  Biz satılırıq. 

 

SATILMA ƏSASI 

İqtisadiyyat  İnsan  Həyatının  əsası  sayılan  gündən  İnsan 

satılır. 

 

NAQİS MÜNASİBƏTLƏR 

İqtisadi münasibətlər əslində çox sadə münasibətlərdir. 

Ruhani naqislik onları mürəkkəbləşdirdi. 

 

GƏRƏKSİZLİK 

Sosializm  rüşvətxora  gərəkdir,  əyyaşa  gərəkdir,  yaltağa 

gərəkdir,  qəddara  gərəkdir,  şöhrətpərəstə  gərəkdir,  riyakara 

gərəkdir – İnsaniyyətə gərək deyil. 



 

156 


MADDİLƏŞMƏ 

Maddi bərabərsizlikdə İnsan maddiləşir. 



 

MÜNASİBƏT 

Kamili – Cəmiyyət öz qapısından içəri buraxmır. 

Kamil – Cəmiyyəti öz qapısından içəri buraxmır. 

 

17 Murad günü, Şölə Ayı, 11-ci il. Bakı. 

 

 

PEYĞƏMBƏRLİK ÜSTÜNLÜYÜ 



Koperniklərin,  Darvinlərin,  Eynşteynlərin  bütün  fəaliyyət-

ləri bir “Ənəlhəqq” kəlamına bərabər deyil. 



 

DAXİLİ GÖZ 

Evdə oturub Dünyanı görmək olar. 

 

SUFİ SƏS 

Qədir Rüstəmov – sufidir, sufiliyi bilməsə də: Pünhan oxu-

yur, Pünhanı oxuyur. 

 

 

MUĞAM ÇILĞINLIĞI 

Müdriklik Haraydır – Eşidilməyincə! 

 

 

FƏRQLƏR 



Kapitalizm – Bazar. 

Sosializm – Zindan. 

Ruhani Birlik – Məbəd. 

 

QİYMƏT 

Cəmiyyətdə  İnsanın  Bazar  qiyməti  olur  –  İnsan  qiyməti 

olmur. 


 

157 


FƏRQ 

Rəqabət olmayan yerdə Varidat yoxdur. 

Rəqabət olan yerdə Ruhaniyyat yoxdur. 

 

BAZAR MƏNTİQİ 

Cəmiyyət  mübadilə  əsasında  –  yəni  Bazar  məntiqiylə  – 

Qurulur. 

Bu səbəbdən də cəmiyyətdə Ülvilik yoxdur. 

 

FƏRQ 

Cəmiyyətdə  İnsan  –  iqtisadiyyatlaşır,  istehsallaşır,  siyasət-

ləşir – özündən ayrılır. 

Xəlqi Birlikdə – İnsan – İnsaniləşir. 

Xəlqi Birlik Yaranmalıdır – Cəmiyyət əvəzinə. 

 

İDEAL 

Maddi Təminat – Ruhani Həyat. 

 

ƏSRİN ÖYRƏTDİYİ 

Maddi Tərəqqi – Mənəvi Tərəqqi yaratmır. 

 

FƏRQLƏR 

Kapitalizm – Varidatçı. 

Sosializm – Zorçu. 

Ruhani Birlik – İnsançı. 

 

18 İnam günü, Şölə Ayı, 11-ci il. Bakı. 



 

ƏLAQƏ 

Amal Yükü – Fərəh Yükü. 

 

RUHANİYYAT ANTİİCTİMAİLİYİ 

Ruhaniyyat – maddiyyatdan kənardadır. 

Cəmiyyət isə maddiyyata əsaslanır. 

Bu səbəbdən də Ruhaniyyat – Antiictimaidir. 


 

158 


İDRAKSIZLIQ 

İdrak Varidatı bəyənməz – Varlı İdraksızdır. 

İdrak Mənsəbi bəyənməz – Mənsəbpərəst İdraksızdır. 

İdrak – İmtina sevər. 

İmtinasız – İdraksızdır. 

 

HADİSƏ 

Antiictimai Xəlqilik. 

 

ATASIZLIQ 

Cəmiyyət – Yalançı, Zahiri birlikdir, bu səbəbdən də cəmiy-

yətin Atası olmur, Ağası olur. 

 

MƏDƏNİ TƏNƏZZÜL 

Sinfonizm öyrədirlər adamlara – 

İnsaniyyət öyrətmirlər. 

Opera öyrədirlər adamlara – 

İnsaniyyət öyrətmirlər. 

Kompyüter öyrədirlər adamlara – 

İnsaniyyət öyrətmirlər. 

 

“İnsan – Allahdır!” – öyrətmirlər. 



Özümləşmə öyrətmirlər. 

Başqalaşma öyrətmirlər. 

Xalqlaşma öyrətmirlər. 

Dünyalaşma öyrətmirlər. 

 

RUHSUZLUQ 

Adamları Bacarıqlılara və Bacarıqsızlara bölmək – İnsaniy-

yətə ziddir. 

Bacarıq Faydalığı ifadə eləyir – İnsanlıq isə Ruhani Kamil-

liyə bərabərdir – İnam, İdrak, Mənəviyyat, İradə yetkinliyinə. 

Bacarıq baxımından adamları təbəqələşdirmək – insana tica-

rətçi münasibətidir, ruhani münasibət deyil. 


 

159 


MÜNASİBƏT 

Cəmiyyətə xidmət elədiyin dərəcədə Xalqa xəyanət eləyirsən. 

 

İNSANSIZLAŞMA 

Sənayeçi cəmiyyətdən danışırlar. 

Texnoloji cəmiyyətdən danışırlar. 

İnsani cəmiyyətdən danışmırlar. 

 

Cəmiyyətin  başına  mühəndis  qoyurlar,  texnik  qoyurlar  – 



İnsan qoymurlar. 

Cəmiyyətin  Məqsədini  sənayeləşmədə,  texnikləşmədə 

görürlər – İnsanlaşmada görmürlər. 

Vasitəni Məqsəd sayırlar – Məqsədi Vasitəsizləşdirirlər. 

 

 

İQTİSADİ RUHSUZLUQ 



Cəmiyyəti  İqtisadiyyatın  ixtiyarına  vermək  -  əslində  Ruhu 

bədənin ixtiyarına verməkdir. 

Son  nəticədə  Ruhaniyyatdan  məhrum  olan  cəmiyyət 

İqtisadiyyatdan da məhrum olur. 

 

 

ÖVLADIM BİNALIYA 



Binasızdırlar Bugünkülər. 

Çünki  İnamsızdırlar,  İdraksızdırlar,  Mənəviyyatsızdırlar, 

İradəsizdirlər. 

Ruhundan İnam Binası tik! 

İdrakından Həqiqət Binası tik! 

Mənəviyyatından Saflıq Binası tik! 

İradəndən Dəyanət Binası tik! 

Yurduna gərək ol! 



 

Binalı adını sənə halal eləyirəm! 

 

 

160 


Ürəyin Qaranlıqları Yarsın! 

Daxilindəki Mütləq sənə Yar olsun! 

 

19 Arzu günü, Şölə Ayı, 11-ci il. Bakı. 

 

(Qeyd: Həyatdakı adı Qüdrət idi. Ocaqdan çıxdı). 



 

 

SİVİLİZASİYA AQİBƏTİ 

Elektrik İşığı Hürmüzd İşığını əvəz edə bilmədi. 

 

VƏZİYYƏT 

Hakimiyyət  olan  yerdə  –  Zülm  var,  Hakimiyyət  Atalıqla 

əvəz olunmalıdır ki, Zülm yox olsun... 

 

 

MƏHƏBBƏTƏ QARŞI 



Şəhvət  –  məhəbbəti  öldürür,  şəhvətsiz  də  həyat  yoxdur  – 

həyat məhəbbətə qarşıdır əslində. 

 

YOXLUQ 

İmtinan yoxdur – nəyi Təsdiq edirsən? 

 

 

MÜQƏDDƏS OLMAYAN 



Məhəmməd – Gündüz Ruhuna, axşam Bədəninə qulluq elə-

yirdi. 


Gündüz təmizlənirdi, axşam çirklənirdi. 

Nə Təmizdən təmiz idi, nə Çirklidən çirkli – Həyatın yarat-

dığı kimi, Müqəddəslikdən uzaq. 

 

FƏRQ 

Qərbin – Göyü olmayıb əslində – Şərqin Yeri. 

 


 

161 


VƏZİYYƏT 

İqtisadi Tərəqqidə İnsan Təbiətə Yağı kəsildi; 

Təbiətlə  barışmaq  üçün  o,  İqtisadi  Tərəqqiyə  hədd  qoyma-

lıdır: maddiyyat əsrini Ruhaniyyat əsri əvəz etməlidir. 



 

VƏZİYYƏT 

Müasir Ərəbistan İslam Bayrağı altında Avropa yoluyla gedir. 

Müasir Hindistan Qandi bayrağı altında Avropa yoluyla gedir. 

Müasir  Türkiyə  Millətçilik  bayrağı  altında  Avropa  yoluyla 

gedir. 

Şərq Atalıq Bayrağı altında öz yoluyla getməlidir. 

 

20 Ümid günü, Şölə Ayı, 11-ci il. Bakı. 



 

FƏRQ 

Xalqa Ata gərəkdir, cəmiyyətə – Lider. 

Ata Mütləqçidir, Lider – siyasətçi. 

 

ANTİİCTİMAİ XALQ 

Xəlqi cəmiyyət olmayıb – Xalq antiictimaidir mahiyyətcə. 

O, Birlikdir,  cəmlik deyil. 

 

UTOPİYA 

Amalsızlıq. 

 

AĞILSIZLIQ 

Ruhsuz ağıl mahiyyətcə  ağılsızlıqdır, çünki  Mənaya  çatmır 

– Zahirə pərçimlənir. 

 

GÖYSÜZLƏR ULDUZLARI 

Estrada ulduzları. 

Paqon ulduzları. 

Döş ulduzları. 

Müasir Göysüzlərin aqibətinə düşən səyyarələr. 



 

162 


YAŞAMAMAQ 

Zərdüştsüz də yaşamaq olarmış – Zülmət içində... 

Babəksiz də yaşamaq olarmış – Köləlikdə. 

Dədə Qorqudsuz da yaşamaq olarmış – Başsız. 

Nəsimisiz də yaşamaq olarmış – Mütləqsiz! 

Füzulisiz də yaşamaq olarmış – Eşqsiz! 



Yaşamaq olarmış – yaşamaqsız! 

 

21 Dözüm günü, Şölə Ayı, 11-ci il. Bakı. 

 

 

HƏQİQƏT 



Mütiliyin qənimi – İntizam. 

 

VƏZİYYƏT 

Cəmiyyət  adamı  Yaltaq  olmaya  bilməz,  Alçaq  olmaya 

bilməz – yoxsa onu cəmiyyətdən qovarlar. 

Yaltaq  olmayan,  Alçaq  olmayan  –  cəmiyyət  adamı  ola 

bilməz əslində. 



 

BİRLİK GƏRƏKLİYİ 

Bolqarlar Türkləri ölkədən qovurlar. 

Özbəklər Mesxet Türklərini qırırlar. 

Ermənilər Qarabağı zəbt eləyirlər. 

 

Türklər Birliyi gərəkdir! 

 

HƏQİQƏT 

Dünyalaşmaq – Özümləşmək. 

Dünyasızlaşmaq – Özgələşmək. 



 

İMKANSIZLIQ 

İmkan daxilində İmkansızlıq yetişir. – 

İmkansızlıq daxilində İmkan. 



 

163 


GERÇƏK AMALSIZLIQ 

Gerçəklik səviyyəsində Amal olmur – Amalsızlıq olur. 



Gerçəkliklə barışmaq – Amalsızlaşmaqdır. 

 

HƏQİQƏT 

Gerçəklikdən üstün olmayan – gerçəkləşməz. 

 

SUFİLİYİMİZ 

Mütləqə vurulmuşuq, Mütləqcəsinə vurulmuşuq... 

 

MƏNASIZLIQ 

Mütləqə can atmaq Həyatın mənasına can atmaqdır. 

İndikilər Mütləqə can atmırlar, bu səbəbdən də müasir həyat 

əslində mənasızdır. 

 

SƏMAVİ MƏNA 

Yerin mənası əslində Səmavidir. 

Maddiyyatçılar bunu anlamırlar və Yeri mənasızlaşdırırlar. 

(Səmavi – yəni Yerdən Uca – Yerin mənası Yerdən Ucadır). 



 

22 Mərhəm günü, Şölə Ayı, 11-ci il. Bakı. 

 

HALLAR 

Dəyişməz – yəni Dəyişdikcə aşkarlanan. 

Dəyişkən – yəni Dəyişdikcə itən. 

 

23 Qismət günü, Şölə Ayı, 11-ci il. Bakı. 

 

QORXMAZLIQ 

Kilsələrdə Müqəddəslik Yoxdur – ona görə də Şər kilsədən 

qorxmur. 

Məscidlərdə  Müqəddəslik  Yoxdur  –  ona  görə  də  Şər 

məsciddən qorxmur. 



Olmayandan qorxmur Şər. 

 

164 


FƏND 

Kilsələrdən Komitə düzəltmək istəyirlər. 

Məscidlərdən Komitə düzəltmək istəyirlər. 

Xurafatdan bəhrələnmək istəyirlər Fəndgirlər. 

 

MÜTLƏQSİZLİK 

“Dünyada hər şey nisbidir!” – deyirlər. 



Nisbidə məna yoxdur. 

Dünyanı mənasızlaşdırırlar Mütləqsizlər. 



 

24 Murad günü, Şölə Ayı, 11-ci il. Bakı. 

 

QAQAUZ DOĞMALARIMIZA 

Yolunuza nur çilənsin! 

Bilin və agah olun ki, Şər öz əliylə Sizə Müstəqillik verməz. 

Müstəqillik üçün Şərlə qəti və barışmaz Döyüş gərəkdir. 

Türk  Doğmalarınızla  birləşin  –  azərbaycanlılarla,  osmanlı-

larla, qıpçaqlarla... 

Tələsmədən və gecikmədən xalqı Şərlə Döyüşə hazırlayın. 

Boyunduruq sınmalıdır – onda siz arzunuza çatarsınız, Türk 

Birliyində layiqli yer tutarsınız. 

 

Ürəyiniz Qaranlıqları Yarsın! 



Daxilinizdəki Mütləq sizə Yar olsun! 

 

 



HƏQİQƏT 

SSRİ  daxilində  Milli  müstəqillik  mümkün  deyil  –  Milli 

müstəqillik  Müstəqil  Dövlət  tələb  edir  –  İttifaq  Dövlətindən 

asılı olmayan. 

 

Sosializm  daxilində  Milli  müstəqillik  mümkün  deyil  – 



sosializm millətlərin biri-birinə qovuşması – yəni əslində milli 

assimilyasiya, ərimə ideyasına xidmət eləyir. 



 

165 


 

Milli  Müstəqillik  SSRİ-dən  ayrılmaq,  sosializmdən  xilas 

olmaq tələb eləyir. 

26 Arzu günü, Şölə Ayı, 11-ci il. Bakı. 

 

GÜNAH 

Sovet  xalqı  Günahkardır  –  Sovet  cəmiyyətinə  tabe  oldu, 

şəraitdən yuxarı qalxa bilmədi – İnsansızlaşdı. 

Xalq cəmiyyətdən artıqdır, böyükdür, yüksəkdir; Xalq bunu 

unutdu, Xalqa bunu unutdurdular. 

 

ÖVLADIM DOĞMAYA 

Dünya İnsana Yaddır. 

Çünki  İnamsızdır,  İdraksızdır,  Mənəviyyatsızdır,  İradəsiz-

dir. 


Qardaş Qardaşa Yaddır. 

Uşaq Böyüyə Yaddır. 

Dost Dosta Yaddır. 

Oğul Anaya Yaddır. 

Fərd Xalqa Yaddır. 

Ziyalı İşığa Yaddır. 

Bugün Dünənə Yaddır. 

Yadlıqla doludur ürəklər. 

Doğma olaq Dünyaya, Doğmalaşdıraq Həyatı, Doğma Yur-

dumuza  Doğma  Aqibət  gətirək,  Qurtaraq  onu  Yad  Aqibətdən, 

Yadlığın  Qənimi  olaq, Doğmalıq  yayaq talelərə, – Doğmalığa 

qərq olsun ömürlər, Doğmalıq yetirək Bağımızda. 

 

Doğma adını Sənə halal eləyirəm! 

Adına Layiq ol. 

 

Daxilindəki Mütləq sənə Yar olsun! 



Qaranlıqlar Yarılsın! 

 

27 Ümid günü, Şölə Ayı, 11-ci il. Bakı. 

(Qeyd: Həyatda adı Mayisə idi. Ocaqdan çıxdı). 



 

166 


MADDİ BƏRABƏRSİZLİK HƏQARƏTİ 

İnsanlığın – maddi Dəyəri yoxdur. 

Ayda 1000 manat alan Rəis ayda 200 manat alan Tabeçidən 

5 dəfə aşağı ola bilər İnsanlıqda. 

 

Maddi Bərabərsizlik İnsanlığa Ziddir. 

 

FƏRQ 

Cəmiyyət  –  adamı  yüksək  maaşla  satın  alır  –  İnsan 

cəmiyyətə satılmır. 



 

28 Dözüm günü, Şölə Ayı, 11-ci il. Bakı. 

 

 

HƏQİQƏT 

Azərbaycan Sovet Hökuməti – 

Ölkəsizlik, Dövlətsizlik Qoruyucusu. 

 

Azərbaycan Sovet Bayrağı – 



Ölkəsizlik, Dövlətsizlik Rəmzi. 

 

Azərbaycan Sovet Himni – 



Ölkəsizlik, Dövlətsizlik Mahnısı. 

 

Azərbaycan Sovet İqtisadiyyatı – 



Ölkəsizlik, Dövlətsizlik Məhsulu. 

 

Azərbaycan Sovet Mədəniyyəti – 



Ölkəsizlik, Dövlətsizlik Bəhrəsi. 

 

Azərbaycan Sovet Elmi – 



Ölkəsizlik, Dövlətsizlik Nəticəsi. 

 

 



 

167 


HƏQİQƏT 

Azərbaycan  Sovet  Respublikası  –  yəni  Azərbaycan  dövlət-

sizliyi, ölkəsizliyi – əslində respublikasızlığı – çünki dövlətsiz, 

ölkəsiz respublika olmur. 

 

SAFRUHA 

Övlad Ehtiramın Pakdır! 

 

1. “Ata Günü”nə Üç Əməl gətirirsən: “Məbəd”, “Müqəddəs 



Təlim”, “Məlumat Kitabçası”. 

 

2. Mərasimin Yazılışı Sənə Tapşırılır. 



Birinci  variantı  gələn  Ata  Görüşünə  gətirirsən.  Mahiyyət 

dəyişilmir, Biçim Təzələnir. 

 

3. Nişanələr hazırlanır 15-20 ədəd. 



 

4. “Ata Haqqında Söz”ün Məna Quruluşu: 



Ata Mahiyyəti. 

Ata İnamı. 

Ata İdrakı. 

Ata Mənəviyyatı. 

Ata İradəsi. 

Özümü Ataya layiq sayırammı? 

Övladlara çatdırılsın. 

 

5. “Ata günü” Mərasiminin Ümumi Məzmunu: 



Ata Haqqında Söz. 

Övlad Qəbulu. 

Ata Sözü. 

Ruhani Sənədlərin oxunması. 



Müqəddəsat: Səcdə, Rica, Muğam. 

 

6. Mərasim 4 saat ərzində keçirilir... 



Vaxt nizamı pozulmur. 

 

168 


7. Keçən Mərasimlərə  gəlməyənlər –  Ata Hüzuruna çağırı-

lır. 


Atayla  bərabər  Safruh  hamıdan  çox  işləyir,  bu  onun 

Fərəhini çoxaldır. 

Qaranlıqlar Yarılsın! 

 

30 Qismət günü, Şölə Ayı, 11-ci il. Bakı. 

 

 

RUHANİ CƏMİYYƏT QAYDASI 

İqtisadiyyatla məşğul olmaq – Ruhaniyyatla yaşamaq. 

 

MƏQSƏD 

İqtisadiyyatın Məqsədi Varidat olmalıdır, Zor olmamalıdır – 

iqtisadiyyatın məqsədi Ruhaniyyat olmalıdır;  yəni  İqtisadiyyat 

İnsanı maddi əsarətdən qurtarmalıdır ki, – İnsan ömrü özünüta-

nımağa, özünütapmağa, özünəçatmağa həsr olunsun. 

Bu baxımdan, minimal iqtisadiyyatın ruhani gücü maksimal 

iqtisadiyyatın ruhani gücündən artıqdır. 

 

1 Murad günü, Od Ayı, 11-ci il. Bakı. 

 

 



HƏQİQƏT 

Köhnələn  nə  varsa  –  əslində  təzələnmir,  yalnız  köhnəl-

məyən təzələnir. 

2 İnam günü, Od Ayı, 11-ci il. Bakı. 

 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin