On Qutsal Bitiq’in (Onluğun) Yan Bitiqləri



Yüklə 2.19 Mb.
PDF просмотр
səhifə18/26
tarix03.12.2016
ölçüsü2.19 Mb.
1   ...   14   15   16   17   18   19   20   21   ...   26

 

 

291 


HƏQİQƏT 

Əgər  heç  kəs  heç  kəsdən  ötrü  ölməyirsə,  demək,  heç  kəs 

yaşamır. 

 

HƏQİQƏT 

Şər – Mənasızdır, onun Zəifliyi bundadır. 

Xeyir – Mənalıdır, onun Gücü bundadır. 

 

Mənalı – Şər olmur, Mənasız – Xeyir olmur... 



İblislik – Mənasızlıqdır; İblis Fəallığı Mənasız Fəallıqdır... 

Bu  baxımdan,  Şər  –  Varlıq  deyil,  Yoxluqdur  –  amansız, 

fəlakətli, həqarətli, fəal Yoxluq. 

 

4 İnam günü, Qürub Ayı, 13-cü il. Bakı. 



 

HƏQİQƏT 

Qaranlıq Həqiqət olmur. 

Qaranlıq haqqında Həqiqət – İşıqdır. 

Ölüm haqqında Həqiqət – Həyatdır. 

 

5 Arzu günü, Qürub Ayı, 13-cü il. Bakı. 

 

HƏQİQƏT 

Şər Xeyirlə döyüşsə – məğlub olar; 

Şər – Nisbi Xeyirlə döyüşür, bu səbəbdən də məğlub olmur. 

Şərin qarşısına Xeyir çıxmır – bu səbəbdən də Şər yaşayır. 

 

HƏQİQƏT 

Şər Ruhla bacarmır – çünki Ruh – Mütləqdir. 

Şər Bədənlə bacarır – çünki Bədən – Nisbidir. 

 

HƏQİQƏT 

Xeyiri – Varlıq yaşadır, Şəri – Yoxluq. 

 


 

292 


VARLIQ – YOXLUQ 

Nisbi Xeyir Yoxdur. 

Nisbilikdə Şər Var. 

 

HƏQİQƏT 

Xeyir – Xeyir olsaydı – Şər olmazdı. 

Həqiqət – Həqiqət olsaydı – Yalan olmazdı. 

 

Şəri yaradan Xeyir əskikliyidir. 



Yalanı yaradan Həqiqət əskikliyidir. 

 

Şərin Varlığı yoxdur. 



Yalanın Varlığı yoxdur. 

 

HƏQİQƏT 

Şər Xeyir görməsə, ölməz. 

Şər Xeyir görmür, bu səbəbdən də ölmür. 

 

HƏQİQƏT 

Adam – Yalançı İnsan... 

 

VARLIQ – YOXLUQ 

Xeyir Var olsa – Şər yox olar. 

Xeyir Var olmur – bu səbəbdən də Şər yox olmur. 

 

HƏQİQƏT 

Mənasızlıq – Məna Yoxluğu. 

Məna – Mənasızlıq Yoxluğundan üstün. 

 

Mənasızlığı yaşadan Yoxluqdur, Mənanı yaşadan Varlıq. 



 

VARLIQ – YOXLUQ 

Şər – Xeyir Yoxluğu. 

Xeyir – Şər Yoxluğundan üstün. 


 

293 


 

Yalan – Həqiqət Yoxluğu. 

Həqiqət – Yalan Yoxluğundan üstün... 

 

Şər – Yalan. 



Xeyir – Həqiqət. 

 

6 Ümid günü, Qürub Ayı, 13-cü il. Bakı. 

 

HƏQİQƏT 

Adam İnsan olmayınca – İblis ölməyəcək. 

 

HƏQİQƏT 

Gördüyümüz nə varsa – Gerçəklikdir. 

Bildiyimiz nə varsa – Gerçəklikdir. 

Dünyanın Mənası – gördüyümüzdən artıqdır, bildiyimizdən 

artıqdır. 

 

HƏQİQƏT 

Gerçəklik səviyyəsində hünər olmur. 

Hünər – gerçəkliyi ötməkdir. 



Gerçəklik səviyyəsində Hünər – Yalançı Hünərdir. 

 

HƏQİQƏT 

Gerçəkliyin Fəlakəti Məna İşığında görünür: 

ancaq biz Fəlakəti görürük – Mənanı görmürük. 

 

VARLIQ – YOXLUQ 

Olanların çoxu – Yoxdur. 

Olmayanların çoxu – Var. 

 

HƏQİQƏT 

Mütilik – Ruhsuzluqdur. Din – Mütilik carçısıdır. 

Dini Ruh  əslində Ruhsuzluqdur. 


 

294 


ƏLAQƏ 

Allahın bəndəsi, hökmdarın rəiyyəti, Cəmiyyətin aləti. 

 

HƏQİQƏT 

Allaha bel bağladığı gündən Adamın beli qırıldı. 

 

HAL 

Musiqiyə necə qulaq asıramsa – Düşüncələrimə də elə qulaq 

asıram. 

 

HƏQİQƏT 

Allah  –  İnamdan  yox,  İnamsızlıqdan  yaranıb  –  Adamların 



Özlərinə İnamsızlığından. 

 

HƏQİQƏT 

Din Azadlığı – Ruhani Əsarət Azadlığı. 

 

HƏQİQƏT 

İntizam – Azadlıqdır; İtaət – Əsarət. 

Din İnsanı Allah əsarətinə salır... 

 

HƏQİQƏT 

İtaət – ən böyük Günahdır. 

Din – həmin günahı ləyaqətə mindirir. 

Din – Adam günahıdır əslində. 

 

HƏQİQƏT 

Mütilik – Şər işidir. 

Din – Şərə xidmət eləyir. 

 

HƏQİQƏT 

Adamlar Allaha inanmasaydılar – İnsanlaşardılar. 

 


 

295 


HƏQİQƏT 

Allaha inanmaq – əslində Mərhəmətli Ağaya inanmaqdır. 

Dindarlıq – əslində ölməyən Nökərçilikdir. 

 

HƏQİQƏT 

Adama yalnız İnsan kömək eləyə bilər – ancaq Adam İnsana 

inanmır, bu səbəbdən də Allahdan kömək diləyir. 

 

XƏLQİ BORC 

Xalqı Cəmiyyətdən qorumaq. 



 

HƏQİQƏT 

Cəmiyyətin  adamlara  verdiyi  haqların  hamısı  –  əslində 

adamlardan alınan haqlardır. 

 

NİKBİNLİK 

Dünya məhv olmayacaq – çünki Mahiyyəti Mütləqdir. 

Həyat məhv olmayacaq – çünki Mahiyyəti Mütləqdir. 

İnsan məhv olmayacaq – çünki Mahiyyəti Mütləqdir. 

 

HƏQİQƏT 

İnam – Əzəli Həqiqətdir. 

İnamsızlıq – Əzəli Yalandır. 

Yalançı İnam – İnamsızlıqdır. 



 

HƏQİQƏT 

Cəmiyyət çox vaxt İnsanı Adamdan gizləyir. 



 

MƏQSƏD 

Adam Cəmiyyətindən – İnsan Birliyinə. 



 

HƏQİQƏT 

Xalq – azad Fərdlər Birliyi. 

Fərd – azad Xalq Vahidi. 


 

296 


AZADLIQLAR 

Fərdi  Azadlıq:  Hamılaşmadan,  Təbəqələşmədən,  Özgələş-

mədən, Əşyalaşmadan – yəni Cəmiyyətdən azad olmaq. 

 

Xəlqi  Azadlıq:  Hamılaşmadan,  Təbəqələşmədən,  Özgələş-

mədən, Əşyalaşmadan – yəni Cəmiyyətdən azad olmaq. 

 

HƏQİQƏT 

Şər – Əzəli deyil, çünki Mənasızdır. 

– Sonsuz deyil, çünki Mənasızdır. 

– Kamil deyil, çünki Mənasızdır. 

– Əbədi deyil, çünki Mənasızdır. 

 

HƏQİQƏT 

Şər – Mənasızdır, Adam – Mənaya çatmayıb – bu səbəbdən 

də Şər ölmür. 



HƏQİQƏT 

Mənalı Şər olmur. 

Şər – həmişə Mənasızdır. 

 

Mənasız – Xeyir olmur. 



Xeyir – həmişə Mənalıdır. 

 

HƏQİQƏT 

İnsana inanmamaq olmaz – çünki İnsan hələ olmayıb. 

 

HƏQİQƏT 

Azadlıq – İnsanlıq. 

Əsarət – Adamlıq. 

 

ADAM GÜNAHI 

İnsan olmamaq. 

Nə qədər ki, Adam İnsan olmayıb – o, Günahkardır. 

 

7 Dözüm günü, Qürub Ayı, 13-cü il. Bakı. 



 

297 


FƏRQ 

Ruhani Ehtizaz – Məhəbbət. 

Cismani Ehtizaz – Şəhvət. 

 

HƏQİQƏT 

Azad Məhəbbət – Məhəbbətsizlik Əsarəti. 

Azad Əxlaq – Əxlaqsızlıq Əsarəti. 

 

HƏQİQƏT 

Şərin Gücü – Xeyirin zəifliyindədir. 

Şərin başqa Gücü yoxdur. 

 

HƏQİQƏT 

Var olmaq üçün – İnsanlaşmaq gərək. 



Adamlıq – Yoxluqdur. 

HƏQİQƏT 

Əxlaqi Var olma – Kamillik. 

Əxlaqi Yox olma – Qeyri-Kamillik. 

 

8 Mərhəm günü, Qürub Ayı, 13-cü il. Bakı. 

 

HƏQİQƏT 

Adam  Təbiətlə  münasibətini  qaydaya  salmaq  üçün  – 

İnsanlaşmalıdır. 

Adam  Adamla  münasibətini  qaydaya  salmaq  üçün  – 

İnsanlaşmalıdır. 

 

AZADLIQ 

Məxluqdan Azad olmaq. 

Adamdan Azad olmaq. 

Ağadan Azad olmaq. 

Nökərdən Azad olmaq. 



İnsanlaşmaq – İnsanlaşdırmaq... 

 

10 Murad günü, Qürub Ayı, 13-cü il. Bakı. 



 

298 


HƏQİQƏT 

Varlıq  –  Yox  ola  bilərsə,  Yox  olacaqsa  –  Varlıq  deyil  – 

Yoxluqdur... 

Varlıq Yox ola bilməz, Yox olmaz. 

Gerçək Mövcudluq – yox olur, bu səbəbdən Varlıq deyil. 

Varlıq  –  Yox  olmayan  mövcudluqdur  –  yəni  Mütləq 

Mövcudluqdur. 

 

HƏQİQƏT 

Günahsızlıq – Ruhani Fəallıq. 

Günah – Ruhani Fəalsızlıq. 



 

HƏQİQƏT 

Gerçəklikdə  hər  şey  nisbidir  –  mahiyyətcə  gerçəklik  – 

Yoxluqdur:  İnsan  Yoxluğa  düşür  Həyatda  və  Allahlıq  etməli 

olur – Yoxdan Var yaradır. 

 

HƏQİQƏT 

İnsana  Mövcud  olmaq  Aqibəti  verilib,  Var  olmaq  Aqibəti 

verilməyib: Var olmaq üçün İnsan özünü təzədən yaratmalıdır. 

 

HƏQİQƏT 

İnsan Varlığını Dünyada qoyub gedir, Yoxluğunu qəbrə aparır. 

 

HƏQİQƏT 

Varlıq – Mütləqilik. 

Yoxluq – Nisbilik. 



 

HƏQİQƏT 

Adam Yoxluqdan qorxmur, Yox olmaqdan qorxur. 



 

HƏQİQƏT 

Yox olan nə Varsa – Yoxluqdur. 

Var olan – Yox olmur. 


 

299 


AZADLIQ 

İnsanilik. 



 

HƏQİQƏT 

Əxlaq – Var olmaq – Yoxluqdan çıxmaq. 

Əxlaqsızlıq – Yox olmaq – Yoxluqda qalmaq. 

 

HƏQİQƏT 

Dünya İnsandan kənardadır, Dünyanın Mənası İnsandadır. 

 

HƏQİQƏT 

Təzahür dəyişir, çünki köhnəlir. 

Məna dəyişmir, çünki köhnəlmir. 

 

HƏQİQƏT 

Antiinsani Bilik olur – Antiinsani Həqiqət olmur. 

 

HƏQİQƏT 

Nisbi Varlıq Yoxdur: Varlıq həmişə Mütləqdir. 

Nisbilik – Yoxluqdur. 

 

 



EVLADIM ÖZÜMLÜNÜN TƏMSİL ETDİYİ 

ATA AİLƏSİNİN HESABATI HAQQINDA 

I. Hesabat Təqdir olunur. 

 

II. Mütləqləşmək Vaxtıdır! – 



Mütləq Amal – Mütləq Əməl vəhdətinə yetmək. 

 

III. Evladlaşdırma Fəaliyyəti Yüksəlməlidir. 



 

Qaranlıqlar Yarılsın! 

 

11 İnam günü, Qürub Ayı, 13-cü il. Bakı. 

 


 

300 


HƏQİQƏT 

Yalnız Ruhani – Var olandır. 

Cismani – Var olmur. 

Cismanidə Var olan da – Ruhanidir. 



 

HƏQİQƏT 

Mütləqdən – Nisbi yaranıb; 

Əzəlidən – Ötəri yaranıb; 

Əbədidən – Keçici yaranıb; 

Sonsuzdan – Sonlu yaranıb; 

Kamildən – Qeyri-Kamil yaranıb. 

Məna özünə bərabər aşkarlansaydı – Gerçəklik yaranmazdı. 

Gerçəklik Mənadan ayrılmasaydı – Mənasız sayılmazdı. 

 

 

HƏQİQƏT 



Əzəli  Məna  o  qədər  böyükdür  ki,  onun  yanında  bütün 

gerçək Mənalar Mənasız görünür. 

 

Əbədi  Məna  o  qədər  böyükdür  ki,  onun  yanında  bütün 



gerçək Mənalar Mənasız görünür. 

 

Sonsuz  Məna  o  qədər  böyükdür  ki,  onun  yanında  bütün 



gerçək Mənalar Mənasız görünür. 

 

HƏQİQƏT 

Mənasızlıq – Məna şahidi. 

 

HƏQİQƏT 

Fikir – İdeal Əməl. 

 

HƏQİQƏT 

Adam Əyriliyindən Cəmiyyət yarandı. 

İnsan Düzlüyündən Xalq Birliyi yaranmalıdır. 



 

301 


HƏQİQƏT 

Məhəbbət – Məna. 

Şəhvət – Təzahür. 

 

HƏQİQƏT 

Məhəbbətlə Şəhvət arasında Uçurum var. 

Gerçəklikdə Məhəbbət Şəhvət Uçurumuna düşür. 



 

HƏQİQƏT 

Məhəbbət – Ruhani Vəcd. 

Şəhvət – Cismani Ehtiras. 

 

HƏQİQƏT 

Məna Təzahürə bərabər olsaydı – 

Məna olmazdı, Təzahür olardı. 

Təzahür Mənaya bərabər olsaydı – 

Təzahür olmazdı, Məna olardı. 

 

HƏQİQƏT 

Təzahür – Anti Məna. 

Məna – Anti Təzahür. 

 

HƏQİQƏT 

Dünyanın Mənası o qədər böyükdür ki, Gözə görünmür. 

 

İMKANSIZLIQ 

Üzə çıxmayan İmkan. 

 

HƏQİQƏT 

Mahiyyət – Yaradan. 

Təzahür – Yaradılan. 

 

Dünyanı Yaradan – Dünyanın Mahiyyəti. 



Dünyada Yaradılan – Dünyanın Təzahürü. 

 

302 


HƏQİQƏT 

Hadisə – Mənadan yaranıb; Məna – Hadisədən yaranmayıb. 

Təzahür  –  Mahiyyətdən  yaranıb;  Mahiyyət  –  Təzahürdən 

yaranmayıb. 



 

HƏQİQƏT 

İnsansevərlik – Mənasevərlikdir. 

Bu səbəbdən də İnsanı sevməyən Fəlsəfə yoxdur. 

 

HƏQİQƏT 

Dünyanın Təzahürü Dünyanın Mənasına Ziddir: 

Ötərilik – Əzəliyə, Keçicilik – Əbədiliyə, Sonlu – Sonsuza, 

Qeyri-Kamil – Kamilə. 

Zahiri Dünya Dünyanın Mənasına Ziddir. 

 

HƏQİQƏT 

Məna – Gerçəklikdə İtir, İnsanda Tapılır... 

 

AQİBƏT 

İnsan Yoxluğa düşür və Yoxluqdan Varlıq yaradır. 

Adam Yoxluğa düşür və Yox olur. 

 

HƏQİQƏT 

Varlıq – Mütləq Mövcudluq. 

Yoxluq – Nisbi Mövcudluq. 

 

HƏQİQƏT 

İdeal cəmiyyət ola bilməz, çünki cəmiyyət İnsaniliyə qarşı-

dır: İnsanilik olmayan Yerdə – İdeal Yoxdur. 

Cəmiyyət – mahiyyətcə Antiidealdır. 

 

HƏQİQƏT 

Gerçəkliyi Mənalandıran – İdealdır. 

İdealsız Gerçəklik – Mənasızdır. 


 

303 


HƏQİQƏT 

Maddiyyat Ruhaniyyatla nizamlanmalıdır. 

Ruhaniyyat maddiyyatla nizamlana bilməz. 

 

HƏQİQƏT 

İdeal – İdeyaya – Mənaya bərabər olmaq. 

Əslində İdealdan başqa Var olan yoxdur gerçəklikdə. 

 

HAL 

Nisbi  Dostluqla  barışmadım,  Dostsuz  qaldım  –  Dostluğa 

xəyanət eləmədim. 

Nisbi  Sevgiylə  barışmadım,  Sevgilisiz  qaldım  –  Sevgiyə 

xəyanət eləmədim. 

 

HƏQİQƏT 

Yoxsulluq – maddi əsarət. 

Varidat – maddiyyat əsarəti. 

 

HƏQİQƏT 

İnsan Yerə də, Göyə də Zülm eləyir; 

Ancaq Yerin də, Göyün də Mənası Odur. 

 

12 Arzu günü, Qürub Ayı, 13-cü il. Bakı. 

 

 

HƏQİQƏT 



İnsan  Haqqı  uğrunda  əsil  döyüş  –  həm  sosializmə,  həm  də 

kapitalizmə qarşı döyüş olmalıydı. 

Disidentlər  sosializmə  kapitalist  zərbəsi  endirdilər,  bununla 

da kapitalizmə yaradılar. 

 

ƏXLAQİ TƏRƏQQİ 

Həyadan utananlar. 

 


 

304 


HƏQİQƏT 

Adam Adam üzərində Ağalıqdan imtina etməsə – məhv olacaq. 

Adam Təbiət üzərində Ağalıqdan imtina etməsə

 

– məhv olacaq. 



Adam İnsanlaşmasa – məhv olacaq. 

 

14 Dözüm günü, Qürub Ayı, 13-cü il. Bakı. 



 

HƏQİQƏT 

Göydə, Dağda, Çayda, Meşədə – İnsanilik Var. 

Göyün  Ucalığında,  Dağın  Vüqarında,  Çayın  Mahnısında, 

Meşənin Qüssəsində. 

İnsan  təbiətə  qarşı  Qəddarlığında  Özünə  qıyır,  İnsaniliyinə 

qəsd eləyir. 

 

HƏQİQƏT 

Hər uçurulan Dağda İnsan Vüqarı dağılır, 

Hər quruyan Çayda İnsan Mahnısı kəsilir, 

Hər qırılan Meşədə İnsan Duyğusu əskilir. 

 

 

HƏQİQƏT 



Kamil Naqisdən Zəngindir. 

Naqis Kamildən Mürəkkəbdir. 



 

FƏRQLƏR 

Dini Əxlaq – Bəndələşdirən. 

İctimai Əxlaq – Rəiyyətləşdirən. 

Ruhani Əxlaq – İnsanlaşdıran. 

 

ƏLAQƏ 

Təbiəti Əksildən – İnsani Ruhsuzluqdur; 

Təbiət əksildikcə – Ruhsuzluq artır. 

 

15 Mərhəm günü, Qürub Ayı, 13-cü il. Bakı. 



 

305 


HƏQİQƏT 

Həm cəmiyyət, həm də Din İnsan üzərində Ağalıqdır. 

Cəmiyyət Ağalığını ictimai qanunlar əsasında həyata keçirir, 

Din Dini Qanunlar əsasında... 



Ruhaniyyat Ağalığın ölümüdür; bu səbəbdən də cəmiyyətə 

qarşıdır, dinə qarşıdır. 

 

HƏQİQƏT 

Həyat – maddi mənafe uğrunda döyüşdür – 

Yəni heyvanilik meydanıdır. 

Həyat – mənəvi kamillik uğrunda döyüşdür – 

Yəni Ruhanilik meydanıdır. 

 

HƏQİQƏT 

Cəmiyyət Adamı – Mənafe Adamı. 

Ruhaniyyat İnsanı – Məhəbbət İnsanı. 

 

HƏQİQƏT 

Mənafe olan Yerdə Məhəbbət ola bilməz. 

Bu səbəbdən də cəmiyyətdə Məhəbbətə yer yoxdur. 

 

HƏQİQƏT 

Mənafe uğrunda döyüş – heyvaniliyin davamıdır. 

Cəmiyyət həmin Davamı ifadə eləyir. 

 

HƏQİQƏT 

Mənafenin əsası – Xudbinlik. 

Mənafe olmasa – cəmiyyət olmaz. 



Cəmiyyətin əsası – xudbinlik. 

 

HƏQİQƏT 

İctimai İdrak – Antiinsanlaşan İdrak. 

İctimai münasibətlər – Antiinsani Münasibətlər. 

 


 

306 


HƏQİQƏT 

Ruhaniyyat – Mahiyyətcə Antiictimaidir – çünki İnsanidir. 

Fəlsəfə – Mahiyyətcə Antiictimaidir – çünki İnsanidir. 

Sənət – Mahiyyətcə Antiictimaidir – çünki İnsanidir. 

Bu  səbəbdən  də  Cəmiyyət  Ruhaniyyatı  –  İctimailəşdirir  – 

yəni Özgələşdirir. 

Fəlsəfəni – İctimailəşdirir – yəni Özgələşdirir. 

Sənəti – İctimailəşdirir – yəni Özgələşdirir. 



 

HƏQİQƏT 

İnsan  cəmiyyətdən  üstün  olduqda  İnsan  olur,  cəmiyyət  sə-

viyyəsində o, Adam olur, Məxluq olur. 

 

HƏQİQƏT 

Cəmiyyət – Xudbinliyin ifadəsidir; çünki Hamılaşma, Təbə-

qələşmə, Özgələşmə, Əşyalaşma – Xudbinlikdir. 



Xudbin  Fərdiyyət  yoxdur  –  çünki  Fərdiyyət  cəmiyyətə 

qarşıdır. 

 

HƏQİQƏT 

Xalqı Xalq eləyən Ruhaniyyatdır; Cəmiyyət Xalqa qarşıdır; 

–  çünki  Hamılaşma  Xalqa  qarşıdır,  Təbəqələşmə  Xalqa 

qarşıdır; Özgələşmə Xalqa qarşıdır; Əşyalaşma Xalqa qarşıdır. 

Xalqı  Xalq  eləyən  Fərdiyyətdir  –  çünki  o,  Hamılaşmaya 

qarşıdır, Təbəqələşməyə qarşıdır, Özgələşməyə qarşıdır, Əşya-

laşmaya qarşıdır. 

Cəmiyyət – Antifərdilikdir, bu səbəbdən də Antixəlqilikdir. 

 

 



FƏRQ 

İctimailəşmək  –  Hamılaşmaq,  Təbəqələşmək,  Özgələşmək, 

Əşyalaşmaq. 



Ruhaniləşmək  –  Fərdiləşmək,  Özümləşmək,  Xalqlaşmaq, 

İnsanlaşmaq. 



 

307 


HƏQİQƏT 

İnsan  Təbiəti  –  Təbiətdən  (cismanilikdən,  maddiyyatdan) 

artıqdır; Onda Ruh var... 

 

HƏQİQƏT 

İnsanı  Təbiətə  bərabər  saymaq  –  İnsanı  İnsanilikdən  məh-

rum eləməkdir; bu səbəbdən də materializmdə İnsan yoxdur. 

 

16 Qismət günü, Qürub Ayı, 13-cü il. Bakı. 



 

HƏQİQƏT 

Cəmiyyət Adam Xudbinliyindən özünə Alət düzəltdi. 

 

HƏQİQƏT 

Əxlaqın Mahiyyəti – Təmənnasızlıqdır. 

Cəmiyyət – Mənafe əsasında qurulub. 

Bu səbəbdən də İctimai Əxlaq  əslində Əxlaqsızlıqdır. 

 

HƏQİQƏT 

Cəmiyyətdə Adamlar Əxlaqdan Qazanc götürürlər. 

Əxlaqdan Qazanc götürmək əslində – ən böyük Əxlaqsızlıqdır. 



 

HƏQİQƏT 

Xeyiri  mükafatlandırmaqla  cəmiyyət  əslində  Xudbinliyi 

mükafatlandırır – Adamları pozur. 

 

DÖNMƏZLİK 

Cəmiyyət əslində mənafelərdən dönməyənlər birliyidir. 

 

HƏQİQƏT 

İctimailik – İnsanın təbiətindən doğmayıb, Aqibətindən doğub. 



İctimailik – Əlacsızlıqdan doğub, Əlac olmayıb. 

 

HƏQİQƏT 

 

308 


Xalqa – fədakar gərək, cəmiyyətə – xudbin. 

Fədakarlıq – Xalqı Yetirir, cəmiyyəti dağıdır. 

Xudbinlik – cəmiyyətin Sütunudur, o qırılsa – cəmiyyət qırılar. 

 

HƏQİQƏT 

Xudbinlik olmasa – maddiyyatçılıq olmaz. 

Maddiyyatçılıq – Cəmiyyətin əsasıdır. 

Xudbinlik olmasa – cəmiyyət olmaz. 

 

HƏQİQƏT 

Xudbinlik  olmasa  –  Vəsiqəçilik,  Rütbəçilik,  İmtiyazçılıq 

olmaz. 


Vəsiqəçilik,  Rütbəçilik,  İmtiyazçılıq  olmasa  –  cəmiyyət 

olmaz. 


Xudbinlik olmasa – cəmiyyət olmaz. 

 

HƏQİQƏT 

Cəmiyyət – İnsandakı Vəhşini öldürmədi – İctimailəşdirdi. 

 

CƏMİYYƏT 

İctimailəşmiş Xudbinlik. 

 

17 Murad günü, Qürub Ayı, 13-cü il. Bakı. 

 

 

HƏQİQƏT 



Ağalıq – Əxlaqsızlıqdır. 

Adam Əxlaqlı olsaydı – Ağalıq olmazdı. 

Adam İnsan olsaydı – Cəmiyyət olmazdı. 

 

HƏQİQƏT 

Hakimiyyətdə Məhəbbət Yoxdur. 

Cəmiyyət Xalq üzərində Hakimiyyətdir. 



Cəmiyyətdə Xalqa Məhəbbət Yoxdur. 

 

309 

1   ...   14   15   16   17   18   19   20   21   ...   26


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə